Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT XİN Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.

Bu barədə “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Görüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.
 
 

 


 
Ardını oxu...
Budapeşt Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının (AK) sədri vəzifəsinə yenidən təyin olunmasını dəstəkləməyəcək.

Bu barədə “Politico” qəzeti Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Bokuya istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, Macarıstan hakimiyyəti Avropa İttifaqında yüksək vəzifələrə namizədlər siyahısında digər adların əleyhinə deyil. Boka əlavə edib ki, Macarıstanın baş naziri Viktor Orban ölkənin Avropa Parlamentində hansı fraksiyaya qoşulacağına hələ qərar verməyib.

Onun fikrincə, Aİ-də mövcud sağçı partiyaların “restrukturizasiyaya” ehtiyacı var ki, bunu Macarıstanın hakim partiyası “FİDES”in iştirakı olmadan təsəvvür etmək çətindir.
Ardını oxu...
Bazar ertəsi Birləşmiş Ştatlar ötən həftə sonu İsveçrədə keçirilmiş sammiti “Ukraynada ədalətli sülh yolunda mühüm mərhələ” kimi alqışlayıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynada sülhün prinsipial çərçivələrini müzakirə etmək üçün İsveçrədə Ukrayna prezidenti Zelenskiyə və 90-dan çox ölkənin liderlərinə və nümayəndələrinə qoşulub.

“İştirakçılar Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqlədilər. Onlar qlobal ərzaq təhlükəsizliyi, nüvə təhlükəsizliyi və müharibənin fəlakətli humanitar nəticələrinin aradan qaldırılması sahəsində mühüm əhəmiyyətli əməkdaşlığı müzakirə etdilər”, – Dövlət Departamentinin nümayəndəsi Metyu Miller gündəlik brifinqdə bildirib.

Lakin o əlavə edib ki, Moskvada Putinin başqa mesajı olub: danışıqlar başlamazdan əvvəl Ukraynanı Rusiyanın hazırda işğal etdiyi ərazilərdən daha çox suveren ərazidən imtina etməyə çağıran daha bir maksimalist bəyanat.

“Prezident Putin tələb edib ki, Ukrayna tərksilaha razı olsun, Rusiyanın gələcək təcavüzünə qarşı həssas olsun. Heç bir məsuliyyətli millət bunun sülh üçün ağlabatan əsas olduğunu söyləyə bilməz. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə meydan oxumaqdır. Bu, əxlaqın təməllərinə meydan oxumaqdır”, – Dövlət Departamentinin nümayəndəsi deyib.

“Aydındır ki, Rusiya hər hansı ciddi, vicdanlı müzakirələrə hazır deyil. Rusiyanın hərəkətləri bunu xüsusilə aydın göstərir ki, o, Ukraynanın mühüm infrastrukturunu bombalamağa, Qara dənizdəki gəmiləri təhdid etməyə və on minlərlə ukraynalı uşağı zorla köçürməyə davam edir”, – Miller əlavə edib.

ABŞ-a gəlincə, Miller deyib ki, bu həftə sonu sammit zamanı Ukraynanın etdiyi kimi sülh üçün birlikdə çalışacaqlar. “Biz həqiqətən ədalətli və davamlı sülh üçün şərait yaratmaqdan ötrü Ukrayna, onun tərəfdaşları və dünya birliyilə işləməyə davam edəcəyik”.

Turan-ın müxbirinin sammitin yekun kommünikesini imzalamayan Braziliya, Səudiyyə ərəbistanı və digərləri kimi bəzi iştirakçı ölkələr haqqında sualına cavabda Miller hər hansı tənqiddən çəkinərək deyib ki, “hər bir ölkə özü üçün danışmalıdır və hər bir ölkə özü qərar verməlidir”.

“Ancaq Ukraynanın əldə etdiyi dəstəyə baxsanız görərsiniz ki, bu sülh sammitində 90-dan çox ölkə iştirak edib. 80-dən çox ölkə və beynəlxalq təşkilat yekun kommünikeyə imza atıb. Hesab edirik ki, bu rəqəmlərin hər ikisi Ukraynaya və təkcə sülhə yox, ədalətli və davamlı sülhə çox əhəmiyyətli dəstəkdir ki, biz həmişə bunu açıq şəkildə bəyan etmişik”, – mətbuat katibi deyib.
 
Ardını oxu...
“Ukraynaya kömək etməsək, Putinin qoşunları Polşa ilə sərhəddə olacaq”.

TEREF xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O bildirib ki, Rusiyanın təcavüzündən qorunan Ukraynaya yardımın kəsilməsinin Almaniya və NATO üçün təhlükəli nəticələri ola bilər.

“Ukraynaya kömək etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə dayanması riski yaranacaq. O zaman müharibə sürətlə AB və NATO ərazilərinə yayılacaq. Ukraynanı dəstəkləmək bizə müharibəni özümüzdən uzaq tutmağa imkan verir”, – deyə Berbok bildirib.

Almaniyanın xarici işlər naziri yeni qaçqın axını təhlükəsi barədə də xəbərdarlıq edib.

“Əgər Ukrayna artıq özünü müdafiə edə bilməsə, onda yenə milyonlarla insan qaçmağa məcbur olacaq. Axı kim istəyər ki, işgəncə və işğal altında könüllü yaşasın? Artıq bir milyondan çox ukraynalı Almaniyada sığınacaq tapıb. Məğlubiyyətin azad Avropa üçün ölümcül nəticələri olacaq. Ona görə də Ukraynaya yardım genişləndirilməlidir”, – nazir vurğulayıb.

globalinfo.az
 
Ardını oxu...
ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskiyə sui-qəsd təşkil edə bilər. Çünki o, ABŞ-ın Ukraynadakı işləri haqqında çox şey bilir.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ ordusunun keçmiş zabiti Skott Bennett çıxış edib.
“O, artıq yeriyən bir cəsəddir. Ümumiyyətlə, onun hələ də sağ olması təəccüblüdür. Mən onun fiziki olaraq məhv ediləcəyinə, öldürüləcəyinə inanıram. Zelenski ölümdən yalnız məhkəmənin hökmü ilə xilas ola bilər. Bundan sonra o, Sibirdə hardasa kiçik kameraya yerləşdiriləcək”, - o əlavə edib.
 
 
 
Ardını oxu...
Ermənistan hökuməti KTMT-dən çıxıb-çıxmamağa qərar verməlidir və biz bu qərarlara hörmətlə yanaşırıq.

Bu barədə ABŞ Dövlət Departamenti "Amerikanın Səsi" radiosunun erməni xidmətinin Ermənistanın KTMT-dən çıxması ehtimalına görə Vaşinqtonun mövqeyi ilə bağlı sorğusuna cavab olaraq bildirib.

"Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə kömək etdiyini göstərən heç nə görməmişik", Dövlət Departamentindən bildirilib. \\APA
 
Ardını oxu...
ABŞ Dövlət katibinin birinci müavini Riçard Verma iyunun 17-19-da İrəvanda səfərdə olacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər və danışıqlar planlaşdırılır. Xəbərdar etmişdilər!

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko qeyd edib.

“ABŞ Ermənistanı Rusiyaya və KTMT-yə xəyanətə hazırlayır – proses artıq işə salınıb. O zaman bu cür Ermənistan bizə niyə lazımdır?” – o bildirib.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanlı sərhəddə yerləşən Zəngəzur (Sünik) bölgəsinə səfər edib.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər zamanı hökumət başçısı bölgədə həyata keçirilən işlərin gedişi ilə tanış olub.

Baş nazirin ilk dayanacağı Qafan şəhəri olub, sonra o, M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolunda işlərin gedişi ilə tanış olub.

Ardınca Nikol Paşinyan Qafan rayonunun bir sıra kəndlərinə gedib, yerli sakinlərlə görüşüb, onların problemləri ilə tanış olub.

Paşinyan qeyd edib ki, mövcud problemlər hökumətin diqqət mərkəzindədir və onların əhəmiyyətinə uyğun olaraq, müvafiq həlli yolları tapılacaq.

Baş nazirin son dayanacağı Şurnuxu kəndi olub. Qeyd edək ki, bu kənd Azərbaycanın Qubadlı rayonu ilə həmsərhəddir.

Orada Nikol Paşinyan yeni tikilən fərdi evlərin paylanması üçün keçirilən püşkatma mərasimində iştirak edib. Dövlət Proqramının icrası nəticəsində 13 ailə üçün fərdi yaşayış evi tikilib. Paşinyan həmin evlərdə yaradılan şəraitlə tanış olub və sakinləri təbrik edib.

Baş nazir vurğulayıb ki, o, bütün yerlərdə sülh və delimitasiya gündəmlərinə dəstək hiss edir.

“Biz çətin prosesdən keçirik, lakin bu gün ölkəmiz sabit, müstəqil, suverendir və öz suverenlik və müstəqillik səviyyəsini hər gün artırır. Bu, ilk növbədə, anlayış və ictimaiyyətin dəstəyi sayəsində baş verir”, - Paşinyan delimitasiyanımn vacibliyini deyib.

Xatırladaq ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra Şurnuxu kəndi idtiqamətində insident olmuşdu. İşğal dövründə Azərbaycanın sərhəd bölgəsindəki torpaqlarını mənimsəyərək Şurnuxu kəndinin ərazisinə qatan ermənilər orada 13 ev tikmişdilər. 2021-ci ildə əvvəlində Ordumuz həmin torpaqları Azərbaycanın nəzarətinə qaytarmışdı. O zaman ermənilərin qanunsuz tikdikləri evlər əllərindən çıxmışdı. Nəticədə həm də ərazidən keçən Gorus-Qafan yolunun 21 km-lik hissəsinə nəzarət də Azərbaycana keçmişdi.

2021-ci ilin sentyabrında isə Azərbaycan tərəfi haqlı olaraq Gorus-Qafan yolunda gömrük və polis postu qurmuşdu. Bu tədbirlər nəticəsində o zaman həm də Gorus-Qafan yolu ilə Xankəndidəki separatçılara qanunsuz yükdaşımalarına son qoyulmuşdu.
Ardını oxu...
İsveçrənin Bürgenstok şəhərində Ukrayna münaqişəsi üzrə keçirilən beynəlxalq konfransın yekun sənədini təsdiqləyən ölkələrin sayı 80-dən 78-ə düşüb.

Məlumata görə, forumun təşkilatçıları İordaniya və İraqı forumda qəbul edilmiş sənədin tərəfdarlarının ilkin dərc olunmuş siyahısından çıxarıblar.

Beləliklə, Zaporojye atom elektrik stansiyası üzərində suverenliyin Ukraynaya verilməsini tələb edən yekun sənədi dəstəkləməkdən imtina edən ölkələrin sayı 15-ə çatıb. Bunlar Ermənistan, Bəhreyn, Braziliya, Vatikan, İraq, Hindistan, İndoneziya, İordaniya, Kolumbiya, Liviya, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Tayland və Cənubi Afrika Respublikasıdır.

Qeyd edək ki, tədbirdə 91 ölkə iştirak edib.

Mənbə: RT

17:00

İyunun 15-16-da Bürgenstokda (İsveçrə) Ukrayna münaqişəsi üzrə keçirilən beynəlxalq konfransın yekun sənədi tədbirdə iştirak edən 91 ölkədən 80-i tərəfindən dəstəklənib.

İclasın təşkilatçıları sənədi təsdiq edən ölkələrin siyahısını dərc ediblər.

Siyahıda Türkiyə, Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı da yer alıb.

Eyni zamanda, burada İsveçrə, Aİ ölkələri və ABŞ-nin də adı var.

Mənbə: TASS
Ardını oxu...
Yəmənin "Ənsar Allah" husi hərəkatının üsyançıları ABŞ-nin esminesinə və iki ticarət gəmisinə - "Captian Paris" və "Happy Condor"a hücum ediblər.

Bunu radikal təşkilatın hərbi nümayəndəsi Yəhya Saria deyib.

Onun sözlərinə görə, esmines Qırmızı dənizdə ballistik raketlərlə hücuma məruz qalıb. Saria iddia edib ki, husilər Qırmızı dənizdə "Captian Paris" neft tankerinə gəmi əleyhinə raketlərlə hücum ediblər, Ərəbistan dənizində isə maye qazı daşıyan "Happy Condor" tankerinə pilotsuz təyyarələrlə zərbələr endirilib.

O, ticarət gəmilərinə hücumun Fələstinin limanlarına keçid qadağasının pozulması ilə bağlı olduğunu vurğulayıb.

"Hər üç əməliyyat uğurla nəticələnib", - deyə üsyançıların nümayəndəsi əlavə edib.

Mənbə: Al Masirah

Dünyapress TV

Xəbər lenti