Ardını oxu...
Ölkədə korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi ən çox rayon rəhbərlərini narahat edir və müəyyən ehtiyat tədbirləri görmələrinə səbəb olur. Baş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirməsi son olaylarda adı heç də məqbul məsələlərdə hallanmayan icra başçısı Taleh Qaraşovu da hərəkətə gətirib.

Saytımıza daxil olan məlumata görə Baş Prokurorluğun keçirdiyi əməliyyatdan sonra icra hakimiyyətində əməlli-başlı çaxnaşma başlayıb.

Hərəkətlənmələrin səbəbi isə 2012-ci ildən iki oğlu ilə birgə Lənkəranı “talayan”, rayonun bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirən, yüksək məmurlar qarşısında “söz sahibi” olan Taleh Qaraşovun sonunun görünməsidir.

Adı daim qalmaqallarda çəkilən Taleh Qaraşovun vəzifəsi ilə vidalaşacağı, hətta ehtiyat tədbirləri çərçivəsində davranaraq, sakit şəkildə vəzifəsindən ayrılmaq istədiyi iddia olunur.

Çox güman ki, bir vaxtlar müavini olduğu Rasilə Əliyevanın məktəblini döyməsi, barəsində cinayət işi açılması olayından və Baş Prokuorluğun əməliyyat tədbirlərindən sonra icra başçısı “üzüsulu” getməyə qərarlıdır.

Qeyd edək ki, Lənkəran rayonu Taleh Qaraşovun rəhbərlik etdiyi beşinci rayondur. O, Kürdəmir, Cəlilabad rayonlarında da icra başçısı vəzifəsində çalışıb. Özü və övladları müntəzəm olaraq, medianın gündəmindədir.

Məlumatlara görə Taleh Qaraşovun oğlanlarından biri, “Hacı” ləqəbli Seymur Qaraşov yaratdığı şirkətlərin birinin vasitəsi ilə rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib. Dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun da bir neçə şirkət yaratdığı deyilir.

Amma o şirkətlərin heç birinin özünün və ya ailə üzvlərinin adına olmadığı vurğulanır.

Hazırda Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan satıla bilməz. Iddialara görə Seymur Qaraşov icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur. Əlavə olaraq Seymur Qaraşovun adı Lənkəran Gənclər Mərkəzi ilə də bağlıdır.

Bu mərkəz Seymur Qaraşovun rayonda sahib olduğu son obyekt olmayıb. Bu günlərdə Lənkəran icra başçısının oğlunun 5 milyon manatlıq "Dəniz" oteli istifadəyə verilib. Otelin tikintisinə Lənkəranın yerli məmurlarının xərc çəkdiyi bildirilir.

Taleh Qaraşovun büdcə vəsaitlərini talan etməsi və böyük sərvət sahibi olduğu da iddia edilir. Onun daha çox büdcə sərfiyyatını tikinti işləri zamanı smeta xərclərinin şişirdilməsilə ört- basdır etdiyi bildirilir.

İcra başçısı rayonun “abadlaşdırılmasını” da Şəhər İcra Hakimiyyətinin bu sahədə Yaşıllaşdırma, Abadlıq, Mənzil Kamunal Təsərrufatı kimi idarələri olmasına baxmayaraq rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, su-kanal və .s idarələrin rəhbərlərindən aldığı aylıq haqqların hesabına həyata keçirir.

Hətta həmin şəxsləri məcbur edir ki, şəhər abadlaşması üçün lazım olan təmir- tikinti materiallarını oğlu Seymur Qaraşovun Lənkəran- Astara magistralında açdığı tikinti matrealları Mağazasından alsınlar.

Onu da qeyd edək ki, Taleh Qaraşov icra başçısı kimi çalışdığı son 20 ildə vətəndaşlarla kobud rəftarı ilə yadda qalıb.

Maraqlısı isə odur ki, Kürdəmir, Cəlilabad, Nefçala, Astara və ən nəhayətdə Lənkəran şəhərinə rəhbərlik edən Taleh Qaraşova nədənsə bu illər ərzində “yaşıl işıq” yandırılıb. Dəfələrlə mediada tənqidlərə tuş gəlsə də, barəsindəki ittihamlardan sıyrılmağı bacarıb.

Digər məlumatlara görə Taleh Qaraşovun Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla yaxın münasibəti var. Məhz bu isti münasibətlərə görə bir müddət öncə Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verilib.

Nazirin müvafiq əmri ilə o, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin olunub.

Xatırladaq ki, mütəmadi olaraq mətbuatda Taleh Qaraşovun keçmiş müavini Rasilə Əliyeva ilə birgə rayonu necə taladıqları, nə qədər sərvət topladıqları barədə müxtəlif səpkili araşdırmalar dərc olunub.
Bizim.Media
 
 

Ardını oxu...
Növbədənkənar parlament seçkilərinin zərurətindən danışarkən ilk ağla gələn bir çox deputatların çıxışlarında yol verdikləri səhvlərlə xalqın qınağına tuş gəlmələri olur. Mərhum YAP-çı deputat Astan Şahverdiyevin Rusiyada çalışan həmyerlilərimizi “otxod” adlandırması, ardınca Hadi Rəcəblinin şəhid ailələri və müharibə əlillərinə güzəştlərin əleyhinə çıxış etməsi, həmçinin Hüseynbala Mirələmovun əhaliyə “az yeyin” deməsi ciddi ictimai qınağa tuş gəldi. Təbii ki, bu məqamda bir il öncə Məhəmməd Əmin Rəsulzadəni təhqir edən YAP-çı deputat Naqif Həmzəyevi də unutmaq olmaz… Necə deyərlər, bu cür deputatları olan iqtidara heç müxalifət lazım deyildi. Onlar mütəmadi olaraq çıxışlarında yol verdikləri bu səhvlərlə həm özlərinin, həm də hakim partiyanın imicinə ciddi şəkildə zərbə vururlardular. Təəssüf ki, bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr də, mətbuata ümumiyyətlə çıxışı olmayan, haqqında barmaqla sayılacaq qədər az yazı çıxan millət vəkilləri də var. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aldığı mandatı layiqincə dəyərləndirməyib hakim komandanın passivinə xal yazan deputatlar siyahısında 97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsindən mandatla mükafatlanmış və yenidən bu dairədən namizədliyini irəli sürmüş Ağalar Vəliyev də var.
Qalmaqallı deputat
A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:
“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).
Ağalar Vəliyev susmaq üçün mandat alıb?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 7 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…
Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.
Millətin, yoxsa biznesin vəkili?
Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.

