Ardını oxu...
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olan və yaşayan Sədaqət İmamqulu qızı Bayramova mənzilinin altındakı zirzəminin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən qanunsuz yolla alınıb Məmmədov Təmraz Əhəd oğlunun adına sənədləşdirildiyini iddia edib.

"Su və kanalizasiya xətləri keçən, bizim istifadə etdiyimiz ikinci zirzəmi də qanunsuz sənədlə razılığımız olmadan alındı"

Yaşadığı mənzilin atasına I qrup Böyük Vətən Müharibəsi əlili olduğu üçün prezident tərəfindən verildiyini deyən şikayətçi bildirib ki, atası hələ sağlığında qeyd olunan mənzili ona bağışlayıb: "Atam uzun müddət müharibənin fəsadlarından əziyyət çəkdiyi üçün doğulduğu Naxçıvan şəhərinə müalicə məqsədiylə gedib və orada dünyasını dəyişib. O, sağlığında Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4 ünvanındakı mənzili mənə bağışlayıb. Nəzərinizə çatdırım ki, mənə və qonşuya məxsus olan 5 saylı mənzilin altında zirzəmi var. Həmin zirzəmidə su və kommunikasiya xətləri yerləşir, ora giriş isə mənzilin texniki pasportunda göstərildiyi kimi mənə məxsus anbarın arxasındadır. İndi isə həmin zirzəmi keçmiş millət vəkili, hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olan Əhəd Abıyev tərəfindən qanunsuz yolla alınıb və Məmmədov Təmraz Əhəd oğlunun adına mənzil kimi sənədləşdirilib. Daha sonra artıq tamah güc gəlib. Belə ki, su və kanalizasiya xətləri keçən, bizim istifadə etdiyimiz ikinci zirzəmi də qanunsuz sənədlə razılığımız olmadan alındı. Onu da bildirim ki, qonşuluqda ofisi olan Məmmədov Təmraz Əhəd oğlu ofisə su axıntısı olduğunu deyərək, bacımdan qapını açmağı xahiş edib. Sonra isə su xətlərinin təmiri adı ilə zirzəmidə qeyri-qanuni qazıntı işləri apararaq evin bünövrəsini boşaltmış, bu da azmış kimi 3 qonşunun bünövrəsinə xeyli ziyan vurub. Nəticədə mənzillərdə çatlar yaranıb. Bu da azmış kimi evə bitişik 15 saylı Uşaq Poliklinikasının bünövrəsini qazaraq oradan xeyli torpaq çıxarıb, evin poliklinikaya tərəf divarını kəsib, arxa qapı yaradıb, sonra qonşunun yataq otağına xeyli ziyan vuraraq ofisdən zirzəmiyə qapı açıb".

"Mən Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğluna dövlət orqanlarına müraciətlərimi və verdiyi sözü xatırlatsam da, o mənə "Ala dövlət var", "Nə istəyirsən elə" kimi cavablar verdi"

Sədaqət Bayramovanın sözlərinə görə, bütün bunların nəticəsində mənzilində çatlar əmələ gəlib, girişin bağlanması səbəbindən su xətləri nəzarətsiz qalıb, evin alçipanı divardan aralanıb: "Həmçinin, qonşuların mənzillərində də ciddi fəsadlar yaranıb. Odur ki, mən qeyd olunanlarla bağlı 46 saylı Mənzil İstismar Sahəsinin rəisi Məmməd Əliyevi məlumatlandırdım və o, evə baxış keçirdi, o cümlədən qeyri-qanuni qazıntının video görüntülərini çəkdi. Bununla yanaşı, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə, Səbail Rayon Prokurorluğuna, Baş Prokurorluğa, Səbail Rayon İcra Hakimiyyətinə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Səbail Rayon Mənzil Təsərrüfat Birliyinə hadisə ilə bağlı məlumat verdim, Fövqəladə Hallar Nazirliyinin "112" çağrı mərkəzinə zəng vurdum. Lakin Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu bərkitmə işlərinə başlayaraq zirzəmini əvvəlki vəziyyətinə gətirəcəyinə, mənzillərdə təmir-bərpa işlərini edəcəyinə dair söz verdiyi üçün şikayətlərimdən imtina etdim. Ancaq Məmmədov Təmraz Əhəd oğlu sözünün üstündə durmadı. Mən onun nümayəndəsi Əliyev Faiq Aydın oğluna dövlət orqanlarına müraciətlərimi və verdiyi sözü xatırlatsam da, o mənə "Ala dövlət var", "Nə istəyirsən elə" kimi cavablar verdi. Bundan sonra yenidən Səbail Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda oldum, vəziyyətin nə qədər təhlükəli olduğunu bildirdim. O, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə təcili məktub ünvanlanmasına göstəriş verdi. Lakin bilərəkdən məktubda ödənişə zəmanət verilmədi. Bu səbəbdən də Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məktubu Səbail Rayon İcra Hakimiyyətinə geri ünvanladı. İcra hakimiyyətinin bilərəkdən vaxt itkisinə yol verdiyini gördüyüm üçün agentliyə ərizə verdim. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən mənzilə baxış keçirilsə də, zirzəmiyə baxış keçirilməsi mümkün olmadı. Çünki Məmmədov Təmraz Əhəd oğlu qanunsuz olaraq zirzəmiyə girişi daşla hördürmüşdü. Halbuki, biz uzun illər həmin zirzəmidən istifadə edirdik. Əlavə olaraq deyim ki, mənzilimdə yaranmış çatların bərpası üçün 4500 manat tələb olunur".

