Ardını oxu...
Milli Assambleyada Ermənistanda qadınların könüllü olaraq hərbi xidmət keçməsinə icazə verən qanun təsdiqlənib. Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlamasında deyib:

“Qadın vətəndaşlar üçün könüllü hərbi xidmət sistemi tətbiq edilib. 18-27 yaş arası Ermənistan Respublikasının vətəndaşları müraciət edə bilər. Onların hərbi xidmət müddəti 6 ay olacaq. Çağırışa çağırılan qadın əsgərlər püşkatmadan təlim bölməsinə təyin olunacaq və birlikdə hərbi xidmət keçəcəklər. Bu məqsədlə hərbi xidmət keçən qadınların rəhbərlik edəcəyi xüsusi qadın batalyonunun yaradılması prosesi davam edir”.

Qanuna görə, 6 aylıq hərbi xidməti başa vuran qadınlara tərxis olunduqları zaman 1 milyon dram (4 min 500 manat) ödəniləcək. Qanun Ermənistan prezidentinin imzasından sonra qüvvəyə minəcək.

DİA.AZ_ın məlumatına görə, mövzunu "Sherg.az"a dəyərləndirən millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistan ordusuna qadınların çağırış məsələsi bir neçə müddətdir müzakirə edilir:

"Əsas məqam ondan ibarətdir ki, qadınlar Ermənistan ordusunda xidmət etdiyi 6 ay müddətində ailə məsələsi ilə bağlı ordunu tərk edə bilməzlər. Ümumiyyətlə dünyada qadınların məcburi şəkildə hərbi xidmətə çağırılması təcrübəsi var. Bu dövlətlərdən İsraili, Koreya Xalq demokratik respublikasını, Norveçi və İsveçi misal göstərmək olar. Lakin Ermənistanda bu könüllülük əsasında baş verir. Təbii ki, bu hadisə Ermənistan cəmiyyətində də birmənalı qarşılanmayıb. Çoxu bunun əleyhinədir. Ancaq lehinə olanlar da var".

Parlamentari əlavə edib ki, erməni qadınlarına kişilərin orduda tutduğu vəzifələr təklif olunur:

"Bu heç də demək deyil ki, kişilərin sayı azalıb ona görə qadınlar orduya çağırılır. Lakin hadisə göstərir ki, cəmiyyətdə müəyyən problemlər var və Ermənistan döyüşkən ordu yaratmaq istəyir. Ümumiyyətlə bir sıra terror təşkilatlarında da qadınların 5-6 aylıq təlimə cəlb olunması praktikası var. Ermənilərdə isə bu məsələyə digər rakursdan baxılır. Digər tərəfdən 44 günlük savaşda onların yaratdığı mif yox oldu və orduları darmadağın edildi. Bunu qadınları cəlb edərək yenidən formalaşdırmaq isə çətin məsələdir. Sadəcə olaraq Ermənistan cəmiyyətini sakitləşdirmək üçün onlar belə addımlar atır. Yəni işsizliyin həll edilməsi üçün qadınlar da məcbur olub orduya yazılırlar".

Qeyd edək ki, Ermənistanda 18-27 yaş arası kişilər 2 il müddətinə hərbi xidmətə çağırılır. İldə iki dəfə, yayda və qışda əsgər qəbulu edilir.
Ardını oxu...
Ermənistanda 24 yaşlı rus qızın meşədə lüt meyti tapıldı

Ermənistanda, Dilican-İrəvan yolunun yaxınlığındakı meşədə 24 yaşlı Rusiya vətəndaşının meyiti tapılıb.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, çılpaq tapılan meyitin üzərində zorakılıq izləri olub.

Məlumata görə, meyit iyunun 4-də Ermənistana gələn 24 yaşlı Rusiya vətəndaşına məxsusdur. Mərhumun anası iki gün qızı ilə əlaqə yarada bilmədiyi üçün polisə müraciət edib.

Hazırda faktla bağlı cinayət işi açılıb.\\Axar.Az
Ardını oxu...
Ermənistanda qadınlar da orduya cəlb edilir.

“Qafqazinfo” "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu gün ölkə parlamenti bununla bağlı layihəni birinci oxunuşda qəbul edib.

Bildirilib ki, 18-27 yaşlı qadınlar hərbi hissələrdə kurs keçəcəklər. Təşkil olunan kursların ilkin müddəti 6 ay olacaq. Altı aydan sonra isə onların beş illik xidmətə keçmək mümkün olacaq.

Altı aylıq xidmətdən sonra qadınlar 1 milyon dram (təxminən 2,5 min dollar) mükafat alacaqlar. Xidmətini 5 il davam etdirmək istəyənlər isə 5 milyon dram (12 min dollar) ödəniş alacaqlar.
 
Ardını oxu...
Azərbaycanlı jurnalist Nərmin Balayeva Türkiyənin "Haber Global" telekanalında yüksək vəzifəyə təyin olunub.

