Ardını oxu...
Ölkədə 50-də çox problemli Çin avtomobilləri reklam olunur. Bu avtomobillərin bloklanacağı ilə bağlı söhbətlər gəzir. Konkret olaraq hansı Çin avtomobilləri uğursuz hesab olunur?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən nəqliyyat eksperti Rövşən Həsənov hansısa brend üzərində dayanmaq istəmədiyini bildirdi.

Ekspertin sözlərinə görə, Çin bazarı çox böyükdür.

“Hər model demək olar ki, ildə ən azı iki, üç dəfə öz xəttini yeniləyir, yeni modifikasiyalar tətbiq edir. Bu baxımdan hansısa brend üzərində dayanmaq istəməzdim.

Amma Çinin öz yerli, tamyüksəkli brend avtomobilləri var ki, onlar artıq öz sözünü deyib. Bu markaları istər istifadəçilər istərsə də digər brendlərlə müqaisədə özünü doğrultmuşdur. Bu baxımdan məsələn BID-ni deyə bilərəm. Bu kimi brendlər birmənalı olaraq sıxışdırılıb Azərbaycan bazarından çıxarılması keyfiyyət nöqteyi nəzərdən çox güman ki, baş verməyəcək.

Bu kimi bir çox qabaqcıl Çin avtomobilləri haqqında məlumat vermək olar. O ki, qaldı onların digər avtomobilləri konkret modellər üzərindən işimizi qurub ətraflı məlumat verə bilmərəm.

Ekspert Aslan Əsədovun sözlərinə görə, nəqliyyat vasitələrinin texniki parametrləri belədir ki, onda hər hansı bir nasazlıq yaranarsa o geri çağırıla bilir.

Bu geri çağırılma şirkətin menecmenti ilə baş verir. Yəni satış menecerləri bu işlə məşğul olur.

Konkret olaraq Azərbaycanda olan nəqliyyat vasitələri və onların yararlı və yararsız olması haqqında yalnız şirkətin rəsmi qərarından və istehlakçıların hüquqlarının bərpasının məhkəmə qərarından sonra ola bilər. Məsələn mən haradansa avtomobil alıb gətirirəm və sonra onu xoşlamıram, geri qaytarmaq istəyirəm. Bu kimi ifadələr keçərli deyil.

Digər bir tərəfdən isə bəzən bu satış reklamı da ola bilər ki, yalnız avtomobillər bazadan yox ikinci və üçüncü satış məntəqələrindən yox, dillerlərdən alsın. Yəni burada məsələni konkret olaraq araşdırmaq lazımdır. Məsələnin kökünü tapmaq lazımdır. Problemin həllini fikirləşmək lazımdır. Bu haqqda nə isə danışmaq olar. Əks təqdirdə belə məsələlər, problemlər qalmaqda davam edəcək. Özünəməxsus vətəndaşlar da yararlana bilməyəcək”.
 
Ardını oxu...
“Microsoft” bir müddətdir ki, ABŞ ordusu üçün “reallıq eynəkləri” hazırlayır. ABŞ Müdafiə Nazirliyi ilə razılaşmalara əlavə olaraq, indi bir müdafiə sənayesi şirkəti ilə də razılığa gəlib.

Müvafiq olaraq, xüsusi proqram təminatı “Microsoft”un “HoloLens” eynəklərinə inteqrasiya olunacaq.

Müdafiə şirkəti “Anduril Industries”, ABŞ ordusu üçün İnteqrasiya edilmiş Vizual Artırma Sistemini (IVAS) hazırlamaq üçün “Microsoft” ilə əməkdaşlıq etdiyini elan etdi. Bu əməkdaşlıq orduda döyüş sahəsində məlumatlılığı təmin etmək məqsədi daşıyır.
IVAS proqramının əsası “HoloLens” əsaslı cihaz vasitəsilə əsgərlərə artırılmış reallıq imkanları təklif etməkdir. “Microsoft” tərəfindən idarə olunan proqram əsgərlərə təlim və əməliyyat məşqi kimi müxtəlif vəzifələrdə dəstək olmaq məqsədi daşıyır. O, həmçinin döyüş zamanı real vaxt məlumatlılığı təmin etmək məqsədi daşıyır.