"Əliyev Faiq Aydın oğlu, Əhəd Abıyevin digər qohumları ekspert İsa Eyvazzadənin üstünə qışqıraraq, ekspertizanı onların tələbləri əsasında keçirməyi əmr etdilər"

Bununla bağlı Səbail Rayon Məhkəməsində iddia qaldırdığını vurğulayan şikayətçi bildirib ki, 2019-cu ildən bu günə kimi hər dəqiqə real təhlükə ilə üz-üzə qalıb: "10 fevral 2023-cü il tarixdə mənzilə və zirzəmiyə ekspert baxışı keçirildi. Lakin Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu, Əhəd Abıyevin digər qohumları ekspert İsa Eyvazzadənin üstünə qışqıraraq, ekspertizanı onların tələbləri əsasında keçirməyi əmr etdilər. Ekspert İsa Eyvazzadə isə buna dözməyərək bərk əsəbiləşdi, işini gözəl bildiyini söylədi. Bu da azmış kimi, qarşı tərəf mənə və vəkilim Bağırov Abdul Nadar oğluna qışqıraraq, oradan çıxmağımızı tələb etdi. Mən 17 noyabr 2022-ci il tarixli, 2(009)-1937/2022 saylı qərardadı əsas götürərək ekspertiza baxışının keçirilməsini tələb etdim. Zirzəmiyə girmək istəyəndə isə Əhəd Abıyevin qohumları qarşımı kəsdilər. Yalnız ekspert işə qarışıb mənim də iştirakımın vacibliyini qeyd etdikdən sonra biz zirzəmiyə buraxıldıq. Bununla da Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu zirzəmidə etdiyi özbaşınalıqlar, qeyri-qanuni qazıntı işləri, su xətlərinin, kanalizasiya xətlərinin yerini dəyişdirməsi, zirzəminin tavanının taxtalarını kəsərək evin döşəməsində silkələnmə və əyilmələr yaratdığını, zirzəmiyə giriş qapılarını kubiklə tikməsi, ofisə qeyri-qanuni qapı açmağı boynuna alaraq təsdiqlədi. Həmçinin, o, ekspertin verdiyi suallara etik normaları pozaraq, "Əcəb etmişəm, öz yerimdi, özüm bilərəm" kimi cavab verib".

Beləliklə, Sədaqət Bayramova "Hürriyyət" vasitəsiylə aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, araşdırma aparmalarını, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4-ün təmiri üçün 4500 manat, binanın bünövrəsinə və bərkidilməsinə çəkilmiş 800 manat xərcin, "MBA LTD"dən mənzilə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar alınmış rəyə görə ödənilmiş 450 manat, hüquqi yardımla bağlı çəkilən xərcin əvəzi olaraq 600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat dövlət rüsumunun, cəmi 6334 manat məbləğində pulun geri qaytarılmasını, həmçinin qeyd olunan mənzilin zirzəmisinin girişinin məhdudlaşdırılması məqsədiylə hörülmüş daş maneənin sökülməsini, zirzəminin əvvəlki vəziyyətə gətirilməsini cavabdeh şəxslərə həvalə edilməsini xahiş edib.

"Hürriyyət"
Ardını oxu...
Sözün düzü, bu tip yazıları yazmağa adamın əli gəlmir. Bu xanım kiminsə qızıdır, kiminsə bacısıdır, kiminsə anasıdır, kiminsə həyat yoldaşıdır və s. Amma nə edək ki, xanımlar da öz layiq olduqları yerdə oturmurlar. Atalarımız deyib ki, insan layiq olduğu yerdə ağır gələr, yaxud ağır otur, batman gəl...
Yeri gəlmişkən, BATMAN vaxtilə dilimizdə çəki, ağırlıq vahidi olub, yəni ağır ol, vüqarlı ol...
Sözün qısası, haqqında bəhs edəcəyimiz deputat Könül xanım Nurullayevanın özəl həyatı bizim üçün maraqlı deyil.
Qısa məlumat üçün qeyd edək ki, 5-10 nəfərin tanımadığı Könül Nurullayeva 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində Nizami rayonu 24 saylı birinci seçki dairəsindən deputat olub. Axı, deputat seçilmək üçün ən azı 10-15 min nəfər sənə səs verməlidir ? Heç bir təcrübəsi olmayan, cəmiyyətdə tanınmayan Könül Nurullayeva o səsləri necə qazana bilərdi ? Onun necə deputat seçilməsi, daha doğrusu, deputat olması, hamıya bəlli məsələdir. Bu məsələni qoyaq bir kənara. Xanım deputat seçicilərin mənzillərinə ayaqqabı ilə girir. Görünür vaxtı ilə başa salan olmayıb.
Bunu da qoyaq bir kənara. Xanım deputat Keşlədəki seçiciləri ilə görüşə çarşabda, çadrada gedir, islami qaydalara ciddi riayət edir. Vallah, bu dekorasiyalar daha işə yaramır, ay Könül xanım.
Yaxşı çadra nədir, Fransız geyimləri nədir..? Könül Nurullayeva əsasən Fransanın "Balmain" (Pierre Balmain), Amerikanın "Tory Burch","Elisabetta Franchi" ilə yanaşı "Gucci" "Chanel" kimi brendlərin məhsullarına üstünlük verir. Onun təkcə bir qolunda 26 min dollar dəyərində qızıl var (16 min dollar qızıl qolbaq və 10 min dollar qızıl saat). Biz bunların heç birini yazmazdıq ee....
Amma Könül Nurullayeva siyasi mədəniyyətdən danışanda Vayy, danışmaq dedim, yadıma Könül Nurullayevanın bir neçə gün əvvəl “Avropa Şurası Parlament Assambleyasının iclasında Rusiya əleyhinə hesabata səs verərkən danışması və düyməni səhv BASMASI düşdü.
Təsəvvür edirsiniz Könül Nurullayevanın düyməni səhv basması bizim Rusiya boyda nəhəng ölkə ilə münasibətlərimizə təsir edə bilər... Siz başa düşürsünüzmü, cənablar..? Xanım deyib ki, mexaniki səhv olub. Bunlar başa düşmür ki, AŞPA-nın kompüter sistemi sizin üçün ...Nə isə... Bu xanım deputata deyən yoxdur ki, bir il əvvəl qardaş Türkiyədə rüsvayçı siyasi səhvə yol verdin, erməniləri müdafiə elədin, sonra üzrxahlıq elədin.
Məlumat üçün qeyd edək ki, deputat Könül Nurullayeva ağlının ucbatından qardaş Türkiyədə dedi ki, Ermənistan kasıb dövlətdir, ona görə də bizə təzminat verməməlidir, Adam nə qədər savadsız, diletant olar ki, belə cəfəngiyyat danışsın. 30 il ermənilər barbar, vandal kimi torpaqlarımızı işğal edib, kəndlərimizi, maddi və mədəniyyət abidələrimizi dağıdıb, Könül Nurulalyeva isə deyir ki, təzminat lazım deyil.
Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı çöküb, əhalinin sosial şəraiti acınacaqlı vəziyyətdədir, bu səbəbdən Azərbaycanın düşmən ölkədən təzminat tələb etməsi o qədər də önəmli deyil. Könül xanım əməlli-başlı ermənilər üçün göz yaşı tökür. Ölkə başçısı hər çıxışında bu məsələni dönə-dönə vurğulayır ki, ermənilər təzminat ödəməlidir.
Özünüz gördünüzmü, deputat Könül Nurullayeva səhv buraxa-buraxa gedir. Cənablar, ciddi sözümüzdür, belələrini xarici ölkələrdəki tədbirlərə göndərməyin, dövlətimizi pis vəziyyətə qoyarlar. Özünüz şahid oldunuz ki, biz Könül Nurullayevanın şəxsi həyatına, özəl aləminə qarışmadıq.
gundelik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Bakıda bəzi mağazalarda qida təhlükəsizlik çıxarışı ləğv edilən "Multifood” əmtəə nişanı adı altında yarasız holland pendirləri satılır.

Qaynarinfo-nun əməkdaşı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fəaliyyət göstərən "Gülman” MMC-nin "Multifood” əmtəə nişanı adı altında istehsal edilib, satışa çıxarılan yararsız holland pendiri aşkarlayıb.

Məsələ ilə bağlı ötən ilin dekabr ayının 29-da AQTA-ya rəsmi sorğu ünvanladıq. Sorğumuza AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərov bu gün cavab verib.

AQTA rəsmisi bildirib ki, "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı izahatı alınıb: "Multifood” əmtəə nişanın istehsalçısı Abşeron rayonu, Xırdalan şəhəri, Quşuluq Yaşayış Massivində fəaliyyət göstərən "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı yazılı izahatı alınıb. Sahibkar izahatında "Gülman” MMC-nin qeyd edilən ünvanda fəaliyyətini dayandırdığını və müəssisənin qida təhlükəsizlik çıxarışının ləğv edildiyini, lakin etiketləri şəriki Quliyev Orxan Ələkbər oğlunda qaldığını bildirib.

AQTA əməkdaşları tərəfindən daha sonra mobil telefon vasitəsilə Quliyev Orxan Ələkbər oğlu ilə əlaqə saxlanılıb. Orxan Quliyev isə "Multifood” əmtəə nişanlı etiketlərin Xırdalan şəhəri, N.Gəncəvi 156 ünvanında fəaliyyət göstərən, ona məxsus anbarda saxlanıldığını bildirib. Tərəfimizdən qeyd olunan anbara baxış keçirilib və "Multifood” əmtəə nişanlı etiketlər məhv edilib”.

İrfan İsgəndərovun cavabında bəzi qaranlıq məqamlar ortaya çıxır. Qurum müəssisənin bağlanması faktını öz adı ilə deyil, MMC direktorunun diliylə bizə çatdırır.