DİA.AZ bildirir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Nərmin Balayeva 14 iyun 2023-cü il tarixindən "Haber Global" telekanalında Əyləncə verilişləri və xarici xəbərlər üzrə proqram müdiri vəzifəsinə təyin edilib.
Ardını oxu...
“Ən böyük arzum erməni vandallarının Laçında viran qoyduğu məzarlarımızı, bacımın məzarını ziyarət etməkdir”.

Bunu Oxu.Az-a açıqlamasında uzun illər Laçın şəhərində peşə məktəbində müəllim kimi çalışan Tutu Məmmədova deyib.

“Ermənilər bizi evimizdən didərgin saldılar. Bu gün mənim üçün nə qədər sevincli gündürsə, o qədər də kədərlidir. Yaxınlarımızı, doğmalarımızı itirdik, minlərlə şəhid verdik, yurdumuzdan didərgin düşdük. 31 il köçkün həyatı yaşadıq. Amma bu gün bizim o qorxulu yuxularımız sona çatdı. Sabah gözümüzü öz yurdumuzda, evimizdə açacağıq. Çox sevincliyəm. Bu sevinci bizə prezidentimiz, ordumuz, şəhidlərimiz, qazilərimiz bəxş etdilər. Onların qarşısında baş əyirəm”, - deyə Tutu Məmmədova təəssüratlarını bölüşüb.
 
 
 
Ardını oxu...
Bloger Günay Mehdiyeva keçmiş əri Fərdi Əliyevin onu intim fotolar və telefon nömrəsini yaymaqla şantaj etdiyini açıqlayıb. Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Günel Ələkbərova ("Pişik" Günel) bu cür hərəkətlərin kişiyə yaraşmaz olduğunu bildirib:

"Sözüm yaxşı kişilərdən iraq, bu gün belə hallar artıb, çünki kişilərin çoxu “matışkə”dir. Normal kişi heç vaxt bu cür hərəkət etməz. Normal düşüncədə olan, anasına, bacısına hörmət edən şəxs nəinki keçmiş arvadıba, ümumiyyətlə, heç bir xanıma qarşı belə hərəkət, xüsusən də, onu şantaj etməz.

Bu cür yollara əl atanlar ancaq nakişi ola bilər. Bu addımı yalnız "matışkə"lər ata bilər.

Dəqiq bilmirəm Fərdi Əliyev keçmiş xanımına qarşı bu addımı atıb, ya yox, yəni heç kimi ittiham da etmək istəmirəm, lakin əgər belə bir şey həqiqətən yaşanıbsa, bu, kişilik deyil".

Müğənni qeyd edib ki, şantaj qanunvericiliklə də cinayət məsuliyyəti yaradır və bu addım atan cəzasını alacaq:

"Başqasını intim görüntüləri ilə qorxudub, şantaj edənlər mütləq qanun qarşısında cavab verirlər. Özü də necə lazımdır cavab verirlər.

Bəzən deyirlər ki, kişilər aliment verməkdən boyun qaçırmaq üçün bu addımı atır, bununla razı deyiləm. Düşünmürəm ki, bunun alimentlə bir əlaqəsi olsun. Uşaqların varsa, kimisə doğuzdurmusansa, eks-arvadın da olsa, canın çıxacaq, alimentini ödəyəcəksən.

Aliment böyük məbləğ deyil. Amma hər bir halda, uşaq əgər sənindirsə, gəbərə-gəbərə də olsa, o pulu verəcəksən.

Mən bu mövzularla həmişə qadınların tərəfindəyəm, ona görə yox ki, özüm də qadınam. Sadəcə onu bilirəm ki, kişi yaxşı kişi olsa, qadın ondan boşanmaz. Heç bir qadın istəməz ki, uşaqları ola-ola ailəsi dağılsın. Balıq başdan iylənir.

Həmişə deyirlər, kişi evin dirəyidir, kişi ailənin təməlini qoyur və s. Bu məsələdə də kişinin üzərinə məsuliyyət düşür. Ona görə heç bir qadını qınamıram. Düzdür, bəzi istisnalar var, onların da qanı xarabdır, genində var. Amma mən onları saymıram. Lakin yaxşı kişinin xanımı ondan boşanmaz, yaxşı kişinin sevgilisi başqa kişilərlə görüşməz. Görüşürsə, həmin kişidə problem var".
 

Ardını oxu...
Son günlər sosial şəbəkələrdə yayılan Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin 4-cü sinfinin müəllimi Yaqut Ağamalıyevaya valideynlərin qızıl əşyalar hədiyyə etməsini özündə əks etdirən görüntülər müzakirələrə səbəb olub.

Xırdalan şəhər 9 saylı tam orta məktəbdə də oxşar hadisə yaşanıb. Belə ki, “Əlifba” bayramında müəllimə qızıl bilərzik hədiyyə edilib.

