İndi mən diplomlarımı hara aparım? Neynəyim? İkisini də hamının gözü önündə yandırım? Niyə ali təhsil haqqında diplomlarım hökumətin elektron portalında görünmür? Neçə gündür əziyyət çəkirəm. Bu sonuncu yoldur? Yaxşı, mən sizə mane oluram, bir az savadlıyam.... Amma inanın yorulmuşam. Sizi məhkəməyə verib, ali təhsil haqqında sənədlərimi təsdiqlədə bilərəm. Açığı maddi durumum da imkan vermir məhkəməyə müraciət edim. Bilirəm məhkəmə hüququmu bərpa edəcək. Ortada mən xərcə düşəcəm. Ona da maddi imkanım yoxdur. Cənab Emin Əmrullayev! Mən MİQ imtahanında iştirak etmişəm. Araşdıra bilərsiniz. Mən Dövlət Qulluğunda "müsahibə"dən kəsilmişəm. Həm də ali təhsil haqqında diplomlarımdan biri ilə. İndi sual verirəm sizə mənim Azərbaycanda Dövlət Universitetlərində(!) aldığım ali təhsili təsdiqləyən sənədlərim niyə elektron hökumət portallarında görünmür? Bunu kim edir? Bəlkə biləsiniz????? Dostlar sizdən ricam Elm və Təhsil Nazzirliyini, onun yanında İctimai Şura üzvlərini, Cənab nazir, Emin Əmrullayevi tag edin. Bəlkə yardımınız toxundu.... Razi Abasbəyli TEREF