Ardını oxu...
İranda qız tələbələr hicab taxmaqdan imtina etdikləri üçün universitetlərə buraxılmasına icazə verilmir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Nəşrin yazdığına görə, hicabın məcburi geyinilməsi ilə bağlı qanunu pozduqlarına görə qızlara uydurma intizam işi açılır, təhsildən uzaqlaşdırılır və "sıfır balla” hədələnir.

Qeyd olunur ki, ən azı 60 qız tələbə hicab taxmaqdan imtina etdiyi üçün məktəbdən çıxarılıb.

"Bizi hicab taxmaqdan imtina etdiyimiz üçün şəhərcikdən kütləvi şəkildə qovurlar və son bir neçə gündə etiraz olaraq dinc aksiya keçirdiyimizə görə vəhşicəsinə təqiblərə məruz qalmışıq”, deyə tələbələrdən biri bildirib.

O əlavə edib ki, təhlükəsizlik qüvvələri hicabsız qızları zorla sinif otaqlarından çıxarır və onlara dəstək verən professorlar da təqib edilir.

Tələbələr həmçinin bildiriblər ki, universitetin təhlükəsizlik xidmətləri yataqxanalarda şiddətli reydlər keçirir, tələbələri sosial şəbəkələrdə etirazçılara və ölüm hökmünə məhkum edilmişlərə dəstək yazıları dərc etdiklərinə görə yataqxanadan çıxarırlar.
 
Ardını oxu...
Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü Fərid Almaniya vətəndaşı Helenə (adlar şərti verilib - red.) təcavüz edib.

Teref.az bildirir ki, Fərid 7 mart 2016-cı ildə axşam saatlarında Tatarıstanın Kazan şəhərində "Tiamo" adlı klubda sərxoş vəziyyətə düşüb.

Həmin gün klubda tanış olduğu Helenin saat 23.30-da birinci mərtəbədəki sanitar qovşaq istiqamətində getdiyini görüb. O, qadınla cinsi əlaqəyə girmək niyyətinə düşüb və onun arxasınca gedib.

Helenlə sanitar qovşağa daxil olub və ona cinsi əlaqədə olmağı təklif edib. Ancaq Helen təklifdən imtina edib. Fərid qapını arxadan bağlayaraq Helenin üzərinə hücum çəkib, güc tətbiq etməklə onun əynindəki paltarları çıxarıb. Daha sonra köməyə adam çağırmasın deyə əlləri ilə qadının ağzını tutub, onunla təbii yolla cinsi əlaqədə olub.

Fərid daha sonra Tatarıstan ərazisini tərk edib və buna görə də məhkum olunmayıb. Azərbaycana qayıdan Fəridin barəsində Rusiyada axtarış elan edilib. Ötən il Fərid Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 12.1-ci (Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham elan edilib.

"Cinsi əlaqədə olmağı o təklif etdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, həqiqətən də deyilən vaxt Kazan şəhərində olub və bibisi oğlu ilə həmin kluba gedib: "Biz klubda Helenlə tanış oldum. Klubda istirahət edəndən sonra qız mənə yuxarı tualetə qalxmağı və orada cinsi əlaqədə olmağı təklif etdi. Mən də təkliflə razılaşdım. Orada şalvarını aşağı çəkdi. Mənə birinci başlamağı təklif etdi. Təklif mənə xoş gəlmədi. Ona görə Helenə təklif etdim ki, birinci o başlasın.

Bundan sonra o, mənə qarşı nalayiq sözlər işlətdi. Mən də məcbur olaraq qızı vurdum. Bu vaxt qapı döyüldü, qapını açanda orada işləyən ofisiantın olduğunu gördüm.

Ofisinat mənim qıza təcavüz etdiyimi bildirdi. Buna görə aramızda mübahisə düşdü. Mən ofisiantla dalaşdım".

"Xəsarət yetirməmişəm"

Fərid qeyd edib ki, qızla cinsi əlaqədə olmayıb: "İttihamda qeyd olunan qızın üzərindəki xəsarətləri yetirmək üçün azı 10-15 dəqiqə vaxt lazım idi. Lakin qızla həmin tualetdə cəmi 5-6 dəqiqə olduq. Qapı döyüldükdən sonra özüm qapını açdım. Bu zaman ofisiantla mübahisə etdim. Tualetə girərkən qapını qız özü bağlamışdı.

Həmin vaxt kluba biz 4 nəfər getmişdik. Onlardan ikisi azərbaycanlı - biri bibim oğlu, digəri isə qohumumdur. Bir nəfər bizim tanışımız olan tatar uşaq olub.

Kazan şəhərinə toyda iştirak etmək üçün getmişdim. Azərbaycana hadisənin səhərisi günü qayıtmamışam. Hadisə baş verən kafeyə ilk dəfə getmişəm. Bisioğlugilin bundan əvvəl də həmin kafeyə getdiklərini bilirdim".

Fərid bildirib ki, idman fənlərindən biri üzrə müəllimi kimi fəaliyyət göstərib, yığma komandanın hazırda üzvüdür.

"Kluba getdik"

Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini tədqiq edib.

O, ifadəsində göstərib ki, 2016-cı ilin martın əvvəllərində Rusiya Federasiyası Tatarstan Respublikasının Kazan şəhərində yaşayan bibisi oğlu Vəlinin toy mərasiminə gedib: "Orada bibim Sevilin ailəsi ilə yaşadığı evdə qaldım.

Martın 7-də saat 17-18 radələrində bibim oğlu və uzaq qohumum Vasiflə birlikdə "Tiamo" adlı karaoke kluba getdik. Oraya çatdıqda Vəlinin İsmayıl adlı dostu da kluba gələrək bizimlə birlikdə oturdu. Klubda mən pivə işdim, yanımdakılar isə spirtli içki içmədilər".

"Rəfiqəsi ilə yaşadığını bildirdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, yandakı masada iki qızın oturduğunu görüb: "Qızlardan biri masadan uzaqlaşdığı üçün pivə bakalımı götürdüm və masaya yaxınlaşaraq tək qalmış qızı yanında oturdum, onunla tanış oldum.

Bir müddət sonra o biri qız masaya qayıtdığı üçün öz masama keçdim. Bu hal klubda olduğumuz zaman bir neçə dəfə baş verdi. Qızla təxminən bir neçə saat söhbət etdik. Söhbət zamanı qız dedi ki, adı Helendir, Almaniya vətəndaşıdır, Kazan şəhərinə tək gələrək rəfiqəsi ilə yaşayır".

"Cinsi əlaqədə olmağa cəhd etmədim"

Fəridin ifadəsinə görə, daha sonra onunla birlikdə rəqs edib: "Rəqs zamanı Helen mənə tualetdə cinsi əlaqədə olmağı təklif etdi. Onunla klubun yuxarı mərtəbəsinə, tualetə qalxdıq.

Bu zaman Helen qapısı açıq olan tualetə keçərək mənim əlimdən tutdu, özü ilə tualetə saldı və qapını içəridən bağladı. Cinsi əlaqədə olmaq üçün məndən 2000-3000 rubl pul istədi. Helenə pulla cinsi əlaqədə olacağım barədə əvvəlcədən məlumat vermədiyini irad tutdum. Nalayiq sözlərlə onu təhqir etməyə başladım.

Bu səbəbdən tualetdə təxminən 3-4 dəqiqəlik mübahisə etdik. Lakin ona qarşı hər hansı fiziki zor tətbiq etmədim. Onunla zorla cinsi əlaqədə olmadım, buna cəhd də göstərmədim".

"Özümü itirdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Helen qəflətən unitazın üstündə oturub və qışqıraraq köməyə adam çağırıb:

"Ardınca isə əlləri ilə əynindəki paltarları və üz-gözünü cırmağa başladı. Nə səbəbə onun belə hərəkətlər etdiyinə anlam verməyərək özümü itirdim. Helen təxminən 10-15 saniyə qışqırdıqdan sonra tualetin qapısı bayır tərəfdən döyülməyə başladı.

Qapını içəridən açdıqda klubun ofisiantı qızı nə səbəbə zorladığımı soruşdu. Ofisiantın bu sözünə əsəbləşərək onu vurdum. Səs-küyə klubda qəlyançı işləyən adını bilmədiyim digər şəxs və bibim oğlu gəldi. Bizi ayırdılar.

