Ardını oxu...
Ağsu rayonu Bico kəndində yaşayan Qarabağ veteranları - İsazadə Əhməd Seymur oğlu, Balakərimov Yaqub Raqub oğlu, Eminzadə Anar Tahir oğlu, İsazadə Nicat İlham oğlu və Kərimli Ülvi Kərim oğlu Qaynarinfo-ya müraciət ünvanlayıb.

Veteranlar bildirir ki, kənddə yaşasalar da, əkin məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edə bilmirlər.

Şikayətçilərin sözlərinə görə, ölkədə torpaq islahatları onların doğum tarixindən əvvəl aparıldığından, pay torpaqları yoxdur, imtiyaz baxımından torpaq istəkləri isə kənd bələdiyyəsi tərəfindən müsbət qiymətləndirilmir. Eyni məzmunlu müraciəti əvvəlcə dövlət başçısına ünvanlayan veteranlar problemin səbəbini belə izah edirlər:

"Bizim kəndin sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçinlik olduğu üçün, biz də yaşayışımızı bu istiqamətdə qurmaq istəyirik. Ölkədə torpaq islahatı doğum tariximizdən əvvəl aparıldığına görə, bizə pay torpağı düşməyib. Bu baxımdan, həm gənc kənd sakinləri, həm də ölkəmizin zəfər qazandığı müharibənin veteranları kimi bələdiyyə sədrinə müraciət edərək, taxıl əkmək üçün torpaq istəmişik. Ötən il bizə - həqiqi hərbi xidmət zamanı döyüşlərin ön xətlərində iştirak edən 5 nəfər müharibə veteranına - "Pir zəmi” adlanan ərazidən, mərhum bələdiyyə sədri tərəfindən, adambaşına təxminən 3 hektar olmaqla torpaq verildi. Bu il isə yeni bələdiyyə sədri həmin ərazidən istifadə etməyimizə maneə yaradır. Məlum olur ki, sədrin problem yaratması ümumilikdə 25 hektar olan həmin ərazini Vidadi Nuriyev adlı kənd sakininin adına sənədləşdirməklə, kənar bir şəxsə hərrac yolu ilə uzunillik müqavilə əsasında icarəyə vermək istəməsi ilə bağlıdır. Bələdiyyə sədri Südabə Mikayılova təzə olduğundan aldanıldığını, hazırda isə rayon İcra Hakimiyyəti başçısının qərarına uyğun addım atacağını bildirir. Biz də öz növbəmizdə, icra başçısının qəbuluna gedib, yaranmış problemi diqqətə çatdırmaq istəmişik, lakin bir neçə dəfə cəhd etsək də, süni maneələr nəticəsində qəbula düşə bilməmişik. Nəticədə, kənd sakinlərindən gizlin saxlanılmaqla, həmin ərazinin təklif sənədləri sədr Südabə Mikayılova və bu məsələdə xüsusi canfəşanlıq göstərən bələdiyyənin mühasibi Xəqani Göycəyev tərəfindən hərraca çıxarılması üçün aidiyyatı quruma göndərilib. Hazırda istəyimiz budur ki, ötən il əkdiyimiz torpağın gizli yollarla hərraca çıxarılması bələdiyyə tərəfindən imtina verilməklə dayandırılsın.

Sizdən xahişimiz budur ki, səsimizin Ali Baş Komandana, eləcə də Ağsu RİH-nin başçısına çatması üçün müraciətimizi dərc edəsiniz. Bizim istəyimiz, sadəcə, haqqımız olana qovuşmaqdır”.

Südabə Mikayılova isə Qaynarinfo-ya bildirib ki, həmin torpaq sahəsi o, bələdiyyə sədri olmazdan əvvəl hərraca çıxarılıb: "Onlar doğru danışmır. Deyilən 25 hektarlıq ərazi mən sədr olmazdan əvvəl hərraca çıxarılıb. Sadəcə ötən il onlar oranı əkiblər. Mən torpaq satan deyiləm”.

Qaynarinfo
Ardını oxu...
 
 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron mədə-bağırsaq xəstəlikləri sanatoriyası Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində fəaliyyət göstərir.

