Ardını oxu...
Rusiya, Azərbaycan və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər və Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçiriblər.

Bu barədə Rusiyanın İrandakı ticarət nümayəndəliyində Rusiya nümayəndə heyətinin tərkibində işçi qrupunun yaradılmasına həsr olunmuş ekspertlərin iclasında iştirak edən Dağıstan hökumətinin nümayəndəsi Andrey Tanayev məlumat verib.

"Biz Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüş keçirdik və "İran Astarası", "Azərbaycan Astarası", "Azərbaycanın Cənubi Astarası", "Taqirkent-Kazmalyar", "Yarağ-Kazmalyar" məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçirmişik", - agentliyin həmsöhbəti bildirib.

"Biz Azərbaycan tərəfi ilə ikitərəfli razılığa gəldik", - deyə Tanayev bildirib.

O, yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert qrupunun iclasının demək olar ki, on ildə ilk dəfə keçirildiyini vurğulayıb.

Mənbə: TASS
 

Ardını oxu...
“Rusiya Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsinin qarşısını almalıydı. Elə ona görə də, cənub qalamız olan Qarabağı itirdik”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi siyasi müşahidəçi Vladimir Xomyakovdur.

O bildirib ki, Ermənistan öz ərazisini NATO-ya dəvət edəcək. “Çünki onun mövcud olması üçün bu yeganə şansdır”.

Rus şərhçi onu da bildirib ki, Türkiyə Qafqazı əldən verməyəcək. “Türklər də bizim kimi imperiya xalqıdır. Heç nəyi unutmurlar. Onlar üçün Transqafqazı itirmək ABŞ-ın Latın Amerikasını, öz arxa bağçasını itirməsi ilə eynidir ”.

Vladimir Xomyakov bir qədər də irəli gedərək, erməni tərəfinə müəyyən “ideyalar” da verib. “İndiki vəziyyətdə əsas məqsəd ilk növbədə “yumşaq güc”dən istifadə olunmasıdır. Yəni, vəziyyəti içəridən partlatmağa başlamaq lazımdır. Xaricilər bizə hər zaman belə edir. Bizim rıçaqlarımız var. Rusiyada 1,5 milyon azərbaycanlı yaşayır və onlar çox zəngin insanlardır. İranla mümkün qədər sıx əlaqələr qurmaq vacib bir cəhətdir, çünki o, bölgədə türklərə qarşı yeganə əks tərəfdir. Varşava paktının timsalında İranla qarşılıqlı müdafiə haqqında hərbi-siyasi müqavilə bağlamaq lazımdır. Qərbdə Moskva ilə Tehranın müttəfiqliyindən qorxurlar. Və bu barədə Amerikanın nüfuzlu “Foreign Affairs” jurnalının “Putinin Cənubi Qafqazda gizli oyunu” məqaləsində deyilir. Putinin Əliyevlə çoxdankı tanışlığından istifadə edərək, Rusiyanın İrana qurudan çıxışını bərpa etməyə çalışdığı, Moskvanın Ukraynada döyüşən rus qoşunlarının əsas silah tədarükçüsünə çevrilmiş Tehranla birbaşa dəmir yolu əlaqəsi axtardığı deyilir. Məqalədə rus qoşunlarının Ermənistandan çıxarılması Rusiyanın zəifliyinin əlaməti adlandırılsa da, aydınlaşdırılıb ki, Ermənistanın Qərbə üz tutmasını və Gürcüstan ictimaiyyətinin kütləvi müqavimətini həm də zəiflik əlaməti adlandırmaq olar”.

Rus ekspert qeyd edir ki, Rusiyadan İrana dəhliz Ermənistan ərazisinin cənub hissəsindən keçir və Ermənistan tamamilə Rusiyanın enerji resurslarından asılıdır. “Bu, Putinin kozırıdır. Yəni İrəvan Rusiya qazı olmadan heç yerə getməyəcək, əvəzində yerini İrana verəcək. Verməsə, onda… Azərbaycan “dədə-baba yurdu” iddialarından əl çəkməyəcək. Bundan başqa, iyunun 4-də məlum olub ki, Türkiyə BRİKS-ə qoşulmaq istəyir və bu məsələ Rusiyada keçiriləcək görüşdə ölkələrin xarici işlər nazirlikləri səviyyəsində müzakirə olunacaq. Təbii ki, demək olar ki, bütün baş verənlərdən sonra Ərdoğana güvənmək özünə hörmətsizlik etmək deməkdir. Amma biri səndən üz döndərib, digəri dostluq təklif edirsə, o zaman seçim göz qabağındadır. Üstəlik, Türkiyə prezidenti çoxdan başa düşür ki, Qərbin ona ehtiyacı yoxdur və Rusiya ilə dost olmaq hər cəhətdən faydalıdır”.
 

Ardını oxu...
Skopyedə (Şimali Makedoniya) keçirilən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi Sammitində Kosovo Prezidenti Vosa Osmani Türkiyə xarici işlər naziri Hakan Fidanla türkcə danışıb.

Teleqraf.com xəbər verir ki, ayaqüstü söhbətdə prezident Fidandan Kosovo ilə İspaniya arasında diplomatik münasibətlərdə kömək istəyib.

Türkiyəli nazirin “bir şey edəcəyik” cavabı diqqəti çəkərkən, Osmani ona türkcə reaksiya verib: “Lütfən bir şey edin”.

Söhbətin videogörüntüsünü təqdim edirik:

https://ok.ru/video/7662353648243

VİDEO

Ardını oxu...
  

Tehran yaxınlığındakı Kərəc şəhərində ədliyyə binasında etirazçılar tərəfindən partlayış həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb. 

Qeyd olunub ki, etirazçılar bunu minlərlə siyasi məhbusun qətlində əli olan keçmiş İran rəsmisi Həmid Nurinin azadlığa buraxılmasına etiraz olaraq həyata keçirib.

Musavat.com

Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları dünənki günə öz damğasını vurdu.

Musavat.com həmin açıqlamalardan daha bir parçanı təqdim edir. Bizə görə bu açıqlama Nikolun ən əcaib açıqlamalarındandır və onu başa düşmək üçün erməni olmalısan..."

Sitat:

"Biz müstəqilliyi, suverenliyi, dövlətçiliyi ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyinin, rifahının, azadlığının, ədalətinin və xoşbəxtliyinin təmin edilməsinin ən ali aləti hesab edirik.

Mənim qiymətləndirməm belədir və mən əminəm ki, bu ideologiya yavaş-yavaş da olsa, cəmiyyətdə kök salır. Əsl Ermənistanın ideologiyası ondan ibarətdir ki, biz hamımız, Ermənistan xalqı, Ermənistan vətəndaşları, Ermənistanın dövlət qurumları məhz BU Ermənistanın ehtiyaclarına diqqət yetirməliyik. Yəni bizim fəaliyyətimizin məqsədi, mənası və məzmunu məhz BU Ermənistanın ehtiyaclarına yönəlmək olmalıdır”.
 
Ardını oxu...
Ermənistanda “Daşnakstyun” partiyasının bir sıra ofislərində axtarışlar başlanıb, partiya strukturlarının 10-a yaxın rəhbəri saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə “Daşnaksütyun” Ali orqanının nümayəndəsi, “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünən internetdə yayılmış hansısa səs yazısından sonra istintaq orqanları cinayət işi açıb. “Bu gün səhər saatlarında “Daşnaksütyun” Vayk və Yeqqnadzordakı ofislərində axtarışlara başlayıblar. Partiya strukturumuzun 10-a yaxın rəhbər şəxsi saxlanılıb. Vəkillər onlarla əlaqə saxlaya bilmir. Hüquq-mühafizə orqanları hansısa ifadə almağa çalışırlar. Hazırda deputatlarımız rayondadırlar, onların yerini öyrənməyə çalışırlar”- deyə deputat qeyd edib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları müxalifətə qarşı nəsə böyük bir “iş tikir”.
 
Ardını oxu...
Putinin qeyd etdiyi sülh danışıqlarının şərtləri müddətsizdir, lakin cəbhədəki şərtlər sürətlə dəyişir.

APA-nın Moskvadakı müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin danışıqlara başlamaq təklifi ictimaiyyətə açıqlanıb və mediada bu təkliflər var, ona görə də təkliflərin yazılı şəklə salınmasına ehtiyac yoxdur.

Kreml rəsmisi vurğulayıb ki, Putinin təklifi məhz sülh təşəbbüsdür, onu ultimatum kimi şərh etmək düzgün deyil.

Peskov onu da qeyd edib ki, Putinə Zelenski və Stoltenberqin sülh təşəbbüsünə reaksiyası barədə məruzə olunub.

"Onların reaksiyası gözlənilən idi. ABŞ-nin də Putinin təkliflərinə reaksiyası gözlənilən olacaq, onlara son ukraynalıya qədər mübarizə aparmaq lazımdır", - Kreml rəsmisi deyib.

Peskov Vladimir Zelenskinin legitim olmamasının danışıqların aparılması üçün maneə olmadığını da əlavə edib.

O vurğulayıb ki, "qeyri-legitim Zelenskinin Putinin təşəbbüsünü nəzərdən keçirmək və müharibəni dayandırmaq şansı var".
 
Ardını oxu...
ABŞ Ermənistan ərazisindən keçməklə Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsinin olmasında maraqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Qrant Mikaelyan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin son açıqlamalarını şərh edərkən deyib.

Mikaelyan amerikalı diplomatın sözlərini Bakının layihəsinə dəstək kimi qiymətləndirib:

“Zəngəzur dəhlizi mahiyyət etibarı ilə Ermənistan ərazisindən Naxçıvana eksterritorial marşrut əldə etmək ideyasıdır. Zəngəzur dəhlizi ilə bağlı mövqeyi çox qeyri-müəyyən olan Rusiyadan fərqli olaraq, ABŞ-ın bu mövzuda strateji marağı var. ABŞ və Türkiyə Mərkəzi Asiyada öz təsirlərini artırmaqda maraqlıdırlar, Türkiyə ilə Xəzər dənizi arasında birbaşa əlaqə bu məqsədə çatmaq üçün bir vasitə kimi qəbul edilir”.

Mikaelyan ABŞ-ın indiyə qədər Zəngəzur dəhlizinə niyə bu qədər önəm verməməsinə də aydınlıq gətirməyə çalışıb. Onun iddiasına görə, indiyə qədər Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi məsələsi gündəmdə idi. Ancaq son vaxtlar bu məsələ tamamilə qapandığından, ABŞ Zəngəzur dəhlizinin açılması ideyasını açıq şəkildə dəstəkləməyə başlayıb.

O istisna etməyib ki, Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmini məsələsi Türkiyəyə keçə bilər.


Ardını oxu...
ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

İndex.az xəbər verir ki, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 242 minə yüksəlib.

Beləliklə, işsizlik müavinəti müraciətləri son 9 ayın zirvəsinə çatıb.

Dünyapress TV

Xəbər lenti