İnternetin sürətinə və qiymətinə görə Azərbaycan regionda neçənci yerdədir? –
“Speedtest” 2025-ci il üçün internetin sürətinə və mobil internetin qiymətinə görə ölkələrin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, açıqlanan siyahıya əsasən internetin median sürətinə görə Azərbaycan 48,41 Mbit/s sürətlə 155 ölkə arasında 59-cu yerdə qərarlaşıb.
Mobil internetin qiymətinə görə isə ölkəmiz 1,76 dollar ilə 236 ölkə arasında 146-cı yeri tutub. Qeyd edək ki, hesablama 1 GB internet trafikinin orta qiymətini göstərir.
Keçmiş SSRİ və regionun 16 ölkəsi arasında internetin sürətinə görə Azərbaycan 4-cü sırada, 1 GB mobil internetin qiymətinə görə isə 13-cü sırada yer alıb.
Keçmiş SSRİ və regionun ölkələri arasında internetin sürəti və mobil internetin (1 GB) qiyməti belə olub:

26. Estoniya – 91,34 Mbit/s (1,15 dollar)
29. Latviya – 84,19 Mbit/s (3,21 dollar)
31. Litva – 83,47 Mbit/s (1,26 dollar)
59. Azərbaycan – 48,41 Mbit/s (1,76 dollar)
68. Türkiyə – 37,66 Mbit/s (0,44 dollar)
69. Türkmənistan – 37,23 Mbit/s (11,42 dollar)
71. Qazaxıstan – 35,71 Mbit/s (0,41 dollar)
73. Gürcüstan – 35,09 Mbit/s (1,91 dollar)
74. İran – 34,71 Mbit/s (1,50 dollar)
78. Moldova – 32,18 Mbit/s (0,28 dollar)
85. Ermənistan – 30,19 Mbit/s (0,98 dollar)
93. Qırğızıstan – 27,25 Mbit/s (0,17 dollar)
94. Ukrayna – 27,23 Mbit/s (0,27 dollar)
101. Özbəkistan – 26,24 Mbit/s (0,30 dollar)
113. Rusiya – 24,64 Mbit/s (0,25 dollar)
146. Belarus – 11,86 Mbit/s (0,67 dollar)

İnternet sürətinin ən güclü və ən zəif olduğu 20 ölkə...
Məlumat üçün bildirək ki, dünyada ən sürətli internet Qətərdə qeydə alınıb. Bu ölkədə orta sürət 286,42 Mbit/s-ə çatır. İkinci yerdə 284,21 Mbit/s sürətlə BƏƏ qərarlaşıb. Üçüncü yeri isə Küveyt (216,96 Mbit/s) tutur.
Reytinqdə dördüncü yerdə internet trafikinin orta sürəti 173,95 Mbit/s-ə çatan Cənubi Koreyadır. Ondan sonra Danimarka (157,94 Mbit/s), Çin (144,85 Mbit/s), Norveç (141,4 Mbit/s), İslandiya (136,91 Mbit/s) və Hollandiya (134,15 Mbit/s) gəlir. Səudiyyə Ərəbistanı 125,19 Mbit/s sürət ilə ilk onluğa daxil olub.
Ən yavaş internet Şərqi Timordadır - cəmi 3,34 Mbit/s. Onu demək olar ki, eyni sürətlə - 3,84 Mbit/s ilə Kuba izləyir. Üçüncü yerdə isə demək olar ki, tamamilə dağılmış rabitə infrastrukturuna görə 5,07 Mbit/s sürətlə Əfqanıstandır.
Siyahıda sonrakı yerləri Sudan (7,5 Mbit/s), Tacikistan (8,14 Mbit/s), Haiti (8,38 Mbit/s), Yəmən (8,87 Mbit/s), Boliviya (9,92 Mbit/s) və Venesuela (11,43 Mbit/s) tutur. Bu ölkələrin hamısı ya hərbi münaqişə, yoxsulluq, ya da Haitidə olduğu kimi, daimi dağıdıcı təbii fəlakətlər səbəbindən zəif infrastruktura malikdir.
Belarus isə 11,86 Mbit/s sürətlə ilk onluğu tamamlayır. Kifayət qədər inkişaf etmiş şəbəkəyə baxmayaraq, ölkədə internetin sürətinin aşağı olması hökumətin telekommunikasiya xidmətlərinə total nəzarəti və rabitənin daim bloklanması sayəsində əldə edilir.

İnternet qiymətinin ən baha və ən ucuz olduğu 20 ölkə...
Zimbabve hazırda görünməmiş dərəcədə bahalı internetdən istifadə edir: 1 GB üçün 43,75 dollar. İkinci yerdə 1 GB-ın qiyməti 40,58 dollar olan Folklend adalarıdır. İnternetdən istifadə üçün üçüncü ən bahalı yer isə hər GB üçün orta qiymət 40,13 dollar olan Müqəddəs Yelenadır. Dördüncü yerdə Cənubi Sudandır (23,70 dollar. Sonra Tokelau (17,24 dollar), Yəmən (15,68 dollar) və rabitə xidmətlərində dövlət inhisarı olan Türkmənistan (11,42 dollar) gəlir.
Bir GB internetin qiymətinin ən yüksək olduğu ilk on ölkənin sonunda bunlardır: Mərkəzi Afrika Respublikası (10,90 dollar), Svalbard və Yan Mayen (9,00 dollar) və Kayman adaları (8,39 dollar).
Bu gün dünyada ən ucuz internet İsraildədir: texnologiyaya böyük investisiyalar və inkişaf etmiş infrastruktur sayəsində 1 GB-ın qiyməti cəmi 0,02 dollardır. Fici fiber-optik şəbəkələrin daim genişlənməsi səbəbindən 1 GB internetin qiyməti 0,09 dollar olmaqla ikinci yerdədir. İlk üç yeri İtaliya tamamlayır. Burada 1 GB internet trafiki cəmi 0,09 dollara başa gəlir.
San Marino dördüncü yerdədir (0,10 dollar). Ondan sonra Pakistan (0,12 dollar), Kamboca (0,12 dollar), Hindistan (0,16 dollar), Qırğızıstan (0,17 dollar) və Kolumbiya (0,20 dollar) gəlir. Fransa təxminən 0,20 dollar/1 GB qiymətlə ən ucuz internetə malik ilk on ölkəni tamamlayır.

Dünyapress TV

Xəbər lenti