NDU-nun müəllimi DTX-nı bu ali məktəbi araşdırmağa çağırdı:
Naxçıvan Dövlət Univesitetinin rektoru Elbrus İsayevin fəaliyyəti barədə facebook səhifəmizdə dərc etdiyimiz məlumatlar ciddi rezonans doğurub. Məlumatlarda ittiham olunan şəxslər daş atıb başını tuturlar ki, belə hadisələr onların dünya şöhrətli və “Azərbaycanın ən nüfuzlu ali məktəbi”nə yad hallardır, NDU-da qurd quzu ilə otlayır. Hətta bu iddiaların irəli sürüldüyü məktubları yayımladığı üçün saytımızın Baş redaktoru Heydər Oğuzun facebook səhifəsi şikayət edilərək bağlanılıb.

TEREF.AZ yazır ki, iddialarla razılaşanlar da az deyil. Ovqat.com-un redaksiyasına göndərilən məktublardan birində ali məktəbin müəllimlərindən biri yazır:

“Heyder Oguz bəy, təəsüf ki, bir ziyalı insan kimi qeyd etmək istəyirəm ki, Sizin NDU-da qeyd etdikləriniz həqiqətdir, universitet bir qrup adam tərəfindən rüşvətxorluq ,keyfi qadağalar yuvasına çevrilib. Amma bunun əsasını indiki rektor qoymayıb. Bu, hər zaman olub, indi də davam edir. İndiki vəziyyətlə əvvəlki durum arasında sadəcə bir fərq var: rüşvət əvvəllər ayrı-ayrı şəxslər vasitəsilə yığılırdısa, indi bu iş sistemləşdirilib. Əvvəllər qabiliyyət və ikinci təhsilə qəbul olmaq üçün rüşvət rektora akademik İsa Həbibbəylinin baldızı Mətanət Quliyeva vasitəsilə çatdırılırdısa, indi bu işə Həmkərların sədri Nicat, “Kirvə” Cavid (dekan) də cəlb olunub.

Məndə olan məlumata görə artıq Universitetdən bəzi kadrlar gizli şəkildə DTX tərəfindən dindirilib. Mən özüm də bəzi əsaslı faktları lazımı təşkilatlara ötürmüşəm. Mən Sizin vasitənizlə DTX-nı Naxçıvan Dövlət Universitetində baş verən rüşvətxorluqları, qanunsuzluqları araşdırmaq üçün Naxçıvan Dövlət Universitetinə dəvət edirəm”.

Ötən il NDU-nu bitirən məzunlardan biri də NDU rəhbərliyindən xeyli narazıdır. Məzun yazır (olduğu kimi):

İmkansızlıq, məcburiyyət qarşısında qalıb sizə yazıram. Mən və mənim kimi yüzlərlə tələbə ötən il NDU-dan məzun olduq. Məzun olmağa 3 ay qalmış "hörmətli rektorumuz" Elbrus müəllimin xeyir duası ilə IELTS mərkəzi açıldı. Ilk öncə biz buna çox sevindik. Lakin sonradan bunun nə üçün edildiyini başa düşəndə artıq iş işdən keçmişdi.

"Hörmətli rektorumuz" Elbrus müəllim IELTS imtahanına girmədiyimiz təqdirdə universitetdən məzun ola bilməyəcəyimizlə hədələmiş və imtahana girəcəyimizi məcbur tələb etmişdir. Bir neçə dəfə səsimizi yuxarılara çatdırmaq istəsək də "Hörmətli rektorumuz" Elbrus müəllim və onun TƏBLIĞAT MAŞINI" , üzdə özünü "ziyalı, mütəfəkkir " göstərən, üzdə özünü Dövlətə , Dövlətçiliyə sadiq birisi kimi göstərən ARZU ABDULLAYEV tərəfindən bizlə söhbət aparılaraq yenə hədə-qorxu yolu ilə imtahana girməyimiz tələb edildi.

Heç yadımdan çıxmır..(((((

Birinci ay idi işləyirdim, sevinə-sevinə gözləyirdim maaş alıb xaricdən bəzi kitablar sifariş verəcəkdim. Ancaq bu xırda "elm" adamlarına görə 300 AZN maaş alıb üzərini borc-xərc düzəldib IELTS-ə verdim. Mənim kimi yüzlərlə tələbənin cibinə girildi, Allah bunu cəzasız qoyarmı?!?!?!

Burda digər bir məsələ Azərbaycanda IELTS imtahanlarının rəsmi təmsilçisi "British Council" öz hesabına IELTS mərkəzi açmalı olduğu halda, onun "Hörmətli rektorumuz" Elbrus müəllim və "Xanzadələrin" təşəbbüsü ilə Dövlət hesabına tikilmiş "NDU sinxron tərcümə mərkəzində" açılmağı DÖVLƏT ƏMLAKINI TALAMAQ " deyilmi?!?!

Burda qurbanlar təkcə tələbələr deyil, eyni zamanda müəllimlərdir. Onlar da eyni hədə-qorxu ( işdən azad olunmaq) yolu ilə imtahana girməyə məcbur edildi. Bu dünya praktikasında müşahidə edilməmiş bir şeydir. Camaat IELTS alıb Universitetə girir, biz IELTS alıb məzun oluruq.

Sizdən xahişimiz odur ki bunun barəsində bir hüququ tədbir görülsün və NDU-nun müəllim , tələbə kollektivinə vurulmuş maddi ziyan ödənilsin.

Bölmənin digər xəbərləri

02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...

Dünyapress TV

Xəbər lenti