DAVAMI VAR...
 // cumhuriyyet.az//

Yuxarıda sadalanan faktlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..
Ardını oxu...
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynovla bağlı DİA.AZ-ın təqdim etdiyi araşdırma materialları kifayət qədər ictimai diqqətə səbəb olsa da, nədənsə əlaqədar diarələr bu faktlarla bağlı hüquqi təftişi yubadır. Hər halda görünəni və ortalıqda olan mənzərə bundan ibarətdir.

Qeyd edək ki. keçən günlərdə Anar Hüseynovun "faizə oturdulduğu" faktını ictimaailəşdirmişdik: İnam Kərimov Anar Hüseynovdan FAİZ ALIR... - İTTİHAM VAR!

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalarada qeyd olunur ki, adı Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ ilə birgə hallanan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynov əslində həm də KTN-dəki kadr islahatlarına kifayət qədər təsir imkanları olan şəxsdir.

Məlumatlı mənbə iddia edir ki, Anar Hüseynovun əli ilə KTN-dəki tenderlərdən pay qoparmağa müvəffəq olmaq FETÖ üçün nə qədər asandırsa, eyni zamanda KTN-də vəzifə tutmaq da bir o qədər rahatdır. Mənbənin dia.az-a söylədikləri:

"Bu gün KTN-nin ayır-ayrı strukturlarında məhz Anar Hsüeynovun xətti ilə FETÖ ilə birbaşa və yaxud da dolayısı ilə əlaqədə olan 30-dan artıq kadr mühüm vəzifə tutmaqdadır. Burada maraqlı olanı həm də odur ki, Anar Hüseynov öz əqidəıdaşlarını vəzifəyə gətirərkən də "şirinılik" alıb. Yəni "slujba, slujba... drujba, drujba..." misalı..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı Dəryaz qəzetinin redaksiyasına müraciət göndərib. Həmin müraciəti olduğu kimi dərc edirik

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

Media Orqanlarının rəhbərlərinə

Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən

Müraciət.
Ardını oxu...

Cənab prezident!

Hörmətli Media orqanlarının rəhbərləri!

Nəzərinizə çatdırıram ki, özü hərbi xidmətdə olmayan, Kənd Təsərrüfatı naziri İnam Kərimov şəhid və Qarabağ veteranı qardaşını, təcrübəli, ixtisasca alim-aqronom və Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçmiş, üç körpə uşaq atası, oğlum Həsənov Naməddin Tofiq oğlunu işdən çıxarıb və bir ildir ki, etdiyimiz minlərlə şikayət və müraciətlərə məhəl qoymur.Halbuki Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərqrının 3.2.9. bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa bu halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. İnam Kərimova bir daha xatirladıram ki, Nazirlər Kabinetinin qərarında yazılanlara istisnasız əməl edilməlidir. Oğlumun işlədiyi təşkilatda isə heç bir ixtisar getməyib, əksinə idarə daha da genişləndirilib, ən maraqlısı isə budur ki, həmin idarədə respublika üzrə yeganə şəhid və Qarabağ veteran qardaşı mənim oğlumdur və o da işdən azad olunub. İnam Kərimov işlədiyi dövrdə nazirliyin kadr korpusunu məhv edərək, qeyri-ixtisas sahibi olan öz yaxın qohum və yerlilərini işlə təmin edərək xor və ailə ansamblı yaradıb. İnam Kərimovun ailə ansanblı isə dövlətə külli miqdarda ziyan vuraraq büdcəni qarət edib. Belə ki, onun yaxın qohumlarından biri Ağstafa rayonunda həm atçılıq , həm də qoyunçuluq təsərrüfatının rəhbəri, digər qohumu tarix müəllimi Tərəvəzçilik institutunun direktoru, müavin və idarə rəisləri isə hüquqşünas, regionşünas, politoloq, neftçi, riyaziyyat, coğrafiya və əlifba müəllimləridir. Öz həmyerlisi və yaxını, qeyri-ixtisas sahibi olan bir şəxsi isə Aqrar Universitetə rektor əvəzi təyin etdirib və belə faktlar sadalamaqla qurtaran deyil. Bir sözlə Kənd Təsərrüfatı nazirliyində bir nəfər də olsa kənd təsərrüfatı mütəxəssisi qalmayıb və İnam Kərimov kənd təsərrüfatı mütəxəssislərinə qənim kəsilib.

Bildirirəm ki, Biləsuvar rayonunun həbs olunan icra başçısının qara kassası, oğlu Bakı şəhərində 100 min manatlıq maşında gəzən, Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri Rəfail Quliyevin bir il ərzində bizə ünvanladığı saxta və sərsəri cavab məktubları bizi intihar həddinə çatdırıb.