Tərəfdaşlıq çərçivəsində “Anduril” qabaqcıl sensor proqram təminatını IVAS ekosisteminə inteqrasiya edəcək. Şirkətin proqram təminatı çoxsaylı sensorlar və sistemlərdən gələn məlumatları birləşdirərək real vaxt rejimində təhlükələrin təhlilini yarada bilər.

Bu inteqrasiya sayəsində “HoloLens” eynəkləri avtonom şəkildə təhlükələri aşkar etmək və əsgərləri təhlükələr barədə xəbərdar etmək imkanı əldə edəcək. Bundan əlavə, proqram döyüş meydanında kritik məlumatların problemsiz mübadiləsini asanlaşdıracaq.
 
Ardını oxu...
Amerikalı milyarder və sahibkar İlon Maskın “Neuralink” şirkəti “Blindsight” adlı inqilabi cihaz buraxıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, “Blindsight” çipi hətta anadangəlmə kor və gözü olmayanların görmə qabiliyyətini bərpa edə biləcək.

Qeyd olunub ki, qurğu zaman keçdikcə görüntü keyfiyyətini yaxşılaşdıracaq və gələcəkdə ultrabənövşəyi işıqda görməyə imkan verəcək.

Təxmini hesablamalara görə, hazırda dünyada 2 milyarddan çox insan tamamilə kordur və ya görmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir.
 
Ardını oxu...
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən bu olimpiadada Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev olimpiadanın gümüş medalını əldə ediblər.
Olimpiadada 25 ölkədən 90 məktəbli iştirak edib.
Qalibləri, müəllimlərini, repetitorlarını və məktəb rəhbərliyini, valideynlərini və olimpiadaya hazırlıq üzrə komandanı təbrik edirəm.
Sponsor olan Azercell şirkətinə də təşəkkürlər.
p.s. ETN -ə də buradan sorğu göndərirəm ki, belə yüksək nəticəyə görə görəsən bu uşaqlar və onların müəllimləri hökumət tərəfindən hansı mükafata layiq görüləcəklər ?
Nə qədər pul mükafatı veriləcək onlara ?
Osman Gunduz
TEREF
 
Ardını oxu...
İRİA bu gün mygov rəqəmsal platformasının yeni versiyasını təqdim etdi. Əsas yenilik odur ki, mygov daha faydalı olub və vətəndaşa daha çox yaxın olub.
Yenilənmiş versiyada ailə qurmaq, valideyn olmaq və yaxın qohumun vəfatı kimi vacib həyat hadisələri ilə bağlı sənədləşmə prosesi sadələşdirilib. mygov bu prosesləri tam olaraq rəqəmsallaşdırmağa imkan verib.
Məsələn, yeni doğulan uşaqların qeydiyyatını birbaşa mygov üzərindən onlayn olaraq reallaşdrımaq olar.
Bundan sonra sizdən hardasa, hansısa dövlət qurumunda , bankda, təhsil müəssisəsində şəxsiyyət vəsiqəsi tələb olunanda mygov-a daxil olub məlumatlarım bölməsindən bu məlumatları göstərmək yetərlidir. Bu məlumat artıq sənəd hesab olunur.
Yaxud hansı qurumdasa sizdən, nikah və doğum şəhadətnamələri, sizə yaxın olan qohumunuzun ölüm şəhadətnaməsi istənilərsə onları fiziki olaraq təqdim etməyə ehtiyac yoxdur.
mygov-a daxil olub bu məlumatları təqdim edə bilərsiniz, qarşı tərəf artıq bunları adi məlumat deyil, SƏNƏD olaraq qəbul etməyə borcludur .
Yəni indiyədək vətəndaşla bağlı MƏLUMAT OLARAQ mygov-da yerləşdirilən informasiyalar RƏQƏMSAL SƏNƏD statusu qazanıb.
Uzun müddətdən bəri gözlənilən məsələ artıq öz həllini tapıb.
Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF şəklində paylaşa da bilirlər.
mygov kimlərsə tərəfindən vətəndaşlar haqqında məlumatların toplanmasına icazə verilməsini də təmin edib.
Artıq siz mygov vasitəsilə hansısa quruma sizin haqqınızda, sizdən xəbərsiz məlumat toplanmasına icazə VERMƏYƏ də bilərsiniz.
Rəqəmsal hökumət quruculuğunda problemlər də var. Hələlik çox sayda xidmətlər var ki, mygov platformasına inteqrasiya olunmayıb. Hansı ki Prezidentin fərmanına görə bu xidmətlərin hamısının bir nöqtədən, mygov üzərindən veirlməsi təmin edilməlidir. Ayrı-ayrı resurslarda olan faydalı xidmətlərin mygov-a inteqrasiyası indiki anda çox vacibdir.
Dövlətə məxsus datadan effektiv istifadədə də problemlər qalır. Açıq məlumatlar portalında “kasıbçılıqdır”.
mygov rəqəmsal platformasında olan 40-dan çox məlumatın az bir hissəsi rəqəmsal sənəd statusuna malikdir.
Nazir müavini Samir Məmmədov, İRİA rəsmiləri bu sənədlərin sayının tezliklə artırılacağını, rəqəmsal hökumət quruculuğu sahəsində işlərin daha da sürətləndiriləcəyini bildiriblər.
Osman Gunduz
TEREF
 