Bibim oğlu ilə bayıra çıxdıq, onun avtomobilində klubu tərk etdik. Səhəri gün, yəni martın 8-də orada qalmağımın təhlükəli ola biləcəyini düşündüm və Kazan şəhərindən təyyarə ilə Bakıya qayıtdım".

"Məni zorla saxladı"

İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Helenin sözlərinə görə, 7 mart 2016-cı ildə saat 22 radələrində rəfiqəsi ilə görüşüb: "Birlikdə Kazan şəhərində "Tiamo" karaoke klubuna getdik. Bir masada əyləşib pivə sifariş etdik. Qonşu masada dörd nəfər cavan oğlan əyləşmişdi. Saat 23 radələrində zaldan siqaret çəkmək üçün çıxanda qonşu masadan olan oğlan yaxınlaşaraq mənimlə söhbət etməyə çalışdı. Lakin onunla əlaqə qurmayaraq masaya geri qayıtdım.

Bir müddət sonra birinci mərtəbədə insanların az olduğu yerdə yerləşən tualetə getdim. İçəri girib qapını bağladım. Bu zaman Fərid zorla tualetə girdi, qapını bağladı və mənim əllərimdən tutdu. Xahiş etdim ki, məni buraxsın, onun əlindən çıxmaq istədim. Oğlan xahişlərimə məhəl qoymadı və məni zorla tutaraq saxladı".

"Mənə təcavüz etdi"

Helin qeyd edib ki, onların arasında dartışma başlanıb: "Mən qışqırdım və kömək istədim. Fərid məni döşəməyə yıxdı, əllərini arxaya saldı və məni vurmağa başladı. Bir neçə dəfə başımdan vurduqdan sonra əynindəki şalvarını aşağı çəkdi. Mənə təcavüz etdi. Müqavimət göstərdim və qışqırdım.

Lakin Fərid yenidən mənə bir neçə zərbə vuraraq zor gücünə üzü üstə döşəməyə uzatdı. Əlləri ilə ağzımı və burnumu tutdu. Nəfəs almaqda çətinlik çəkməyə başladım. Yenidən bir neçə dəfə məni vurdu. Mən öz orqanımda güclü ağrılar hiss edərək huşumu itirdim".

Zərərçəkmiş qeyd edib ki, Fəridin onunla təkrar cinsi əlaqədə olmaq niyyətini başa düşüb: "Buna görə yenidən qışqırmağa başladım. Bu zaman hansısa bir kişi qapını sındıraraq tualetə daxil oldu və Fəridi oradan bayıra çıxardı. Yanıma ofisiantlar və rəfiqəm gəldilər. Hadisə yerinə gələn polis əməkdaşları məni istintaq orqanına apardılar".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxsin Heleni zorlaması barədə ittiham sübuta yetirilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında dərhal həbsdən azad edilib./teleqraf.com
 
Ardını oxu...
İstanbul Böyükşəhər Bələdiyyə Sədri (İBB) Əkrəm İmamoğlunun vətəndaşla dialoqu sosial şəbəkələrdə viral olub.

32gun.az xəbər verir ki, bazarı gəzən İmamoğlunun yanına bir vətəndaş yaxınlaşaraq "bəs hər şey yaxşı olacaqdı? su qiymətlərini qaldırmısınız" deyib.

İmamoğlu isə cavab olaraq "Keçmiş bayramın mübarək. Hər şey yaxşı oldu. Qiymətləri hökümət qaldırırsa mən nə edə bilərəm? Çatla, Partla! Sənin də səs verməni alacam narahat olma" deyə bildirib.
 
Ardını oxu...
Bir müddət əvvəl Türkiyədə həbs edilən azərbaycanlı repçi Asya Əlizadə yenidən saxlanılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, replərində narkotik maddələri təbliğ edən Asiya xarici əsilli olduğu üçün və işlədiyi günaha görə ittiham olunduğundan ölkəsinə göndəriləcəkdi.

