Ardını oxu...
"Space TV"nin sabiq direktoru, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindən oğurluq etməkdə təqsirləndirilən İrina Vatolinanın barəsindəki hökmdən apellyasiya şikayəti verib.

DİA.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə araşdırılır.

İttihama görə, 1981-ci ildə Şirvan şəhərində anadan olmuş İrina Vatolina 2022-ci ilin avqust ayında xadimə işlədiyi Kamil Şahverdinin Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 30 ünvanında yerləşən mənzilindən oğurluq edib. Belə ki, 2022-ci ilin avqustda Kamil Şahverdi evindən 53 814 manat məbləğində qızıl-zinət əşyalarını oğurlanıb. İrina Vatolina məhkəmədə özünü Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarsa oğurluq) maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyib. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərib ki, zərərçəkmiş şəxsin evində 3 ilə yaxın işləyib, evdə təmizlik edərkən bijuteriyalardan birini istifadə edib geri qaytarmaq məqsədi ilə götürüb, götürdüyü əşyalar qolbaq, sırğa və boyunbağı olub. Kamil Şahverdi deyib ki, oğlu və həyat yoldaşı Rəşidə Behbudova 2022-ci ilin aprel ayında ailəsi ilə birlikdə Amerikaya köçüb. O, özü "Space TV”də çalışıb, həyat yoldaşının səhhətində ciddi problemlər olub. Öz işlərinin çox ağır olması və həyat yoldaşına daha cox vaxt ayırmaq üçün işindən ayrılmalı olub. 2022-ci ilin aprel ayının 3-də oğlu Amerikaya köçərkən həyat yoldaşı bütün nəslin illərlə qoruyub-saxladığı zinyət əşyaları olan çantanı açıb gəlininə üzük hədiyyə edib, həmin vaxt zinyət əşyaları hamısı yerində olub. Kamil Şahverdi bildirib ki, mənzilin sahəsi böyükdür və həyat yoldaşı çox vaxt yataqda olub. Təqsirləndirilən şəxsi bir neçə dəfə sellofanlara nəsə yığıb aparanda nə olduğunu soruşub, İrina da zibil olduğunu deyib. İrina arada iti götürüb gəzdirmək adı ilə çıxıb və 1-2 saat sonra geri qayıdıb. O hiss edib ki, təqsirləndirilən şəxs evdən nəsə aparır. Avqust ayında evdə ustalar işləyib, buna görə də həyat yoldaşı Rəşidə Behbudova oğlunun yataq otağında yatıb. Oğlunun otağına keçəndə onu çağırıb, otağa gələn zaman balışın içinə qutu qoyulduğunu görüb. Qutuda qızıl kolye və təsbeh olub. Bundan sonra onlar başa düşüb ki, təqsirləndirilən şəxs həmin qızılları qeyd olunan otağa qoyub, oradan da aparıb. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirib ki, şikayət ərizəsində oğurlanmış əşyaların tam siyahısını göstərməyib, yalnız qızıl-zinyət əşyalarını qeyd edib. Eyni zamanda onun evindən bahalı çantalar, saatlar, eynəklər, paltarlar da oğurlanıb. Həmin əşyalara o qədər də əhəmiyyət vermədiyinə görə şikayət ərizəsində qeyd etməyib. Yalnız oğurlanmış əşyaların içərisində Rəşid Behbudovdan onun ailəsinə yadigar qalan, əntiq qızıl və brilyant əşyalar qeyd edilib. Kamil Şahverdi təqsirləndirilən şəxsin 50 il əvvəl Rəşid Behbudovun öz həyat yoldaşına və ailəsinə aldığı qızıl-zinət əşyalarını qaytaracağı təqdirdə şikayətçi olmayacağını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrina Vatolina 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 42 yaşlı xanım məhkəmə zalında həbs edilib.

Qeyd: Kamil Şahverdi uzun illər "Space TV"nin icracı direktoru, daha sonra baş direktoru olub, o, həmçinin Rəşid Behbudov Fondunun direktorudur.
 

Ardını oxu...
     

 Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

Mehriban Əliyeva mərasimdən olan fotoları öz instaqram hesabında paylaşıb:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Tanınmış aparıcı Aytən Səfərovanın qızı Türkiyə universitetinə qəbul olub.

Tribunainfo.az xəbər verir ki, aparıcı qızının Tekirdağ Namiq Kamal Universitetinin Psixologiya fakültəsinə daxil olduğunu canlı efirdə öyrənib.

Belə ki, Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Ramal Şəmşədli aparıcıdan onun pərəstişkarı olan abituriyentin qəbul xəbərini səsləndirməsini xahiş edib.

Qəbul olan şəxsin öz qızı olduğunu öyrənən aparıcı göz yaşlarını saxlaya bilməyib, kövrəlib.

