Ardını oxu...
Astara rayonunda 1997-ci il təvəllüdlü Elmar və 2003-cü il təvəllüdlü Elcan qohumları Ləmanla intim görüntüləri sosial şəbəkədə yayılan həmkəndliləri Əfqana (adlar şərti verilib – red.) xəsarət yetiriblər.

DİA.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən il avqustun 29-da Astara rayonunun qəsəbələrindən birində baş verib.

Elmar qohumu Elcanla birlikdə həmin gün saat 16 radələrində qəsəbədə yerləşən elektrik stansiyasının yaxınlığında həmkəndliləri Əfqanla qısqanclıq zəminində mübahisə ediblər.

Mübahisə zamanı Elcan Əfqanı arxadan qollarını tutaraq yerə yıxıb, Elmar isə özü ilə gətirdiyi bıçaqla onun sol sifət nahiyəsinə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittuham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran Dövlət Universitetinin Gəmiçilik fakultəsinin birinci kurs tələbəsi olub: "Avqustun 29-da saat 10 radələrində universitetdə dərsdə idim. Tələbə yoldaşlarım "Teleqram” saytına baxarkən Astaranın qəsəbəsində yaşayan bir qızla bir oğlanın çılpaq görüntüləri olan videosunun olduğunu dedilər. Tələbə yoldaşlarımdan mobil telefonu aldım və həmin videogörüntüyə baxan zaman onun bibim qızı Ləman olduğunu gördüm.

Bibim qızı ilə intim görüntüsü yayılan oğlan isə həmkəndlimiz Əfqan idi. Videoya baxandan sonra tələbə yoldaşlarıma heç bir söz demədim və Lənkərandan Astaraya qayıtdım. Ləmanın əmisi oğlu Elcana zəng etdim. Olanlar barədə ondan soruşdum. Elcan da həmin videoya özünün indi baxdığını dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elcanla görüşüb: "Təklif etdim ki, Əfqanı çağırıb bu barədə onunla söhbət edək. Əfqanın qardaşı Ramizə zəng etdim. Qardaşına Əfqanın etdiyi hərəkətlər barədə məlumat verdim. Əfqanla görüşməyin, bu barədə söhbət etməyin zəruri olduğunu bildirdim”.

Elmarın sözlərinə görə, həmin gün saat 16 radələrində qəsəbədə yerləşən elektrik stansiyasının yaxınlığında Əfqanla görüşüblər: "Görüş zamanı Əfqana "nəyə görə Ləman ilə olan videonu "Teleqram” saytında paylaşmısan?” - deyə soruşdum. Əfqan isə cavabında həmin videonu yaymadığını, Ləmanın özü onu evinə çağırdığını bildirdi.

Əfqanla aramızda sözlü mübahisə başladı, Ləman barəsində nalayiq ifadələr işlətdi. Elcan Əfqanı arxadan qollarını tutaraq yerə yıxdı. Mən də evdən gətirdiyim mətbəx bıçağını cibimdən çıxardım və Əfqanın sol yanağına vurdum.

Əfqan əlimizdən çıxaraq qaçmağa başladı. Orada olan Ramiz mübahisəyə qarışmadı. Başqa şəxslər bizə iradlarını bildirdilər, düzgün etmədiyimizi dedilər. Sonra bizə polisə təslim olmağımızı məsləhət görüdülər. Mən Elcanla birlikdə Astara rayon polis şöbəsinə getdik. Etdiyimiz hərəkət barədə məlumat verdik və hadisə vaxtı istifadə etdiyim bıçağı təqdim etdim”.

İş üzrə zərərçəkmiş Əfqanın sözlərinə görə, Ləmanla münasibəti olub: "Onunla evlənmək istəmişik. Lakin valideyinləri buna razı olmadılar. Buna baxmayaraq, başqası ilə ailə quran Ləman mənimlə münasibətini davam etdirdi”.

Zərərçəkmiş qeyd edib ki, 25 avqust 2022-ci ildə Ləmanın Bakı şəhərində yaşadığı evə gedib və onunla görüşüb: "Evdə sevişən zaman Ləman öz telefonu ilə həmin anı çəkdi. Sonra oradan çıxdım və Astara rayonuna qayıtdım. Ləman zəng edərək dedi ki, qayınanası Səlimə mobil telefonunu zorla onun əlindən alıb və telefona baxanda bizim çəkilmiş video və fotoşəkillərimizi görüb. Ləman atası evinə gəldi".

Zərərçəkmiş qeyd edib ki, Ləmanın qohumları çağırdığına görə avqustun 29-da saat 16 radələrində qardaşı Ramiz ilə birlikdə qəsəbədə yerləşən elektirik stansiyasının yaxınlığına gediblər: "Ləmanın qohumları Elmar və Elçan da orada idilər. Aramızda söhbət mübahisəyə çevrildi. Elcan əllləri ilə arxadan məni tutdu. Elmar əlində olan bıçaqla sifətimin sol nahiyyəsinə vurdu. Bıçaq sol əlimin beşinci barmağını kəsdi. Sifətimdən qan axmağa başladı. Elcanı itələyərək oradan qaçdım”.

Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, həmçinin zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən hər iki təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. Onlar cinayət məsuliyyətindən azad ediliblər
 
Ardını oxu...
1950-ci ildə Çexiyada arxeoloqlar mağara sisteminin dərinliklərində basdırılmış parçalanmış kəllə aşkar etdilər. Kəllə yarıya bölündüyü üçün tədqiqatçılar skelet qalıqlarının iki fərqli insana aid olduğu qənaətinə gəliblər. Lakin bir neçə onilliklər sonra genom ardıcıllığını aparan alimlər belə qənaətə gəliblər ki, kəllə bir nəfərə - 45 min il əvvəl yaşamış qadına məxsusdur.

DogruXeber.az” xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar onu mağara sisteminin üstündəki təpənin şərəfinə çex dilində "qızıl at" mənasını verən "qadın - Zlatý kůň" adlandırıblar. Onun DNT-sinin sonrakı təhlili qadının genomunda təxminən 3% Neandertal əcdadlarının olduğunu göstərib. Qadının genomunun indiyə qədər ardıcıllıqla tərtib edilmiş ən qədim müasir insan genomu olduğu da müəyyən edilib.
Alimlər həmin qadının mümkün görünüşünü bərpa edə biliblər.

Bunun üçün elm adamları onlayn məlumat bazasına daxil edilmiş kəllə sümüyünün bir neçə mövcud KT-skanından toplanmış məlumatlardan istifadə ediblər.
Ardını oxu...
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki sosial sığınacaqda yaşayan Tatyana Ağayeva dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub.

Onun hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
 
Ardını oxu...
Şərq qadını nağıl qoşmağı da, həyatı nağıl etməyi də yaxşı bacarır. Həm öz həyatını, həm də mənsub olduğu xalqın yaşamını müsbət tərəfə dəyişən, “Şərqin kraliçası” adlandırılan Şeyxa Moza kimi.

Qətər əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza bin Nasir əl-Misnəd digər Şərq qadınlarından fərqli olaraq həyat tərzi, ictimai fəallığı, geyimi və gözqamaşdıran tərzi ilə fərqlənir.

Xanım Moza üçün istisnalar var. Digər Şərq qadınlarına qadağa olunanlar ona aid deyil. O, həmişə kölgədə qalan ərəb qadını stereotipini dağıdan qadınlardandır.

Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin ölkəsi üçün gördüyü işlərdə ikinci həyat yoldaşı Şeyxa Mozanın da əli var. Qətər əmiri bu ağıllı qadının ictimai həyatdakı fəallığını dəstəkləyir və onun fikri ilə hesablaşır. O, Qətərin idarəçiliyində söz sahibi olan dairələrdə xüsusi nüfuza malikdir. Hətta şayiələr gəzir ki, əmirin üçüncü dəfə evlənməsinin səbəbi hər kəsə Mozanın Şeyx üzərindəki hakimiyyətinin sərhədsiz olmadığını göstərmək üçün imiş. Amma bütün bunlara baxmayaraq, Moza ağlı, eleqantlığı və özünəməxsus şarmı ilə hər kəsi kölgədə qoymağı bacardı.
Şeyxa Moza müdrik bir qadın kimi öz gələcəyinin də qayğısına qalıb. O bilirdi ki, həyatı əri hakimiyyətdə olduğu müddətdə təhlükəsizdir. Bəs Həmədin birinci həyat yoldaşından olan oğlu taxta çıxandan sonra onun taleyi necə olacaqdı?

Moza illərlə çəkdiyi zəhmətinin bəhrəsini təhlükəyə atmamaq üçün ərindən tələb edir ki, gələcək varisin namizədliyinə yenidən baxsın. Nəhayət, Moza həyat yoldaşını oğulları Təmim bin Həmədi vəliəhd şahzadə etməyə inandırır. Şeyx isə həqiqətən də sevimli həyat yoldaşını razı salmaq üçün bu inanılmaz addımı atır.

Ətraflı Baku TV-nin araşdırmasında:

 
Ardını oxu...
İranda məcburi hicab tələbindən imtina edən şirkət işçilərinə cinayət işi açılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, “Taqçe” şirkətinin qadın əməkdaşlarının iş yerində hicab tələbinə riayət etməmələrinə dair sosial şəbəkələrdə şəkillərin dərc edilməsindən sonra bununla bağlı məhkəmə işi açılıb.
Ardını oxu...
Sosial şəbəkələrdə Bakının mərkəzində gənc qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə bir neçə şəxsin Nərimanov rayonu Həsən Əliyev küçəsində bir qadına qarşı zorakılıq etməsi əks olunub. İddia edilib ki, qadın iradəsinə zidd şəkildə avtomobilə mindirilərək qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sorğumuza cavab olaraq bildirib ki, hadisə iyulun 26-da baş verib:
“Nərimanov rayonunda DİN-in “102” Xidməti Zəng Mərkəzinə naməlum şəxsin bir qadını məcburi şəkildə avtomobilə əyləşdirmək istəməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin əməliyyat qrupu çıxıb. Həmin şəxslər müəyyən olunaraq şöbəyə dəvət ediliblər.

Araşdırmalarla məlum olub ki, onlar 5 ildir ki, birlikdə digər ölkədə yaşayırlar və Bakıya qısamüddətli səfərə gəliblər. Həmin gün isə tərəflər arasında qısqanclıq zəminində sözlü mübahisə yaranıb və hadisənin baş verməsində kriminal tərkibli əlamətlər yoxdur. Toplanmış material əsasında 16-cı PŞ-də təhqiqat araşdırmaları aparılıb. Tərəflərin izahatları alınıb, şikayət tələbi olmadığı üçün onlar sərbəst buraxılıblar”.

 

Ardını oxu...
Tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

DİA.AZ xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda 39 nəfər şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

İş üzrə 43 nəfər şahid kimi tanınsa da, onlardan cəmi 4-ü məhkəməyə gəlib. Digərləri isə bildiriş göndərilsə də, prosesdə iştirak etməkdən yayınırlar.

Məcburi gətiriləcək şahidlər siyahısında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və baş mühasib Züriyyə Cəfərova da var.

Qərarın icrası polisə həvalə edilib.

54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi.

M.Rəhimova Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.
 
Ardını oxu...
Aktrisa Pərvin Abıyeva “Sözbaz” maqazin verilişinə müsahibəsində səsləndirdiyi fikirləri ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb. Pərvin ailə qurmaq istəmədiyini bir daha etiraf edib:
“Həyatımda kiminsə olmağını artıq istəmirəm. Artıq evlənmək və ailə qurmaq istəmirəm”.

Təbii onun bu fikirləri sosial şəbəkələrdə daha çox qınağa səbəb olub. Çünki, efirdə bu cür fikirlərin səsləndirilməsi həm gənc nəslin tərbiyəsinə zərbə vurur, həm də ailə institutunu kökündən baltalayır, yüngül həyat tərzini təşviq edir.

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, bir qadın milyonların qarşısında dönə-dönə evlənməyəcəyini və subay qalacağını bəyan edirsə, bu onun yüngül həyat tərzinə marağını göstərir:

“Ailə qurmaq, ana olmaq hər bir qadının ən ülvi və müqəddəs arzusudur. Ən əsası dünyaya uşaq gətirmək hər bir qadının əsas missiyasıdır. Bu missiyadan imtina edən birisinə heç nə ilə haqq qazandırmaq olmaz.

Qadın deyəndə hər birimizdə ailə, uşaq assosasiyası yaranır. Çünki, tarix boyu qadının missiyası bu olub. Baxmayaraq ki, son dönəmlərdə ailə institutu çox böyük zərbələrə tuş gəlib. Hazırda Pərvin Abıyeva kimi düşünən xeyli qadın var. Onlar bütün məsuliyyətdən qaçaraq ancaq özləri üçün yaşayırlar”.

Psixoloq başqa bir vacib məqama da toxunub:

“Digər bir problem bəzi sənət adamlarının efirdə sənətindən yox, öz şəxsi həyatlarından daha çox danışmasıdır. Çünki, özündən daha çox danışan adamların sənətdə heç bir izi olmur. Onlarda tamaşaçının yaddında sənətləri olmadığı üçün fərdi fikirləri və maddi imkanları ilə yadda qalmaq istəyirlər. Bu mənada Pərvin Abıyevanın belə açıqlamalar verməsi başadüşüləndir”.
 
Ardını oxu...
İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda 32 yaşlı Turalə Aslanovanın intihar etməsi hadisəsi ilə bağlı adları hallanan şəxslər işdən çıxarılıb.


Teref.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, dələduzluq işində adları hallanan Kəmalə Quliyeva və T.Aslanova ilə yaxın əlaqələrinin olduğu bildirilən Samir Cabbarlı vəzifədən azad ediliblər.

Bildirilib ki, bu işin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hər iki şəxs də araşdırmaların nəticəsində işdən çıxarılıblar.

Qeyd edək ki, prokurorluq binasından özünü ataraq intihar edən T.Aslanova DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyib. Onun dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra 2022-ci ildə tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb. Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb.

T.Aslanovanın vəkili Emin Kiçibəyov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, T.Aslanova ölümündən əvvəl verdiyi ifadələrində aldığı pulları Kəmalə Quliyevaya verdiyini bildirib.

Dünyapress TV

Xəbər lenti