O, hər gün Miqrasiya Xidmətinə gedərək imza atmalı imiş. Lakin Asiya buna əməl etməyib.

Polis əməkdaşları repçinin Ataşehirdəki evinə gedərək onu nəzarətə götürüblər. Əməliyyat görüntüləri Türkiyə mətbuatında yayılıb. İfadəsi alındıqdan sonra Əlizadənin yenidən əyalət Miqrasiya Xidmətinə veriləcəyi bildirilib.
Qeyd edək ki, Asya Əlizadə mayda da həbs olunub, daha sonra azadlığa buraxılmışdı. O, replərində narkotik maddələri təbliğ etdiyi üçün saxlanılmışdı.

 
 
 
Ardını oxu...
ABŞ-nin Atlanta şəhərində qadın oyun konsolu üstündə mübahisə zamanı oğlunu güllələyib.

34 yaşlı yerli sakinlə 17 yaşlı oğlu arasında mübahisə yaranıb. Bundan sonra o, silahını çıxararaq yeniyetməyə bir neçə dəfə atəş açıb. Oğlan xəstəxanaya aparılıb. Qadın isə saxlanılıb.
Qeyd edək ki, 2010-cu ildən bəri qadının adı müxtəlif cinayətlərdə hallanıb. O, sənədlərin saxtalaşdırılması, odlu silahla hücum, silahlı soyğunçuluq, uşaqlara qarşı zorakılıq və s. cinayətlərdə ittiham olunub.
 
Ardını oxu...
Bir gün yaşlı bir yəhudi mağazanın piştaxtasının arxasında dayanıb laqeyd şəkildə küçəyə baxırdı.
Birdən bir balaca qız mağazaya yaxınlaşdı və sözün əsl mənasında pəncərəyə yapışdı. Axtardığını görəndə gözləri ləzzətlə parıldadı. O, mağazaya girdi və firuzə boyunbağının göstərilməsini istədi.
— Bu boyunbağını bacıma almaq istəyirəm. Onlar üçün gözəl qablaşdırmanız varmı? - deyə qız soruşdu.
Mağaza sahibi inamsızlıqla qıza baxıb soruşdu:
- Bəs sənin nə qədər pulun var?
Qız cibindən dəsmal çıxarıb açdı və bir ovuc pulu piştaxtanın üstünə tökdü. O, səsində ümidlə soruşdu:
- Bu kifayətdirmi?
Cəmi bir neçə xırda pul var idi. Amma qız ilhamla davam etdi:
“Bilirsən, mən böyük bacıma hədiyyə etmək istəyirəm. Anamız çoxdan vəfat etdi və o vaxtdan bizə yalnız o baxdı. Onun özünə çox vaxtı yoxdur. Bu gün onun doğum günüdür və əminəm ki, o, belə boyunbağını almaqdan xoşbəxt olacaq, onlar gözlərinin rənginə çox uyğundur.
Kişi muncuqları götürdü, mağazanın dərinliyinə girdi, qutunu gətirdi, firuzəyi içinə qoydu, lentlə bağladı.
Götür! - qıza dedi. - Və diqqətli ol!
Qız mağazadan çıxıb sevinclə evə doğru qaçdı. İş gününün sonunda gözəl bir gənc qız eyni mağazanın astanasını keçdi. Dükan sahibi səhər boyunbağını alan balaca qonaqla bu qızın cüzi ailəvi oxşarlığnı dərhal hiss etdi.
O, əl çantasından satıcının tanıdığı qutunu götürüb piştaxtanın üstünə qoydu, sonra büküm kağızını və açılmış lenti.
— Bu boyunbağı buradan alınıb? Necəyə başa gəlib?
Dükan sahibi: - “Mənim mağazamdakı hər hansı bir məhsulun qiyməti həmişə mənimlə alıcı arasında məxfi razılaşmadır."
Qız dedi:
“Amma bacımın cəmi bir neçə sikkəsi var idi. boyunbağı isə əsl firuzədən hazırlanmışdır? Onlar çox bahalı olmalıdır. Bu bizim imkanımızda kənardadır.
Dükan sahibi piştaxtanın arxasına keçdi, boyunbağını götürdü, zəriflik və hərarətlə bağlamanı bərpa etdi və qıza uzatdı və dedi:
Bacınız yüksək qiyməti ödədi...İstənilən kişinin ödəyə biləcəyindən daha çox: o, əlində olan hər şeyi verdi.
Balaca dükanı sükut bürüdü və titrəyən əlində kiçik bir bağlamanı sıxan qızın üzündən iki gilə göz yaşı axdı...
Yəhudi Hikməti
Teref.az
 
