Müharibə Putinin evinə qədər alovlanıb: Rusiya-Ukrayna savaşında dönüş nöqtəsi yaxınlaşır
30 günlük atəşkəs Rusiyanın zəif nöqtəsidir, Putin uzun fasilədən sonra geri dönə bilməz

İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, Moskva bir qrup rus hərbçisini geri qaytarıb. Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, bunun müqabilində Ukrayna qüvvələrindən eyni sayda hərbi əsir qarşı tərəfə verilib. Dəyişdirilən əsirlərin sayı barədə məlumat verilməyib. İstanbulda əldə edilmiş razılaşmalara əsasən, hərbi əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi, hər iki tərəfin müəyyən mövzular üzrə hələ də dialoq kanallarını açıq saxladığını göstərir. Mübadilənin İstanbulda əldə olunan razılaşmalar çərçivəsində baş verməsi, Türkiyənin vasitəçi rolunu yenidən ön plana çıxarır. Türkiyə əvvəllər də bu cür mübadilələrin təşkilində aktiv rol oynayıb. Hərbi əməliyyatların davam etdiyi bir şəraitdə belə mübadilələr praktik baxımdan əhəmiyyət daşıyır. Bu, tərəflərin ən azı müəyyən texniki məsələlər üzrə əlaqə saxladığını göstərir və gələcəkdə daha genişmiqyaslı humanitar və ya siyasi razılaşmalar üçün zəmin yaradır.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a açıqlamasında deyib ki, Rusiya və Ukrayna nümayəndələri arasında iki İstanbul görüşü hələ ki, əsirlərin dəyişdirilməsi ilə yadda qalıb. Ekspert bildirib ki, böyük ehtimalla iyun ayının sonunda keçirilməsi planlaşdırılan növbəti görüş də İstanbulda keçiriləcək:

"Bunun özü Türkiyənin bölgədə və dünyada artan rolundan xəbər verir. Ankaranın müharibə aparan Moskva və Kiyevlə dialoq imkanları mövcuddur. Bu da Türkiyənin vasitəçi rolunu artırıb. Bəs Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? Bunun bir neçə səbəbi var. Birincisi, 30 günlük atəşkəsdən sonra yenidən müharibəyə başlamaq Rusiya üçün çətin olacaq. Digərləri kimi Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub, ancaq buna açıq etiraz edə bilmir. Ancaq əgər 30 günlük atəşkəsdən sonra Kreml yenidən müharibəyə başlayarsa, bu, Rusiya cəmiyyətində narazılığı açıq müstəviyə keçirəb bilər. Kreml sahibi bu baş verməsin deyə, müharibədə fasilə vermək istəmir. İkincisi, 30 günlük atəşkəs təklifi qəbul olunarsa, bu müddətin daha da uzanması ehtimalı yaranacaq. Kreml isə saxta referendumla Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirib, ancaq işğalçı ordu hələ həmin bölgələrin administrativ sərhədlərinə çıxa bilməyib".

Analitik qeyd edib ki, atəşkəs olarsa, Rusiyanın həmin bölgələrin tamamını işğal etməsi mümkün olmayacaq:
"Rusiya Prezidenti Vladimir Putin düşünür ki, nə qədər ki, müharibədə fasilə verməyib, döyüşlər vasitəsilə bölgənin sərhədlərinə çıxmaq lazımdır. Halbuki, Kreml sahibini ətrafının yarıtmaz fəaliyyəti daha çox düşündürməlidir. Ukrayna kəşfiyyatının müharibədən uzaq ərazidə bormbardmançı təyyarələri məhv etməsi Rusiyada idarəetmə sisteminin səhlənkarlığından xəbər verir. Putin Ukraynanın yarısını işğal etməyi düşünərkən, müharibə onun evinin içərisinə qədər alovlanıb. Kreml sahibini bu daha çox düşündürməlidir. Müharibə davam etdikcə, Ukrayna kəşfiyyatı Rusiya ərazisində başqa əməliyyatlar da həyata keçirəcək".

Bölmənin digər xəbərləri

15 İyun 2025 İsrail Xameneini də vuracaq - rəsmən elan edildi: "Qadağan olunan hədəf deyil"
15 İyun 2025 Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
15 İyun 2025 Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı baş tutub
15 İyun 2025 Ərdoğan Pezeşkianla İran-israil qarşıdurmasını müzakirə edib
13 İyun 2025 İran sona qədər döyüşəcək - Klinton 11 il öncə nələr yazmışdı...
13 İyun 2025 “Ağcaqayın yarağı” ölkəsi Bakı ilə barışır
13 İyun 2025 Türkiyə və Yunanıstan arasında mühüm toplantı
12 İyun 2025 İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA
12 İyun 2025 Razi Nurullayev ermənilərlə görüşdən danışdı: - “Dedi ki, heç bir sülh sazişi imzalamayacaq”
11 İyun 2025 "Avropa İttifaqının Ermənistandakı missiyası casusluq fəaliyyəti ilə məşğuldur" - Rusiya XİN
11 İyun 2025 “Bədbəxt” adlandırdığı şəhərdə yallı gedən Paşinyan idi – SƏRT CAVAB
11 İyun 2025 Paşinyanın yalançı sülhü - Qarabağı “itirilmiş vətən” elan etdi
10 İyun 2025 Azərbaycana bu böhtanı da atdılar – Tramp komandası Bakıya görə TERROR edilir
09 İyun 2025 Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...
09 İyun 2025 ABŞ-ın Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" qanunu yəqin ki, xeyli yumşaldılacaq" - "Politico"
08 İyun 2025 Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
08 İyun 2025 NATO MƏRKƏZİNDƏ BAYRAĞIMIZ QALDIRILDI - FOTOLAR
08 İyun 2025 Tiflislə İrəvan arasında gömrük savaşı: "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir"

Dünyapress TV

Xəbər lenti