Ardını oxu...
Azərbaycanda film kimi cinayət hadisəsi baş verib.

Bu cinayətin qurbanı isə 44 Günlük Vətən Savaşının şəhidi olan Nicat Xələfovun valideynləri olub.

Belə ki, özünü jurnalist kimi təqdim edən Elcan Məmiyev adlı şəxs Nicatın şəhid olduğu dövrlərdən onların ailəsinə ayaq açıb.

Ailənin etimadını qazanan Elcan Məmiyev günlərin birində Türkiyədə yaşayan həmyerlimiz Mübariz Mənsimovun “Palmali”yə məxsus tankerlərdən birinə şəhid Nicatın adını verəcəyi xəbərini çatdırıb.

Bu işdə Elvin adlı dostunu ailəyə “Palmali Group”un əməkdaşı kimi təqdim edən Elcan Məmiyev ağlagəlməz yolla Mübariz Mənsimovun adından Dilarə Xələfovaya zəng etdirir.

Belə ki, iş adamının sosial şəbəkə hesabında bir neçə ay əvvəl şəhid Pəncəli Teymurovun anası ilə olan telefon danışığını montaj edərək, onu Mənsimovun səsi ilə “İstanbula açılışa” dəvət edir.

Bu xəbərin sevincini yaşayan ailəyə ikinci bir yalan sırınır.

Bu dəfə Dilarə xanımın evinə gələn Elcan 28 saylı orta məktəbə Nicatın adının verildiyini deyir.

Ardını oxu...

Saxta plaket

Məktəbin açılışı üçün 2 min manat lazım olduğunu deyən Elcan həmin pullarla banerlər və açılış tədbirinin texniki məsələlərinin həll ediləcəyini bildirib.

Ailənin pulu olmadığından gecəylə 1500 manat faizlə pul taparaq, Elcana verirlər.

Şəhid ailəsi Bilik Günü dələduzluq cinayətinin qurbanı olduğunu başa düşür.

Ardını oxu...

Elcan Məmiyev Lerikdən olan deputat İqbal Məmmədovla

Şəhid ailəsi şikayətinin hazırda 14-cü Polis Bölməsində araşdırıldığını desə də ortada real nəticə olmamasından narazılıq edir.

Gununsesi.info olayla bağlı Elcan Məmiyevin də mövqeyini öyərənə bilib.

Ardını oxu...

17 yaşlı tələbə olduğunu deyən Elcan Məmiyevin sözlərinə görə, baş verənlərin günahkarı Elvin Abbasov adlı tanışıdır: “Mən də aldanmışam. Amma mən o pulu qaytarmağa hazıram. Ailə daha çox tələb edir. Polisdə iş araşdırılıb və mənim günahım olmadığı üzə çıxıb”.
DİN -nin Mətbuat Xidmətindən isə sorğumuza cavab olaraq bildirilib ki, dələduzluq əməli bağlı xüsuslar nəzarətə götürülüb:

”Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Bütün zəruri tədbirlər icra olunacaqdır”.

Ardını oxu...
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verildi. İcra hakimiyyətləri isə bu fürsətdən istifadə edərək son illər məktəbəqədər təhsil müəssisələrini açıq bazara çevirdi. Prezident İlham Əliyevin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) təkrar Təhsil Nazirliyinin tabeliyinə verildi.

Bölgələrdə, bir çox rayonlarda adı olub, bir uşağın belə ayaq açmadığı uşaq bağçalarının ərzaqla təminatına, təmirinə yüz minlərlə dövlət vəsaitlərinin mənimsənildiyi bu gün heç kimə sirr deyil. Bunu həbs olunan icra başçılarının barəsində açılmış cinayət işləri də təsdiq edir. Yəni rayonlarda uşaq bağçalarının bərbad vəziyyəti hamıya məlumdur. Burada maraqlı bir sual yaranır. Bakı şəhərindəki uşaq bağçalarının 10 il ərzində İcra Hakimiyyətinin tərkibində olması nəyi dəyişdi?

Qeyd edək ki, 2011-ci ildə Bakı şəhərindəki uşaq bağçaları İcra Hakimiyyətinə verildikdən sonra bəzi hallarda özəlləşdirildi, təmir adıyla söküldü və yerində binalar, şadlıq evləri və restoranlar tikildi. Bu isə valideynlərin haqlı narazılıqlarına səbəb oldu, bağçalarda təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi. Bu müddət ərzində bağçalarda təşkilatçılıq və təzcihat işlərinin aparılmasında İcra Hakimiyyətinin heç də müsbət rolu olmadı. Əksinə zaman-zaman bağçalarda uşaqların təlim-tərbiyə işinin düzgün təşkil olunmadığı, orada qidalanması, gigenik-sanitar qaydaların və təzcihatın, normal olmadığı üzə çıxdı.

