Türkiyədə yeni silah sınaqdan uğurla çıxdı - VİDEO
Türkiyənin "Göksur" adlı yeni milli və yerli havadan müdafiə sistemi "Aselsan" tərəfindən hazırlanıb. Bu mühüm müdafiə layihəsi gəmi əleyhinə raketlərdən, silahlı/silahsız pilotsuz uçuş aparatları, döyüş təyyarələri və helikopterlərdən qorumaq üçün nəzərdə tutulub.

Anadolu Ajansı xəbər verir ki, "Göksur"un ilk atəş testi Sinop sahillərində baş tutub. "Beykoz" gəmisindən həyata keçirilən sınaq uğurlu olub. Bildirilir ki, yüksək performanslı "Bozdoğan" raketi və ikitərəfli məlumat əlaqəsi vasitəsilə "Göksur" Türkiyə Dəniz Qüvvələrinin ehtiyaclarını tam şəkildə qarşılayacaq.

360 dərəcə məhv etmə qabiliyyəti, yeni nəsil infraqırmızı axtarış başlıqlı idarəolunan mərmi, səthə yaxın uçan təhdidlərə qarşı yüksək effektivlik, süni intellekt dəstəkli atış idarəetmə sistemi kimi xüsusiyyətləri ilə "Göksur" Türkiyənin müdafiə qabiliyyətini üst səviyyəyə qaldıracaq. Bundan əlavə, yeni silah modulyar dizaynı sayəsində müxtəlif ölçülü platformalara asanlıqla inteqrasiya edilə biləcək.
https://x.com/oxuazturkce/status/1891499810089271447?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1891499810089271447%7Ctwgr%5Ef3769793a80866012cfec5db8d434a87d503d8ec%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Ftns.az%2Fturk-dunyasi%2F78704-turkiyede-yeni-silah-sinaqdan-ughurla-chixdi%2F
 
 

Dünyapress TV

Xəbər lenti