ABŞ-da qripdən ölənlərin sayı COVID-19-dan çox olubYaradılıb 21.02.2025 09:53 | Baxış sayı: 80ABŞ -da bu qış mövsümi qripdən ölənlərin sayı son beş ildə ilk dəfə olaraq COVID-19 virusundan ölənlərin sayını ötüb.Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Səhiyyə Departamentinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri məlumat verib.KİV-in məlumatına görə, bu mövsümdə ən çox yayılan ştammlar H1N1 və H3N2-dir. Sonuncular isə daha ciddi xəstəliklərə səbəb olur.COVID-19 2020-ci ildə ABŞ-da geniş yayılmağa başlayandan bəri qripdən təxminən 42 dəfə çox insanı öldürüb. Facebook-da paylaş