Sual olunur ki, lisenziyası ləğv edilən müəssisənin məhsulları mağazalarda necə satılır? Bunu siz və yaxud əməkdaşlarınız görməyibmi?

Digər bir qaranlıq məqam "Multifood” əmtəə nişanlı etiketləri MMC direktorunun dostunun anbarında niyə saxlanılır? Və yaxud satılan pendirlərin üzərində niyə vurulub?

Digər bir sual: Şirkət bağlanıbsa, hansı səbəbdən ilk cümlədə "fəaliyyət göstərən MMC" qeyd edilir?

AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərovun yuxarıda qaranlıq qalan suallarımıza cavabını da işıqlandıra bilərik.

Mövzuya qayıdacağıq.

Qlobal.az
 
Ardını oxu...
 
 
Ardını oxu...
Şikayətçilər Nizami İsgəndərovun onları ticarət mərkəzdən qovmaqla hədələdiyini deyilər

Bir qrup icarədar “Sumqayıt” Ticarət Mərkəzinin (Keçmiş Univermaq) sahibi, sabiq millət vəkili Nizami İsgəndərovdan narazılıq edir.

Şikayətçilər Meydan TV-yə deyiblər ki, Nizami İsgəndərov onlardan Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə məcburi pul yığır.

Adlarının açıqlanmasından ehtiyat edən icarədarlar bildirirlər ki, sahibkar ticarət mərkəzində yerləşən qızıl-zinət əşyaları mağazalarının icarədarlarının hərəsindən 100, dərzi və parça satışı ilə məşğul olanlardan 30, digər mağaza sahiblərindən isə 50 manat toplayıb.

“Sumqayıtda qızıl və qızıl məmulatları satan mağazalar ancaq “Sumqayıt” Ticarət Mərkəzində yerləşir. Görün, hərədən 100 manat toplayanda nə qədər pul edir. Hətta ticarət mərkəzini təmizləyən xadimələrdən də hərəsindən 10 manat pul alıb. Burada təxminən 250-300 arasında dükan var. Hamısından məcburi pullar toplanır. Bəlkə, birinin imkanı yoxdur, yaxud da özü könüllü yardım edəcək? Pul verməyənləri də mağazadan çıxarmaqla hədələyir. Çünki bilir ki, mağazanı itirməmək üçün istədiyi məbləği verəcəyik”,- şikayətçilərdən biri deyir.

Adlarını açıqlamaqdan ehtiyat edən icarədarların sözlərinə görə, uzun illərdir ki, bu ticarət mərkəzində mağaza kirayələyiblər. Alıcıların hamısı da onları bu ünvanda bilir.

“Bizim burada 1988-ci ildən dükanımız var. Mağazadan çıxsaq, çoxlu müştəri itirə bilərik. Nizami İsgəndərov da bunu yaxşı bilir və bizi buradan çıxarmaqla hədələyir. Deyir ki, pulu verməsəniz, sizi çıxararam. Çıxardığı adamlar da az deyil”, – icarədar deyir.

Şikayətçilər deyirlər ki, ticarət mərkəzində icarədarların mağazalarından kənar işləyən kondisionerlərin aylıq elektrik sərfiyyatını da onlar ödəyir: “Bu adam ağılasığmaz hərəkətlər edir. Dəhlizlərdə olan kondisonerlərin pulunu da yerpuluna daxil edib. Hər ay işıqpulunu da bizdən yığır. Sığortapulu yığırlar, heç qəbz də vermirlər. Mağazanın doğrudan sığortalandığına şübhə edirik. Elə bir şərait yaradıblar ki, burada heç kim dillənə, səsini çıxara bilmir. İcarədarlar etiraz edə bilmirlər. Burada kimsə bir kəlmə söz desə, çıxarır. Sonra da yer tapmaq problem olur”.

“Ticarət mərkəzində yanğın olanda hamıdan pul yığılmışdı. 44 günlük müharibədə də pul yığılmışdı. Çörək qazandığımız yer olsa da, çox haqsızlıqlarla üzləşirik. Pandemiya vaxtı icarədarlardan yerpulu tələb edirdi. Deputatlığa namizədliyini verəndə hamıdan ən azı 15 səs istəmişdi. Məcburi səs vermək üçün məntəqələrə göndərirdi. Bu adam açıq-aşkar hərəkət edir. Heç kimdən də qorxub çəkinmir”, – şikayətçi deyir.

“Sumqayıt” Ticarət Mərkəzinin maliyyə şöbəsindən Meydan TV-yə bildirilib ki, şikayətlər əsassızdır: “Pul toplama kampaniyası könüllüdür, kim nə qədər istəyib, o qədər də pul verib. Kondisonerlərin elektrik enerjisi puluna gəlincə, icarədarlara təqdim etdiyimiz müqavilədə əlavə var ki, kommunal xərclər də daxil olmaqla, yerpulu müəyyənləşdirilir”.

Nizami İsgəndərov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-2010-cu illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü olub. Bir müddət öncə büdcə təşkilatlarında çalışanlar yerli icra hakimiyyətlərindən Türkiyədəki zəlzələyə yardımın məcburi olması ilə əlaqədar narazılıq edirdilər.
 
