Ardını oxu...
Biz bir media olaraq bütün araşdırma yazılarımızda təkcə problemləri sadalamaqla kifayətlənmirik. Və daha çox çalışırıq ki, problemin yaranma səbəblərini ortaya qoyaq, vətəndaşlara məsələ ilə bağlı hüquqi bilgilər verək. Ki, aldadılan vətəndaşlarımız az olsun, vətəndaşlar öz hüquqlarını müdafiə edə bilsin və s.
Ona görə də Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı oxucularımıza qısa bir bilgi verək. Mənzil-Tikinti Kooperativləri nədir?
Mənzil-Tikinti Kooperativləri fiziki və hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir. Mənzil-Tikinti Kooperativləri istehlak kooperativləri olmaqla, üzvləri əmlak pay haqları hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və müəyyən dövr ərzində binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsində iştirak edirlər. Mənzil-Tikinti Kooperativlərindən mənzil alarkən alıcı nələrə diqqət etməlidir?
Alıcı ilə kooperativ arasında müqavilə imzalanarkən:
1. Alıcı, kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməli;
2. Kooperativin müqaviləsini imzalayacaq vəzifəli şəxsin koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmalı;
3. Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və qeyd edilən kooperativə məxsus binada mənzil olduğuna tam əmin olmalı;
4. Müqavilədə mənzilin nə zaman və necə vəziyyətdə tikilib təhvil veriləcəyi göstərilməli;
5. Alıcı, mənzilin ödənişinin və borcunun olub-olmaması haqqında maliyyə arayışı tələb etməli;
6. Müqavilə üzrə ödənməli vəsaitlər kooperativin bank hesabına ödənməli, faktiki ödədikləri məbləğin müqavilədə və mühasibat sənədlərində tam əks etdirilməsini tələb etməli;
7. Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub – olunmadığı araşdırılmalıdır. Çünki binanın istismara təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir.
Nəticədə alıcı unutmamalıdır ki, kooperativin səlahiyyətli və tam hüquqlu üzvü (payçısı) olaraq tikinti bitdikdən sonra kooperativdən razılaşdırılmış mənzili almaq və ya tələb etmək hüququ var. Bəli, bu qısa bilgidən sonra keçək əsas problemə.
Redaksiyamıza müraciət edən payçı Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-nın payçıların başına açdığı oyunlardan şikayət etdi. Şikayətçinin dediyindən bəlli oldu ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və bizə müraciət edən vətəndaş həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq 98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru Əhmədov.S.R öz möhürü ilə təsdiq edib.
Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir. İkinci sənəddən bəlli olur ki, vətəndaş həmin binadan 2 otaqlı 93.5 kv.m sahəsi olan mənzili almaq üçün 65 min 450 manat pul köçürüb. Yenə 65000: 93.5 = 700 manat. Yəni yenə 1 kv.m-in qiyməti 700 manatdır. Bu mənzil üçün də MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.
Bəs yaxşı 13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..?
Bəli olur ki, MTK rəhbərliyi mənizlləri başqa birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz MTK rəhbərlərinə himayədarlıq edirlər.
Sözün düzü araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart” deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək” MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. Payçıların çoxu vaxtilə ödənişi ABŞ dolları ilə etdiklərini və son 10 ildə manatın məzənnəsinin necə dəyişdiyini deyərək, bu illər ərzində nə qədər ziyana düşdüklərini bildirirlər. Bəzi payçılar pullarını geri tələb edirlər.
Görəsən pul qaytarılsa, hansı kursla qaytarılacaq..? 2022-ci il, yoxsa 2009-cu il kursu ilə..?
Sözün qısası, Dərəçiçək MTK-nın sahibi Rauf Əliyev həbs olunmasa, problemlər həll olunan deyil.
gundelik baki com
 

Ardını oxu...
“Bir neçə il qabaq Sabail rayonunda "Qaçkınkom”un sədri işləyən Bəyverdi Novruzov bizə verilən pay torpaqlarını və gölü zəbt edərək orada ev tikdirdi. O, korrupsiya, dövlət əmlakını mənimsəmə faktına görə vəzifəsindən azad edilib və hətta həbs olunmuşdur. Sonradan həbs müddəti pul ilə əvəz olundu və azadlığa çıxdı”.

Bu barədə Masallı rayon Ərkivan kənd sakini İbrahimov Əlimərdan Əzim oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına göndərilən şikayət məktubunda qeyd olunur. Ə.İbrahimov deyir ki, B.Novruzov ona və digər vətəndaşlara aid pay torpağını qanunsuz yollarla ələ keçirib:

“Bəyverdi Novruzov mənə zəng vurdu ki, sənin, bir də qonşunun torpağını mən sənədlə almışam. Dedim ola bilməz, bu mənim pay torpağımdır. Həmin vaxtdan etibarən Bəyverdi Novruzov vətəndaşların pay torpağını mənimsəməklə məşğuldur. Torpağını vermək istəməyən vətəndaşlara isə hədə-qorxu gəlir. Ərkivan kəndində, bizim pay torpaqları olan ərazidə böyük bir göl var. Gölü də sənədsiz bir şəkildə hasarlayıb, mənimsəyib. Kəndin heyvanları oradan su içərdi, artıq bu mümkün deyil.

Bir neçə qonşumun və qardaşım oğlunun torpağını da zəbt edib. Bununla bağlı 8 ildir məhkəmə gedir. Məhkəmə davam etdiyindən qardaşım oğlunun torpağından hələlik əl çəkib, gəlib mənim və digər insanların torpaqlarını zəbt edir. Gətirib armatur basdırır, mən çıxardıb atıram, yenə gətirir basdırır. Təhqir, təhdid baş alıb gedir. DİN-in 102 xidmətinə dəfələrlə müraciət etmişik, amma şikayətimiz cavabsız qalıb”.

Ə.İbrahimov B.Novruzovun oğlundan da şikayətçidir:

“Oğlu Zaur Novruzov vəzifəsindən sui-istifadə edərək, mənim qazi oğluma dil uzadır. Oğlum müharibə iştirakçısıdır, qazidir. Mənim oğlum 37 gün torpağın altında qalıb ki, bunun kimi vicdansız, qansız insanlar dil uzatsın?! 37 gündən sonra torpağın altından çıxarılıb, o, ölə də bilərdi”.

Masallı sakini zəbt olunan torpağının geri qaytarılması üçün müvafiq qurumlara müraciət edir:

“Bəyverdi Novruzov deyir ki, mənim sənədim var. Onun sənədi varsa, bəs mənim sənədim nədir, görəsən?! Torpağı vermirəm deyə ərazinin qapısını balta ilə parçalayır, ziyan vurur, söyüşlər edir. Mən o insanın ailəmdən, torpağımdan əl çəkməsini istəyirəm. “Hürriyyət” vasitəsilə dövlət orqanlarına müraciət edirəm. Mənim pay torpağımı geri qaytarın. Kənd sakiniyəm, əkinçiliklə, heyvandarlıqla dolanıram”.

Əlimərdan İbrahimov deyir ki, Bəyverdi Novruzovun polkovnik olan qaynatası da məlum məsələylə bağlı ona təzyiq göstərir:

“Bəyverdi Novruzovun polkovnik rütbəsi daşıyan qaynatası da bizim üstümüzə hücum çəkir. Dincliyimiz yoxdur. Əlimizdə şəkillər, videolar var. Hansı qanunda yazılıb ki, kəndliyə verilən pay torpağını kimsə özbaşına ala və yaxud da qanunsuz sənədləşdirə bilər”?

Qeyd olunan iddialarla bağlı Bəyverdi Novruzovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Oğlu Zaur Novruzov isə deyir ki, sözü gedən torpaq sahəsi ilə bağlı atasında olan sənədlər tam qanunidir. Onun sözlərinə görə, əksinə, Əlimərdan İbrahimovun bələdiyyədən aldığı sənəd saxtadır: “3000 AZN-ə sənəd alıblar. Müraciət etdiyimiz orqan və məhkəmələrdən hələ sənədlərimizin saxta olduğu haqqında cavab almamışıq. Lazımi orqanlara müraciət etmişik, edəcəyik də. Deməli, həmin ərazilər 25 il qabaq qanuni şəkildə bələdiyyə torpaqları kimi bizə icarəyə verilib. Bizdən şikayətçi olan şəxslər 25 il ərzində orada ağac əkməkdən və butka qoymaqdan başqa heç bir iş görməyiblər. Yəni hal-hazırda bizim torpaq sahəsini zəbt ediblər. Əlimizdə Masallı Rayon Məhkəməsinin qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin qərarı var. Biz o torpağa heç bir müdaxilə etməmişik. Sadəcə, öz sahəmizi qorumaq üçün mühasirəyə alıb, kamera sistemi quraşdırmışıq. Bizim torpaq sahəsinə aid bütün hüquqi sənədlərimiz yerindədir. Bunu hüquq mühafizə orqanları və rayon rəhbərliyi də dəfələrlə araşdırıb və onlar bilirlər ki, qanunsuz heç nə yoxdur”.

Z.Novruzov həmçinin qeyd etdi ki, torpağın bir hissəsini şəhid olan qohumunun oğlunun adına keçirəcək: “Şikayətçilər hara istəyirlər müraciət edə bilərlər. SSRİ dövründən qalan pay torpağı sənədini gətirib, bizim şəxsi torpağımızı əlimizdən almaq istəyirlər. Mən onları ancaq savadsız tələbkarlar adlandıra bilərəm”.

Mövzu ilə bağlı tanınmış vəkil Bəhruz Bayramovla da əlaqə saxladıq. O xatırlatdı ki, Nazirlər Kabineti “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi”ni təsdiq edib.

Qərara əsasən, bu mexanizm pay torpaq sahələri üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin plan və ölçülərinin) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi qaydasını müəyyən edir.

Müvafiq torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı xərclərin hesablanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.

Dövlət büdcəsində bu məqsədlər üçün proqnozlaşdırılmış illik vəsaitin bərabər hissələrlə müvafiq sifarişlər əsasında rübdə bir dəfə olmaqla, hər rübün ilk ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xəzinə hesabına köçürülməsi təmin edilir.

Xidmət müvafiq bölgüyə uyğun ayrılmış vəsaitin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesablaşma hesabına köçürülməsini təmin edir. Müvafiq il üzrə hüquqları dövlət qeydiyyatına alınmış şəxslər, onlara verilən hüquqmüəyyənedici sənədlər, habelə göstərilən xidmətlərə görə hesablanmış vəsait barədə illik icmallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

İllik icmalda aşağıdakı məlumatlar öz əksini tapır: hər bir rayon və yaşayış məntəqəsi üzrə pay torpaqları üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmiş mülkiyyətçilərin adı, soyadı, atasının adı; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış pay torpaqlarının ölçüsü (hektarla); hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların reyestr və qeydiyyat nömrələri, qeydiyyat tarixi, plan və ölçülərin nömrəsi və tarixi.

Vəkil Adəm Məmmədov isə deyir ki, pay torpaqlarını mülkiyyətçinin özündən başqa heç kəs sata bilməz: "Əgər şikayətçinin əlində pay torpağını təsdiq edən sənədlər varsa, o, məhkəmə orqanına müraciət edərək torpağını geri qaytara bilər. Məkəmə də qanuna uyğun olaraq pay torpağını vətəndaşa qaytara bilər. Əlbəttə, pay torpağını təsdiq edən sənədlər varsa. Ümumiyyətlə götürdükdə isə, pay torpaqları xüsusi mülkiyyət hesab edilir".

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev də qeyd etdi ki, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi ilə bağlı hər iki tərəf qarşılıqlı şəkildə polisə müraciət edib: “Masallı Rayon Polis Şöbəsində araşdırma aparılaraq onlara izah edilib ki, mülki məsələ olduğu üçün bununla bağlı mülki qaydada məhkəməyə müraciət olunmalıdır. Eyni zamanda, tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı qanunazidd hərəkətlərin qarşısının alınması üçün ictimai təhlükəsizlik bölməsinə profilaktik söhbət aparılması üçün qərar qəbul edilərək göndərilib”.

Jalə FAMİLQIZI

P.S. Aydın olur ki, burada tərəflərdən birinin mübahisəli torpaq sahəsinə dair əldə etdiyi sənəd saxtadır. Əlimərdan İbrahimov deyir ki, ona verilən sənəd SSRİ-dən qalma deyil, müstəqillik dönəmində alıb. Buradan isə anlaşılan odur ki, rayonun gölü və pay torpaqları 2-ci dəfə satışa çıxarılıb. Belə olduğu halda, məhkəmə Əlimərdan İbrahimovun sənədini hansı əsasla qeyri-qanuni sayıb. Hər halda növbəti instansiyanın bu suala aydınlıq gətirəcəyini güman edirik…
 //hurriyyet.az//
Ardını oxu...
"Keşlə”nin adı dəyişdirilib Şamaxıya göndərilərkən, ictimaiyyət sevindi – “futbol bölgələrə yayılır” deyə. İndi ictimaiyyətin hansı mövqedə olduğunu deyə bilmərik, amma o dəqiqdir ki, əhli-Şamaxı “Keşlə”nin onlara sırınmasından məmnun deyil.
“Şamaxı” komandası hazırda rayon üçün böyük yükə çevrilib. Komandanın xeyli borcu var. Rayon rəhbərliyi kasad büdcə ilə problemlərin əlində girinc qalıb. Bir tərəfdən də AFFA onların olan-qalanını əlindən alır. Bəs qısa müddətdə bu borc necə yaranıb? Yox, borc bu günün deyil, dünənindir.
İllik 6 milyon manat nəyə xərclənib?
“Keşlə”yə uzun müddət AFFA prezidenti Rövnəq Abdullayevin yaxın adamı Zaur Axundov rəhbərlik edib. Bu komandaya illik 6 milyon manat vəsait ayırıb AFFA. Amma bu vəsaitin hara xərcləndiyi haqda heç kim heç kimə hesabat verməyib. “Keşlə” belə büdcə ilə “daimi autsayder” statusunda olub.
Komandanın adı dəyişdirilib Şamaxıya köç edəndə isə təhvil-təslim prosesi zamanı bəlli olub ki, “Keşlə”nin 2 milyon manatdan artıq borcu var. 6 milyonluq büdcə ilə bu borc necə yaranıb? Bunu kimsə araşdırmayıb. Zaur Axundov necə, nə cür edibsə, “Şamaxı”nın yeni rəhbərliyi qol çəkərək bu borcla komandanı qəbul edib.
Hanı “Keşlə”nin əmlakı?
Və təhvil-təslim zamanı o da bəlli olub ki, illik 6 milyon büdcəyə sahib olan klub “bir həsirdir, bir də Məmmədnəsir”. Zaur Axundov “əmlak” adı altında yeni rəhbərliyə cəmisi 30 ədəd köhnə məşq forması verib. Vəssalam. Sən demə, “Keşlə”nin heç nəyi olmayıb. Nəhəng korrupsiya faktıdır, amma araşdırılmayıb.
“Yeyintini gizlətmək planı?
Bu dəhşətli faktları nəzərə alsaq, belə çıxır ki, əslində “Keşlə”nin Şamaxıya getməsi “futbolu bölgələrə yaymaq” planı deyilmiş. Bu, elə AFFA rəhbərliyinin öz planı imiş. Yeyintini gizlətmək planı. “Keşlə” illik 6 milyonu dağıdıb, komandanın əmlakı yoxdur. Olubsa da, mənimsənilib. Üstəlik, 2 milyon manat da borc yaranıb. Komanda şamaxılılara sırınandan sonra hər şey qaydasına düşüb. Nə səs çıxıb, nə də səmir. Rövnəq Abdullayev də öz işindədir, onun yaxın adamı Zaur Axundov da.
Axundovun daha bir fərasətli işi
Amma bu da son deyil. Fərasətli Zaur Axundov “Keşlə”nin “Şamaxı”ya çevrildiyi ərəfədə xeyli əməkdaşla uzunmüddətli müqavilə bağlayıb. Hamısına da yüksək məvacib təyin edib. İndi o əməkdaşlar da kasıb “Şamaxı”nın (daha doğrusu şamaxılıların) boynunda yükdürlər, müqavilələri olduğu üçün heç birini işdən çıxarda bilmirlər.
Dərd bir deyil, iki deyil…
Əhli-Şamaxının dərdi bununla da bitmir. Guya rayonda stadion tikiblər. Amma bu stadionun rayona heç bir dəxli yoxdur. İşıqlandırma sistemi olmayan, tikintisi zamanı böyük yeyintiyə yol verilən arena AFFA-ın mülkiyyətidir. Və bu mülkiyyət şamaxılılara icarəyə verilib. AFFA “Şamaxı”dan tələb edir ki, hər ay 30 min manat icarə haqqı ödəsin. Hə, şamaxılıları həm də bir sualın cavabı düşündürür: Necə olur ki, Rövnəq Abdullayev “Keşlə”yə, daha doğrusu yaxın adamı Zaur Axundova ildə 6 milyon manat ayırırdı, amma “Şamaxı”ya qəpik-quruşu da çox görür? Çoxmənalı və coxcavablı sualdır.
İndi şamaxılılar futbola nifrət edirlər. Deyirlər ki, ehtiyatlı olun, birdən hansısa rayona, məsələn, “Səbail”i sırımaq istəyərlər. Bilin ki, sizə futbol yox, borc içində olan yük göndərəcək AFFA.
Mənbə: Aut.az
 
Ardını oxu...
Dünən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumat əsasında fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunu 6 229 manat cərimə etməsi barədə məlumat yayıb.

Məlumata görə, araşdırma zamanı həmin şəxsin Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran da istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətlərinin aşkar edilməsi ilə bağlı iş qaldırılıb. İşə baxılmanın nəticəsi olaraq, sahibkara maliyyə sanksiyası tətbiq edilib və haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilib.

Aktualinfo.org-un apardığı araşdırma zamanı məlum oldu ki, Fərzəliyev Tahir Təvəl oğlu son illər dövlət satınalmalarının ən fəal iştirakçılarından olan fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlunun qardaşıdır. Sabir Fərzəliyevin keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ən yaxın adamı olduğu bildirilir.

Qeyd edək ki, Sabir Fərzəliyev əsasan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumları maşın-mexanizmlər üçün ehtiyat hissələri, maşın mexanizmləri və nəqliyyat vasitələri üçün sürtgü yağları, nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorlala və tikinti materialları ilə təchiz edir. Qeyd edək ki, Sabir Fərzəliyev 2020-ci ildən. yəni hələ pandemiya dövründən 2022-ci ilin avqust ayına qədər 14 açıq tenderin qalibi olub və 3 107 637 manat məbləğində dövlət sifarişi alıb. Bunlar dövlət satınalmalarının vahid internet portalında olan ən son məlumatlırdır. Əldə etdiyimiz məlumatlara görə Fərzəliyev Sabir Təvəl oğlu hələ 2010-cu illərdən respublikanın şimal bölgəsində, Qusar, Xaşmaz, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinin, Suvarma Sistemləri İdarələrinin əsas təchizatçısı olub. Son dövrlər respublikanın digər bolgələrində də fəaliyyətə başlamışdı.

İndi kim zəmanət verə bilər ki, Fərzəliyev Sabir Təvəl oğlunun dövlət qurumlarına satdığı mal-materiallar qardaşı Fərzəliyev Tahir Təvəl oğlundan aşkar olunmuş saxta mühərrik yağları, eləcə də digər ehtiyyat hissələri deyil. Hansı ki, şişirdilmiş qiymətlərlə dövlət müəssisələrinə satılır.

Digər maraqlı məqam isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Fərzəliyev Tahir Təvəl oğlunu haqsız rəqabətə yol verməkdə günahlandırmasıdır. Sanki. bu şəraiti qardaşlara özləri yaratmırmış kimi…

Aktualinfo.org
 
Ardını oxu...
Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun adı daş-qaş alverində hallanır. DİA.AZ bildirir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli paylaşıb.

"Əli Həsənov Dubayda qızıl-brilyant, bahalı daş-qaşlar, brend qol saatları satmaqla məşğuldur" deyə məlumat paylaşan C.Həsənli daha sonra aşağıdakı şəkli paylaşaraq qeyd edib:
Ardını oxu...
"Əli Həsənovun sadiq trollarının "şərəfinə" hazırladıb satdığı qızıl boyunbağı klonu... Satış kolleksiyasından nümunədir - 3.2 qram qızıl, qiyməti 11312 dirhəm..."

Bununla yekunlaşmayan araşdırmaçı-jurnalist keçmiş şöbə müdirinin Dubaydakı alveri ilə bağlı daha ətraflı məlumat verəcəyini də vəd edib.

Məsələ ilə əlaqədar teref.az olaraq hprmətli Əli müəllimi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Neftçala sakini rüşvət vermədən dükan tikmək istəyir, lakin 13 il müddətində bu mümükn olmayıb…

Pia.az xəbər verir ki, Neftçala sakini Məcidzadə Vasif Telman oğlu düz 13 ildir ki, kiçik sahibkarlıqla məşğul olmaq üçün Nevtçala şəhəri Heydər Əliyev prospekti 19c ünvanında dükan tikmək istəsə də buna nail ola bilmir. Səbəb heç də Vasif Məcidzadənin həmin ərazidə sahib olduğu 138 kvdrat-metrlik torpaq sahəsinin sənədlərinin qaydasında olmaması deyil. Aşağıda sizə təqdim edəcəyimiz sənədlərlə bağlı heç bir problem yoxdur. Problem Vasif Məcidzadənin biznesinə haram qatmaq istəməsi və tikintiyə icazə almaq üçün rüşvət verməməsi ilə bağlıdır.

Vasif Məcidzadənin bildirdiyinə görə, Neftçalanın sabiq icra başçısı, hazırda rüşvət və korrupsiya ittihamları ilə həbsdə olan İsmayıl Vəliyev ondan tikinti işlərinə başlaması üçün 5 min manat “şirinlik” istəyib. Lakin Vasif Məcidzadə bu “şirinliyi” başçının adamına vermək istəmədiyinə görə, tikinti aparılmasına da icazə verməyib.

İsmayıl Vəliyevin həbsindən sonra 2020-ci ildə gənc Mirhəsən Seyidovun Neftçalaya icra başçısı təyin olunması Məcidzadə də belə bir fikir yaradıb ki, artıq o, dükanını tikə və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu həvəslə də Mirhəsən Seyidovun qəbuluna gedən Vasif Məcidzadə başçı ilə görüşüb və qəbulda Mirhəsən Seyidov ona bildirib ki, tikintiyə başlamaq üçün heç bir problem yoxdur və ona icazə üçün məktub göndəriləcək.

Doğrudan da Vasif Məcidov iki həftədən sonra məktub alıb, amma məktubda bildirilib ki, həmin torpaq sahəsinin 650 manat vergi borcu var. Vasif Məcidov da həmin borcu ödəyir və qəbzi icra hakimiyyətinin işçilərinə təqdim edərək onlardan icazə kağızı istəyir. Ona deyilir ki, icazə kağızı veriləcək.

Aradan təqribən il yarım keçməsinə baxmayaraq, Vasif Məcidov hələ də tikinti aparmaq üçün Neftçala rayon İcra Hakimiyyətindən icazə ala bilmir. İcra Hakimiyyətinin işçiləri ona hər dəfə işarə vururlar ki, “bu işin yolu “şirinlik”dən keçir”. Vasif Məcidov isə bir daha yenidən Mirhəsən Seyidovun qəbuluna düşə bilmir…
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xatırladaq ki, hələ bir müddət bundan əvvəl Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalı zamanı cəzasız qalan, hətta gizləndiyi deyilən daha bir şəxsin – “Karqo Şamil” kimi tanınan Şamil Heydərovun adı çəkilirdi. Əlbəttə, “Karqo Şamil” ilə R.Mehdiyevin dostluğu və şərikliyi barədə dəfələrlə müxtəlif məlumatlar yayılıbdı. Təbii ki, onlar dost olmasaydı Şamil Heydərov “Karqo Şamil” də ola bilməzdi. Daha dəqiq desək, R.Mehdiyev başqa halda ona bu qədər milyonları tək qazanmağa yaşıl işıq yandırmazdı. Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi olan Şamil Heydərov toya qatılaraq olduqca bahalı hədiyyə də təqdim etmişdi. Mətbuatda tənqid edilən zaman hədələri, təzyiqləri işə salan “Karqo Şamil” bu günə qədər havadarlarının köməyi ilə onlarla mətbuat nümayəndələrini ya məhkəməyə verib, ya da müxtəlif yollarla susdurubdu.
Ramiz Mehdiyevdən sonra özünə başqa havadar tapan – “Karqo Şamil”in biznesi təkcə gömrük, yükdaşıma ilə bitmir. Böyük tikinti biznesinə malik olan bu şəxsin ölkəyə gətirdiyi tikinti avadanlıqlarının bəyənnaməsiz olaraq gömrükdən keçirməsi də heç kimə sirr olmayıb. Onun yükdaşıma şirkətləri – Çin, Türkiyə və diğər ölkələrdən keyfiyyətsiz məhsulları, tikinti avadanlıqlarını, üzlükləri, çardaq örtükləri və sairələri ölkəmizə gətirərək bina tikitintiləri ilə məşğul olublar. Bu binaların gələcək taleyi hələ də sual altındadır. Şamil Heydərovun və oğlu Kamal Heydərovun təsisçisi olduğu MMC-lər, Bakının Binəqədi şossesi, məşhur “Zəngəzur” restoranı yaxınlığında “Technoline-k” MMC adlı şüşə və plasmas istehsalı zavodu və həmin ərazidə hektarlarla torpaq sahəsi… “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı tikdirdiyi binalar… Bu tikintilərə Abşeron rayonunun Saray qəsəbəsində tikilən yaşayış kompleksini də əlavə etmək lazımdı.
Aktualxeber.az-a daxil olan məlumata görə ipoteka ilə ucuz qiymətə satmaq fırıldağıyla 600 manata satılmalı olan evləri Haqverdi adlı şəriki və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Təchizat departamentinin direktoru Həbib Məsimovla birgə 1250 manata sənədləşdirən Şamil Heydərovun müxtəlif maxinasiyalarla milyonlarla manat gəlir əldə etdiyi deyilir. Kimliyindən asılı olmayaraq qanun qarşısında hər kəs cavab verməlidir və dövlətə ziyan vuran şəxslər də əlaqədar orqanlar tərəfindən mütləq cəzalandırılmalıdır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //Aktualxeber.az//
Teref.azolaraq yazıda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
Birinci Qarabağ müharibəsinin şəhidi Zaur Bədirovun qardaşı, Sabirabad rayonunun Nəsimi kənd sakini Zahid Bədirov “Magnus” Su Təmizləmə MMC tərəfindən aldadıldığını iddia edir.

DİA.AZ Pravda.az-a istinadla xəbər verir ki, Z.Bədirov bu barədə iyul ayında Azad İstehlakçılar İctimai Birliyinə şikayət ünvanlayıb.

Onun sözlərinə görə, iyulun 22-də, təxminən, saat 21:00 da “Magnus” şirkətinin 5 əməkdaşı, dəyəri 1790 manat olan su filtrini onların evlərində quraşdırıblar: “Bizə psixoloji təsir etdilər. “Uşaqlarınızın həyatı ilə oynayırsınız, görün necə su içirsiniz, “sizin üçün sağlamlıq, yoxsa pul önəmlidir” kimi suallarla bizi günahkar çıxardılar. Satdıqları filtrlərin guya çirkli suyu şollar suyuna çevirdiyinə bizi inandırdılar. Dedilər, dövlət tərəfindən göndəriliblər ki, suyun keyfiyyətini öyrənək. Heç imkan vermədilər ki, müqavilə ilə tanış olum. Müqavilə kağızını telefon işığında imzalatdırdılar. Müqavilədə satıcı olaraq “Magnus”un direktoru kimi Kərimli Beyrək Həmdulla oğlu yazılmışdı. İmzaladıqdan sonra təklif etdilər ki, ödənişi nağd şəkildə ödəsəm, mənə 82 mm diaqonal televizor hədiyyə edəcəklər. Əlavə 300 AZN ödəsək, daha böyük diaqonal televizor verə bilərlər. Məni razı salıb ümumilikdə 2090 manat puldan 1000 AZN nağd aldılar. Qarşılığında isə qəbz vermədilər. Qalan 1090 AZN pulu televizoru gətirəndə alacaqlarını dedilər. İnternetdə araşdırdım, anladım ki, aldadılmışam. Məhsulu qaytarmaq istədim. Bir gün sonra televizoru gətirdiklərini dedilər. Mən isə məhsulu verib ödədiyim 1000 manatı qaytarmalarını tələb etdim. Dedilər ki, məhsulu qaytarsan, min manat pulun geri verilməyəcək, əlavə 400 AZN cərimə olunacaqsan. Televizoru da götürüb, çıxıb getdilər. 24 iyulda özünü “Magnus”un vəkili kimi təqdim edən bir nəfər evimizə gəldi və məhsulun geri qaytarılmayacağını, cərimə olunacağımızı dedi. Kimliyini təsdiq edən rəsmi sənədi tələb etsək də, heç nə göstərmədi. Şirkətə zəng edib pulumu yenidən geri istədim, lakin dedilər “hara istəyirsən, şikayət et”. Bu pulu əziyyətlə qazanmışam və o pulla Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşımın adına bulaq tikdirməyi nəzərdə tutmuşdum. Bunu da onlara dedim, amma əhəmiyyət vermədilər”.

DİA.AZ_ın məlumatına görə, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Pravda.az-a açıqlamasında bildirdi ki, Zahid Bədirovun şikayət məktubuna İqtisadiyyat Nazirliyinin cavabı 11 oktyabrda gəlib: “Son dərəcə kasıb vəziyyətdə yaşayan şəhid ailəsi aldadılıb. Su filtri satanlar istehlakçıları aldadırlar. Əsas məsələ isə istehlakçı hüquqlarını qorumağa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin heç bir iş görməməsidir. Neçə aydır ki, şəhid ailəsinin şikayətini Nazirliyə ünvanlamışam. Demişəm ki, şəhid ailəsini müdafiə etmək, kömək göstərmək lazımdır. İki gün əvvəl isə Elnur Bağırovun imzası ilə heç bir məna kəsb etməyən, cümlələri ardıcıl təkrarlayan bir məktub daxil olub. Yazılıb ki, şəhid ailəsi gedib məhkəməyə müraciət etsin. Şikayət ərizəsindən də görünür ki, dövlətin digər qanunvericiliyi pozulur, şirkət vergi ödəmir, kassa qəbzi də vermir. Nazirlik heç bu məsələyə də toxunmadı. İqtisadiyyat Nazirliyinin tərkibində Vergilər Departamenti var. Necə olur ki, Antiinhisara məktub göndərirəm, onlar nazirliklərinin içindəki vergi orqanına demirlər ki, burda dövlətin vergi qanunvericiliyi pozulub. Biri digərinin işinə toxunmaq istəmir. Dövlətin qanunu pozulur, bu qurumlar isə bir-birilərinə xəbər etmirlər. Bu, məni həm bir vətəndaş kimi, həm də ictimai təşkilatın sədri kimi çox narahat edir. Nazirlikdən gələn cavab məktubu məni çox təsirləndirdi. Vətəndaşı heç kim qorumaq istəmir. Son dərəcə kasıb bir insanı. Nazirliyin İcitmaiyyətlə əlaqələr, eyni zamanda hüquq şöbəsinə dəfələrlə müraciət etdim. Çünki vətəndaşın 14 gün müddətində aldığı məhsulu geri qaytarmaq hüququ var, bizə müraciət edəndə hələ bir gün keçməmişdi. Lakin nəticəsiz qaldı”.

E.Hüseynov deyib ki, sözügedən şirkətlə də əlaqə yaradıb: “Əfsus ki, filtr satan şirkətin müdiri Beyrək Kərimliyə dəfələrlə zəng etsəm də, əlaqə qura bilmədim. Şirkətin hüquqşünası İlham adlı şəxslə də danışdım. Ondan da heç bir nəticə əldə edə bilmədik. Vətəndaşı aldadıblar. Dövlət qurumu isə şəhid ailəsinə kömək etmədi. Yerli icra strukturu da məsuliyyət daşıyır. Ölkə Prezidentinin təsdiq etdiyi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-5-ci bəndində göstərilir ki, istehlakçı hüquqları pozulan zaman yerli icra hakimiyyətləri istehlakçıların hüquqlarının qorunması üçün müəyyən təşəbbüslər qaldırmalıdır. Bu barədə Sabirabad Rayon İcra Hakimiyyətinə məlumat versək də, sözügedən filtr şirkətinin əməkdaşları yenə də kənddə gəzir, camaatı aldatmağa davam edirlər. İcra strukturları isə hələ də heç bir iş görməyiblər”.

“Magnus”un direktoru Beyrək Kərimli ilə biz də əlaqə yaratmağa çalışdıq, lakin telefona şirkətin xanım əməkdaşı cavab verdi. Ondan özünü təqdim etməsini istəsək də, bundan yayındı. Şirkətin hüquqşünası İlham adlı şəxsin gün ərzində bizimlə əlaqə yaradacağını desə də, onu növbəti gün özümüz axtarası olduq.

O, Zahid Bədirovun dediklərini inkar etdi: “Heç bir halda əməkdaşlarımız “dövlət tərəfindən göndərilmişik” deyə bilməzlər. Vətəndaş istəyir ki, öz tərəfindən nəsə sübutlar gətirsin. Şirkət tərəfindən vətəndaşa qəbz verilib, həmin qəbzi təqdim edə bilərəm. Onların evlərinə vəkil də yaxınlaşmayıb. Vətəndaş müqaviləyə telefon işığında imza atdığını iddia edir, bəs niyə məmnuniyyət aktına da imza atıb? Narazı idisə, imzalamazdı. 400 manat cərimə pulu malın Türkiyə tərəfinə qayıtması üçün nəzərdə tutulub, yol məsrəfləridir. Müqavilədə şirkətin də öhdəliyi var. Qurğuda problem çıxarsa, yenisi ilə əvəzləmə öhdəliyi şirkətin üzərindədir. Şəhid ailəsi olduğu barədə də məlumatımız var. Yenə də kömək etməyə hazırıq. İki variant var -1000 manat civarında başqa qurğu veririk, filtrin dəyişim vaxtında 3 filtri hədiyyə edirik. İyulda satış olub, bu aparat artıq əmtəə nişanı xassəsini itirib. Aparatı götürürksə, 400 manat cərimə pulu tutulacaq, 600 manatı geri qaytara bilərik”.

Zahid Bədirov isə saytımıza açıqlamasında şirkətin təklifi ilə razı olmadığını, məhkəməyə müraciət edəcəyini dedi. Şirkətin quraşdırdığı filtr suyunun isə acı daddığını, aldadıldığını bildirdi.
\
Ardını oxu...
Göyçayda qazilərin əlindən qurtulan Məhkəmə sədri Fikrət Məmmədovun qəzəbinə tuş gəlsəydi…
Ötən həftə Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasının növbəti iclasının keçirilməsi barədə məlumat yaydı. İclas barədə verilən məlumatda hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakimin intizam məsuliyyətinə cəlb edildyi, o cümlədən 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edildiyi bildirilirdi. Amma təəssüf ki, Ədliyyə Nazirliyi qanunvericiliyin tələblərini kobudcasına pozan, intizam məsuliyyətinə cəlb edilən bu hakimlərin kimliyini açıqlamadı. Yalnız dövrü mətbuat fəaliyyətinə xitam verilən hakimlər arasında Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayevin də olduğunu açıqladı. Əslində onların hər birini adı açıqlamaladırlar ki, qanunvericiliyin tələblərini pozan belə hakimləri ictimaiyyət də tanısın.

Məlum olduğu kimi, son illər Azərbaycanda ədalətli, müstəqil məhkəmə sisteminin formalaşması üçün xeyli iş görülüb. Azərbaycanda qanunvericilik Avropa standartlarına uyğunlaşdırılıb, yeni məhkəmələr yaradılıb, yeni hakimlər təyin olunub. Ədliyyə Nazirliyi hakimliyə namizədlər və bu işə yeni başlayan hakimlər üçün kurslar təşkil edib. Lakin bütün bunlara baxmayaraq Azərbaycanda hər bir vətəndaş qanuni vasitələrlə öz hüquqlarını müdafiə edə bilmir. Buna səbəb isə hakimlərin qanunları tətbiq edərkən qanunvericiliyə əməl etməmələri olur. Dövlətin əsas məqsədi qanunun aliliyini, bütün vətəndaşlarının qanun qarşısında bərabərliyini təmin etməkdir. Bu vəzifəni isə hakimlər daşıyır. Amma hakimin hansısa məmurdan asılı olub bir yanlış, ədalətsiz qərarı onlarla vətəndaşları dövlətə qarşı yönəldir. İnsan cəmiyyətdə ədaləti bərpa etməyə yer tapmayanda dövlətdən narazı olur.

Məsələn. elə Göyçay rayonundakı kimi. Rayon sakini Habil Əhmədov ölkə başçısına etdiyi müraciətdə yazır ki, “mən, 2006-cı ildə doğulub boya başa çatdığım, dədə-baba qəbirsanlığımızın yerləşdiyi doğma MirzəHüseynli kəndimizdə yerli bələdiyyəyə mürüciət edib xırda fermer təsərrüffatı ilə məşğul olmaq üçün 50 illiyə 1 hektar torpaq sahəsi icarə götürdüm.Əlimdə bələdiyyənin qanuni icarə müqaviləsi ola-ola,mülkiyyətimdə olan torpağın bütün vergi və digər kommunal rüsumlarını vaxtlı-vaxtında ödədiyim halda,2019-cu ildə çıxarılış üçün müraciət etdiyim Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən imtina cavabı aldım. Sonradan mənə məlum olub ki, bələdiyyə sədri mənim qanunu qaydada icarəmdə olan torpaqda daxil olmaqla həmin sözügedən 6 hektar ümumi örüş sahəsinə ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsindən çıxarış almışdır. Məqsəd isə, yuxarıda qeyd edilən kimi, mənim icarəmdə olan 1.0 hektar torpaq sahəsi də daxil olmaqla 6 ha ümumi örüş sahəsini küllü miqdarda pulun müqabilində özünü o vaxt ki,Göyçay rayon prokuroru Muxtar Eminovun qohumu kimi təqdim edən Məhi Nuriyev adlı kənd sakini olmayan imkanlı şəxsə vermək olub.

Göyçay rayon Məhkəməsinin sədri İbrahim Fəttahov isə obyektiv araşdırma aparmadan iddiaçı X.Vəkilovun sanki vəkili kimi çıxış edərək, H.Əhmədovun guya bələdiyyə ilə müqaviləsinin “kökü yoxdur” deyə onun əleyhinə ədalətsiz qərar çıxarmışdır.”

Qeyd edək ki, Habil Əhmədovun sözügedən müraciəti elektron media resusrslarında yayıldıqdan sonra Göyçay rayon Məhkəməsinin sədri İbrahim Fəttahovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız qərarlar çıxarması barədə məlumatlar da çoxalmağa başladı. Bununla bağlı Aktualinfo.org-a Göyçay rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə oktyabr ayının 12-də bir qrup ikinci Qarabağ müharibəsi iştirakçıları, qazilər Göyçay rayon Məhkəməsinin qarşısına toplaşaraq Məhkəmənin sədri İbrahim Fəttahovun qanunazidd əməllərinə, əsassız qərarlar çıxarmasına etiraz ediblər. Qazilər hətta İbrahim Fəttahovun Göyçaydakı fəaliyyətinə xitam verilməsini tələb ediblər. Hakimlik səlahiyyətinin son müddəti olduğundan İbrahim Fəttahov səs-küyə səbəb olmasın deyə təcili rayonun polis rəisinə müraciət etməli olub. Polis rəisi hadisə yerinə gələrək qaziləri sakitləşdirdikdən sonra İbrahim Fəttahovu gözləyən təhlükə də sovuşub. Yoxsa, qazilərin qəzəbi ilə bərabər Ədliyyə naziri Fikrət Məmmədovun da qəzəbinə tuş gəlib İbrahim Fəttahovun da səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilərmiş. Məlumat verən sakinlərin sözlərinə görə Göyçay rayonunda İbrahim Fəttahovun qanunazidd əməllərindən hamı narazılıq edir. Bunu Məhkəmə sədrinin özü də yaxşı dərk edir və Göyçayda son günlərini sayır. Əhali də onun çıxardığı əsassız qərarlardan əziyyət çəkir.

Aktualinfo.org
 

Ardını oxu...
İki gün əvvəl "Kanal14" YouTube kanalında "Kamalın zamanı" proqramında 211 saylı məktəbin fizika laborantı Ayna Əmirova sözügedən məktəbin direktoru Həcər Mahmudovanın fəaliyyəti və məktəbdə cərəyan edən digər qanunsuz, korrupsiya halları barəsində iddialı açıqlamalar vermişdi.



Ayna Emirovanın bu iddiaları gündəmə sanki bir "bomba" kimi düşdü. Yaranmış böyük səs-küyün ardından isə həmin məktəbin digər işçisi daha böyük iddialarla redaksiyamıza müraciət etdi və canlı yayımda bütün bildiklərini danışmaq istədiyini bildirdi.

Odur ki, elə bu gün, saat 16:00-da "Kanal14" YouTube kanalımızda, "Kamalın zamanı" proqramında canlı yayımda çooox maraqlı faktlar açıqlanacaq.
Kanala abunə olun ki, proqram başlayan kimi bildirişlər birbaşa telefonunuza gəlsin.

Abunə olmaq üçün linkə toxunun: https://youtube.com/channel/UCXjv3f_tQR8KguHuVtLqcHA

Dünyapress TV

Xəbər lenti