 
 

Ardını oxu...
  

"ARB Media Qrup"un tərkibinə daxil olan ARB televiziyasının efirindən xəbərlər buraxılışı çıxarılır.

Kanalda 35-40 dəqiqəlik efir vaxtı olan və 20:00-da yayımlanan "ARB xəbər" buraxılışını Ülvira Qarayevanın aparıcılıq edəcəyi sosial proqram əvəzləyəcək.

Məlumata görə, sentyabrın 16-ı, saat 20:00-da "ARB xəbər"in sonuncu buraxılışı olacaq. Bundan sonra ARB televiziyasının tamamilə sosial mahiyyətli kanal kimi fəaliyyət göstərəcəyi bildirilir.

Qeyd edək ki, media qrupun nəzdində fəaliyyət göstərən ARB-24 televiziyası gündəm, siyasət, iqtisadiyyat xəbərlərini ehtiva edən xəbər bloku və proqramları ilə fəaliyyət göstərir./Milli.Az

Ardını oxu...
Avqustun 15-dən internetin qiymətləri artırıldı, aidiyyəti qurumlar bundan sonra internetin sürətində, keyfiyyətində fərqliliyin olacağını bildirsələr də, tam əksini görürük. Bu barədə paytaxt sakinləri arasında narazılıq var. Qeyd edilir ki, həm internetin sürəti çox zəifdir. Üstəlik, axşam saatlarında ümumiyyətlə internetə daxil olmaq müşkülə çevrilir.

Qeyd edək ki, avqustun 15-dən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Bəs nəyə görə internetin keyfiyyətində və sürətində vəd olunan qədər fərq hiss olunmur?

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz internetin qiymətinin bahalaşmasından sonrakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb: “Gözlənildiyi kimi ”Aztelekom" -un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görünür ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun “Aztelekom”-un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla müqavilə bağlanmasını araşdırmayıb. Bir dəfə də olsun “Aztelekom”-da monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur. Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə, onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı? Təsəvvür etməzdim ki, tənzimləyici qurumlar provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər".

Ekspert əlavə edib ki, bölgələrdə internetdən imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb: “Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib. ”Şərikli internet"ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. İndi də Aztelekom bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək. Aztelekom iddia edir ki abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur. Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur.

Antiinhisarın araşdırmaları başa çatmayıb. Güman ki bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq. Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb".

Qeyd edək ki, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Məlumatda bildirilmişdir ki, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunub.

Müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla həmçinin süni qiymət artımı tətbiq etməklə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bir sıra görüşlər keçirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi bildirilib.

Araşdırmanın başlandığı vaxtdan bir gün sonra “Aztelekom” və “Baktelekom” qiymətləri 18 manatdan 25 manatadək yüksəltdi. Hərçənd ki, bu açıqlamada da öz əksini tapırdı və əvvəlcədən bildirilmişdir. Lakin, digər hansı şirkətlər barədə araşdırmanın gedəcəyi müzakirə mövzusudur. Süni qiymət artımı edib, lazım olan internet sürətini verməyən şirkətlər hansılardır?