Ardını oxu...
Kənd təsərrüfatı mütəxəssisi, təqaüd yaşıma 3 il qalmış mühəndis-mexanik vəzifəsindən kənarlaşdırılan İsgəndərov Qədir İsgəndər oğlu Azərbaycan Respublikasının vitse prezidenti Mehriban Əliyevaya MÜRACİƏT ünvanlayıb.
Bir nüxsəsi Faktinfo.az saytına ünvanlanan müraciətdə şikayətçi aqrar sektorun idxaldan asılılığından yazır, İnam Kərimov və komandasının qarşıdakı aylarda heç şeyi gizlədə bilməyəcəyini vurğulayır.

Əmək müqaviləsinə heç bir əsas olmadan xitam verilmiş kənd təsərrüfatı mütəxəssisinin müraciətini olduğu kimi təqdim edirik:

40 ilin kənd təsərrüfatı mütəxəssiyəm, təqaüd yaşıma 3 il qalmış əmək müqaviləmə "Aqroservis" ASC-nin sədri Elmin Rəhimov tərəfindən xitam verildi. Məni 20.12.2022-ci ildə "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsindən uzaqlaşdırdılar. (Onu da qeyd edim ki, elə də bir vəzifəliliyi yox idi, isti yay günlərində sahələrdə, maşın və mexanizmləri təmir etmişəm, kabinetdə oturub rüşvət yığmamışam, vəzifə maaşımla dolanmışam).

Nazirə, ölkə rəhbərliyinə etdiyim şikayətlərə bir neçə cümlə ilə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbərindən aldığım məktubda deyilir: "Etdiyiniz şikayətlərlə bağlı Əmək Məcəlləsinin, qanunvericiliyin tələblərinin pozulmadığı müəyyənləşib. Anlayışla qarşılamağınız xahiş olunur”.

Yəni belə anlaşılır ki, Əmək Məcəlləsinin tərəflərini əsas götürüb müddətli əmək müqaviləsi bağlamışdıqsa, istər ixtisaslı, istərsə də ixtisassız, həmçinin təqaüd yaşınıza 3 il qalmış işinizdən kənarlaşdırmışıqsa, qəbul edib, susmalısan.Digər tərəfdən o demək olur ki, bir qrup uğursuz hüquqşünas dəstəsinin korporativ maraqlarına uyğun gəlmədiyindən işdən kənarlaşdırılmısan.Sus və verilmiş qərarla barış.

Hörmətli Mehriban xanım!

Nazirlik rəsmisi işəgötürənin əmək müqaviləsinin hər il yenilənməsini, 2023-cü il üçün isə mənimlə əmək müqaviləsinin bağlanmamasını normal hesab edir. Amma əmək müqaviləsinin 46-cı maddəsinin bəzi hissələrini nəzərə alsaq, bu o demək deyil ki, mənimlə əmək müqaviləsi bağlanmaması normaldır.

Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsas götürülüb əmək müqaviləmə xitam verilib. Bu maddə təsdiq edir ki, qanun pozuntusuna, nöqsana yol verməmişəm. Heç bir əsas göstərilmədən əmək müqaviləmə xitam verilib. Digər tərəfdən isə sual olunar: "Aqroservis" ASC-nin Ağstafa bölməsində işlədiyim mühəndis-mexanik ştatı ixtisara düşməyibsə və bu ştata ehtiyac varsa, rəhbərliyin nə marağı var ki, mənimlə əmək müqaviləsi bağlamır, xahiş edirəm bunun aydınlaşdırılmasına göstəriş verin.

Hörmətli Mehriban xanım!
Nazir İnam Kərimov və komandası yüzlərlə kənd təsərrüfatı mütəxəssisini qeyri-peşəkarlarla əvəzlədi. Narazılığın miqyası belə nəzərə alınmadı. Olsun! Əminəm, bir gün bunlara bu mövzuda sual verən tapılacaq. Kənd təsərrüfatı mütəxəssislərini işdən kənarlaşdırdınız, heç olmasa bir uğura imza atdınızmı, sualı veriləcək. Məqsədiniz bol və məhsuldar kənd təsərrüfatı məhsulu istehsal etmək idisə, nədən ölkə bu qədər idxaldan asılı vəziyyətə salındı, sualı onlara veriləcək. Hətta, 2017-ci ildən aqrar sektora ayrılan dövlət vəsaitinin həcminin dəfələrlə artması hesabına nə əldə edildiyi soruşulacaq.

Əminəm ki, onda mənim və mənim kimi yüzlərlə kənd təsərrüfat mütəxəssisinin nə qədər haqlı olduğu müəyyənləşəcək.

Hörmətlə,

İsgəndərov Qədir İsgəndər oğlu
 
 
 
Ardını oxu...
Teref.az olaraq poçtumuza daxil olan şikayəti təqdim edirik:
Ucar rayonu Bərgüşad kənd sakini Muradova Günel Arif qızı tərəfiindən

ŞİKAYƏT

Mən Ucar rayonu Bərgüşad kəndində tövlə vəziyyətində olan evdə yaşayıram.İki azyaşlı uşağı olan başsız qadınam. Həyat yoldaşımdan ayrılmışam yoxsulluq həddində aclıq işində yaşayırıq. Ailəmə sosial yardım təyin edilməsindən düz 8 dəfə qanunsuz imtina edilib.Səbəb kimi göstərirlər ki, bu şəraitdə yaşamaq inandırıcı deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsul insanların haqqına girir.Bütün Bərgüşad kəndi bilir ki, mən iki azyaşlı uşağımla birlikdə tövləyə oxşayan evdə aclıq içində yaşayıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi diqqətlə baxıb obyektiv araşdırıb tədbir görmək əvəzinə yerli qurumlarının yalan məlumatları əsasında mənim yoxsul ailəmə sosial yardım verilməsindən qanunsuz imtina edir. Xahiş edirəm nazirlik özü komissiya yaradıb gəlib yerində obyektiv araşdırma aparıb bizim ailəyə sosial yardım təyin etsin.

Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
Masallının Sıgincaq kənd sakinləri rayonun icra başçısı Araz Əhmədovdan kömək istəyir.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, sakinlər 7 min əhalisi olan Təklə icra nümayəndəliyinin və bələdiyyənin fəaliyyətsizliyindən şikayətlənir. Xüsusi ilə icra nümayəndəsi Tural Bəşirovun fəaliyyətinin narazılıq yaratdığını bildirirlər. Sığıncaq sakinlərinin sözlərinə görə, 2500 əhalisi olan kəndin arxa tərəfində mal-qaranın üçün ayrılmış örüşün yolu zəbt olunub. Belə ki, Zaidov Asim Eynulla oğlu tərəfindən örüş yolu dəmir hasara salınıb.

Sakinlərin etirazına baxmayaraq, örüş yoluna 100 metr uzunluğunda hasar çəkilib. Kənd sakinlərinin iddiasına görə, icra nümayəndəliyi və bələdiyyə buna görə, 1500 manat alıb. Narazı kənd sakinləri bələdiyyə sədri Pərvin Eyniyevlə əlaqə saxlayıb, özbaşnalıqla baölı tədbir görülməsini tələb ediblər. Bələdiyyə sədri bildirib ki, onun bu işdən xəbəri yoxdur.

Sakinlər örüş yolunun hasarlanmasında əsasən icra nümayəndəsi Tural Bəşirovu günahlandırırlar. Əvvəllər bələddiyə sədri olan Tural Bəşirovun indi də bələdiyyənin idarə olunmasında əsas söz sahibi olduğu da yayılan məlumatlar sırasındadır. Sakinlər bildirir ki, Masallının əvvəlki icra başçısı Şahin Məmmədov Tural Bəşirova yol verdiyi nöqsanlara görə, töhmət veribmiş.

Buna baxmayaraq, Tural Bəşirov elə əvvəlki qaydada fəaliyyətini davam etdirir.

Sakinlər Masallının yeni icra başçısı Araz Əhmədovdan xahiş edirlər ki, Təklə icra nümayəndəsi ilə bağlı tədbir görsün və kəndin örüş yolunun bağlanmasının qarşısını alacaq…

Abşeron rayonu İradə Gülməmmədovanın icra başçısı vəzifəsindən gedişindən sonra ağ günə çıxacağını gözləyirdi. Amma sən saydığını say, gör yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev nə sayır. Əslində ona yeni İH başçısı söyləmək də olmaz, çünki uzun illər Bakının Nərimanov rayonuna rəhbərlik edib, elə oradakı fəaliyyəti də Abşerondan fərqlənməyib: səkilərə qədər satmaq, tikintilərə ağacları qurban vermək, obyekt satmaq, hətta “moyka” biznesi qurmaq…

İndisə eynilə Abşeron rayonunda Fərzəliyev bir kabusa çevrilməkdədir. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, onun Abşerona təyinatı ilə rayonda özbaşınalıq, kimin harda istəsə qanunsuz tikinti aparması daha da geniş vüsət alıb. Çünki Nərimanovu qarış-qarış satan bir məmurdan Abşeronda qanuni fəaliyyət gözləməyə də dəyməzdi. Nəticədə Xırdalan, Masazır və digər ərazilərdə Abşeron İH rəhbərinin əl işini görmək mümkündür. Bu iş isə qanunsuz tikintilərə şərait yaratmaqdan tutmuş fərdi ev tikinti üçün rüşvət tələb olunmasına qədər əhatə edir.

Sonuncu belə “nümunə” Mehdiabada aiddir. Qəsəbənin tən ortasında qanunsuz olaraq tikintilər səkiyə çıxarılır, artırmalara yol verilir. Belə ki, təqdim etdiyimiz fotolardan da göründüyü kimi Abşeron rayonun Mehdiabad qəsəbəsində insanların gediş-gəlişi üçün nəzərdə tutulan səki dükan kimi satılıb. İnsanların gediş-gəlişi üçün nəzərdə tutulan səkini satan Abşeron rayonun Mehdiabad qəsəbəsi üzrə icra nümayəndəsi Əli adlı şəxs və Mehdiabad bələdiyyəsinin sədri Müstafa Süleymanovdur. Səkinin satılması Mehdiabad qəsəbə sakinlərinin çox böyük narazılığına səbəb olub. Səki Mehdiabad-Fatmayı makistiral yoludur. Səki satldığından hal hazırda insanların həyatı böyük təhlükə altındadır. Məcburiyyət qarşısında qəsəbə sakinləri əsas makistiral yola çıxırlar. Magistiral yolunu satılması birbaşa qanun pozuntusudur. Mühafizə xəttinin üzərində obyekt satışına başlayıblar.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

Ardını oxu...

 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli iclasında metro və sərnişindaşımada gediş haqlarının artırılmasına dair qərar qəbul edilib. Bu qərar ictimai nəqliyyat xidmətləri göstərən daşıyıcı şirkətlərin Tarif (qiymət) Şurasına etdikləri müraciət müraciət əsasında qəbul edilib.
Şura təklifləri müzakirə edərək metroda sərnişindaşıma tarifini 40 qəpik (əvvəlki tarif 30 qəpik), müntəzəm şəhərdaxili marşrutlarda tarifin yuxarı həddini 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarifi məsafədən asılı olaraq 40 qəpik-1 manat arası (əvvəlki tarif 30-90 qəpik), müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddini 1 kilometr üçün 3 qəpik (əvvəlki tarif 2,4 qəpik), Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında tarifi 60 qəpik (əvvəlki tarif 50 qəpik) səviyyəsində müəyyənləşdirib.
Son zamanlar tarif şurasının yarattmış olduğu qiymət böhranı indi dövləti, eləcə də cavabdeh qurumları daha ciddi düşünməyə məcbur edib. Vergidən yayınan gəlirlər, insanların rifah halının yaxşılaşdırılması ən aktual məsələ kimi gündəmə gəlib. Belə olan halda təbii ki, diqqət ilk növbədə büdcədən və vergidən, eləcə də digər sosial ödəmələrdən yayınanlara yönəldilməli və şəffaflığın təminatı üçün ciddi tədbirlər görülməlidir. Amma ölkənin ikinci şəhəri olan Gəncdə elə müəssisələr var ki, onlar nəinki fəalliyyətinə çəki-düzən vermək istəyir, əksinə daha böyük saxtakarlıqlara yol verirlər.
Bu mənada adı həmişə korrupsiyada hallanan “Simurq kompaniya”sı ön sırada dayanır. Kompaniyanın əsas fəaliyyəti Gəncədə nümunəvi sərnişindaşınmanı təmin etmək olsa da burada bu işdən başqa bütün neqativ hallara, qanunsuzluqlara yol verilir, özbaşınalığa meydan açılır.
Əslində şəhərin ümumi simasının tamamlanmasında nəqliyyat böyük önəm daşıyır. İstər xidməti, istərsə yeniliyi və komfortluğu baxımından. Təəssüf ki, bu barədə uzun illərdir Gəncədə düşünmək istəyən olmayıb və kompaniyanın fəaliyyəti başlı-başına buraxılıb.
Bu qiymət artımından sonra Gəncədə “Simurq” kompaniyasının avtobuslarında çalışan sürücülərin gündəlik planını 120 manatdan 150 manata qaldırıb.
Bu haqda Dünyanınsəsi.Az saytına sözügedən kompaniyada çalışan sürücülər tərəfindən çoxsaylı şikayətlər daxil olmaqda davam edir.
Sürücülər şikayətlərində qeyd edirlər ki,tarif şurası qiymətləri qaldıran kimi “Simurq” kompaniyasının idarə edən Fuad Babyev adlı şəxs sürücüləri qaraja yığaraq bildirib ki, sabahdan 120 manat yox 150 manat ödəyəcəksiniz.Bu qərara sürücülər etiraz edərək bildiriblər ki,nəqliyyat vasitələrinin yanacaq təchizatı və təmirini də biz sürücülər ediriksə nədən sizə əlavə olaraq bu qədər haqq ödəməliyik?
Bundan başqa sürücülərlə əmək müqaviləsi bağlanılmadığından onlara nə maaş veririlir nə də ki, Dövlət Sosial Müdafiə Fonduna eləcə də Dövlət Vergi xidmətinə heç bir vergi ödənilmir.
Bəs görəsən vergi və əmək müfəttişliyinin işçiləri hara baxır? Onların maraqlarını ödəyən nədir ki, bu qədər vəsaitin təyinatına uyğun yönəldilməsini təmin etmək istəmirlər? Axı bugün büdcəyə bir manatın belə xeyiri var. Biz deməsək də təbii ki, maraqlar məlumdur və şəxsi cib büdcədən, səxsi mənafe isə ümumi mənafedən üstündür.Əgər belə deyilsə hər gün xəttə çıxan 150 avtobus sürücüsünün 150 manatdan ödədiyi pullar hansı hesaba və kimlərin cibini doldurur? “Gəncə Simurq-Kompaniyası”nın yönətim rəhbəri Fuad Babyev sürücülərə deyib ki, kimə və hara şikayət edirsinizsə edin.Biz hər bir dövlət qurumunun vaxtlı-vaxtında haqqını veririk.
Əgər bu kompaniyanın nəzdində fəaliyyət göstərən 30-dan artıq təmir sexini, ehtiyat hissələrin satışı ilə məşğul olan dükanları, iaşə xidməti göstən obyektləri və onlardan alınan icarəni də bu rəqəmlərərə əlavə etsək ümumi gəlirin məbləğini müəyyən etmək elə də çətin olmaz.
Bu da hələ gəlirin tam olması deyil. Daha bir maliyyə fırıldağı isə oturacaqların sayının azaldılması ilə həyata keçirilir. Xəttə buraxılan hər nəqliyyat vasitəsinin oturacaq tutumu 18-20 olsada bu texniki pasportda 16 göstərilir və bütün xərclər pasportdakı sayla hesablanır. Üstəlik Gəncədə də ayaqüstə gedən sərnişinlərin sayı yetərincədir. Belə olan halda Gəncə DYP-nin susqun olması da anlaşılan deyil.
Yuxarıda qeyd edilən nöqsanlardan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsinin xəbəri olsada amma nədənsə bir tədbir görmürlər.
Belə ki,avtobusların çirkli olması, sürücülərin siqaret çəkməsi, telefonla danışması, təyin olunan qrafiklərə riayət edilməməsi və s. məsələlərlə bağlı lazımi tədbirlər görülmür,xətt sahiblərinə və sürücülərə xəbərdarlıqlar edilmir.
,“Simurq kompaniya”sının rəhbərliyinin “Burda mənəm, Bağdadda kor Xəlifə” düşüncəsi əslində sürücüləri çörəksiz qoymaqla yanaşı həm də dövlət meydan oxuması deməkdir.

Redaksiya olaraq inaırıq ki, bu özbaşınalıq mütləq lazımı dövlət orqanları tərəfindən araşdırılaraq müvafiq tədbirlər görüləcəkdir.
Bu gün biz də Dünyanınsəsi.az olaraq dövlətin və ehtiyaclar içərisində çabalayan əhalinin yanındayıq. Elə bu üzdən də “Gəncə Simurq-Kompaniyası” adlı sərnişin daşıma müəssisəsində araşdırma nəticəsində əldə etdiklərimizi səlahiyyət sahiblərinin diqqətinə çatdırmağı lazım bildik.
Səsləndirilən iddialarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Dünyanınsəsi.Az
Ardını oxu....
Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin vəziyyəti ilə bağlı KONKRET.az-a daxil olan şikayət xarakterli müraciətlərin ardı-arası kəsilmir.

Növbəti belə şikayət Şəmkir rayonunun Bayramlı kəndində yerləşən uşaq bağçası-körpələr evindəki şəraitsizliklə əlaqədardır. Açığı, “şəraitsizlik” sözü burada bir qədər yerində səslənmir. Çünki redaksiyaya göndərilən və bağçanın ümumi vəziyyətini əks etdirən videoda sanki məşhur kinorejissor Alfred Hiçkokun dəhşət filmlərinin mənzərələri əks olunur. Qapı-pəncərəsi, daşı-divarı, həyət-bacası, dam örtüyü, sanitar qovşağı, yelləncəkləri, elektrik xətləri çox köhnə və bərbad olan müəssisə əsl kabusu xatırladır. Və belə bir yararsız binada təxminən 35 uşaq tərbiyə alır. Əslində hər dəqiqəsi təhlükə saçan bu körpələr evində tərbiyədən çox uşaqların sağlamlığı və təhlükəsizliyi narahatedici faktdır. Və qəribəsi də odur ki, orada çalışan müəllimlər, ən əsas da müdiriyyət belə bərbad vəziyyətə göz yumur. Kənd sakinlərinin iddialarına görə, bağçanın müdiri işini itirməkdən qorxduğu üçün bu barədə aidiyyəti orqanlara məlumat vermir, əksinə, gələn yoxlamanı da yarıyoldan “hörmət-izzətlə” geri qaytarır.

Qeyd edək ki, deyilənlərlə bağlı bağça direktorunun fikirlərini öyrənmək cəhdlərimiz alınmadı.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin məsələ ilə bağlı mövqeyinə gəlincə, oradan aşağıdakıları bildirdilər:

“Şəmkir rayonu Bayramlı kənd körpələr evi-uşaq bağçası 1989-cu ildən fəaliyyətə başlayıb, bağça binası isə 1991-ci ildə tikilib. Bina birtiplidir və tikilib istifadəyə verildiyi gündən təmir olunmayıb. Əvvəlki illərdə bağça 55 yerlik olsa da, sonradan bu rəqəm rəsmi olaraq azaldılıb və hazırda 35 yerlik olmaqla ikiqruplu bağça kimi fəaliyyət göstərir.

Bildiyiniz kimi, məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə yeni verilib. Hazırda həmin müəssisələrin infrastrukturu barədə monitorinqlər aparılır. Bu proses cari ilin may ayınadək davam edəcək. Ondan sonra prioritetlərə bölünərək, məktəbəqədər təhsil müəssisələrində təmir işlərinə başlanılacaqdır”.

Mövzunu diqqətdə saxlayacağıq. //KONKRET.az//
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti