Ardını oxu...
Ermənistan parlamenti bazar ertəsi növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılması sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsinin qəbul edilməsinə 107 deputatdan 64-ü səs verib.

Layihəni təqdim edən Ermənistanın müdafiə naziri Suren Papikyan izah edib ki, 18-27 yaşlı qadınlar hər il martın 1-dən və oktyabrın 1-dək altı aylıq xidmət üçün müraciət edə bilərlər. Qadınlar çağırış günündən əvvəl xidmətdən imtina edə bilərlər.
Nazir əlavə edib ki, təlim bölməsində qadın batalyonu yaradılacaq. Xidmət müddəti bitdikdən sonra qadınlar 5 illik müqavilə əsasında xidmətə keçə biləcəklər.
 
Ardını oxu...
Bakı Lift idarəsinin sabiq rəisi Qüdrət Şükürovun qızı, tanınmış bloger Aysel Şükürova özünün sosial səhifəsində birinci həyat yoldaşından və Nərimanov rayon icra şöbəsindən şikayət edib.

O, oğlu üçün aliment ala bilmədiyini vurğulayıb: "Nərimanov rayonu İcra şöbəsi Emil Zeynalov uşağımın 2 min manatını ala bilmir. Emil Zeynalov telefonlarıma da cavab vermir. Uşağın atasına deyirəm ki, 200 manatı verməkdə acizsənsə atalıq etməyə haqqın yoxdur. Hər dəfə əsəb keçirirəm, yorulmuşam. Neçə ayların borcu yığılıb. Bezmişəm icraçıları gəzməkdən. İcra məmuru kefinə düşəndə mənə zəng edir, başqa vaxt bizə cavab vermir. Mən artıq bezmişəm. Bəsdirin də bu qədər olmaz. İşinizi bacarmırsınızsa, basın bayıra. Gedin evdə kartof-soğan doğrayın”.

Göründüyü kimi Aysel Şükürova incidildiyini deyir və bu vəziyyətdən bezdiyi üçün icra məmurunu təhqir etməkdən belə çəkinmir."İşinizi bacarmırsınızsa basın bayıra. Gedin evdə kartof-soğan doğrayın”- deyir. Bu isə artıq təhqirdir.

Bəs, bu hərəkətinə görə blogeri hansı cəza gözləyir?

Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, Aysel Şükürovanın sözlərini kimisi təhqir kimi qəbul edir, kimisə də bunu təhqir hesab etmir:

"Əgər Məhkəmə icraçısı onu təhqir kimi qəbul etsə, onda bu hal inzibati məsuliyyət yaradır. Və Məhkəmə icraçısı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Məhkəmə də buna xüsusi ittiham qaydasında baxa bilər.Məhkəmə işi icrata götürsə onda Aysel Şükürova hansısa cəza ala bilər”.

Əsabəli Mustafayev onu da qeyd etdi ki, Aysel Şükürovanın vəziyyəti nə yerdədir deyə bilmirik:

"Bunu araşdırmaq lazımdır. Məhkəmə icraçısı əlində olan bütün hüquqi imkanlardan istifadə edibmi? Bilmirik. Çünki, məhkəmə qərarının icra olunmaması ilə bağlı protokol tərtib edilir. Və cavabdeh bundan sonra məhkəmə qarşısına çıxarılaraq inzibati həbs cəzası ala bilər. Bundan sonra da cavabdeh tələbi icra etmədikdə ona qarşı cinayət işi qaldırıla bilər. Maraqlıdır ki, icraçı iddiaçının tələblərini yerinə yetirmək üçün bu prosesləri edib, yoxsa yox. Bunu isə bilmirik”.
qaynarinfo
 
Ardını oxu...
Əxi sözü günümüzdə fərqli anlamda işlədilsə də, orta əsr tarixində bu sözün etimalogiyası fərqlidir. Bir çoxları əxi sözünün ərəb sözü olduğunu düşünsə də, əslində, qədim türk sözüdür.
Günümüzdə çoxunun ərəbcə hesab etdiyi "əxi" sözünün ərəbcə ilə bir əlaqəsi yoxdur. "əl-Ax" sözünə "y" əlavəsi ilə ərəbcə "qardaş" mənasına gəldiyi iddia edilsə də, söz, əslində, qədim türkcədir. Çünki mənbələrdə bu söz ərəbcə olaraq keçmir. Ərəblər "əxilik" təşkilatına "fütüvvət", "əxi"lərə isə "fəta" və "fityan" deyirlər.
Əxi sözü qədim türkcə "akı" sözündən gəlir. Mənası isə "əliaçıq", "alicənab", "comərd" deməkdir. Kəlmə qədim Uyğur və Qaraxanı dövrü mətnlərində (IX-XII) bol-bol keçir. Sadəcə Yusif Xas-Hacibin "Qutadqu-biliq" əsərində 30 dan çox yerdə işlədilib.
Qaşqarlı Mahmudun "Divani-lüğət-it-türk", "Atabət əl-xəkayiq" və hətta qədim Uyğurların Turfan kitabələrində də eyni kəlmə var.
Əxilik təşkilatı ortaya çıxanda belə ərəbcə əsərlərdə bu terminə yer verilməyib. Fütüvvət Abbasi xəlifəsi Nasirin (1180-1225), əxilik isə Səlcuqlu soyundan Şeyx Əhvədəddin Kirmani və onun kürəkəni Əxi Evrənin adları ilə bağlıdır. Əxilik orta əsrlərin bir növ sivil-toplum quruluşu idi.
Şeyx Əhəvədəddinnin qızı və Əxi Evrənin arvadı olan Fatma bacı isə qadın əxilik təşkilatının banisidir. Mənbələrdə "Baciani-Rum", yəni "Anadolu bacıları" adı verilib. Tarixdə ilk qadın təşkilatlanmasıdır. Anadoluda Osmanlı təsiri ilə zəifləyincə böyük bir hissəsi Səfəvi ölkəsinə gələn həmin bacılar, Şah İsmayılın arvadı Taclı Bəyimin ətrafında toplandılar. Çaldıran döyüşündə öldürülən çox sayda qadın döyüşçünün " Baciani- Rum"a mənsub qadınlar olduğu iddia edilir.
Tomris Xatun
Teref.az
 
