Ardını oxu...
 

Səhiyyə naziri, TƏBİB-in rəhbərliyi hara baxır..? 

Fazil Alməmmədov  105 mini hansı mühafizəyə  xərcləyib..?   

Haqqında bəhs edəcəyimiz  Fazil Alməmmədov haqqında qısa məlumat verək. 
Deməli, Fazil Alməmmədov  Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkim olub.  2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə  Bakı şəhəri 5 saylı Kliniki  Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan  Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb. 
Sonradan isə Fazil  Alməmmədov  TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub. Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov  artıq təkcə  5 saylı xəstəxanaya deyil, həm də  6, 7, 8, 18 saylı  şöbələrə də  rəhbərlik edir. Hansı ki, həmin şöbələr vaxtilə müstəqil  xəstəxanalar olublar. 
Sözümüzün canı odur ki,  TƏBİB-in  “səxavəti” nəticəsində  Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə  5-6 dəfə böyüyüb. Və Fazil doktor da “əl əli yuyar, əl də üzü”  prinsipinə sadiq qalaraq TƏBİB rəhbərliyi qarşısında “borclu” qalmayıb. 
Gəlin ölkə mediasında  35 yaşlı gənc Fazil Alməmmədovun barəsində yazılanlara ötəri nəzrə salaq. Bütün maxinasiyaları  bir kənara qoyub Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderləri qeyd eləsək çox uzun olacaq. Qeyd edək ki, kotirovka sorğularının nəticələri ictimaiyyətdən gizlədilib. Abadlaşdırma xidmətləri üzrə, İsitmə sistemlərinə xidmət üzrə, Digər malların alınması üzrə, Yangınsöndürən balonların doldurulması üzrə, İcarə və muzdlu xidmətlər üzrə, Torpaq, tikili və avadanlıqlar üzrə, Maşın və avadanlıqlar üzrə, Mətbəə məhsulları üzrə, Yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə, Dəftərxana və təsərrüfat xərcləri üzrə, Mühafizə xidməti üzrə... Bu siyahını uzatmaq da olar. 
Ancaq  bir neçə tenderə nəzər salaq: Təmir üzrə 92 793 manat, Mühafizə xidmətlərinə  105 800.69 manat, Maşın və avadanlıq mallarının satınalınması üzrə 137 757.92 manat... Görəsən, Fazil Alməmmədov  hansı mühafizəyə 105 min manat xərcləyib..? 
Deyirlər, Fazil  Alməmmədov cangüdənlə gəzir, hətta ona yaxın düşmək mümkün deyil... Əgər buna şübhəniz varsa, buyurun Fazil Alməmmədovun tabeçiliyində olan,  “Nərimanov Tibb Mərkəzi”nin Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında provizor-həkim vəzifəsində işləyən xanımın dövlət başçısına müraciətini oxuyun: Həkim xanım dövlət qurumlarından tələb edir ki, Fazil Alməmmədovun maliyyə maxinasiyaları yoxlanılsın, koronavirusdan qazandıqları ortaya çıxsın: “ Fazil Alməmmədov həkimlərin əlavə əmək haqqını niyə vermir..? 
Mən  Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 112 nömrəli “Yeni növ Koronavirus ( COVİD-19 ) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarın 1.1 bəndinə uyğun olaraq vəzifə maaşının 3 misli məbləğində əlavə əmək haqqını 2021-ci ilin noyabr ayına kimi almışam. Sonrakı dövrlər üçün əlavə ödənişləri “Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədov ödəməkdən imtina edir. Hörmətli Alməmmədova rəsmi müraciət etməyimə baxmayaraq, müraciətimə cavab o yana, heç qəbul etmədi. Bu cənabın köməkçisi, müxtəlif cangüdənləri var. Bu cangüdənlər heç vətəndaşı “Hörmətli Alməmmədova” yaxınlaşmağa qoymurlar”. İndi gördünüzmü, Fazil Alməmmədovun işçisi belə ona yaxınlaşa bilmir, cangüdənlər  qoymur. Bunu biz demirik ee, Alməmmədov… Bütün  bu maliyyə maxinasiyaları azmış kimi,  Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir. Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi  “biznesmen-həkimləri”, alverçiləri  vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz şəkildə… 
Bəli, redaksiyamıza daxil olan məlumata görə, Fazil Alməmmədov bu yaxınlarda  Nərimanov Tibbi Mərkəzə tabe olan  8 saylı  poliklinikaya (  indiki 1 saylı şöbə ) baş  həkim təyin edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnar Əfəndiyeva  orada  baş həkimi əvəz edirdi. 
Daha doğrusu,  1 saylı şöbəyə çevrilən 8 saylı poliklinikada baş həkim vəzifəsi ləğv olunmuşdu, amma şöbəyə  Gülnar Əfəndiyeva  nəzarət edirdi. 
Təsəvvür edirsiniz  Fazil  Alməmmədov 18 saylı poliklinikada (  indiki 2 saylı şöbə ) baş həkim işləyən, 67 yaşlı  Şəhla Məmmədovanı  şöbəyə “müdir”  təyin edir, 55  yaşlı, 35 il  iş təcrübəsi olan  Gülnar Əfəndiyeva isə işsiz qalır. Bəli,  sentyabrın 23-də Fazil Alməmmədovun dəstəsi otağa daxil olaraq  35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get… 
Bütün bunlar azmış kimi, sentyabrın  24-də  səhər  Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnar Əfəndiyevanı işə buraxmırlar.  
Nəhayət  Şəhla  Məmmədovadan icazə alandan sonra  Gülnar Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnar Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt  işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə  Gülnar Əfəndiyeva  35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Qanunsuz olaraq işini itirən  Gülnar Əfəndiyeva səhiyyə naziri  Teymur Musayevə, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevə, TƏBİB-in sədri  Vüqar Qurbanova  müraciət edərək hüquqlarının qorunmasını tələb edir. 
Redaksiyadan: Görəsən, Fazil Alməmmədovun şəhid ailəsi olan,  55 yaşlı,  hələ təqaüd vaxtına 10 il qalmış bacarıqlı həkimin yerinə, 68 yaşlı təqaüdçü, vaxtı 2 dəfə uzadılmış  şəxsi  təyin etməkdə məqsədi nədir..? (gundelik-baku.com)

 

XalqXeber.Az
Ardını oxu...
Zaur Mikayılov Əhməd Əhmədzadənin vaxtilə formalaşdırdığı komandanı qorumaq və gücləndirməklə məşğuldur

Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən alınandan sonra Azərbaycan insanının qəlbində hardasa bir ümid qığılcımı yarandı ki, o, daha yüksək vəzifə ilə şərəfləndirilsə də, hər halda ölkənin su təsərrüfatı əsarət buxovundan azad olar. Azərbaycan vətəndaşları, xüsusilə də suvarma suyunun istehlakçıları Əhməd Əhmədzadənin baş nazirin müşaviri vəzifəsinə təyin olunmasına, özünün, qohum-əqrəbasının məsuliyyətə cəlb olunmamasına, çapıb-taladıqları nəhəng haram kapitalın müsadirə olunmamasına ikiəlli razı idi, təki zəli kimi yapışdıqları, sümürdükləri sahədən əl çəksinlər.

Əhmədzadələrin sümürgənçiliklərinin isə həddi-hüdudu yoxdur. Bu barədə açıq internet resurslarında yetərincə informasiya vardır. Məsələn, yayaılan xəbərlərə görə, Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var. Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadə ölkə xaricində — Türkiyədə böyük biznesə, şirkətlərə, mülklərə,otellərə, istirahət mərkəzlərinə sahibdir.

Ardını oxu...
Ardını oxu...

Təbii ki, Əhmədzadələr kimi, sabiq sədrin komandasının üzvləri – müavin və köməkçiləri də ölçüyəgəlməz var-dövlətə, mülk-səltənətə yiyələniblər. Amma həmin şəxslər vəzifədə qalmaqda, korrupsiya əməlləri törətməkdə, xalqın, dövlətin malını acgözlüklə qəsb etməkdə davam edirlər.

İndi isə keçək, Əhməd Əhmədzadənin himayə etdiyi komandasının digər “parlaq” üzvlərinə. Onlar haqqında zaman-zaman biz də yazmışıq. Həmin məqalələrimizdən bəzi sitatların altını cızırıq. Məsələn: Dəryaz qəzetinin redaksiyası olaraq “Bir qədər əvvəl ASC sədrinin müavini Rafiq Aslanovun Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil aldığı barədə xəbər yayıldı. Efirdəki çıxışlarında suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir.
Ardını oxu...
Adamın Türkiyədə də otel biznesinin mövcudluğu barədə xəbərlər dolaşır. İndiyədək Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamam siyahı ilə KİV-də sərgilənib. Belə ki, həmin avtomobillərin nömrə nişanlarındakı hərflər də ASLANOV soyadına uyğun (Asl) seçilib. Sədr müavininin oğlunun kolleksiyasında “Bentley”, “Range Rover”, “Mercedes” (S Class, C Class, E Class) markalılar da daxil olmaqla onlarla avtomobil var… Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC — nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. Məlumatlarda bildirilir ki, dayısına güvənən bacıoğlu dövlət vəsaiti hesabına özünə təzə kabinet, 40 min manat dəyərində mebel, istirahət otağı, hətta işdə hamam düzəltdirib. Adam idarəyə öz şəxsi təsərrüfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir. O da qeyd olunur ki, İlqar Əliyev dəyəri 1 milyon olan qülləli kranı yararsız kimi sənədləşdirib və 150 min manata satıb. Respublikanın bütün rayonlarında fəaliyyət göstərən meliorasiya təşkilatlarına texniki təchizatın bölünməsini həyata keçirən Komplektləşdirmə İdarəsi üzrə hər ay avtokran və avtoyükləyicilərə silinən yanacağın böyük hissəsi təyinatı üzrə göndərilmir, mənimsənilir. Barəsində yazılmış və internet üzərindən açıq şəkildə ictimailəşdirilmiş bir şikayət ərizəsində bildirilir ki, rayon təşkilatlarının rəhbərləri İlqar Əliyevdən və dayısı Rafiq Aslanovdan qorxduqlarına görə səslərini çıxarmırlar… Rafiq Aslanovun himayəsi altında olan «Hidro-Kaskad» MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyalardan da cinayət təqibi orqanlarının müdaxiləsinə kifayət edəcək qədər yazılıb… Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, çox hörmətli cənab Zaur Mikayılovun birinci işi sələfi Əhməd Əhmədzadədən problem kimi miras qalan köhnə kadrları, o cümlədən 1984-cü ildən sistemdə destruktiv fəaliyyət göstərən Rafiq Aslanovu vəzifədən kənarlaşdırmaq olmalıydı. Amma olmadı. Və nə qədər ki, korrupsiyaya bulaşmış köühnə kadrlar iş başındadır, suyun yarısı “itkiyə” gedəcək, həmin vəzifəli şəxslərin xaricə daşıdıqları sərvətlərin dəyərini ifadə edən kəmiyyətlər də artacaq”.