Bu son 10 ildə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılmış Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsi isə uşaq bağçaları və uşaq evlərinə ayrılan dövlət vəsaitlərinin böyük əksəriyyəti təyinatından kənarlaşdırdı. Məsələn son 10 ildə Bakı şəhərində fəaliyyət göstərən 348 dövlət məktəbəqədər təhsil müəssisələrinə, körpələr evi- uşaq bağçaları və uşaq evləri üçün dəftərxana və təsərrüfat mallarına, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərində kommunal kommunikasiya xətlərinin təmirinə, uşaq bağçaları və uşaq evlərində tikililərin cari və əsaslı təmirinə, abadlıq işlərinin aparılmasına, körpələr evi-uşaq bağçaları,uşaq bağçaları üçün yanğınsöndürən balonların doldurulmasına, müxtəlif tədbirlər üçün müxtəlif növ kostyumların alınmasına, uşaq bağçaları və uşaq evlərində maşın və avadanlıqların alınmasına, uşaq bağçaları və uşaq evlərində mebel və avadanlıqların alınmasına, yataq ləvazimatları və müxtəlif növ geyimlərin alınmasına, uşaq bağçaları və uşaq evləri üçün əyani vəsaitlərin, mətbəx ləvazimatları və digər malların alınmasına, bərk inventarın, yumşaq inventarların alınmasına, digər alış və xidmətlərə görə hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. Lakin göründüyü kimi bağçalarda vəziyyət heç də ürəkaçan olmayıb və daim vətəndaşların narazılığı özünü göstərib.

Dövlət bağçalarındakı mövcud problemlərin yaranma səbəblərinin bu gün haradan qaynaqlandığını,bağçalara ayrılan dövlət vəsaitlərinin müxtəlif vəzifəli şəxslər tərəfindən mənimsənilməsi ilə bağlı olduğunu ortaya çıxarır. Bu müxtəlif vəzifəli şəxslər kimlərdir?

Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov və onun kadrı, vaxtı ilə Təhsil Nazirliyində iqtisadçı işləmiş, sonradan Bakı şəhər İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri olmuş Eldar Yunusov. Hansı ki, Hacıbala Abutalıbov bu şəxsi 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılan Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsinin rəisi təyin etdi. Eldar Yunusov isə bu fürsətdən istifadə edərək Bakı şəhərində fəaliyyətdə olan uşaq bağçaları və uşaq evlərinə olmazın zərbə vurdu. Belə ki, dövlət büdcəsindən uşaq bağçalarının saxlanılması, uşaq bağçaları və uşaq evlərində mebel və avadanlıqların alınması, yataq ləvazimatları, uşaq evlərinə elektrik avadanlıqları üçün mühərriklərin satınalınması, uşaq evlərində elekrik avadanlıqlarının təmirinin satın alınması, tədbirlər üçün müxtəlif növ kostyumların satınalınması, uşaq bağçaları və uşaq evlərində tikililərin cari və əsaslı təmiri, abadlıq işlərinin, kommunal kommunikasiya xərcləri kimi işlərə ayrılan vəsaitlərin böyük əksəriyyəti təyinatından kənarlaşdırılıb. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız təqribi hesablamalara görə Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsi təkcə 2020-ci ildə yuxarıda sadalanan xidmətlər üçün 40 milyon manatdan çox vəsait ayırıb. Maraqlıdır son 10 ilədə bu məqsədlərlə nə qədər büdcə vəsaiti ayrılıb. 2020-ci ilə ayrılmış vəsaitlə götürsək son on ildə Bakı şəhərində uşaq bağçalarına 400 milyon manata yaxın vəsait ayrılıb. Biz hələ məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatına ayrılan vəsaitləri buraya əlavə etməmişik.

Onu əlavə edə bilərik ki, 2018-ci ilin noyabr ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan az sonra Eldar Əzizov məktəbəqədər təhsil müəssisələrində yoxlamalar aparılmasına göstəriş vermişdi və bir sıra uşaq evi,uşaq bağçalarında standartlara uyğun olmayan ərzaqların verildiyi aşkar olunmuşdu. Bununla bağlı keçirdiyi müşavirədə Eldar Əzizov Bakı Şəhər Məktəbəqədər Təhsil və Uşaq Evləri İdarəsinin rəhbərliyinə, yəni Eldar Yunusova ciddi xəbərdarlıq etmişdi. Bəs Eldar Əzizov sabiq başçının bir çox kadrlarını vəzifələrindən kənarlaşdırdığı kimi, Eldar Yunusovu nə üçün Uşaq Evləri İdarəsinin müdiri vəzifəsindən çıxara bilmədi? Əldə etdiyimiz məlumatlara görə Eldar Əzizov hələ də Eldar Yunusovun bu vəzifə başında durması üçün əmr verməyib. Bəs Eldar Yunusov tutduğu vəzifəni hansı əsaslarla icra edir?

Əldə etdiyimiz məlumatlara görə Eldar Yunusov son 10 ildə təkcə dövlət büdcəsini talamayab. Burada bağçalara uşaqların qəbulundan tutmuş, adı bir xadimənin işə qəbuluna qədər hər şey rüşvətlə həll olunub. Bundan başqa hər ay uşaqların valideynlərindən hər bağçanın müəyyən etdiyi pullar da var ki, müəyyən faizi Eldar Yunusova çatıb. Bir sözlə, Eldar Yunusovun paytaxtın müxtəlif ərazilərində yerləşən çoxsaylı obyektlərə malik olması, onun məmur fəaliyyətindən daha çox uşaq bağçalarından toplanan pullar əsasında bizneslə məşğul olduğunu deməyə əsas verir.

Məlum olduğu kimi uşaq bağçalarının Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrinin demək olar ki. əksəriyyətində ciddi yoxlamalar aparıldı. Yol verdiyi ciddi nöqsanlara görə bir çox uşaq bağçalarının müdirləri vəzifələrindən kənarlaşdırıldı. Bəs bütün bu nöqsanların başında duran Eldar Yunusovdan nə üçün hesab sorulmadı? Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrini bürümüş korrupsiya hallarından Eldar Yunusov canını necə qurtara bildi. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onunla bacara bilmədi, yoxsa…

Qeyd etdiyimiz kimi son 10 ildə Eldar Yunusov bağçalardan əldə etdiyi gəlirlər hesabına bir klan sahibinə çevrilmişdi. Ona bu işlərdə kimlər yardımçı olub. Bununla bağlı əldə etiyimiz məlumatlara növbəti yazıların birində qayıdacağıq. Bir versiya daha var. Ola bilsin ki, son 10 ildə uşaq bağçalarından topladıqları Eldar Yunusovun əlindən alınıb. Elə ona görə də azadlıqdadı.(aktualinfo.org)
 
Ardını oxu...
İcbari Tibbi Sığorta ilə bağlı özəl klinikalarda əməliyyata gedənlərdən bəzi klinikalar pul almağa başlayıblar. Belə klinikalardan biri də “Batıgöz” klinikasıdır.

"DogruXeber.az" PİA.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Sizə təqdim etdiyimiz videoda da bildirilir ki, “Batıgöz” klinikası və bir neçə digər klinikalar əməliyyat üçün xəstədən tələb olunan vəsaitin üçdəbir hissəsini tələb edirlər. Maraqlıdır ki, TƏBİB-də bu məlumatı təsdiqləyib və bildirilir ki, TƏBİB-lə icbari sığorta ilə bağlı müqavilə bağlayan bir neçə klinika xəstələrdən pul alırlar. Bəs bu, qanuna nə qədər uyğundur?



Xatırladaq ki, redaksiyamıza “Batıgöz Azərbaycan” klinikasının icbari sığorta ilə əməliyyat olunan xəstələrdən əlavə pul alması ilə bağlı bir neçə şikayət daxil olub.

Məsələ ilə bağlı TƏBİB-in açıqlama yayması və bəzi klinikaların xəstələrdən əlavə pul almasının nə qədər qanunauyğun olması ilə bağlı açıqlama verməsi doğru olardı. Digər tərəfdən, TƏBİB-lə “Batıgöz” klinikası və digər klinikalar arasında imzalanan müqavilədə xəstələrdən əlavə pul alınması nəzərdə tutulubmu?

Qeyd edək ki, “Batıgöz Azərbaycan” klinikası 2021-ci ildə Türkiyədə fəaliyyət göstərən Batıgöz Sağlıq Qrupu tərəfindən açılıb. Qrupun İdarə heyətinin rəhbəri Mehmet Söylerdir.
Ardını oxu...
Şahməmmədova Mətanət Balaş qızı “Buta Estetik Klinikası”nda etdirdiyi əməliyyat nəticəsində külli miqdarda dəymiş zərər və ziyanla bağlı Nərimanov rayon Polis idarəsinə müraciət edilməsi ilə bağlı məlumat vermişdir. Məlumatda həmçinin qeyd edilir ki, əməliyyatı həyata keçirən həkim Cəmil Bədəlov Rəşid oğlunun Estetik əməliyyatlarda iştirak etməsinə heç cür aldığı təhsil imkan vermir.

"DogruXeber.az" “Soztv.az”a istinadən xəbər verir ki, aparılan jurnalist araşdırması zamanı “Buta Estetik Klinikası”nın baş həkimin müavini Namiq İbrahimov aparılan danışıqlar zamanı rəsmi diplomun olmaması və qanunsuz cərahi əməliyyatlara izin verilməsi ortaya çıxıb. “Soztv.az”-ın Baş Redaktoru Nazim Cəmiloğlunun şəxsən özünün apardığı araşdırmadan müəyyən edilən faktlara heç bir möhtəbər cavab təqdim edə bilməyən müavin Namiq İbrahimov şifahi olaraq Cəmil Bədəlovun əməliyyat keçirməsinə Moskvadan icazənin olduğunu bildirməsi ilə kifayətlənmişdir. Lakin N.İbrahimov unudur ki artıq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi var. Azərbaycanda fəaliyyət göstərilməsinə Moskva deyil, Azərbaycan dövlət orqanları razılıq verir. Müavinin təvəkülündə hələdə Azərbaycan Rusiyyanın müstəmləkəsi kimi qaldığından Moskva dedi bitdi kimi düşüncə hökümranlıq edir. Saxta yollarla arayış təqdim edən klinika rəsmi diplom olmadan cərrahi əməliyyat keçirməsinə dair rəsmi sənədləri Səhiyyə Nazirliyinin təsdiqindən sonar fəaliyyətinə izin verilməlidir. Amma görünən odur ki, “Buta Estetik Klinikası” Diplomsuz və rəsmi icazəsi olmayan Cəmil Bədəlovun “Buta Estetik Klinikası”nda fəaliyyətinə izin verməsi, 2 saata yaxın müddətə başqa xəstə çağırışına gedərək Mətanət Şahməmmədovanı əməliyyat masasında qoyan bir həkimin fəaliyyətinə razı olan rəhbər şəxslər qanunları tanımır desək yanılmarıq. Əgər vətəndaş şikayətçi olduğu halda bir klinika həkimin fəaliyyətinin araşdırılmasına rəvac vermirse bu şəxsi maraqları insan sağlamlığından yüksək tutmağın göstəricisi olaraq qəbul edilmədir. Yanlış gedən nədir? Bu klinikada nələr baş verir…? Bu kimi suallarımıza cavab tapmaq üçün vətəndaş müraciətini tam şəkildə araşdırmaq qərarındayıq.
Ardını oxu...
Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovanın daha bir əməlinin üstü açılıb.

32gun.az-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, N.Həsənova hələ Samux rayon Təhsil Şöbəsinin müdiri olarkən “ölü canlar” metodundan istifadə edib.

Redaksiyaya daxil olan məlumatda iddia olunur ki, sabiq şöbə müdirinin “ölü canlar”ından biri də İsmayılova Məsmə Arzuman qızı adlı şəxsdir.

Sözügedən qadının adı son 4 il Samux rayon Təhsil Şöbəsində xadimə kimi göstərilib. Lakin həmin qadın 2 ildən çoxdur ki, ölkə xaricindədir, Fransada yaşayır.

Məsələnin üstü açıldıqda isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən 1 iyul 2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Saytımıza verilən məlumatda bildirilir ki, Məsmə İsmayılova xaricdə yaşadığı halda onun adına olan müqavilələr saxta yolla keçmiş Samux rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən Nurlana Həsənovanın göstərişi ilə hazırlanıb, imzalanıb.

İddiaya görə, həmin qadının adına olan əmək haqqı kartı da məhz Nurlana Həsənovada olub.

Xatırladaq ki, bir müddət öncə indiki Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovaya məxsus qoyun-quzular Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbin həyətində otarılması barədə məluma vermişdik.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Sahibkar Ülvi Əliyev “Bakı Ağ Şəhər Ofis Binası” MMC tərəfindən külli miqdarda ziyana məruz qaldığını iddia edir. Onun sözlərinə görə, şirkətlə iaşə obyekti ilə əlaqədar bağladığı icarə müqaviləsinin şərtlərinə əməl olunmayıb. Nəticədə sahibkarın restorana yatırdığı 320 min manatlıq investisiya batıb.

TEREF.AZ-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Ü.Əliyev bildirib ki, 2018-ci ildə “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə Nobel prospektində yerləşən 422 kv metrlik restoran üçün illik 75 960 manatdan icarə müqaviləsi bağlayıb: “Müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixdən qüvvəyə minməklə 31 avqust 2028-ci ilədək müəyyən edildi. Restoranın işlək vəziyyətinə gətirilməsi üçün, ümumilikdə 319 112 manat xərc çəkmişəm. Həmin xərcə restorana mənim tərəfimdən alınan avadanlıqlar daxildir. 2020-ci ilin martından etibarən dünyada baş verən COVID-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalarla əlaqədar, restoranın da fəaliyyətini dayandırmaq məcburiyyətində oldum.

Pandemiya vaxtı onlayn fəaliyyətin davam etdirilməsi mümkün olmadı. Buna baxmayaraq, mülkiyyətçi tərəfindən icarə haqqının ödənilməsi tələb olundu. Pandemiya vaxtı bəzi aylarda icarə haqqını şəxsi vəsaitim hesabına ödəsəm də, restoran fəaliyyət göstərmədiyindən icarə haqqını tam şəkildə ödəyə bilməmişəm. Bundan sonra, mənə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və restoranı qısa zaman ərzində boşaldaraq təhvil verməli olmağımla bağlı xəbərdarlıq məktubları göndərdilər. Mən icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major hallarının olması (pandemiya) ilə əlaqədar icarə haqqından borcumun yarandığını, ümumiyyətlə qanunvericiliyin və müqavilənin tələblərinə əsasən mənim restoranı təhvil verməyim üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduqlarını bildirirdim. Lakin, buna baxmayaraq restoranı təhvil verməyim üçün təhdidlər edərək hədə-qorxu gəlirdilər”.

Şikayətçi deyir ki, 20 dekabr 2021-ci ildə restorana gələndə MMC rəhbərliyi tərəfindən restoranın qapılarının bağlandığını görüb: “Bundan sonra onlarla əlaqə saxladığımda mənə və işçilərmə restorana girməyin qadağan olunduğunu, onlara olan icarə haqqı borcunu ödədikdən sonra restoranda mənə məxsus olan avadanlıqları mənə təhvil verəcəklərini bildirdilər. Bu günədək dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə qarşı qanunsuz əməllərinə davam edirlər. Artıq mənə məxsus olan avadanlıqların hamısı yararsız vəziyyətə düşüb. Böyük çətinliklə 319 112 manat xərc əsasında yaratdığım restoranın qanunsuz əməlləri nəticəsində yararsız vəziyyətə salaraq mənə külli miqdarda zərər vurmaqla yanaşı, orada işləyənlər də işsiz qoyulub. Restoran bağlanarkən təxminən 8000 manat həcmində ərzaq məhsullarını belə dəfələrlə xəbərdarlıq etsəm də, mənə təhvil verməkdən imtina edirlər”.

Ülvi Əliyev bildirir ki, o, “Baku Food” MMC-nin rəhbəri olaraq bu işdən 327 112 manat ziyan görüb. Sahibkar məsələ ilə bağlı Bakı Kommersiya Məhkəməsinə də müraciət edib. “Bakı Ağ Şəhər Ofis Binası” MMC də məhkəmədə qarşılıqlı iddia qaldıraraq Ü.Əliyevdən ödənilməmiş ayların icarə haqqını istəyir.

Məsələ ilə bağlı “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Eyni zamanda sorğumuza cavab ala bilmədik.

Hazırda iş məhkəmə araşdırması mərhələsindədir.
 
Ardını oxu...
Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdəki dəmir yolları “Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsləri tərəfindən sökülərək relslər və digər metal materillar satılıb. Bu barədə PİA.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 34 illik əmək fəaliyyəti olan, I Qarabağ müharibəsi iştirakçısı, İnfrastruktur Departamentində 9 saylı Mincivan Yol Sahəsinin 3 nömrəli Horadiz məntəqəsinin keçmiş yol ustası Bayraməli Mirzəyev tərəfindən məlumat verilib.

Ardını oxu...

Qeyd edək ki, Bayraməli Mirzəyev bu talanda iştirak etmək istəmədiyinə görə, 9 saylı Mincivan Yol Sahəsinin rəisi Teymur Yusifov tərəfindən şərlənərək işdən azad olunub. Məhkəməyə şikayətindən sonra işinə bərpa edilən Bayraməli Mirzəyev yenidən Teymur Yusifovun qanunsuz tələbləri ilə üzləşib və bununla bağlı rəhbərliyə məlumat verib. Maraqlıdır ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Xidmət rəisi Xəlil Alışov Teymur Yusifovun işğaldan azad olunan ərazilərdə dəmir yolu relslərini doğrayaraq satması ilə bağlı sübutlarla təmin olunmuş məlumatı aldıqdan sonra Teymur Yusifova qarşı heç bir tədbir görməyib, əksinə qısa müddətdə Bayraməli Mirzəyev bir daha şərlənərək işdən azad olunub.

Bayraməli Mirzəyev redaksiyamıza bildirib ki, hazırda Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində olan neytral zonada qalan dəmir yol relsləri doğranaraq “Kamaz”larla naməlum istiqamətə daşınıb və bu işlər birbaşa “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Xidmət rəisi Xəlil Alışovun tapşırığına əsasən 9 saylı Mincivan Yol Sahəsinin rəisi Teymur Yusifov tərəfindən həyata keçirilib.

Aşağıda sizə təqdim etdiyimiz şəkillər 8 oktyabr 2021-ci ildə Cocuq Mərcanlıda çəkilib. Şəkildə gördüyünüz maşın Teymur Yusifovun xidməti maşınıdır və sağdakı şəxsdə odur. Ondan bir qədər kənarda isə dəmir yolu relsləri doğranaraq maşına yüklənir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Həmin relslərin yararlı olduğunu qeyd edən Bayraməli Mirzəyev qeyd edib ki, doğranan relslər Xəlil Alışovun və Teymur Yusifovun bildikləri ünvanlara daşınıb. Relsləri söküb doğrayan fəhlələrin isə pulları belə verilməyib.

Ardını oxu...
Relslər ərazidən daşınırkən maşınlar Cəbrayıl polisi tərəfində saxlanılb. Polisə Teymur Yusifovun imzası ilə saxta sənəd təqdim olunub, lakin Cəbrayıl polisi həmin sənədi qəbul etməkdən imtina edib və bildirilib ki, dəmir yolu relslərinin doğranaraq ərazidən çıxarılması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin imzalayıb möhürlədiyi sənəd olmalıdır. Daha sonra əraziyə dəmir yolu polsi gəlib və nə baş veribsə, bundan sonra baş verib. Çünki dəmir yolu polisi gələndən sonra doğranmış relslə dolu maşın sərbəst buraxılıb.

Bundan başqa Bayraməli Mirzəyev bildirib ki, Teymur Yusifov davamlı olaraq saxta sənədlər tərtib edir. Tərtib olunan saxta sənədlərdən birini də redaksiyamıza təqdim edib.

Ardını oxu...
Şəkildə gördüyünüz akt 2019-cu ildə Bayraməli Mirzəyevin birinci dəfə işdən çıxarıldığı zaman tərtib olunub və Horadiz məntəqəsini əhatə edən yollarda aşkar olunan çatışmamazlıqla əlaqədardır. Aktda göstərilir ki, həmin yollarda R50 tipli relslər olub. Halbuki həmin yollarda R43 tipli relslər olub və bir ildən sonra yolların bərpası üçün relslər söküləndə də R43 olaraq rəsmiləşdirilib. Teymur Yusifovun Bayraməli Mirzəyevi birinci dəfə işdən çıxararkən dəyən ziyanı daha çox göstərmək məqsədi ilə edib. Halbuki köhnə yolların talanı ilə Teymur Yusifovun özü məşğul olub.

Qeyd edək ki, bu mövzu ilə bağlı birinci yazımızda Bayraməli Mirzəyevin iddiaları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu yollamışdıq. Bizə bildirilmişdi ki, məsələni araşdırıb məlumat verəcəklər. Aradan iki həftədən artıq vaxt keçməsinə baxmayaraq hələ də cavab ala bilməmişik. Odur ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən xahiş edirik ki, bizim sorğumuzu cavablandırıkən Bayraməli Mirzəyevin bu iddialarına da də aydınlıq gətirsinlər.
 
Ardını oxu...
 

"Yardımlı rayonundan yazırıq... Yardımlı rayonunda nə vaxt əməliyyat keçiriləcək..." Bu barədə DİA.AZ-a Yardımlıdan daxil olan müraciətdə deyilir.

Sakinlər adından yazılan müraciətdə qeyd olunur: "Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov və müavini Mahir Mirzəyev Yardımlı rayonunda çox "abadlıq işləri" görüblər. Biri Mahir Mirzəyev... 3 mərtəbəli villa tikdirib özünə... Ayaz Əsgərov da Yardımlı rayon İcra Hakimiyyətinin yeni inzibati binasının yanında özünə gözəl bir villa tikdirib...

Belə çıxır ki Yardımlı xalqı bilmir abadlıq işşləri nədir... Tenderlərdən ayrılan pular "abadlıq" adı altında Mahir Mizəyevin və Ayaz Əsgərovun özləri üçün nəzərdə tululmuş büdcə vəsaitiymiş....

Hörmətli Maliyyə Nazirliyinə müraciət edirik: Bundan sonra Yardımlı rayonuna abadlıq üçün pul ayıranda xüsusi maddədə qeyd edin ki, Yardımlı rayon İcra Hakimiyyəti Başçısı Ayaz Əsgərova və müavini Mahir Mirzəyevə bu pullar halaldır..."

"Yardımlı bu acgöz məmurların əlində qalıb..." deyən müraciət müəllifləri ölkə rəhbərliyindən kömək istəyir, Yardımlıda xüsusi araşdırmanın aparılmasının vacib olduğunu diqqətə çatdırırlar.

Daha sonra müraciət müəllifləri ağır ittihamlar səsləndirirlər ki, bütün bunlarla bağlı xüsusi araşdırmaya və dəqiqləşdirmələrə ehtiyac var.

DİA.AZ olaraq iddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, qarşı tərəf susmağa üstünlük verdi.

DAVAMI VAR...

Növbəti yazımızda səslənən ittihamlara aydınlıq gətirməyə çalışacağıq... Bizi izləməkdə davam edin...

DİA.AZ

 

XalqXeber.Az
Ardını oxu...
“Oğlum Abdullayev Nurlan Rasim oğlu 2016-cı ildə baş verən aprel döyüşlərinin iştirakçısı olub və Talışkənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Mən özüm də 1-ci Qarabağ müharibəsininin iştirakçısı və müharibə veteranıyam. Ölkə başçısı hər zaman öz çıxışlarında məmurlara xəbardarlıq edir ki, şəhid ailələri, onların yaxınları və övladlarını incitməyin, onlara xüsusi diqqət göstərin və problemləri ilə yaxından maraqlanmağa çalışın. Ancaq təəssüf ki, bir şəhid ailəsi olaraq, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadədən bu xususi diqqət və qayğını görə bilmirik”.

Bunu “AzPolitika.info”-ya müraciətində Zərdab rayon Böyük Dəkkə kənd sakini Şəhid atası Abdullayev Rasim Tapdıq oğlu bildirib.
Ardını oxu...
Şəhid atası dövlət qurumlarının məsələyə etinasız yanaşmalarından şikayətlənir: “Mənə təyin edilmiş 2-ci qrup əlilliyim qanunsuz olaraq dayandırıldı. Buna görə də işlə təmin olunmaq üçün, həyat yoldaşımla birlikdə Məşğulluq Mərkəzində qeydiyata alındıq. Burada bizə “tez bir zamanda işlə təmin olunacaqsınız” deyilsə də, bir ildən çoxdur ki, heç bir işlə təmin olunmamışıq”.

Şikayətçi bu problemlə bağlı İcra Hakimiyyətinə yollandığını və orada xoş olmayan münasibətlə qarşılaşdığını bidirir: “İşlə təmin olunmadığım üçün, qaynım 1-ci qrup Qarabağ müharibəsi əlili Qaraoğlan Mustafayevlə birlikdə Zərdab Rayon İH-də başçının müavini Pərvin Mahmudovanın qəbulunda olduq. Həmin vaxt İcra başçısının müavini Pərvin Mahmudova öz otağına Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Zinhar Bayramovu çağırdı. Zinhar Bayramov söhbət əsnasında qaynımın “Bunun işinin adı nədir?” sualından bərk əsəbləşərək, bizi nalayiq ifadələrlərlə təhqir etməyə başladı. Üzərimizə hücum çəkərək, bizi döyməyə cəhd etsə də, Pərvin Mahmudova buna imkan vermədi və bizi itələyərək, otaqdan çıxardı. Beləcə təhqir olunaraq, İH-nin binasından qovulduq. Mən ilk növbədə bu hadisəni şəhid övladımın ruhunu qarşı edilən hörmətsizlik kimi qəbul edirəm”.

“Mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayaraq, mənim və yoldaşımın müvafiq işlə təmin olunmağımızda köməklik göstərilməsini həmçinin bizi təhqir etdirib, döydürtmək istəyən Zinhar Bayramov barəsində müvafiq tədbir görülməyini xahiş edirəm”,- şikayətçi bildirib.

Şikayətdə adları çəkilən şəxslərin də mövqeyini işıqıandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Ötən il küləyin vurub yerə saldığı elektrik naqillərinə ilişən qoyunlarımızı cərəyan vurub öldürdü. Uşaqlar məktəbə gedib-gələndə bəzən elektrik naqillərinin üzərindən hoppanıb keçirlər. Bizim həyətə dönən yolda da tez-tez naqillər qırılıb yerə düşür, qaranlıqda görmək mümkün olmur”.

Lerikin Soru kənd sakinləri Meydan TV-yə kəndi ağuşuna almış sosial problemlərdən danışıblar. Onların iddiasına görə, uzun illərdir ki, kənddəki işıq, yol, su kənddəki enerji paylayıcısı çoxdan ömrünü başa vursa da, təzəsiylə əvəz olunmur. Nəticədə, sakinlər kənd içində canlarını dişlərinə tutub gəzirlər.

Ardını oxu...
“Elektrik naqilləri yerlə sürünür”

Kənd sakini Şərif Nəsirli danışır:

“Transformator köhnədir, tez-tez partlayır, azca külək əsən kimi işıq dirəkləri çökür, çürük naqillər qırılıb yerə düşür. Yağışlı günlərdə bu, insan həyatı üçün daha təhlükəli olur. Yer yaş olduğundan naqillərin düşdüyü ərazinin yaxınlığından keçənləri cərəyan vurur”.

Sakin deyir, külək işıq dirəklərini aşıranda aidiyyəti qurumların işçiləri çağırışa gəlmədiklərinə görə özləri qaldırıb yerinə bərkidir, naqilləri də dirəklərə sarıyırlar:

“Axşam qırılır, düşür yerə, qaranlıqda telefonun fənərini tutub gəzirik, qorxuruq ki, tapdalayarıq, cərəyan vurar. Ən çox da uşaqlar üçün qorxuruq. Qaş qaralanda küçəyə buraxmırıq”.
Ardını oxu...
Təzə məktəbə köhnə yollarla…

Kəndiçi yollar da palçıqlıdır. Sakinlər pul toplayıb yolu təmir ediblər, ancaq bu işlər də yarımçıq qalıb:

“Şəhid ailəsinə verilən qanpulu da yolun təmirinə getdi. Ancaq dövlət özü bu işlə məşğul olmasa, kasıb kəndlinin qaldıracağı yük deyil bu… Hər gün uşaqlarımız bu yollarla məktəbə gedib-gəlməli olurlar”.

Məktəb demişkən, Soruda heç əməlli-başlı məktəb də yoxdur. Azyaşlılar köhnə, soyuq sinif otaqlarında təhsil alır.

Soruda qaz, su problemi də mövcuddur. Əsasən də yay aylarında kəndlilər nə suvarma, nə də içməli su tapırlar. Bir sözlə, 1500-dən çox əhalisi olan kənd problemlərin məngənəsində sıxılır.

Ardını oxu...
Şərif Nəsirli. Foto: Meydan TV

Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, oktyabrın əvvəli icra hakimiyyətinin başçısı Əkbər Abbasov Soru kəndində növbəti dəfə səyyar görüş keçirib, kəndlilərin problemlərini dinləyib, bu problemlərin həlli üçün aidiyyəti qurumlara müraciət olunub.

“Azərişıq” ASC-dən isə bildirilib ki, kəndin işıq problemiylə bağlı məlumatları var və problemləri yerində daha ətraflı öyrənmək üçün bir neçə günə kəndə nümayəndələr göndəriləcək.

Meydan TV
 
 
 

Dünyapress TV

Xəbər lenti