Cəmiyyət isə bu cür davranışın müəllim nüfuzuna xələl gətirdiyini və belə halların yolverilməz olduğunu düşünür.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu bildirib ki, bu, sırf valideynlərin şəxsi təşəbbüsü əsasında baş verib. Ortada heç bir məcburiyyət yoxdur və şagirdlər müəllimlərinə son dəfə xatirə hədiyyəsi bağışlayıblarsa, məsələnin bu qədər ciddi müzakirəsi əhəmiyyətsizdir:

"Rüşvət və ya hədiyyə məsələləri işə görə dəyişir. Müəllim tələbəyə, şagirdə bilgi verir və və buna görə şagird ona hər hansı haqq ödəmir, çünki təhsil dövlət hesabına verilir və müəllimin əmək haqqını da dövlət ödəyir. Bu baxımdan, sözügedən məsələdə hər hansı asılılıq yoxdur. Əgər müəllimə valideynlər hörmət edirsə, yaxud maddi dəyəri olan hədiyyə verirsə, bu müəllimin illərlə çəkdiyi zəhmətin haqqıdır, ona görə bu məsələni çox böyütmək lazım deyil.

Əgər müəllim bu hədiyyəni şagirdə qiymət yazmaq qarşılığında etsəydi, o zaman məsələni müzakirə etmək, müəllimi qınamaq olardı. Amma bu məsələdə iş bitib, şagirdlər müəllimlə vidalaşıb gedərkən ona xatirə hədiyyəsi verirsə, məsələni bu qədər böyüdüb krizis halına niyə gətirirlər, mənə çatmır. Yenə deyirəm, müəllim nəyinsə qarşılığında bunu valideynlərdən tələb etsəydi, o zaman məsələ ciddi müzakirə oluna bilərdi.

Kimsə yığışıb müəllimə qalıcı bir hədiyyə veribsə, bu toplumu bu qədər gərəcək hadisə olmamalıdır. Xüsusən də şagirdlər müəllimlə vidalaşırsa, bundan sonra həmin müəllim onlara bir daha qiymət yazmayacaqsa, şagird tərəfindən içdən gələn davranışdırsa, o zaman bunun belə geniş müzakirəsinə ehtiyac yoxdur".

Ekspert bildirib ki, bu gün cəmiyyətdə müzakirə olunmalı daha ciddi problemlər var və onların fonunda müəllimə hədiyyə alınması çox cılız məsələdir:

"Hesab edirəm ki, müəllimə zinət əşyasının bağışlanması bu gün taksi qiymətlərinin qanunsuz şəkildə yüksəlməsi fonunda çox cılız məsələdir. Çalışıb cəmiyyət onu daha çox ilgiləndirən məsələlərə yönəlməlidir. Bu gün büdcədən milyonları xərcləyib heç bir hesabat verməyənlərdən biz hesab sormuruqsa, hansısa müəllimə qızıl bilərzik, sırğa hədiyyə edilməsinin hesabını sormaq mənasızdır. Müəllimlərin üzərinə kütləvi şəkildə getmək, yüz minlərlə müəllimin əməyini bir hadisəyə görə qiymətləndirmək çox təhlükəlidir".
Ardını oxu...
İzmirin Bornova mahalında "Mall"ların birində (Alış-veriş mərkəzlərinin) dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Kişinin qadını döydüyünü görən ətrafdakı vətəndaşlar vəziyyətlə bağlı polisə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları həyat yoldaşına qarşı zorakılıq edən M.Y.-ni sakitləşdirməyə çalışıb.

Həmin vaxt hadisəni törədən şəxs polislərin üzərinə hücum çəkib, söyüş söyməyə başlayıb. Bu zaman polislər M.Y-ni tutmaq istəyib.

Polisə təslim olmamaq üçün müqavimət göstərən şübhəli gözyaşardıcı qazın tətbiqindən sonra zərərsizləşdirilib. Həmin anlar ticarət mərkəzində vətəndaşlar tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.

Digər tərəfdən, polislər tərəfindən nəzarətə alınan M.Y.-nin "qəsdən adam öldürmə və silahla yağmalama" cinayətlərindən 19 il həbs cəzası aldığı öyrənilib.

 
Ardını oxu...
Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova və həyat yoldaşı Firuz Soliyev ayrılmağa qərar veriblər.

Teref.az Qaynarinfo-ya istinadən bildirir ki, bu barədə Günel Hümbətova sosial mediada məlumat yayıb.

İnstaqramda hekayə bölümündə video paylaşan məşhur qeyd edib ki, 8 illik evliliyi sonlandırmağa qərar veriblər. Buna səbəb kimi isə hər ikisinin artıq birləkdə xoşbəxt olmadığını göstərib.

Lakin eks-aparıcı daha sonra paylaşmını silib.

Məlumat üçün bildirək ki, 2015-ci ildə ailə quran cütlüyün bu nikahdan bir qızı var.
 
 
 

Dünyapress TV

Xəbər lenti