Ardını oxu...
Qısa məlumat üçün haqqında bəhs edəcəyimiz Xəzər rayon səhiyyəsi ilə bağlı onu deyə bilərik ki, rayonda 4 birləşmiş şəhər xəstəxanası, 2 vərəm xəstəxanası və 1 dispanser, 5 uşaq sanatoriyası, 1 şəhər poliklinikası, 1 Müalicə Diaqnostika mərkəzi, 1 Uşaq reabilitasiya xəstəxanası, 1 Səhiyyə Nazirliyinin Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzi, 1 özəl klinika və 4 özəl müalicə diaqnostika mərkəzi, 2 müharibə əlilləri və veteranları üçün pansionat, 1 müharibə veteranları xəstəxanası, 3 kurort-müalicə sanatoriyası və 2 psixo-nevroloji Sosial Müalicə müəssisəsi, 1 stomatoloji poliklinika fəaliyyət göstərir.
Bəli, konkret mövzumuz isə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 14 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə, daha dəqiq desək, xəstəxananın baş həkimi Sultan İbrahim oğlu Əliyevin fəaliyyəti ilə bağlıdır. Məlumat üçün onu da qeyd edək ki, Sultan “doxtur” uzun illər Səhiyyə Nazirliyində şöbə müdiri, sonra Hematologiya və Transfuziologiya İnstitutunun direktoru vəzifəsində işləyib. Sonradan “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzə baş həkim təyin olunub. “Semaşko”da çalışdığı illərdə Sultan Əliyev sözün həqiqi mənasında oliqarxa, milyonçuya çevrilib. Onu da qeyd edək ki, bu tibb müəssisəsində 1000-ə yaxın çarpayı var, ümumi 2000 nəfərə yaxın işçi var, onlardan 500 nəfəri həkim, 800 nəfəri orta tibb işçisi, 700 nəfəri isə kiçik tibb işçiləridir. Mərkəzə il ərzində 30000 xəstə gəlir, 10000 xəstə əməliyyat olunur. Hər şeyə kommersant kimi yanaşan Sultan Əliyevin aylıq gəlirini hesablasaq astronomik rəqəm alınar. Sultan Əliyev xəstədən müayinə üçün pul alan həkim barəsində müxbirin sualına belə cavab verir: O hadisə 3 ay öncə baş verib, özü də gecə vaxtı...
Sultan Əliyevdən soruşan olmur ki, 3 ay öncə, ya da 3 saat öncə, nə fərqi var..?
Rüşvəti gecə alıblar, ya gündüz, bunun fərqi varmı, ay Sultan doxtur..?
Yaxşı bütün bunları qoyduq bir kənara, bəs kollektiv niyə Sultan Əliyevdən cana doyub..?
Belə ki, xəstəxananın həkimləri, tibb personalı, texniki işçiləri dad edirlər ki, biz belə baş həkim görməmişik, bu özünü nazir kimi aparır, işçiləri saymır, ancaq şöbə müdirlərindən aylıq tələb edir. Təsəvvür edirsiniz, Sultan Əliyevin əlindən bezən həkimlər başqa özəl xəstəxanalara üz tuturlar. Vallah, Sultan Əliyev polis rəisi, prokuror olsaydı, bəlkə də onu başa düşmək olardı. Amma həkimin xəstələrdən, xüsusilə də işçilərindən özünü belə yekə tutması, həkim adına yaraşan hal deyil. Sultan Əliyev işçiləriylə sanki qul kimi danışır. Onlarla ünsiyyət qurmaqdan qaçır. Həkimlər xeyirxah olmalı, xəstəyə can yandırmalı sağlamların dostu olmalı, hamının sağalmasına ümid verməlidirlər. Sultan Əliyev isə sifətindəki “zəhrimar”, qəzəb ilə nəinki xəstələri, hətta sağlam həkimləri də sanki öldürür. Bu adam üçün ancaq mənfəət, gəlir var, qalanı boş şeydir. Xəstənin maddi imkanı aşağıdırsa, həmin xəstəyə qarşı münasibət də fərqli olur. İmkanı olmayan xəstəni tibb ocağına qəbul belə etmək istəmirlər. Hazırda 75 yaşı olan Sultan Əliyev öz əməllərini 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında davam etdirir.
Bəli, Sultan Əliyev haqqında yazılan şikayətlərə görə, o 2015-ci ildə “Semaşko” xəstəxanasının baş həkimi vəzifəsindən azad edilərək 14 saylıya baş həkim təyin olunub. Və o gündən Buzovna camaatının qara günləri başlayıb. Bu adamı başa salmaq olmur ki, dövlət xəstəxanasında tibbi xidmət pulsuzdur. Bu adam dərman preparatlarına görə dərman firmalarından da mənfəət əldə edir. Biz hələ xadimələrin əmək haqqından, həkimlərin maaşından, hər xəstəyə görə, baş həkimə verilən “bəxşeyiş”dən danışmırıq. Görəsən, 60 yaşında həkimləri “təqaüdə” göndərən səhiyyə rəhbərləri nə üçün yaşı az qala səksəni haqlamış, kommersant baş həkim Sultan Əliyevi unudublar.
 //gundelik-baku.com//

Ardını oxu...Salam sizə şikayətim Azərsudandır. Deməli yaşadığımız Sumqayıt şəhəri 9-cu mk/rayon, ev 10/27 daxil bütün mikrayon ərazisində illərdir biz daxil bütün mikrorayon sakinləri su üzünə həsrətdilər. 9-cu mk/rayondan başqa bütün şəhərdə fasiləsiz su gəlir. Sumqayıtda 9-cu mk/rayon Sumqayıtın ən böyük mərkəzi ərazisi olduğu halda bizdə suyu guya qrafiklə səhər saat 06:00-dan 10:00-dək təzyiqlə birdə axşam saat 18:00-dan 22:00-dək təzyiqlə verməli olduqları halda heç qrafiklə belə normal su gəlmir gün ərzində isə ümumiyyətlə su olmur. Dəfələrlə Sumqayıt Sukanal İdarəsinə zəng edib şikayət etdikdə gah təzyiq aşağıdır, gah qəza var düzəldəcəklər, gahda indi bildirərik suyu verərlər deyib yola verirlər. Nədənsə 9-cu mk/rayonun "Təzyiq problemi", "Qəza problemi" illərdir bitmir. Azərsu-nun 955 saylı call center-nə şikayət etdikdə isə operatorlar hər dəfə şikayəti qeydə alıb yönləndirdiklərini bildirirlər dəyişən heçnə yoxdur. Normal ölkələrdə kommunal xidmətləri bir neçə şirkət əhaliyə göstərir və bu şirkətlərin arasında güclü rəqabət olur nəticədə sakinlər ucuz qiymətə keyfiyyətli və fasiləsiz xidmət görürlər bizdə isə hər zaman kommunal xidmətləri bir şirkət göstərir ona görədə Azərsu kimi fantastik qiymətə əhaliyə su satmağı azmış kimi illərdir içməli adı altında çirkli su, paytaxt Bakı daxil bütün ölkə ərazisinini isə fasiləsiz su ilə təmin edə bilmirlər. Üstəlik indiyədək Bakı və Abşeronun əksər əraziləri daxil bütün bölgələrə su xətləri çəkilməyib maraqlıdır ki, heç bir iş görüb xərc çəkməyən Azərsu illərdir maliyyə hesabatlarında dövlətdən pul almaq üçün guya zərərlə işlədiyini göstərir. Bütün bu problemlərin kökündə isə bütün sahələrdə olduğu kimi monopoliya dayanır. Sağolun.

 
 
Ardını oxu...
Teref.az Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdüründən edilən şikayəti kiçik ixtisarla oxuculara təqdim edir:
Göyçay rayonu Bığır kənd sakini Hümbətov Asif Atəş oğlu tərəfindən

ŞİKAYƏT

Bildidirəm k, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan etsədə indiyə qədər onun barəsində qanunu tədbirlər görülmür.Səbəb kimi isə Şakir Əhmədovun talançılıqla əldə etdiyi pulun bir hissəsini yuxarı orqanlara xərcləməsidir.Beləliklə Şakir Əhmədov dövlət əmlakını talamaqda öz cinayətinə özündəndə yuxarı vəzifəli şəxsləri ortaq etmişdir.
Bu ortaqlıq fonunda Şakir Əhmədov cəzasızlıqdan dahada azğınlaşaraq cinayət əməllərini davam etdirməkdədir.Nəticədə də Göyçayın suvarma kanalları lildən qamışdan təmizlənmədiyi üçün kənd təsərrüfatına ciddi ziyanlar dəyir.

Şakir Əhmədov dövlət qəzetinə müsahibə verib qeyd edir ki, 6 ay ərzində 470 km uzunluğunda suvarma kanlları lildən qamışdan təmizlənib.Ancaq əslində bunlar sənədlər üzərinə yazılmış nağıllardır. 474 km kanallarda lildən təmizləmə işlərini yoxlamaq lazımdır ki, necə təmizlik aparılıb. Hər bir 1 metr kanala ən azından 1 manat xərclənəndə bu 474 000 (dörd yüz yetmiş dörd min) manat edir. Belə küllü miqdarda dövlət vəsaiti xərclənib, kanallar necə lildən təmizlənib ki, əhali yenə istifadə etməyə su tapmır.

Hunday markalı ekskavatorlar şəxsi işlərə cəlb edilərək hər gün Şakir Əhmədova pul qazandırlır.İdarə olunmayan avtomobillərə yanacaq yazılaraq pulu silinir.Suvarma kanallarda olan qurğuların , ekskavatorların təmiri adı ilə pullar silinir.Staj xatirinə adı işdə özləri uzaq ellərdə olan şəxslər var ki, maaş kartları Şakir Əhmədovun cibindədir.
Qarayazı beton kanalında əsaslı təmir zamanı, dəmir armaturdan istifadə edilməyib. Ancaq kanalın təmir üçün tərtib edilmiş lahiyə smetada betonlaşmada armaturdan istifadə edilməsi qeyd edilib.Bununlada Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov dövlətin küllü miqdarda vəsaitini mənimsəmişdir.
Şakir Əhmədov talançılıq yolu ilə əldə etdiyi kapital hesabına Göyçayda 5 mənzilə, 14 obyektə sahib olub.Bütün obyektləri icarəyə verib. Bakı şəhərində, Qəbələ və İsmayıllı rayonlarında mənzillər alıb.Bahalı avtomobillər isə göz qamaşdırır.
Bundan başqa Şakir Əhmədov sürücü Zaur Zülfüqarovun bütün qohumlarının adını işə yazdırıb. (Bəzi başqa iddialarda var.Lakin təhqir elementləri teref.az olaraq biz onları dərc etmirik.)

Prezident cənab İlham Əliyevdən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovdan və Göyçay rayon İcra Hakimiyyəti başçısı cənab Natiq Ağayevdən xahiş edirik şikayətdə qeyd edilən faktlar yerində yoxlanılsın və Şakir Əhmədovun barəsidnə ciddi tədbirlər görülsün.
Hümbətov Asif Atəş oğlu
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağqlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Gəncənin Savalan qəsəbəsində su problemi var. Savalan qəsəbəsi uzun müddət Göygöl rayonunun balansında olub. Ancaq o vaxt da, indi də problem problemliyində qalıb. DİA,AZ bildirir ki, "ölümümüzə razıyıq" deyə etiraza qalxan sakinlər yerli məmurların onları üsyana sövq etdiyini gizlətmirlər.

İçməli su üzünə həsrət qalan sakinlər tələbatlarını su maşınları və əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan gölməçələrə yığılan su ilə ödəyirlər. DİA.AZ bildirir ki, sakinlər aidiyyatı qurumların məsələyə biganə münasibətindən narazıdırlar. Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətindən məsələdən xəbərdar olduqlarını, qəsəbənin su probleminin həlli üçün perspektiv layihə nəzərdə tutulduğunu, sakinlərin suya olan tələbatının ödəniləcəyini dedilər.

Amma buna inanan varmı? Hər halda bu vaxta qədər hansısa tədbiri görməyən “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə və onun saxta diplomlu (bu barədə dia.az olaraq məlumatları təqdim etmişik -red.) rəhbəri Şöhrəddin Verdiyevə kimsə inanmır.

Ümid edək ki, xalqı hökumətə qarşı qaldıran bu kimi məmurlardan gərəkən qurumlar HAQQ-HESAB SORUŞACAQ...

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 
Ardını oxu...
Azərbaycanda bəzi hallarda borc qiymətli kağızları ehtiyac olmadan buraxılır nəticədə dövlət büdcəsindən faizlər ödənilir.

DİA.AZ xəbər verir ki, Hesablama Palatası 2023-cü ilin dövlət büdcəsi ilə bağlı rəyində Maliyyə Nazirliyinə dövlət istiqrazlarının buraxılması ilə bağlı iradını səsləndirib.

Palata xatırladır ki, 2022-ci ilin 8 ayında dövlət büdcəsinin gəlirləri 20 milyard 184,7 mln. manat və ya 101,8%, xərclər isə 18 milyard 151,9 mln. manat və ya 100,4% icra edilib, büdcə profisiti 2 milyard 032,8 mln. manat təşkil edib.

Büdcədə kəsir olmadığına görə, kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində daxil olan 576 milyon manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380,1 mln. manat vəsait büdcə qalığına yönəldilib.

Palata öz rəyində ehtiyac olmadığı halda dövlət istiqrazlarının buraxılmasını məqsədə uyğun saymır. Qurum bildirir ki, bunun nəticəsində dövlət əlavə faiz xərcləri ödəməli olur: «Əvvəlki rəylərimizdə də qeyd edildiyi kimi dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilmişdir ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalmış, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaratmış, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirmişdir».

Palatanın açıqlamasında o da bildirilirki, xarici dövlət borcunun ödənişinin daxili dövlət borcu ilə əvəzlənməsi təqdirində növbəti ilin büdcə layihəsinə uyğun olaraq büdcə kəsirinin maliyyələşdirilməsi və faktiki daxili borcun yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla təqribən 3 milyard manat dövlət qiymətli kağızlarının emissiyası tələb ediləcəkdir.

Bu bir tərəfdən büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir edir.

Digər tərəfdən, Palata hesab edir ki, dövlət istiqrazlarının buraxılması bank kreditlərinin real sektora ötürülməsinə mane olur, eyni zamanda geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımına şərait yarada bilər.
 
Ardını oxu...
Dünən ölkə mediasında bir hay-küylü xəbər oxudum: Ağcabədi Rayon İcra Hakimiyyətində yoxlama başlayıb... Maliyyə Nazirliyinin əməkdaşları hazırda icra hakimiyyətinin 2006-2019-cu il maliyyə dövrünü təftiş edirlər...
Həmin dövrdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov olub...
Sözün düzü, bu haylı-küylü xəbəri oxuyanda acı təəssüf hissi keçirdim. Bir söz var ee...deyirlər “İş işdən keçəndən sonra tuman bağını bərkidir..”
Yaxşı, üstündən 10-15 il keçəndən sonra icra başçısının fəaliyyətini yoxlamaq görəsən, Maliyyə Nazirliyinin ağlına haradan gəlib..?
Görəsən, Allah qoymasa, Hesablama Palatası nə vaxt Ağcabədi Rayon İcra Hakimiyyətinin fəaliyyətini yoxlayacaq..?
Yəqin ki, Hesablama Palatası da bir 10 ildən sonra bu barədə düşünəcək. Həqiqətən də mən anlamağa çətinlik çəkirəm ki, dövlət bu icra hakimiyyətinə bu illər ərzində 100 milyonlarla maliyyə vəsaiti ayırıb, ancaq bir dəfə də olsun yoxlama olmayıb. Mən gözəl bilirəm ki, Maliyyə Nazirliyi hansı quruma pul ayırırsa, əvvəlcədən o məbləğin müəyyən faizi “otkat” kimi geri qaytarılır.
Təsəvvür edirsiniz, bu nə deməkdir..? Bir dövlət qurumu o biri dövlət qurumundan rüşvət alır. Vallahi, görəcəkli günlərimiz var imiş. Yaxşı, sabiq icra başçısı Şahin Məmmədovun Samuxda, sonra Ağcabədidə, daha sonra Masallıda icra başçısı işlədiyi dövrdəki fəaliyyətini nə vaxt yoxlayacaqsınız, cənablar..? Bəlkə, 2050-ci ildə..?
Bütün bunlar onu göstərir ki, yoxlamaların idarə edilməsində bir sistemsizlik, pərakəndəlik var, yəni vahid yanaşma yoxdur. Kimsə gecə yatıb yuxuda nə görürsə, sabah yoxlamaya, təftişə başlayır. Nə isə, ruslar demişkən, heç vaxt olmamaqdan, gec olmaq yaxşıdır. Gec də olsa, Maliyyə Nazirliyi cənab sabiq icra başçısının 14 illik fəaliyyətini yoxlamaq qərarına gəlib. Necə, nə cür yoxlayacaqlar bilmirik. Amma... Əmması odur ki, əgər Maliyyə Nazirliyi həqiqətən də obyektiv, dürüst yoxlama apararsa, Şahin Məmmədovun həbsi qaçılmaz olacaq. Buna yüz faiz əminik.
Görəsən, Maliyyə Nazirliyinin məsul şəxsləri Şahin Məmmədovdan soruşa biləcəkmi ki, dövlətin imkansız ailələrə verdiyi sosial müavinət kartları sənin cibində nə gəzirdi..?
Görəsən, “finansist” cənablar, Şahin Məmmədovdan Ağcabədidə artezian quyularının qazlılmasına və su kəmələrinin inşasına ayrılan pulları mənimsəməsini ortaya qoya biləcəkmi..? Şahin Məmmədovdan soruşan olacaqmı ki, yerin altında olan 18 kilometr uzunluğunda alternativ çuqun boruları doğrayıb 1 milyon dollara satmısan, hanı o pullar..?
Şahin Məmmədovun şəhid əsgərimizin atasını döyməsini, sahibkar xanım pul vermədiyi üçün ona kəllə atmasını qoyaq bir kənara... Şahin Məmmədovdan Harami düzündəki torpaqlara görə, söylədiyi 4 diplomat pulu soruşan olacaqmı..?
Şahin Məmmədovdan soruşan olacaqmı, ölkədəki yüzlərlə obyekti, torpaq sahələrini, fermaları, Bakıda mənzilləri, Ağcabədi şəhərində böyük mağazaları, maşın yuma sexini, böyük mebel mağazasını, iri maşınların təmiri sexlərini, avtomobillərin ehtiyat hissəslərinin satış mağazasını, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexini, Alman qəsəbəsinin yerində beton zavodunu və aqlay sexini, Qarqar çayının yatağında daş, qum və çınqıl sexlərini və daha nələri hansı pulla alımısan..?
Biz hələ Şahin Məmmədovun Gürcüstandakı 1 milyon dəyərindəki villasını demirik. Həə, bax indi gəldik mətləb üstünə. Bəli, yuxarıda qeyd etdiyimiz kimi bu yoxlamalar illər öncə olmalı idi. Amma bu gün də gec deyil.
Bir şərtlə... Belə ki, Şahin Məmmədovun Samuxda, Ağcabədidə, Masallıda xalqdan və dövlətdən oğurladığı pullar, yüz milyonlar dövlətə qaytarılsa, buna yoxlama demək olar. Yoxsa, "xala xətrin qalmasın" yoxlama adı ilə “quş qoymaq”ın nə millətə, nə də dövlətə faydası yoxdur. Bir daha təkrar edirik ki, məmurlarda cəmləşmiş və dövlətimizin büdcəsi ilə bərabər olan pullar böyük təhlükə mənbəyidir. Şahin Məmmədov kimilər həbs olunmasa, həmin pullar müsadirə olunmasa, o boyda kapital xarici banklara, ofşor zonalara yol tapacaq.
Hətta bəzi məmurlar öz övladlarına xarici vətəndaşlıq alırlar ki, oğurladıqları pulları “əcnəbi övladlar”ının adına keçirsinlər və müsadirə olunmaqdan sığortalansınlar.
P.S. Bir zamanlar "Çibuş Şahin" adı ilə tanıdığımız birisi bazarda yanıbalalı inəyə meylli olduğu üçün onu alaraq, gətirib bəsləməyə başlayıb. Görəsən, Şahin Məmmədov "Çibuş Şahin"i tanıyırdı? //gundelik-baku.com//
 
Ardını oxu...
“Səhhəti ilə bağlı” Təhsil nazirinin müavini vəzifəsindən azad olunan Məhəbbət Vəliyevanın rəsmi fəaliyyətinə son verilsə də özfəaliyyəti hələ də davam etməkdədir. Deputat Etibar Əliyevin təbirincə desək “5-ci kolonun görkəmli nümayəsndəsi” olan bu xanım zamanında təyin etdiyi kadrlar vasitəsilə paytaxtın təhsil sektorunu nəzarətdə saxlayır, istədiyi kimi idarə edir. Bakı məktəblərini direktorla təmin edən Z.Əliyeva adına liseydən pərvazlanan və “Məhəbbətin qüdrəti” ilə vəzifəyə gətirilən şəxslər bu gün də öz himayədarlarına hesab verir və əmrlərini yerinə yetirirlər. “Məhəbbətin qüdrəti”ylə vəzifəyə gətirilən BŞTİ-nin müdiri Mehriban Vəliyeva isə deyəsən 5-ci kolonun Azərbaycan təhsilini məhv etmə əməliyyatının son akkordlarını vurur. Çünki onun fəaliyyətinə başqa ad vermək mümkün deyil. İnsan öz xalqına, dövlətinə nə qədər düşmən münasibət bəsləməlidir ki, onun gələcəyi olan təhsil sistemini bu qədər qəddarcasına məhv eləsin. Belə düşünmək olar ki, bu xanımlar qəsdən ölkədə təhsil sistemində narazılıqlar formalaşdırır, Dövlət başçısının, Mehriban xanımın bu sahədə atdığı addımları sabotaj etməklə məşğuldurlar. Bu əməllərin isə təbii ki, maddi maraqarla yanaşı siyasi maraqları da var. Vəzifədən uzaqlaşdırılan, heç bir səlahiyyəti olmayan birisi necə olur ki, hələ də paytaxtın təhsil sektorunu idarə edir? Məgər Bakının təhsil sitemini Vəliyevalardan başqa kimsə idarə etmək iqtidarında deyilmi? Hansı qüvvədir ki, bunları toxunulmaz edir, nazirlik içərisində nazirlik statusunda saxlayır ? Hətta bunların özgüvəni, arxayınlığı o həddədir ki, artıq direktor təyinatlarını kabinetlərdə yox, saunalarda, masaj salonlarında aparırlar. Dəniz mövsümü başa çatdığı üçün yəqin ki, yeni “hamam mövsümü”ndə təhsilimizin gələcək perspektivləri müzakirə olunacaq, Qəttəzə təyinatlar olunacaq. Bütün bunlar Azərbaycan təhsili adına təhqir deyilmi? Toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi Vəliyevaların da yerini dəyişəndə heç nə dəyişmir. Ölkənin paytaxtında təhsil adına bazar açanları nədən heç kim durdura bilmir? Bəlkə Bakının təhsilini 5-ci kolona “arendaya” veriblər, xəbərimiz yoxdur.

Bu gün paytaxt məktəblərində qanunsuz təyinatlar, 65 yaş həddini keçənlərlə müqavilələrin uzadılması, büdcədən kənar daxil olan vəsaitlərin sərfiyyatında şəffaflığın gözlənilməməsi, məktəblərin təchizatında qiymətlərin reallığı əks etdirməməsi adi hal alıb. BŞTİ-də vətəndaşların qəbulu sadəcə təhqiramiz formada aparılır. Qəbul otağı olmasına baxmayaraq idarənin alimənsəbləri özlərinə zəhmət verib kimisə qəbul etmir. İstidə-soyuqda şikayətə gələnlər küçələrə səpələnir, yaxşı halda mühafizə aparan polislər tərəfindən yola verilir.

Bu gün paytaxtın təhsil sistemi Məhəbbət Vəliyevanın xeyir-duası, Mehriban Vəliyevanın rəhbərliyi, Fuad Babayevin “maklerliyi” (ifadə deputat Etibar Əliyevə məxsusdur) ilə məhv edilir. Göz görəsi Azərbaycan təhsilinə divan tutulur, 5-ci kolonun təxribatları reallaşdırılır. Amma…

Maraqlıdır ki, bütün bunları bu sahəyə bilavasitə cavabdeh olanların hamısı görməzdən gəlir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Deputat Etibar Əliyev və bir neçə təhsil ekspertinin dəfələrlə etdiyi çıxışlar, problemi işıqlandırmaları heç kimi narahat etmir. Sırf təhsil sektorunu kurasiya edənlər, cavabdeh olanlar deputatın, təhsil ekspertlərinin, geniş ictimaiyyətin dediklərinə heç bir reaksiya vermirlər. Milli Məclisin elm və təhsil komissiyası nədən həmkarlarının qaldırdığı problemlərə, səsləndirdiyi fikirlərə münasibət açıqlamır ? Prezident Aparatında bu sahəyə cavabdeh olanlar da «susmaq qızıldır» prinsipindən əl çəkmək fikrində deyillər.

Zamanında Ceyhun Bayramov tərəfindən təhsil sistemində yüksək vəzifələrə gətirilən, sonradan hörmətli Ceyhun müəllimin etimadını yerlə bir edən, müsbət reputasiyasına zərbə vuran vəliyevalar və onların komandası barədə tezliklə ciddi tədbirlər görülməzsə vəziyyət nəzarətdən çıxa bilər. Bütün fəaliyyəti ilə dövlətin təhsil siyasətini sabotaj edən, geniş ictimai narazılıq formalaşdıran, Azərbaycan təhsilini 5-ci kolonun təcrübə laboratoriyasına çevirən, Bakı məktəblərini böyük məhəbbətlə mehribancasına məhv edən qruplaşmaya qarşı ciddi tədbirlər görülməlidir. Mikayıl Cabbarova, Anar Ələkbərova müraciət edərək baş verənlərə təcili müdaxilə etmələrini, gələcəyimizi məhv etməyi hədəfləyən qruplaşmanın fəaliyyətinə son verilməsini təmin etmələrini xahiş edirik. Baş verənlərə susqunluq nümayiş etdirmək gələcəyimizə öz əlimizlə zərbə vurmağa bərabərdir. Biz hamımız övladlarımız-gələcəyimiz üçün narahatıq. Onların taleyi ilə oynayanları isə bu xalq, tarix bağışlamayacaq.
 //cumhuriyyet.net//
Ardını oxu...
 
 

 
Yasamal Rayonu Yeni Azərbaycan Partiyasının (YAP) sabiq sədr müavini Ramin Əhmədov yenidən lüks həyatı, şərablarla dolu masası ilə diqqət çəkib.

 

Hurriyyet.Az-ın məlumatına görə, hazırda "Media Araşdırmaları və Monitorinq Mərkəzi" İB-də çalışan R.Əhmədov şəkillərini hərkəsə açıq şəkildə paylaşmaqdan da çəkinmir.

Həmin fotoların bəziləri A.Qasımov sayəsində qazandığı “Bizbizə” restoranı”nda çəkilib.

Həmçinin Ərəbistandakı bahalı otellərin foyesində, xaricdəki disko klub və barlarda çəkilmiş fotolar da gözdən yayınmır.

Dəyər verdiyi "Galendvageni" də nümayiş etdirməkdən çəkinmir.

Qeyd edək ki, R.Əhmədov hazırda özünü mətbuatda Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi kimi təqdim etdirir.

Xatırladaq ki, rəsmi olaraq YAP-da sədr müavini olsa da mətbuatda gedən məlumatlarda adı Yasamal rayonu sabiq icra başçısı Arif Qasımovun "qara kassası", "vuran əli" kimi çəkilib. Çünki Ramin bəy uzun müddət kikboks idman növü ilə məşğul olub.

Mətbuatda gedən məlumatlarda qeyd edilir ki, sözügedən şəxsin onlarla bahalı obyekti, ticarət mərkəzləri, restoranları və mülkləri var. Məsələn, “Neftçilər” metrosu ətrafındakı bütün obyektlər, restoran və köşklərin hamısı adıçəkilən şəxsə məxsusdur.
Bundan başqa onun digər obyektləri aşağıdakılardır:

- “Praqa” restoranından “8-ci km bazarı”na kimi park və yol boyu bütün obyektlər;

- “Üzüm” restoranı;

- “Tayqa” restoranı;

- “Bizbizə” restoranı”

- “Port Baku” yaşayış kompleksində mənzil;

- Şüvəlan və Mərdəkanda milyonluq bağ evləri;

- Nizami rayonu ərazisində onlarla mənzil;

- Dəyəri 420 min dollar olan “Mercedes G 63 AMG” markalı maşın;

Məlumatda həmçinin bildirilmişdi ki, bu obyektlərin hamısı icarədədir və onların ən ucuzunun aylıq icarə haqqı 10 min manata bərabərdir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırq. //Hurriyyet.Az/
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


 

XalqXeber.Az
Ardını oxu...
Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin direktor əvəzi “Tomiyevlərlə” birləşərək müəsissəni necə biznes mənbəyinə çevirib?

TEREF.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına etibarlı mənbədən ilginc məlumatlar daxil olub.
Belə ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində heç kәslә razılaşmayan, heç kimi bәyәnmәyәn, öz bildiyindәn әl çәkmәyәn təkəbbürlü Almaz xanım Tomiyeva kollektivdə çalışan əməkdaşlarla münasibətdə demək olar ki, yuxarıdan aşağı baxır.Axı niyədə belə olmasın.Adamın qaynıoğlu Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavinidir.Barəsində bəhs etdiyimiz Almaz xanım Tomiyevanın 69 yaşı olsada hələ də onu tutuduğu kreslodan qopara bilən tapılmır.Bu müəsissədə yaş senzi təkcə Almaz xanımla bitmir.Digər yaşlı əməkdaaşlardan Əliyeva Validə 65, Mirvari 65, Nəzirə 65 və Qarayev Əli 69 olsada müəyyən məbləğlər müqabilində hələ də işlərində saxlanılır.
Azərbaycan vətəndaşlarının sağlamlığı üçün COVID-19 -la mübarizə aparan Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin əməkdaşlarına büdcədən ayrılmış olan vəsaitlərin mənimsənilməsi haqqında da söz–söhbət dolaşmaqdadır..Belə ki, sistemdə adları keçən tibbi personala yox vəsaitlər direktor əvəzi olan Hürrüyyət İsmayılova yaxın rəfiqələrinin adlarına yazdırlıb.
Bu koronovirusla mübarizəyə ayrılmış olan büdcə pullarının mənimsənilməsinə görə hətta baş buxalterlə direktor əvəzi xanım arasında qalmaqalda yaşandığı da bildirilir.
Koronovirusla mübarizə üçün Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinə verilmiş olan avtomobillər aylığa buraxılıb. halbu ki, bu maşınlara hər gün yanacaq və digər ehtiyyat hissələri verilməklə dövlət büdcəsindən xeyli miqdar vəsait silinir.
Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin (GEM) tabeliyində olan “Azsamand” markalı 99 PH 570 dövlət qeydiyyat nişanlı avtomobili Əliyev Tahir Ənvər oğlu idarə edir. Onun da idarə etdiyi maşın aylığa buraxılsada amma hər gün gəlib tabelə imza edib gedir.Sözügedən avtomobilin üzərində yazılmış olan GEM sözləri çıxarılaraq şəxsi əmlaka çevirilmişdir.Bu maşın Samux rayonun Əhmədbəyli kəndində şəxsi həyyətdə saxlanılır.
Ardını oxu...
GEM-də təmir-bərpa işləri bitmir ki, bitmir.Bəlkə büdcədən təmirlə bağlı vəsait ayrılıb?
Bu adla hər ay tibbi personaldan pul vəsaitləri toplanır.Əgər bu belə deyilsə xanım direktor əvəzi bu pulları hardan alıb xərcləyir?
GEM-də hansı ictimai obyektlərdən kimlər pul yığırlar?
Direktor əvəzi Hürriyyət İsmayılovanın yaxın rəfiqəsi olan Nərmin adlı işçi şəhərin şirniyat evlərini kurasiyasına rəhbərlik edir.
Emin adlı şəxsin də adı bərbərxana, gözəllik salonları və tibb müəsissələri və stamatoloji sahələr kurasiyasına daxil olduğu bildirilir.
“Burda mənəm, Bağdadda kor Xəlifə” deyən xanım direktorun zərif cinsdən ibarət olan komandasının yuxarıda sadalanan faktlarını yəqin ki, hüquq mühavizə orqanları araşdırıb lazımı ölçü götürəcəkdir.
Qarşı tərəfin də söz haqqını tanıyırıq.
Aylığa buraxılmış olan avtomaşınların videogörüntüsünü təqdim edirik:


 
 

 


Ardını oxu...
Bir neçə ay öncə FHN mətbuat xidmətinə istinadən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Xırdalan şəhərinin M.Ə.Rəsulzadə küçəsində vətəndaş Emil Səməndərov tərəfindən müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı ilə bağlı cumhuriyyet.az olaraq məlumat yayymışdıq. Göstərilən məsələlərlə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülmüşdü. Sözügedən obyektin videogörüntülərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırlrlq:

Məlumatda adı çəkilən E.Sıməndırovun adı bir neçə qalmaqallı olayda hallandırılıb. Belə ki, onun rəhbıri olduğu “Proqress 2016” MTK mənzili bir neçə nəfərə satmaqda ittiham edilərək barəsində istintaq hərəkətlərinə başlandığı xəbəri yayılıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Abşeron rayonunda inşa etdiyi binada payçılara qarşı saxtakarlığa yol verdiyi deyilən şirkətin işi nəzarətdədir. Əldə etdiyimiz bilgiyə görə, vətəndaşların şikayətindən sonra “Proqress 2016” MTK-nin məsələsi hüquq-mühafizə orqanlarının diqqətindədir.
Əgər araşdırmaların nəticəsində MTK rəhbərliyinin fırıldağa yol verdiyi təsbit olunarsa, dələduzluğa görə cinayət işi açılması istisna edilmir.
Şirkətin sahibi həm də “Hayan E” MMC-nin hüquqi sədri Səməndərov Emil Tofiq oğludur. Şirkət neçə ildir payçıları aldatmaqdadır. Hazırda aparılan araşdırmalar və müəyyən istintaq hərəkətlərindən sonra E.Səməndərovu, eynilə şirkəti nə gözlədiyi qeyri-müəyyəndir. Payçıların tələbi isə müqavilə əsasında öz mənzillərini təhvil almaqdır. Şikayətçilərdən birinin sözlərinə görə, 2018-ci ilin dekabrında 39 min Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb. Bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Şikayətçinin sözlərinə görə, müqaviləyə xitam verilməyib, digəri imzalanıb. Onların istintaq orqanlarından xahişi budur ki, bina Emil Səməndərov və adamlarından alınsın, haqq-ədalət bərpa olunsun. Digər payçı isə 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib. “Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bu minvalla bir mənzili bir neçə şəxsə satıb, indisə azadlıqda gəzir, heç kəsi eşitmir, saymır. Sakinlərin orqanlara və KİV-ə müraciətlərindən sonra məsələnin ictimailəşməsi “Proqress 2016” MTK-nın rəhbərini təşvişə salıb. O, dələduzluqda ittiham olunur və işi ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır. Lakin Bakıda ilk belə tikinti şirkətinin fırıldağı deyil.

İndiyə qədər “GEN” MMC, “Mur-Ay” MMC kimi onlarla şirkət yüzlərlə payçını müflis edib, pulunu mənimsəyib, sahibləri isə 10-12 il azadlıqdan məhrum ediliblər. “Proqress 2016”-dan narazılıq edən vətəndaşlar qeyd edirlər ki, əgər E.Səməndərov oxşar aqibəti yaşamaq istəmirsə, problemi yoluna qoysun. Sakinlər bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti məlumatlıdırlar.
Sakinlərin dediyinə görə, iş Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində Şəhriyar adlı rütbəli şəxsin nəzarətindədir, onun isə E.Səməndərovla yaxın əlaqəsi var və şirkət rəhbərini bu günə kimi qorumaqdadır. Sakinlər deyirlər ki, Vətən müharibəsi günlərində susublar, problemi qabartmayıblar, Orduya, dövlətə dəstək olaraq bir müddət gözləyiblər.
Şirkət rəhbəri elə adamdır ki, mühafizəçilərlə gəzir, ona yaxınlaşmaq mümkün deyil, qoluzorluları binanın fəhlələrindən də çoxdur.
Ümumiyyətlə, sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun (iş №1(001)-185/2018 saylı) hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib.
AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı. Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi. Emil Səməndərov binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən başqa insanlara satıb. Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər. Şikayətçilərin saytımıza dediyinə görə, Xırdalanda tikilən binanı təhvil vermirlər. Narazı vətəndaş Bənövşə Quliyeva deyir ki, “Emil Səməndərov, Kənan və Şəhriyar müəllim gəldilər ki, iki aya pulu qaytaracağıq, neçə ildir ki, vermirlər. Evi satıb kirayələrdə qalmışıq, nəvələrimlə sürünürük. Baş Prokurorluğun qəbuluna gəlmişik ki, bizı köməklik olunsun. Nə ev var, nə pul”.
Şikayətçi Adil Əliyev deyir ki, 2017-ci ildə mənzil alıblar: “Abşeron prokurorluğu dedi ki, gedin başınıza çarə qılın. Dəfələrlə qəbula gəlmişik. Kənan müəllim var, işə baxmırlar. Bizi aldadırlar”. Digər vətəndaşlar da Baş Prokuror Kamran Əliyevdən tədbir görülməsini xahiş ediblər. Video materialı təqdim edirik:

Bütün bu detallarla bağlı MTK rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Dünyapress TV

Xəbər lenti