 
 
 

Ardını oxu...
Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Polis əməkdaşları anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlunu saxlayaraq istintaqa təhvil verib.

Bu, övladın valideyni öldürməsi ilə bağlı yayılan ilk cinayət xəbəri deyil. Son aylarda bu tip məlumatları demək olar ki, tez-tez oxuyuruq. Təəssüf doğuran məqam isə bundan ibarətdir ki, cinayət hadisəsini törədənlərin əksəriyyəti yeniyetmə olur. Bunu yeniyetmələrin kriminal aləmə meyilli olması ilə əlaqələndirənlər də var. Bir çoxları belə düşünürlər ki, yeniyetmələrin cinayətə meyilli olmasının əsas səbəbi kriminal aləmlə maraqlanmaq, "kriminal avtoritet"olmaq istəyidir.

DİA.AZ-ın məlumatına görə, psixoloq Gülnar Orucova Cebhe.info-ya açıqlamasında bildirib ki, son zamanlar ailə üzvlərinə qarşı törədilən cinayət sayı yad şəxslərə qarşı törədilən cinayət sayından daha da çox olur:

"Cinayətlərin sayının statistikasına nəzər yetirsək görərik ki, artım var. Əvvəllər yad insanlara qarşı cinayət hadisələri daha çox baş verirdisə, son illər yaxın qohumlara qarşı da cinayət törədilir. Son iki il ərzində "oğul anasını öldürdü", "oğul atasını öldürdü" kimi xəbərləri çox oxuyuruq. Ümumiyyətlə, heç bir halda bir insanın digər insanın həyatına qıymasına haqq qazandırmaq olmaz. İstər “namus üstündə”, istər başqa səbəblərdən olsun, buna haqq qazandırmaq düzgün deyil və digərlərini cinayətə təşviq etməkdir.

Övladın onu dünyaya gətirən, böyüdüb-başa çatdıran insanın canına qıyması doğru sayılmaz. Bir məqama diqqət çəkmək istəyirdim. Analar öz övladlarını mərhəmətli böyütməyə çalışsınlar. Biz nə qədər övladımızı mərhəmətli böyüdürüksə, o mərhəmət bizə də yansıyır. Övladımıza şiddət göstəririksə, bir müddət sonra o kini, nifrəti bizə qarşı göstərməyə başlayır".

Psixoloqun sözlərinə görə, yeniyetmələrin kriminal aləmə meyilli olmasında valideynlər qədər məktəblərdəki sistem də günahkardır:

"Son dönəmin yeniyetmələrinə baxın. Yeniyetmələr sanki özlərini kriminal aləmin üzvləri kimi, avtoritet kimi göstərirlər, bəzən o avtoritetlərin sözlərindən istifadə edirlər, onların döymələrini bədənlərinə vurdururlar. Bu, doğru tərbiyə metodu deyil. Valideyn buna heç bir reaksiya vermirsə, bunun da fəsadları olur. Valideyn olaraq övladımızı nəzarətdə saxlamalıyıq. Bu məsələdə həm də məktəblər günahkardır.

Məktəblər çətin tərbiyə olunan uşaqları gizlədir, onların törətdiyi əməli ört-basdır etməyə çalışırlar. Niyə ört-basdır edirsiniz? Hüquq-mühafizə orqanlarına bildirmək lazımdır və o yeniyetmə üçün tədbir görülməlidir. Amma biz onu gizlətməyə çalışırıq. Yalnız iş böyüyəndə polisə müraciət edirik. Rəhbərlər "məktəbimizin adına xələl gələr" düşünürlər, bir də görürlər ki, yeniyetmə artıq cinayət törədib".

Psixoloq qeyd edib ki, namus üstündə törədilən cinayət hadisələrinə haqq qazandırmaq digər insanları da cinayətə təşviq etməkdir:

"Heç bir oğulun ananı “namus üstündə” öldürməsi doğru deyil. Ondan imtina edə bilərsən, sevməyə bilərsən, ananla görüşməyə, əlaqəni kəsə bilərsən və yaxud ananı doğru yola çəkə bilərsən. Mən sosial şəbəklərdə rəyləri oxuyuram, yazırlar ki, düz edib. Namus üstündə bir insanı öldürməyə haqq verirlər. Belə deyildikcə digər insanları da aqressivləşdirir, cinayətə təşviq edirsiniz.

Biz niyə geriyə inkişaf edirik? Azərbaycanda həyat yoldaşı olmayan bir insanın ikinci bir şəxslə münasibət qurmasına, ailə qurmasına, dostluq etməsinə əxlaqsızlıq kimi baxırlar. Amma bu belə deyil. Heç nəyin təsdiqi olmadan bir insanın həyatına qıymaq doğru deyil. Təsdiqi olsa da, bu, cinayətə haqq qazandırmır".
 
