Ardını oxu...
Slovakiyanın Baş naziri Robert Fitso yanvarın 21-də macarıstanlı həmkarı Viktor Orbanla Kiyevin “Türk axını” qaz kəmərinin Rusiya kompressor stansiyasına hücumundan sonra Bratislavada qaz kəmərlərinin mühafizəsini müzakirə edəcək.

Bu barədə Slovakiyanın “Pravda” xəbər portalı məlumat yayıb.

Fitsonun sözlərinə görə, Volodimir Zelenski ABŞ-nin Avropa bazarına daha bahalı mayeləşdirilmiş təbii qaz tədarük etməsi üçün hər şeyi edir.
 
Ardını oxu...
Mağaza satıcıları bildiriblər ki, çinlilərin Rusiya brendlərindən olan bu ərzaqları alması üçün böyük növbələr yaranır.
Rusiya Federasiyasından gələn bir ərzaq növü çinli alıcılar arasında son dərəcə populyardır.
Bu barədə Şençjen (Cənubi Çin) şəhərində Rusiya ərzaq mağazasına baş çəkən “aif.ru”nun müşahidəçisi məlumat verib.
Mağaza satıcıları bildiriblər ki, çinlilər daha çox məşhur Rusiya brendlərinin şokoladlarını alırlar və adətən bunun üçün böyük növbələr yaranır.
“Bizim insanlar bu şokoladları hədsiz çox sevirlər” - satıcılardan biri bildirib.
Sorğulara görə, Rusiyadan gələn şokolad alıcıların 75%-nin sevimli məhsuludur.
“Aif.ru”nun rəyçisi onu da qeyd edib ki, Rusiya istehsalı olan dondurma və bal çinlilər arasında populyarlıq baxımından ikinci və üçüncü yerdədir.
 
Ardını oxu...
Rusiya və Gürcüstan sərhədində "Yuxarı Lars" keçid məntəqəsinin qarşısında müxtəlif ölkələrdən 1 325 yük maşını növbədə qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Sputnik" yazır.

Bildirilir ki, yük maşınlarının təxminən 400-ü Ermənistana məxsusdur.

Qeyd edək ki, Gürcüstan Hərbi Magistralı Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Marşrut Vladiqafqazdan Tbilisiyə qədər, "Yuxarı Lars" sərhəd-keçid məntəqəsindən keçir.
 
 
 
Ardını oxu...
Rusiyanın "Komsomolskaya pravda" qəzetində Azərbaycan əleyhinə material yayılıb. Dekabrın 25-də qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipajının dispetçerlərlə danışıqları dərc olunub.

"Правда" sözü Azərbaycancaya tərcümədə "həqiqət" deməkdir. Amma bu qəzetin adında "həqiqət" sözü olsa da, əsl mahiyyəti hələ də olduğu kimi ("комсомолская") qalır. Azərbaycana qarşı "oğru elə bağırdı ki..." üslubunda yazıdan da bu mahiyyət açıq-aşkar görünür.

Təbii ki, bu danışıqların yayılması məsuliyyəti tamamilə Rusiyanın üzərindən götürmək məqsədi daşıyır.

Bəli, "quşla toqquşma" və "oksigen balonunun partlaması" ifadələri təyyarə heyətinin dilindən çıxıb. Ancaq elə Rusiyalı aviasiya mütəxəssislərinin özlərinin də təsdiq etdiyi kimi, bunlar stress vəziyyətində deyilmiş ifadələrdir. Yerüstü xidmətlərlə danışan pilotlar o cür çətin situasiyada, bağlı kabinədə zədəli təyyarəni idarə etməyə çalışırdılar.

Pilot: "Deyəsən, oksigen balonu partladı" deyib. "Deyəsən" sözü var. Tam əmin deyil. Çünki salonda baş verənləri o an qiymətləndirmək imkanı yoxdur. Həmin məqamda pilotların, sadəcə və sadəcə, bir məqsədi var: təyyarəni yerə endirə bilmək.

Rusiya ilə dost münasibətlərdə olan Azərbaycanın pilotları ağıllarına gətirə bilməzdilər ki, onları yerdən raketlə vurublar, ya vura bilərlər.

İndi Rusiya tərəfdən sərgilənən davranış bir sual doğurur: "Qara qutu"ların tam oxunmasını, bütün araşdırmaların tam olaraq ortaya qoyulmasını gözləmədən belə bir "qabaqdangəlmişlik" kimə və niyə lazımdır?!

Azərbaycan əlindəki faktlara, sübutlara, sağ qalan sərnişinlərin, ekipaj üzvlərinin söylədiklərinə əsaslanır. Təyyarənin gövdəsinin üzərindəki o dəliklər bayırdan içəriyə doğru açılıb. Hansısa bir bərk cismin bayırdan təyyarənin füzelajını deşib içəri keçən fraqmentləri sərnişini, ekipaj üzvünü yaralayıb. Yaralanan heyət üzvü özü deyir: "Elə bil qolumu balta ilə çapmışdılar". Havada bu nə ola bilər? Cavab öz-özünə aydındır.

Pilotlarla yerüstü xidmətlərin danışıqlarını yayanlar iddia edir ki, Qroznı şəhərinə eniş üçün təyyarəyə icazə verilib. Amma sağ qalmış heyət üzvü isə deyir ki, qatı duman səbəbindən enmək mümkün olmadı. Təyyarəyə vurulmuş zədələr onu göstərir ki, artıq buradan geri uçmağa çalışan hava gəmisinə yerdən atəş açılıb. Rusiya mediası, onların arxasında duranlar bu versiyanı tamamilə istisna etməyə, dövriyyədən çıxarmağa çalışırlar.

Çox qəribə vəziyyətdir: Azərbaycan bəyan edir ki, təyyarə Rusiya ərazisində kənar (yerdən) müdaxilə nəticəsində zədələnib, idarəetməni itirib və qəzaya uğrayıb. Günlər keçir, Rusiya tərəfdən rəsmi heç bir reaksiya olmur. Əvəzində "quş versiyası" tam sürətlə fırladılır. Nəhayət, hadisədən 3 gün sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycanlı həmkarına zəng edir, üzr istəyir. Rusiyada bu hadisə ilə bağlı cinayət işi açıldığı bəyan olunur. Amma ardınca aşağı rəsmi səviyyələrdə, xüsusilə, media, sosial platformalar üzərindən Azərbaycana qarşı genişmiqyaslı, intensiv hücum başlanır. Yalan, böhtan, həqarətlər.

Mən bu məsələyə bir yazımda da toxunmuşdum. Əlavə olaraq, bəzi nüanslara nəzər salmaq istərdim. Rusiyanın birinci şəxsi, həm də Putin kimi prezident, xüsusi xidmət orqanlarında yetişib gəlmiş bir şəxs, faktlarla, informasiya ilə necə işləmək lazım olduğunu yaxşı bilən yüksək çinli kəşfiyyat zabiti boş yerə üzrxahlıq etməzdi. Deməli, onun qarşısına qoyulan faktlar, dəlillər üzr istəməkdən başqa yol qoymayıb.

Bəli, burada həm də siyasi məqsədəuyğunluq var: Rusiya prezidenti Azərbaycanla münasibətləri korlamaq istəmir. Çünki onsuz da dünyada, o cümlədən, postsovet məkanında Rusiya ilə səmimi dostluq, qonşuluq, tərəfdaşlıq münasibətləri saxlayan dövlətlərin sayı çox deyil; onlar getdikcə azalır.

Rusiyanın Ukraynada apardığı müharibə göz qabağındadır; Avropanın ən böyük ölkələrindən biri tarixin günorta çağında dövlət olaraq məhv oluur. Bir çox dövlətlər, xalqlar təbii olaraq düşünür: "Öz qardaşına bunları edən başqalarına nələr etməz?!" Ermənistan kimi Rusiya ilə çox yaxın - Moskvanın vassalı olmuş ölkə isə bundan bəhanə kimi istifadə edir.

Bilirsiniz, nökərlər ağalara həmişə nifrət edir; bunu tarix də, sənət də, fəlsəfə də dəfələrlə deyib, göstərib. Ermınistan da istisna olmadı. Rusiyanın ordan-burdan torpaq qoparıb verdiyi, ölkə elədiyi, süni şəkildə qurub dövlət elədiyi, qoruyub əzizlədiyi Ermənistan bu gün ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalayır. Rusiyadan qopmaq üçün min bir oyun qurur. O da bir yana, Moskvanın Çin, Hindistan kimi nəhəng dostları sanksiyalardan qorxaraq Rusiyadan neft almaq istəmir. Başqa misallara heç ehtiyac yoxdur. Belə bir situasiyada Azərbaycan Rusiya ilə münasibətləri əvvəlki kimi qoruyub inkişaf etdirməyə çalışır. Dünyanın dörd bir tərəfində Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə Rusiya prezidentini həbs etməyə hazır dövlətlər var, amma Putini Azərbaycan prezidenti evinə qonaq çağırır, ev ortamında qarşılayır. Bu, Rusiyaya münasibətin səmimiyyətindən xəbər vermirmi?!

Belorusu hesaba almayaq, o, Rusiya ilə vahid ittifaq dövlətində birləşib. Bundan kənarda - bütün postsovet regionunda Rusiyaya bəlkə də ən səmimi, dürüst dost olan ölkə Azərbaycandır. Moskvanın dünyaya açılan iki nəfəsliyi varsa, onlardan biri Azərbaycandır. Hətta sərnişin təyyarəsi Rusiya ərazisində vurulsa da, Azərbaycan tərəfdən Rusiya əleyhinə təbliğat aparılmadı, təhqir, aşağılama kimi xoşagəlməz davranış göstərilmədi. Üstəlik Azərbaycan rəsmiləri, mediası, ekspert dairələri məsələni belə şərh edirdi: "Rusiyanın Azərbaycan təyyarəsini qəsdən vurduğuni düşünmürük". Yəni o çətin, ağır, stressli günlərdə də Azərbaycan öz ayıq, obyektiv, ədalətli mövqeyini qoruyub saxlayırdı. Öz müdrikliyini göstərirdi. Bu cür daxili tarazlığını, mənəvi ucalığını yenə də davam etdirir.

Ancaq Rusiyada nə görürük? Hakimiyyətə yaxın və ya hökumətə bağlı olan media platformalarında Azərbaycana qarşı aramsız və amansız kampaniya aparılır.

Qəribədir, əgər bu sifariş hakimiyyətdən gəlirsə, onda Rusiya prezidentinin üzrxahlığı nə idi? Yox, bu, hakimiyyətdən qaynaqlanmırsa, onda niyə Rusiya üçün vacib olan bir dost, qonşu ölkənin əleyhinə bu cür haqsız hücumları edənlər cəzasız qalır?!

Rusiya prezidenti, xarici işlər naziri, başqa yüksək vəzifəli rəsmilər Azərbaycanı Rusiya üçün "yaxın dost", "vacib ölkə", "etibarlı tərəfdaş" adlandırırlar. Amma eyni zamanda hakimiyyətə yaxın mediada Azərbaycan hər tərəfdən hədəfə alınır, ittihamlara, həqarətə məruz qoyulur. Bu, nə yaxın qonşuluğa, nə səmimi dostluğa, nə strateji tərəfdaşlığa sığır.

Rusiyanın idarəçiliyində Prezidentdən tutmuş üzüaşağı bütün səviyyələrdə xüsusi xidmət orqanlarının təsiri həlledici səviyyədədir. Bu, həm siyasi qərarların qəbuluna təsir, həm də həmin qərarların icrasına nəzarət baxımından Federal Təhlükəsizlik Xidmətinin, eləcə də, başqa anoloji strukturların roluna aiddir. Xüsusilə, Rusiyanın Ukrayna ilə müharibə vəziyyətində, Ukraynada Qərb gücləri ilə sərt qarşıdurmada olduğu bir şəraitdə Rusiyanın həyatında və siyasətində xüsusi xidmətlərin məsuliyyəti və diqqəti birə beş artıb. Belə bir ortamda Rusiyanın etibarlı tərəfdaşına -Azərbaycana qarşı kimlərinsə siyasi "özfəaliyyət ansamblı" yaradıb, təbliğat qaçaqçılığı etməsi, "tənha atıcı" pozasına keçməsi ya mümkün deyil, ya da Federal Təhlükəsizlik Xidmətinin nəzarətindən kənarda deyil.

Azərbaycan zərərçəkmiş tərəfdir; Azərbaycana qarşı törədilmiş cinayətdə Azərbaycanın özünü təqsirkar çıxarmaq cəhdi varsa, hansı ədalətdən danışmaq olar?!

