Fransa Baş naziri Fransua Bayru amerikalı milyarder və Tesla, SpaceX, X (keçmiş Twitter) kimi şirkətlərin sahibi olan İlon Maskı demokratiya üçün təhlükə adlandırıb. O, Maskın təsir gücünün və sərvətinin demokratiya prinsiplərinə uyğun olmadığını qeyd edərək deyib ki. Hər bir halda Mask demokratiyalar üçün təhlükə yaradır. Hesab edirəm ki, pul vicdanı idarə etmək hüququ verməməlidir. Bu açıqlamanın Mask tərəfindən necə qarşılanacağı hələ bilinmir, amma onun demokratiya ilə bağlı fəaliyyəti Avropa siyasətçiləri tərəfindən diqqətlə izlənilir.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a vurğulayıb ki, Emmanuel Makronu narahat edən əsas məsələ Fransa daxil olmaqla Avropada millətçi kəsimin önə çıxmasıdır:
“Ultra sağçıların yüksəlişi 2016-cı ildən sonra, yəni Donald Trampın hakimiyyətə birinci gəlişi dövründə başlamışdı. 2016-2020-ci illər Fransa da daxil olmaqla Avropada ultra sağçılar yüksəliş yaşadılar. Amma 2020-ci ildən sonra onların fəaliyyətində müəyyən geriləmə baş verdi. Amma indi Donald Trampın hakimiyyətə gəlişi ilə bağlı millətçi kəsim yenidən ön plana çıxmağa başlayıb. Hətta Avropada keçirilən seçkilərdə Fransada Makronun rəqibləri qalib gəldilər. Makron anlayır ki, ultra sağçıların ön plana çıxması təkcə onun hakimiyyətdən getməsi ilə nəticələnməyəcək, eyni zamanda Avropa İttifaqının siyasətində də dəyişikliklərə səbəb olacaq. Almaniya və Fransa kimi ölkələr Avropa Birliyini dünyanın ən böyük güc mərkəzlərindən birinə çevirməyə çalışırlar. Ultra sağçıların önə çıxması isə Fransa və Almaniyanın istəyinin qabağını alır. İlon Mask isə prosesin əsas tərafdarlarından biridir. İlon Mask Almaniyada ultra sağçıların konfransına onlayn formada qoşuldu. Almaniyasa İlon Maskı seçkilərə müdaxilə etməkdə ittiham etdilər. Marine Le Pen başda olmaqla Makronun rəqibləri siyasətdə öz nüfuzlarını gücləndirirlər”.
Türkiyə Qəzzada əldə olunan atəşkəsin davamlı olmasını arzu edir. APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
O, Qəzzanın fələstinlilərin torpağı olduğunu vurğulayaraq, ölkəsinin onlara dəstəyinin davam edəcəyini qeyd edib.
Çelik Suriyada baş verən prosesləri də şərh edib. O, bəzi dövlətlərin Suriyaya təzyiq göstərərək ölkədə baş verənlərə müdaxilə etmək istədiyini deyib. Onun sözlərinə görə, “bu yanlış bir addımdır və bu halda Suriya yenidən “peyk” dövlətinə çevrilə bilər”.
Arktika bizim qlobal üstünlüyümüzdür. Prezident (Putin) bunu tamamilə aydın şəkildə ifadə etdi, başa düşdü və bunun üçün çoxlu addımlar atdı.
Axar.az xəbər verir ki, bu sözləri “Kurçatov İnstitutu” Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk yerli mediaya açıqlamasında deyib.
“Bu gün bizi hansısa Ukraynada və ya Ermənistanda yayındırırlar, amma əslində əsas sınaq meydançası Arktikadır”, - o bildirib.
Kovalçuk bəyan edib ki, Rusiya bu ərazinin qanuni sahibidir, çünki dünya buzqıran donanmasının 50%-dən çoxu bizdədir:
“Üstəlik, ölkəmiz dünyada nüvə buzqıran gəmilərinə malik yeganə ölkədir. Hazırda Arktika üçün böyük mübarizə gedir. Bunu Qrenlandiyada baş verənlər aydın şəkildə nümayiş etdirir. ABŞ bu adanı Kanada ilə birlikdə alsa, güc baxımından bizimlə bərabər olacaq.
Çox güclü olmalıyıq. Bu gün Arktikada elə mövqelər tuta bilərik ki, bizə çatmaq mümkün olmaz”
Azərbaycanın irəli sürdüyü haqlı tələblərə cavab olaraq, Rusiya Prezident Administrasiyasının Rusiya mediasına müəyyən təlimatlar verdiyi barədə məlumatlar var. Bu təlimatlar nəticəsində Rusiya mediasında hadisənin fərqli aspektlərinin işıqlandırılması və Azərbaycanın iddialarının təkzib edilməsi istiqamətində materiallar yayımlanır. Məsələn, bəzi Rusiya mənbələri təyyarənin vurulması ilə bağlı fərqli versiyalar irəli sürərək, hadisənin texniki nasazlıq və ya pilot səhvi nəticəsində baş verdiyini iddia edirlər. Azərbaycan tərəfi isə beynəlxalq ictimaiyyəti hadisənin obyektiv araşdırılmasına çağırır və məsuliyyətin müəyyənləşdirilməsini tələb edir. Bu hadisə Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olub və hər iki tərəf məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə müzakirələr aparır. Son günlərdə Rusiya mediasında Azərbaycana qarşı qarayaxma kampaniyası müşahidə olunur. Bu kampaniya çərçivəsində 2020-ci ilin noyabrında Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması arasında paralellər aparılır. Lakin bu cür müqayisələr əsassız və yersizdir. 2020-ci ilin noyabrında baş verən hadisədə, Rusiya helikopteri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində, aşağı hündürlükdə və hava müdafiə sisteminin radar müşahidəsindən kənar zonada uçuş həyata keçirərkən səhvən vurulmuşdu. Azərbaycan tərəfi dərhal üzr istəyərək, təzminat ödəməyə hazır olduğunu bildirmişdi. Halbuki, AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı iddialar tamamilə fərqli şəraitdə baş verib və bu iki hadisə arasında paralellik aparmaq doğru deyil. Belə müqayisələr, sadəcə olaraq, ictimai rəyi manipulyasiya etməyə və diqqəti əsas məsələdən yayındırmağa xidmət edir. Rusiya onsuz da dostsuz qalıb və belə bir şəraitdə Azərbaycan kim dostu da itirmək ərəfəsindədir. Rusiya mediasına və onlara Kremldən təlimat verənlərə tövsiyə edərdik ki, onsuz da Azərbaycanında ictimaiyyət arasında pis olan imiclərini daha da aşağı salmasınlar.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Rusiyanın Azərbaycanın təyyarəsinin vurulmasına verdiyi reaksiya humanizm prinsiplərindən tamamilə uzaqdır:
“Eyni zamanda beynəlxalq hüquq normalarına kəskin şəkildə ziddir. Kreml həmişə olduğu kimi indi də absurd, məntiqsiz və yalnız Rusiyanın hegomonluğunu qabardan mövqedən çıxış etməyə cəhd göstərir. Digər tərəfdən isə Kreml sözügedən məsələ üzərində manupulyasiyalar etməkdədəir. Rusiya siyasi dairələri onlarla insanın həyatına son qoyan hərbi cinayəti yalan xarakterli təbliğatla ört-basdır etməyə çalışır. Həmçinin müxtəlif bəhanələr uyduraraq Azərbaycana qarşı ittihamlar irəli sürməyə cəhd göstərir. Onsuz da Rusiyadan bundan fərqli yanaşma gözləməyin özü də sadəlövlük olardı. Rusiya dünyanın ən ədalətsiz, dünyanın beynəlxalq hüquq normalarına uymayan dövlətlərindəndir. Ona görə də rəsmi Bakının, bütövlükdə Azərbaycan dövlətinin Rusiyanın davranışlarına qarşı prinsipial, qətiyyətli və sərt mövqe tutması haqlı tələbdir. Rəsmi Moskvanın AZAL-ın təyyarəsinin Rusiya ərazisində vurulması ilə 2020-ci ilin noyabrında rus helikopterinin vurulmasını müqayisə etməsi olduqca absurd yanaşmadır. Çünki həmin helikopterin kimin tərəfində vurulduğu bəlli deyil və birmənalı şəkildə sübuta yetirilməyib. Digər tərəfdən isə bəzi məlumatlara görə rus helikopterinin vurulmasını Rusiya Xarici Kəşfiyyat Xidməti xüsusi əməliyyat şəklində təşkil edib. Rusiya helikopteri Azərbaycanla sərhəddə erməni hərbi hissələrinin yerdəyişməsinə müşaət edirdi. Həmin zaman Azərbaycan bu məqamı əsas gətirərək Rusiya helikopterinin rəsmi Bakıya qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edə bilərdi. Helikopterin vurulmasından sonra Rusiya sülhməramlılarının bir neçə saat ərzində Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilməsi həmin helikopetin məhz Rusiya Xarici Kəşfiyyat Xidmətinin planı əsasında vurumlası versiyasını inandırıcı edir”.
Ekspert qeyd edib ki, bütün bunları Rusiyanın yenidən gündəmə gətirməsi onların özünün də əleyhinə hərəkət edə bilər: “Hazırda Azərbaycan dövləti həqiqətləri açıqlaya bilər, belə olan halda Rusiyanın hansı qaranlıq oyunlar oynadığı ortaya çıxacaq. Rusiya AZAL-ın sərnişin təyyarəsini vurdu və daha sonra Xəzər dənizində batırmaq üçün yaxın olan hava limanlarında enməyə icazə vermədilər. Ona görə də Rusiya saxta məlumatlar verərək törətdiyi hərbi cinayəti gizlətməyə səy göstərir. Azərbaycan isə heç vaxt Rusiyaya həmin imkanı verməyəcək və bütün həqiqətləri ortaya çıxacaq. Daha sonra Rusiya lazımından artıq şəkildə Azərbaycandan üzr istəməli olacaq”.
ABŞ prezidenti Donald Trampın Ukraynaya dəstəkdən əl çəkməsi və ölkə üçün ağrılı kompromislərə gedə biləcəyi ilə bağlı narahatlıqlar yersizdir. Əksinə, Ağ Ev rəhbəri bu ilin yazına qədər Ukraynada müharibəni bitirmək niyyətindədir.
Bu barədə Britaniyanın “The Independent” nəşrinə insayderlər məlumat verib.
“Ukraynadan narahat olanlar ABŞ prezidentinin andiçmə mərasimində Ukrayna Ali Radasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın iştirakına diqqət yetirməlidirlər. Bu, Donald Trampın bu prosesin sonunda Ukraynanın yaxşı anlaşma əldə etməsini təmin etmək niyyətini göstərən çox mühüm addımdır. Bu, əsəbləri sakitləşdirməlidir" deyə anonim mənbə jurnalistlərə bildirib.
Nəşrdə bildirilir ki, Tramp Ukraynadakı müharibənin həlli məsələsinə ciddi yanaşır. Mənbə qeyd edib ki, bundan əvvəl ABŞ prezidenti bir sıra çətin vəzifələri həll etməli olacaq, lakin Ağ Ev rəhbəri mütləq Ukrayna prezidenti Vladimir Zelenski ilə işləyəcək və yaxın vaxtlarda rəsmi görüş baş tutacaq.
"Zelenski özü inauqurasiyaya getməyi mümkün saymadı, lakin o, böyük hörmətlə yanaşdığı Ukraynanın ikinci şəxsini göndərdi", - insayder izah edib.
Nəşr xatırladıb ki, “Xalqın xidmətçisi” fraksiyasının lideri Devid Arakhamiya Trampın andiçmə mərasimində önəmli yerdə olub. Daha sonra o, Ukrayna mətbuatına bildirib ki, rəsmi Ukrayna nümayəndə heyəti fevralda ABŞ prezidenti ilə görüşə bilər.
6 yanvar 2021-ci ildə Kapitoliyə hücumda iştirak edən Ceyson Riddl Donald Trampın elan etdiyi əfvdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
"Tramp sanki heç nə baş vermədiyini söyləməyə çalışır. Amma oldu. Bütün bunları mən etdim və onlar bağışlanmazdır, deyə Riddl qərarını izah edib.
Hərbi Dəniz Qüvvələri veteranı Ceyson Riddl 2021-ci ildə iğtişaşda iştirak etdiyinə və senatorun ofisini zibillədiyinə, bir şüşə şərab içdiyinə və kitab oğurlayaraq ziyan vurduğuna görə 90 gün həbs və 750 dollar cərimə cəzasına məhkum edilib. O, artıq cəzasını çəkib.
"The Guardian"a görə, Riddl prezidentin əfvindən imtina edən ən azı ikinci iğtişaşçıdır. 2022-ci ildə nümayiş və piketdə qeyri-qanuni iştirak etdiyinə görə 60 sutka həbs və 3 il sınaq müddətinə məhkum edilmiş 71 yaşlı Pamela Hemphill qəzetə bildirib ki, hərəkətlərinə görə bütün məsuliyyəti öz üzərinə götürür və təbliğatda iştirak etmək istəmir: "Hücum sadəcə dinc etiraz idi. Mən təbliğata alət olmaq istəmirəm".
Kapitoli hücumunda iştirak edənlərin əfv edilməsi Donald Trampın seçki kampaniyası zamanı verdiyi ən mühüm vədlərdən biri idi. O, ABŞ prezidenti kimi ilk günündə bu işdə mühakimə olunan 1500 nəfər üçün əfv fərmanı imzalayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı iş adamı İlon Maskın ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindəki jestini pisləyib.
“Report” xəbər verir ki, bu barədə o, ölkəsində keçirilən president seçkilərindən sonra jurnalistlərə müsahibəsində deyib.
Belarus lideri vurğulayıb ki, belə insanlar Donald Trampı əhatə etməməlidir.
"Mən Mask haqqında əbəs yerə demədim. Niyə ekrana çıxıb milyonlarla insana qarşı nasist jesti göstərirsən? Axı biz amerikalılarla birlikdə buna qarşı mübarizə aparmışıq", - A.Lukaşenko bildirib.
Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra çıxışında Mask prezidentin tərəfdarlarına dəstəyə görə təşəkkür edib. Çıxışı zamanı o, sağ əlini sinəsinə qoyaraq, sonra onu yana uzadıb. Maskın bu hərəkəti sosial şəbəkələrdə və KİV-də İtaliya faşistləri və alman nasistlərinin göstərdiyi jestlə müqayisə edilməyə başlanıb.
Qərb ölkələri Ukraynadakı münaqişənin həlli üçün danışıqlara başlamaq üçün çox güman ki, Rusiyanın aktivlərini boşaltmalı olacaqlar. Bizimyol.info xəbər verir ki, bu barədə “Unherd” portalında məlumat verilib.
“Çox güman ki, Qərb danışıqlara başlamaq üçün Rusiyanın aktivlərini dondurmalı olacaq, lakin siyasətçilər və jurnalistlər bunu demək olar ki, qeyd etmirlər. Müharibə dördüncü ilinə qədəm qoyacaq, bu müddət ərzindəki sanksiyalar daha az təsirli olub, çünki ticarət və maliyyə axınları əsasən yenidən strukturlaşdırılıb. Moskva və Qərb artıq bir-birindən asılı deyil və Ukraynanın müttəfiqləri anlamalıdırlar ki, onların sanksiyaları zaman keçdikcə Rusiyaya daha az təsir edir”, - deyə qeyd edilib.
Yazıs ABŞ prezidenti Donald Trampın Rusiyanı danışıqlara məcbur etmək üçün ona qarşı sanksiyalar və tariflərdən istifadə etməklə son hədələrinə həsr olunub. Qeyd edilir ki, Kreml bu təhdidləri “fırçalayıb” və belə təhdidlərin yeni bir şey olmadığını bildirib. Bildirilir ki, ABŞ-ın yeni sanksiyaları və tarifləri ciddi effekt verməyəcək. Buradan belə qənaətə gəlmək olar ki, Trampın Rusiya ilə bağlı dəqiq strategiyası yoxdur və mediada yayılan səs-küyə baxmayaraq, Ukrayna münaqişəsi onun üçün prioritet deyil.
"Moskva müharibəyə başladıqdan sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Onların əksəriyyəti Avropada, o cümlədən Belçikada Euroclear beynəlxalq platformasında (burada 210 milyard dollar saxlanılır) yerləşir.
Ukraynanın bərpası üçün bu aktivlərin müsadirə edilməsi məsələsi vaxtaşırı Qərb siyasətçiləri və mediası tərəfindən qaldırılır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bir qədər əvvəl xəbərdar edib ki, Moskva onun aktivlərinin müsadirə edilməsi ehtimalına cavab olaraq dərhal addım atacaq", - deyə yazıda qeyd edilir.
Braziliyanın San-Paulu şəhərində baş verən güclü daşqınlar nəticəsində azı 96 nəfər həlak olub. İqtisadiyyat.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, daşqınlar nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib, yollar və metro su altında qalıb.
Hadisə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib.
Aysberq A23a 2024-cü ilə qədər ərimə səbəbindən ərazisinin təxminən 9%-ni itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti"yə Arktika və Antarktika Tədqiqat İnstitutunun buz və hidrometeorologiya üzrə baş mütəxəssisi Polina Soloşçuk bildirib.
A23a 1986-cı ildə Filçner Buz Şelfindən qopmuş dünyanın ən böyük aysberqidir. Onun ərazisi, bəzi mənbələrə görə, 4170 km2-dir ki, bu da Nyu Yorkun ərazisindən üç dəfə çoxdur.
Mütəxəssis qeyd edib ki, hazırda o, Cənubi Corciya adasından təqribən 300 km aralıda sürüşməyə davam edir.
Soloşçuk A23a-nın kifayət qədər güclü olduğunu qeyd edərək deyib: "2023-cü ilin noyabr ayından bəri təmiz suda sürüşməsi zamanı aysberqin əriyir və bu yaxınlarda ölçüsündə kiçilmənin başladığı nəzərə çarpır".
Soloşçuk qeyd edib ki, A23a kifayət qədər güclüdür, forması dalğalara və pis hava şəraitinə davamlıdır.
O əlavə edib ki, son bir ildə aysberq təxminən 1400 km yol qət edib.
Bu həftə "Daily Mail" tabloidi Cənubi Atlantik okeanında yerləşən Cənubi Corciya adasının A23a ilə toqquşma təhlükəsi ilə üzləşdiyini bildirib.
Bundan əvvəl Antarktidadan İsveçrə boyda aysberqin qopacağı barədə məlumat yayılmışdı.