 
 
Ardını oxu...
1918-ci ilin yayında ermənilər Ağdamdan Şuşaya gedən yolu bağlayırlar.
Bunu eşidən Həmidə xanım Cavanşir Kəhrizli və Əfətlidən gətirdiyi 200 atlı ilə birlikdə Ağdama gəlir.
Bu hadisəni eşidən bütün kişilər mərkəzi meydana yığışırlar. Həmidə xanım camaata müraciət edir:
"Bu gecə Ağdam-Şuşa yolu açılmalıdır.
Mən də sizinlə birlikdə döyüşə gedirəm".
Həmidə xanımın atının üzəngisinə yüzlərlə əl uzanır.
Çox təvəqqedən sonra Həmidə xanımı yola gətirirlər ki, o Ağdamda gözləsin, bu gecə Şuşa yolu açılacaq.
Elə həmin gecə Ağdam-Şuşa yolu Qarabağ kişilərinin səyi nəticəsində ermənilərdən təmizlənir və yol açılır.
Qeyd: Həmidə xanım Cavanşir Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmuşdur.
Mənbə:"Cümhuriyyətə işıq saçan qadınlar" (Araşdırma yazılar toplusu) kitabından (səhifə 373)
Əliyeva Raymonda
 
 
 
Ardını oxu...
Dünən saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 30 yaşlı Hüseynli Fərid 20 yaşlı arvadı Leyla Hüseynliyə, 8 aylıq övladına və özünə kəsici-deşici alətlə xəsarət yetirib. Nəticədə 20 yaşlı ana ölüb. Körpə və ata xəstəxanaya yerləşdirilsə də, 8 aylıq körpənin həyatını xilas etmək mümkün olmayıb.
Metbuat.az xəbər verir ki, Leyla Bakı Dövlət Universitetinin III kurs tələbəsi olub. O, biologiya müəllimliyi üzrə təhsil alırmış.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakıda qadın şantaj edilib.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Polisə müraciət edən G.X Hikmət adlı şəxsin onun və ailə üzvlərinin şəkillərini sosial şəbəkədə yaya biləcəyi ilə hədələyərək, 8 min manat pulunu aldığını və daha 2 500 manat pul tələb etdiyini bildirib.

Daxil olan şikayət əsasında Qaradağ rayon polis idarəsi tərəfindən araşdırmalara başlanılıb.
 
Ardını oxu...
Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən 57 yaşlı müəllim maksimal – 60 bal toplayıb. Bu, Salyan rayonunun Salman Zəfərov adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyevadır.

Sfera.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşım edib.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Rusiyada ağır yol qəzası baş verib.

TEREF.AZ xəbər verir ki,Kabardin-Balkariyada iyunun 17-də Çegemski rayonunda avtomobili uçurumdan aşaraq ölən qadınların kimliyi müəyyən edilib.

REN TV-yə məlum olduğu kimi, ilkin olaraq ölənlər arasında uşağın olduğu deyilsə də, aşan "Mercedes"də 3 bacı olub.

"Yanmış cəsədlər Leskenski rayonunun sakinlərinə məxsusdur: 47 yaşlı qadın, 43 yaşlı və 41 yaşlı bacılar", - REN TV-nin mənbəsi bildirib.

Mercedes-Benz E200” markalı avtomobil uçurumdan Çegem çayının düzənliyinə düşərək alovlanıb.Faciə saat 14:00 radələrində baş verib. İlkin olaraq xarici avtomobilin sürücüsünün idarəetməni itirdiyi güman edilir.(oxu24.com)
 
Ardını oxu...
Sosial şəbəkələrdə açıq-saçıq geyimdə, dikdaban ayaqqabıda "makler"lik edən qızın videosu yayılıb.

Pravda.az xəbər verir ki, Bakıda ev satışı ilə məşğul olan xanım Binəqədidə yerləşən evi satışa çıxararaq izləyicilərə təqdim edib.

Bu zaman “makler” xanımın geyim tərzi əksər izləyicilərin tənqidinə səbəb olub. Onlar “makler”i tənqid atəşinə tutublar.

Həmin görüntüləri təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti