Ardını oxu...
Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov sən demə, Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin dostu imiş. «Burda nə var ki», deməyin. Məsələ burasındadır ki, Zaur Əhmədov bunu bütün diplomatik qaydaları tapdalamaq üçün yetərli səbəb kimi anlayır. Hətta öz dostunun himayəsinə arxayınlaşıb, atdığı bütün addımların Prezidentdən gizli qalacağını düşünür. Bu qənaət isə onu Azərbaycanın adını Avropada rəzil etməkdən belə çəkindirmir.

MediaFakt.com saytının iddialarından belə anlaşılır.

Nəşrin mövzu ilə əlaqədar qələmə aldığı yazını oxucularımızın diqqətinə çatdırırıq.

Azərbaycanın İsveçdəki səfirliyi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. İsveçli jurnalist Rasmus Kanbakın sosial şəbəkədə fotoşəklini paylaşdığı səfirliyin lövhəsindəki yazılarda ciddi orfoqrafik səhvlərə yol verildiyi məlum olub.

Lövhədə “Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi“ sözlərində “ı” hərflərinin “i”, kimi yazıldığı, yerlərinin qarışdırıldığı aydın görünür. Buna görə də səfirliyin adı “Azərbaycan Respublikasİnİn Isveç Krallİğİndakİ SəfirlIyi“ kimi oxunur.

Ardını oxu...

İsveçdəki diplomatik təmsilçiliklə bağlı arası kəsilməyən qalmaqallar, rüsvayçılqlar son bir ayda daha da kəskin xarakter alıb. Azərbaycanın bu ölkədəki səfiri Zaur Əhmədovun qeyri-peşəkarlığı, diplomatiya, səfir peşəsinə qətiyyən uyğun gəlməyən davranışları, hərəkətləri tək İsveçin deyil, Avropa mediasının da mövzusuna çevrilib. Azərbaycanın səfiri heç bir diplomat professionallığına, etikasına yaraşmayan şəkildə isveçli jurnalistlərlə sosial şəbəkələrdə söz atışmasına, virtual əlbəyaxaya çıxıb. Nəticədə “Sərhədsiz Reportyorlar” təşkilatı Zaur Əhmədovu jurnalisti qısnamaqda, təqibə məruz qoymaqda ittiham edən bəyanat verib.

Bəyanat İsveçlə yanaşı Fransa, İspaniya və digər Avropa ölkələrinin mətbuatında da yayılıb və jurnalistlərin hüquqlarını müdafiə təşkilatları tərəfindən dəstəklənib. Təşkilatın İsveç nümayəndəliyinin rəhbəri Erik Halkyaer Azərbaycanın səfiri Zaur Əhmədovun davranışını beynəlxalq diplomatiya üçün rüsvayçılıq adlandırıb. Məsələ o həddə çatıb ki, İsveçin xarici işlər naziri Ann Linde də Zaur Əhmədovun hərəkətləri ilə bağlı İsveçin blankspot.se saytına şərhində jurnalistə qarşı təqib və təzyiqin yolverilməz olduğunu deyib. Cavabında diplomatiyanı, göndərildiyi ölkədə səfir kimi dövləti təmsil etmək vəzifəsini küçə dava-dalaşı ilə eyniləşdirmiş Zaur Əhmədov sosial şəbəkədə Ann Linde və isveçli jurnalistləri onu susdura bilməyəcəkləri ilə hədələyib.

Ardını oxu...

Bu qədər böyük miqyasda diplomatik biabırçılqdan sonra da Azərbaycanın səfiri virtual məkanda jurnalistlərlə didişməkdən əl çəkmir. Artıq İsveç jurnalistləri və sosial media istifadəçiləri Zaur Əhmədovun psixikasının sağlam olub-olmaması haqqında şübhələndiklərini də ifadə ediblər.

