“Bakının Yeni Günəşli qəsəbəsində “Sahil S İnşaat” MTK-nın tikdiyi binadan mənzillər alan 165 ailə əsir-yesir vəziyyətində qalıb”.

Payçılar tikintisi yarımçıq qalan binada görüləcək işləri tamamlaya bilmirlər.

Bu barədə Prezidentə və Baş prokurora müraciətlərində bildiriblər.

Xeyli vaxtdır ki, vətəndaşlar öz vəsaiti hesabına binadakı problemləri yoluna qoymağa çalışsa da, hər dəfə bir maneə ilə üzləşirlər. İstər elektrik enerjisinin kəsilməsi, istər liftlərin qoyulması, istər digər işlərdə əngəl yaranır.

Anaxeber.info vasitəsi ilə Prezident İlham Əliyevə, PA rəhbəri Samir Nuriyevə, Baş Prokuror Kamran Əliyevə müraciət edən sakinlər dövlətin onlara köməklik göstərməsini, vətəndaşlara sahib çıxılmasını xahiş ediblər.

Onların sözlərinə görə, bütün bu problemlərin yaşanmasına səbəb şirkətin sahibi Taley Alaverdiyevin dələduzluq ittihamı ilə həbs edilməsinə baxmayaraq, hələ də MTK rəhbəri vəzifəsini daşıması, binanın tikintisi ilə bağlı hüquqi işlərin, səlahiyyətin onda qalmasıdır. Belə ki, alınan mənzillərin aylıq kreditinin ödənişindən yığılan vəsait hesabına sakinlər binanın yarımçıq qalan işlərini davam etdirirdilər. İndisə əngəllər meydana çıxıb. Çünki kreditorların ödənişi ilə bağlı şirkətin həbsdə olan rəhbəri Taley Alaverdiyev maliyyə arayışına qol çəkməkdən imtina edir. Maliyyə arayışı olmasa kreditlər toplana bilmir.

 
smartbee.png
 
 
 
 
 
Ad - 00:08

Sakinlərin sözlərinə görə, müqavilə imzalayaraq binaya liftlərin quraşdırılmasına razılaşıblar. Amma Taley Alaverdiyev maliyyə arayışına qol çəkmədiyi üçün liftin pulunu ödəyə bilmirlər. Nəticədə liftə görə 157 min manatlıq borc qalıb.

Sakinlər qeyd edirlər ki, faktiki olaraq 165 ailə həbsdə olan dələduzun girovuna çevrilib.

Vətəndaşlar dövlət başçısına və Baş prokurora müraciətdə bildirirlər ki, MTK rəhbərinin dələduzluğuna görə onsuz da kifayət qədər çətinliklər yaşayıblar, indisə həbsdə olmasına baxmayaraq onun imzası olmadan heç bir sənədləşmə işi görmək olmur. Bir sözlə, 165 ailə bir dələduzun imzasından asılı qalıb.

Taley Alaverdiyev isə maliyyə arayışına qol çəkmir.

Sakinlər deyirlər ki, nə üçün bu şəxsin hələ də buna üzərində səlahiyyəti olmalıdır: “Onun MTK-dakı səlahiyyətlərinə xitam verilməlidir, çünki vətəndaşları aldatması, dələduzluğu sübuta yetirilib. Ona görə bina ilə bağlı səlahiyyətindən məhrum edilməlidir. Onun maliyyə arayışını imzalamağa haqqı yoxdur, hüququ da olmamalıdır. Biz xahiş edirik ki, hazırda istintaqı gedən bu şəxsin səlahiyyətlərinə xitam verilsin, barəsində məhkəmə qərar çıxarsın. Bir mənzili 4-5 adama satan fırıldaqçının başımıza açdığı oyunlar az deyil, indi də həbsdə ola-ola onun imzasından asılı vəziyyətdə qalmışıq. Bu nə vaxta qədər davam edəcək?”

“Biz sakinlər bir araya gələrək öz gücümüz hesabına tikinti-təmir işləri görürük, Taley Alaverdiyevin canı çıxıb etməli olduğu işləri hissə-hissə min bir əziyyətlə həyata keçiririk, amma hər dəfə hansısa problem yaranır. İndi də liftlər quraşdırılmalıdır, şirkətlərdən biri ilə razılaşmışıq, pulun bir hissəsin vermişik, amma əsas 157 manatı ödəyə bilmirik, çünki bu yaramaz dələduz Taley Alaverdiyevin maliyyə arayışını imzalamasını gözləyirik. Axı niyə qanun ona bu səlahiyyəti verir? Nə üçün məhrum edilmir? Biz çox xahiş edirik ki, dövlətimiz bizə arxa-dayaq olsun, bu 165 ailəyə sahib çıxsın, nəhayət ki bu məsələlərə tam son qoyulsun. Biz cənab prezidentə inanırıq, ona sığınırıq, Baş prokurorun bu məsələ ilə bağlı müvafiq tapşırıqlar verəcəyinə ümid bəsləyirik. Biz dövlətdən xahiş edirik ki, bu dələduzun əlindən birdəfəlik xilas olmaqda köməklik göstərilsin”, – deyə onlar qeyd ediblər.

Bölmənin digər xəbərləri

02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...

Dünyapress TV

Xəbər lenti