Ardını oxu...
Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xasarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Hadisə ilə əlaqədar Sumqayıt Şəhər Prokurorluğu da məlumat yayıb.

"Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xasarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir", - məlumatda bildirilir.
 
Ardını oxu...
İspaniya Kralı VI Felipe və Kraliça Letiziyanın 17 yaşlı qızı şahzadə Leonor hərbi təhsil və təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, gənc şahzadənin hərbi məktəbdə ilk gündə çəkilmiş fotoları İspaniya mətbuatında dərc olunub.

İspaniya taxt-tacının varisi Leonor krallıq ənənələri çərçivəsində üç il hərbi məktəbdə təhsil alacaq.

Şahzadə Leonorun Saraqosa Hərbi Akademiyasında ilk günündə hərbi formada çəkilmiş fotoları ölkəsində gündəm olub.

Dəbli geyimləri ilə anası Kraliça Letiziyanın yolunu davam etdirən şahzadənin bu fərqli imici maraqla qarşılanıb.
Ardını oxu...
 
Ardını oxu...
Salyanda 25 yaşlı qadın qətlə yetirilib.

Belə ki, avqustun 16-da saat 15:00 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü Günel Qurban qızı İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Qaraş İbrahimov könüllü polisə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır. Təəssüf doğuran məqam budur ki, son illər qadın cinayətlərinin sayı artıb. Cari ilin yanvar-iyun ayları ərzində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 9,0 faiz artıb. 2021-ci ildə 46, 2022-ci ildə isə qəsdən adam öldürmə hadisələri nəticəsində 79 qadın zərər çəkib. Rəqəmlərin artmasının bir çox səbəbləri var.

TEREF.AZ bildirir ki, hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bu sahədə olan boşluqlardan danışıb:

"Məişət zorakılığına məruz qalan şəxslərin müdafiə mexanizmi çox zəifdir. Mühafizə orderi gec verilir, bəzən məhkəməyə müraciət ediləndə, dövlət rüsumu istənilir. Bu da qanundakı boşluğu göstərir. Qısamüddətli orderi icra hakimiyyətləri verməlidir, lakin QHT nümayəndələri, vəkillər orderlərin alınmasında çətinlik çəkir. İcra hakimiyyətinin rəhbərləri bu orderlərin verilməsindən yayınır.

Hesab edirlər ki, bu rayonun statistikasını korlayır, məşiət zorakılığını açıb-ağartmaq istəmirlər. Polislər də bu yanaşmanı bilirlər. Ona görə də məişət zorakılığı barədə onlara şikayət ediləndə dərhal ciddi tədbirlər görmürlər".

Onun sözlərinə görə, polislər üçün də məişət zorakılığına məruz qalan vətəndaşlarla işləmək üçün prosesual təlimat qaydası yoxdur:

"Ümumiyyətlə, polislərin hansı prosesual qaydada işləməsinə dair təlimat yoxdur. Biz deyirik ki, xüsusi təlimat olmalı və polislər o təlimat əsasında fəsliyyət göstərməlidir. Amma göstərilən fəaliyyətdə çox ciddi yanlışlıqlar var. Məişət zorakılığının qurbanı olan insanlarla, onu törədənlərlə necə rəftar etmək lazımdır- bununla bağlı vahid sənəd yoxdur. Polislər də çox zaman hesab edir ki, bu, məişət məsələsidir, barışdırmağa çalışırlar. Hətta deyərdim ki, bir çox polis müəssisələri bilmir ki, məişət zorakılığının qurbanları üçün sığınacaq var, qurbanların həyatı da təhlükədədirsə, onları dərhal sığınacağa yerləşdirmək lazımdır".

O, sığınacaqların sayının artırlması məsələsinə də toxunub:

"Ölkədə də sığınacaqların sayı həddən artıq azdır. Məişət zorakılığı da artır, ağır faciələlərlə sonlanır. Böyük şəhərlərdə, region mərkəzlərində sığınacaqların sayını artırmaq lazımdır ki, şəxslər öldürülmədən sığınacağı yatırılsın. Birincisi, məişət zorakılığı ilə mübarizə üzrə polislərin fəaliyyəti üçün təlimat hazırlanmalıdır, mühafizə orderlərinin verilməsi prosesi sadələşdirilməlidir, əlçatan olmalıdır, sığınacaqların sayı artırılmalıdır. Hökumət məişət zorakılığı ilə mübarizə sahəsində çalışan ictimai təşkilatların genişlənməsinə dəstək verməlidir. Təəssüf ki, bunu çox görmürük".

Ə.Mustafayevin fikrincə, psixoloqlar da bu məsələdə yardıma açıq olmalıdır:

"Sığınacaqlarda psixoloqlar var. Ora yerləşdirsələr, qurbanların reabilitasiyası aparıla bilər. Ya da heç olmasa, yardım mərkəzləri yaratmaq lazımdır. Buna çoxdan ehtiyac var. Xaricdə belə bir təcrübə var ki, bir dəfə zorakılıq törədən şəxs qeydiyyata alınır, onunla da polislər, psixoloqlar davamlı işləyir. Qurbanlar öz yerində, amma zorakılığa məruz qalan şəxslərlə də psixoloqlar, polislər müntəzəm olaraq işləməlidir. Bunun üçün də dövlət tərəfindən addım atılmalıdır ".
 

  

Ardını oxu...
Britaniyalı tibb bacısı Lyusi Letbi yeddi yeni doğulmuş körpəni öldürməkdə və daha altı körpəni öldürməyə cəhddə günahkar bilinib.

Belə bir hökmü işə 2022-ci il oktyabrın 10-dan baxılan Mançester Məhkəməsinin münsiflər heyəti elan edib.

Letbinin 2015-ci ilin iyun ayından 2016-cı ilin iyun ayına qədər Çester Xəstəxanasında işlədiyi müddətdə etdiyi hərəkətlər məhkəmənin diqqət mərkəzində olub. Ümumilikdə, hazırda 33 yaşlı qadına qarşı 22 ittiham irəli sürülüb və münsiflər heyətinə nəticə çıxarmaq üçün 110 saatdan çox müşavirə lazım olub. Qəzetinin məlumatına görə, ittihamların hər biri üzrə nəticələr ötən günlərdə verilib, lakin bütün məlumatlar yalnız cümə günü açıqlanıb, çünki bundan əvvəl onun qismən dərcinə qarşı qadağa var idi.

Nəşr Letbini müasir Britaniya tarixində uşaqların ən pis seriyalı qatili adlandırır. Onunla bağlı yekun qərar avqustun 21-də açıqlanacaq. Günahkar olduğu cinayətlərin məcmusuna əsasən, keçmiş tibb bacısı qalan günlərini dəmir barmaqlıqlar arxasında keçirməlidir.

Eyni zamanda, polis qızın digər qətllərdə də əli ola biləcəyinə inanır və Letbinin 2012-ci ildən 2016-cı ilə qədər işlədiyi iki xəstəxananın - Çester və Liverpulun neonatal şöbələrində 4 minə yaxın uşağın qalması ilə bağlı məlumatları yoxlayır.
The Daily Telegraph
 
Ardını oxu...
ABŞ-də erməni təxribatının qarşısını alan həmvətənimiz Aludə Zeynalova məhkəmə qarşısına çıxarılacaq.

"Report"un ABŞ bürosu xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində həmvətənlərimizə qarşı erməni təxribatı davam edir.

İki gün əvvəl BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən erməniləridən biri Meri Cobanyan aksiyada iştirak edən həmyerlimiz Aludə Zeynalovadan şikayətçi olub. M.Cobanyan A.Zeynalovanı onu üçüncü dərəcəli xəsarət yetirməkdə təqsirləndirib. A.Zeynalova Nyu-York polisi tərəfindən saxlanılıb.

Bu gün A.Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində (“New-York County Criminal Court”) hakim qarşısına çıxarılacaq. ABŞ dövlətinin A.Zeynalova hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, Cənubi Azərbaycan əsilli Doran Khoıee Abbası həmyerlimizin bu gün məhkəmə zalından azadlığa buraxılacağını, ancaq şikayət üzrə prosesin davam etdiriləcəyini deyib.

Azərbaycan ABŞ-dəkı səfirliyindən “Report”a bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımı addımlar atılıb və bundan sonra da atılacaq. Qeyd olunub ki, səfirlik əməkdaşları Nyu-Yorkdadır və A.Zeynalova ilə bağlı baş verənləri yaxından izləyirlər.

Xatırladaq ki, iki gün əvvəl Nyu-Yorkda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanın Laçın yolunu bağlanmaqla humanitar böhran yaratdığına dair iddialarına etiraz məqsədilə BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçiriblər. Bir qrup erməni dinc aksiyanı pozaraq həmvətənlərimizə qarşı təxribat törədib. Ermənilərin Azərbaycan bayraqlarını çırmaq istəmələri həmvətənlərimizin ciddi etirazı ilə qarşılanıb. Bu zaman qarşıdurma baş verib. Həmvətənlərimiz Aludə Zeynalova və Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova hadisə ilə bağlı dindirilmək üçün polis bölməsinə aparılıb. M.Vahabova polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Həmvətənlərimizə qarşı təxribat törədən və hadisə yerində həbs olunan Sulyanı Cobanyan polis tərəfindən dindirildikdən sonra azadlığa buraxılıb.
 

Dünyapress TV

Xəbər lenti