Referans.az bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb. Açıqlamada sözügedən məsələ ilə bağlı araşdırmanın davam etdiyi, nəticələri barədə ictimaiyyətə məlumatın veriləcəyi bildirilib.
 
Ardını oxu...
Ukrayna kəşfiyyatı yenidən Rusiya Federasiyasının ən böyük banklarına kiberhücum edib.

Bakıvaxtı.az xəbər verir ki, kəşfiyyat xidmətindəki mənbənin Unian-a verdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin kibermütəxəssisləri Rusiyanın bank sisteminə növbəti DDoS hücumu həyata keçiriblər.

Mənbənin sözlərinə görə, əməliyyat nəticəsində Rusiya silahlı qüvvələrinin fəaliyyətinə dəstək verən ən iri bank qurumlarının işi pozulub.
 
Ardını oxu...
İnternetin qiymətinin bahalaşmasından sonrakı vəziyyət haqqında
1. Bölgələrdə internetden imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb. Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib.
“Şərikli internet”ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir
2. İndi də Aztelekom bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək.
Aztelekom iddia edir ki abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur.
Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqaviilələrin hər hansı hüquqi əsası yoxdur
3. Gözlənildiyi kimi Aztelekom –un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görsənir ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir
4. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib.
Bir dəfə də olsun Aztelekom-un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla müqavilə bağlanmasını araşdırmayıb.
Bir dəfə də olsun Aztelekom-da monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur.
Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı ?
Elə RİNN-in tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov 20 ildir 3-4 nəfərlik komanda ilə bu işi görürdü də.
Təsəvvür etməzdim ki, tənzimləyici qurum provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər.
5. Antiinhisarın araşdırmaları başa çatmayıb. Güman ki bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq.
Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa, onda həmin abunəçi cərimələnəcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "Azərbaycan İnternet Formunun" rəhbəri Osman Gündüz internetin qiymətinin bahalaşmasından sonrakı vəziyyəti şərh edərkən deyib.
"Bölgələrdə internetden imtina edənlərin və şərikli internet istifadə edənlərin statistikası indiyədək açıqlanmayıb. Hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. "Şərikli internet"ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. "Aztelekom" isə bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa, onlar cərimələnəcək. Çünki, abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur" - Osman Gündüz bildirib.
Onun sözlərinə görə, qanunazidd formada tərtib olunaraq imzalatdırılan müqavilələrin hər hansı hüquqi əsası yoxdur:
"Gözlənildiyi kimi "Aztelekom"un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan göstərir ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olur. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun "Aztelekom" monitorinq aparmayıb ki, görsün bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir, yoxsa onun ümumiyyətlə belə bir texniki imkanı yoxdur. Əgər bunlar olmayacaqdısa, operatorlar və provayderlər öz bildiklərini edəcəkdisə, onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı?"
Osman Gündüz onu da əlavə edib ki, tənzimləyici qurumun provayderlər qarşısında bu dərəcədə aciz durumda qalacağına inanmaq çətindir. Çünki ötən gün Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb. Amma buna baxmayaraq, "Aztelekom" qanuna məhəl qomur.
Qeyd edək ki, bu aydan etibarən əhali internetin qiymətini yeni, artan tariflə ödəsə də, internetin minimal sürəti 100 Mbit/saniyəyə çatmayıb. Abunəçilər sosial şəbəkələrdə internetin qiyməti bahalaşandan sonra sürətinin nəinki artdığı, hətta aşağı düşdüyünə dair şikayət dolu statuslar paylaşırlar. Onu da xatırladaq ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Hazırda 100 Mbit/saniyə optik internetin qiyməti 27 manatdır. Minimum sürət ölkə üzrə bütün abunəçilərə təqdim olunur. Amma abunəçilər 32 manat ödəməklə 150 Mbit/s -ə qədər, 38 manat ödəməklə isə 250 Mbit/s -ə qədər internet ala bilərlər.
 

Dünyapress TV

Xəbər lenti