 

Lakin vaxtilə keçmiş SSRİ miqyasında “Yessentuki”dən sonra əhəmiyyətinə görə ikinci olan sanatoriya indi AHİK-in hüquqlarını qoruduğu zəhmətkeşlər üçün müalicə yerindən çox imkanlı adamlar üçün əyləncə məkanına çevrilib. Sanatoriyanın baş həkimi Fəxrəddin Kazımovun yürütdüyü xidmət siyasəti belə vəziyyət yaradıb. İşlə bağlı jurnalistlərin hər hansı bir sualını cavablandırarkən özünün də, həyat yoldaşının da xəstə olduğunu deyən 75 yaşlı baş həkim, hələ ki, tutduğu vəzifəni gənc, perspektivli və kreativ kadrlara güzəştə getmək niyyətində deyil.

Bu günlərdə sözügedən sanatoriyada müalicə alan şəxslərdən biri redaksiyamıza müraciət edərək, pasientlərə münasibətdə ayrı-seçkilik edilməsindən, müəssisədə rast gəldiyi başqa neqativ hallardan gileylənmişdir. Pasientin sözlərinə görə, baş həkim VİP otaqları baha qiymətə kirayəyə verir, ən yaxşı xidməti də “VİP” müştərilər görürlər. Digər otaqlarda su vaxtlı-vaxtında gəlmir, təmizlik işləri lazımi səviyyədə görülmür. Keyfiyyətli qidalanma üçün də ciblərini geniş açmalısan. Sanatoriyada spirtli içkilər də təklif olunur ki, bu hal da baş verənləri müşahidə edən, gerçəkdən mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən, müalicəyə gələn pasientlərdə qıcıq doğurur. Bundan başqa, sanatoriyanın həyətində əvvəllər mövcud olmuş ağacların xeylisinin qırıldığını, skamyaların çoxu götürülüb. Kasıb pasientlər ya qaxılıb korpusdakı otaqlarda oturmalı, ya da həyətdəki pullu guşələrdə əylənməlidirlər.

Bütün bu və digər neqativ hallara niyə rəvac verildiyini öyrənmək üçün sanatoriyanın baş həkimi ilə görüşmək, suallarımızı cavablandırmasını istədik. Fəxrəddin Kazımovla yalnız üçüncü cəhdimizdə görüşə bildik. Birinci dəfə yerində tapmadıq. İkinci dəfə danışıb görüş üçün vaxt vədələşsək də, yenə də təyuin etdiyi gün işə çıxmadı. Nəhayət, üçüncü cəhddə görüşəndə də yenə həmişəki qaydada səhhətindən şikayətləndi. Sonra özünün fəaliyyətini tərifləməyə başladı. Bildirdi ki, o, vəzifəyə təzə təyuin olunanda sanatoriyada polisrəisinin, bölmə rəisinin, qəsəbə icra nümayəndəsinin qeyri-rəsmi bron etdikləri otaqlar var imiş, sanatoriya əxlaqsızlıq yuvasına çevrilibmiş. O gələndən sonra belə hallara son qoyulub. “Abşeron”dan fərqli olaraq, Ələkbər Nəzərovun rəhbərlik etdiyi qonşu “Günəşli” sanatoriyasında isə elə hallar qalmaqdadır. Skamyaların sayının məhdudlaşdırılmasına gəlincə, bunu yaxın ərazidə yaşayan narkomanların həmin skamyalardan istifadə edə bilməmələrinə görə özü götürdüb.

Baş həkim spirtli içki məsələsinə də toxundu: “Ay balam, istirahətə gələn yeyib-içməlidir də, bunun nəyi pisdi ki!?”

F.Kazımov sanatoriyada ümumən yürüdülən xidmət və qiymət siyasətinin isə “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasiyevin imperativ göstərişləri ilə qurulduğunu dedi.

Deryaz.az

 

XalqXeber.Az
Ardını oxu...
Şəmkirdə vətəndaşdan subsidiyanın verilməsinə görə rüşvət tələb edilir?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.Amma Şəmkir rayonunda fermerlərə Subsidiyaların verilməsi ilə bağlı rüşvət tələb olunduğu iddia olunur.
TEREF.AZ xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına Şəmkir rayonun Atabəy kənd sakini Şərifov Ziya Fərman oğlu tərəfindən şikayət daxil olub.

Ardını oxu...
Belə ki, Aqrar İslahat komisitasının məlum qərarı ilə şikayətçi bildirir ki, onların ailəsinə Atabəy kəndində 3.5 ha torpaq sahəsi verilib.Hər il dövlət tərəfində şikayətçi qeyd edir ki, onların ailəsinə hər hektara görə 220 manat pul verirdilər.Amma bu il rüşvət müqabilində Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə rəisi Rəşad Əzizovun köməkçisi olan Elvin adlı əməkdaşa 100 manat verəndən sonra onlara 160 manat subsidiya veriblər.
Şəmkir rayonun Atabəy kənd sakini şikayətində onuda qeyd edir ki, sözügedən mərkəzin bığının altından keçməsən subsidiyaların verilməsinə nail ola bilmərsən.
Prezidenti cənab İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzaladı ki, subsidiyalara müraciət və istifadə mexanizmi asanlaşdırılsın.İndi hansı boşluq yaranıb ki, fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzindən asılı vəziyyətdə qalsın?Fermerlərə subsidiyaların verilməsi ilə bağlı xidmətlərin göstərilməsi regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilməsi korrupsiya və bürokratik əngəllərə yol açırsa dərhal prokurorluq orqanları hərəkətə keçməlidir.
Belə olmazsa dövlətimizin kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə aqrar-iqtisadi siyasət töhvə vermiyəcəkdir.
Redaksiya olaraq şikayətçinin ittiham etdiyi Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mövqeyini də dərc edə bilərik.
Şikayətçinin səs yazısını təqdim edirik:

 
 
 
Ardını oxu...

YAP-nın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Xaçmazda özü üçün yeni yanacaq doldurma məntəqəsi inşa etdirir.

Həmin obyekt Xaçmaz-Quba yolunun 3-cü km də, rayonun Armudpadar kəndi ərazisində yerləşir.

Tikintisinə bir neçə ay bundan öncə başlanılan obyektin özül hissəsindəki işlər artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, partiya sədrinin həmin obyekti Xaçmazda tanınmış bir dövlət qulluqçusu ilə şərikli tikdirdiyi bildirilir.

Biznes yoxsa dövlətçilik idealarının təbliği?

Xatırladaq ki, Məhəmməd Balaqadaşov Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayevin YAP-nın Xaçmaz rayon təşkilatının sədri vəzifəsindən azad olunduqdan sonra həmin vəzifəyə gətirilib. Vəzifəyə təyin edildikdən sonra isə o hakim partiyanın ideoloji və dövlətçilik ənənələrinin təbliğatı ilə məşğul olmaq əvəzinə biznes platformalarının genişləndirilməsi ilə məşğul olur. YDM –nin inşa edildiyi yer isə sahibkarlıq təyinatlı iaşə obyektlərinin tikilməsi üçün uyğun deyil.

Qeyd edək ki, həmin ərazi vaxtı ilə fərdi vətəndaşa məxsuz yaşayış evi olub. Obyektin tikintisi üçün lazım olan rəyin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən necə alındığı isə olduqca müəmmalıdır. Bir müddət öncə Məhəmməd Balaqadaşov barəsində onun ləğv edilmiş MTN-in Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi ilə əlaqələrini, daha doğrusu “Çoban Bulağı” istirahət mərkəzini əhatə edən şərikli biznesini əks etdirən məlumatlar yayılmışdı. Bundan əlavə, əvvəllər vergi işçisi olmuş Məhəmməd Balaqadaşov sonralar MTN generalı ilə, eləcə də Prezident Adminstrasiyasının rəhbərinin kürəkəni ilə qəfil biznes ortaqlığına sahib olub.

P.S. Sözü gedən YDM-də Məhəmməd Balaqadaşovun şərikli biznes sahiblərinin kimliyi barədə isə növbəti yazımızda bəhs edəcəyik.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq… //AMİA.AZ//
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
Mən sizin bütün faktlarnızı bilirəm, Bakı metropolitenini əxlaqsız yuvasına döndərmisiniz. Özünüz də Fövqəladə Hallar Nazirliyində baş verənlərə gülürsünüz. Amma burada vəziyyət ondan da betər gündədir. Bunlardan metropoliten rəisinin xəbəri var?

Bu sözləri Bakı metrosunun Ulduz stansıyasında təmizlikçi işləyən və hal-hazırda qanunsuz olaraq işdən azad olunmuş Xanbabayeva Sevil deyib. O, jurnalistlərdən onun başına gətrilən haqqsızlıqın ictimailəşdirilməsini xahiş edib.

O videoçıxışı zamanı qeyd edir ki, metroda 10 işçinin 9-nu Rafel adlı şəxsın 3 millyonluq bağına göndərirlər, orada onun dəyəri yüzminlərlə olan ağaclarını əkib-becərirlər. Bir ağacın qiyməti 4 min manatdır.

Mən süpürgəçi işləyirəm, əzab-əziyyətlə övlad böyüdürəm, indi də süpürgəmi əlimdən almaq istəyirlər. Bu işdə məni çox görürlər. Bir işçi 3-4 adamın işin görür, amma işçiyə dəyər vermirlər.

Mən bilmirəm bunlara nə etmişəm.

Mənə zülüm edirlər, səsmi çıxara bilmirəm ki, bala böyüdürəm, bala oxuduram, bütün övladlarmın yükü mənim çiynimdədir. Gedib-gəlib məni şantaj edirlər. Xahiş edirəm bütün jurnalistlərdən və qələm əhlindən. Mənə kömək edin, çıxılmaz durumdayam deyə sonda Sevil Xanbabayeva bildirib

"Azərbaycan Reallığı", adı çəkilən qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Daha ətraflə videoda

AZƏRBAYCANREALLIĞI.COM
Ardını oxu...
İcra Başçısı Rəcəb Babaşov qadınların içərisində

Qazax rayon İcra başçısı Rəcəb Babaşov sentyabrın ilk həftəsində, rayon nümayəndələrinin iştirakı ilə qəbul keçirib. Qəbulda bələdiyyələr, icra nümayəndələri, ayrı-ayrı müəssisə və təşkilat rəhbərləri, həmçinin regional qaz, işıq idarələrinin, səhiyyə, suvarma-sistemlərinin, su-kanalizasiya idarələrinin rəhbərləri iştirak edib.
Hurriyyet.Az xəbər verir ki, baş tutan iclasda icra başçısı Rəcəb Babaşov tərəfindən Kosalar kənd icra nümayəndəsi Bəxtiyar Əmirovun ünvanına nalayiq ifadələr işlədilib.
R.Babaşovun icra nümayəndəsini təhqir etmə səbəbi kimi Kosalar kəndində yetkinlik yaşına çatmayan qız uşağının ailə həyatı qurması olub. Bundan sonra o, kənd icra nümayəndəsinin təhqir etməyə davam edib, nalayiq ifadələrdən istifadə edərək söyüb.
Bu barədə 32gun.az-a qəbulda iştirak edən icra nümayəndələrindən biri (adının açıqlanmasını istəməyən şəxs) məlumat verib.
Onun sözlərinə görə, məsələnin bu yerə çatmasının səbəbi, yetkinlik yaşına çatmayan qızın ailə qurması ilə bağlı icra hakimiyyətinə məluat verilməməsi olub.

Həmçinin, Rəcəb Babaşov bildirib ki, bundan sonra hansısa kənddə belə bir hal baş verərsə, ... (icra başçısı nalayiq ifadələrinə davam edib).
Eyni zamanda, icra başçısı rayon da özünü "vor v zakon" kimi aparır. R.Babaşov, onun sözünə əks hərəkət edəcək şəxslərə "var-yox" söyüşü söyüb (nalayiq ifadələrinə davam edir).
Maraqlısı bundadır ki, Rəcəb Babaşovun qəbulunda qadınlar olmasına baxmayaraq, o, söyüşlü ifadələrindən rahatlqıla istifadə etməyə davam edib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 
Ardını oxu...
Məktəbdə baş verən növbəti HADİSƏ: Sumqayıtda azyaşlıları tualetdə saxladılar

Azərbaycanda daha bir məktəbdə şagird özbaşınalığı olub.

Bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə Sumqayıt şəhərindəki 24 saylı məktəbdə qeydə alınıb.

Belə ki, ötən gün həmin məktəbin yuxarı sinif şagirdləri aşağı sinifdə təhsil alan azyaşlıları məktəbin tualetinə salaraq, qapısını bağlayıb və içəridə saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar polis əməkdaşları məktəbə cəlb olunublar. Hazırda araşdırmalara başlanılıb. \\Azmedia.Az
 
Ardını oxu...
Sosial şəbəkədə 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmaması ilə bağlı video yayılıb.
Məsələ ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılan videogörüntülərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

RealMedia.az həmin videonu təqdim edir:
Ardını oxu...
DİA.AZ-a danışan şikayətçilərin ümumi iddialarından belə anlaşılır ki, 211 saylı orta məktəbin direktoru Həcər xanım Mahmudova, onun qara kassası Şəfəq xanım Balıyeva və digərləri əslində bu gün Azərbaycan təhsili adına utancverici bir mexanizmanın sıradan detalları kimi fəaliyyətdədirlər.

Son günlər təhsil sistemindəki neqqativlər sanki bir-birinin ardından ictimailəşdiyindən elə bil təsəvvür də yaranır ki, bu bir kampaniyadır... Əslində həqiqətən də belədir. Baş verənlərə verilən ictimai reaksiyalardan anlaşılan budur ki, həqiqətən də bu bir kampaniyadır... Kampaniyanın başlıca hədəfi və məqsədi isə təhsildəki eybəcərliklərin kökünü birdəfəlik kəsmə istəyidir...

15 sentyabrdan dərslər start götürdü... sanki problemlər də başladı. DİA.AZ-a daxil olan müraciətdə isə bir məktəb direktorunun özünə qurduğu XUDMANİ ŞƏBƏKƏdən bəh edilir.

Söhbət hansısa bir əyalət məktəbindən getmir. Bakıda yerləşən 211 saylı orta məktəbdə baş verənlərə nəzər saalıb təftiş etəsələr, gərəkən cəzanı isə bütün Azərbaycan məktəblərinə KƏSSƏLƏR, o zaman təhsildə bütün problemləri asanlıqla dəf edə bilərik...

Çünki 211 saylı məktəbdə baş verənlər bütün məktəblərdə müşahidə olan problemlərin toplusudur, desək, yanılmarıq... Yəni bu məktəbdə direktor Həcər xanım elə bir şəbəkə qurub ki, onun incəliklərini öyrənib önləyici tədbirləri bütün lorta məktəblərə eyni uğurla tətbiq edə bilərik...
Ardını oxu...
DİA.AZ-a danışan şikayətçilərin ümumi iddialarından belə anlaşılır ki, 211 saylı orta məktəbin direktoru Həcər xanım Mahmudova, onun qara kassası Şəfəq xanım Balıyeva və digərləri əslində bu gün Azərbaycan təhsili adına utancverici bir mexanizmanın sıradan detalları kimi fəaliyyətdədirlər.
Ardını oxu...
Təbii ki, bu fikirlərimiz adlarını çəkdiyimiz şəxslərin şəninə toxuna bilər... Bu, amma hələ Harasıdır? İş hələ irəlidədir və adları çəkilənlər hələ çox olacaq...

ŞƏN məsələsinə gəlincə isə, bu xanım və bəylər illərdir ki, Azərbaycan təhsilinin evini yıxdıqları zaman fikirləşməli idilər... Düşünməli idilər ki, nəhayətdə onların etdikləri ictimailəşə bilər.

Buna isə biz borcluyuq...

DAHA ƏTRAFLI MƏLUMATI TƏQDİM EDƏCƏYİK... Bir orta məktəbdə nələr baş verə bilər... Nələr baş verir... görəcəksiniz...

Bəri başdan bildiririk ki, özünü qarşı tərəf kimi hiss edən bütün tərəflərin mövqelərini böyük məmnuniyyətləı dinləməyə hazırıq...

Elə isə gözünüz bizdə olsun...
 
 
 

Dünyapress TV

Xəbər lenti