İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, Netanyahu müraciətdə iranlıları öz hökumətlərinə qarşı ayağa qalxmağa və azadlıq uğrunda mübarizəyə başlamağa çağırıb.
Qeyd edək ki, 13 iyunda İsrail İranın nüvə və hərbi obyektlərinə genişmiqyaslı zərbələrə başlayıb. İran cavab zərbələri endirir.