Ardını oxu...
Yaponiyanın şimalında yerləşən Hokkaydo adasına rekord miqdarda qar yağması nəqliyyatın fəaliyyətini dayandırıb, hava limanlarını bağlayıb və çatdırılmanı gecikdirib.

Hokkaydo prefektura hökuməti, rekord qar yağmasının xüsusilə adanın şərq hissələrində, o cümlədən Obihiro və Kushiroda müşahidə edildiyini, burada şəhər ofislərinin avtomobilləri qarda dayanmış sürücülərdən onlarla kömək çağırışını aldığını açıqlayıb.

Hokkaydonun cənubundakı Sapporoda güclü qarın yağması ilə nəqliyyatın hərəkətində fasilələr yaranıb. Tələfat və ya böyük dağıntılar barədə hələlik məlumat yoxdur. Obihiroya rekord həcmdə - 129 santimetr qar yağıb.

Yaponiya Meteorologiya Agentliyi iki güclü aşağı təzyiq sisteminin Yaponiya arxipelaqının hər iki tərəfində hərəkət etdiyini və bölgəyə soyuq hava göndərdiyini bildirib. Agentlik çərşənbə axşamına qədər növbəti 24 saat ərzində Yaponiyanın şimal-qərbində 100 santimetrə, Hokkaydoda isə daha 50 santimetrə qədər qar yağacağını proqnozlaşdırır.

Prefektura bəzi magistral və əsas yolların bağlandığını, təsirlənmiş ərazilərdə qatarların hərəkətinin dayandırıldığını bildirib.

Bildirilir ki, Hokkaydoda təxminən 370 məktəbdə dərslər ləğv edilib. Qar yağışı həm də poçt şöbələrini və digər çatdırılma xidmətlərini dayandırıb, Hokkaydoda və Yaponiya daxilindəki istiqamətlərə çatdırılmalar gecikib.
Ardını oxu...
ABŞ-ın artan rüsumlatına cavab olaraq Çin "Google" qarşı antiinhisar araşdırmasına başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) məlumat verib.

"Google" un axtarış və internet xidmətləri 2010-cu ildən Çində bloklansa da, araşdırma şirkətin çinli tərəfdaşları ilə digər biznes əlaqələrinə təsir göstərə bilər.

İstintaq Android bazarının üstünlüyü və onun Oppo və Xiaomi kimi Çin telefon istehsalçılarına vura biləcəyi potensial zərərlə bağlıdır.

Bu, Çinin son vaxtlar ABŞ texnoloji şirkətlərinə qarşı başlatdığı ikinci antiinhisar araşdırmasıdır. 2024-cü ilin dekabrında "Nvidia"ya qarşı analoji araşdırma başladılıb. .
 
 
 
Ardını oxu...
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.

Report xəbər verir ki, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.

Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
 
Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkianın X hesabında Şəhriyarın “Heydərbabaya salam” poemasından bir bənd paylaşması etirazla qarşılaşıb.

Axar.az xəbər verir ki, bu barədə yerli sosial mediada məlumatlar yayılıb.

"Fəcr Film Festivalı təşkilatçıları və sənətçilərlə görüşümdə Şəhriiyarın ”Heydərbabaya salam” poemasından “Heydərbaba, göylər bütün dumandı, Günlərimiz bir-birindən yamandı, Bir-birizdən ayrılmayın amandı!” bəndini oxudum. Bununla demək istədim ki, bu gün daha çox birliyə ehtiyacımız var və aramızda dağınıqlıq yaradılmasına icazə verməməliyik", - Pezeşkian yazıb.