Biz bu "film"ə əvvəllər də baxmışıq; 1992-ci ildə Azərbaycan öz torpaqlarını azad etmək istəyəndə ABŞ Konqresi "Azadlığı müdafiə aktı"na 907-ci düzəliş qəbul etdi; işğalçını - cinayət törədəni deyil, işğala məruz qalanı - zərərçəkəni cəzalandırdı. Vaşinqton 44 günlük müharibədən sonra - Azərbaycan öz torpaqlarını azad edərkən, bu davranışı yenə təkrar etdi; Co Bayden administrasiyası hüquqi qüvvəsi dayandırılmış bu cəza sanksiyasını yenidən bərpa elədi.

Rusiya, onun mediası, bloqosferası bir yandan Co Baydeni "aslb-kəsir", o biri yandan, özləri onun kimi davranır; cinayəti törədənləri tapıb cəzalandırmaq yerinə, zərərçəkəni cəzalandırırlar. Bu paradoksu hara yazaq?! (Deyəsən, Baydeni qınaya-qınaya, özləru də Baydenə oxşadılar).

Rusiya tərəfinin təbliğatı, dediyimiz kimi, məsuliyyəti pilotların, ekipajın üzərinə yönəldib, əsl günahkarları aradan çıxarmaq istəyir. Yenə də söhbəti "quş" versiyasına bağlayıb, oksigen balonuna qoşublar. Ancaq əsas məsələ bu deyil. Əsas mətləb təyyarənin vurulmasıdır. Təyyarədə zərərçəkən şəxslərin yarasında "Panitsir" hava hücumundan müdafiə sisteminə - onun raketinə məxsus qəlpələrin qalıqlar var. Onlar bu yaraları Rusiya üzərində uçuş zamanı - təyyarə havadaykən alıblar. Bakıda təyyarəyə minəndə sağ-salamat idilər.

Bir sözlə, Rusiya mediasındakı təbliğata bir "quş"! Bu, əsl rus ruletidir; məsuliyyətdən qaçmaq üçün göydə uçan quşlardan mədəd umanların silahı axır bir gün, bir yerdə öz başında partlayacaq. Ancaq hələ fərqində deyillər.

Gün kimi aydın olan gerçəkləri bu cür israrla danmaq, həm də haqsız və yersiz hücumlarla pərdələmək dostluq-filan o yana qalsın, heç insanlığa sığışan bir şey deyil.

Azərbaycanın tələbləri haqlı və aydındır: hadisə hərtərəfli və obyektiv araşdırılsın, təqsirkarlar tapılıb cəzalandırılsın, zərərçəkənlərə kompensasiya ödənilsin. Burda qeyri-adi, fövqəltəbii nə var?! Heç nə! Onda bu hay-küy nəyə, daha doğrusu, kimə lazımdır?!

"Hay-küy" dedim, Ulyam Şekspirin "Heç nədən hay-küy" pyesini xatırladım: qraf Klavdio Duanaya aşiq olur. Ancaq Don Xuan bu qarşılıqlı sevgiyə mane olmaq üçün qarayaxmaya, böhtana əl atır. Ancaq axırda özü ifşa olunur; yalanı ortaya çıxır.

Şekspirin bu əsəri, bəli, romantik komediyadır. Amma bu gün Rusiyada Azərbaycana qarşı oynanılan tamaşa əsl tragikomediyadır. Üstəlik böhtan da, böhtançının kimliyi də göz önündədir. Bircə qalır, Şekspirsayağı xoşbəxt sonluq. Bu da həqiqətin etirafından keçir.

Özü də söhbət əsl həqiqətdən gedir, "комсомолская правда"dan yox!

P.S. Yeri gəlmişkən, Azərbaycanın tələbi ilə Rusiyanın kompensasiya ödəyəcəyi sərnişinlər arasında Rusiyanın öz vətəndaşları da var... (bizimyol.info)
Ardını oxu...
Mən bu razılaşmadan yaxşı bir şey gözləmirəm. Xatırlayırsınızsa, ABŞ və Ukrayna 2021-ci ilin noyabrında oxşar saziş imzaladılar və cəmi üç ay sonra Rusiya Ukraynanı işğal etdi.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi haqda danışarkən deyib.

