Ardını oxu...
Silikon Vadisinin iki nəhəngi “Apple” və “Amazon” yayım sahəsində əməkdaşlıq ediblər.

İndex.az xəbər verir ki, bu ayın sonunda “Apple TV+” filmləri və serialları “Prime Video”da da yayımlanacaq.

“Apple Services”in baş vitse-prezidenti Eddi Kyu bildirib ki, onların məqsədi “Apple TV+”-u, bununla yanaşı mükafat qazanmış serialları və filmləri mümkün qədər çox tamaşaçıya çatdırmaqdır:
 
Ardını oxu...
"Huawei" smartfonlarının satışı Çində avqust ayında 46 aydan sonra ilk dəfə "Apple"ni geridə qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CINNO" tədqiqat firmasının hesabatına istinadən "South China Morning Post" məlumat yayıb.

Hökumətə məxsus analitik mərkəzin məlumatlarına görə, avqust ayında xarici smartfonların, o cümlədən "iPhone" telefonlarının tədarükü illik hesablamada 12,7% azalaraq 1,87 milyon ədədə düşüb. Bu zaman yerli smartfonların tədarükü 26,7% artaraq 24,05 milyon ədədə çatıb.

"Huawei"in uğuru əsasən "Mate" və "Pura" seriyalı flaqman modellərə, eləcə də qatlanan smartfonlara olan yüksək tələblə əlaqələndirilir.

"TechInsights"in məlumatına görə, bu, şirkətə orta satış qiyməti və topdansatış gəlirində rekord göstəricilər əldə etməyə imkan verib.

Çin smartfon bazarı bu il sabit artım göstərir. "IDC"-nin məlumatına görə, "Huawei" 2024-cü ilin ilk yarısında 17,5%-lik bazar payı ilə liderlik edir və ümumi daxili tədarüklər 140 milyon ədəd həddini keçərək, illik hesablamada 7,7% artıb.
 
Ardını oxu...
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, bərpa olunan enerji mənbələrinin 2030-cu ilə qədər dünyanın elektrik enerjisinə tələbatının demək olar ki, yarısını ödəyəcəyi gözlənilir. Qlobal potensial artımının əksəriyyətini günəş və külək enerjisi təşkil edəcək. Çin ümumi qlobal potensialın 60 faizini təşkil etməklə, bərpa olunan enerji potensialında lider mövqeyini qoruyacaq. Bərpa olunan enerji iqtisadi üstünlükləri sayəsində dünyada sürətlə yayılmağa davam edəcək.
Bərpa olunan enerji sürətlə artan gücü ilə 2030-cu ildə dünyanın elektrik enerjisinə olan tələbatının demək olar ki, yarısını ödəyəcək. Beynəlxalq Enerji Agentliyinin (IEA) dərc etdiyi "Bərpa olunan Enerji 2024" hesabatına əsasən, bərpa olunan enerji sektorunda artım tempi artmaqdadır və bu tendensiya 2030-cu ilə qədər bütün dünyada böyük dəyişikliklərə səbəb olacaq.

Hesabata görə, dəstəkləyici siyasətlər və əlverişli iqtisadi şərtlər sayəsində 2024-2030-cu illərdə qlobal bərpa olunan enerji gücünə 5500 gigavat (GW) yeni gücün əlavə edilməsi gözlənilir. Bu artım 2017-2023-cü illərdəki güc artımından demək olar ki, üç dəfə artacaq və demək olar ki, Çin, Avropa İttifaqı (Aİ), Hindistan və ABŞ-ın ümumi enerji potensialına bərabər olacaq.
 
Ardını oxu...
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 14 avqust tarixdə internet bazarında tariflərin yüksəlməsilə bağlı Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başladığını bildirmişdi.
Məlum olduğu kimi Antiinhisar bütün provayderlərin eyni anda 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənməsini "vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması" və "kartel sövdələşməsi" olaraq dəyərləndirmişdi.
Az qala 2 ay olur ki, Antiinhisar araşdırmalar başladıb. İndiyədək qurumdan bu araşdırmanın yekunu haqqında açıqlama verilməyib.
Görünən dağa bələdçi lazım olmaz deyiblər. Sadə bir problem, aşkar bir vəziyyətdir. Təbii inhisarçı olan Aztelekom minimal tarifləri qaldırıb və əhaliyə seçim yeri qoymayıb.
Anlamıram ki, Antiinhisara qərar qəbul etmək üçün bu qədər müddət kifayət etmirmi?
İlin günün bu vaxtında , uyğun tarif seçimi olmadığından minlərlə vətəndaşın internetdən imtina etməsi , "şərikli internet" axtarması utandırıcı bir vəziyyət deyilmi?
Yox əgər Antiinhisar inhisarçının öhdəsindən gələ bilmirsə, bunu sadəcə etiraf etmək də cəmiyyətə bir töhfə olardı.
Maraqlıdır ki, Antiinhisarın araşdırmaları uzandıqca təbii inhisar subyekti olan Aztelekom-da da ciddi dəyişikliklərin baş verdiyi bildirilir. Bu isə başqa bir müzakirə mövzusudur.
Yeri gəlmişkən, bir müddət öncə Prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyi tabeliyində olan Antiinhisarın statusu dəyişdirilərək Prezident yanında fəaliyyət göstərəcək quruma çevrilib.
Görünür ki, yuxarılara da məlumdur ki, əvvəlki statusda olan qurum inhisarçılarla vuruşa bilməyəcək.
Görək yeni tabeçilyə keçən Antiinhisar nə edə biləcək.
Prezident tabeliyinə keçən yeni Antiinhisarın yeni rəhbərliyini isə həm "seçimin məhdudlaşdırılması və kartel sövdələşməsi" ətrafında , həm də Baktelekom və Aztelekom kimi iki inhisarçının birləşərək "vahid bir Aztelekom qurumunun yaradılması" ətrafında Aztelekom-la ciddi bir "vuruşma" gözləyir.
Hər ay 25 milyon gəlir götürərək getdikcə güclənən bir inhisarçı ilə mübarizə aparmaq da Antiinhisar üçün çətin olacaq.
Yeni formalaşmış Antiinhisar təbii inhisarçının qərarını ləğv etdirib, internet tariflərilə bağlı vətəndaşlara seçim imkanı verə biləcəkmi ?
Osman Gunduz
TEREF
 
Ardını oxu...
Nobel Komitəsi bu gün 2024-cü il Tibb və fiziologiya üzrə Nobel mükafatına kimi layiq görəcək? Bunu birazdan – günorta saatlarında öyrənmiş olacağıq...
2022-ci ilin oktyabr ayında isveçli bioloq və təkamül genetikası üzrə mütəxəssis Svante Pääbo çalışdığı institutda heç nədən xəbərsiz öz araşdırmaları ilə məşğul idi. Birdən onun iş yoldaşları ilə tələbələri səs-küylə içəri girərək, məşhur genetikin Tibb və fiziologiya Nobel mükafatına layiq görüldüyü xəbərini gətirdilər.
Pääbo sevincini tam dərk etmədən yoldaşları tərəfindən binanın həyətindəki hovuza atdılar. Alim Nobelə layiq görüldüyünü ancaq hovuzun soyuq sularında da dərk etdiyini anlamışdı...
https://t.me/ibrahim_nebioglu
video: Benjamin Vernot
TEREF

 
 
