Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
DogruXeber.az: - Paytaxtın mərkəzində – dənizkənarı bulvar kimi prestijli bir ərazidə fəaliyyət göstərən “FERMA ART” restoranında qanunsuz əmək münasibətləri hökm sürür. Redaksiyamıza daxil olan etibarlı məlumata əsasən, sözügedən iaşə obyekti əməkdaşları qeyri-rəsmi şəkildə işə cəlb edir, əmək qanunvericiliyini kobud şəkildə pozur, işçiləri isə istismar edir.

Məlumata görə, bu restoran tərəfindən işə cəlb olunan şəxslərin bir çoxu yaş həddi nəzərə alınmadan işə götürülür. Hətta bəzi hallarda 18 yaşına çatmayan şəxslər də qeyri-rəsmi olaraq, uzun saatlarla işlədilir. Bu isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin açıq şəkildə pozulması deməkdir. Qanunvericiliyə əsasən, əmək müqaviləsi olmadan hər hansı bir şəxs işlədilə bilməz və bu hal inzibati və cinayət məsuliyyəti yaradır.

Bununla bitmir.

İşçilərin bildirdiyinə görə, “FERMA ART” restoranında iş saatı qanuni 8 saatdan çox – bəzən 10, hətta 12 saata qədər uzanır, amma buna görə nə əlavə əmək haqqı, nə də istirahət kompensasiyası ödənilmir. Halbuki Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, normadan artıq iş yalnız müstəsna hallarda tətbiq oluna bilər və buna görə əlavə ödəniş edilməlidir.

İşçilər eyni zamanda bildirirlər ki, rəsmi müqavilə bağlanmadığı üçün nə sosial təminatları var, nə də hər hansı hüquqlarını tələb edə bilirlər. Bu isə onların gələcək pensiya hüquqlarından tutmuş, hər hansı istefa, məzuniyyət və ya işlə bağlı zədələnmə halında hüquqi mühafizəyə çıxışını tam məhdudlaşdırır.

Əmək Müfəttişliyi hara baxır?

Belə olan halda sual doğur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, xüsusilə Dövlət Əmək Müfəttişliyi Xidməti bu faktlardan xəbərsizdir, yoxsa yenə də “susqun müşahidəçi” rolunu oynayır?

Unudulmamalıdır ki, bu cür istismar hallarına göz yummaq təkcə işəgötürən deyil, həm də nəzarət qurumlarının məsuliyyətsizliyi deməkdir. Rəsmi qurumlar vəzifələrini yerinə yetirmədikcə, belə “qara əmək bazarları” daha da çiçəklənir.

Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, özəl sektor inkişaf etməli, amma qanunlar çərçivəsində! Bu cür restoranlar qazanc naminə insan haqlarını tapdalayırsa, bu artıq təkcə etik yox, hüquqi fəlakətdir.

"DogruXeber.az" olaraq məsələni diqqətdə saxlayırıq.

PS. Qarşı tərəfin mövqeyi:
Məsələ ilə əlaqədar “FERMA ART” restoranı ilə əlaqə saxladıq. Restoranın meneceri kimi təqdim olunan Kənan adlı şəxs redaksiyamıza açıqlamasında səsləndirilən bütün iddiaları təkzib etdi.

DogruXeber.az olaraq qarşı tərəfin mövqeyini təqdim etməyi vacib sayır və ümid edirik ki, aidiyyəti qurumlar bu iddiaları obyektiv şəkildə araşdıraraq müvafiq tədbirlər görəcəklər.

Bölmənin digər xəbərləri

15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video
11 İyun 2025 Füzuli Təhsil Sektorunda nələr baş verir?
11 İyun 2025 Sabunçu rayonunda qanunsuz tikinti xaosu: Adil Vəliyevin səssiz razılığı ilə qanunsuzluqlar dövlətə meydan oxuyur
11 İyun 2025 Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”: Zaur Mikayılova XATIRLATMA

Dünyapress TV

Xəbər lenti