“Təəssüf ki, bunun nəyə gətirib çıxardığını artıq görmüşük. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitində Ukrayna və Gürcüstanın NATO-ya daxil olması barədə qərar qəbul edilib. Həmin ilin avqustunda Altı günlük müharibə zamanı Rusiya Gürcüstanı işğal etdi. Daha sonra, 2014-cü ildə Ukraynanın Qərblə yaxınlaşması səbəbindən Ukraynada Maydan hərəkatı və vətəndaş qarşıdurması alovlandı və nəticədə Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğalı ilə nəticələndi.

ABŞ-ın Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi Rusiya və ya İranı əvəz edə biləcəyi fikri Vaşinqton bürokratları üçün cəlbedici görünə bilər, onların əksəriyyəti Ermənistanda olmayıb və ya xəritədə Ermənistanı çətinliklə tapa bilər. Ermənistan üçün isə bu, çox riskli addımdır. Bu qərar ölkəni Türkiyənin ambisiyaları qarşısında aciz edə bilər”, - o bildirib.
 
Ardını oxu...
Tehranda İran Ali Məhkəməsi qarşısında iki hakimin ölümü ilə nəticələnən atışma terror aktıdır.

TNS xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Nəşr qeyd edir ki, İranın baş prokuroru Mohammad Movahhedi Azad Tehran Baş Prokurorluğuna hadisəni dərhal və hərtərəfli araşdırmağı tapşırıb.

Agentlik hücumçunu saxlamağa çalışdıqlarını, lakin onun intihar etdiyini bildirib.

Azad terror aktının arxasında duranların müəyyən edilərək həbs olunmasını istəyib.

Hücum nəticəsində bir mühafizəçi və daha bir hakimin yaralandığı iddia edilir. Nəşr bildirir ki, təcavüzkarın Ali Məhkəmə və orada baxılan işlərlə heç bir əlaqəsi olmayıb.

Xatırladaq ki, yanvarın 18-də Tehran İran Ali Məhkəməsinin binası yaxınlığında atışma baş verib, nəticədə iki hakim öldürülüb.

Ölən hakimlər milli təhlükəsizlik, casusluq və terrorizm əleyhinə cinayətlər üzərində işləyirdilər
 
Ardını oxu...
İsrail 33 əsirin əvəzində 1 890 fələstinli məhbusu azad edəcək.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi bəyanatında deyilir.

Bildirilir ki, atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək.

Bundan əvvəl HƏMAS-ın yanvarın 19-da atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında üç israilli əsiri azad etməyi planlaşdırdığı barədə xəbər yayılıb.

HƏMAS bildirib ki, Qəzza zolağında azad ediləcək israilli əsirlərin sayı fələstinli məhbusların sayından birbaşa asılı olacaq.

Qeyd edək ki, Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.
 
Ardını oxu...
Yanvarın 15-də ABŞ-ın vasitəçiliyi ilə Fələstinin HƏMAS qruplaşması və İsrail arasında atəşkəs razılaşmasının imzalanması bütün dünyada müsbət qarşılandı. Lakin razılaşmanın elanından bir neçə saat sonra İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına hücumu vəziyyəti yenidən gərginləşdirdi.

Buna baxmayaraq əsir və girovların dəyişməsini nəzarət tutan 42 günlük razılaşma HƏMAS rəhbərliyi və Təl-Əviv tərəfindən təsdiqlənib. İsrailin yeni hücumlar həyata keçirməsi isə əldə olunan atəşkəsin pozulmasına təhdid kimi dəyərləndirilir.

Tərəflər 42 günlük razılaşmaya riayət edəcəklər? Qısamüddətli atəşkəsin sülhlə nəticələnmə ehtimalı varmı?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, İsraillə HƏMAS arasındakı atəşkəs həm israillilər, həm də fələstinlilər üçün uzun və ağrılı fəsli bitirmək ümidləri yaradır:

“Lakin yenə də, müharibə və ya döyüşlərin bərpasını tələb edən dönüş nöqtələrinin yaranması mümkündür. Bu, texniki baxımdan İsrail və ya HƏMAS-ın atəşkəs sazişinin tələblərini pozmaq proqnozları ilə izah edilə bilər. Daha geniş geosiyasi prizmada isə Yaxın Şərqin yenidən sürpriz şəkildə formalaşdırılmasından irəli gələn nəticələr yeni münaqişələri qaçılmaz edəcək.