 
Ardını oxu...
Amerika Birləşmiş Ştatlarında prezident seçkisi yaxınlaşdıqca, bu ölkəyə kiberhücumların sayı artıb. ABŞ Federal Təhqiqatlar Bürosu Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyi ilə birgə kənar müdaxilələrə qarşı mübarizəni gücləndirib. Bir müddət əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki qərargahına qarşı kiberhücumların həyata keçirildiyi açıqlanmışdı. Vaşinqton bu hücumların arxasında İranın olduğunu bəyan etdi. Vaşinqtonun açıqlamasında İranın ABŞ-da ixtilaf yaratmağa və demokratik qurumlara inamı sarsıtmağa çalışdığı bildirilirdi. Bundan başqa İrandan olan haker qrupları Donald Trampa qarşı sui-qəsdlə bağlı paylaşımları maliyyələşdirdiyi açıqlandı.
Rusiyanın başı Ukrayna müharibəsinə qarışsa da, bu ölkənin də ABŞ-da prezident seçkisinə müdaxiləsinə dair şübhələr var. Donald Trampın 2016-cı ildə qələbəsi məhz Rusiyanın haker hücumları ilə əlaqələndirilmişdi. İddia edilirdi ki, Kremlin maliyyələşdirdiyi haker qrupları Trampın rəqibi Hillari Klinton haqqında yanlış məlumatlar yayaraq prezident seçkisinin nəticəsinə təsir etmişdilər. Bu arada, Vaşinqton Rusiya hökumətinin yönəltdiyi 32 internet domenini qapadıb. Kremlin maliyyələşdirdiyi müxtəlif saytlar amerikalı blogerlərin səhifələrindən də istifadə etməyə çalışaraq müxtəlif dezinformasiyalar yayırlar. Bu o deməkdir ki, Rusiyanın haker qrupları bu dəfə də ABŞ-dakı prezident seçkisinin nəticələrinə təsir etməyə çalışacaqlar. Kreml Donald Trampın qələbəsində maraqlıdır. Kreml ümid edir ki, Tramp prezident seçilərsə Ukraynaya maliyyə və hərbi yardımı dayandıracaq. Bu baş verərsə, Ukraynanın müharibədə qələbə çalmaq və ərazi bütövlüyünü təmin etmək şansı azalacaq.
Vaşinqton Çindən də şübhələnir. “Amerikanın səsi” radiosunun xəbərinə görə, Çindəki internet rerursları ABŞ-ın siyasətinə təsir etmək üçün xəbər axınını artırıblar. Xəbər axını içərisində ABŞ-dakı yəhudi siyasətçilərin və onların ailə üzvləri haqqında məlumatların yayılması diqqəti çəkib. Misal üçün yayılan xəbərlərdə ABŞ prezidentinin həyat yoldaşının, keçmiş ABŞ prezidentinin kürəkəninin, keçmiş ABŞ prezidentinin anasının, ABŞ dövlət katibinin, ABŞ-ın maliyyə nazirinin, dövlət katibinin müavininin, baş prokurorun yəhudi olduğu vurğulanıb. Bununla demək istəyirlər ki, ABŞ-ın siyasəti yəhudilərin təsiri altındadır. Vaşinqton bu cür xəbər axınını antisemitizmin əlaməti kimi qiymətləndirib. ABŞ rəsmiləri Çini qarşıdan gələn seçkilərin bütövlüyü üçün əsas təhlükə adlandırsalar da, Pekin bu iddiaları təkzib edib.
“Atlas” Araşdırmalar Mərkəzi
 
Ardını oxu...
Amerikalı iş adamı İlon Mask “X” sosial şəbəkəsində maraqlı paylaşım edib.

Tribunainfo.az xəbər verir ki, o, Marsda qurulacaq ilk şəhərin adını açıqlayıb.

İnternet istifadəçilərindən biri Maskın Marsdakı ilk şəhəri necə adlandıracağını soruşub. Biznesmen “Bar” cavabını verib. Bəziləri adın bu versiyasını “Mars” şokoladı ilə əlaqələndiriblər. Digər internet istifadəçiləri isə ilk öz versiyalarını təklif ediblər. Onların arasında İlonqrad, İlonvil, Maskelon, Maskburq, İlonobad və s. olub.

Xatırladaq ki, Elon Mask ilk dəfə olaraq 2020-ci ildə Marsda koloniyalar qurmaq və “qırmızı” planetdə ilk şəhər yaratmaq planlarından danışmışdı.

Marsa ilk insanın göndəriləcəyi tarixə gəlincə, iş adamı bunun 2024-2029-cu illər ərzində baş tutacağını ehtimalını irəli sürüb.
 
Ardını oxu...
“Samsung” çox yaxında smartfon və saatları ilə təmassız qapı açma xüsusiyyətini istifadəçilərinə təqdim etməyə hazırlaşır. İndi evinizə və ya ofisinizə girərkən açarları axtarmağa və ya telefonunuzu cibinizdən çıxarmağa ehtiyac yoxdur.

İndex.az xəbər verir ki, “Samsung”un Ultra Geniş Zolaqlı (UWB) texnologiyasına malik cihazları ilə sizə yalnız qapıya yaxınlaşmaq kifayətdir və o, avtomatik olaraq açılacaqdır.

“Samsung” şirkəti “Aliro” adlı yeni universal ağıllı kilid standartı hazırlayır. Bu texnologiya sizə “Samsung”un “Galaxy S21 Ultra” və sonrakı modellərində olan UWB texnologiyasından istifadə edərək telefonunuzu götürmədən və ya cibinizdən saat çıxarmadan qapıları açmağa imkan verəcək. Köhnə cihazlar və ya NFC ilə cihazlar üçün sadə toxunuşla kilidi açmaq mümkün olacaq.

Şirkət bu funksiyanı 2025-ci ildə təqdim edəcəyi “Digital Home Key” ilə inteqrasiya etməyi planlaşdırır. Bu xüsusiyyət sayəsində evinizə girmək elmi fantastika filmindəki kimi olacaq. Xüsusilə əlləriniz dolu olduqda və ya evə tələsik çatmaq lazım olduqda bu funksiya böyük rahatlıq olacaq.
 
 
 
Ardını oxu...
"Microsoft"un qurucusu Bill Geyts amerikalı jurnalist Kara Svişer ilə podkastda süni intellektin (AI) inkişafı ilə bağlı əsas narahatlığını ifadə edib. Qeyts diqqət tələb etdiyinə inandığı üç əsas məsələni vurğulayıb.

Bu barədə "Habr" nəşri məlumat yayıb.

Birincisi, milyarder təcavüzkarların kibercinayətkarlıq, bioterrorizm və müharibə üçün süni intellektdən istifadə edə biləcəyindən narahatdır. Qeyts hesab edir ki, bu cür manipulyasiyaları qabaqcadan görə və müqavimət göstərə bilən süni intellekt yaratmaq lazımdır.

İkincisi, Qeyts əmək bazarındakı dəyişikliklərin sürətindən narahatlığını ifadə edib ki, bu da kütləvi ixtisarlara və insanların süni intellektlə əvəzlənməsinə səbəb ola bilər. O qeyd edir ki, düzgün təlimlə AI alətləri dəqiq diaqnoz qoya və satış menecerləri, müəllimlər və digər mütəxəssislər üçün gündəlik tapşırıqları yerinə yetirə bilər.

Üçüncüsü, Qeyts bəşəriyyət tərəfindən süni intellektə nəzarətin itirilməsini istisna etmir. O, üçüncü problemlə müqayisədə ilk iki problemin daha az əhəmiyyət kəsb etdiyi və həllinin daha asan olduğu ilə razılaşır.

Maraqlıdır ki, Qeyts özü gündəlik həyatında, məsələn, görüşləri yekunlaşdırmaq üçün süni intellektdən fəal şəkildə istifadə edir. O, mətnlər yazmaq və görüşlər planlaşdırmaq üçün ChatGPT-dən yararlandığını etiraf edib. Bununla belə, Qeyts qeyd edib ki, süni intellekt proqram üçün qoyduğu bütün tapşırıqların öhdəsindən yaxşı gəlmir./Qaynarinfo
 
Ardını oxu...
Türkiyədə aparılan araşdırma göstərib ki, ictimai yerlərdə parolsuz “Wi-Fi”lara qoşulmalar istifadəçilər üçün bəzi risklər yaradır.

TEREF Sfera.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəsislər bu cür qoşulmalardan sonra mobil bank proqramlarından istifadə zamanı maliyyə məlumatlarının kibercinayətkarların əlinə keçməsinin mümkün olduğu qənaətinə gəliblər.

Təhlükəsizlik mütəxəssisləri bildiriblər ki, kibercinayətkarlar öz məqsədlərinə çatmaq üçün istənilən rəqəmsal kanaldan alət kimi istifadə edə bilərlər. Aparılan araşdırmalar göstərib ki, gündəlik həyatda internetə qoşulmaqla xidmətlərdən istifadə edən şəxslər lazımi təhlükəsizlik tədbirlərinə əhəmiyyət vermir, istifadə zamanı bəzi səhvlərə yol verilməsi kibercinayətkarlar üçün əla fürsətlər yaradır və nəticədə kart və ya adi hesablarda olan böyük məbləğdə vəsaitlər mənimsənilir. Buna görə də türkiyəli mütəxəsislər mobil tətbiqlərdən istifafə edən şəxslərin virtual dünyanın təhlükəsizlik qaydalarını yaxşı öyrənməyi, rəqəmsal savadlılıq səviyyəsini artırmağı tövsiyə edirlər.

Ən çox fırıldaqçılığın mobil bankçılıq proqramları vasitəsilə həyata keçirildiyinə diqqət çəkən mütəxəsislər, son zamanlar bu kiber təhdidlərin artdığını bildiriblər. Tövsiyə olunur ki, riskləri minimum endirmək üçün bank hesabları və ya bank kartlarının parolları hər 3-6 aydan bir yenilənsin, eyni zamanda xidmət göstərən qurumlar istifadəçilərə daha təkmil parollar təklif etsinlər.

Bundan başqa, bankların adından e-poçt və ya mesaj vasitəsilə gələn tələblərə cavab verilməməsi, kart məlumatların paylaşılmaması, yalnız etibarlı saytlarda alış-veriş edilməsi də məsləhət görülür.

Mütəxəssislər xəstəxanalar, kafelər, restoranlar, istirahət mərkləzləri, parklar kimi yerlərdə açıq olan “Wi-Fi” şəbəkələrinə qoşulan zaman internet bankçılıq xidmətindən yararlanmamağı tövsiyə edirlər.
 

Dünyapress TV

Xəbər lenti