Ardını oxu...
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Ukraynaya veriləcək “F-16” qırıcıları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirilməsini dəstəkləyir.

Reyting.az xəbər verir ki, Stoltenberq bunu Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclasının əvvəlində keçirdiyi brifinqdə deyib.

Baş katibə yayın sonuna qədər “F-16” üçün kifayət qədər sayda ukraynalı pilotun yetişdiriləcəyi və bu təyyarələrdən Rusiya ərazisinə zərbələr endirmək üçün icazənin verilib-verilməyəcəyi ilə bağlı sual ünvanlanıb.

Stoltenberq bildirib ki, alyans müttəfiqləri texniki xidmətə dəstək verə biləcək pilotları və texniki personalı hazırlamaq üçün Ukrayna ilə işləyir: “Onlar bunu mümkün qədər tez başa çatdırmaq üçün çox çalışırlar. Amma bu, böyük bir işdir. Bunun üçün çoxlu səylər var”.

Baş katib xatırladıb ki, təlim mərkəzləri Rumıniyada fəaliyyət göstərir. O, əmin edib ki, hər şey mümkün qədər tez edilir.

Eyni zamanda, o, bildirib ki, müxtəlif müttəfiqlər öz silahlarının istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq ediblər, lakin o, bəzi müttəfiqlərin Rusiya ərazisindəki hərbi obyektlərin vurulması ilə bağlı məhdudiyyətlərin yumşaldılmasını alqışlayır.

“Biz nə baş verdiyini başa düşməliyik. Bu, aqressiv müharibədir. Rusiya Ukraynaya hücum edib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə Ukraynanın özünümüdafiə hüququ var. Buna Rusiya ərazisindəki qanuni hərbi hədəflərə zərbə endirmək də daxildir”,- Stoltenberq əlavə edib.

Baş katib deyib ki, özünümüdafiə eskalasiya deyil, BMT Nizamnaməsində təsbit olunmuş hüquqdur: “Bizim Ukraynaya öz hüququnu müdafiə etməkdə köməklik göstərmək hüququmuz var və bununla müttəfiqlər münaqişənin tərəfinə çevrilmir”.
 
Ardını oxu...
İspaniya, Norveç və İrlandiya mayın 28-də Fələstini dövlət kimi tanıyacaqlarını dünyaya bəyan ediblər. Fələstin liderləri tərəfindən müsbət qarşılanan bəyanat Fələstin Azadlıq Təşkilatı tərəfindən "tarixi an" olaraq qiymətləndirilib. Fələstini dövlət kimi tanımağa qərar verən ölkələr bu addımın İsraillə fələstinlilər arasında sülh danışıqlarının inkişafına kömək edəcəyinə inanır.

Dünyanın əksəriyyəti Fələstin dövlətini tanıdığı halda, Fələstin Muxtariyyəti bir daha Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını onun BMT-yə tamhüquqlu üzvlük tələbinə baxmağa çağırıb. Fələstin Administrasiyasının məlumatına görə, BMT-yə üzv olan 193 ölkədən 137-si Fələstin dövlətini tanıyıb. Lakin bu ölkələr sırasında Avstraliya, Yaponiya, Cənubi Koreya, Şimali Amerika və əksər Qərbi Avropa ölkələri daxil deyil.

Bəs Fələstinin dövlət kimi tanınması hazırda gedən müharibəyə necə təsir edə bilər?

TEREF xəbər verir ki, məsələni News24.az-a şərh edən siyasi ekspert, yaxın şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu bildirib ki, ümumiyyətlə, problemə baxışda müəyyən bir dəyişikjliyin baş verməsinin şahidi oluruq:

"Əslində burada Qərb ölkələrinin rolu olduqca böyükdür. İndiyə qədər Fələstinin müstəqil dövlət kimi tanınması prosesində, təssüf ki, Avropa ölkələrinin mövqeyini demək olar ki, müşahidə etmirdik. Qərb sadəcə olaraq orta statistik bəyanatlar səsləndirərək öz mövqeyini ifadə etmiş hesab edirdi. Amma tamamilə haklıdır ki, bir neçə dövlətin belə bir açıqlama ilə çıxış etməsi və ardıca da bunu əməli olaraq göstərib Fələstini dövlət kimi tanıması - bütün bunların hamısı problemə baxışda müəyyən dəyişikliklərin olduğundan xəbər verir".

Politoloq qeyd edib ki, növbəti mərhələdə də Avroa ölkələrinin bəzilərindən belə bir addım gözləmək olar. Onun sözlərinə görə, yaxın gələcəkdə də bu problemə diqqət artacaq: "Dəfələrlə qeyd etmişik ki, Fələstin-İsrail münaqişəsi yaxın şərqin ən köklü, ən tarixi və ən ağrılı problemidir. Bu problemin həlli istər-istəməz yaxın şərqdə yan problemlərin, münaqişələrin də həllinə kifayət qədər ciddi təsir edəcək.

"Bu həqiqəti artıq anlamağa başlayıblar. Nəhayət ki, beynəlxlaq hüququn da diktə etdiyi kimi ikili dövlət prinsipi ilə bu münaqişənin həllinə dəstək verən Avropa ölkələrinin də sayı getdikcə artır",- deyə Vüqar Zifəroğlu əlavə edib.
 
Ardını oxu...
AzTV-də yayımlanan “Fransanın Tunisi” adlı sənədli filmdə tarixin dəhşətli soyqırımına şahidlik edən şəxs danışıb.

O zaman 14 yaşında olan Məhəmməd Tibi Fransanın Tunisi bombaladığı anlarda yaşadığı faciənin dəhşətlərini xatırlayıb.

"Sakier Sidi Youssef" soyqırımının şahidi müəllimi tərəfindən xilas edildiyini və yaşıdlarından bir neçəsinin nəşini gördüyünü bildirib.

Ətraflı videoda:

 

Ardını oxu...
Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda regional və strateji təhlükəsizlik arxitekturasının formallaşması üzrə birgə əməkdaşlıq edə bilərlər.

Qeyd edək ki, iyunun 10-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.

Eyni zamanda Türkiyə XİN rəhbəri Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də görüşüb.

Rusiya KİV-lərinin məlumatına görə, Fidan Serqey Şoyqu və Serqey Narişkinlə görüşdə ikitərəfli münasibətlərlə yanaşı Ukrayna, Suriya, Qəzza və Azərbaycan-Ermənistan sülh prosesi barədə müzakirələr aparıb.

Məhz burda diqqət çəkən əsas məsələ isə görüşdən əvvəl Hakan Fidan həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.

Maraqlıdır, danışıqların əsas prinsipləri Rusiya, Türkiyə və Azərbaycanın Cənubi Qafqazda yeni regional təhlükəsizlik strategiyası üzrə birgə əməkdaşlıq perspektivlərindən gedir? Moskva, həqiqətənmi, Ankara və Bakı ilə regional əməkdaşlığa hazırdır? Kreml Türkiyəni bu regionda görmək istəyər?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, hazırda Moskva reallıqlarla barışmaq məcburiyyətindədir:

“Bu gün Rusiya Türkiyəni Cənubi Qafqazda siyasi oyunçu kimi görmək istəmir. Kremldə hesab edirlər ki, Cənubi Qafqaz Rusiyanın geosiyasi nüfuz dairəsidir və hər hansı güc mərkəzi bu regiona daxil ola bilməz.

Ancaq İkinci Qarabağ müharibəsindən sonra, eləcə də Ukraynada davam edən müharibə nəticəsində elə bir vəziyyət yaranıb ki, Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə bu regionda hesablaşmaq məcburiyyətindədir. Çünki Moskva görür ki, ABŞ, NATO və Avropa İttifaqı Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq və regionda möhkəmlənmək niyyəti güdürlər.

Belə olan halda Moskva bu regionda Qərb dairələrini yox, məhz Türkiyəni görmək istəyəcək. Yəni Kremldə belə düşünürlər ki, Türkiyənin regionda mövcudluğu onlar üçün daha sərfəli ola bilər”.

Politoloq vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətləri ilbəil inkişaf edir:

“Rusiya Cənubi Qafqazla bağlı strateji məsələlərdə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə möhtacdır. Qeyd edək ki, Rusiyanın dünyaya açılan qapılardan biri Azərbaycan və Türkiyənin üzərindən keçir. Rusiya məhz Azərbaycan və Türkiyə ərazisi vasitəsilə Yaxın Şərq və Afrika ölkələri ilə ticari-iqtisadi keçid yollarını təmin etməyə çalışır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz geoiqtisadi, iqtisadi-ticari və nəqliyyat qovşağına çevrilib. Bu, həqiqətən, Rusiya üçün əhəmiyyət kəsb edir.

Buna görə də Moskva hər vəchlə bundan faydalanmağa çalışacaq. Bildirim ki, indiki dövrdə dünya iki və ya daha artıq qütbləşməyə doğru gedir. Rusiya, Türkiyə, Azərbaycan və Çin eyni qütbdə yer alıblar. Bu yaxınlarda Ankaranın BRİKS-ə üzv olmaq niyyətini bəyan etməsi buna sübutdur”.

E.Xalidbəyli qeyd edib ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın möhkəmlənməsi Rusiyanın geosiyasi maraqlarına cavab verir:

“İstər-istəməz Rusiya Azərbaycan və Türkiyəyə strateji tərəfdaş kimi baxacaq.

Hazırda həm Azərbaycanla Türkiyə, həm Azərbaycanla Rusiya, həm də Türkiyə ilə Rusiya arasında münasibətlərin strateji tərəfdaşlığa çevrilməsi barədə qarşılıqlı məsləhətləşmələr aparılır.Bu onu deməyə əsas verir ki, yaxın zamanda Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin nizamlanmasında birgə iştirak edə bilərlər”.
Ardını oxu...
NATO-nun baş katibi Yens Stoltenberq əmindir ki, alyansın Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya bütün hərbi təchizatı koordinasiya etmək səlahiyyətinin ABŞ-dən NATO-ya verilməsi barədə qərar qəbul ediləcək.

Bu barədə o, Riqada keçirdiyi mətbuat konfransında bildirib.

Stoltenberq deyib: "ABŞ-də keçiriləcək sammitdə NATO ölkələri müdafiə və çəkindirmə gücümüzün effektivliyinin artırılması və Ukraynaya hərbi təchizatın koordinasiyası funksiyasının NATO-ya verilməsi ilə bağlı mühüm qərarlar qəbul edəcəklər".

O, hazırda NATO ölkələrinin Ukraynadakı münaqişə üçün illik nə qədər vəsait ayırmağı nəzərdə tutduğunu açıqlamayıb. Mart ayında baş katib alyansın Ukraynaya silah tədarükünü məcburi etməyi və onların maliyyələşdirilməsi üçün NATO tərəfindən idarə olunacaq ildə 100 milyard dollarlıq fond yaratmağı təklif edib.
 
Ardını oxu...
"ABŞ ilə münasibətlərin tezliklə yaxşılaşacağına və eyni istiqamətdə inkişaf edəcəyinə ümid edirəm".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib.

"Ümid edirik ki, ABŞ ilə ikitərəfli münasibətlər qısa müddətdə normallaşacaq və biz ikitərəfli, dostluq münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik", - deyə Dariçaşvili jurnalistlərə bildirib.

Nazir həmçinin əlavə edib ki, Tbilisi öz məsuliyyəti çərçivəsində Avropaya inteqrasiya yolunda irəliləyişə nail olmaq üçün hər şeyi edir.
Ardını oxu...
“Avropa ərazisinin müdafiəsində NATO-ya alternativ yoxdur”.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell EUISS-in illik konfransında deyib.

"Heç bir alternativ yoxdur. Mən təsəvvür belə edə bilmirəm ki, Avropa təkbaşına hər hansı genişmiqyaslı bir hücuma qarşı özünü müdafiə edə bilər. Təbii ki, Tanrıya şükürlər olsun, başqa biri tərəfindən belə bir hücum gündəlikdə yoxdur”, - Borrell bildirib.

Aİ-nin Ali Nümayəndəsi NATO daxilində "Avropa sütunu" barədə də danışıb: "Mən NATO daxilində "Avropa sütunu" deyərkən 27 ölkənin NATO-ya müxtəlif ordu və qüvvələr verməsini deyil, inteqrasiya olunmuş hərbi potensialını təqdim etməyi nəzərdə tuturam. Bunu NATO-nun tərkibində olan, lakin bütöv, kompleks və təkbaşına işləyə bilən bir qüvvə kimi xarakterizə edərdim”.

Borrell qeyd edib ki, bu, NATO üçün də yaxşı ola bilər: “Siz bəzilərinin dediyi "Biz Avropa modeli NATO yaradırıq" fikrini unudun. Bu real bir yanaşma deyil. Operativ şəkildə 27 ölkənin qüvvələrinin NATO daxilində birgə işləməsi daha çox realdır”.

O əlavə edib ki, ABŞ Avropanın bütün təhlükəsizlik problemlərinin istənilən yerdə və vaxtda həll edə bilməz: “Bu problemlərin bəziləri bizimdir və onun həlli bizim məsuliyyətimizdədir”.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinlə braziliyalı həmkarı Lula da Silva arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsveçrədə Ukrayna ilə bağlı qarşıdan gələn sülh konfransı müzakirə mövzularından biri olub.

Putin Braziliya prezidentinə bu sülh konfransının keçirilməsi ilə bağlı Rusiya tərəfinin prinsipial yanaşmalarını açıqlayıb.

“Braziliya prezidenti, öz növbəsində, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli variantlarının axtarışına töhfə vermək arzusunu dilə gətirib”, - məlumatda qeyd edilib.
 
Ardını oxu...
Avropa Parlamentinə seçkilərdə koalsiyanın zəif nəticələri fonunda müxalifətin çağırışını şərh edən Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebeştrayt bildirib ki, hakim koalisiyaya daxil olan partiyalar bu barədə “bir saniyə belə” düşünməyiblər.

O, Almaniyada növbəti parlament seçkilərinin 2025-ci ilin payızına təyin edildiyini və hökumətin bu plana əməl etmək niyyətində olduğunu vurğulayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Bazar günü keçirilən Avropa Parlamenti seçkilərində kansler Olaf Şoltsun Sosial Demokrat Partiyası səslərin 13,9 faizini, onların hakim koalisiya tərəfdaşları olan Yaşıllar və Azad Demokrat Partiyası isə müvafiq olaraq 11,9 faiz və 5,2 faiz səs toplayıb.

Müxalifətin mühafizəkar bloku CDU/CSU 30%, sağ populist “Almaniya üçün alternativ” isə 15,9% səs toplayıb. CSU lideri Markus Söder hakim koalisiyanın “artıq heç bir xalq dəstəyinə malik olmadığını” söyləyib və Bundestaqa erkən seçkilərin mümkün qədər tez keçirilməsinə çağırıb. Eyni zamanda o, Fransa prezidenti Emmanuel Makronun AP-yə seçkilərdə partiyasının uğursuzluğundan sonra parlamenti buraxaraq növbədənkənar seçkilər təyin etməsini misal çəkib. Sröder həmçinin Almaniya hökumətini Türingiya, Saksoniya və Brandenburqda keçiriləcək əyalət seçkilərində “Almaniya üçün alternativ”in uğurunun qarşısını almaq üçün miqrant siyasətlərini əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirməyə çağırıb. Nəticələr açıqlandıqdan dərhal sonra “Almaniya üçün alternativ”in həmsədri Alis Vaydel bildirib ki, kansler “yenidən seçkilərə yol açmalıdır”.

“Dünənki səsvermə Almaniyanın kansler və onun koalisiyasının əleyhinə səs verdiyini göstərdi”, – siyasətçi X sosial şəbəkəsində yazıb. Buna Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt cavab verib ki, koalisiya partiyalarının uğursuzluğundan sonra Almaniya hökuməti belə bir addım atmağı düşünmür. “Hökumət bir an və bir saniyə belə Almaniyada təkrar seçkilər ideyası ilə çıxış etməyib”, – Nazirlər Kabinetinin nümayəndəsi bildirib.
O əlavə edib ki, parlamenti buraxan Fransa prezidenti Emmanuel Makronun nümunəsi iki ölkənin siyasi sistemlərindəki fərqə görə aktual deyil.
 

Ardını oxu...
Fransa Amerika cütlüyünün Avropa İttifaqı və G7 səviyyəsində Qərb ölkələrində dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirin Ukraynaya ötürülməsinə nail olmaq niyyətləri var.

ABŞ prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı razılığa gəliblər.

Co Baydenin Fransaya səfəri zamanı iki ölkə başçısının müzakirə etdiyi əsas mövzulardan birinin də Rusiyanın dondurulmuş aktivləri ilə bağlı oluğu bildirilir.

Bəzi saytların yazdığına görə ABŞ və Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynanın hərbi ehtiyacları üçün istifadəsinə dair saziş bağlamağa yaxındırlar və bu il keçiriləcək G7 sammitində razılığa gəlməyə ümid edirlər.

Ötən ayın 20-də bu məsələ ilə bağlı yayılan məlumatda isə Almaniya, İtaliya, Fransa və Yaponiyanın Amerikanın planına qarşı çıxdığı bildirilirdi.

Dünyapress TV

Xəbər lenti