Əhmədzadənin sadiq və “toxunulmaz” kadrlarından biri də hektarlarla torpağı dövlət rəhbərliyinin dirçəldilməsinə qərar verdiyi sahələrdən olan pambıqçılıq təsərrüfatı qurmaq adı ilə ələ keçirən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir.
Ardını oxu...

Hansı ki, həmin ərazilərdə daha rentabelli hesab etdiyi heyvandarlıq fermaları yaradıb. İxtiyarında olan suyu da məhz özünün və qoyduğu şərtlərlə razılaşan fermerlərin təsərrüfatlarına yönəldib, başqa pambıq becərən kəndliləri isə susuz qoyub. Onun topladığı haram kapitalla Biləsuvarda Upramxor yolunun üstündə milyon yarımlıq möhtəşəm imarət inşa etdirməsi və tikintisinə idarənin özünün fəhlələrini cəlb etməsi, polisə işə düzəltdiyi oğlunun bahalı maşınlarla Biləsuvarın yollarında avtoxuliqanlıq etməsi, öz qohum-əqrəbasını başına toplaması, Cənub Muğan Kanalının və şor kanalların mühafizə zolaqlarını qanunsuz olaraq satması, Upramxor ərazisində idarəyə aid olan zavodu ləğv eləyərək onun materiallarını və ərazisini də hərraca qoyması, ən əsas gəlir mənbələrindən biri olan yanacaq, sürtgü materialı, motor yağı alverini qaynı – idarənin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun vasitəsilə həyata keçirməsi, idarəyə istifadə üçün verilən elektrod, sement, fəhlə ayaqqabılarını dükanlara paylayaraq satdırması, Astaraya gedən yolun Biləsuvar hissəsində, Xırmandalı kəndinə çatmamış sağdakı dövlət torpaqlarında balıq vətəgələri saxlaması, idarəyə məxsus texnikanın şor kanalları və xəndəkləri lildən təmizləmək əvəzinə, süni balıq vətəgələrinin inşasına cəlb edilməsi də saytımızda ictimailəşdirilib. Təəssüf ki, ASC-nin yenilənmiş rəhbərliyi onun barəsində irəli sürülən ittihamları, sərt tənqidi çıxışları araşdırmayıb.

Ardını oxu...
Adlarını çəkdiyimiz məmurların qorunması məsələsini isə Əhməd Əhmədzadə ASC sədrinin “əzəli və əbədi müavinlərindən” Zakir Quliyevə vəsiyyət edib. Çünki həmin məmurların korruptiv hərəkətləri barədə ASC rəhbərliyinə göndərilən şikayətlərə təkzibləri, yayındırıcı cavabları məhz Zakir Quliyev verir.
Ardını oxu...
Xatırladaq ki, qurduğu böyük biznes şəbəkəsi və qohumlarından ibarət məmur çetesi ilə milyonçu oliqarxa çevrilən Zakir Quliyevin rəhmətlik atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. Mediada yayılan məlumatlardan bəlli olur ki, Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası (Orada işləyən fəhlələr faciə ilə üzləşsələr də rayonun hüquq-mühafizə orqanları bunu gizlədiblər), rayonun Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi var. Qeyd olunur ki, Zakir Quliyevin rayondakı biznesini Fətullahçı qardaşı Elçin Quliyev idarə edir. Qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»ların Zakir Quliyev tərəfindən idarə olunduğu deyilir. Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb; oraya — Cəmiyyətin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Quliyevlərin əmisi oğlu Şamil Qasımov iki dəfə bələdiyyə seçkilərində Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunub. Xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyib.

Elə bu ilin fevralında Əhməd Əhmədzadənin bacısı oğlu Elçin Məmmədov Meliorasiya, su ehtiyatları və sudan istifadə edənlər birlikləri üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Kimin əmri ilə? – Əlbəttə ki, Əhməd Əhmədzadəni ASC-nin sədri vəzifəsində əvəzləyən Zaur Mikayılovun fərmayişi ilə! Belə çıxır ki, Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsindən getsə də, bu sistemin idarəçiliyini öz əlində saxlayıb, Zaur Mikayılov isə onun yerində marionetka kimi oturub, patronunun vaxtilə formalaşdırdığı komandanı qorumaqla məşğuldur. Ola bilsin ki, ahıl yaşlı Əhməd Əhmədzadənin artıq aktiv hərəkətləri yerinə yetirməkdə çətinlik çəkdiyi, məsələn, işğaldan azad olunan ərazilərdə qurulan hidro-sistemlərin açılış mərasimlərinə belə getməyə gücü çatmadığı müşahidə olunub və baş nazirin müşaviri vəzifəsi ona ömrünü rahat vəzifə kreslosunda başa vurması üçün sadəcə peşkəş edilib.

Deryaz.az
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az
 
 

 


Ardını oxu...
Hələ keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar dövlət büdcəsinin qarəti prosesi müşahdiə olunması ilə bağlı həyəcan təbili çaldıq və ortaya konkret faktları təqdim etdik. Belə ki, bu barədə əldə etdiyimiz bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gislətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.

Bu əsnada verilən məlumatda deyilir ki, sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib.

Məlumat təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır:

“Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb”.

RealMedia.az xəbər verir ki, bununla bağlı DİA.AZ-a danışan mənbə bir məsələ ilə olaya yekun diqqəti çəkmiş oldu. KTN-dəki qaynaq iddia edir ki, Anar Hüseynovun fəaliyyətinin hüquq-mühafiqə orqanları tərəfindən araşdırıldığı haqda xəbərlər dolaşır və ola bilsin ki, hələlik kənardan aparılan bu proses nazirlikdə XÜSUSİ ƏMƏLİYYATLA yekunlaşsın: “Anar Hüseynovun təkcə bu əməlləri yox, eləcə də kadr işlərinə müdaxilə edərkən aldığı rüşvətlər, habelə tenderlərdəki hoqqabazlıqları da araşdırma predmetidir”.

Son məlumatlarda artıq Anar Hüseynovun adamlarının həbsinə start verildiyi qeyd olunur. Məlumata görə, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16.03.2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Hər halda bu ilk və sonuncu hüquqi qiymətləndirmə faktı olmayacaq. Əsas nəzərə çarpanı odur ki, artıq Anar Hüseynovun NƏZARƏT ZONASINA HÜQUQİ MÜDAXİLƏ start götürüb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Lənkərandakı son təftiş hədəfi olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC məhz KTN Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin məzdindədir…

Əlavə bilgilərimiz olacaq. Məsələ ilə bağlı bütün əlaqədar şəxs və qurumları dia.az olaraq dinləməyə hazırıq… (Dia.az)
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması” adlı tenderə yekun vurub. Tenderin qalibi “ELEMENT YT” QSC (2005410371) şirkəti olub. Rəsmi məlumata görə, sözügedən şirkətlə 15 milyon 144 min 749 manat məbləğində müqavilə imzalanıb. Maraqlısı budur ki, Elm və Təhsil Nazirliyi eyni tenderi son 3 ildə artıq üçüncü dəfədir elan edir. İlin eyni dövründə elan edilən tenderin qalibi hər dəfə “ELEMENT YT” QSC olub. “Element YT” şirkəti son 3 ildə Təhsil Nazirliyindən “Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması” tenderləri üzrə 40 milyon 644 min manatlıq sifariş alıb.

TEREF.AZ xəbər verir ki, nazirliyin eyni şirkəti hər dəfə qalib etməsinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin hazırkı fəaliyyəti ürəkaçan səviyyədə deyil. Nazirlik üzərinə düşən vəzifələrin öhdəsindən gəlməkdənsə, dövlət büdcəsindən pul silməklə məşğuldur:

“Bu gün cəmiyyətdə sorğu aparsaq, son dövrlər Elm və Təhsil Nazirliyinin gördüyü işlərdən kiminsə razı qaldığının şahidi olmayacağıq. Çünki son zamanlar Elm və Təhsil Nazirliyinin başı qrant layihələrə və bu layihələr vasitəsilə gəlir əldə etməyə qarışıb. Nazirlik tenderlər elan edərək kiminlə işbirliyi edirsə, onun vasitəsilə qazanc əldə edir. 15 milyon 144 min 749 manatlıq bir vəsaitin tenderə ayrılması ağlasığmazdır. Təhsil sahəsi artıq unudulub. Təhsili istehsalatla məşğul olan bir fabrikə çeviriblər, qrant və layihələrlə dövlət büdcəsini talayırlar. Bu gün respublikada yanğınla bağlı hansısa məktəbdə quraşdırmaya deyil, məktəb tikintisinə ehtiyac var.

Bu gün məktəblərdə şagird sıxlığından tərpənmək olmur. Bir auditoriyaya 45-50 nəfər şagirdi doldurublar. Rus bölməsində isə faciəvi vəziyyət mövcuddur. Bu cür biabır vəziyyətin yaranmaması üçün eyni ərazidə bir neçə məktəb tikilməlidir. Nəticədə şagird sıxlığının qarşısını almaqla yanaşı, müəllimlərin işə qəbulunda vakant yerlərin sayı arta bilər. Hər il kifayət qədər işsiz müəllim ordusu yaradılır. Hər il 40-50 min müəllim boş-bekar qalır, iş tapa bilmir. Müəllimlərin işə qəbulu imtahanında 55-60 min müraciət olsa da, cəmi 9-10 min vakant yeri təşkil olunur. Bəs qalan 40 min müəllim nə etsin?! Onlar nəyə görə pedaqoji istiqamət üzrə ali təhsil alıb?! Nazirlik vəsaiti mənasız yerlərə xərcləməkdənsə, müvafiq ərazilərdə məktəb tikməli, rayonlarda uçub-tökülən məktəbləri təmir etməlidir.

“ELEMENT YT” şirkətinə ayrılan 15 milyon 144 min 749 manata ən azı 30 məktəb tikmək olar. Hansı ki, bu gün Abşeron rayonu ərazisində, Hökməli kəndində, Qobu, Güzdək, Müşfiqabad və bir sıra qəsəbələrdə şagirdlər məktəb tapa bilmirlər. Ona görə də şagirdlər hansısa məktəbə getmək üçün 4-5 km məsafəlik yolu qət etmək məcburiyyətində qalırlar. Elə məktəblər var ki, olduqca qəzalı vəziyyətdədir və az qalır şagirdlərin başına uçsun. Belə bir vəziyyətdə bizə yanğınla bağlı tender elan etmək və dövlət büdcəsindən pul silmək lazım deyil. Ona görə də bu məsələ araşdırılmalıdır. Eyni zamanda təhsil sahəsində ciddi islahatlara ehtiyac var. Nazirlik bu şəkildə davam edə bilməz.

Bu gün Elm və Təhsil Nazirliyi müəyyən ərazilər üzrə şagirdlərə dərs vəsaitini çatdırıb verə bilməyib. Yanğınla bağlı nələrsə quraşdırmaqdansa, elə dərs vəsaitlərini çap etmək və vaxtında şagirdlərə paylamaq lazımdır. Nazirlik harada yeyinti yeri varsa, oraları tapır və layihələri o istiqamət üzrə elan edərək pul qazanır. Fikrimcə, Elm və Təhsil Nazirliyinin fəaliyyəti tam araşdırılmalıdır. Hesablama Palatası burada baş verən yeyinti hallarını aşkarlamalıdır. Çünki bu nazirlikdə yeyinti faktları dəhşətli dərəcədədir”.
 
Ardını oxu...
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Səlcuq Dəmir barədəki ötən yazımızdan sonra Gündəlik-Bakı.com-a xeyli yeni məlumatlar daxil olub.
Qısa xatırlatma üçün qeyd edək ki, Səlcuq Dəmir 1 il öncə banka rəhbər təyin olunub. Amma 1 il müddətində bu adam o qədər neqativ əməllərə imza atıb ki.... Biz onun bu əməlləri ilə bağlı ardıcıl olaraq yazılar dərc edəcəyik.
Biz Gündəlik-Bakı.com olaraq diqqəti əsas fiqurdan yayındırmamaq üçün “Ziraat Bank”da əvvəllər baş vermiş maxinasiyalar barədə bəhs etmək istəmirik, indiki yazıların əsas “qəhrəmanı” Səlcuq Dəmir olacaq. Səlcuq Dəmirin bank rəhbərinə yaraşmayan həyat tərzi, öz xanım əməkdaşlarına qarşı dözülməz hərəkəti barədə ötən yazımızda bəhs etmişdik. Bunları uzun-uzadı təkrarlamaq istəmirik, çünki bu şəxslərin əksəriyyəti Samirlə birgə redaksiyamıza gələcək.
Qısa məlumat üçün qeyd edək ki, bank sistemində çalışanlar dürüstlüyü, dəqiqliyi və ən əsası iş rejimini düzgün seçməsi ilə fərqlənirlər. "Ziraat Bank"da isə iş rejimi tam fərqlidir. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, bankın rəhbəri Səlcuq Dəmir ilə bankın Təsərrüfat şöbəsinin müdiri Cema ləqəbli xanım işə 1 saat tez gəlirlər...? Niyə..?
Bu sonrakı yazıların mövzusudur.
Amma onu qeyd edə bilərik ki, Cema xanım tez-tez xarici ölkələrdə səfərdə olur. Bəli, deyirlər ki, Cema xanım tenderlərdən, satınalmalardan, katirovkalardan qazandığı pulları xarici ölkələrdə sağa-sola xərcləyir. Əlbəttə, belə məsələləri araşdırmaq bir media olaraq bizim imkanlarımız xaricindədir və bununla mütəxəssislər məşğul olmalıdır. Amma məsələ Cema xanımla yekunlaşmır. İşçilər arasında belə söz-söhbət gəzir ki, Səlcuq Dəmir vəzifəyə gəldiyi ilk vaxtlarda özünə Dərya xanım Bıçaqçını köməkçi götürmüşdü. Bəli, ASC-də Marketinq Departamentinin müdiri olan Dərya xanım Bıçaqçı da xeyli müddət Səlcuq Dəmirlə birgə işləmişdir. Bəli, Səlcuq Dəmirin digər xanım əməkdaşlarından biri də bankın Daxili Nəzarət şöbəsinin müdiri Şəms adlı xanımdır. Bu haqda da məlumatları sonadək dəqiqləşdirməyə çalışırıq.
Şəms adlı xanım da Səlcuqun bütün işlərində ona yardımçı olub. Səlcuq Dəmir bankda xadimə kimi çalışan Şərəf adlı xadiməni də gözündən alıbmış.... Biz bu tip məsələlərin üstündən hələ ki sükutla keçirik... Əlbəttə, Günel adlı xanımda yaddaşlarımızdan silinmir. İndi isə Səlcuq Dəmirin maxinasiyaları ilə bağlı bir neçə kəlmə...
Deməli, Səlcuq Dəmir proqramist Sadiq Axundovun vasitəsilə bankın proqram təminatları üçün yüz minlərlə vəsaiti mənimsəyib.
Belə ki, təkcə proqram təminatından deyil, hətta müştərilər üçün nəzərdə tutulan bonus, hədiyyə üçün hesablanmış vəsaiti sənədləşdirərək siliblər, daha doğrusu mənimsəyiblər.
Bəli, bütün bu pullar Səlcuq Dəmirin məşhur geyim brendinə ( ETRO ) xərclənib. Bunlardan başqa, Səlcuq Dəmir bu yaxınlarda bankın konfrans zalı üçün 10 min manat dəyərində olan manitoru 40 min manata sənədləşdirib. Hələ bu harasıdır..?
Səlcuq Dəmir öz şəxsi geyimləri üçün lazım olan kimyəvi təmizləmə maddələrinə 3 min manat pulu bankın hesabından silib. Və bu pulu qonaqların ziyafət xərci kimi “oformit” edib. Bəli, Səlcuq Dəmir bankın hesabına xanımlar üçün özəl ziyafətlər təşkil edir. Ən dəhşətlisi odur ki, Səlcuq Dəmir müxtəlif toplantılarda müxtəlif şəxslərin barəsində hər cürə hədyanlar, rüsvayçı sözlər danışır. Sonda onu da qeyd edək ki, "Ziraat Bank"da aparılan son araşdırmalar zamanı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində banka qarşı 300 min manat mənimsəmə ilə bağlı cinayət işi başlanılıb.
İndi isə Səlcuq Dəmirin Azərbaycan xalqına qarşı işlətdiyi nəlayiq ifadələr barədə, bir az üstüörtülü. Çünki Səlcuq Dəmirin bu hərəkətləri “Bir millət, iki dövlət” prinsipinə yaraşmaz. Səlcuq Dəmir onun barəsində yazdığımız ötən yazını oxuyaraq sanki havalanıb və iclasda üzünü içşilərə tutaraq deyib ki, sizlər satqınsınız, kimlərləsə gizli əlaqəyə girərək bu məlumatları sizlər çatdırmısınız... Səlcuq Dəmirə başa salan yoxdur ki, sən gəlib ölkəmizdə şəbəkə yarada bilərsən, biz öz vətəndaşlarımızla əlaqə qura bilmərik..? Bəli, informasiyalar bankdan daxil olub. Bütün bunları şəxsi müstəviyə yazmaq olardı.
Amma... Əmması odur ki, Səlcuq Dəmirin iclaslarda dediyi bəzi ifadələr iki qardaş xalqın münasibətlərinə kölgə salır. Bəli, Səlcuq Dəmir iclasda hamının qarşısında deyir ki, 44 günlük Qarabağ müharibəsini siz azərilər deyil, biz türklər udmuşuq.
Bu Dəmir-dümürə başa salan yoxdur ki, Qarabağ savaşını sənin kimi "dəmirbaşlar" deyil, Dəmir Yumruğun rəhbərliyi altında Azərbaycan oğulları udub. İkincisi, biz azərbaycanlıların qardaş ölkənin Qurtuluş Savaşındakı rolunu niyə yada salmırsan, ay mən deyən..?
Səlcuq o boyda kollektivin qarşısında deyir ki, siz azərilər nankorsunuz... Biz problemin ciddiliyini nəzərə alaraq qardaş Türkiyənin ölkəmizdəki səfirinə və Türk media mənsublarına müraciət edirik ki, Səlcuq Dəmir kimilər iki qardaş xalqın 1000 illik münasibətinə böyük zərbə vururlar. Və belələrinin nankor fəaliyyətini Türk mediası da nəzarətdə saxlamalıdır. Səlcuq Dəmirin içkili vəziyyətdə xalqımızın ünvanına dediyi təhqiramiz fikirlərə cavab olaraq iclasda oturan qeyrətli soydaşlarımız Səlcuqun cavabını veriblər.
Bu adam türk millətindən, müsəlman dinindən olmasına baxmayaraq Bakıda özünü insana yaraşmayan tərzdə aparır, az qala işçilərini istismar edir.
Sözün qısası, Səlcuq Dəmirin Azərbaycanda fəaliyyət göstərməyə, vəzifə tutmağa heç bir mənəvi haqqı yoxdur.
P.S. Deyirlər, Səlcuk Dəmirə yararlanmaq üçün Vasif adlı işçi deyib ki, mənim "Qorotdeldə" qohumum işləyir, gedək saytdan ora şikayət edək, lazım gəlsə üzünə duraq, şərləyək. Amma Səlcuk Dəmir qeyrətli oğlanlardan birinə də hücum çəkmək istəyib ki, sən niyə dinmirsən, susursan. O, isə cavabında bildirib ki, belə məsələlər zorakılıqla yox, məhkəmə yolu ilə həll olur. Sən özünə arxayınmısan ki, bəzi adamlar sənin üzünə durmayacaqlar. Biz isə öz növbəmizdə dəmirdi, daşdı, armaturdu, nədisə onlara çatdırmaq istəyirəm ki, bizə nankor deyənin, nankor onun sülaləsidir. Sülaləsinin qeyrətini çəkə bilən birisi, başqası haqqında ağzına gələni yeməz... //gundelik-baku.com//
 
Ardını oxu...
 
 

Bir neçə gün əvvəl “Bakıda məşhur restoranda şok hadisə” başlıqlı məqalə təqdim etmişdi.

 

Söhbət “Sapfir” adlı həmin məşhur restoranda müştərinin necə aldadılaraq pullarının mənimsənilməsindən gedirdi. Xəbər verdiyimiz kimi, adı çəkilən məkanda sifariş edilən menyudan əlavə yeməklər masaya düzülübmüş ki, sonda ağlasığılmaz hesab müştərini şoka salıb. Müştərinin buna aydınlıq gətirililməsi tələbi yerinə yetirilməmiş, əksinə, onu səhərə kimi girov saxlayaraq, borcunu tam ödəməyincə buraxmayıblar.

Bu dəfə həmin şikayətçinin redaksiyamıza göndərdiyi ərizəsini və apardığımız araşdırma nəticəsində əldə etdiyimiz məlumatları oxucularımızla bölüşmək qərarına gəldik. Beləliklə, Bakı şəhər sakini 04.10.2022-ci il tarixli ərizədə bildirir ki, sentyabrın 29-da axşam sözügedən restoranda özünə ad günü keçirib. Məhz həmin restoranı seçməsində, restoran müdiri Əliyarın təkidinin rolu olub:

“Öncədən danışılmışdı ki, hesab ad gününün səhərisi ödəniləcək, yəni, Əliyar bəylə belə razılaşmışdıq. O isə buna cavab olaraq dedi ki, heç bir problem yoxdur, əlavə endirimlər də edəcəyik. Buna baxmayaraq, ad günü məclisi bitdikdən sonra Əliyar bütün darvazaları bağlatdırıb məni girov saxlatdırdı. Öz telefonunu söndürüb, zənglərimi iqnor edib, yalnız personal üzvlərinə cavab verirdi. Dəfələrlə girov kimi yüksək dəyərli zinət əşyaları təklif etsək də, razılaşmadılar. Səhərə kimi maşınımın içində, uyğunsuz şəraitdə gecələməli oldum. Bunlar azmış kimi, üstümə mühafizəçilər göndərilib, təzyiq olunub. Səhər açılan kimi pulu tapıb ödədim, darvazalar açıldı. Halım o qədər pis idi ki, həmin gecə səhərədək Allaha dua etmişəm, o insanın cəzasını versin”.

Vətəndaş X.Hüseynova əlavə olaraq bildirib ki, Əliyarın və onun işçilərinin zorakı hərəkətindən (onu girov saxlamaqlarından, faktiki olara qhəbs etmələrindən) Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq şikayət edib. Amma Əliyar qabaqdangəlmişlik edərək, 24-cü Polis Şöbəsinə X.Hüseynovadan şikayət edib. Necə deyərlər, “qara məni basınca, qoy qaranı mən basım” prinsipi ilə hərəkət edib. X.Hüseynova polisdən ona zəng gələndə əvvəlcə elə bilib ki, dəvət edib “102”-yə verdiyi məlumatın təfərrüatı ilə bağlı izahat yazdıracaqlar. Əksinə, 24-cü PŞ-dən ona zəng vuran polis əməkdaşı Əliyarın ondan şikayət etdiyini deyiblər.

Bird aha xatırladaq ki, adı çəkilən restoranın “Sədərək Yusif” kimi tanınan, eyni adlı Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə məxsus olduğunu dəqiqləşdirmişik. Yusif bəyə arxalanan Əliyardan soruşan lazımdır ki, əgər dövlətin qanununa belə hörmət edirsənsə, pul mübahisəsini hüquq müstəvisində həll etmək istəyirdinsə, niyə şəxsiyyət əleyhinə cinayət törədib vətəndaşı azadlıqdan məhrum edirdin?

Qeyd edək ki, AR Cinayət Məcəlləsinin 145-ci maddəsinə əsasən, (Qanunsuz azadlıqdan məhrum etmə), adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə şəxsiyyət əleyhinə cinayət sayılır və iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər (145.2.4) bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.(Aktualxeber.az)

 

XalqXeber.Az
Ardını oxu...
Keçən həftə Astarada rayon icra hakimiyyəti başçısı yanında müşavirə keçirilib. DİA.AZ bildirir ki, bu barədə rəsmi yayılan məlumata görə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri ilə müşavirə keçirib:

"Müşavirədə “Rayonda payız-qış mövsümünə hazırlığın vəziyyəti” və “Erkən nikahların qarşısının alınması və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması” məsələləri müzakirə edilib. Hər iki məsələ ilə əlaqədar arayışlar dinlənilmiş, mövcud problemlər və çatışmazlıqlar qeyd edilib.

İcra başçısı hər iki məsələnin aktuallığını bir daha vurğulayaraq bildirilib ki, məruzə və müzakirələrdən göründüyü kimi, bu istiqamətdə rayonda xeyli işlər görülmüş, lakin görüləsi işlərimiz də vardır. Aşkar olunan nöqsanların qısa zamanda aradan qaldırılmasından ötrü aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verən icra başçısı gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün hamılıqla bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini diqqətə çatdırıb".

Bu, müşavirənin rəsmən elan olunan tərəfi. Bununla bağlı DİA.AZ-a rayondan daxil olan informasiyada isə qeyd olunur ki, sözügedən müşavirədə icra başçısı Qəzənfər Ağayev yerli məmurları uşaq kimi qabağına qoyaraq əməlli-başlı danlayıb.

Mənbə iddia edir ki, hətta icra başçısı yerli məmurlara: "Sizi mən qoruyuram, bir gün əlimi çəksəm, hamınız türmədə olarsınız" deyərək uyarıb da.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləmıəyə hazırıq..."
 
Ardını oxu...
Azərbaycanda məmur özbaşınalığı korrupsiya və rüşvətxorluq niyə azalmır?

“Goranboyun Niizami kənd bələdiyyəsi vətəndaşdan almış olduğu rüşvəti müqabilində nə torpaq sahəsini verir nə də ki, almış olduğu pulu geri qaytarıır”.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon Nizami kənd sakini Əsgərova Sərəngiz Bakir qızı tərəfindən şok video-şikayət daxil olub.
Belə ki, 2015-ci il tarixdə şikayətçinin atası Babayev Bəkir Cəlal oğlu qızına bildirmişdir ki, Nizami kənd Bələdiyyə sədri Məzahir Babayevlə danışmışam sizə bələdiyyənin sosial prespektiva fondundan torpaq alıb verəcəm. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaqlar olduğundan şikayətçidə atasına inaraq onun vasitəsi ilə 600 manat pulu bələdiyyə sədrinə verilmişdur.Şikayətçidə inam yaradılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər.Nəticədə şikayətçi xanıma sözügedən ərazidən 0.8 ha torpaq sahəsi də ölüçlərək verilmişdir.
2015-ci ildən bu günə kimi Nizami kəndində hər kəs bilirr ki, sözügedən ərazi şikayətçi Əsgərova Sərəngiz Bakir qızına məxsusdur.Şikayətçi son aylarda sözügedən ərazidə bələdiyyənin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqda ev tikərkən yeni bələdiyyə sədri buna imkan verməyib.Və bildirib ki, mübahisə predmeti olan torpaq sahsi örüş ,otlaq sahəsinə aid olduğundan tikintiyə icazə verilməsi qanunla qadağan edilir.
Sonda şikayətçi mətbuat vasitəsi ilə Prokurorluq orqanlarından bu “dələduzluq” faktının araşdırılmasını xahiş edir.
Redakiya olaraq inanırıq ki, yaranmış olan bu fors-major vəziyyətlə bağlı prokurorluq vətəndaşın səsləndirdiyi ittihamı araşdırıb qanunamüvafiq olaraq ölçü götürəcəkdir.
Şikyətçinin video-şikayətini təqdim edirik:

 
Ardını oxu...
DogruXeber.az: - Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri Gündüz Əbdilovun fəaliyyəti ilə bağlı iddialar səslənməkdədir.

Bildirilir ki, işinin öhdəsindən gələ bilməyən təhsil şefi varis planı qurmaqdadır. Verilən xəbərə görə, G. Əbdilov öz yerinə Dəyanət Fərzəliyevi hazırlayır. Fərzəliyevi özü ilə gətirmiş idarə rəisi indi taxt-tacını ona ötürməyi planlaşdırır.

Məlumatda deyilir ki, Gündüz Əbdilov Qarabağ Regional Təhsil İdarəsinin müdiri təyin olunandan sonra özünü doğrultmadı. Belə ki, təcrübəli kadrlara deyil, öz tanışlarına üstünlük verməyə başladı. Əsasən də tələbə yoldaşlarını başına toplayaraq qurumu idarə etmək həvəsinə düşdü. Onların arasında təqaüdə çıxmış hərbçilər belə var, amma Əbdilov faktiki qaziləri kənarda qoyub.

Ardını oxu...

Gündüz Əbdilov

İddialara görə, özünün təhsil idarəçiliyində təcrübəsi olmadığı üçün ətrafına dostları yığaraq iş “görməyə” çalışır. Misal üçün, Ağdam şəhərində rüşvətlə direktorlar təyin edir,

Qarabağda kadr təyinatlarını düzgün aparmır, Dəyanət Fərzəliyevi də peşə məktəbindən inzibati idarə şöbəyə müdir gətirdikdən sonra hər şey bərbad şəklini alıb.

Bundan başqa, pensiyada olan tələbə yoldaşlarını işə götürən idarə rəisi gənc qaziləri hərbi hazırlıq müəllimi kimi də işə götürmür.

Məlumata görə, Ağdamda 68 nömrəli tam orta məktəbdə əməkdar müəllimi direktorluqdan çıxarıb yerinə icra başçısının həyat yoldaşını təyin edib. İddialara görə, onun diplomu saxtadır. Amma araşdırılmasına ehtiyac var.

Ardını oxu...

Dəyanət Fərzəliyev

Eyni zamanda, Təhsil Nazirliyinin 28 iyul 467 nömrəli əmrində qeyd olunub ki, müəllimlərin çalışma həddi 65 yaş olubsa, diaqnostik qiymətləndirmədən 70 % yığan müəllimlərlə müqavilə bağlanmalıdır .

Ancaq Gündüz Əbdilov az bal toplayan dostlarının müqaviləsini uzadır, başqalarına çatanda haqsızlıq edir. Bəli, Qarabağ azaddır, indi təhsil idarəsi də fəaliyyət göstərir, amma məmurların əməllərindən azad deyil. Bax, bunu dəyişmək zamanıdır. Təhsil Nazirliyinin bu məsələlərə diqqət ayıracağını gözləyirik.//azerbaycanrealligi

Dünyapress TV

Xəbər lenti