Onu qeyd edirəm ki, Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Rəşad Vahabzadənin oğlumdan 25000, Tərtər rayonunda toxumçuluq təsərrüfatının rəhbərindən 58000 manat rüşvət tələb etməsi barədə etdiyimiz müraciətlər nəticəsiz qalıb. Hətta Baş prokurorluğa müraciət edərək bildirmişəm ki, Tərtər rayonundan fermer 4 iyul 2022-ci il tarixdə saat 9 radələrində 0504592000 telefon nömrəsi ilə oğlumun 0502443499 nömrəsinə zəng edərək bildirib ki, Rəşad Vahabzadə məndən də 58000 manat tələb edir və bildirir ki, pulun 10000 mataı mənimdir, qalan hissəsi yuxarınındər, gəlin birləşək şikayət edək. Mən həmin telefon danışıgının araşdırilmasını tələb etsəm də heç bir tədbir görülmədi. Bundan əlavə bildirirəm ki, Rəşad Vahabzadə tabeliyində olan Ağdam Dövlət Sort Sınaq Məntəqəsində 2021-ci ildə yetişdirilmiş 76 ton təmiz pambıq məhsulunun subsidiyasını, həmin məhsulun əkin subsidiyasını və digər aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitləri özü mənimsəyib. 2022-ci ildə isə yenə Ağdam Dövlət Sort Sınaq Məntəqəsində yetişdirilmiş 70 ton buğda məhsulunu, Zaqatala DSSM-dən isə tonlarla fındıq məhsulunu heç bir sənədləşmə aparılmadan Bakı şəhərinə aparıb satdıraraq pulunu mənimsəyib. Halbuki həmin vəsaitlər Sort Sınaq məntəqələrinin hesabına köçürülməli və oradan da təyinatı üzrə xərclənməlidir. Bu cinayəti araşdırmaq üçün peşəkar hüquqşünas olmağa ehtiyac yoxdur və sənədlər qaldırılarsa hər şey güzgü kimi görünər. Rəşad Vahabzadə 30 sentyabr 2022-ci il tarixdə respublika üzrə video-formatda iclas keçirib, iclasda sona qədər çayxana söhbətləri edib və qanuna zidd olaraq işçilərə bildirib ki, sizə Sort Sınaq Məntəqələrində başqa işlərə qarışmağa icazə vermirəm, siz yalnız qruntda morfoloji xassələri müəyyən edə bilərsiniz. Mən isə İnam Kərimovdan xahiş edirəm çıxıb efir-televiziya vasitəsilə bizə izah etsin görək QRUNTDA MORFOLOJİ XASSƏ nə deməkdir və bu nə biabırçılıqdır. Qruntda morfoloji xassə yəqin İnam Kərimovun əziz və istəkli, lakin qeyri-ixtisas sahibi Rəşadın yeni ixtirasıdır. Əbləh, özünü idarə edə bilməyən, savadsız və qeyri-ixtisas sahibi olan Rəşad Vahabzadəyə izah edirəm ki, qrunt nəzarətində sort əsilliyi müəyyən edilir.

Özünü fars dilinin mükəmməl bilicisi sayan İnam Kərimov fars atalar sözü olan «üzümün yaxşısını çaqqal yeyər» prinsipini əldə rəhbər tutaraq savadsız və qeyri-ixtisas sahibi olan Rəşad Vahabzadənin arxasında möhtəşəm dağ kimi dayanmışdır və hal-hazırda da talançılıq davam edir. Korrupsiya və rüşvətxorluğun başında dayanan, ölkənin kənd təsərrüfatını məhv edən,ölkə büdcəsini maxinasiya və transfer yolu ilə qarət edən İnam Kərimov təcili həbs olunmalıdır, yoxsa ölkəni aclıq və fəlakətdən xilas etmək mümkün olmayacaq. Beş il nazir işləyən İnam Kərimov və onun komandası savadsız olaraq mənim oğlumun qarşısında günahkar mədrəsə uşaqları kimi görünür. Heç bir savadı olmayan qeyri-peşəkar kadr korpusu televiziya və mətbuatda öz savadsız çıxişları ilə özlərini biabır edirlər. Təkrar olunan belə hallar isə təəssüf hissi doğurur.

Cənab prezident!

Kənd Təsərrüfatından heç bir anlayışı olmayan, quzunu qucağına basaraq şəkil çəkdirib görüntü yaradan, Şəhid və Vətən məvhumuna hörmət qoymayan İnam Kərimov haqqında tədbir görməyinizi Sizdən xahiş edirəm. Əks təqdirdə ölkəni ərzaq böhranından xilas etmək mümkün olmayacaq.

Həsənova Ceyran Məhəmməd qızı. Şəhid və Qarabağ veteranı anaşı.

Məqalədə adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq

Deryaz .az
 
 

Ardını oxu...
“Bir insanı uzun müddət aldatmaq olar, bir neçə adamı bir müddət aldatmaq olar,
amma bütöv bir xalqı aldatmaq hələ heç kəsə nəsib olmayıb”
Avraam Linkoln


Təxminən iki əsr öncə Azərbaycanın Abşeron bölgəsində tapılan neft iqtisadiyyatın inkişafına təkan verdi. Bu səbəbdən, ərazidə neft emalı müəssisələri tikildi. Lakin əvvəl Çar Rusiyasının, sonra isə Sovet İttifaqının müstəmləkəsi olan Azərbaycanda neft çıxarılan və emal edilən ərazilərdə ekoloji durum bərbad vəziyyətə düşdü.

Yalnız müstəqillik əldə edəndən sonra bu ərazilərin təmizlənməsi məsələsi gündəmə gəldi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının “Qaraşəhər” adlanan ərazidə yeni “Ağ Şəhər” layihəsi həyata keçirilməyə başlanıldı. Prezidentin və dövlət qurumlarının müvafiq sərəncamlarına görə, bu ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülməli, torpaq qatı təmizlənməli, yeni yaşayış massivi salınandan sonra, sakinlər mənzillərlə təmin edilməli və ya müvafiq qanunlara görə onlara kompensasiya ödənilməli idi. Lakin son illər ərzində redaksiyamıza daxil olan çoxsaylı şikayətlər belə deməyə əsas verir ki, bir çox layihələr kimi, “Ağ Şəhər” layihəsi də korrupsioner məmurlar “iştahına qurban verildi”. Söhbət ondan gedir ki, prezidentin xoşməramlı təşəbbüsünə baxmayaraq, bir sıra məmurlar öz ciblərinin doldurmaq üçün sakinləri narazı saldılar, onların malına-mülkünə göz dikdilər. Aşağda adları sadalanan Xətai rayon sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına ünvanlanan məktub da dediyimizin bariz nümunəsi hesab oluna bilər.