Hərçənd ki, HƏMAS-İsrail müharibəsinin gedişatında İranın müqavimət oxu sarsıdıcı zərbə aldı, Suriyadakı Bəşər Əsəd rejimi devrildi, Tehranın Yaxın Şərq strategiyası tənəzzülə yaxınlaşdı. Yəni düşünmək olar ki, İranın geosiyasi mövqelərinin zəifləməsi, bəlkə Yaxın Şərqi sülh və sabitlik regionu edə bilər, lakin məsələ təkcə Tehranla məhdudlaşmır.

Regionda Türkiyə böyük geosiyasi üstünlüklər qazanır, Çinin strateji yanaşmaları genişlənir, ABŞ ilə Rusiya isə əvvəlki dövrlərə nisbətdə çox da uğur qazana bilmir. Buna baxmayaraq, HƏMAS ilə İsrail arasındakı atəşkəs ABŞ diplomatiyasının Çin diplomatiyasını məhdudlaşdırmaq səylərinin bir hissəsi kimi şərh oluna bilər”.

Ekspert hesab edir ki, rəqabətin davamı, üstəlik İsrailin HƏMAS-ı tamamilə məhv etmək barədəki bəyanatları proseslərin region üçün bundan sonrakı nəticələrini qaranlıqlaşdırır:

“Rəqabətə əsaslanan strategiyaların təsirinin tam həcmi tezliklə məlum olacaq. Onu da nəzərə almaq zəruridir ki, hələ ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp administrasiyasının Yaxın Şərq siyasətinin konturları tam bəlli deyil. Amma Trampın İsrailə misilsiz dəstəyi münaqişələri alovlandıra bilər.

Deməli atəşkəs sazişi gələcəyə dair sülh üfüqlərini tam aydınlaşdırmayan və situativ olaraq müharibənin dondurulması riskini özündə ehtiva edən sənəddir. Dağılmış və xarabalıq vəziyyətində olan Qəzzada, əhalini saxlamaq və humanitar fəlakəti sabitləşdirmək qarşıda duran ən əhəmiyyətli problemlərdən biridir”.

Analitikin sözlərinə görə, atəşkəsin nəhəng regional konteksti barədə əlavə iddialar da yaranır:

“Türkiyənin İranın güzəştlərə məcbur edilməsi ilə başlana biləcək yeni proseslərdə geosiyasi mövqeləri güclənəcək. Ankaranın baxışı hərbi genişlənmə ilə yanaşı, strateji infrastrkturlara, iqtisadi razılaşmalara köklənəcək. Türkiyə Suriyanın gələcəyinin əsas memarı kimi çıxış edir, həm də PKK-nın məhvi barədə strategiyasını yeniləyir.

Hərçənd ki, burada Ankara ilə Təl-Əvivin maraqlarının toqquşan və birləşən tərəfləri mövcuddur. Bu, ayrıca bir mövzunun predmetidir, lakin Yaxın Şərqdəki ən son sülh hadisəsi (HƏMAS-İsrail razılaşması) Türkiyənin PKK əleyhinə mübarizə kodeksinə müsbət təsir göstərəcək. Bununla da Türkiyə Yaxın Şərqdə güc balansını dəyişməyə, Dəməşqdə Ankaradan idarə olunan hakimiyyət qurmağa, ABŞ, İran, Rusiya kimi rəqiblərinin təsirini əhəmiyyətli şəkildə cilovlamağa nail olmaq yanaşmalarını təkrarlayacaq”.
Ardını oxu...
Dizen qeyd edib ki, Rusiyanın zəifliyi ilə bağlı iddialara baxmayaraq, o, hazırda əhəmiyyətli güc nümayiş etdirir və güc baxımından həm Çini, həm də ABŞ-ı üstələyir.
Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen Rusiyanın imkanları ilə bağlı bəyanatını şərh edərkən Avropa İttifaqının xarici işlər naziri Kay Kallası tənqid edib.
Bu barədə o, özünün X* platformasındakı yazısında fikrini bildirib.
"Rusiyanın dünyanın ən güclü gücü olması ABŞ-ın maraqlarına uyğun deyil" – Dizen Kallasdan sitat gətirib.
Dizen qeyd edib ki, Rusiyanın zəifliyi ilə bağlı iddialara baxmayaraq, o, hazırda əhəmiyyətli güc nümayiş etdirir və güc baxımından həm Çini, həm də ABŞ-ı üstələyir. O, tarixi paralel apararaq, Hitlerin yəhudiləri məsxərəyə qoyarkən, eyni zamanda onları sivilizasiyanı təhdid edən güclü qüvvə kimi qəbul etdiyini xatırladıb.
Bundan əvvəl professor Tuomas Malinen Kay Kallası xəyali Rusiya təhlükəsini şişirtməkdə günahlandırmışdı. Belə ki, Avropa diplomatiyasının rəhbəri bildirib ki, Avropa "Rusiya Federasiyasından gələn hibrid təhdidlərə" qarşı birləşməlidir.
* X sosial şəbəkəsi (keçmiş Twitter) Rusiya Federasiyasında bloklanıb
Sputnik
 
Ardını oxu...
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) təhlilçisi cümə günü Virciniya ştatında federal məhkəmədə İsrailin İrana hücum planları ilə bağlı məxfi məlumatların sızdırılması ittihamı ilə bağlı işdə təqsirini etiraf etdi.

Virciniyanın Vyana şəhərinin 34 yaşlı sakini olan Asif Vilyam Rahman keçən il Kambocada həbs olunmuş və sonradan Quama aparılmışdı. O, milli müdafiə ilə əlaqəli məxfi məlumatların saxlanması və ötürülməsi ilə bağlı iki ittiham üzrə hər biri üçün maksimum 10 il həbs cəzası ilə üzləşir.

Rahman 2016-cı ildən kəşfiyyat agentliyində çalışıb və yüksək səviyyədə məxfi məlumatlara çıxış icazəsinə malik olub.

Prokurorların məlumatına görə, Rahman iş yerində məxfi sənədləri qanunsuz olaraq yükləyib çap etmiş və daha sonra bu sənədləri evinə aparmışdır. O, sənədlərin mənbəyini gizlətmək üçün dəyişiklik edərək onları yaymışdır.

Məxfi məlumatlar sonda Telegram sosial media platformasında dərc olunmuşdur.

Ədliyyə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Rahman 2024-cü ilin yazından noyabr ayına qədər işində öyrəndiyi “tam məxfi məlumatları” bu məlumatları almaq hüququ olmayan bir neçə şəxslə paylaşmışdır.

“Dövlət işçiləri, təhlükəsizlik icazələri alaraq ölkəmizin məxfi məlumatlarına çıxış əldə etdikdə, həmin məlumatları qorumağa söz verirlər,” Federal Təhqiqatlar Bürosunun (FBI) Milli Təhlükəsizlik Şöbəsinin icraçı köməkçisi Robert Uells cümə günü verdiyi açıqlamada bildirib.

“Rahman bu vədi açıq şəkildə pozub və hərəkətlərini gizlətmək üçün bir neçə addım atıb. FBI, məxfi məlumatları qanunsuz yolla ötürən və ölkəmizin milli təhlükəsizlik maraqlarını təhlükəyə atan şəxsləri araşdırmaq və məsuliyyətə cəlb etmək üçün bütün resurslarından istifadə edəcək,” deyə Uells qeyd edib.

Ədliyyə Nazirliyi bildirib ki, Rahman ABŞ siyasəti ilə bağlı şəxsi fikirlərini gizlətmək üçün şəxsi elektron cihazlarında olan qeydlərini və yazılı materialları məhv edib. O, həmçinin qanunsuz fəaliyyətini gizlətmək üçün məxfi məlumatları və məxfi sənədlərin fotolarını ötürmək üçün istifadə etdiyi internet marşrutlaşdırıcısı da daxil olmaqla, bir neçə digər elektron cihazı məhv etmiş və məhv edilmiş cihazları ictimai zibil qutularına atmışdır.

Associated Press-in məlumatına görə, Rahman Kaliforniyada anadan olmuş, Sinsinnatida böyümüş və Yel Universitetini cəmi üç ildə bitirmişdir.

Rahmanın cəzasının elan olunması 15 may tarixinə təyin olunub.
 

Dünyapress TV

Xəbər lenti