Ardını oxu...
Nəsihətamiz qədim kitablardan “Qabusnamə”də Keykavusun dilindən deyilir ki, birinci vəzir çox bic adam olmalıdır. Belə ki, o, həm şahın qəzəbindən qorunmalı, həm də ikinci, üçüncü vəzirlərin, başqa əyanların hiylələrindən ehtiyatlanmalıdır. Uzun illərdir Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini tutan Möhübbət Babayev məhz «bicliyi» sayəsində bir neçə icra başçısını yola salıb, ona de-fakto rayonun “ikinci yerdə olan birinci adamı” deyənlər yanılmırlar. Əzəli və əbədi birinci müavinin hüdudsuz səlahiyyətləri, topdağıtmaz sərvəti onun ailə üzvlərinin ərköyünlüyünü də şərtləndirib.
Mediatv.az saytının redaksiyasına Lənkəran Dövlət Universitetinin Elm şöbəsinin müdiri Ülkər Babayevanın qanunsuz əməlləri barədə məlumat daxil olub. Məlumatda bildirilir ki, Ülkər Babayeva rektor Natiq İbrahimovun adından istifadə edərək bütün özbaşınalıqları edir: “Hətta rektorun Mingəçevir və Türkiyə səfərləri zamanı yanında duraraq müxtəlif formalarda çəkdirdiyi şəkilləri göstərib Universitetdə necə deyərlər “at oynadır”.
Ardını oxu...
Ardını oxu...
Qayınatası–Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Möhübbət Babayevə arxalanaraq “burda mənəm, Bağdadda kor xəlifə” deyən Ülkər Babayeva kollektiv içərisində kimlərdən xoşu gəlmirsə, rektorun adından istifadə edərək onlara təzyiqlər etdirir. Auditoriyaya gələrkən tələbələrlə qeyri-səmimi rəftarı və davranışı, tələbələr tərəfindən ikrah hissi ilə qarşılanır.Lənkaran Dövlət Universitetində özbaşınalıqlar,qanuna zidd əməllər bununla bitmir.Belə ki,universitetin prorektoru Azər Əliyev və Billurə Qasımovanın əlindən universitet kollektivi dözülməz hal yaşayaraq təngə gəliblər. Mənbənin bildirdiyinə görə prorektor Azər Əliyevin Lənkəranın Raypo deyilən ərazisində «sağ əli» sayılan şəxsə evdə hədiyyə edib.
İnternet üzərindən apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Möhübbət Babayevin oğlu Elmar Babayevin də ərköyünlüyü barədə mətbuatda xeyli informasiyalar yayılıb. Həmin məlumatlardan birində bildirilir ki, məmur balası Lənkəranda “avtoşluq” etməkdə ad çıxarıb. Bu yaxınlarda yola əks giriş edib və ciddi şəkildə qaydanı pozub.“Papanın gül balası” 6 saatdan sonra icra başçısının müavini Möhübbətin bir zənginə azad buraxılıb və şöbədəcə bu özbaşnalıq ört – basdır edilib.
Bütün lənkəranlılar onun “lüks” həyat tərzindən xəbərdardır. O da bildirilir ki, hətta “gəlin” xanım Ülkər Babayeva özü də bu yaxınlarda da “avto-qəhrəmanlıq” edərək rayonda bir qazinin maşınını öz maşını ilə arxa hissədən əzib və pula pul deməyən Möhübbət Babayev yeni maşın alaraq qaziyə “hədiyyə” edib.
Oxucularla irəliləyən görüşlərimizdə Babayevlərin ərköyünlüyünü şərtləndirən nəhayətsiz, ölçüyəgəlməz kapitalın natamam da olsa siyahısını təqdim edəcəyik.

Mediatv.az
 
 
 
Ardını oxu...
Ötən ilin dekabrında yaydığımız bir məqalədə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən dövlət satınalmalarında yol verilən qanun pozuntularına toxunmuşduq. Qeyd etmişdik ki, Kollecdə hər il əsaslı və cari təmir işlərinə, avadanlıqların alınmasına satınalmalar yolu ilə külli miqdarda vəsait ayrılır. Amma dövlət satınalmaları haqqında qanunun tələblərinə uyğun deyil, buradakı səlahiyyət sahiblərinin bildiyi kimi. Yəni, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməklə, habelə satın alınan malların və xidmətlərin qiymətlərini süni şəkildə şişirtməklə, özlərinə yaxın şirkətlərlə bağladığı müqavilələri ictimaiyyətdən gizlətməklə. Yəni. mövzu ondan ibarət idi ki, burada satınalmalar şəffaf keçirilsəydi, nəticələri də hər yerdə olduğu kimi ictimaiyyətə açıqlanardı.