Belə ki, Xətai rayonunda vaxtilə “Qaraşəhər” adlanan ərazinin sakinləri - Cəbrayılov Tahir, Qasımov Kərim, Qaibxanov Cəlaləddin, Paşayev Vahid, Əhmədova Dilarə, Babayev Nizami, Məmmədov İlyas, Əliyev Fərhad, Tahirov Uluğbəy, Əhmədov Elçin, Sadıxov Allahverən, Nağıyev Zahid, Həbiyev Əhli, Əsgərov Zahid, Quliyev Şakir və s. şikayətçilər ədalətsizliklə üzləşdiklərini qeyd edərək, ölkə başçısından kömək istəyirlər. Onlar qeyd edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 262 saylı, 11.06.2007-ci tarixli sərəncamında bu işlərin yerinə yetirilməsi “ADEC” Azərbaycan İnkişaf Şirkətinə həvalə edilib. Lakin sözügedən qurum bu işin “nəzərdə tutulan müddət ərzində öhdəsindən gəlmədiyinə” gərə, bu tədbirlərin görülməsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 225 saylı, 10.06.2013-ci tarixli, heç bir hüquqi əsası olmayan sərəncamı ilə şəxsən Xətainin icra başçısı Razim Məmmədova həvalə edilir. O gündən bu yana qəsəbə sakinlərinin qara günləri başlayır:

“Maliyyə Nazirliyinin tövsiyəsi ilə (Xətai RİH-nin təqdim etdiyi sənədlərə istinadən) müstəqil qiymətləndirmə şirkərti olan “ƏQD” MMC-nin 53/M saylı 24 fevral 2017-ci il tarixli məktubunda AR 987-IIIQ saylı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3 , 56.1.2 , 58.3, 66.4.4 maddələrinə və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3. bəndinə əsasən, 20 % əlavə haqq ödənilmək şərti ilə yaşayış evlərimizin köməkçi sahəsinin 1 kv.m. (dəhliz, mətbəx, sanitar qovşağı) - 750 manat, yaşayış sahəsinin 1 kv.m. (qonaq otağı , yataq otaqları) - 1000 manat, həyət tikililərinin 1 kv.m. üçün 50-350 manat dəyərində qiymətləndirilmişdir. Qeyd edilmiş qiymətlərdən 20% əlavə haqq ödənişini çıxsaq, evlərimizin 1 kv.m sahəsinin dəyəri 625 manat və 833 manat təşkil edəcəkdir.

“Üstü bəzək, altı təzək” layihə...

Bu qiymətlərlə razı olmayan sakinlər təhdidlərə məruz qalır. Nə ev sahibinin razılığı, nə də məhkəmə qərarı olmadan evləri sökülür. Xətai Rayon İcra Hakimiyyəti rəhbərliyinin tamahkarlığı üzündən dövlət tərəfindən ayrılan vəsaitlər mənimsənilib. Buna görə, layihənin başlanmasından 15 il keçsə də əsaslı tikinti aparılan ərazidə hələ də fərdi yaşayış evləri qalmaqdadır. Ərazidə mövcud olan bərbad ekoloji və sanitar-epidimioloji durum, burada yaşayan sakinlərin sağlamlıqlarına ciddi ziyan vurur. Qəsəbədə müasir mehmanxanalar, ofis və yaşayış binaları və məktəblər tikilsə də neft məhsulları ilə çirklənmiş torpaq qatı təmizlənməmiş olaraq qalır.

Yol infrastrukturunun olmaması sakinlərin təcili tibbi və yanğınsöndürmə xidmətindən məhrum edib. Necə deyərlər, üstü bəzək, altı təzək.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 2013-cü il 07 mart tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Teniki təlimat”ın 2.19 və 2.30 maddələrində kompensasiyanın məbləği hesablanarkən fərdi yaşayış evləri yalnız çöldən götürülmüş ölçülərə görə hesablanması nəzərdə tutulsa da, evlərimizin sahəsi içəri ölçülərlə hesablanır.

Beş il əvvəl Razılaşma müqaviləsinə imza ataraq, evləri tam və ya qismən sökülən sakinlər ayrılan vəsaiti hələ də ala bilmirlər. İllərdir kirayədə qalmaq məcburiyyətindədirlər. Sakinlər dəfələrlə Xətai RİH-nə artıq təsir müddəti keçmiş “Razılaşma müqaviləsi”nin ləğv edilməsinə görə müaciət etsələr də, müraciətləri cavabsız qalmışdır. Halbuki, həmin müqavilələriin bildiriş verilən gündən 2 ay təsir müddəti var.

Xətai RİH-nin məmurları razı olmayan sakinlərlə mübahisəli məsələləri sivil qaydada, hüquqi müstəvidə həll etmək əvəzinə, heç bir rəsmi sənəd (bildiriş, hesabat) təqdim etmədən, nə ev sahibinin razılığı haqqında bir sənəd, nə də məhkəmə qərarı olmadan, polis əməkdaşlarının iştirakı ilə ağır texnika vasitəsi ilə evlərimizi sökürlər. Evdəki əşyalar MİS-nin əməkdaşları tərəfindən əvvəlcədən kirayələnmiş evə daşınır. Evdə olan daşınar əmlakların qorunmasına görə heç kim məsuliyyət daşımır. Polis əməkdaşları bir dövlət nümayəndəsi kimi, ev sahibinin mülkiyyət toxunulmazlığını qorumaq əvəzinə, məmurların qanunsuz hərəkətlərinə rəvac verir. Videoçəkiliş aparmağa icazə verilmir. Çəkilən videomaterialları telefonu zorla alaraq sildirilir. Əgər belə tədbirlər qanunidirsə, nəyə görə videoçəkilişə icazə verilmir?

10.02.2021-ci il tarixində Nağıyev Zahid Həsən oğluna məxsus fərdi yaşayış evi tam, Həsənov Altay Ümidvar oğluna məxsus fərdi yaşayış evi qismən, bir il sonra isə Birinci Qarabağ müharibəsi qazisi Həbiyev Əhli Həbibulla oğluna məxsus evi tam, onların razılığı olmadan, Xətai RİH-nin başçısının birinci müavini Etibar Əhmədov göstərişi ilə, heç bir hüquqi sənəd təqdim etmədən ağır texnika vasitəsi ilə sökülmüşdür.

Heç bir razılaşma müqaviləsi olmadan, ərazidə mövcud orta bazar qiymətinə uyğun olmayan, bu səbəbdən ev sahibini qane etməyən pul vəsaiti onun adına Banka köçürülür. Xəbərdarlıq etmədən ev sahibləri evdə olmadığı vaxt ağır texnika ilə giriş qapısı sökülür. Evin içindəki əşyalar zorla MİS-nin işçiləri tərəfindən əvvəlcədən kirayə olunmuş evə daşınır, bundan sonra ağır texnika ilə ev sökülür.

Əvvəl evi sökür, sonra kompensasiya almağa məcbur edirlər...

Naqıyev Zahid Hasən oğluna məxsus fərdi yaşayış evinin tam hüquqlu (kupçalı) olmasına rəğmən, Xətai RİH 37-ci Polis Bölməsinə bu tikilinin qeyri-qanuni olması barədə yalan məlumat vermişdir. Naəlac qalan Nağıyev Zahid Həsən oğlu onun mülkiyyətinə dəyən ziyana görə, onu qane etməyən məbləği götürmək məcburiyyətində qalmışdır. Əvvəl evi söküb, sonra isə onu qane etməyən kompensasiyanı götürməyə məcbur etmək, vətəndaşı təhdid edib, mülkiyyət hüququnu pozmaq deməkdir.

Eyni zamanda, Xətai RİH başçısının birinci müavini Etbar Əhmədovun göstərişi ilə digər qonşumuz Həsənov Altay Ümidvar oğlunun fərdi yaşayış evi qismən dağıdılmışdır.

Xətai RİH-nin rəhər şəxsləri tərəfindən AR Konstitusiyasının 13 və 29-cu maddələri, AR Mənzil Məcəlləsinin 5-ci maddəsi kobudcasına pozulmuşdur. Bu səbəbdən Xətai RİH başçısının birinci müavini Etibar Əhmədov, 66 saylı MİS rəisi Fizuli Ələsgərov və 101 saylı MİS rəisi İsmayıl Ələkbərov tərəfindən edilən hərəkətlər AR Cinayət Məcəlləsinin 186.3-cü maddəsi üzrə cinayət tərkibli olsa da, bu günə qədər heç bir məmura qarşı hansısa tədbir görülməmişdir. Biz, sakinlər bunu Xətai RİH-nin hüquq-mühafizə orqanlarına qarşı göstərilən təzyiqin nəticəsi kimi qiymətləndiririk.

Biz Xətai Rayon İcra Hakimiyyətinin özbaşnalığına dair tədbirlərin görülması barədə Prezidentə, Birinci vitse-prezidentə, Milli Məclisə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, Baş Prokurorluğa, DİN-ə, İnsan Hüquqları üzrə Müvəkkilə dəfələrlə müraciət etmişik. Bütün müraciətlər, barəsində şikayət etdiyimiz Xətai RİH-ə yönəldirilir. Belə ki, şikayət məktublarında qeyd etdiyimiz məsələni araşdırıb, ölkə qanunlarına müvafiq, bir üst qurum kimi göstəriş vermək əvəzinə, məsələnin həll edib, nəticəsi barəsində şikayətçilərə və üst qurumlara məlumat verilməsini üçün məktublar Xətai RİH göndərilir. Bu isə böyük məntiqsizlikdir”.

8 il ərzində qiymətlər 2,5 dəfə artsa da...

Şikayətçilər onu da qeyd edir ki, 8 il ərzində qiymətlər 2,5 dəfə artsa da, bu məsələ rəsmi qurumlar tərəfindən nəzərə alınmır: “Nəzərinizə çatdırmaq istəyirik ki, 8 il ərzində “Ağ Şəhər”də təmirsiz mənzillərin dəyəri 800 manatdan 2000 manata qədər yüksəlsə də, bu dövr ərzində bizə verilən kompensasiyanın məbləği, əksinə, azalmışdır. Aylar keçir, illər ötür, amma Xətai RİH nə bu məsələni həll edir, nə də bizə bir dürüst cavab verir. Əvəzinə isə Xətai RİH əməkdaşları Bakı “Ağ Şəhər”in dövlət layihəsi olduğunu bəhanə gətirərək, verilən kompensasiya ilə razılaşıb, bizi ağır texnika ilə təhdid edərək, qeyd-şərtsiz evlərimizi tərk etməyə məcbur edirlər. Sakinlər tərəfindən çoxsaylı şikayətlərdən sonra Xətai RİH-nin başçısı Razim Məmmədov tutduğu vəzifəsindən azad olundu. Biz düşünürdük ki, bundan sonra problemimizin həllində bir ümid yeri yaranar. Lakin Rafiq Quliyev Xətai RİH-nin yeni başçısı təyin olunsa da, heç nə dəyişməyib. Necə deyərlər, “köhnə hamam, köhnə tas”.

Yenə də həmin qiymətlər, təhdidlər, şikayətlərimizə etinasızlıq. Sakinlərin razılığı, məhkəmə qərarı olmadan evləri sökülsə də, saxta sənədlərlə bu qanunsuz əməllər ört-basdır edilir. Bu məsələdə Xətai RİH rəhbərliyinin özbaşnalığı və yuxarı dövlət qurumlarının etinasızlığı sakinlərdə prezidentə, dövlətçiliyimizə, qanunlarımıza inamsızlıq yaradır. Burada yaşayan sakinlər “ölkədə bizim heç kim olduğumuzu”, qanunların işləmədiyini deyirlər.

Sanki “Ağ Şəhər” AR qanunlarının şamil edilmədiyi bir ərazidir. Burada “ADEC” Azərbaycan İnkişaf Şirkətinin və Xətai RİH-nin tədbiq etdiyi “qanunlar” işləyir.

Dəfələrlə prezident bütün məmurların xalqa xidmət etməli olduğunu bəyan etsə də, biz məmurlar tərəfindən xidmət yox, təhdid, mülkiyyət və vətəndaş hüquqlarımızın pozulduğunu, davamlı məmur özbaşnalığı və bu qanunsuz əməllərə qarşı hüquq-mühafizə orqanlarının biganəliyini və etinasızlığını görürük.

Biz belə düşünürük ki, Bakı, “Ağ Şəhər”də sakinlərə qarşı təhdidlərin və mülkiyyət hüquqlarımızın kobud şəkildə taplandalanması ilə əlaqədar baş verən qanun pozuntularının dövlət qurumları tərəfindən ört-basdır edilməsi, prezidentin təşəbbüsü ilə həyata keçirilən bu layihə barədə hər hansı neqativ informasiyanın yayılmamasından irəli gəlir. Bu layihənin bir hökümət layihəsi olmasını bəhanə gətirərək, verilən kompensasiya ilə razı olmadığımız təqdirdə, “hökümətlə hökümətlik edəcəksiniz?” kimi alçaldıcı ifadələrlə bizi təhqir edirlər. Xətai RİH başçısının birinci müavini Etibar Əhmədov deyir ki, “biz sizin evinizi sökək, sonra siz məni verin məhkəməyə”. Hal-hazırda “Ağ Şəhər”də durumu belə təsəvvür etmək olar: Cəbhənin bir tərəfindən bütün dövlət qurumları, o biri tərəfində isə öz mülkiyyətləri müdafiə edən sakinlər dayanıb”.

(Ardı var) //hurriyyet.az//
 
Ardını oxu...
Hərbi pensiyaçıların hərbi tibb müəssisələrində müalicələrinə qadağa qoyulması qanunsuzdur
Dövlətin hərbi tibb müəssisələri necə “özəlləşdirilib”?
Bu ildən hərbi pensiyaçıların, qazi və şəhid ailələrinin hərbi tibb müəssisələrində müalicəsinə, belə demək mümkünsə, süni qadağa qoyulub. Tibb müəssisələri “qadağa”nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qoyduğunu bildirir. Agentlik yalnız dövlət tibb müəssisələrində sığortalı əsasla ödənişsiz müayinə və müalicənin mümkünlüyünü diqqətə çatdırıb, özəl tibb müəssisələrinə də göndəriş verilməsini vurğulayır. Bu bilgi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında yerləşdirilib. Maraqlıdır, sözügedən saytda hərbi tibb müəssisələri özəl tibb müəssisələri kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb qurumları kimi göstərilir. Axı dövlətin hərbi tibb müəssisələrini kim, necə və nə vaxt özəlləşdirib?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısında DİN Tibb xidmətinin tabeliyində olan A. N. Heydərov adına Respublika Hospitalı səkkizinci yerdədir. Lakin sözügedən Agentlik, tabeliyindəki TƏBİB, ərazi poliklinikaları DİN hospitalına göndəriş verməkdən imtina edir, hospital isə DİN -in tibbi uçotunda olan Qarabağ qazilərinin belə müalicəsinin göndərişsiz mümkün olmadığını vurğulayır. Beləcə müalicəyə ehtiyacı olan hərbi pensiyaçılar , qazilər, şəhid ailələri bürokratik “həkimlik” qarşısında müalicə, sağlamlıq hüquqlarından məhrumdurlar.
Qanunvericilik bəs nə deyir? “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13.6 maddəsinə görə, yaşına, xəstəliyə, ştatların ixtisarına , ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların , habelə onların ailə üzvlərinin (arvadının və 16 yaşınadək uşaqlarının) , vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində TİBBİ TƏMİNAT, SANATORİYA-KURORT MÜALİCƏSİ VƏ İSTİRAHƏT HÜQUQU SAXLANILIR.
Göründüyü kimi, qanunvericilik hərbi pensiyaçıların, qazi və şəhid ailələrinin hərbi tibb müəssisələrində tibbi təminat hüququnu təsbit edir -doğrulayır. Belədə mərkəzi, yerli icra hakimiyyəti orqanı statusunda olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qanuna qadağa qoyması , hərbi tibb müəssisələrini “özəlləşdirməsi” bir yana, hərbi tibb müəssisələrinin də bu qanunsuzluğa boyun əyməsi yolverilməzdir. Ana Qanun – Azərbaycan Respublikasının Konstitusiyası bu yolverilməzliyi diqtə edir. Nə yazıq, hələ də hərbi pensiyaçılar qanunla, Konstitusiya ilə təminat verilən sağlamlıq müalicə hüquqlarından məhrumdurlar.
Qanunvericilik hərbi pensiyaçıların birbaşa hərbi tibb müəssisələrinə müraciət etməklə müayinə və müalicə olunmalarına haqq verir. Əvvəllər olduğu kimi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB -in hərbi pensiyaçıların müalicəsinə qanunsuz qadağa qoymasına son qoymaq görəvi isə hökumətin üzərinə düşür.
Məğrur Bədəlsoy
 
Ardını oxu...
7Times.az-a müraciət edən Saatlı rayon sakini Abbasov Cavanşir İmamqulu oğlu hazırda Sabirabad rayonuna rəhbərlik edən Siraqəddin Cabbarovun ünvanına ağır ittihamlar səsləndirib.

Həmin şəxsin geniş müsahibəsini sizə təqdim edirik:

a olunanlarla bağlı dia.az olaraq İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

//guninfo.net//
 
Ardını oxu...
Bir neçə gün öncə “Prestij-V” MTK-nın rəhbəri İdris Əliyev və onun qardaşı Şəmsi Əliyevin fəaliyyəti haqda “İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri:generala güvənirlər?” başlıqlı yazı dərc etmişdik. Yazıda “Ağ şəhər”də böyük tikinti işləri görən İ.Əliyevin hər yerdə nüfuzlu bir generalın adını çəkərək onun himayəsində olduğunu bildirdiyini, qardaşı Şəmsi Əliyevin də adının tikinti biznesində və torpaq biznesində hallandığını qeyd etmişdik. Təhsil Nazirliyi yaxınlığında hündürmərtəbəli binanın tikintisini həyata keçirən Ş.Əliyevin Biləcəri qəsəbəsində 48 sot torpaq sahəsini hissə hissə olmaqla bir payı bir neçə əfərə satması haqda məlumatlar var. İcra hakimiyyəti torpağın vətəndaşa məxsus olduğunu bildirsə, əldə alqı-satqı sənədləri olsa da Şəmsi Əliyev bu günədək vətəndaşa dəymiş ziyanı ödəməkdən imtina edir və məsuliyyətdən yayınıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə zərərçəkmişlər artıq hüquq mühafizə orqanlarına müraciət ediblər.
Məsələnin təfərrüatı isə ondan ibarətdir ki,2006-cı ildə Quliyeva Şölə Kamil qızı və qardaşı Quliyev Elnur Kamil oğlu Binəqədi rayonu, Binəqədi şossesi, Dəyirman yolu deyilən yerin yaxınlığında bələdiyyə sənədi əsasında Əliyev Şəmsi Səməd oğlundan hər birinin adına ayrılıqda 6 sot, ümumilikdə isə 12 sot torpaq sahəsi alır. Bunun müqabilində Əliyev Şəmsi Səməd oğluna 72000 (yetmiş iki min) manat məbləğində pul ödənilir. Həmçinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 38 və 39 saylı 14 aprel 2010-cu il tarixli qərarları ilə torpaq sahələrinin alıcıların adına olması və onların istifadə hüququnda olduğunu təsdiq edilir.
Torpaq alqı satqısı zamanı Əliyev Şəmsi sata biləcəyi ümumi hasarlanmış 48 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini hissə-hissə, yəni hər hissəsi 6 sot olmaqla satacağını bildirib. Ötən illər ərzində Quliyevlər həmin torpaq sahəsində ev tikmək və abadlıq işləri görmək imkanında olmadığından torpaq sahəsində heç bir iş aparmayıblar. Lakin 2021-ci ilin ortalarında həmin torpaq sahəsinin olduğu yerə baxış keçirdikdə onların aldığı ərazilərdə yaşayış sahələrinin, evlərin olduğu müşahidə edilir. Bununla bağlı şikayətçilərin cumhuriyyet.az-a ünvanladığı məktubda deyilir:”İlk öncə öz torpağımızı hasarlamadığımıza görə başqa şəxslərin bu torpaqları sahibsiz sanaraq qanunsuz şəkildə məskunlaşdığını düşündük. Sonra isə Əliyev Şəmsinin satdığı 48 sot torpaq sahəsinin içərisində yaşayan hər kəsin öz torpaqlarını Əliyev Şəmsidən aldığını, burada qanuni şəkildə məskunlaşdığını öyrəndik. Belə ki, burada yaşayış sahəsi olan hər kəsin torpaq sahələrinin sənədi var. Bizim adımıza olan torpaq sahələrinin də yerində yaşayış sahələri tikib məskunlaşan şəxslər də bu torpaqları bizim kimi Əliyev Şəmsidən aldıqlarını bildirdilər və öz sənədlərini də bizə göstərdilər. Bu isə Əliyev Şəmsinin bir torpaq sahəsinin birdən çox şəxsə satması deməkdir.
Bu açıqcasına bizim öz torpağımızdan, mülkiyyətimizdən istifadə hüququmuzun pozulması deməkdir. Bu da mülkiyyət hüququnun özünün kobudcasına pozulmasıdır. Əliyev Şəmsi bizim etibarımızdan sui-istifadə edərək dələduzluq yolu ilə bizi və digər şəxsləri aldatmış, bir torpaq sahəsini birdən çox şəxsə satmışdır. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq cinayət əməlinin hallarına aid edilir. Əliyev Şəmsi Səməd oğlu bizə aid olan əmlak hüquqlarını ələ keçirmiş və bizi aldadaraq bizə məxsus olan torpaq sahəsini başqa şəxslərə də satmışdır”
Şikayətçilərin sözlərinə görə baş verənlərlə bağlı Əliyev Şəmsi Səməd oğluna dedikdə isə o güya bunlardan xəbərdar olmadığını və bütün bunları başqasının etdiyini demişdir. Bununla da ona torpaq sahəsinə görə ödənilən pulu qaytarmaqdan boyun qaçırmışdır. Ş.Əliyevin bu vaxta qədər cəzasız qalmasının səbəbi kimi “Ağ şəhər”də ciddi tikinti işləri aparan qardaşı İdris Əliyev və onun himayədarı olan generalın adı hallanır. Bu barədə növbəti yazımızda
 
Ardını oxu...
  • Sosial / Araşdırma
-A+

"Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədovun həyat yoldaşı 1-ci qrup əlil təyin etdirib, 10 ildir ki, dövlətdən pul alır. Həmçinin 1-ci qrup əlilə qulluq etdiyinə görə özü hər ay 50 manat pul alıb. Hazırda həmin məbləğ 80 manatdır. Yaşar Əhmədovun həyat yoldaşı əlil olsada onu Qızılağac kənd Tibb Məntəqəsinə xadimə vəzifəsinə təyin etdirib, hər ay maaş alır. Hansı ki, bu adam 10 ildir ki, 1-ci qrup əlildir."

Bu sözləri Göyçay rayon Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən "Asiya.az" xəbər portalına ünvanlanan ŞİKAYƏT məktubunda qeyd olunub. Şikayətçi həmçinin Göyçay Rayon Mərkəzi Xəstəxanasının polikilinika şöbəsinin müdiri Arzu Burcalıyevin qanunsuz əmələri baredə məlumat verib. O qeyd edir ki;
 
"Göyçay rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyevin həyat yoldaşı isə 10 ildir ki, saxta xəstəlik sənədləri ilə 1-ci qrup əlildir. Hansı ki, 10 əvvəl ona diaqnoz kimi xərçəng xəstəliyi qoyulub. Ancaq onda heç bir onkoloji xəstəlik olmayıb.
Prezidentin xüsusi göstərişi əsasında hazırda ilk olaraq işə şəhid ailələri və qazilər işə qəbul olunur. Ancaq Göyçay rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev 5000 manat müqabilində Yusif adlı həmkəndlsini direktor Yaşar Əhmədova  köməkçi vəzifəsinə təyin etdirib. Yaşar Əhmədov iş ortağı olan Arzu Burcalıyevin göstərişindən çıxa bilmir həmdə maddi marağı güc gəldiyi üçün şəhid ailələri və qaziləri unudub bu qanunsuzluğu etmişdir.
  
Arzu Burcaliyev rüşvət müqabilində ruhi xəstələrə gözdən əlillərə sürücülük vəsiqəsi almaq üçün saxta sağlamlıq arayışları verir. Arzu Burcalıyev özünü bu işdə belə sığortalayır ki, burada mənim haqqı-payım yoxdur çünki sağlamlıq arayışını həmin sahə üzrə həkimlər yazır məndə təsdiq edirəm. Ancaq həmin saölamlıq arayışlarını yazmaq üçün Arzu Burcalıyev həkimləri məcbur edir.
 
Həmçinin Göyçay rayon xəstəxanasında qanunsuz bülletenlər satılır. Hansı ki, yoxlanılarsa bülleten verilmiş həmin adamlar bir gündə olsun Göyçay xəstəxanasında qalmayıblar stasionar və ya ambulator müalicə almayıblar. Buna görə isə dövlətin ayırdığı vəsaitləri Yaşar Əhmədov mənimsəyir.
Sizdən xahiş edirəm bu şikayətimdə göstərilən faktları yerində obyektiv araşdırıb korrupsiya şəbəkəsi yaratmış vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz.
Əlaqə tel; 070 320-59-59"

"Asiya.az" xəbər portalı məqalədə adları keçənlərin mövqeyini dərc etməyə hazırdır.
 
Ardını oxu...Ardını oxu...

“MS OYL” şirkətinin sosial şəbəkədəki hesabına rəy yazan internet istifadəçilərindən Məryəm Süleymanova Mehdiabad qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin işçilərinin müştərilərlə kobud davranışılarından şikayətlənir və şirkət rəhbərliyinə onlara “qulaqburması” verilməsini tövsiyə edir. Görünür, xanım sürücü YDM-dəki operatorun benzinin qramından kəsilməsi ilə üzləşib. Murad Sarıyev adlı başqa bir internet istifadəçisi isə MS OYL” məntəqəsində doldurduğu yanacağın onun avtomobilini xarab elədiyini, ustaların bunu təsdiqlədiyini yazır.

Bakıda, Abşeronda və bir çox başqa rayonlarda fəaliyyət göstərən “MS Oil” yanacaqdoldurma məntəqələri “MSDIS Holding”ə məxsusdur. Holdinqin rəhbəri Mirfəyyaz Nağıyevdir. «MS OIL» şirkətinin hüquqi ünvanı Bakı, Nərimanov rayonu, İsmayıl Hidayətzadə ev 20A m 51-dir. Nağıyev Mirfəyyaz Oktay oğlu 24.09.2018-ci idə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub.

Onu da qeyd edək ki, “MSDIS Holding” MMC fəaliyyətə başladığı iki il ərzində çox sahibkarın arzu etdiyi 300-dən çox layihə həyata keçirib, bir neçə nəhəng tenderlərinin qalibi olub.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” “MSDIS Holding” MMC-yə Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün 2 milyon manatdan çox pul ödəyib.

— 26.04.2021-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar ərazisində «Azərişıq» ASC-yə məxsus 2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttinin bir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işləri üçün  “Azərişıq” ASC ilə 116 min 489 manat 60 qəpiklik,

— 22.05.2021-ci il tarixində Xırdalan şəhərində abadlıq işləri üçün Abşeron rayon İcra Hakimiyyətilə 1 milyon 362 min 482 manat 86 qəpiklik,

— 25.05.2021-ci il tarixində Sumqayıt şəhərində «Karvan yolu» küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 277 min 715 manat 67 qəpiklik,

— 01.06.2021-ci il tarixində Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 2 milyon  20 min 503 manat 68 qəpiklik müqavilə imzalanıb.

Yanacaq müştəriləri həmçinin xatırlayırlar ki, hər dəfə benzinin qiymətinin artacağı xəbəri çıxan kimi “MS OYL”un məntəqələrində benzinin olmadığı deyilir. Yəni, benzini anbarda saxlayıb qiymətinin qalxmasını gözləyirlər ki, baha satsınlar.

Cəmiyyətdə adının önündə “mir” sözü daşıyanlara xüsusi yanaşma var. Heç kəsə sirr deyil ki, ta qədimdən Azərbaycanda seyid nəslindən olan insanlara xüsusi hörmət və ehtiram olub. Ancaq “imam övladları” onlara bəxşiş olan nüfuzlarını qoruyub-saxlamağı bacarmalı, qazandıqları ruzi halal olmalı, şeytana aldanmamalı, nəfslərini tox tutmalıdırlar. Maraqlıdır, görəsən Mirfəyyaz Nağıyevin personasına bu qədər böyük diqqətin səbəbi nədir və ya səbəbkarı kimdir?

Bu və ya digər suallarla bağlı hörmətli Mirfəyyaz Nağıyevə dəvələrlə zəng edib, mesaj göndərsək də, cənab müdirdən heç bir cavab ala bilmədik. Odur ki, növbəti yazılarımızda suallarımıza cavab öyrənməyə çalışacağıq.

Dəryaz Oraq

Dünyapress TV

Xəbər lenti