Bir müddət əvvəl “Ekskluziv Qrup’ və “PenMedia”nın birgə araşdırmasında Zaur Əhmədovun prezidentin köməkçisi Hikmət Hacıyevlə yaxın dost olması və məhz bunu sayəsində İsveçə səfir göndərilməsi barədə məlumat verilmişdi. Yazıda həmçinin vurğulanmışdı ki, səfir, diplomat vəzifəsinə qətiyyən layiq olmayan Zaur Əhmədovun bu səbəbdən də törətdiyi qalmaqallar, yaratdığı problemlər Hikmət Hacıyev tərəfindən ört-basdır edilir. Vəzifəsi bu kimi məsələləri dövlət başçısına məruzə etmək olan Hikmət Hacıyev ya həmin məlumatları gizlədir, ya da təhrif olunmuş şəkildə prezidentə çatdırır.

Xarici işlər naziri Ceyhun Bayramov isə hamıya məlum olan fakt – Hikmət Hacıyevin qorxusundan ümumiyyətlə xarici siyasət, səfirliklərə dair heç bir məsələdə səsini çıxarda bilmir.

Beləliklə də dostunun onun qeyri-peşəkarlığını, səfir kimi öz işini apara bilməməsini prezidentdən gizlətməsindən arxayınlaşan Zaur Əhmədov əndazəni daha da aşaraq böyük diplomatik qalmaqal törədib. Bu barədə məlum araşdırmada əvvəldən xəbərdarlıq edilmişdi. Zaur Əhmədovun misli görünməmiş rüsvayçılıqlar çıxartması, dövləti bütün Avropada biabır etməsinə baxmayaraq hələ də öz vəzifəsində saxlanılması əvvəldən də deyildiyi kimi, yaxın dostu Hikmət Hacıyevin “xidmətidir”.

İsveç mətbuatında çıxan son yazı da bu iki dostun – Hikmət Hacıyev və Zaur Əhmədov ikiliyinin Azərbaycan diplomatiyasına növbəti “töhfəsi” barədə olub. Blankspot.se saytında dərc olunan məqalədə informasiya texnologiyaları mütəxəssislərinin araşdırmasına istinadla onların sosial şəbəkələrdə saxta hesablardan istifadə etməklə xəbər yaymaları üzə çıxarılıb.

Hikmət Hacıyev və Zaur Əhmədov bu qalmaqalları, ölkəni, dövlətin nüfuzuna zərbə vuran əməllərini naqis işləri üzə çıxmış çoxlarının adətən etdiyi kimi erməni kartından istifadə etməklə də pərdələməyə çalışırlar.

Lakin rəhbərlik etdiyi səfirliyin binasındakı lövhənin nə vəziyyətdə olmasından belə xəbərsiz Zaur Əhmədovun isveçli jurnalistləri erməniyə işləməkdə, onlardan pul almaqda günahlandırması çox gülünc görünür. Çünki göz qabağında olan, səfirliyin üzü, siması sayılan lövhəni görməyən və ya görə bilməyən səfirin jurnalistin kimdənsə pul, rüşvət almasını gözüylə görürmüş kimi iddia etməsi qətiyyən inandırıcı sayıla bilməz.

Lövhədə “Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi“ sözlərində “ı” hərflərinin “i”, kimi yazıldığı, yerlərinin qarışdırıldığı aydın görünür. Buna görə də səfirliyin adı “Azərbaycan Respublikasİnİn Isveç Krallİğİndakİ SəfirlIyi“ kimi oxunur.

Bir neçə ay əvvəl jurnalist Əvəz Zeynallı Xural TV-də Zaur Əhmədovun səfir olduğu nümayəndəlikdə vətəndaşlara konsulluq xidmətini təşkil edə bilməməsi barədə də şikayət səsləndirmişdi. Xural TV-yə yazan şəxs hətta İsveçin miqrasiya xidmətinin də Azərbaycan səfirliyinin fəaliyyətsizliyindən, yarıtmazlığından narazılığı barədə məlumat vermişdi.

Normal ölkələrdə bu qədər rüsvayçılıq çıxardan, diplomatiyadan, səfirliyin nə demək olduğundan xəbərsiz Hikmət Hacıyev, Zaur Əhmədov kimilərini nəinki vəzifəyə, heç dövlət idarələrinin qapısına yaxın buraxmazdılar. Lakin Azərbaycanda tüğyan edən məlum dostbazlıq və qohumbazlıq, vəzifələrə bu meyarlara görə təyinatlar çoxlarının layiq olmadıqları yerləri tutmalarını adiləşdirib. Bu yaxınlarda mətbuatda həyat yoldaşını SOCAR-da yüksək vəzifəyə təyin etdirməsi üzə çıxan Hikmət Hacıyevin diplomatın necə işləməli olmasından xəbərsiz dostu Zaur Əhmədovu da səfir göndərtdirməsi tam təbiidir.

Hikmət Hacıyev, Zaur Əhmədov kimilərinin vəzifədə olmalarının nəticəsidir ki, Azərbaycan diplomatiya sahəsində uğur, etibarlı sülh əldə edə bilmir. Başqa ölkələrlə, xüsusilə qərb dövlətləri ilə münasibətləri isə daha da mürəkkəb, ziddiyyətli xarakter alır. Dövlətin beynəlxalq sahədə mənafelərinə ciddi ziyan dəyir.

Azərbaycan hakimiyyətində mövcud olan, xalqın, dövlətin mənafelərini düşünən, əsl vətənprərvər məmurlar Hikmət Hacıyev maneəsini aşaraq belə məsələlər barədə prezidentə düzgün məlumat çatdırmalıdırlar. Bu, baş verməyincə, lazımi tədbirlər görülməyincə Azərbaycan beynəlxalq səhnədə oxşar problemlərdən böyük ziyanlar çəkməkdə davam edəcək.

MEDİAFAKT.com
Ardını oxu...
Daşkəsən rayonun Çanaqçı kəndində çayın məcarası dəyişdirilməklə balıq yetişdirilməsü üçün süni göllər yaradılıb. DİA.AZ-ın məlumatına görə, bu barədə kənd sakinləri adından göndərilmiş şikayət ərizəsində qeyd edilib.

Belə ki, Çanaqçı bələdiyyəsinin sədri Vəliyev Eyvaz Nadir oğlu çayın məcarası dəyişdirilməklə bir neçə süni göllər, eləcə də çay yatağında qeyri-qanuni tikinti işləri aparmışdır. Bu özbaşınalıq Azərbaycan torpaq qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması deməkdir.Apardığımız araşdırma nəticəsində məlum oldu ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bankında Daşkəsən rayonun Çanaqçı kəndində yaradılmış bu süni göllər barədə qeydiyyat da yoxdur.

Daşkəsən rayonun Çanaqçı kəndində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış olan bu süni göllərə icra başçısı Əhəd Abıyevin “krışalıq” etdiyi iddia edilir.Həm də onu qeyd edək ki, ilin- günün bu vaxtı bələdiyyə sədri nə biçarədir ki, çayın məcarasını dəyişdirib və orada qeyri-qanuni tikinti işləri aparsın?

Süni balıq göllərinin yaradılması məqsədilə torpaq sahəsinin ayrılması üçün “Torpaq icarəsi haqqında” Qanuna uyğun olaraq, müvafiq rəyin verilməsi ilə bağlı (yerləşmə sxemi əlavə edilməklə) rayon (şəhər) icra hakimiyyətləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciət əsasında Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına yer quruluşu planı hazırlanaraq müvafiq rəy verilir. Verilmiş rəy əsasında rayon (şəhər) icra hakimiyyəti ilə icarəyə götürən arasında icarə müqaviləsi bağlanılır. İcarəçi tərəfindən təqdim edilmiş icarə müqaviləsi və müvafiq sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılır.

Sözügedən balıq gölləri əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında üzərində yaradıldığı qeyd edilir.
Daşkəsənli şikayətçilər həm də, qeyd edirlər ki, sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları da olublar. Amma nədənsə onların da icra başçısına gücləri yetməib.

Redaksiya olaraq inanırıq ki, çayın məcarasını dəyişdirilməsi eləcə də qanunsuz çay yatağında tikilən bu qanunsuz obyektlər tezlikə sökülərək qanuna müvafiq tədbirlər görüləcəkdir.
 
Ardını oxu...
"Virgin adalarında qeydiyyatdan keçmiş, "Bahar Energy Ltd"də (80%) paya malik olan "Greenfields-petroleum" şirkəti əslində kimə məxsusdu? Hörmətli Bahar ƏŞ-nin işçiləri. Özünüz oxuyun və qiymət verin. Haqqınıza girəni və ona dəstək olan vəzifəli şəxsi tanıyın..." DİA.AZ bildirir ki, bunu açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edir.

Daha sonra bildirilir: "Təsisçisi Greenfields Petroleum Corporation olan, Bahar Enerji Əməliyyat Şirkətinin prezidenti CON Harkins və hal hazırda onun səlahiyyətlərini icra edən Deyl Makfadden may ayından Azərbaycanın Respublikasının Əmək Məcəlləsinin (ARƏM) aşağıda qeyd olunan maddələrinə pozur.Bu qanunların pozulması şirkətdə çalışan ,o qədər də yüksək əmək haqqı almayan yerli işçilərin(xüsusən fəhlələrin) yaşam tərzinə ciddi təsir edir Və proses davam edir.
1.ARƏM Maddə 5. 1. 1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2.ARƏM maddə 69.7( İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
-İşçilərə hədə-qorxu (işdən qovulma) gələrək onları əmək haqqları 20% azaldılmış yeni kontrakta qol çəkməyə məcbur edib. Təbii ki, Pandameya dövründə işsiz qala biləcəyindən qorxan işçi yeni müqaviləyə qol çəkməyə məcbur olub. İşçini məcburi kontrakta qol çəkməyə məcbur edən menencer bunu “könüllülük”adlandırır.Həmin işçilərin aylıq əmək haqqı saatı 3-3,5 man olmaqla 400-500 man civarındadır.Şirkət menencerləri işçinin dəniz şəraitində ödənilən əlavə ödənişləri də əmək haqqı adlandırırlar.Bu əlavələr, ölkə qanunvericiliyinə əsasən, dəniz şədaitində,gecə növbəsində çalışan işçinin sağlamlığına dəyən ziyana görə verilən kompensasiyadır!
3.ARƏM Maddə 172. 5 (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. )
İki aydan yuxarıdır ki, işçilərə əmək haqqı vermir. Əmək haqqını vaxtlı-vaxtında ala bilməyən insan necə yaşasın?
4.ARƏM maddə 43.
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
İşçilərin Əmək Müqaviləsində dəyişiklik etdi. Əmək haqqı aşağı salınmış yeni müqaviləyə qol çəkməyən fəhlələri cəzalandıraraq ,onların iş yerini dəyişib daha aşağı maaşlı işə keçirdilər.Sonda bilmək istərdim, Bahar Enerji Əməliyyat şirkətinin öz maliyyə vəziyyətinin yaxşılaşdırmaq üçün saatı 2-3,5 manata işləyən işçinin pulu hesabına yaxşılaşdırmağı planlaşdırır? Niyə məhz bu işçilərin?
Bütün qeyd olunanları əsas götürərək ölkənin hasilat sektorunda insan hüquqlarını qoruyan hüquqmüdafiə təşkilatı olaraq, (nhmt-az.org) olaraq :
-Bahar Energy Ltd şirkətinin təsisçisi və əsas payçısı olan (80%) Greenfields Petroleum Corporationıvə iştirak payı 20%-olan SOCAR –ı Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmağı, qanunun aliyliyini təmin etməyə günahkarları cəzalandırmağa çağırır..."
Ardını oxu...
 
 
 
Ardını oxu...
Namiq Məhəmməd oğlu Hümmətov 4 iyun 2020-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir. Bundan əvvəl sözügedən komitənin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin rəisi, daha sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifələrini icra edib.

Namiq Hümmətovun qardaşı Natiq Hümmətov Məhəmməd oğlu 2015-ci ilin noyabrında HN (Hümmətov Namiq) GROUP MMC-ni qeydiyyatdan keçirib. Namiq Hümmətov sözügedən komitədə yüksək vəzifəyə təyin edildikdən sonra MMC Qapalı Səhmdar Cəmiyyətə çevrilib və nizamnamə kapitalı 2010 manata çatdırılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Oqtay oğludur.

Şirkətin ilk qeydiyyatda olduğu ünvanda - Yasamal rayonu Tbilisi prospekti ev 41, mənzil 47-də 2009-cu ildə "NN GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də (qanuni təmsilçisi Əfqan Tapdıq oğlu Əliyev) qeydiyyatdan keçib. "NN" böyük ehtimalla Namiq və Natiq qardaşlarının adlarının abbreviaturasından götürülüb.

Sonradan hər iki şirkətin qeydiyyat ünvanıarı dəyişdirilib.

Hər iki şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin son 4 il ərzində elan etdiyi tenderlərdə ümumilikdə 177 milyon manatdan artıq sifariş əldə edib və "tender çempionu” adı qazanıb.

"NN GROUP" MMC iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş "tutub". Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib – bir tenderin orta qiyməti 12 milyon manatdır.

«HN Construction» MMC də tenderləri "MİDA" MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.

Açıq tenderlərdə məlum nəticələr:

* MİDA-nın sifarii əsasında Hövsan qəsəbəsində 7 mərtəbəli yaşayış binasının tikintisi üzrə tender - NN GROUP MMC (13655137.22 manat);

* MİDA-nın sifarii əsasında Sumqayıtda 9 mərtəbəli 2 yaşayış binasının tikintisi - NN GROUP MMC "Amal Group" MMC ilə birlikdə (7499824,8 manat);

* MİDA-nın sifarii əsasında Hövsanda 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri - "HN Construction" MMC (9281713.27 manat)

* MİDA-nın sifarii əsasında Gəncə şəhərində yeni yaşayış kompleksinin tikintisi ("Amal Group” və "NN Group” MMC-lərin konsorsiumu) - ümumi məbləği 15 milyon 179 min 898 manat olan 2 müqavilə (5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi – 8 milyon 858 min 274 manat; 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu digər yaşayış binalarının tikintisi – 6 milyon 321 min 624 manat)

* MİDA-nın sifarii əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 1200 şagird yerlik tam orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi - NN Group MMC (7247166 manat)

* MİDA-nın sifarii əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 12 mərtəbəli 1 bloklu 5 yaşayış binasının və 100 yerlik uşaq bağçasının tikintisi - HN Construction MMC (13281645.01 manat)

* MİDA-nın sifarii əsasında Yasamalda daha bir yaşayış binasının tikintisi - "NN GROUP" MMC (16171000 manat).

Adı çəkilən hər iki şirkət hazırda işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada bərpa və tikinti layihələrində də iştirak edir.

Namiq Hümmətovun oğlu Toğrul Hümmətov Nyu-Yorkda təhsil alıb, 2018-2020-ci illərdə "NN GROUP"-da maliyyəçi (şirkətin sahibindən və direktorundan sonra ikinci şəxs) kimi fəaliyyət göstərib, 2020-ilin avqustundan ABŞ-da yaşayır, korporasiyalara, hökumətlərə və digər təşkilatlara peşəkar xidmətlər təklif edən McKinsey & Company qlobal idarəetmə konsaltinq şirkətində çalışır. 2014-cü ildə ABŞ-ın Men Ştatında "Thornton Academy” məktəbini qızıl medalla bitirdiyi üçün ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb.

Qeyd edək ki, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində paylaşıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qlobal.az
 
 
 
Ardını oxu...
İsrail Türkiyədə şaxtada baş verən partlayışa əlaqədar Türkiyə tərəfinə yardım təklif edib.

Bu barədə İsrail Baş naziri Yair Lapid öz “Twitter“ində yazıb.

“Bartın vilayətində baş verən dəhşətli faciədən sonra İsrail Türkiyənin yanındadır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıb həlak olanların ailələrinə başsağlı və yaralıların tezliklə sağalmasını arzuladım. Mən bu ağır zamanda Türkiyəyə İsrailin yardımını təklif etdim” , - deyə Baş nazir Lapid bildirib.
Ardını oxu...
Oktyabrın 14-də "Pilot-16” şirkəti Nəsimi rayonu, Cəlil Məmmədquluzadə (keçmiş Papanin) küçəsi 176 ünvanında yerləşən vətəndaşa məxsus mülkü dağıdıb.

Mülkiyyət sahibəsi, 72 yaşlı Vera Alekseyevna Kostenko baş verən qanunsuzluqda Milli Məclisin sabiq deputatı Əsabil Qasımovu günahlandırır.

O, "arqument.az”a deyir ki, evini başına uçuran şirkətə Əsabil Qasımov rəhbərlik edir.

Onun sözlərinə görə, "Pilot-16” şirkəti mülkiyyətini dağıtmaqla dəyər-dəyməzə almağa çalışır.

Vera Kostenko deyir ki, günlər ərazidə qonşuların evini sökürlər. Ona da çox az məbləğdə pul təklif etməklə ərazidən çıxmaq təklif olunub.

Təkliflə razılaşmayan mülkiyət sahibi bildirib ki, evi də, həyəti də özəldir və çox ucuz qiymətə satmaq niyyətində deyil.

O, evinin qanunsuz olaraq sökülməsinin qarşısının alınması üçün məhkəməyə müraciət edib.

Məhkəmə ona məxsus mülkiyyətlə bağlı bütün söküntü işlərinin dayandırılması barədə qərardad çıxarıb. Buna baxmayaraq oktyabrın 14-də əraziyə buldozer gətirilib və evinin 2 otağının divarları dağıdılıb.

Vera Kostenko baş verənlərlə bağlı yaxın qohumu Dmitri Yaqubovla birgə Nəsimi Rayon Prokurorluğunu, Nəsimi Rayon Polis İdarəsinə də şikayət ərizəsi ilə müraciət edərək baş vermiş cinayətin araşdırılmasını tələb edib.

"Arqument.az” şikayətlə bağlı Əsabil Qasımovdan münasibət öyrənə bilməyib.

 
Ardını oxu...
Bir neçə gün öncə Sevil Xanbabayeva adlı qadın sosial şəbəkələrdə Bakı metropoliteniylə videomüraciət yayaraq bir sıra ittihamlar səsləndirmişdi.

Qlobal.az xəbər verir ki, özünü Bakı Metropoliten QSC-nin Ulduz stansiyasında xadimə kimi çalışdığını bildirən S.Xanbabayeva metropolitenin işçilərinin Rafail adlı şəxsin bağında qanunsuz işlədiyini bildirirdi.

Bakı Metropoliten QSC barəsində bir sıra ittihamlar səsləndirən Sevil Xanbabayevanın iddialarından biri də qurumun əxlaqsızlıq yuvasına çevrilməsi idi.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı mətbuata açıqlama verərək həmin qadının metropolitenin əməkdaşı olmadığını bildirib:

“Videomüraciəti etmiş şəxs Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı deyil. Onun metropoliten haqqında dediyi ifadələrin hər hansı bir əsası yoxdur. Qadının videomüraciətdə dediyi kimi, o, metropolitendə stansiyaların birində təmizlik işləri ilə məşğul olub. Metropolitendə təmizlik işlərini müvafiq tenderdə qalib gəlmiş TAİS şirkəti icra edir. Bu qadın da yəqin ki, həmin şirkətin işçisidir. Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq, şirkətlə müqavilə imzalanıb və müqavilə öhdəliklərinə uyğun işlər icra olunur”.

Mətbuat xidmətinin rəhbəri S.Xanbabayevanın metropolitenin əxlaqsızlıq yuvasına dönməsiylə bağlı iddialarına da münasibət bildirib:

“Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlıq etdiyi hər hansı bir qurumun daxili kadr, insan resursları siyasəti və digər məsələlərə qarışması istər qanunvericilik, istərsə də hüquqi, etik normalar baxımından hər hansı bir səlahiyyəti yoxdur. Əldə olunmuş bu videogörüntü də araşdırılması üçün TAİS şirkətinə göndərilib. Bununla bağlı şirkət metropolitenin heç bir müdaxiləsi olmadan, müstəqil şəkildə araşdırmasını aparacaq. Qadın metropolitenin əxlaqsızlıq yuvasına dönməsi barədə dediklərini isə əsaslandırmalıdır. Əsaslandırmayıbsa, bu, başqa məsələdir”.

Qeyd edək ki, Bakı Metropoliten QSC-nin təmizlik işlərini “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.

Bakı Metropoliten QSC ilə “TAİS İKF” MMC-nin əməkdaşlığı 2019-cu ildən indiyədək davam edir.

Metropoliten ilə “TAİS İKF” MMC arasında 2019-cu ilin noyabr ayında “Bakı Metropoliteni QSC-nin stansiyalarında təmizlik işləri” lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin yanvar ayında “”Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması” lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin may ayında “”Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması” lotu üzrə 1.001.445
manatlıq müqavilə imzlaanıb.

QSC ilə MMC arasında təmizlik işlərinə görə bağlanan müqavilələrin ümumi dəyəri 5.001.433 manat təşkil edir.

“Tais İKF” MMC 1994-cü ildə təsis edilib. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

“Tais İKF” MMC iddialara münasibət bildirməyib.
 
 
 
Ardını oxu...
Azərbaycanın quşçuluqu bazarında əsas oyunçulardan olan “Qaraqaşlı Broyler” (“Şəfa”) ASC-də kütləvi ixtisarlar başlanıb.

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, ixtisarlar şirkətin iflası ilə bağlıdır. ASC-nin bir qrup işçisinin sözlərinə görə, şirkət yaxın vaxtlarda iflasa uğradığını elan edərək fəaliyyətini dayandıracaq. Onlar iddia edir ki, bu barədə şirkət rəbərliyi işçilərə xəbərdarlıq edib.

Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün şirkətin direktoru Heydər Əsgərovla əlaqə saxlayıb. O, bildirib ki, baş verənlər sanasiya ilə əlaqədardır: “Quşçuluq təsərrüfatları 5 ildən bir sanasiya (sağlamlaşdırıcı tədbirlər) proseduru həyata keçirməlidir. Biz də 15 ildir fəaliyyət göstəririk və sanasiyaya ehtiyac var. Ona görə də işçiləri evə buraxmışıq. Şirkətin faəliyyətinin dayandırılmasından söhbət getmir”.

Heydər Əsgərov əlavə edib ki, sanasiya proseduru 1 ay çəkəcək: “1 aydan sonra biz yenidən faəliyyətimizi bərpa edəcəyik. Bu barədə işçilərə də bildirilib. Onlara deyilib ki, sanasiya proseduru başa çatdıqdan sonra yenidən işlərinə qayıdacaqlar”.

İşçilər isə iddia edir ki, sanasiya proseduru bəhanədir. “15 ildir sanasiya proseduru həyata keçirilmir. İndi yadlarına düşüb?”

İşçilərin fikrincə, şirkət onlara kompensasiyaya ödəməmək üçün sanasiya bəhanəsindən istifadə edir: “Bizə deyilməyib ki, 1 aydan sonra işinizin başınıza qayıdasınız”.

Qeyd edək ki, “Qaraqaşlı Broyler” ASC 13 may 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 503 496 AZN-dir. “Qaraqaşlı Broyler” quşçuluq bazarında “Şəfa” əmtəə nişanı ilə tanınır.
 
Ardını oxu...
Nəzarətçi məhkumun ailə üzvü olan xanımla tanış olmaq istədi, vəziyyət qarışdı…
Bu günlərdə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində qalmaqal baş verib.

RealMedia.az xəbər verir ki, Qafqaz.media-nın əldə etdiyi məlumata əsasən, buna nəzarətçinin məhkumla görüşə gələn xanımla tanış olmaq istəməsi səbəb olub.

Belə ki, Çingiz adlı nəzarətçi məhkumun görüşə gələn ailə üzvündən telefon nömrəsi istəyib. Həmin xanım nəzarətçinin bu əxlaqsız hərəkəti barədə məhkuma məlumat verdikdən sonra, 1 saylı cəzaçəkmə müəssisəsində vəziyyət qarışıb.

Mənbənin sözlərinə görə, nəzarətçinin bu əməli qısa müddətdə bütün cəzaçəkmə müəssisəsinə yayılıb və nəticədə məhkumlar kütləvi şəkildə etiraza qalxaraq Çingizin cəzalandırılmasını tələb ediblər.

Məlumata əsasən, “zon”da hər an üsyan çıxma ehtimalının yüksək olduğunu görən 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov kütləvi etirazdan sonra nəzarətçini vəzifəsindən uzaqlaşdırmağa məcbur olub.

Qeyd edək ki, bu hadisə hər bir məhkum üçün həssas məsələ olduğundan, “zon”da baş verən etirazları anlayışla qarşılamaq olar. Çünki 1 saylı cəzaçəkmə müəssisəsində nəzarətsizliyin hökm sürdüyü indiki vəziyyətdə eyni əxlaqsız hərkətin digər məhkunmların ailə üzvlərinə qarşı da edilməyəcəyinə kimsə zəmanət verə bilməz.

Xatırladaq ki, bu, 1 saylı cəzaçəkmə müəssisəsində baş verən ilk xoşagəlməz hadisə deyil. Ümumiyyətlə, Penitensiar Xidmətin nəzarətində olan cəzaçəkmə müəssisələrində mövcud olan nəzarətsizlik səbəbindən, bu cür qalmaqallar tez-tez baş verir.

Ardını oxu...
Yeri gəlmişkən, onu da xatırladaq ki, avqust ayının sonlarında Qafqaz.media 1 saylı cəzaçəkmə müəssisəsində yaşanan daha bir qanunsuz hadisə ilə bağlı məlumat vermişdi. Həmin vaxt qeyd etmişdik ki, avqustun 18-də 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı həbsxanada yas mərasimi təşkil edib və ehsan olaraq “çefir” (tünd çay) paylayıb.

Yas mərasimində məhbusların 80%-i iştirak edib.

Həbsxanada yas mərasimi təhlükəsiz keçsin deyə, E.Həsənov cəzaçəkmə müəssisəsinin bütün işçilərini səfərbər edib və onlara “düzül” əmri verilib.

Bir gün sonra – avqustun 19-da isə “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun anım günü qeyd olunmuşdu. Belə ki, yenə də E.Həsənovun tapşırığı ilə “Lotu Quli”nin ölüm günü ilə bağlı yas mərasimi təşkil olunmuşdu. (Qafqaz.media)
 

Dünyapress TV

Xəbər lenti