Bu il Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci keçirdiyi kotirovka sorğularının nəticələrini açıqlayıb. Yəni bununla demək istəyirlər ki, biz şəffaf işləyirik. Amma kollecin səlahiyyyətliləri bilmirlər ki, bu ilki açıqlamalarla ötən il satınalmalarda yol verdikləri qanun pozuntularını bir daha təkrar ediblər və bizim yazdıqlarımızı təsdiq etmiş olublar. Biz ötən il tikili və avadanlıqlar, maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat xərcləri, əsas vəsaitlərin və azqiymətli və tez köhnələn əşyaların dəyərinin müəyyənləşdirilməsi, digər malların alınması, mətbəə məhsulları üzrə xərclər, maşın və avadanlıqların alınması, əyani vəsait, kitab, digər malların alınması üzrə Kollec tərəfindən keçirilmiş kotirovka sorğularının qaliblərinin kimlər olduğunu müəyyən edə bilməmişdik.

Amma bu il məlum oldu ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci səlahiyyətlilərinin biznes tərəfdaşları Sumqayıt şəhərində bir ünvanda, iki-üç ay əvvəl dövlət qeydiyyatına alınmış, iki nəfərə məxsus MMC-lərdir. İndi Kollecin səlahiyyət sahibləri sübut etsinlər ki, ötən il də satınalma müqavilələri onlarla bağlanmayıb.Yaxud da, onların adına olan başqa MMC-lərlə işbirliyində olmayıblar.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollec sair torpaq, tikili və avadanlıqların satınalınması üzrə keçirdiyi kotirovka sorğusuna noyabr ayının 16-da yekun vurduğunu açıqlayıb və “SÜNBÜL SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22 124 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığını elan edib.

Rabitə və Nəqliyyat Kolleci mətbəə məhsullarının satın alınması üzrə keçirdiyi kotirovka sorğusuna da noyabr ayının 16-da yekun vurduğunu açıqlayıb və “DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 445 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığını elan edib.

İndi gəlin görək bu MMC-lər kimə məxsusdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SÜNBÜL SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.08.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 5/24, m. 7, qanuni təmsilçisi kimi isə Abdullayeva Sədaqət Həsən qızı qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.08.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59, qanuni təmsilçisi kimi isə Abdullayeva Sədaqət Həsən qızı qeyd olunub.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən noyabrın 16-da daha bir kotirovka sorğusuna da yekun vurulduğu açıqlanıb. Abadlaşdırma işlərinin satın alınması üzrə keçirilmiş bu kotirovkada isə “RPS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12 150 manat məbləğində satıanalma müqaviləsinin bağlanıldığı elan edilib. Bəs bu MMC kimə məxsusdur? Abdullayeva Sədaqət Həsən qızının qanuni təmsilçisi olduğu “DİSCOVERY AA” MMC ilə eyni ünvanda, SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59-da dövlət qeydiyyatına alınmış Əliyev Babək Ceyhun oğluna.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən pardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci qanuni təmsilçisinin Əliyev Babək Ceyhun oğlu olduğu MMC-lərlə iyul ayında da iki satınalma müqaviləsi bağlayıb.

Mətbəə məhsulları üzrə “AB İNTER SERVİS G” MMC ilə 8470 manat məbləğində satınalma müqaviləsi 27.07.2022-ci il tarixdə bağlanmışdır.

Abadlaşdırma işlərinin satınalınması üzrə keçirilmiş kotirovkada isə “RPS” MMC ilə 9799.5 manat məbləğində satınalma müqaviləsi 27.07.2022-ci il tarixdə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RPS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.11.2009-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev 42, m. 59, qanuni təmsilçisi kimi isə Əliyev Babək Ceyhun oğlu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AB İNTER SERVİS G” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.03.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, MƏH 18, ev 2/29, qanuni təmsilçisi kimi isə Əliyev Babək Ceyhun oğlu qeyd olunub.