Azərbaycanlı sosial media fəalları Pezeşkianı seçkiqabağı Azərbaycan dili ilə bağlı verdiyi vədləri ört-basdır etməkdə günahlandırıblar:

"Cənab Pezeşkian! Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq bu, heç bir dərdə dərman deyil Yaxşı olardı ki, Konstitusiyanın 15-ci maddəsinin icrası və Urmiya gölünün bərpası ilə bağlı verdiyiniz vədləri yerinə yetirəsiniz".
Ardını oxu...
Makronun həyat yoldaşını kişi adlandıran jurnalist Rey Rusiyadan siyasi sığınacaq istəyib.

Demokrat.az xəbər verir ki, bu barədə onun vəkili Fransua Danqlin şəbəkəsində məlumat verib.

Bundan əvvəl amerikalı ifrat sağçı jurnalist Candace Owens də X sosial şəbəkəsindəki səhifəsində Bricitin guya kişi olaraq doğulduğuna dair sübutlarını təqdim edəcəyinə söz vermişdi.

France 24-ün məlumatına görə, Owens Bricit Makronun 2024-cü ilin martında guya kişi olaraq doğulduğu iddiasını təsdiqləyib.
 

Ardını oxu...
Azərbaycanın quru sərhədləri artıq 6 ilə yaxındır ki, bağlıdır. Bununla bağlı qərar 2020-ci ilin martında koronavirus infeksiyasına ilk yoluxma halı müəyyən edildikdən sonra tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində qəbul edilib.

Baxmayaraq ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına dövlət rəhbərliyi səviyyəsində münasibət bildirilib, vaxtaşırı insanları sərhədlər niyə açılmır sualı maraqlandırır.

Ən popluyar məhsullara 60% endirim olundu QAÇIRMAYIN!

Musavat.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bir sıra çıxışlarında bildirib ki, quru sərhədlərinin bağlı qalması ilk illər xüsusi karantin rejimi ilə bağlı olsa da, indi daha çox təhlükəsizliklə əlaqəlidir:

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.

Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur.

“Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.

Prezident İlham Əliyev deyib ki, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün əlverişsiz olsada, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır.

O, sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü deyib.

"Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır".

Göründüyü kimi Azərbaycan dövlətinin öz qonşuları ilə quru sərhədləri bağlı saxlaması səbəbsiz deyil. Azərbaycanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri dövlət sərhədlərinin qorunması və ölkəyə qanunsuz keçidlərin qarşısının alınmasıdır.

Son baş verən hadisə – Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi birgə xüsusi əməliyyat və nəticədə 8 terrorçunun məhv edilməsi, bu qərarın nə qədər haqlı olduğunu bir daha göstərdi.

Əməliyyat zamanı 8 silahlı terrorçu məhv edildi, dövlətə və vətəndaşlara ciddi təhlükə yarada biləcək terror planlarının qarşısı alındı, Azərbaycanın milli təhlükəsizliyini təhdid edən qanunsuz silahlı birləşmələrin ölkə daxilində məskunlaşmasının qarşısı alındı.

Bu hadisə göstərdi ki, radikal terrorçu qruplaşmalar müxtəlif yollarla ölkəyə sızmağa və öz fəaliyyətlərini həyata keçirməyə çalışırlar. Bu cür qruplaşmaların ölkəyə girişinin qarşısını almaq üçün quru sərhədlərinin bağlı saxlanması mühüm preventiv addımlardan biridir.

Son əməliyyat bir daha sübut etdi ki, Azərbaycan sərhədləri açıq olarsa, ölkəyə xaricdən silahlı terrorçular və radikal elementlər asanlıqla daxil ola bilər. Bu, daxili sabitlik və təhlükəsizlik üçün ciddi təhlükə yarada bilər.

Açıq quru sərhədləri eyni zamanda narkotik qaçaqmalçılığı və digər qanunsuz fəaliyyətlərin artmasına səbəb ola bilər. Bağlı sərhədlər bu cür halların minimuma endirilməsinə kömək edir.

Regionda baş verən münaqişələr və qeyri-sabitlik, Azərbaycanı qeyri-qanuni miqrasiyanın potensial hədəfinə çevirə bilər.

Müharibə panikası ilə bağlı ölkəmizə qaçqın kütlələrin axışması ehtimalı hər zaman var.

Sərhədlərin bağlı qalması, miqrasiya axınının idarə olunmasına kömək edir.

Quru sərhədlərin bağlı saxlanması, ölkəyə qeyri-qanuni yollarla idxal edilən malların qarşısını almağa və daxili bazarı qorumağa imkan verir.

Ən əsası Azərbaycanın yerləşdiyi regionda terrorçuluq riski həmişə mövcud olub. Qonşu ölkələrdə fəaliyyət göstərən radikal dini qruplar, müxtəlif terrorçu təşkilatlar daim fəaliyyət göstərir. Bu baxımdan, quru sərhədlərinin bağlı qalması ölkəmizin təhlükəsizliyi üçün mühüm faktor kimi çıxış edir.

Xüsusilə Yaxın Şərqdə və Cənubi Qafqaz regionunda baş verən hadisələr, terrorçu qruplaşmaların daha aktiv hala gəlməsinə səbəb olub.

Bu vəziyyət Azərbaycan kimi sabit və güclü ölkələr üçün əlavə təhlükələr yaradır. Dövlətimiz bu riskləri minimuma endirmək üçün ciddi təhlükəsizlik tədbirləri görməyə davam edir.

Bəzi şəxslər və qurumlar quru sərhədlərinin açılmasını tələb edirlər. Onların əsas arqumentlərindən biri sərhədlərin bağlı qalmasının vətəndaşlara çətinlik yaratmasıdır. Lakin DTX və DİN-in son əməliyyatı göstərdi ki, təhlükəsizlik məsələləri hər şeydən önəmlidir.

Sərhədlərin açılması ilə bağlı müzakirələr aparılarkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:

- Terror təhlükəsinin hələ də aktual olması,

- Regiondakı geosiyasi vəziyyətin qeyri-sabitliyi,

- Dövlətin təhlükəsizlik siyasətinin hər şeydən üstün olması.

Azərbaycan hökuməti vətəndaşların rahatlığını düşünməklə yanaşı, ilk növbədə ölkənin milli maraqlarını və təhlükəsizliyini qorumağı prioritet hesab edir.

Bu gün Azərbaycanı sevməyən qüvvələr, xaricdəki düşmən dəyirmanına su tökən bloggerlər tez-tez quru sərhədlərin bağlı qalmasına görə qınaq fikirləri səsləndirirlər. Onların planı və məqsədi bəllidir- Azərbaycana istədikləri pislikləri rahatlıqla keçirmək. Ekspertlər bildirirlər ki, müharibədən yeni çıxmış bir dövlət olaraq Azərbaycan indiki məqamda doğru addım atır. Düşmənin uzantılarını önləmək, sabitliyi qorumaq hər şeydən önəmlidir. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın ən sakit, sabit ölkələrindən biridir.

Musavat.com
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda etirazla qarşılanıb.

"DogruXeber.az" erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Vaşinqtonda Ermənistan səfirliyinin yaxınlığında onun siyasətini tənqid edən plakatlarla qarşılanıb.

Qeyd edək ki, Paşinyan və xanımı fevralın 3-5-də ABŞ-da işgüzar səfərdə olacaqlar.
Ardını oxu...
Naməlum şəxs Moskvada “Alıye parusa” (Al yelkənlər) yaşayış kompleksinin foyesində quraşdırılan partlayıcı qurğunu Armen Sərkisyanın meydana çıxmasını gözləyib, uzaqdan işə salıb.

Axar.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

“Dəhlizdəki divanda əvvəlcədən yerləşdirilən partlayıcı qurğu uzaqdan işə salınıb. Çox güman ki, Sərkisyanı kənardan izləyiblər. O, dəhlizə çıxanda bomba işə düşüb", - agentliyin mənbəsi bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəsizlik qüvvələri yaşayış kompleksində və onun ətrafında kimin olduğunu müəyyən etmək üçün videokamera qeydlərini öyrənirlər.

Qeyd edək ki, Moskvanın şimal-qərbindəki 29 mərtəbəli yaşayış kompleksində bu gün baş verən partlayışda Armen Sərkisyan və mühafizəçisi ölüb.

Sərkisyan Ukraynada döyüşən “Arbat” (erməni batalyonu - red.) batalyonunun yaradıcısı, "dxr"in "boks federasiyası"nın “prezidenti”dir. O, Ukraynaya qarşı savaş üçün Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində məhbuslar arasından qanunsuz silahlı birləşmələr yaratmağa kömək edib.

Onu Ukrayna kəşfiyyatının məhv etdiyi ehtimal edilir.
 
 
 
Ardını oxu...
Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları "Rossotrudniçestvo"nun Bakıdakı "Rus Evi"nin binasını nəzarətə götürüblər və bununla bağlı müşahidə kameraları quraşdırılıb. Binaya əməliyyat nəzarəti həyata keçirilir.

TNS xəbər verir ki, bu barədə "Minval" məlumat yayıb.

Bildirilir ki, "Rus Evi"nin Azərbaycanda hələ də lazımi qeydiyyatı yoxdur. Ötən gün "Rus Evi" fevral ayı üçün tədbirlər planını dərc edib və bu planda, ehtimal ki, Xocalı soyqırımının ildönümü qeyd olunmayıb.

Halbuki Azərbaycanda rəsmi qeydiyyatı olmayan təşkilat ölkə ərazisində qanuni fəaliyyət göstərə bilməz. Diplomatların ekstraterritoriallıqla bağlı sevimli arqumentinin bununla heç bir əlaqəsi yoxdur - "Rus evi" Rusiya diplomatik missiyasının ərazisində yerləşmir. Təkcə bu fakt onu bağlamaq üçün ciddi səbəbdir.

Rəsmi olaraq "humanitar layihələr" və "yumşaq güc"lə məşğul olsa da, əslində "Rus Evi"nin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranır.

"Rossotrudniçestvo"ya 1990-cı il yanvarın 20-də Bakıda cəza əməliyyatının və dinc əhalinin kütləvi qırğınının təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsi kiçik Yevgeni Primakov rəhbərlik edir. Hazırda "Rossotrudniçestvo" çətiri altında hansı anti-Azərbaycan təxribatlarının həyata keçirildiyi barədə dəfələrlə məlumat verilib. Odur ki USAİD-lə olduğu kimi, "Rus Evi"nin və "Rossotrudniçestvo"nun Azərbaycandakı fəaliyyəti də dayandırılmalıdır.

Biz Rusiya ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarıyıq, lakin bu, təxribatçılar üçün əlverişli iş rejiminin təmin edilməsi demək deyil.
 
Ardını oxu...
Donald Tramp administrasiyası sərt qərarları ilə dünya gündəminə səs salmaqdadır. Yeni hökumət bu dəfə ölkənin imicinə çox pis təsir edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesinə başlayıb. Artıq agentliyin rəsmi veb-saytının fəaliyyəti dayandırılıb və hazırda əlçatan deyil.

Bundan əvvəl ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşımında bəyan edib ki, artıq USAID-in ləğvi prosesindədirlər: “USAID bərpa oluna bilməz”.

Ötən həftə administrasiya ABŞ-nin xarici yardımlarını dondurub. Mask USAID agentliyini Çin laboratoriyasını maliyyələşdirməkdə ittiham edib. Amerikada iddia edilir ki, koronavirus məhz bu laboratoriyadan yayılıb.

İlon Mask bunlarla bağlı müvafiq bəyanatları öz "X" hesabında dərc edib.

Bildirilib ki, Tramp hökuməti dünya miqyasında göstərilən on milyardlarla dollar həcmində yardımı dayandırmaqda israrlıdır.

Donald Trampın elan etdiyi "Amerika hər şeydən əvvəl" xəttini həyata keçirməkdə israrlıdır və bu strategiyasını həyata keçirmək üçün USAID-dən başlayıb. 100-dən çox ölkədə fəaliyyət göstərən təşkilat 50 milyard dollardan çox büdcəyə malikdir. Bu təşkilat dünyada, xüsusilə postsovet məkanında müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınıb.

Agentlik Cənubi Qafqazda da bu siyasətini yeritməyə çalışıb. Qonşu Gürcüstanda baş tutmayan inqilab ssenarisində də bu təşkilatın xüsusi rolu olub. Tbilisi hakimiyyəti son açıqlamalarda bunu rəsmən təsdiqləyib.

"USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi səhvlərə yol verib". Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "X"də USAID-in ölkədəki fəaliyyəti ilə bağlı tənqidi paylaşımında qeyd edib.

O vurğulayıb ki, şəxsən özü ABŞ Konqresini qəsdən edilmiş bu səhvləri araşdırmağa çağırıb, lakin heç bir nəticə əldə olunmayıb. Parlament sədri, xüsusilə, 2020-ci ildə keçirilən seçkilərdən sonra baş verən hadisələri xatırladaraq deyib ki, USAID tərəfindən maliyyələşdirilən ISFED adlı "QHT NDI" proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Lakin sonradan "Gürcü Arzusu" Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib.

Papuaşvili iddia edib ki, USAID-in yerli nümayəndəsi Adam Şmidt ISFED məlumatlarının audit edildiyini və heç bir səhvin olmadığını deyərək həm Gürcüstan hökumətini, həm də xalqı aldadıb. O, həmçinin həmin dövrdə ABŞ-nin Gürcüstandakı səfirini də ittiham edərək səfirin böyük ehtimalla məsələdən xəbərdar olmasına baxmayaraq, susduğunu bildirib.

USAID analoji fəaliyyətini illər öncə Azərbaycanda da həyata keçirməyə çalışıb, lakin cəhdləri baş tutmayıb. Belə ki, təşkilat müxtəlif qrant və ianələr hesabına Azərbaycanda öz planlarını reallaşdırmağa cəhd göstərib. USAİD-in ən böyük qərəzi və riyakarlığı ondadır ki, onun rəhbərləri Bakıda səfərdə olarkən Ermənistandan - tarixi torpaqlarından qovulmuş 300 minə yaxın qərbi azərbaycanlının heç biri ilə görüşməyib. Qurum onlara heç bir yardım etməyib.

Qərb siyasi institutları sırasında yer alan USAID heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib.

1991-ci ildən USAlD "Azərbaycana dəstək" proqramlarına 450 milyon dollardan çox vəsait sərf etsə də, Gürcüstana 1,8 milyard, Ermənistana isə 1992-ci ildən bəri 3,3 milyard dollar sərmayə yatırıb. Hazırda 22 layihə üzrə İrəvana dəstək davam edir.

Hesab edirik ki, adıçəkilən təşkilata ən böyük qiyməti Prezident İlham Əliyev verib. O, 2024-cü il dekabrın 18-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məsələyə toxunub.

“Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”, - deyən dövlət başçısı ardınca ümid etdiyini bildirib ki, Tramp administrasiyası onu qadağan edə bilər.

Görünür, ABŞ-nin yeni hökuməti də USAID-in nə qədər təhlükəli olduğunu anlayıb və ilk tədbirlərindən biri də onu bağlamaqdır.

Bir faktı da qeyd edək ki, USAID-in Azərbaycana qarşı qərəzi, xüsusilə, 2023-cü ildən sonra, daha dəqiq ifadə etsək, ölkə öz suverenliyini bərpa etdikdən sonra start götürdü. Keçmiş Bayden administrasiyası tərəfindən ölkəmizə qarşı heç bir əsası olmayan təzyiqlər başladı, Azərbaycanı cəzalandırmaq üçün "907-ci düzəliş" ortaya atıldı. Yəni Bayden administrasiyası Azərbaycanı yardımlardan məhrum etməklə "cəzalandırmaq" istədi.

Qeyd edək ki, USAID-in direktoru ermənipərəst Samanta Pauer adlı xanımdır. O, dəfələrlə separatçılara dəstək verməsi ilə tanınır. Bu xanım bir dəfə iddia edib ki, Azərbaycanı tərk etmiş könüllü ermənilərin sayı 100 mindən çoxdur.

Eyni zamanda, Qarabağda özünü "dövlət naziri" elan edən və hazırda Bakıda məhkəməsi keçirilən erməniəsilli rusiyalı milyarder Ruben Vardanyanın Samanta Pauerlə də sıx əlaqələri olub. Belə ki, Vardanyanın "Aurora" təşkilatının təsis etdiyi mükafatlardan biri məhz Samanta Pauerə verilib. Bu mükafat isə sadəcə çərçivələnmiş diplom demək deyil. Laureat 1 milyon dollar məbləğində qrant alır. Samanta Pauerin rus casus Vardanyanla bu qədər yaxın əlaqəsi ağıla başqa şübhələr də gətirir. Görünür, ABŞ prokurorluğu hesab edir ki, senator Bob Menendez (korrupsiya və rüşvətxorluqda ittiham olunaraq həbs edilib - red.) kimi, Samanta Pauerə də diqqət yönəldilməsinin vaxtı çatıb, hətta keçib.

Azərbaycan da dəfələrlə USAID-lə bağlı rəsmi səviyyədə narazılığını ifadə edib. Məsələn, xarici işlər naziri Ceyhun Bayramov “Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb”, - deyib.

Trampın böyük ehtimalla təşkilata qarşı çıxmasının mühüm səbəblərindən biri də USAİD-in adının narkotik vasitələrin satışı və becərilməsində iştirakı ilə bağlıdır. Yayılan xəbərlərə görə, USAID Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verib. Onun Soros Fondu tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırdığı barədə mediada xəbərlər yayılıb. USAİD bu vəsaitlər müqabilində hansı vətəndaşlar və siyasətçilərin təqib olunmasına dair istiqamətlər verib.

Bundan əlavə, təşkilat bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi ilə yadda qalıb.

Məlumat üçün bildirək ki, 1970-ci illərdə ABŞ-də dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAİD-ə keçib və bu günə qədər bu praktika davam edir. USAİD hələ də ələ keçirdiyi media qurumlarını saxlamaq və genişləndirmək üçün hər il milyardlarla dollar xərcləyir. USAİD Nyu-Yorkun meri və prezident Donald Trampın kibertəhlükəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromat tapılması üçün Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya dair Hesabat Layihəsinə (OCCRP) 20 mln. dollar qonorar vermişdi. Bu ifşa, həmçinin OCCRP-nin jurnalist araşdırmalarının nə dərəcədə “ciddi” və “müstəqil” olduğunu nümayiş etdirir.

Təşkilat, həmçinin hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil edib.

Bundan əlavə, USAID-in Çinin Uhan şəhərində koronavirus tədqiqatlarını maliyyələşdirməsi barədə də xəbərlər var.

Beləliklə, Tramp administrasiyası bədnam USAlD-in təkcə dünya deyil, ölkəsi üçün də necə bir təhlükə olduğunu başa düşüb və onun fəaliyyətinə xitam vermək, yaxud nəzarət altına almaq qərarı verib. Bu baxımdan, Prezident İlham Əliyevin sözügedən təşkilatla bağlı səsləndirdiyi tarixi proqnoz özünü doğruldub.

Report.az
 

Dünyapress TV

Xəbər lenti