Ardını oxu...
Deyəsən bu binəva Lerik camatının başçı sarıdan bəxti gətirməyəcək. Hər halda hazırda müşahidə olunanlar belə deməyə əsas yaradır.

DİA.AZ bildirir ki, Lerik sakinləri gəldiyi ilk gündən yeni icra başçısı Əkbər Abbasovun üsul-idarəsindən giley etməyə başlayıblar.

Bu dəfə isə xarici təhsilli başçının köhnə üsullarla yeyinti cəhdi ifşa olunub.

Daha ətraflı aşağıdakı videoda:


Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Görünür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində yaradılmış heç bir qurum (Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi, "DOST" Mərkəzi) və ya proqramının ("Özünüməşğulluq" proqramı) normal xidməti yoxdur ki, "üzünə baxıb, salavat verəsən". Qurumların deyil, daha doğrusu qurum çalışanlarının səhlənkarlığı, yalnız öz mənafelərini düşünərək, "ciblərinə uyğun" göstərdikləri fəaliyyət ölkə əhalisinin az qala hamısını narazı salıb və elə hazırda da bu cür davam edirlər.
Bütün bunlar barəsində həqiqəti əks etdirən məlumatlar, həmçinin tənqidi materiallar "DogruXeber.az" olaraq biz və bir çox müstəqil medialarda mütəmadi olaraq, yayımlanır.

"FHN DSMF-nun yanında toyagetməlidir": Üstəlik də korrupsiya - ŞOK İDDİA // VİDEO

Bəs bundan nəticə çıxarıb, dəyişən nəsə varmı ?

Əsla yox.

Yeri gəlmişkən, "DogruXeber.az" informasiya portalında dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının keçmiş direktoru Rafael Məmmədov, "burda mənəm, bağdadda kor xəlifə" prinsipi ilə çalışan, eyni zamanda Himalay Məmişovun himayə etdiyi deyilən qəbul şöbəsinin (rəsmiyyətdə elə bir ştat yoxdur) müdiri Bəhruz Quliyev barəsində məlumatlar yayımlanıb.

Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə bu yaxınlarda Bəhruz Quliyevə iştirak etdiyi toy mərasimində, "keyfinin kök məqamı"nda deyiblər ki, "Müəllim, saytlar sizdən yazır".

"Mil-Muğan" DSMF-da "çalınan havaların səsi Gəncəbasardan gəlir" - Hələ bu harasıdır // VİDEO

Bəhruz Quliyev isə gülə-gülə, "Boş şeydi, heç nə edə bilməzlər" deyə, cavab verib.
Hər halda mənbə belə deyir!

Amma, onu da vurğulamaq yerinə düşər ki, Bəhruz Quliyev belə bir söz işlədibsə, haqsız da sayılmır. Haqqında bu qədər narazılıqlara, şikayətlərə rəğmən, "gözün üstə qaşın var" deyilmədən, heç nə olmamış kimi kürsüsündə əyləşən Himalay Məmişov kimi "qoruyucu mələyi olan birinin belə bir ifadəni işlətməsi "normaldır".

Məmur yaxınlarının, qohumlarının vəzifədə olması və dövlətin idarəsini keyfinin istədiyi kimi idarə etməsi və buna görə çox nadir hallarda (himayədarlıq edən məmur qohum vəzifəsindən azad edildikdən sonra) məsuliyyətə cəlb edilməsi təəssüflər olsun ki, ölkəmizdə artıq, hər kəsin "normal" qəbul etdiyi haldır. Məhz buna görə də kiçik məmurlar "böyük himayədarları"na güvənib nə mətbuat nümayəndələri ilə, nə də vətəndaşlarla normal danışmağa belə İmişli rayon məşğulluq idarəsinin səlahiyyətli əməkdaşı Nofəl Atakişiyev kimi hövsələləri çatmır.

Yeri gəlmişkən, İlkin Məmmədov adlı bir vətəndaş "DogruXeber.az" informasiya agentliyinin elektron ünvanına belə bir məktub göndərib:

"Salam.
Sizə şikayətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəndir.

Deməli, bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıtda əmək yarmarkası keçirdi.
Öncədən Dövlət Məşğulluq Agentliyinin saytında və nazirliyin mediaya verdiyi məlumatda əmək yarmarkasında 300-400 boş iş yeri təklif olunacağı bildirilmişdi. Mən öncədən Dövlət Məşğulluq Agentliyinin əlaqə nömrəsinə zəng edib, məlumat aldım.

Bildirdilər ki, "şəxsiyyət vəsiqəsi götürüb gələ bilərsiz". Mən də 14 iyunda səhər tezdən Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayına gəldim. Mədəniyyət Sarayının qabağında demək olar ki, bütün şəhər sakinləri iş tapmaq ümidi ilə yığışmışdı. Yarmarka saat 10:00-da başlamalı idi. Saat 10:45 olsa da Mədəniyyət Sarayının qapısı hələ də bağlı idi. İçəriyə yalnız Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarını, işəgötürənləri və televiziyaları buraxmışdılar. Axırda biz vətəndaşlar bezib, qapı açılan kimi mühafizəçini itələyib, zorla içəri keçə bildik. Nazirliyin qapıları illərdir vətəndaşların üzünə bağlıdır. Nəysə, birtəhər içəridə cəmi 2 xanım o qədər insanın yarmarkada iştirak üçün şəxsiyyət vəsiqəsi vasitəsilə qeydiyyatını aparırdı. Nəhayət sıra mənədə gəldi. Qeydiyyatdan keçəndən sonra - saat 11:45-də yarmarkanın keçirildiyi Mədəniyyət Sarayının 2-ci mərtəbəsinə qalxa bildim. 21 işəgötürənə CV-mi qoyduqdan sonra, hər biri söz verdilər ki, "1 həftə ərzində əlaqə saxlayacayıq". İşəgötürənlər mən də daxil bütün işsiz vətəndaşlara "1 həftə ərzində əlaqə saxlayacayıq" vədi verirdilər. Üstəlik, TV-lərədə müsahibələrində də bu cür bildirirdilər.

2 həftə sonra heç bir işəgötürən mənimlə əlaqə saxlamadı. Bütün işə götürənlərə zəng etdikdə isə bildirdilər ki, "Son 1 ay ərzində aktiv vakansiyaları yoxdur. Haqlı olaraq, Dövlət Məşğulluq Agentliyinə zəng edib, şikayət etdikdə bildirdilər ki, "142-yə - ümumi nazirliyin "call center"nə zəng edib şikayət edim. 142-yə şikayət etdikdə isə xanım operator 20 dəqiqə dirənəndən sonra şikayətimi qeydə qaldı. Mən nazirlikdən zəng edib bunun nə demək olduğunu, açıqlama vermələrini tələb etdim. 1 ay sonra isə şikayətimi nazirliyə yox, regional Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirib, ordan mənə zəng edib, Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdilər. Mən bundan imtina etdim və onlara "Mənim şikayətim sizə deyil, nazirliyədir və nazirlikdən açıqlama tələb edirəm"- deyə bildirdim. Həm də mən 2019-cu ildə Sumqayıt Məşğulluq Mərkəzinə müraciət etmişəm. Orda gənclərin işləməsi üçün normal iş yerləri yoxdur. Mənim adımı da sistemdə 2019-cu ildə vətəndaş iş tapdı kimi qeyd ediblər. Mən bunu indi bilmişəm. Halbuki, mən heç bir işlə təmin olunmamışam. Ancaq, adımı bütün vətəndaşlar kimi, hər ayın sonu yalandan bu qədər vətəndaş iş tapdı deyə ictimaiyyətə saxta statistika təqdim etmək üçün guya işlə təmin olundu deyə qeyd ediblər. 2-3 gün sonra Dövlət Məşğulluq Agentliyindən məktub gəldi ki bəs "Biz sizi Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdik, siz imtina etdiniz". Mən təkrar 142-yə zəng edib, şikayət edib, 1 ay bundan əvvəl şikayət etdiyimi, şikayətimi götürüb Sumqayıt Məşğulluq Agentliyinə yönləndirdiklərini, mənim isə nazirliyin zəng edib açıqlama verməsini tələb etdiyimi bildirdim. Həmçinin, bildirdim ki, Sumqayıt Məşğulluq Mərkəzinin ünvanını da,əlaqə nömrəsini də gözəl bilirəm. Ehtiyac hiss etsəm, özüm gedə bilərəm. Operator şikayətimi təkrar qeydə aldı. Aylardır eyni qaydada davam etdi. Yəni nazirlik özünə borc bilib, mənimlə əlaqə saxlamaq ehtiyacı hiss etmədi. Hər dəfə şikayətimi Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirir, onlar da zəng edib məni Sumqayıt Məşğulluq Mərkəzinə dəvət edirdi.

Axırda, oktyabr ayında Sumqayıt Məşğulluq Mərkəzindən zəng edib bildirdilər ki, "Xahiş edirik, bircə dəfə siz gəlin, heç bir köməklik etməsək, istənilən yerə şikayət edə bilərsiz".

Mən bu dəfə inanmaq istədim ki, illər öncəki kimi deyil, bu dəfə həqiqətən mənə kömək edəcəklər. Sumqayıt Məşğulluq Mərkəzinə getdim. Mənə E-sosial.gov.az-da hesab açıb, 2 işəgötürənə müraciət göndərdilər və bildirdilər ki, "5 iş günü ərzində sizinlə əlaqə saxlayacaqlar". İndiyədək heç kim əlaqə saxlamayıb. E-sosial.gov.az Elektron Hökümət portalındakı hesabımda "İşəgötürənlərə müraciət bölümündə işəgötürənin tələblərinə cavab vermədiyiniz üçün, müraciətinizdən imtina edildi" yazılır.

Ümumiyyətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin varlığı ilə yoxluğu arasında bir fərq yoxdur. Nə Dövlət Məşğulluq Agentliyi, nə Dövlət Əmək Müffətişliyi, nə də bütünlükdə nazirlik çalışmır. Ölkədə uşağından işçisinə, işsizindən təqaüdçüsünə, əlilinə qədər bütün ölkə bu nazirlikdən şikayətçidir. Bütün dünya 4 günlük iş rejiminə keçir, bizdə isə Əmək Məcəlləsinə görə güya həftəlik 5 gün 40 saatdan ibarət iş rejimimiz olsa da ölkədə istər özəl, istərsə də dövlət müəssisələri Əmək Məcəlləsinə riayət etmir. Əmək Məcəlləsinə riayət etməmək ənənə halını alıb. Dövlət Əmək Müffətişliyi isə bildirir ki, "Ölkədə sahibkarlığa dəstək məqsədi ilə yoxlamalar 1 yanvar 2023-cu ilədək dayandırıldığı üçün heç bir müəssiədə yoxlama aparıla bilməz. Yalnız vətəndaş istəsə, Dövlət Əmək Müffətişliyinə şikayət edə bilər. Yəni, vətəndaş çalışdığı - 300-400 manat maaş aldığı iş yerini itirmək qorxusunu gözə alıb, Dövlət Əmək Müffətişliyinə şikayət etməlidir. Dövlət Əmək Müffətişliyi bunu bildiyi üçün də vətəndaşlar işini itirmək qorxusundan illərdir 300-400 manata istər dövlət istərsədə özəl müəssilərdə az qala 1 sutka işləyib istismar edilirlər. Yəni, ölkədə bildiyiniz quldarlıq rejimi hökm sürür. Əksinə, həmin müəssiələr normal ölkələrdə külli miqdarda cərimlənməli olduğu halda, nazirlik onları nəyinki cərimələmir, əksinə o müəssiələr "Əmək Yarmarka"larında yuxarı başda otuzdurulub, insanlara "iş" təklif edir və ya regional məşğulluq mərkəzlərində həmçinin Elektron Hökümət portalında "vakansiyalar" elan edirlər. Halbuki, insanların işsiz qalmasında elə həmin müəssiələr günahkardır.

Əslində, məntiqlə bir nazirliyin həm Əmək Hüquqlarını qoruması, həm də işəgötürənlərlə əməkdaşlıq edib işsizlərə iş təklif etməsi doğru deyil. Yəni, bu iki səlahiyyətdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınıb, ya digər nazirliklərin birinə verilməli, ya da müstəqil dövlət qurumu yaradıb səlahiyyətlərdən birini yeni dövlət qurumuna vermək lazımdır. BMT daxil Amnesty International, Norveç İnsan Haqları kimi beynəlxalq təşkilatların müxtəlif illərdə ölkələrə "iş saatlarını azaldın, Əmək Hüquqlarına, İnsan Haqlarına hörmət edin" çağırışlarına riayət edib, ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər. Reuters-in məlumatına görə artıq 38 ölkə 4 günlük iş rejiminə keçib. Bizdə isə hələ də quldarlıq rejimi davam edir. Görünür, biz başqa planetdə yaşayırıq, dünyaya adiyyatımız yoxdur. Ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizi insan yox, qul hesab edir. Bunu mövcud əmək bazarına, həmçinin nazirliyin Elektron Hökümət portalında təklif etdiyi, daha doğrusu insanları, gəncləri layiq gördüyü "iş"lərə baxdıqda görmək mümkündür. Necə olsa milyonlarla təqaüdçünün təqaüdünü azaltmaqla və ya tam olaraq kəsməklə büdcəyə qənaət edən, bununla da fəxr edən bir nazir və nazirlikdən danışırıq. Sözün düzü ümid edə bilməsəm də hələ də inanmaq istəyirəm ki, 7-dən 77-yə hər kəsin haqlı olaraq, şikayətçi olduğu bu qurum haqqında ciddi ölçü götürülər.
Sağolun.".


Əmək yarmarkası hə???

Buna el arasında "lotunun axırıncı fırıldağı" deyirlər. Hərçənd ki, axırıncı olduğuna da inanmaq sadəlövhlük olar.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mövzuya qayıdacağıq.

DogruXeber.az
Ardını oxu...
Gəncə Tibb Kolleci tərəfindən 2022-ci il üçün nəzərdə tutulan zəruri malların və xidmətlərin satın alınması üçün keçirilmiş kotirovka sorğusundan yalnız birinin nəticəsi barədə, cari təmir (Büdcədənkənar) üzrə “BM-SİTY” MMC ilə 22.06.2022-ci il tarixdə 32 766.81 manat məbləğində satınalma müqaviləsi bağlanıldığı açıqlanıb. Lakin bu da qanunla müəyyən edilmiş qaydalarla, dövlət satınalmaların vahid internet portalında bu kotirovkanın keçirilməsi ilə bağlı iddiaçılara heç bir dəvət elanı yerləşdirilmədən olub. Qeyd edək ki, 10.06.2021-ci il tarixində Gəncə Tibb Kolleci tərəfindən zəruri malların və xidmətlərin 2022-ci il üzrə satınalma planlarına 5 lot kotirovka sorğusu daxil edilmiş, lakin ilin 11-ci ayı olmasına bağmayaraq bu kotirovka sorğularının keçirilməsi barədə iddiaçılara heç bir dəvət elanı verilməmişdir.
Əyalətmedia.az-ın apardığ araşdırmalarda məlum oldu ki, Gəncə Tibb Kolleci tərəfindən 2020-2021-ci illər üzrə də keçirilmiş heç bir kotirovka sorğularının nəticələri ictimaiyyətə açmıqlanmayıb. Yəni kotirovka sorğuları elan olunsa da müqavilələr birbaşa bağlanılıb ki, bu müəyyən şübhələr doğurmaya bilmir. Bunlar hansılardır?
Gəncə Tibb Kolleci tərəfindən qeyri yaşayış binalarının əsaslı təmiri üzrə 27.11.2021-ci il, maşın və avadanlıqlar (Büdcədənkənar) üzrə 27.11.2021-ci il, tikili və avadanlıqların cari təmir işləri (Büdcədənkənar ) üzrə 27.11.2021-ci il, tikili və avadanlıqların cari təmir işləri (Büdcə) üzrə 27.11.2021-ci, dəftərxana və Təsərüffat xərcləri üzrə 27.11.2021-ci il,maşın və avadanlıqlar (Büdcədənkənar ) üzrə 22.06.2020-ci il, maşın və avadanlıqların əsaslı təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, qeyri yaşayış binalarının əsaslı təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, tikili və avadanlıqların cari təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, dəftərxana və təsərrüfat xərcləri üzrə 22.06.2020-ci il, mühafizə xərcləri üzrə 22.06.2020-ci il, cari təmir üzrə 21.05.2020-ci il kimi göstərilən tarixlərdə elan olunmuş kotirovka sorğularının heç birini nəticələri dövlət satınalmaların vahid internet portalı vasitəsi ilə ictimaiyyətə açıqlanmayıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Gəncə Tibb Kollecinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Qanunla bunların hamısı ictimaiyyətə açıqlanmalaıdır axı. Bunun səbəbi nədir? Bunu Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevdən soruşmaq istədik.
Zəng edib, son illər Gəncə Tibb Kolleci tərəfindən keçirlmiş kotirovka sorğularının nəticələri barədə nə üçün dövlət satınalmalarının vahid internet portalına məlumatlar yerləşdirilmədiyini soruşduq. Mehman Rzayev qısaca cavab verdi:- Sizə nə dəxli var. Sonra da bir ziyalıya yaraşmayan tərzdə, ədəbsizcəsinə telefonu qulağımıza bağladı.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradılıb, jurnalistlər öz iradələrini azad şəkildə ifadə edə, istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilərlər.
Bəs onda Mehman Rzayevin mətbuata qarşı bu biğanəliyi haradan qaynaqlanır? Jurnalistə “sizə nə dəxli var” demək harınlamağın əlaməti deyilmi? Xeyir bu qanunları saymamaq deyil. Qanun qarşısında Mehman Rzayev kimiləri cücəyə dönürlər. Necə ki, bunu son illər dövlət vəsaitlərini mənimsəyərək harınlamış məmurların cinayət əməlləri ilə bağlı keçirilən məhkəmələrində görürük. Mehman Rzayev də Gəncə Tibb Kollecini talayaraq artıq harınlayıb. Bunu son illərdə onun direktoru olduğu dövlət müəssisəsində görməmək mümkün deyil.
Xatırlatmaq istərdik ki, Mehman Rzayev 2014-cü ilin noyabr ayına qədər Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olub. Vəzifəsindən azad edildikdən sonra şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin xeyir-duası ilə Gəncə Tibb Kollecinə direktor təyin olunub. Yəni Mehman Rzayev 2014-cü ilə qədər Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olaraq Gəncədə fəaliyyətdə olan tibb ocalarını talayıb, ondan sonra isə Gəncə Tibb Kollecini talamaqdadır.
Qeyd edək ki, Gəncə Tibb Kolleci 2014-2018-ci illərdə əsaslı təmir işlərinin satın alınması, cari təmir işlərinin satın alınması, abadlaşdırma işlərinin satın alınması, dıgər maşın və avadanlıqlar xərc maddəsi üzrə satınalmalar, dəftərxana və təsərrüfat xərcləri üzrə satınalmalar, inventarların satın alınması, kommunal və kommunikasiya xidmətlərinin (qaz çəkilişi) satın alınması üzrə 31 kotirovka sorğusu keçirib.
Onlardan əsaslı və cari təmir işlərinin satın alınması üzrə 8 kotirovka sorğusunda “Elenendorf” MMC ilə ümumi olaraq 103 363 manat məbləğində satınalma müqavilələri bağlanılıb. MMC-nin qanuni təmsilçisi Məhərrəmova Gültəkin Ələkbər qızı Göygöl rayon sakinidir. Heç bir maddi texniki bazası olmayan bu MMC-nin Mehman Rzayev tərəfindən formal olaraq yaradıldığ ehtimal olunur. Çünki MMC Gəncə Tibb Kollecinin keçirdiyi satınalmalardan başqa heç bir kotirovka sorğusunun qalibi olmayıb.
Yenə də əsaslı və cari təmir işlərinin satın alınması üzrə 6 kotirovka sorğusunda “BM-SİTY” MMC ilə 160 466 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Bu MMC-nin qanuni təmsilçisi isə İsayev Bəhlul Cəlal oğludur. Heç bir maddi texniki bazası olmayan MMC ilə Gəncə Tibb Kolleci 22.06.2022-ci il tarixdə daha bir satınalma müaviləsi bağlayıv ki, bu da onların arasında çoxdan işbirliyi olduğunu göstərir.
Yenə də əsaslı və cari təmir işlərinin satın alınması üzrə 1 tender 2 kotirovka sorğusunda “Şahlar-M Optimal” MMC ilə 140 966 manat məbləğində satınalma müqavilələri bağlanılıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Marif Yunis oğludur. Elə 2017-ci ildə dövlət qeydiyyatına alınan kimi Gəncə Tibb Kollecinin satınalmalarının qalibi olub.
İnventarların satın alınması üzrə 4 kotirovka surğusunda “Ruzi 2012” MMC ilə ümumi olaraq 52 353 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Heç bir maddi-texniki bazası olmayan bu MMC-nin qanuni təmsilçisi isə Cəfərov Elxan Mayıl oğludur. Onun adı fiziki şəxs kimi bir çox müəmmalı kotirovkalarda keçir.
Dəftərxana və təsərrüfat xərcləri maddəsi üzrə 2 kotirovka surğusunda “Əsli-4” MMC ilə ümumi olaraq 19 800 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Bu MMC-nin də Mehman Rzayev tərəfindən formal olaraq yaradılması ehtimalı var. Elə 2017-ci ildə dövlət qeydiyyatına alındıqdan Gəncə Tibb Kollecinin keçirdiyi 2 kotirovka surğusun qalibi olub. Qanuni təmsilçisi olmuş Şirinov Elsevər Əli oğlu Kəlbəcər rayonundan məcburi köçkün kimi Gəncədə məskunlaşıb. 12 iyun 2019-cu ildə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsindəki parkda özünü ağacdan asaraq intihar edib. Belə ki, mərhumun meyiti parkda asılmış vəziyyətdə tapılıb. Onun intihar etməsinin səbəbləri məlum olmayıb. Amma hüquq mühafizə orqanları Şirinov Elsevər Əli oğlunun intihar etməsinin səbəblərini Gəncə Tibb Kolleci ilə olan işbirliyindən tapa bilərlər.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Mehman Rzayev Gəncə Tibb Kollecinə direktor təyin edildikdən sonra satınalmalara yüz minlərlə dövlət vəsaiti ayırıb. Bu vəsaitlərin çoxu isə heç bir maddi texniki bazası olmayan bir neçə MMC-nin hesabına köçürülüb. Bir sıra kosmetik işlərə xərclənən vəsaitlərin çoxu “otkat”kimi Mehman Rzayevə qaytarılıb.
İndi burada suallar yaranır. Gəncə Tibb Kolleci 2019-cu ildən sonra illik satınalma planlarına uyğun olaraq zəruri malların və xidmətlərin satın alınması barədə məlumatları nədən dövlət satınalmalarının vahid internet portalında açıqlamır? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunlara niyə göz yumur?
Aktualinfo.org
 
 
 
Ardını oxu...
"Azərbaycan Reallığı" xəbər verir ki, bir çox kəndləri özündə birləşdirən 30 ildən artıq Pustov Bələdiyyəsinin sədri işləyən Behbud Rəhimov (hazırda icra nümayəndəsi) Balabəyov Orfulla Ağaverdi oğlunun faktiki sahibliyində olan qaz kəmərinə yaxın 233 kv.m dədə- baba torpaq sahəsini həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayan Paşayev Səxavət Telman oğluna satıb.

Həmin torpaq sahəsi həm də kənd əhalisinin heyvanlarının su içdiyi dərədir.

Nədən belə olub? Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
"Atlas ES" MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügefən MMC-nin bu günə oln vergi borcu yarım milyon manatdan çoxdur (549132 AZN).

Qanuni təmsilçisi Fətulla Mövsümov Xavuş oğlu olan şirkətin nizamnamə kapitalı 400 AZN-dir.

Mətbuatda gedən məlumatlara görə, 2018-ci ildə sözü gedən şirkətdən Şəhid ailələri və Qarabağ döyüşçüləri şikayət etmişdi. Belə ki, onların torpaq sahələrini qanunsuz yolla ələ keçiribmiş.
Ardını oxu...
 
Ardını oxu...
Bakı şəhəri, Səbail rayonu A. Abbaszadə 17 ünvanda "MARS-A" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli "Prestij Palace" yaşayış binasın qarajı anbar və ya obyekt qismində istifadə olunması üçün payçılara aidiyyatı olmayan şəxsə (hansısa quruma) satılıb.

TEREF.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə Hüseyn (şərti) adlı bina sakini məhkəməyə müraciətində iddia edib. O qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 2004-cü il tarixli sərəncamına və Dövlət Memarlıq-Tikinti Müfəttişliyinin 2005-ci il tarixli tikintiyə icazə vərəqəsinə əsasən, 0.1983 ha torpaq sahəsində çox mərtəbəli yaşayış binasının tikilməsinə icazə verilib. Eskiz layihənin şərtlərinə əsasən tikintiyə icazə verilməsinə baxmayaraq, qaraj hissəsi MTK rəhbərliyi tərəfindən bilərəkdən 17 ildir payçıların istifadəsinə verilmir.

Layihə üzrə tikintinin 0,1983 ha torpaq sahəsinə bina, binadan bayırda sakinlər üçün bağ və digər istirahət ərazisinin tikintisi nəzərdə tutulsa da, MTK rəhbərliyi payçılarla razılaşmadan qeyd olunan lahiyə üzrə binaya aid torpaq sahəsinin çox hissəsini qanunsuz olaraq özbaşına zəbt edərək hasarlayıb, lahiyə üzrə orada yaşıllıq sahə üçün nəzərdə tutulmuş sahəni ləğv etdirib, binanın zirzəmisindən, yəni payçılara satılmış avtomobil dayanacağından bayıra giriş-çıxış yolunu kəsərək, hərəkətlərinə qanunsuz olaraq qadağa qoyulub.

"Həmin binanın 33 saylı mənzilinin sahibi və sakini olmağıma baxmayaraq, 9 ildir mənə 15 min manata satılmış qarajdan istifadə edə bilmirəm. MTK-nın direktoru Vaqif Əmiyevə 196,1 kv.m olan 4 otaqlı mənzil üçün ümumilikdə 215.710 manat məbləğində pul ödəmişəm", deyə şikayətçi bildirib.

Qeyd edilib ki, hazırda MTK rəhbərliyi payçılarla razılaşmadan onlara təqdim olunmuş eskiz layihəsinə və tikinti normalarına zidd olaraq ərazidə (sıx bir yerdə) yeni bina tikintisinə hazırlaşır.

Bildirilib ki, MTK-nın qanuni təmsilçisi rəhbəri Abduləzimov Araz Əzim oğlu tamah məqsədi ilə binanın alt hissəsindəki qarajı anbar yeri kimi anbar və ya obyekt qismində istifadə olunması üçün binaya və payçılara aidiyyatı olmayan şəxsə (hansısa quruma) satıb, etdiyi qanunsuz əməllərə görə son iki ildə payçılardan gizləndiyi üçün onu tapa bilmirlər.

Bu barədə müxtəlif təşkilatlara müraciət olunsa da, onlara satılmış dayanacaqlan bayıra çıxış yolu inşa edilmədiyindən payçılar qarajdan istifadə edə bilmirlər. Şikayətlərə isə məhəl qoyulmur.

Məhkəmə MTK tərəfindən inşa edilmiş binanın "-1” mərtəbəsində yerləşən maşın qarajı və qaraja giriş-çıxış yolunun təmin edilərək iddiaçının istifadəsinə verilməsi qərarı verib. Həmçinin cavabdehdən qaraja dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə Dövlət Reyestri Xildmətindən çıxarış sənədinin alınması üçün "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Prezidentinin Fərmanına müvafiq olaraq istismara qəbul aktının surəti tələb edilib.
 
Ardını oxu...
“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə ötən il Culfa məktəblərinə payız mövsümü üçün verilən bir qazel pəncərə şüşəsini Culfa təhsil şöbəsinin müdiri ilə əlbir olub məktəbə yox satışa göndərdiyi yerdə DTX tərəfindən yaxalanmışdı”.

TEREF.AZ bildirir ki, Ovqat.com-a bu barədə məlumat Naxçıvandakı etibarlı mənbələrdən daxil olub.

Mənbəmizin iddiasına görə, hər iki məmur Naxçıvan DTX-da yaxşıca “tərlədildikdən” sonra sərbəst buraxılmış və onlar yenə öz qanunsuz fəaliyyətlərini davam etdirirlər.

“Rəşad Əlizadənin əsas gəlir mənbəyi isə boş müəllim yerlərini hərraca çıxarmasıdır. Məktəblərdə vakansiya müəllim yeri olanda həmin yerlər qanunsuz şəkildə Rəşad Əlizadə və nazir Rəhman Məmmədov tərəfindən satılır. Bütün təhsil işçiləri bunu təsdiqləyə bilər. Belə ki, şəhər və şəhərətrafı vakant yer çıxarsa uzaqda yaşayan pul verən müəllimləri həmin yerlərə imtahansız “perevod” edirlər. Bu isə tam qanunsuzdur. Qanunlara əsasən, bu cür yerdəyişmələr də imtahanla olmalıdır. Hazırda Naxçıvan məktəblərində onlarla “perevod” edilənlər var və həmin müəllimlərdən külli miqdanrda rüşvət alınır. Yeni açılmış kimya biologiya liseyinin təşkilindən mənimsəniləmiş pullarla Rəşad müəllim 2 il ərzində artıq 3-cü evini alıb. Sonuncu aldığı ev sürücülük məktəbi tərəfdədir.

Gülməli olsa da, Təhsil Nazirliyinin öz nəznində fəaliyyət göstərən özəl təhsil kursu var. Həmin kursda hər ay sınaq imtahanı keçirilir. Məktəb rəhbərliyini məcbur edirlər ki, bütün şagirdlər ödənişli sınaqlarda iştirak etsinlər. Valideynlərdən bu yolla külli miqdarda məcbur pul yığılır”.

NDU-da təhsil ayrıcalığı

Həmsöhbətimiz Naxçıvan Dövlət Universitetindəki rüşvət mexanizmindən də bəhs edib. Onun sözlərinə görə Naxçıvan Dövlət Universitetində rüşvət aşağıdakı prinsip üzrə yığılır:

“Dekanlar hər tələbədən bir semestr üçün 1000-1500 manat rüşvət alırlar. Toplanan həmin vəsaitlər universitetin təhsil və tərbiyə işləri üzrə prorektoru Rəhimov Rafiqə ötürülür. Bütün pay bölgüsü Rafiq tərəfindən həyata keçirilir. Rektorun və digər rəhbər şəxslərin “payı” verildikdən sonra dekanların “haqqı” yenidən özlərinə qayıdır. Müəllimlər isə bu rüşvət yığımından heç nə ala bilmirlər. Hünərləri nədir, tələbəyə yaxınlaşıb ondan pul istəyə”, - mənbəmiz bildirilir.

Həmsöhbətmizin qeyd edir ki, hazırda NDU təhsil ocağından çox, tikinti “məbədi”nə çevrilib: “Universitetin ərazisində eyni vaxtda 4 tikinti aparılır. Bu, NDU-nun korpuslarının artırılmasına yox, ali təhsil ocağının maliyyə imkanlarının ora-bura ayrılaraq yeyilməsinə xidmət edir”. Bildirildiyinə görə, universitet büdcəsinin 40-50%-i tikintiyə sərf olunur.

Başdan-ayağa pul demək olan sahələr

“Universitetdə elektron qeydiyyat jurnalları var. Bu gün artıq kağızla qeydiyyat aparılmır. Elektron qeydiyyatın əlavə kodu dekanlıqlara verilib. Müəllim dərsə gəlməyən tələbələrə elektron qeydiyyata “qayıb” yazır. Üzərindən bir neçə dəqiqə keçməmiş dekanlıqda o “qayıb” pozulur, yerinə “iştirak edib” yazılır. Əlbəttə, tələbədən rüşvət aldıqdan sonra”, -deyən mənbəmiz vurğulayır ki, bütün bunlar əyani bölmələrində baş verənlərdir. Qiyabi təhsildən isə heç danışmağa dəyməz: “Qiyabi təhsil başdan-ayağa pul deməkdir”.

Mənbəmiz qeyd edib ki, NDU-də ən gəlirli sahələrdən biri də ikinci təhsil, magistr yetişdirmə və xarici tələbələrlə işdir: “Magistrlik sahəsində lüzumsuz əlavə hoqqalardan da çıxırlar. Məsələn, nəzərdə tutulmadığı halda magistrlərdən məcburi ingilis dili proqramı üzrə pullu təhsil və yaxud da əlavə ödəmələr tələb edən hazırlıqlar təşkil olunur. Aspirantların hazırlıqlara getməmək seçimi yoxdur”.

Güzəşt yoxdur

Mənbəmizin dediyinə görə, sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, heç bir tələbəyə güzəşt edilmir: “İstisnalar da var, əlbəttə. Yalnız rektorun himayəsindəki tələbələrə, bir də yaxşı yaltaqlıq bacarığına malik olanlara güzəşt edilə bilər”.

Qaynağımız bildirib ki, universitetin rektoru sözügedən ali təhsil ocağını akademik mühitdən tamamilə uzaqlaşdırır, az-çox elmi savadı olan müəllimlər sıxışdırılaraq işdən çıxmağa vadar edilir. Yerdə qalanlar isə yalnız itaətkar və başqa yerlərdə iş tapa bilməyən savadsız kadrlardır.

Naxçıvanda kirvənin yeri başqadır

Fakültələrin idarə olunmasında yaxın qohum, tanış, quda və kirvə sözünün keçdiyini bildirən məktub müəllifi bildirib ki, namizədliyi hələ yenicə almış “mütəxəssislər” öz adamlarıdır deyə onların doktorluq müdafiəsi dərhal təsdiq olinur: “20 kitabı, 200-dən artıq elmi məqalələri olan əsl alimlər diqqətdən kənarda qaldıqları halda, istedadsız yaltaqlar irəli çəkilirlər”.
 
 
 
Ardını oxu...
Telekanalların birində hüquqşünaslar MTK payçılarına hüquqları barədə geniş məlumat verməlidir... Gözəl insan adı, yaxud yer adı, lap şirkət adı insanda gözəl duyğular oyadır. Vay o gündən ki, o gözəl adın arxasında pis, çirkin əməllər ola. Bax, onda adam az qalır ki, deyə, sənin adına... Adı Nərçə, amma özü sərçə, yaxud adı Etibar, amma özü etibarsız olan birini görəndə, deyirsən ki, sənə bu adı qoyanın lap.... Bu girişi nə üçün yazdıq..?
İndi Bakının harasına gedirsənsə, Şuşa, Qarabağ və s adı ilə o qədər kafelər, otellər faəliyyət göstərir ki... Əslində orada başqa oyunlardan çıxırlar və adam deməyə söz də tapmır... Belələrinə demək lazımdır ki, get, “əxlaqsızlıq obyektinə” yaxınlarının, doğmalarının adını qoy, ayy....
Sözün qısası, belə adamlar hətta ən müqəddəs adları da batırırlar. Belələrindən biri də “DərəçiçəK” MTK-nı yaradanlardır. Sözün gözəlliyinə, enerjisinə, doğmalığına fikir verin: Dərəçiçək. Bilməyənlər üçün qeyd edək ki, Dərəçiçək - İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində yer adıdır. Orada yaşayan azərbaycanlılar doğma torpaqlarından deportasiya ediliblər, indi orada mənfur ermənilər yaşayır. Yəni bizim üçün kədərli, nisgilli, əlimiz çatmayan, ünümüz yetməyən vətən torpağıdır. İndi görün bu qədim mahalın adına Mənzil Tikinti Kooperativi yaradan Rauf Əliyev kimi fırıldaqçılar, o doğma adın arxasında hansı oyunlardan çıxmırlar.
Biz yuxarıda qeyd etdik ki, Dərəçiçəkdə xeyli vaxtdır ancaq mənfur ermənilər yaşayır. Ermənilərin mənfurluğunu başa düşdük ee... Bəs Rauf Əliyev kimilərin fırıldaqçılığını hara yazaq..?
O cür mahalın adını biabır edən Rauf Əliyev, hələ üstəlik vətəndaşlarımızın etibarından sui-istifadə edərək onlara yüz minlərlə ziyan vuraraq, onları neçə illərdir ki, problemə düçar ediblər. İndi özünüz deyin, mənfur erməni ilə, öz doğma soydaşlarına qənim kəsilən Rauf Əliyevin fərqi varmı..?
Rauf Əliyevin toruna düşüb, pulu gedən, ev almaq istəyən, amma aldadılan vətəndaşların sayı bir deyil, iki deyil...
Təsəvvür edirsiniz, mətbuata müraciət edən payçı Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-nın tikdiyi binadan mənzil almaq üçün rəsmi müqavilə bağlayaraq bir dəfə 98 min ABŞ dolları, sonra isə 80 min AZN pul köçürüb və bu sənədi Rauf Əliyev imzası və möhürü ilə təsdiq edib. Söhbət 2009-cu ildə tikilməyə başlayan binadan gedir. Əlimizdə olan, möhür və imza ilə təsdiq olunan maliyyə arayışlarından bəlli olur ki, vətəndaşı cinayətkar şəbəkə aldadıb. Və 13 il gözləyəndən sonra axırda bəlli olub ki, Rauf Əliyev vətəndaşa məxsus mənzilləri başqa birinə satıb. Cənablar, Rauf Əliyev satıb, bunu başa düşdük. Bəs Azərbaycan dövləti hara baxır..?
İcazə verin məlumat verək ki, müasir dünyada VƏTƏNDAŞ-ın DÖVLƏT qarşısında borcu var, lazım gələndə onu lap canı-qanı ilə qorumalıdır ( necə ki, 44 günlük savaşda qorudu), DÖVLƏTİN də VƏTƏNDAŞ qarşısında öhdəliyi var, məsələn onun pozulmuş hüquqlarını qorumalıdır. İcazə verin soruşaq ki, Azərbaycan dövləti yüz minlərlə pulu gedən, canı gedən, əsəbləri pozulan, xəstəlik tapan və sonda mənzili satılan vətəndaşların hüquqlarını niyə Rauf Əliyev kimilərdən qorumur..? Kimlər dayanıb bu Rauf Əliyevlərin arxasında..?
Kimlərdir, neçə illərdir ki, bu cinayətkar MTK sahiblərinə qəyyumluq edənlər..?
Bunları qarşısını alan olacaqmı..?
Vətəndaşlar polisə şikayət edir, prokurorluğa ərizə yazır, məhkəməyə müraciət edir, Prezident Administrasiyasına yazır... Vətəndaş daha hara müraciət eləsin..?
Bəli, tam məsuliyyətlə deyə bilərik ki, Rauf Əliyev və onun müdafiə edənlər dövlətimizi sarsıdır, vətəndaşların inamını məhv edir. Buna son qoyulmalıdır. Adam daşdan keçən rəsmi sənədlərə baxanda dəhşətə gəlir. Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir.
İkinci sənəddən bəlli olur ki, vətəndaş həmin binadan 2 otaqlı 93.5 kv.m sahəsi olan mənzili almaq üçün 65 min 450 manat pul köçürüb. Yenə 65000: 93.5 = 700 manat. Yəni yenə 1 kv.m-in qiyməti 700 manatdır. Bu mənzil üçün də MTK-nın direktorunun verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb. MTK rəhbərliyi mənizlləri başqa birinə satıb indi isə vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm.
Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Sözün qısası, Dərəçiçək MTK-nın sahibi Rauf Əliyev həbs olunmasa, problemlər həll olunan deyil. Ötən yazımızda MTK payçılarının hüquqları barədə geniş məlumat verdiyimiz üçün yenidən təkrar yazmadıq.
Redaksiyadan: Yaxşı olar ki, telekanalların birində tanınmış hüquqşünaslar Mənzil-Tikinti Kooperativləri və onların payçılarının hüquqları barədə əhaliyə geniş məlumat versinlər. //gundelik-baku.com//
 

Dünyapress TV

Xəbər lenti