Ardını oxu...
Bir həftə öncə redaksiyamıza təşrif buyuran Namazova Şahnaz Elxan qızı başına gələn dəhşətli olay barəsində saytımız vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət etmişdi.
Xatırlatma üçün qeyd edək ki, Şahnaz xanımın dediyinə görə, özünü tanınmış həkim Rüfət Yaqubovun (səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə, “Tərəqqi”, “Şöhrət” ordenləri ilə təltif edilmiş, “Əməkdar həkim”) oğlu kimi təqdim edən Cəmil Rüfət oğlu Yaqubovla 2019-cu ildən tanışdır: “Deyilənə görə o, SOCAR-da çalışır. Onunla sadəcə aramızda salam-sağol səviyyəsində münasibət olub. O mənimlə daha sıx münasibətdə olmaq istəsə də mən sadəcə insani münasibət saxlamışam. Və aramızda hansısa problem olmayıb”.
Şikayətçi Şahnaz xanımın dediyinə görə, 2023-cü il 21 may tarixdə Nizami rayonu ərazisindəki NEON şadlıq evinin qarşısında ( Rüstəmov küçəsində ) HERMES Lizinq Mərkəzindən götürdüyü, dəyəri 82 min 200 AZN olan 77 AN 067 nömrəli Hunday Sonata markalı avtomobilini şadlıq evinin qarşısında saxlayıbmış: “Mən bir müddət sonra geri qayıdanda avtomobilimin üzərinə kislota maddəsinin töküldüyünü gördüm və 102 xidmətinə zəng edərək məlumat verdim. Məni Nizami RPİ-nin 24-cü Polis Bölməsinə dəvət etdilər və baş verənlərlə bağlı izahat yazdım. 3 gün sonra Yaqubov Cəmil və onun vəkili Kamran Tağıyevlə 24-cü PB-də qarşılaşdıq. Vəkil Kamran Tağıyev kənarda və içəridə izahat verən zaman, mənə təzyiq etməyə başladı və mənə dedi ki, şikayətini geri götürməsən başın ağrıyacaq. O mənə çox kobud formada, “Aazzz, al 200 manatını, başın ağrımamış çıx get dəə” deyərək təhdid elədi. Vəkil Kamran Tağıyev hətta mənə dedi ki, bilirsənmi bunların ailəsi Prezidentə yaxındır”.
Şikayətçi Şahnaz Namazovanın dediyinə görə, Polis Bölməsində Cəmil bildirib ki, mən Şahnazı uzun müddət izləmişəm, avtomobilə kislota tökəndə elə bilirdim ki, orada 1 kamera var və onu zərərsizləşdirmişdim, sonradan bildim ki, əlavə 2 kamera da olub. Mən kislotanı 100 manata almışdım, məqsədim avtomobili, Şahnazı, onun uşaqlarını, sürücüsünü məhv etmək idi. Və izahat verən Cəmil təhqiqatçının yanında açıq şəkildə deyib ki, pulumuz çoxdur, məqsədim adamları aşağılamaq, alçaltmaqdır. Ən dəhşətlisi odur ki, işi aparan təhqiqatçı Nəriman Əzizov da zərərçəkən Şahnaz xanıma deyib ki, burada nə var ki, cinayət işi açaq. Təhqiqatçı hətta Şahnaz xanıma bildirib ki, sən məni şantaj edirsən ki, qarşı tərəfdən pul alıb sənə verim. Şahnaz xanım isə ona cavab verib ki, qarşı tərəf ona pul təklif edəndə avtomobilinə oturaraq qapını bağlayıb və deyib ki, qoy məsələni dövlət orqanları həll etsin, mənə pul lazım deyil. Zərərçəkən Şahnaz xanımın anası Gülnaz xanım deyir ki, vəkil Kamran Tağıyev mənə deyirdi ki, Cəmil uşaqdır, bilməyib eləyib. Zərəçəkənin anası Gülnaz xanım hətta onuda deyir ki, mən də soruşdum ki, 31 yaşında uşaq olur, ay vəkil..?
Bir sözlə, Nizami RPİ-nin əməkdaşları operativ olaraq məsələni araşdırıb, kamera görüntülərinə əsasən Cəmil Yaqubovun avtomobilinin nömrəsini müəyyən edərək, məsələni operativ olaraq çözə biliblər. İndi məsələ qanuni yolla həll edilməli və cinayəti törətmiş şəxs cəzasını almalıdır. Videogörüntülərdə qarşı tərəfin şəxsi mülkiyyəti məhv etməsi və ölümə cəhd elədiyi açıq hiss olunur.
Ümid edirik ki, Nizami Rayonu 24-cü Polis bölməsi yaxın zamanda təhqiqatı yekunlaşdırıb materalları istintaqa göndərəcək. Bizimlə söhbət əsnasında zərərçəkən Şahnaz Namazova dedi ki, 1988-ci ildə Qərbi Azərbaycanda, Göyçədə ermənilər bizim mal-mülkümüzü, doğmalarımızı məhv elədilər, indi isə Cəmil kimilər Bakıda məni və uşaqlarımı məhv etmək istəyir. Görünür Cəmil kimilərini pul harınladıb. Bu məqamda möhtərəm Prezidentimizin harınlamış məmur balaları ilə bağlı dedikləri yada düşür: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?
Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Ümid edək ki, hüquq-mühafizə orqanları möhtərəm Prezidentimizin sözlərinə əməl edəcəklər. Namazova Şahnaz Elxan qızı redaksiyamızın vasitəsi ilə Ölkə Başçımız cənab İlham Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova müraciət edərək bildirdi ki, qoy mən müraciət etdiyim dövlət qurumları mənə köməklik göstərsinlər. Bildirirəm ki, mənə qarşı edilmiş cinayət hadisəsi ilə bağlı dövlətimə və dövlətimin qanunlarına sığınmışam. Şahnaz Namazova onu da bildirdi ki, bir neçə gün öncə tanınmış həkim Rüfət Yaqubovun oğlu Cəmil Yaqubovun vəkili Kamran Tağıyev mənə telefon vasitəsi ilə hədə-qorxu gələrək şikayətimin Nizami rayon 24-cü Polis bölməsindən geri götürülməsini təkidlə tələb edirdi. O, whatsapp yazışmalarında mənə hədə-qorxu dolu mesajlar göndərirdi. Mən ona nə qədər xahiş etsəm də o, bu hədə-qorxu mesajlarından geri çəkilmirdi. Şahnaz Namazova xahiş edir ki, 20 saylı Vəkillər Kollegiyasının üzvü vəkil Kamran Tağıyevin mənə göndərdiyi təhtid dolu mesajlarını saytınız vasitəsi ilə ictimailəşdirəsiniz.
Bir həftə əvvəl Şahnaz xanım başına gələnləri danışanda və ali dövlət qurumlarına müraciət edəndə biz ümid edirdi ki, hüquq-mühafizə orqanları buna ciddi reaksiya verəcək və cinayət işi obyektiv araşdırılacaqdır. Çox təəssüf ki, bu gün zərərçəkən Şahnaz xanımın dediklərindən bəlli oldu ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində Cəmilin cinayət əməllərini ört-basdır etməyə çalışırlar. Digər tərəfdən Cəmilin vəkili Kamran Tağıyev nəinki hüquqi normaları, hətta etik qaydaları pozaraq Şahnaz xanımı təhdid edir, ona hədə-qorxu gəlir. Bütün bunlardan sonra Şahnaz xanım yenidən Daxili İşlır Nazirliyinə müraciət edərək işin obyektiv aparılmasını xahiş edir. O, eyni zamanda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, Məhkəmə‑Hüquq Şurasının üzvü Anar Bağırova müraciət edərək 20 saylı Vəkillər Kollegiyasının üzvü vəkil Kamran Tağıyevin əməllərinə hüquqi qiymət verilməsini xahiş edir.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Azərbaycanda supermarketdən qeyri-adi oğurluq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Adətən xarici ölkələrdə rast gəlinən oğurluq üsulu bu dəfə Azərbaycanda olub.

Görüntülərdən aydın olur ki, orta yaşlarında olan qadın azyaşlı ilə birgə marketdən çay qutuları oğurlayır. Ancaq qutulardan birini əlindəki torbaya deyil başqa üsulla gizlətməyə çalışır. Hadisənin nə vaxt və harada baş verməsi barədə məlumat verilməyib.
Videonu təqdim edirik:
 
 
 
Ardını oxu...
Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən "Kristal” oteldə dava düşüb.

TEREF.AZ-ın qaynarinfo-ya istinadən məlumatına görə, Sabir (şərti) adlı şəxs oteldə Səbinə (şərti) adlı qadınla dava edib. O, qadının telefonunu əlindən alaraq yerə çırpıb. Hadisə ilə bağlı şikayət edilib.

Sabir İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək, barəsində protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə gönərilib.

Sabir məhkəmədə izahatında bildirib ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib. Belə ki, onun mobil telefonunu dostuna məxsus telefon təmiri mağazasında 50 manat ödəməklə təmir etdirib, ondan üzr istəyərək, aralarında barışığa nail ola bilib. Əməlindən peşman olduğunu deyən Sabir maddi imkansızlığını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs məhkəmə iclasında və təqdim etdiyi yazılı ərizəsində bildirib ki, Sabir ona vurduğu ziyanı ödəyib. Bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi yoxdur.

Məhkəmənin qərarı ilə Sabir İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib və vurulmuş ziyanın bir misli (50 manat) məbləğində cərimə cəzası təyin olunub.
 
Ardını oxu...
"Arvadının alt paltarının rənginədək hamı görürsə, belə namuslu ailə olur? Üzr istəyirəm, sənin həyat yoldaşını sən görmək istədiyin tərzdə hamı artıq görüb".

Teref.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya ilahiyyatçı Hacı Təyyar qadınların toylarda açıq- saçıq, həmçinin çimərlikdəki geyimindən danışarkən deyib.

"Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir? Belə şey olar? Kişi ilə qadının fərqi çoxdur. Bu fərq Allahdan yaradılıb. Bütün sahələrdə qadınlarla kişilər fərqlənirlər. Onları istər bioloji, fizioloji və digər cəhətdən maksimal dərəcədə fərqləndirmək lazımdır".

Hacı Təyyar bildirib ki, qadınla kişi çimərliyinin bir yerdə olması, onların bir çimməsi Sovet dövründən qalıb:

"Qadınla kişi hamamı, saunası eyni olur? Əlbəttə, xeyr! Artıq camaat lütdür. Afrikadakı insanlarda açıq- aşkar utanmaq hissi yoxdur. Hər yerin öz forması var. Bütün yerlər üzrə geyim var. Kişi və qadın çimərlikləri sauna və hamamlar kimi ayrı olmalıdır".

Qeyd edək ki, son zamanlar türkiyəli ilahiyyatçı və din xadimləri tərəfindən qadınların geyimələri ilə bağlı iradlar, tənqidlər və hətta təhqir dolu paylaşımlar artmaqdadır. Onlardan biri də türkiyəli məşhur ilahiyyatçı Halil Konakçıdır. Belə ki, o, açıq geyinən qadınlar baradə danışarkən “Küçələr qəssab dükanına dönüb. Ət görməkdən ürəyimiz bulanır. Yüz il əvvəl babalarımızın yataq otağında görmədiyi geyimləri biz bu gün küçələrdə görürük.

Niyə? Bu qadınların ataları, ərləri, qardaşları yoxdur?!",- deyib. İlahiyyatçının sözlərinə dəstək verənlər olsa da, onu qınayanlar, qadınlar haqda kobud və təhqir dolu ifadələrdən istifadə etdiyini deyənlər də az olmayıb.

Dünyapress TV

Xəbər lenti