TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar

DogruXeber.az: - Tanınmış hüquqşünas Aslan İsmayılov özünün “İnstagram” hesabında bu günlərdə biabırçı videosu yayılan Toğrul Allahverdiyev haqqında maraqlı yazı paylaşıb.

“Bu günlərdə videosu yayılan üzdəniraqlardan kimlər ölkənin tanınmışları düzəldib?!” sərlövhəli yazını oxucularımıza təqdim edirik:

“Elə bir neçə gün öncə yazımda bildirmişdim ki, bu günə qədər mənə qarşı aparılan murdar qarayaxma kampaniyalarına yüzlərcə dəfə izahat vermişəm və axırıncı yazım da bu məzmunda sonuncudur. Ancaq son günlər yayılan biabırçı video bu mövzuya qayıtmağa məcbur etdi. Çünki söhbət artıq şəxsimdən yox, dəyərlərimizdən, küçə pozğunlarının hakimiyyət rəsmiləri tərəfindən cəmiyyətimizə “ictimai xadim”, “ekspert”, “Türk Dünyası fədailəri” kimi təqdim edilməsindən, belə pozğunları Prezidentin qarşısına çıxaranlardan gedir.

Təxminən 2017-2018-ci illərdə o vaxtkı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun birbaşa rəhbərliyi ilə ölkədə olan əxlaqdan uzaq əlatılarını üstümə göndərdilər. Adı çəkilənlər vəzifədən gedəndən sonra hesab etdim ki, bu murdarları ictimai həyatdan uzaqlaşdırılarlar və yeni gələn gənc komanda belə məxluqlarla işləməz. Həmin murdar tayfa ilə bağlı yeni gələn ən yüksək vəzifələr tutan, sırf bu sahəyə cavabdeh olan şəxslərə kimliklərini konkret faktlarla bildirmişəm. Əvəzində, təəssüflə bildirməliyəm ki, tam əksi ilə üzləşdim. Həmin tayfa nəinki uzaqlaşdırıldı, əksinə onlara olan dəstək daha da artırıldı, bu əxlaqsızları Prezident İlham Əliyevin qarşısına vətənpərvər, dövlət keşikçiləri kimi çıxardılar, onlara dövlət tərəfindən mənzillər, qrantlar, fəxri adlar, orden-medallar verildi. Bu əxlaqsızlardan biri də, şəxsən məni öz saytlarında, səhifələrində açıq şəkildə təhqir edən Toğrul Allahverdili adlı birisi idi.

Sizi əmin edirəm ki, yayılan biabırçı video aysberqin görünən az bir hissəsidir. Bu adını bir daha çəkmək istəmədiyim üzdəniraq, Prezident Administrasiyasının yetirməsi, “interpress.az” və “diaspor.az” media qurumlarının rəhbəri, “Azərbaycan-Türkiyə evi”nin icraçı direktoru, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri kimi tanınıb. Son olaraq “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri və "Biznes TV”-nin yeni direktoru kimi fəaliyyət göstərib. Kanal Azərbaycan Respublikası Audiovizual Şurasının qərarı ilə platforma yayımçısı lisenziyasını da alıb.

Son günlər onun yayılan videogörüntüləri bir daha məndə əminlik yaratdı ki, Allah böyükdür və hər kəsin bəlasını elə özünə layiq olduğu formada bu dünyada yetirir. Məni dəhşətə gətirən başqa faktdır ki, bu cür murdar, iyrənc adamları bu gün də rəhbərlikdə kimlər himayə edir və kimlər bu murdarları Azərbaycan dövlətinin adından danışdırır, Prezident İlham Əliyevin qarşısına çıxarır.

Bu günlər o sahəyə rəhbərlik edənlərin heç biri “xəbərimiz olmayıb” deməsin, çünki onların hər birinə bu murdarların kimliyini şəxsən bildirmişəm. Yayılan videolarla ifşa olunan heç də onlardan ən tanınmışı, vəzifəlisi deyil. Bu gün də cürbəcür resurslardan başqa, həm də yüksək vəzifə tutanları da var.//Yenixeber.org
Aslan İSMAYILOV
Hüquqşünas

TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar

TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar

 

 

Bölmənin digər xəbərləri

13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video
11 İyun 2025 Füzuli Təhsil Sektorunda nələr baş verir?
11 İyun 2025 Sabunçu rayonunda qanunsuz tikinti xaosu: Adil Vəliyevin səssiz razılığı ilə qanunsuzluqlar dövlətə meydan oxuyur
11 İyun 2025 Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”: Zaur Mikayılova XATIRLATMA
11 İyun 2025 Özbəkistan Rusiyaya nota verdi
11 İyun 2025 Yol nişanı ÜZƏRİNDƏ ƏT KƏSİMİ REKLAMI: İcra başçısı AÇILIŞDA
11 İyun 2025 “Yasamal Hospital”dan şikayət:“Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar”
11 İyun 2025 Özünə "kraliça" ləqəbi qazandıran məktəb direktoru Gülnaz Kərimova nə etdiyini bilmir - VİDEO
11 İyun 2025 Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
11 İyun 2025 Qazax Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsi ilə bağlı qalmaqal səngimir
11 İyun 2025 “Neptun”da müştərilər belə aldadılır- Fotofakt
10 İyun 2025 SOS şirkəti hələ də SOCAR-ı mühafizə edir? Milyonluq yeyinti, haqları tapdanan işçilər

Dünyapress TV

Xəbər lenti