Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş vitse-prezidenti Mikayıl İsmayılov vəzifəsindən sui-istifadə sayəsində topladığı misilsiz varidatla “dövlət içində dövlətə” çevrilib…

SOCAR-da 2021-ci ildə Prezident İlham Əliyevin qərarı ilə başlayan, növbəti ildə də davam etdirilən köklü kadr dəyişiklikləri qurumun vaxtilə “əvəzedilməz” sayılan rəhbəri Rövnəq Abdullayev və bir neçə vitse-prezidentin vəzifədən azad edilməsi ilə nəticələndi. Bu addım strateji dövlət qurumu olan SOCAR-da yeni dövrün başlanğıcını şərtləndirsə də, postundan uzaqlaşdırılan sabiq vitse-prezidentlərin vəzifədə olduqları müddətdə qanunsuz yollarla topladıqları sərvətin, o cümlədən, onların özlərinin mümkün aqibəti açıq müzakirə mövzusudur. Cəmiyyət rəsmi dövlət səlahiyyətlərini öz şəxsi maraqlarının təmin olunmasına yönəltmiş həmin məmurların törətdikləri əməl və talanlara görə cavab vermələrini gözləyir.

Prezidentin təqribən ilyarım əvvəl imzaladığı sərəncamla vəzifəsindən azad edilən SOCAR-ın maliyyə-təsərrüfat işləri üzrə keçmiş vitse-prezidentləri sırasında məmur oliqarxiyasının “parlaq” təmsilçisinə çevrilən Mikayıl İsmayılovun adı diqqəti daha çox cəlb edir. Bu “məşhurluq” onun işgüzarlığı və fədakar əməyinin nəticəsindəqazanılsaydı, təbii ki kiminsə İsmayılova irad bildirmək üçün əsası olmazdı. Amma təəssüf ki, İsmayılovun media ilə sosial şəbəkələrin antiqəhrəmanı durumuna gəlməsi onun 2005-ci ildən 2021-ci ilə qədər tutduğu vitse-prezident vəzifəsində olarkən törətdiyi qanunsuz əməllər, səlahiyyət həddini aşması, dövlətin pulu ilə özünə biznes imperiyası qurması, vətəndaşları qan uddurması ilə bağlıdır.

İsmayılovun fəaliyyətindəki qanunsuzluqlar barəsində mətbuatda davamlı materiallar dərc olunsa da, onun işinin yoxlanılması ilk dəfə 2019-cu ilə təsadüf etdi. Aparılan vergi yoxlamaları zamanı ciddi qanun pozuntularının aşkarlanması səbəbindən şirkətdə təchizat və satınalma məsələləri rəsmən onun kurasiyasından çıxarılsa da, İsmayılov cinayət məsuliyyətindən yayınmaqla bərabər, qeyri-rəsmi olaraq o sahəyə nəzarəti də özündə saxlamağı bacarmışdı.

İsmayılovun qanunsuz yollarla topladığı sərvətin tərkibində daşınmaz əmlak vahidləri xüsusi fərqlənir. Müxtəlif media orqanlarında yazılanlara, hətta bəzi siyasətçilərin bildirdiyinə görə, SOCAR-ın sabiq vitse-prezidentinin təkcə Bakı şəhərində malik olduğu mənzillərin sayı 200 civarındadır. Bu “hobbi”sinə görə İsmayılova “evlər kralı” ləqəbi də verilib. Mənzillərdən başqa, İsmayılovun Bakıda və ətraf qəsəbələrdə çox sayda villalarının olduğu da mediada işıq üzü görmüş faktlar sırasındadır. Qeyd olunur ki, Mikayıl İsmayılovun biznesinin nüvəsini “AzGranata” şirkəti, həmçinin şəriki olduğu “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” şirkətləri təşkil edir.

SOCAR-ın keçmiş vitse-prezidentinin əslən mənsub olduğu Ağsu rayonunda fəaliyyət göstərən “AzGaranata” şirkəti isə yerli sakinlərin başağrısına çevrilib. Şirkətin istehsal çeşidlərini və həcmini artırmaq “siyasət”inin icrası əhalinin başında “çatladılır”. Məlumata əsasən, İsmayılovun adamları şirkətdə emal olunması üçün üzüm bağlarının sahəsinin artırılması məqsədilə vətəndaşlara məxsus torpaq sahələrini müxtəlif saxtakarlıq üsulları ilə heç bir kompensasiya ödəmədən mənimsəyiblər. Bununla əlaqədar ictimailəşən faktlardan birində qeyd olunur ki, İsmayılovun qoçuları tərəfindən zəbt edilən Ağsu rayon sakini Cavanşir Musayevə məxsus ərazinin sahəsi 6 hektardır. Bu analoji hallarla əlaqədar hələ cəmi bir faktdır.

 
smartbee.png
 
 
 
 
 
Ad - 00:06

Yeri gəlmişkən, Mikayıl İsmayılov onun qanunsuz əməllərini ictimailəşdirən jurnalistlərə, bloqerlərə münasibətdə aqressiya və hiddətini gizlətmir. Ona görə də, İsmayılovun Ağsu rayonunda törətdiyi əməlləri gün işığına çıxaranlara “müharibə elan etmək” üçün vaxt itirmir. Onun bloqer Elşən Əlisoya qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri əsasında xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında keçirilən məhkəmə iclasları mediada geniş işıqlandırıldı.

Bəli, Mikayıl İsmayılov artıq vəzifədə deyil. Lakin “qılıncının dalı da, qabağı da” əvvəlki kimi kəsərlidir. Niyə də olmasın? Adam 16 il SOCAR-ın vitse-prezident postunu tutub və öz şəxsi maraqlarını mümkün olan qədər təmin edib. Ancaq bu durum normal sayıla bilərmi? Bizcə, yox. Əminliklə deyə bilərik ki, vəzifədə olduğu müddətdə oliqarxa çevrilən Mikayıl İsmayılov və onun kimilər dövlət üçün real təhlükə mənbəyidirlər. Ona görə də bu təhlükənin tezliklə aradan qaldırılması üçün dpvlətin müvafiq qurumlarının hərəkətə keçmələri şərtdir.(busaat.az)

Bölmənin digər xəbərləri

10 İyun 2025 SOS şirkəti hələ də SOCAR-ı mühafizə edir? Milyonluq yeyinti, haqları tapdanan işçilər
10 İyun 2025 Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
10 İyun 2025 "Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
10 İyun 2025 "Mübariz milyarder, zəngin adam ola bilər, amma insani keyfiyyəti heç vaxt müsbət ola bilməz."
10 İyun 2025 Ramana-Maştağa yolunu "yedilər" - Zaur Mikayılov 8 milyonu hara xərclədi? VİDEO+FOTOLAR
10 İyun 2025 Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"
09 İyun 2025 Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu:
09 İyun 2025  Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
09 İyun 2025 Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
09 İyun 2025 Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
09 İyun 2025 Binəqədi rayonunda növbəti qanunsuz tikinti-Videofakt
09 İyun 2025 “Aristokrat” klinikasında Dr. İxtiyar Məmmədov sertifakatsız,lisenziyasız necə stomotoloq kimi çalışır?
08 İyun 2025 Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
08 İyun 2025 Kür və Araz çaylarında milyonlar hara axır? – Elman Nuriyevin rəhbərlik etdiyi idarədə korrupsiya iddiaları
08 İyun 2025 Bərdədə bayrağımıza hörmətsizlik: Zülfi Tağıyevi bayrağımızı tərs asıldı (VİDEO)
07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...

Dünyapress TV

Xəbər lenti