Ardını oxu...
Ölkədə hər gün məmur islahatları, harınlamış məmurların həbsləri, vəzifələrinin öhdəsindən layiqincə gələ bilməmələri ilə yanaşı vəzifələrin də qovulanlar da bəzi məmurlara dərs olmur. Sükan arxasında oturub, qayda qanunlara riyayət edə bilməyib, dövlət yol qaydalarını pozub ,qırmızı işıqda keçən, harınlamış və qudurğan məmur övladları görmüsdük. Amma məmur görməmişdik ki, necə deyərlər bir avtomabili də idarə edə bilməyən məmur ona etimad olunan vəzifəni necə idarə edəcək?

İndi söhbət açacağmız şəxs Cəlilabad Rayonu Gigiyena və Epidemologiya mərkəzi şöbəsinin müdürü İlham Əliyevdir. İlham müəllim ona məxsus olan 99-PH-428 dövlət nömrəli maşını ilə rayonun mərkəzində qaydanı kobud surətdə pozur hətta qırmızı işıqfora belə məhəl qoymur.

“Azərbaycan Reallıgı“na video muraciət göndərən vətəndaş iddia edir ki, İlham doktorla yanaşı, rayonda avtomabil idarəçliyi demək olar ki, hər gün belədir. Sonda yazacaq və deyiləcək söz qalmadı yaqin ki, bu video görüntündən sonra sözü adiyyatı qurumlar və hüquq mühafizə orqanları deyecək .

 
 
 
Ardını oxu...
Hazırda Dövlət Turizm Agentliyi daha çox ölkəyə xarici turistlərin cəlb olunması üzərində layihələr həyata keçirməklə yanaşı, tabeliyində olan tarixi-memarlıq qoruqlarında təmir-bərpa işləri də aparır. Son illər İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasına, İsmayıllı rayonu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən 5 memarlıq abidəsində bərpa işlərinə, Şəki şəhəri, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinə və”Kiş” Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti, bərpa və abadlıq işləri üçün külli miqdarda dövlət vəsaitləri ayrılıb. Qurum bu məqsədlə bir neçə tender proseduru həyata keçirib ki, onlardan biri diqqətimizi daha çox çəkdi.

Dövlət Turizm Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 06.09 2022-ci il tarixdə yerləşdirilmiş məlumata görə Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınmasının qalibi “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı olub və sözügedən şirkətlə Agentlik arasında 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, şirkətin hansı ölkəyə məxsus olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.05.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİŞİR NƏVAİ, ev 17. qanuni təmsilçisi kimi isə Emrah Ucar qeyd olunub.

Göründüyü kimi filial kimi MMC Azərbaycanda cəmi 1 il 4 aydır fəaliyyətə başlayıb. Buna baxmayaraq 2022-ci ilin son 4 ayı ərzində Azərbaycanda “Azərsu” ASC-nin “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 49 476 059.86, “Azergold” QSC-nin isə Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 40 757 001 manat udub. Yəni son 4 ayda tam 90 milyon manat. Dövlət Turizm Agentliyinin keçirdiyi tenderi də bura əlavə etsək bu 94 630 678 manat təşkil edir. Ümumi dəyəri milyonlarla ölçülən dövlət satınalmalarında iştirak edən, lakin barəsində heç bir məlumat olmayan bu şirkətin qalibi olduğu tenderlərə baxdıqda isə qəribə mənzərə yaranır, birində su təchizatı və kanalizasiya sistemi işləri, digərində qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri, başqa birində isə qəzalı evlərin təmiri işləri.

Bunları hələlik qoyaq bir kənara. “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti Xınalıq kəndindəki qəzalı evləri Dövlət Turizm Agentliyi üçün neçəyə təmir edəcək? Bir evin bərpasına 99 945 manat. Yüz mindən 55-cə manat manat aşağı qiymətə. Çox şişirdilib, deyilmi?

Aktualinfo.org xatırladır ki, ötən il də Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsait ayrılmışdı. Onda Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (16 ev) işləri üzrə keçirmiş olduğu tenderdə 1 183 023.88 manat məbləğində satınalma müqaviləsini 22.07.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlamışdı. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Dövlət Turizm Agentliyi Xınalıqdakı qəzalı evlərin təmiri və bərpası (16 ev) işlərinin satın alınmasına 04.05.2021-ci ildə də 876 181.18 manat məbləğində bir satınalma müqaviləsi də “PERLİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Onda belə çıxır ki, Xınalıqdakı 16 qəzalı evlərin təmir bərpasına 2021-ci ildə 2 milyon manatdan çox vəsait ayrılıb?

Xınalıq kəndində ötən il hər bir evin təmir-bərpasına Dövlət Turizm Agentliyi təxmini hesablamalarımıza görə orta hesabla 73 938 manat ayırmışdı. Həmin dövrdə yaydığımız məqaləyə Agentliyin cavabı belə olmuşdu ki, “Qışı sərt keçən Xınalıq kəndi ərazisində evlərin əksəriyyətində uçqunlar olmuşlar və vətəndaşların həyatı ciddi təhlükə altında qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iş həcmi mərhələlərə bölünmüşdür. İlkin mərhələdə ən təhlükəli 16 ev seçilib təmir-bərpa layihəsi hazırlanmışdır. Görüləcək işlərin 16 evlə bu ildə məhdudlaşdırılmasının digər əsas səbəbi dağlıq və sərt iqlimi olan Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay olmasıdır (May- Sentyabr). Evlərin təmir-bərpa layihəsi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin layihə institutu tərəfindən hazırlanmışdır. Layihə institutu tərəfindən hazırlanan layihələr FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə müvafiq rəy verilməsi üçün təqdim edilib.

Layihə smeta sənədlərinə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müvafiq rəyi alınıb. Bu rəy və smetaya uyğun olaraq FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən cari qiymətlər səviyyəsində ehtimal dəyəri tərtib olunub. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən verilən qiymət əsasında Dövlət Turizm Agentliyi tərəfindən tender keçirib.”

Göründüyü kimi Agentlik qanun tələb etdiyi qaydaları sadalayır. Yəni, hər şey qanunda nəzərdə tutulan qaydada təşkil olunur. Fövqəladə Hallar Nazirliyinin qoyduğu qiymətlərə də söz yox, öz yerində. Amma bu dəfə də Xınalıqdakı qəzalı evlərin təmiri və bərpasına ayrılan vəsait ötən yazıda da qeyd etdiyimiz kimi, heç inandırıcı gəlmir bizə. Biz kəndin dağlıq ərazidə yerləşdiyini, relyefini, mal-materialların daşınmalarını və işçi qüvvəsini də nəzərə alırıq. Bununla belə ayrlan vəsait yenə də həddindən çox görsənmirmi? Bir qəzalı evin təmir bərpasına ötən il təxminən 74 min manat, bir ildən sonra isə təxminən 100 min manat vəsaitin ayrılması şişirdilmiş rəqəmlərdən başqa bir şey deyildir. Müqayisə üçün Dövlət Turizm Agentliyi tərəfindən redaksiyamıza göndərilmiş təmirli və təmirsiz evlərin şəkillərini diqqətinizə çatdırırıq. Birinci şəkildə evin tavanı köhnə qaydada olduğu kimidir. İkinci şəkildə isə tavan dəyişdirilib, divarlar isə sadəcə ağardılıb. İndi sizcə ayrılan vəsaitlərlə görülən bu işlər üst-üstə düşürmü?

Digər tərəfdən, Dövlət Turizm Agentliyi Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay, may-sentyabr aylarının olduğunu göstərir. Elə isə tenderlər nə üçün sentyabrda keçirilir. Axı, sentyabrdan sonra Xınalıqda tikinti işləri aparmaq olmur. Sentyabrda tender keçirib, gələn ilin may ayında işə başlanılırsa ortada olan 8 ay müddətinə ayrılan pullar necə olur? Tenderləri ilin əvvəllindən, mart-aprel aylarından keçirib, may ayından işlərə başlamaq olmazmı? Hesab edirik ki, burada da bir çox qaranlıq məsələlər var.

Otən yazımızda da qeyd etdiyimiz kimi, biz kəndin qədimliyini başa düşürük. Buranın sadəcə qədim bir kənd olmaqla bərabər, həm də Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu olduğunu da unutmuruq. Amma sadəcə kəndin qədimliyini qorumaqla qəzalı evlərdə təmir-bərpa işlərinin aparılması xatirinə ayrılan milyonları başa düşmürük. Hər şey Fövqəladə Hallar Nazirliyinin qoyduğu qiymətlərdən asılı deyil ki. Bunun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var, bunun Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti var. Bəs bu qurumlar hara baxır?

Xatırladaq ki, Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli ” mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb. Elə 21 aprel 2018-ci il tarixdən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri təyin edilib.Onun bu sahəyə rəhbərliyinə necə qiymət vermək olar? Bunun üçün sosial şəbəkələrdə və elektron media resusrslarında turizm obyektlərindən olunan çoxsaylı şikayətlərə baxmaq kifayət edər. Dövrü mətbuatda həmçinin yazırlar ki, Fuad Nağıyevi “yaxından tanıyanlar deyir ki, agentlik rəhbəri içki masasına oturdumu, onu oradan qaldırmaq çətin məsələdir, ayaqları sözünə baxmayanadək içəcək, yekunda isə sürücüsünün və ya masa yoldaşlarından ayıq olanların dəstəyi ilə maşına salıb evinə göndərəcəklər. İddia olunur ki, bu vəziyyət demək olar, hər gecə təkrar olunduğundan cənab Nağıyev işə adəti üzrə nahardan sonra gəlir.”

Mətbuatın yazdığından belə çıxır ki, Dövlət Turizm Agentliyinin sədri hər axşam yeyib-içməkdə olur. Hər axşam yeyib-içməyə xərclənən puların haradan gəldiyi isə bəlli deyil. Olmaya, Fuad Nağıyevin hər axşam yeyib-içməyə xərclədiyi pular Xınalıqdakı hər qəzalı evin təmir-bərpa işlərinə ayırdığı 100 minlərdən gəlir?

aktualinfo.org
 
Ardını oxu...
Son dövrlərdə müəllimlərin şagirdlərdən pul tələb etdiyi ilə bağlı səsyazıları yayılmaqdadır.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, daha bir səsyazısını təhsil eksperti Elçin Əfəndi paylaşıb.

Paylaşımda qeyd edilən məlumata görə, səsyazısındakı şəxs Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimidir.

Səs yazısından belə məlum olur ki, bu günlərdə qeyd edilən müəllimlər günündə onu təbrik etməyən şagirdlərə və valideynlərə üsyan edir: “Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz”.

”Təcili bu şəxs haqqında tədbir görülməlidir. Ümumiyyətlə, təhsildən belə naqislər uzaqlaşdırılmalıdır.” – deyə təhsil eksperti paylaşımında qeyd edib.

Səs yazısını təqdim edirik:

video burada...

Naxçıvan şəhər 1 saylı polis bölməsinin rəisi polis polkovnik-leytenantı Şəmsi Mirzəliyev işini bir xeyli böyüdüb.

Yox, yox, söhbət polis orqanlarındakı xidməti vəzifəsindən getmir. Söhbət ondan gedir ki, Şəmsi Mirzəliyev adlı bu polis polkovnik-leytenantı Tumbul kəndindəki təsərrüfatı ilə kifayətlənməyib, indi də keçib Qaraxanbəyliyə.

Üstəlik, o boyda polis məmuru Tumbuldakı kimi əkinçiliklə də məşğul deyil. Onu Qaraxanbəylidə çoban-polkovnik-leytenant kimi tanıyırlar. Kənd əhalisi arasında bu cür ayama (ləqəb) qazanması isə səbəbsiz deyil. Məlumata görə, Qaraxanbəylidəki mülkünü bir qohumunun adına rəsmiləşdirən çoban-polkovnik-leytenant orada 350 baş qoyun saxlayır. Hətta kənd tarixində bu qədər heyvanı olan çobana rast gəlinməyib. Bu baxımdan Şəmsi Mirzəliyevin adı Naxçıvanın hələ yazılmamış «Rekordlar» kitabına düşə bilər.

Maraqlıdır ki, başı çobanlığa və rəncbərliyə qarışan Şəmsi Mirzəliyev işlərinin çoxluğundan səlahiyyətinə daxil olan ərazidə yaşananlardan xəbər tuta da bilmir. İddialara görə, Tumbulda bir neçə ay bundan əvvəl baş vermiş oğurluq hadisəsinin üstü hələ də açılmayıb. Baxmayaraq ki, bu hadisəyə görə «xan» həzrətləri dəfələrlə Daxili İşlər naziri Rəşad İsmayılovu yanına çağırıb nəyi var danlayıb, ona işin üstünün açılması üçün konkret vaxt verib. Rəşad müəllim qarşısına qoyulan bu möhlət müddəti həftənin axırından ayın axırına qədər genişlənə-genişlənə gəlib 4 aya çıxıb. Amma üzərindən xeyli keçməsinə baxmayaraq, oğrunu tapmaq mümkün olmayıb.

Xatırladaq ki, bu ilin iyun ayında Naxçıvan şəhərinin Tunbul kəndində poçt idarəsi yarılmış və poçtun dəmir kassası yerindən çıxarılaraq aparılmışdı. Maraqlıdır ki, cinayətin baş verdiyi sıralarda 1 saylı polis bölməsinin əməkdaşları həmin ərazidə patrul xidmətində imişlər. Amma nədənsə oğurluq hadisəsi onların gözündən yayınıb.

Tunbuldakı oğurluq Vasif Talıbovun indiyədək yürütdüyü «0 cinayətli bölgə yaratmaq» siyasətini alt-üst etdiyindən «xan» sarayının ciddi nəzarətinə götürülüb. «Xan» həzrətlərinin sarayda oturan «Gestapo» yetkililəri hər həftə nazir Rəşad İsmayılovu yanına çağırıb xeyli danlayır və ondan cinayətin dərhal açılmasını tələb edirlər. Rəşad İsmayılov da öz növbəsində müavini Zahid Gözəlovu, həmçinin Naxçıvan şəhər polis İdarəsinin sədr müavini, mayor Elvin Səfərlini və MR DİN-in 7-ci şöbəsinin əməkdaşlarını danlayıb Şəmsi Mirzəliyevin üstünə göndərir. Şəmsi Mirzəliyev də onlar tərəfindən danlanılır. Amma yenə də Tunbul cinayətinə vaxt ayırmaqdansa, Qaraxanbəylidə çobanlığını etməyə üstünlük verir.

 
 
 
 
 
 

Haqsız da deyil. Necə olur, Azərbaycanın bir çox generalları var ki, çobanlıqla məşğul olurlar. Naxçıvanın Azərbaycandan nəyi əskikdir ki, onun çoban-polkovnik-leytenantı olmasın? (ovqat.com)

Ardını oxu...
Bərdə rayonu sakini Nəsrəddin Qurbanov çıxılmaz durumla üz-üzə qalıb. DİA.AZ-ın məlumatına görə, vətəndaş oktyabrın 10-da keçirdiyi aksiyada bildirib ki, qardaşı Sədrəddin Qurbanov döyülüb...

Şikayətçi deyir ki, zərərçəkəni döydürən Bərdə Rayonu İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Xalid Qədirovdur.

“Xalid Qədirovun ferması var, malları otarılmalıdır. Mənim torpağım həmin əraziyə yaxındır. Mənim torpağımı əlimdən almaq istəyirlər. Deyirəm, pulumu ver, çıxım, gedim. Bunun üstündə qardaşımı döydürtdürür, başına oyun açır”, deyə şikayətçi qeyd edir.
Ardını oxu...
 
 

 
Xalqxeber.az-ın məlumatına görə, "Azərbaycan Reallığı"na video muraciət göndərən Cəlilabad rayon sakini bildirir ki, rayonun Mərkəzi Xəstəxanasında xəstələr üçün dövlət tərəfindən ayrılmış dərmanlar xəstələrə verilmir. Müəmalı olaraq gizlədilir.

 

Buna sübut olaraq rayon sakini dərmanların gizlədildiyi xususi yeri video lentə alaraq saytmıza göndərib. Vətəndaş həmçinin iş vaxtı xəstəxananın işçilərinin işdə olmamasını, UZİ və digər aparatların işləməməsini, ümumiyyətlə həkimlərin işdə olmamasını, qapların bağlı olmasını da video muraciətində əks etdirib. Vətəndaş "TƏBİB" rəhbərliyi və Səhiyyə Nazirliyinə səslənərək. Bütün işçiləri Elnur Azadxanov qaçrıb.Biz dərdimizi kimə deyək?

Adı çəkilən qarşı tərəflərin də mövqeyini dinləməyə hazırıq.

 

XalqXeber.Az

Ardını oxu...


Masallı Rayon Polis Şöbəsində silahlı insident baş verməsinə dair iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Əfqan Sadıqov məlumat paylaşıb. O bildirib ki, oktyabrın 8-də günorta radələrində Masallı RPŞ-də iki əməkdaş arasında silahlı insident yaşanıb:

“RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Xəzər Şahbazov əməliyyatçı polis mayoru İlqar Qasımovla mübahisə edərkən onu təhqir edib. Bundan əsəbiləşən İlqar Qasımov "Makarov" silahından Xəzər Şahbazova 3 dəfə atəş açıb. Lakin əməliyyatçı polis serjantı Zamin Kazımovun müdaxiləsi nəticəsində atılan güllələr hədəfdən yan keçib”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirdi ki, Masallı RPŞ-də silahlı insidentin baş verməsi iddiaları uydurmadır və heç bir əsası yoxdur:

“Oktyabrın 7-də Masallı Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru İlqar Qasımov xidmətdən sonra ona təhkim olunmuş silahı növbətçi hissəyə təhvil verən zaman silahın dolu və ya boş olduğunu yoxlayarkən ehtiyatsızlıqdan bir dəfə atəş açılıb. Heç kim xəsarət almayıb, hər hansı maddi ziyan qeydə alınmayıb”.
Ardını oxu...
Biləsuvar rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən hər il on min hektardan artıq sahədə pambıq əkilir ki, bunlar da ”MKT İK” MMC, “Azərpambıq” MMC, «P-Aqro” MMC və fərdi mülkiyyətçilər tərəfindən həyata keçirilir.

Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata görə, az öncə Hesablama Palatası “MKT” istehsalat kommersiya MMC-nin Biləsuvar pambıq zavodunda yoxlama aparıb və audit nəticəsində 500000 (beş yüz min) manat civarında yeyinti aşkarlanıb. Qanunsuzluğun əsasən çiyid satışında baş verdiyi və məsuliyyətin rəhbərlik tərəfindən ayrı-ayrı işçilərin üstünə atıldığı bildirilir.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün zavodun direktoru Qulam Əliyegvlə telefon əlaqəsi saxladıq. Direktor məlumatda ehtiva olunan məsələləri qəti şəkildə təkzib etdi.

Hərçənd, Qulam Əliyevin rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən başqa şikayətlər də vardır.Sahibkarlar toxum, texnika, mineral gübrələr, ziyanvericilərə qarşı müxtəlif dərmanlarla vaxtlı-vaxtında təchiz edilmir. Zavodun mütəxəssisləri əkinçiləri maarifləndirmir, lazımi tövsiyələr vermirlər. İstehsalçı təhvil verdiyi pambığın pulunu vaxtında ala bilmir.

Qeyd edək ki, MKT Azərbaycanın iri pambıq emalçılıq müəssisəsidir, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahənin dirçəlməsinə sərmayə yatıran ilk şirkətdir. O çox zavodların nəzarət səhminin sahibidir və başqa müəssisələrlə eksklüziv əməkdaşlıq sazişləri bağlayıb. Ondan pambıq alanlar Türkiyə, ABŞ, Rusiya və başqa ölkələrin geyim istehsalçıları və pambıq ticarətçiləridirlər. MKT-nin Biləsuvardakı zavodunun fəaliyyəti 1985-ci ildən başlayıb. 1997-ci ildə özəlləşdirmədən sonra o, «Biləsuvar pambıq» səhmdar cəmiyyətinə çevrilib. Yəqin ki, MKT rəhbərliyi “MKT — Biləsuvar” filialının fəaliyyətindəki neqativ hallardan xəbər tutunca, bu məsələlərdə Qulam Əliyevin də məsuliyyət dərəcəsini dəqiqləşdirəcəklər.

Deryaz.az
 
Ardını oxu...
Gəncə Dövlət Universitetinin "Psixologiya" kafedrasının müdiri, dosent Cavadova Zümrüd Soltan qızı çalışdığı təhsil müəssisəsində baş verənlər barəsində ölkə baəçısına müraciət ünvanlayıb.
Bir nüsxəsi də "DogruXeber.az"ın elektron poçtuna ünvanlanan müraciətdə deyilir:

" Azərbaycan Respublikasının Prezidenti
Cənab İLHAM ƏLİYEVƏ

Çox hörmətli cənab Prezident.
Məlumunuz edirik ki, Qasımova Həmidə İsgəndər qızı Gəncə Dövlət Universitetinin rektorunun operatoru vəzifəsində işləyib. İşləyərkən öz səlahiyyətlərindən istifadə edib törətdiyi korrupsiya faktlarına və əxlaqsız hərəkətlərinə görə Gəncə Dövlət Universitetinin rektorunun əmri ilə işdən qovulub. Əvvəllər isə bu şəxs Sizin fərmanınızla fəaliyyəti dayandırılmış Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialında Direktor Ramiz Məmmədovun yanında işləyib. Saxta diplom, saxta tələbə qəbulları ilə məşğul olub. Hal-hazırda isə bu şəxsi psixologiya sözünün mənasını bilməsə belə mənim müdir olduğum "Psixologiya" kafedrasına müəllim təyin ediblər.

Bu şəxs 27.05.2022-ci ildə 5804.01 - "Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi" şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Yuxarı sinif
şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi" mövzusunda dissertasiya işi müdafiə edib. Məlumunuz etmək istəyirik ki, Qasımova Həmidə İsgəndər qızının bu dissertasiya işindən xəbəri yoxdur. Bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb. Qasımova Həmidə İsgəndər qızı isə nəinki bu elmi dərəcəyə, hətta müəllim adına layiq olmayan birisidir. Onun nəinki dissertasiyadan, hətta
pedaqogikadan belə xəbəri yoxdur. Belə bir fırıldaqçı, əxlaqsız adama alim adının verilməsi alim adına, müəllim adına təhqirdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Naxçıvan Müəllimlər İnstitutunun nəzdində fəaliyyət göstərən FD 2.40 Dissertasiya
Şurasında müdafiə edərkən də pul verib müdafiə edib.

Sizdən xahiş edirik ki, bu biabırçılıqların qarşısının alınması üçün əlaqədar təşkilatlara göstəriş verəsiniz.

Hörmətlə, Gəncə Dövlət Universitetinin "Psixologiya" kafedrasının
müdiri, dosent Cavadova Zümrüd Soltan qızı""


Qeyd: Materialda adı çəkilən tərəflərin də mövqeyini "DogruXeber.az" olaraq, dinləməyə və dərc etməyə hazırıq.

Dünyapress TV

Xəbər lenti