Göründüyü kimi Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci son beş ayda iki nəfərə məxsus ayrı-ayrı MMC-lərlə ümumi olaraq 62 988 manat məbləğində satınalma müqavilələri bağlayıb. Hamısında da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulub,demək olar ki, müvafiq sahədə peşəkarlığı, təcrübəsi,texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı nəzərə alınmayıb. Ötən il olduğu kimi şübhəli satınalmalar bu il də davam etdirilib. Kollecin səlahiyyət sahibləri deyə bilər ki, bunlardan xəbərimiz yoxdu, elektron satınalma yolu ilə keçirilib. Amma necə olur ki, iki nəfərə məxsus ayrı-ayrı adlı MMC-lər eyni vaxtda məhz Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin keçirdiyi kotirovka sorğusunun qalibi olublar? Maraqlı olan da məhz burasıdır.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
TEREF.AZ yazır ki, Xaçmaz rayonunun Ağarəhimoba kəndinin sakinləri təbii qazın olmamasından şikayətçidir. Onların sözlərinə görə, yaxınlıqdakı bütün kəndlərdə mavi qaz olsa da, 30 ildir ki, bu kəndə qazın "cari ildə gələcəyini" vəd edirlər.
Sakinlər bildirir ki, yerli camaat evləri qızdırmaq üçün, min bir əziyyətlə yetişdirdikləri meyvə bağlarını doğrayıb yandırırlar...
Daha ətraflı məlumat üçün videonu izləyin...

 
Ardını oxu...
Bakı Şəhəri 11 saylı Notariat Şöbəsində müdirin özbaşınalıq hallarına yol verməsi iddia olunub.
TEREF.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ötən həftə sonu 11 saylı notariat şöbəsinə gedib:
“Bacanağım mənə ümumi etibarnamə verməli idi. Əməkdaşlardan birinə yaxınlaşdıq. Ümumi etibarnamənin tələblərini etibarnaməni verən adama izah elədi. Etibarnaməni verən də etiraz etmədi. Sonra birdən qayıtdı ki, müdirin yanına gedin, sizə 1-2 sual verəcək. Dedik ki, nə sualı? Alan razı, verən razı. Müdirə nə? Nəsə, müdirin yanına keçdik. Səhv etmirəmsə, adı İlqar idi. Bizə qədər bağlı qapı arxasında çox adam qəbul eləmişdi. Otağına girəndə dedi ki, ancaq etibarnaməni verən qalsın. Mən qapıda gözləyəndə 3-4 dəqiqəyə bacanağım çıxdı. Dedi ki, vermədi. Müdir deyib ki, imzanı çək. Bacanaq da imzasını dəftərə çəkib. Özünü ağıllı hesab edən müdir deyib ki, şəxsiyyət vəsiqəsindəki imzaya oxşamır. Buna başa salmaq olmayıb ki, vəsiqədəki adam burdadır, vəsiqədəki imza da elektron qələmlə çəkilib. Tələb absurd idi. Bəlkə də bunun üçün rüşvət istəyirdi”.
Jurnalist daha sonra ASAN xidmət mərkəzlərindən birinə gedib:
“Növbəmiz bizə çatanda cəmi 5-6 dəqiqəyə etibarnaməni aldıq. Bizə sadəcə etibarnamənin tələblərini, şərtlərini izah elədilər. ASAN Xidmətdə olanda xanımlardan birindən 11 saylıdakı özbaşınalığın, imza tələbinin səbəbini soruşdum. Xanım gülümsəyərək belə cavab verdi: “11 saylı notariuslar içində notarius yaradıb. Onların fəaliyətini şərh etmək istəmirəm”. Bu sözdən də aydın oldu ki, 11 saylı notarius müdir tərəfindən “ata ocağı” kimi işlədilir”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmisi Aynur Sabitova bildirib ki, iddiaları müvafiq idarə araşdıracaq.
 
 
 
Ardını oxu...
Balakən rayonunun Meşəşambul kəndinin pay torpaqlarına Balakən Kərpic İstehsalı Müəssisəsi qənim kəsilib. Fevral ayında rayonun qum-çınqıl yataqlarından istifadə qaydasını pozduğuna görə 1 milyon manatdan çox cərimə edilən MMC rəhbəri Əsgər Əsgərov qanunları pozmağa davam edir.

Bu barədə Tribuna.az-a kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, BKİM rəhbəri kəndlilərə əkin üçün verilməsi nəzərdə tutulan pay torpaqlarını pulla alaraq zavoda daşıyır. Olduqca məhsuldar torpaq olan sarı torpaqdan kərpic bişirilməsində istifadə edilir.

Sakinlər bildirir ki, zavodun ağır texnikası və yük maşınları gecə saat 2-3 radələrində qazıntı işləri aparır və torpaq daşıyır:

“Yük maşınlarının səsindən yatmaq olmur. Evlərimiz silkələnir”.

Qazıntı işləri səbəbindən ərazidə dərin və böyük çökəklik, dərə əmələ gəlib. Kənd camaatı heyvanını otarmağa yer tapmır. Mal-qaranı örüşə buraxmağa da ehtiyat edirlər. İşlərinə mane olmaq üçün bir neçə dəfə kənd camaatı yolu kəsib. Lakin müəssisə rəhbərliyi əraziyə polis göndərərək kənd sakinlərini ərazidən uzaqlaşdırıb. Camaata bildirilib ki, ərazidə qazıntı aparmaq və torpaq daşımaq üçün əllərində rəsmi sənəd var. Kənd sakinləri bildirir ki, qış aylarında bu ərazilərə yağıntı çox düşür. Belə olduğu təqdirdə ərazidə sürüşmə olma ehtimalı yüksəkdir. Qazılmış dərəyə dəfələrlə kənd camaatının heyvanı düşərək tələf olub. Yaralanmış heyvanı isə oradan çıxarmaq mümkün olmur.

Xatırladaq ki, bu ilin fevral ayında Balakən rayonu ərazisində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması səbəbindən “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC rəhbəri əsgər Əsgərov 1 milyon 137 min manat cərimə edilib.
 
Ardını oxu...
Abşeron rayonu İradə Gülməmmədovanın icra başçısı vəzifəsindən gedişindən sonra ağ günə çıxacağını gözləyirdi. Amma sən saydığını say, gör yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev nə sayır

Əslində ona yeni İH başçısı söyləmək də olmaz, çünki uzun illər Bakının Nərimanov rayonuna rəhbərlik edib, elə oradakı fəaliyyəti də Abşerondan fərqlənməyib: səkilərə qədər satmaq, tikintilərə ağacları qurban vermək, obyekt satmaq, hətta “moyka” biznesi qurmaq… İndisə eynilə Abşeron rayonunda Fərzəliyev bir kabusa çevrilməkdədir.

AMİA.AZ xəbər verir ki,onun Abşerona təyinatı ilə rayonda özbaşınalıq, kimin harda istəsə qanunsuz tikinti aparması daha da geniş vüsət alıb. Çünki Nərimanovu qarış-qarış satan bir məmurdan Abşeronda qanuni fəaliyyət gözləməyə də dəyməzdi. Nəticədə Xırdalan, Masazır və digər ərazilərdə Abşeron İH rəhbərinin əl işini görmək mümkündür. Bu iş isə qanunsuz tikintilərə şərait yaratmaqdan tutmuş fərdi ev tikinti üçün rüşvət tələb olunmasına qədər əhatə edir.

Sonuncu belə “nümunə” Xırdalana aiddir. Şəhərin tən ortasında qanunsuz olaraq tikintilər səkiyə çıxarılır, artırmalara yol verilir. Bu da bütün normativləri pozmaq, piyadaların yolunu kəsmək deməkdir. Amma nə Abşeron İH, nə FHN məsələyə müdaxilə edir. Bu faktı lentə alaraq sosial mediada paylaşımasına baxmayaraq, heç bir münasibət bildirilmir

Belə ki, “Alyans” MTK səkini zəbt edərək tikinti aparır. Amma şirkətin qanunsuz əməlinə Abşeron İH qarışmır. Burada iki nəticə çıxır: ya Fərzəliyev şirkətə bata bilmir, ya da tərəflər anlaşıblar. Çünki heç kəs icazəsiz piyadanın yolunu işğal edib tikinti apara bilməz, dərhal başının üstünə icra nümayəndələri alacaqlar. Görünür ki, icra başçısı Fərzəliyev “xeyir-dua” verib və ona görə bu qanunsuz tikintiyə göz yumulur. Ümumiyyətlə, Xırdalanı başdan-başa satmaqda olan icra başçısı Abdin Fərzəliyev əhalini ciddi şəkildə narazı salmaqla yanaşı, onların etimadını itirib. İnsanlar ümid edirdi ki, keçmiş başçının və memarın səhvləri düzəldiləcək, təkrar olunmayacaq, amma tam məyus oldular. İndikilər daha vandal şəkildə Abşeronu tar-mar edirlər. Bu videonu sizə təqdim edirik, özünüz şahid olun:

Tribuna. Az
 
 
 

Ardını oxu...
Qaynana adına saxta sənədlər, vəd olunan sərəncamlar, “pay” verilmiş mənzillər və milyonlarla borc – Nizami rayonunda görünməmiş rüşvət və korrupsiya əməlləri Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun vəzifədə olduğu dövrlərdə sayagəlməyəsi qədər qanunsuzluqlara yol verməsi barədə mətbuatda çox yazılıb.

Bu adam özünü məmurdan daha çox torpaq dəllalı və saxta sənədlər hazırlamaq üzrə yüksək səviyyəli “mütəxəssis” kimi tanıdıb. O, icra başçısı işlədiyi rayonu dövlətin müəyyən etdiyi qaydalarla deyil, özünün şəxsi biznes maraqlarına uyğun şəkildə idarə edib ki, bunun da nəticəsində topdağıtmaz səltənətə sahiblənməyə müvəffəq olub. Əlbəttə, bu, Arif Qasımovun Nizami rayonundakı “yaradıcılığının” görünən tərəfidir. Görünməyən tərəflərdə daha ağır əməllər dayanır və onlar barədə toplu məlumatların əks olunduğu kitab da var. Təəccüblənməyin, bu kitabın adı Cinayət Məcəlləsidir və məhz orada Qasımovun Nizami rayonundakı korrupsiya və rüşvət “performansı”, saxta sənəd hazırlamaq “istedadı”, vəzifədən sui-istifadə etmək “qabiliyyəti”, əvvəlcədən əlbir olan mütəşəkkil cinayətkar dəstə yaratmaq “bacarığı”, dövlət əmlkanı və vəsaitlərini talamaq “cəsarəti”, başqalarının əmlakını mənimsəmək “qətiyyəti” və sair “özəllikləri” barədə məlumatlara MADDƏ-MADDƏ rast gələ bilərik.

Ümumiyyətlə, Cinayət Məcəlləsi Arif Qasımovun avtoportretini yaratmaq üçün unikal vasitə hesab oluna bilər. Hətta orada elə maddələr var ki, birbaşa Arif Qasımovun ƏYNİNƏ BİÇİLİB. Oxuduqca sabiq icra başçısını əvvəlcə Kürdəxanıda, sonra da müxtəlif MÜƏSSİSƏLƏRDƏ təsəvvür edirsən.
Arif Qasımov olduqca “unikal” adamdır. Məsələn, sabiq icra başçısı olmasına baxmayaraq, vəzifədə olduğu dövrdə mənimsədiyi vərdişləri bu gün də davam etdirir. Həbsxanada olmadığına görə Tanrıya şükr etmək əvəzinə, özünü nümyişkəranə şəkildə “toxunulmaz adam” kimi göstərən Qasımov Nizami rayonunu indi də özünün şəxsi ofisindən “idarə” etməyə çalışır. Qısası, Qasımovun QARA MÜHASİBATLIĞI bu gün də Nizami rayonundan əl çəkmir. Elə əməllərə imza atılır ki, bütün bunlar barədə daha geniş və detallı şəkildə danışmaq zərurəti var. Hələlik başlayaq Arif Qasımovun icra başçısı olduğu dönəmlərə təsadüf edən qanunsuz əməllərindən.

Əldə etdiyimiz dəqiq məlumatlara görə, Arif Qasımov Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı dövrlərdə özünə topdağıtmaz səltənət qura bilib. Bu yazıda Qasımovun səltənətinə daxil olan bir neçə obyektdən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamasından, eləcə də iş adamlarından aldığı külli miqdarda rüşvətin müqabilində sərəncam verəcəyi vədini yerinə yetirməməsindən bəhs edəcəyik.

Arif Qasımovun biznes imperiyasına daxil olan obyeklərin bir çoxu başqa-başqa adamların adına rəsmiləşdirilib. Əvvəllər obyektlərini, ələ keçirdiyi əraziləri qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına qeydiyyata aldırsa da, sonradan iz itirmək məqsədilə həmin obyektlər başqa adamların adına keçirilib. Məsələn, bu sırada Qara Qarayev prospektində “Rahat” marketin qarşısında yerləşən və “Konkakt Home” mağazalar şəbəkəsi tərəfindən icarəyə götürülmüş iki mərtəbəli tikilini göstərmək olar. Bu obyek Arif Qasımovla müştərək bir neçə tikinti layihəsində iştirak etmiş iş adamı Elsevərin əməkdaşlarından birinin adına sənədləşdirilib. Qasımov Elsevər adlı iş adamı ilə birgə çoxmərtəbəli bina da inşa etdirib. Bu bina Rüstəm Rüstəmov küçəsində yerləşir.
Sabiq icra başçısının Anar adlı iş adamı ilə də bir neçə müştərək işi olub. Burada bir məqamı qeyd edək ki, Qasımov həm də o icra başçılarından olub ki, təzyiq yolu ilə özünü müxtəlif obyektlərə şərik kimi qəbul elətdirib. Onun Anar adlı iş adamı ilə birgə sahiblik etdiyi restoran sonradan Qasımova Maştağa qəsəbəsində böyük bir “parnik” qazandırıb. Belə ki, Anar öz “parnikindən” Arif Qasımovun xeyrinə imtina etməklə şərikli restoran işlətmək əzabından qurtula bilib.

Qara Qarayev prospektindəki “Ağ Çiçəyim” mağazasının yanındakı paltar mağazası da sabiq icra başçısına məxsusdur. Nədənsə bu obyekt hələ də Qasımovun qaynanasının adına qeydiyyatdadır. Görünür obyektlərin sayının çox olması səbəbindən Qasımov bu mağazanın addan-ada keçirilməsi əməliyyatını hələlik yekunlaşdıra bilməyib.
Sabiq icra başçısı Nizami rayonundakı biznesini özünün məşhur qalasından - “Ofis” kimi tanınan binadan idarə edir. Bu binanın tikintisinin isə ürək üzən tarixçəsi var. Belə ki, Məmmədəli Şərifli küçəsi ilə kəsişmədə yerləşən sözügedən binanı tikmək üçün əvvəlcə torpağın və oradakı evin sahibi olan şəhid anasını razı salmaq ehtiyacı yaranıb. Lakin şəhid anası təkliflərlə razılaşmayıb və bu da Qasımovu bərk qəzəbləndirib. Günlərin birində isə şəhid anasına məxsus olan evdə qeyri-müəyyən səbəblərdən yanğın baş verib. Bu müəmmalı hadisəni ərazidə yaşayan sakinlər hələ də xatırlayırlar. Yağından dərhal sonra Arif Qasımov həmin ərazidə özünə ofis inşa etdirib və bu gün də oranı özünün iş yeri kimi istifadə edir.

İndi gələk məşhur “Neolit” restoranına. Bu obyek əvvəllər Arif Qasımovun qaynanasının adına olub. Sonradan Elsevər adlı iş adamının adına sənədləşdirilib. Maraqlıdır ki, “Neolit”ə görə Arif Qasımov hələ də Yaşar adlı iş adamı ilə mübahisə yaşayır və bu mübahisə zaman-zaman qalmaqal səviyyəsinə də çatır. Nizami rayonunda Arif Qasımova məxsus şadlıq sarayları da var. Onlar haqqında növbəti yazımızda ətraflı şəkildə bəhs edəcəyik.
Hələlik keçək saxta sənəd məsələsinə. Məsələ burasındadır ki, Arif Qasımov Nizami rayonuna rəhbərlik etdiyi dövrlərdə özü üçün ərsəyə gətirdiyi və ya zor gücü ilə sahibləndiyi tikililərin çoxunu, yuxarıda da qeyd etdiyimiz kimi, qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına sənədləşdirib. Bu sənədlər isə saxta yolla hazırlanıb. Araşdırma aparılarsa, dediklərimizin həqiqət olduğu hüquqi müstəvidə də öz təsdiqini tapar. Hər halda Nizami rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov təsadüfən insult keçirməyib. Məsələ burasındadır ki, həmin saxta sənədlərin əksəriyyətində məhz Qərib Məmmədovun imzası var.

Arif Qasımov icra başçısı olduğu dövrlərdə Nizami rayonunda bina tikintisi ilə məşğul olan iş admlarından da külli miqdarda pul toplamağa müvəffəq olub. O, hər yeni tikilən binaya görə rüşvət almaqla yanaşı, həmin binalardan “pay” mənzillərə də sahib olub. Lakin bunun müqabilində vəd etdiyi müvafiq sənədləri iş adamlarına təqdim etməyib. Elə bu səbəbdəndir ki, hazırda Arif Qasımovla bina tikintisi ilə məşğul olan iş adamları arasında ciddi qalmaqal yaşanır. Məsələn, keçmiş “Sevinc” kinoteatrının yaxınlığında İNTEX şirkəti tərəfindən tikilmiş binaya görə Qasımova 500 min manat çatsa da, o hələ də binaya görə tələb olunan sənədləri şirkətə təqdim etməyib. Onun hazırda belə bir səlahiyyətinin olmadığına əsaslanan şirkət, pulunu geri tələb etsə də Qasımov müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. İNTEX Arif Qasımovun borclu olduğu yeganə şirkət deyil. Nizami rayonunda bina tikintisi ilə məşğul olmuş şirkətlərin bir çoxunun Qasımovdan alacağı var və bu məbləğ üst-üstə milyonu ötür.

Arif Qasımov iş adamlarından həm də rayonda aparılmış abadlaşdırma işlərində yararlanıb. O, yaşılllaşdırma, küçələrin işıqlandırılması, parklarda abadlıq işlərinin aparılması, yolların təmiri və s. iş adamlarının vəsaiti hesabına həyata keçirsə də sonradan bu layihələri İcra Hakimiyyətinin adına yazaraq külli miqdarda dövlət vəsaitini mənimsəyib. Bu kimi maxinasiyaları Arif Qasımov həmin dönəmlərdə İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışmış Tariyel Tahirov və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş Rasim Abdullayevin əli ilə reallaşdırıb. Adıçəkilən şəxslərin və hazırda da Nizami Rayonu İcra Hakimiyyətinin birinci müavini vəzifəsini tutan Qərib Məmmədovun vasitəsilə Arif Qasımov köhnə tarixli sənədlərin hazırlanmasını da həyata keçirib. Bununla da Arif Qasımov bilavasitə Prezident İlham Əliyevin Fərmanına qarşı çıxmış olub. Belə ki, Prezident İlham Əliyevin 17 sentyabr 2018-ci il tarixli “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı Arif Qasımovun planlarını pozub. Tikililərə sənəd vermək səlahiyyətini itirən Arif Qasımov rüşvət aldığı iş adamlarını razı salmaq üçün adıçəkilən Fərmandan əvvəlki tarixlər göstərilmiş saxta sənədlər hazırlatdırıb.
Xatırladaq ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olmadan tikintiyə icazə verə bilməzlər.
Arif Qasımov Bakı şəhərinin digər rayonlarında da müxtəlif obyektlərə və torpaq sahələrinə sahibdir. Bütün bunlar barədə gundemxeber.az-ın növbəti yazısında geniş şəkildə söhbət açılacaq. Eyni zamanda Qasımovun “vəzifəyə” gedəcəm kimi uydurma söhbətlərindən də bəhs ediləcək. Təsəvvür edin, bu qədər qaramat içində olan bir adam, rayonda öz təsir imkanlarını artırmaq üçün hətta Eldar Əzizizovun yerinə - Bakı meri təyin olunacağına dair şaiyələr yaydırır. Əlbəttə ağlı başında olanlar Qasımovun hansı səbəblərdən işdən qovulduğuna əsaslanaraq onun nağıllarını ciddi qəbul etmirlər. “ÇP”si başından aşan VURULMUŞ kadra bundan sonra kim iş tapşırar? Kim onu himayə edər?..
GundemXeber.Az-ın əldə etdiyi məlumatlarda Arif Qasımovun Nizami Rayonu İcra Hakimiyyətinin hazırkı başçısı Coşqun Cəbrayılova müxtəlif yollarla təzyiq göstəməyə şalışdığına dair məqamlara da rast gəlinir. Qasımov ciddi cəhdlə çalışır ki, Coşqun Cəbrayılov köhnə sərəncamların, eləcə də tikililərə görə digər müvafiq sənədlərin araşdırılmasına maraq göstərməsin. Qasımov yaxşı bilir ki, hazırkı başçı ARXİVİ qaldırarsa, ortaya dəhşət saçan saxtakarlıq faktları çıxacaq. Bu isə Cinayət Məcəlləsindəki uyğun maddələrin Qasımovun əməlləri xüsusunda aktuallıq qazanacağı deməkdir. Maraqlıdır, Coşqun Cəbrayılov sabiq başçının qanunsuz əməllərini ört-basdır edəcəkmi? Yaxud, yeni başçı hansı hallarda Arif Qasımovu qorumağa razı olar? Bax, maraqlı olan həm də budur. Gözləyək.
Növbəti yazılarımız da olacaq.

GundemXeber.Az

Ardını oxu...
DogruXeber.az: - Naxçıvanda üç il öncə bağlanılmış şəxsi avtomobil təmiri sexlərinin sahiblərinin hər birindən 30 min manat rüşvət tələb olunur. Bu pulun qarşılığında onlar sexlərini yenidən aça bilərlər. Lakin, sahibkarlara seçim imkanı verilmir. Yəni, onlar sexi açsalar da, açmasalar da həmin məbləği ödəməlidirlər.
Bu haqda „Gündəlik Naxçıvan“ a bir qrup sahibkar məlumat verib. Onlar deyir ki, yerli hakimiyyət Bakıdan gələn yoxlamalar zamanı üzə çıxan büdcə yeyintilərini bağlamaq üçün bu addımı atırlar. Şərur rayon sakini B. Şükürov deyir ki, bu tələbi yerinə yetirməmək üçün, evini də satıb, Naxçıvandan qaçmaq istəyir:

„Bir neçə gün öncə Şərur Rayon İcra Hakimiyyətinə çağırdılar. Deyəndə ki, sexinizi açıb işlədə bilərsiz, çox sevindik. Sonra başçının müavini İmran Həsənov dedi ki, iki həftə ərzində hərəniz 30 min manat gətirməlisiz, bizə dəxli yoxdur sexi işlədəcəksiz ya yox. Sonra bildirdi ki, bu tapşırıq yuxarıdan, Naxçıvanın baş naziri Səbuhi Məmmədovdan gəlir. Bakıdan gələn yoxlamanı yola salmaq üçün külli miqdarda pul lazım imiş. Guya büdcə kəsirlərini bağlayacaqlar. Dedi ki, pulu tapıb gətirməsəz, həbs olunacaqsız. O həm də dedi ki, Naxçıvanbankdan kreditlə borc götürməkdə də bizə kömək edər. Mən o sexdə dolanışığımı güclə təmin edirdim. Oranı işləsəm belə, nə qazanacaq ki, hələ bir krediti də qaytarım? Həbs olunmamaq üçün məcburam ki, Naxçıvandan köçəm“.

Babək rayon sakini D. Quliyev bildirir ki, bağlanmış sexini açmaq üçün ondan da 30 min manat tələb olunub:
„Deyirlər ki, işlətsə də, işlətməsən də 30 mini verməlisən. Neçə ildir işsizəm, hardan alım o qədər pulu. Tapıb versəm belə, hardan qazanıb o borcu qaytaracam. Gündə 1-2 müştəri ola, ya olmaya. O vaxt acından ölməmək üçün işlədirdik. Nə edəcəyimi bilmirəm“.

Naxçıvanda 3 ildən artıqdır ki, şəxsi avtomobil təmiri sexləri bağlanılıb. Elə həmin vaxtdan burada avtomobil təmiri üçün yalnız Naz-Lifan Service texniki xidmətlərindən istifadə etmək mümkün idi. Naz-Lifan servisinin yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir.
Ardını oxu...
Gəncənin Nəriman Nərimanov küçəsində yerləşən ikinci binanın sakinləri şikayət edir.

Sakinlər binanın qarşısında istirahət məqsədi ilə yaradılan parkın naməlum şəxslər tərəfindən qazıldığını deyirlər. Əvvəllər istirahət parkı olan ərazi sonradan dağıdılıb. Yerində İnşaat işləri məqsədi ilə qazıntı aparılıb. Sakinlər etimal edirlər ki, ərazidə hər hansı obyektin tikintisi nəzərdə tutulub. Sonra tikinti işləri də aparılmayıb, sakinlər də istirahət parkından məhrum olublar. Maraqlısı odur ki, bu problem nə bu günün, nə də dünənin problemidir.

Park ərazisi 12-il bundan öncə qazılıb. Lakin yarımçıq saxlanılıb. İndi sakinlərin istirahəti üçün nə park var, nə də uşaqların oynaması üçün ərazi. Bina sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, problem aradan qaldırılmır.

Bina sakini Qiyafət Diləxşani: İllərdir bura qazılıb. Uşaqların oyun meydançası vardı, dağıtdılar. Biz yaşlılar oturub istirahət edirdik. İndi it, pişik leşlərini gətirib atırlar bura, iylənib qalır. Ərazi zibilxanaya çevrilib. Hələ JEK buranı təmizlətdirib. Pəncərəni açıb hava ala bilmirik. Üfunət qoxuyur.

Sakin Yasin Əlirzayev deyir ki, yayda üfunət iyinə görə 45 dərəcə tempraturda pəncərələri açmaq olmur. “İndi çəkirsiniz, qışdır. Yayda üfunət qoxusundan buradan keçmək olmur”, sakin belə narazılıq edir.

Belediyye.net-in məlumatına görə, qazıntı işləri keçmiş icra hakimiyyəti başçısının zamanında həyata keçirilib. Hazırda problemi həll edən qurum tapılmır.

Məsələ ilə bağlı yerli İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Lakin rəsmi qurum məsələyə münasibət bildirməkdən boyun qaçırdı.

DİA.AZ mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir:



Məsələ ilə bağlı dia.az olaraq bütüb əlaqədar qurum və təşkilatları dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Qapılarını az qala hər gün hüquq-mühafizə orqanlarının yağır etdiyi Mədəniyyət Nazirliyi yenə də özünə yığışmaq bilmir ki bilmir. Hər halda görünəni budur və ortalıqda olan faktlar belə deməyə əsas yaradır ki, Mədəniyyət Nazirimiz Anar Kərimov da özündən əvvəlki nazir Əbülfəs Qarayevin yolu ilə "inamla" irəliləməkdədir...

DİA.AZ bildirir ki, Mədəniyyət Nazirliyindən daha bir şikayət var və bu şikayətə görə, nazirlik keçirilən müsabiqənin qaliblərinə vəd etdiyi 300 min manatı ödəməyib.

DİA.AZ-ın məlumatına görə, 2022-ci ilin martında Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək" müsabiqəsinin qalibləri açıqlansa da, onlara ümumilikdə ayrılan 300 min manat sahiblərinə çatdırılmayıb.

“Hər halda hansısa işləri yolunda getmir. Bunu da bu layihənin maliyyəsi ilə ört-basdır edirlər”. Bunu isə şikayətçilərdən biri - rejissor Azər Allahverdiyev deyir.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti