Ardını oxu...
Hacıqabul rayonu Kolanı kənd tam orta məktəbində tez-tez işıqların sönməsi səbəbindən istilik verilişində problemlər yaranır, bu da məktəbin soyuq vəziyyətdə olmasına səbəb olur.
Teref.az yazır ki, redaksiyamıza göndərilən şikayət məktubunda belə yazılıb. Daha sonra şikayətçi davam edərək yazır:
Həmçinin elektrik verilişi tez-tez kəsildiyi üçün məktəbə verilmiş internetdə də problemlər yaranır, şagirdlər dərslərdə kompüterlərdən istifadə edə bilmirlər.
Məktəbin elektrik sistemi qəzalı vəziyyətdədir, qızdırıcı radiatorların çoxu xarabdır, siniflər buz kimidir, istifadə müddəti 10 il əvvəl başa çatıb. Uşaqların həyatlarına təhlükə olduğunu qeyd edən şikayətçi teref.az yazır ki, məktəbin elektrik sistemi yararsız haldadır, hər an faciə yarana bilər. Şagirdlər əllərini açıq elektrikə vurur. Sinif otaqlarının qapı və pəncərələri sınıq-sınıqdır. Valideynlər dəfələrlə rayon təhsil şöbəsinə məlumat versə də, etinasız yanaşırlar.
Şikayətçi məktəbin bu günkü halını göstərən şəkilləridə göndərib. Oİnları təqdim edirik:
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc edə bilərik!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - Göyçay rayonu Heydər Əliyev pr. 2-ci Ərəbcəbirli kənd sakini Xasıyev Əziz Səadətdin oğlu tərəfindən ölkər rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 2015-ci ildə şiddətli şaxtalar zamanı donvurma nəticəsində istifadəmizdə olan su sayğacı xarab olmuşdur. Mən problemin həlli ilə bağlı "Azərsu" ASC Göyçay Su Kanal İdarəsinə müraciət etdim. Mənə bildirdilər ki, sayğacını özün öz vəsaitin hesabına təmir etməlisən, ondan sonra biz gəlib sayğacı yenidən möhürləyərik. Beləliklə mən onların dediyi kimi etdim. Yenicə təmir olunmuş smart-kart su sayğacımıza 2 manat dəyərində su yüklədim. Lakin 15 gündən daha artıq müddət keçməsinə baxmayaraq kartda olan suyun qurtarmadığını görüb, sayğacın düzgün işləmədiyini anladım və yenidən Göyçay Su Kanal İdarəsinə getdim. Mənə "Sən get, biz gəlib tezliklə maraqlanarıq" dedilər və bir də nə az, nə çox, düz 3 ildən sonra "xəbərdarlıq" bildirişi göndərdilər. Bildirişə əsasən, 342 (üç yüz qırx iki) manat borcumuz var idi. Sən demə smart kart tipli su sayğacında verilən su mexaniki qaydada hesablanıbmış. Onlar bu müddət ərzində kanalizasiya sisteminə qoşulmadığımız halda, qoşulmuş kimi qeyd etmişdilər. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsinə əsas verir. Çünki “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı maddə 5.1.5. -də: "Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək" istehlakçıların hüquqlarındandır. Öz qaydalarına uyğun hərəkət edən Göyçay Su Kanal İdarəsinin yazdığı qanunsuz borc səbəbilə suyumuzu kəsdilər. Qohum-aqrabadan xahiş-minnətlə pul alıb suya olan borcun bir hissəsini ödəməklə, suyumuzu bərpa etdirdim. Əlimdə pul olduqca vaxtaşırı suya olan borcumdan ödəyirdim. Xarab olmuş smart kart tipli su sayğacımız mexaniki qaydaya keçdiyi üçün onlar mənə "çek" təqdim etməli idilər. "Çek" verilmədiyinə görə isə qanunsuz olduğunu bilib qalıq borcu ödəməkdən imtina etdim. Mən öz etirazımı bildirdikdə, müxtəlif əsassız bəhanələr gətirirdilər. Beləliklə onlar da 186 (yüz səksən altı) manat borca görə yenidən içməli suyumuzu kəsdilər. Halbuki bu hesablamalar qeyri-dəqiq idi. İşləməyən və eyni zamanda "çek" vermədikləri sayğacın borcunun düzgün bilmək mümkün deyil. Ancaq suya olan zəruri ehtiyacımız səbəbilə çarəsiz vəziyyətdə borcdan 100 (yüz) ödəməklə bir daha suyumuzu bərpa etdirdim. Artıq 3 gündür ki, yenə də bizi içməli suya məhrum qoyublar. Göyçay Su Kanal İdarəsi açıq-aşkar vətəndaşlarla oyun oynayır. Gah qanunsuz cərimə yazırlar, gah yalnış hesablamalar aparırlar, gah da "çek" verməməklə, şəxsi maraqlarına uyğun qaydada pul tələb edirlər, hər dəfə suyumuzu bərpa etmək məqsədilə isə ən azından 15 (on beş) manat pul alırlar. Neçə illərdir ki, onların özbaşınlıqlarından təngə gəlmişəm. Lazım gəldikdə pul alırlar, kefləri istəyəndə suyumuzu kəsirlər. Ailəmin, qohum-aqrabalarımın, qonşularımın yanında rüsvay olmuşam. Bu idarə heç kimdən qorxmadan qanunsuzluqlar edir. Satış müdiri Kazıma da narazılığımı bildirmişəm. O, "get kimə şikayət edirsən, et" deyir. Onlar məni sözün həqiqi mənasında intihar həddinə çatdırıbdır. Dəfələrlə üzərimə benzin tökərək Göyçay Su Kanal İdarəsinin qarşısında özümü yandırmaq fikrində olmuşam, lakin qorxuram ki, iki körpə balam atasız qalar.
Sizdən çox xahiş edirəm, adı çəkilən idarənin özbaşınalıqlarına son qoyasınız və içməli su problemimizi qanuna müvafiq qaydada həll edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Teref.az olaraq şəhid anasının başda Prezident olmaqla yuxarı instansiyalara şikayətini təqdim edirik.
Şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı şikayət məktubunda yazır:
Əsli- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Surəti- Azərbaycan Respublikasının I Vitse-prezidenti xanım M.Əliyevaya, Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbərinə,
Azərbaycan Respublikasının Baş naziri Cənab Əli Əsədova,
Azərbaycan Respublikasın İqtisadiyyat naziri cənab M.Cabbarova,
H.Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevaya,
Azərbaycan Respublikasın Əmək və Əhalinin Social Müdafiəsi naziri cənab S.Babayevə,
Azərbaycan Respublikasın Əmək və Əhalinin Social Müdafiəsi nazir müavini cənab Anar Kərimova,
ƏƏSMN-nin SXA sədri cənab Vüqar Behbudova,
AR-nın Hesablama Palatasının sədri cənab Gülməmmədova,
Azərbaycan Respublikasının Ombudsman Aparatına, KİV- lərə,
Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin sədr müavini xanım A. Sofiyevaya, AR Dövlət Təhlükəsizlik Xidməti rəisinə,
“Şəafflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə İB-nə,
Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən
“ƏƏSMN -nin SXA-yi rəhbərliyinin mənzillə təmin olunması zamanı ailəmizin süründürməçiliyinə son qoyulması və şəhid ailələri arasında ayrıseçkiliyin dayandırılması” barədə
Ş İ K A Y Ə T ƏRİZƏSİ Təkrar
CƏNAB PREZİDENT SON 3 ildir ki, BU MƏNİM SİZƏ 6-CI MÜRACİƏTİMDİR. ƏƏSMN-yi MƏNƏ FORMALİZM XATİRİNƏ DƏ OLSA CAVAB VERMİRLƏR. Ona görə də ŞƏHİD ANASINA QARŞI OLAN BU HÖRMƏTSİZLİYİ İLK NÖVBƏDƏ SİZ ALİ BAŞ KOMANDANA OLAN HÖRMƏTSİZLİK KİMİ QƏBUL EDİRƏM.
Xatırladım ki, Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün - 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.
Bildirim ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-ci, ümumidə isə 40-cı olmuşdur. Amma nə olsun. 11 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Amma bu siyahıda olanların əksəriyyəti evlə təmin edilmişdir. Cənab Prezident! Sizin 2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları bunu görmürük.
Bir daha xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik şəhid oğlum Faiq idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə pandemiya dövründə 1 kq un maddi yardımı, nə haradasa sanatoriyaya getmək, nə övladlarımdan hər hansı biri işlə təmin edilməmişdir. Bütün övladlarımın hamısı bu gün də işsizlikdən əziyyət çəkir, kirayədə əziyyət çəkirlər. Maraqlanan bir vicdanlı məmur da yoxdur.
2001-ci ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm. Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu 1 otaqlı fındıq çübuğu çəpərindən və palçıqla hörülmüş daxmadan yola salmışam.( foto əlavə edilir.) Zəngilan və Füzuli istiqamətlərində “Şəkili Faiq” kimi ad çıxarmış əfsanəvi döyüşçü olan şəhid oğluma qarşı Sosial dövlət orqanlarının məsuliyyətsizliyi başa düşülən deyil.
Hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə 28 kv m sahəsi olan təmirsiz, divarları çatlayan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum 35 yaşlı Həziyə mənzili olmadğından toy edə bilmirdim. Onu da 2021-ci ilin iyunun 19-da əbədi olaraq itirdik. Digər oğullarım Natiq və Namiq Bakıda kirayədə yaşayırlar. Kürəkənlərim Əhməd və Elmir də Abşeron və Binəqədi rayonlarında kirayədə yaşayırlar. Özləri də iş tapa bilmirlər.
Mən 24 dekabr 2019-cu ildə də mənzil məsələsilə bağlı müraciət etdim. ƏƏSMN-dən formal rəsmi cavab aldım ki, 2024-cü ilədək sizi evlə təmin ediləcəksiniz. Sonra isə 2021-ci ildə Şəki İH-dən verilən digər rəsmi cavab məktubunda isə bildirilir." Siz 2028-ci ilədək mənzillə təmin olunacaqsınız" Sanki bu bürokratlar açıq aşkar demək istəyirlər ki, bizdən evə görə şikayət yazdığına görə 2028-ci ili gözlə, Yəni, mənzil yox son mənzil qismətin olacaq" Bu bürokrat cavabına qarşı bir söz demək istəyirəm. Cənab Prezident Sizin təyin etdiyiniz məmurlar unudurlar ki, Siz şəhid ailələrinin mənzillə təminatının uzağı 2025-ci ildə yekunlaşacağı barədə ictimaiyyətə məlumat vermisiniz. Amma yerli bürokrat məmurlar Prezidentin bu göztərişindən xəbərsizdirlər. Yəni məsuliyyətsizdirlər. Halbuki. Cənab prezident Sizin göstərişinizdən sonra 2020-ci ildə 1500 nəfər, 2021-ci ildə 3000 nəfər, bu il isə yenə 3000 nəfər şəhid və qazi ailəsinin mənzillə təmin olunmuşdur. Son illərin mənzilləri 44 günlük Vətən Müharibəsi şəhidlərinə və qazilərinə verilmişdir. Amma nədənsə sanki biz yenə də yaddan çıxmışıq. Yaxşı deyək ki, yerli məmurlar məsuliyyətsidirlər. Axı iki ay əvvəl ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin xanım şöbə rəisi ilə danışanda o da bildirdi ki, araşdırıb məlumat verəcəyik. Amma hələ də məlumat vermirlər.
Son müraciətimdən sonra Hesablama Palatasının məsul şəxsi Firsəng müəllimin AR Sosial Təminat nazirinin müavini cənab Anar Kərimova mənim qaldırdığım məsləilə bağlı göndərdiyi 15 sentyabr 2020-ci il tarixli məktuba 2 ildir ki, cavab verilmir. Lakin. Şəki İH-dən, ƏƏSM-in Şəki Şöbəsindən, yerli Bələdiyyədən dəstə dəstə əməkdaşlar gəlib indiki 7 nəfər ailəmlə birlikdə yaşadığımız 28 kv.m darısqal təmirsiz evimizə günaşırı gəlib fotosessiya edib getməklə məşğul oldular 2021-ci ilədək. Bu gün oğlumun qanı hesabına vəzifədə oturan rayon və respublika səviyyəsindəki bürokrat məmurlar bu günə kimi müraciətimi yekə qulaqlarının ardına vurur, xəcalət hissi çəkmirlər. Sanki oğlum Faiq bunların rüşvət yığıb evdə haramzada arvad-uşaqlarını bəsləmələri üçün qanını bu torpağa töküb.
Əgər ƏSSMN mənə Sizin tapşırığınız əsasında pulsuz fərdi ev tikmək istəyirsə, kənd xəstəxanasının yanındakı torpaqda tikintiyə başlaya bilər. Və yaxud istəkləri olsa Bakı və ya Sumqayıt şəhərlərində bu təyinat üçün tikilmiş mənzillərdən ailə vəziyyətimi nəzərə alaraq verə bilərlər.
Çoxhörmətli, Prezident. Sizin 3 gün əvvəl, 7 dekabrda verdiyiniz sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.
Yəni, biz 2011-ci ildə ev uçotuna alındığımza görə belə aydın olur ki, bizim kimi növbəyə duranların hamısı ev və ya mənzillə təmin olunmuşdur. O zaman ƏƏSMN-nin rəhbərliyi və Sosial Xidmət Agentliyin rəhbəri mənim 8 nəfərlik ailəmi niyə mənzil və ya fərdi evlə təmin etmir? Niyə ƏƏSMN-nin son 2022-ci il tarixli məktubunda mənə rəsmən bildirlir ki, "Siz növbəlilik əsasında 2028-ci ilədək mənzillə təmin olunacaqsınız."
Cənab Prezident Doğrudanmı bu rəsmi adamların Sizin Fərman və Sərəncamlarınızdan xəbərləri yoxdur, yoxsa məni ələ salırlar, yoxsa tikilən mənzilləri alver predmetinə çeviriblər? Məsələn, 44 günlük müharibə iştirakçısına ( qazi olmayan adi iştiraçkı) bu ilin sentyabr-oktyabr ayında Bakıda ƏƏSTN-nin SXA tərəfindən 20000 manata üç otaqlı mənzil təşkil edilmişdir. Faktı yoxlayıb aşkar edə bilərsiniz.
Bu, Prezident İlham Əliyevin 7 dekabr 2022-ci ildə imzaladığı sərəncamla "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına edilən dəyişiklikdə əksini tapıb.
Ona görə Cənab Prezident son dəfə xahiş edirəm göstəriş verin qoy mənim mənzil problemimlə ən çox inandığınız və etibar etdiyiniz rəsmi adamlar məşğul olub nəticəni Sizə məruzə etsinlər. Allah amanında.
Qoşma: 8 vərəq və fotolar, sənədlər.
Dərin hörmətlə, 75 yaşlı şəhid anası
M.Z.Əbdürəhimova (Zamanova)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Onun rəhbərlik etdiyi tikintilərdə böyük fırıldaqları aşkarlanıb, amma...
Son illərdə korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlərin üzə çıxartdığı faktlar göstərir ki, Azərbaycanın nazirlik, komitə və sair dövlət qurumlarının əksəriyyətində büdcə vəsaitlərinin oğurlanması prosesi baş verir. Təcrübə göstərir ki, bir quruma ayrılan vəsait nə qədər çoxdursa, korrupsiyanın, mənimsənilən pulların həcmi də bir o qədər böyük olur. Təcrübə onu da göstərir ki, korrupsiyanın yüksək təşəkkül tapdığı sahələr arasında tikinti sektoru birinci yerdədir. Cəmiyyətdə oturuşmuş qənaət belədir ki, hansı nazirliyə, quruma tikinti üçün daha çox vəsait ayrılıbsa, orada daha çox dövlət vəsaiti təyinatından yayındırılaraq mənimsənilib...

Azərbaycan təcrübəsindən o da aydın olur ki, adətən, dövlət vəsaitləri mənimsənilən qurumlarda qanunsuz əməllərin əlaqələndiricisi olur. Bu əlaqələndirici korrupsiya sxemini yaradır, rəhbərə təklif edir, daha sonra onun həyata keçirilməsini, dəqiq işləməsini təmin edir. Belə adamlar adətən hər hansı formada gözə dəymirlər - necə deyərlər, kölgədə qalmağa üstünlük verirlər. Onların adları demək olar ki, heç vaxt mətbuatda hallanmır, çünki proseslər daha iri fiqurun adı ilə bağlı olur. Çox böyük maliyyə vəsaitlərinin hərəkətinə nəzarət, iri layihələrin həyata keçirilməsinə rəhbərlik edən “kölgə” adamlar rəhbərlərin tapşırıqlarının icraçısı kimi tanınsalar da, öz maraqlarını da böyük ölçüdə təmin etməyi bacarırlar.

Belə “kölgə” adamlardan biri də hazırda Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsini tutan Leysan Məmmədovdur. Birdən-birə üç ixtisasa (ikisini 2000-ci ildən sonra əldə edib) YİYƏLƏNİB – inşaatçı-mühəndis, iqtisadçı, həm də hüquqşünas ixtisaslarına sahibdir.

Binəqədi İH-nin İnternet saytında yerləşdirilən məlumatdan aydın olur ki, L.Məmmədov 1988-ci ildə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisasını, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2003-cü ildə Ali Diplomatiya Kollecinin Hüquqşünaslıq fakültəsini bitirib. Yəni həm dövlət qulluğunda çalışıb, həm də iki yerdə oxuyub(?)

L.Məmmədovun fəaliyyət dosyesi çox zəngindir. Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə, rəngsaz, başı mexanik, iş icraçısı, tikinti ustası və nəhayət, rəis vəzifələrində işləyib. Tikinti sahəsində bir sıra orta və xırda vəzifələrdən sonra o, 1996-cı ildə Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin nəzarət-təftiş idarəsində baş müfəttiş vəzifəsinə çata bilib.

1998-ci ildən isə tamam fərqli bir sahədə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatında nəzarət şöbəsində əmək müfəttişi işinə başlayıb. Əmək Müfəttişliyinin qaz vurub qazan dolduran vaxtlarında 8 ilə yaxın baş müfəttiş vəzifəsində işləyəndən sonra 2006-cı ildə daha gəlirli yerə gedib - Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə əvvəlcə direktor müavini, 2009-cu il ildən 2021-ci ilin yayına qədər isə direktoru kreslosunu tutub.

Vikipediyada yazılana görə, L.N. Məmmədov Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirib: “Belə ki, o, gənclər və idman obyektlərində aparılan tikinti-quraşdırma və təmir-tikinti işlərinin layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə, vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə nəzarət edir, başa çatmış obyektləri baş podratçı ilə birgə qəbul komissiyasına təqdim edir, podratçı təşkilatla müqavilə bağlanmasını təmin edir, aparılan tikinti-quraşdırma və təmir-tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun aparılmasına, texniki nəzarət etdiyi obyektlərdə aparılan işlərin tikinti norma və qaydalarına uyğunluğuna nəzarət edir, tikinti prosesində ortaya çıxan digər məsələləri həll edir”.

Məlumatda qeyd olunur ki, 2006-ci ildən başlayaraq vəzifədən çıxarılana qədər(maraqlıdır ki, L.Məmmədovun GİN-dəki vəzifəsindən azad olunma tarixi və səbəbi heç yerdə açıqlanmır –red.) Leysan Məmmədovun bilavasitə rəhbərliyi altında respublikamızın əksər bölgələrində onlarla gözəl memarlıq nümunəsi olan olimpiya idman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib: "Şəmkir, Hövsan, İsmayıllı, Şağan Olimpiya İdman Kompleksləri (2009-cu il); Ağdaş, Göyçay, Balakən OİK-ləri, Kür Avarçəkmə müəssisəsi (2010-cu il); Tovuz, İmişli, Sumqayıt, Qəbələ Olimpiya İdman Kompleksləri (2011-ci il); Astara OİK, Səadət Sarayının çox yüksək səviyyədə yenidən qurulması, Tofiq Bəhramov adına Stadionun yenidənqurma işləri (2012-ci il); Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Komplekslərinin tikintiləri (2013-cü il); respublikamızın bölgələrində çoxlu sayda idman zalları, gənclər evləri, futbol meydançaları və digər idman obyektləri”...

Hələ bunlar harasıdır, məlumatdan o da aydın olur ki, Bakıda keçirilən Birinci Avropa Oyunları üçün tikilən bütün obyektlərə nəzarəti də Leysan Məmmədov həyata keçirib.

Olimpiya kompleksləri, idman sarayları, Avropa oyunları üçün binaların tikintisində yol verilən korrupsiyaya dair müstəqil jurnalist araşdırmalarının nəticələrini kənara qoyaraq, rəsmi açıqlanan faktlara diqqət yetirək. Hesablama Palatasının 2013-cü ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, Dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib. Hesabatda bildirilir ki, Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra obyektin təyinatı dəyişdirilərək onun bazasında Gənclərin Təlim və İstirahət Mərkəzi tikilib.

Başqa 2 rayonda isə olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton örtüyü işləri tam yerinə yetirilmədiyi halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanıb.

Hesabata görə, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib, 2 rayonda tikintisi başa çatmış kompleks istifadəyə verilsə də, dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilib.

Həmçinin tikintisi başa çatmış 14 obyekt üzrə dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmayıb, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilib.

Gənclər və İdman Nazirliyi palatanın nöqsanlarının aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib.

Gənclər və İdman Nazirliyinin məlumatına əsasən, 2012-ci ilədək ölkədə 33 OİK mövcud idi və onlardan 18-i istifadəyə tam hazır idi. Komplekslərdən 16-nı Gənclər və İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komitəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib.

2005-2012-ci illərdə Gənclər və İdman Nazirliyinə 475 milyon manat (o vaxtkı məzənnə ilə təxminən 600 milyon dollar) dövlət investisiyası yatırılıb. Bu da ölkəyə böyük neft pullarının daxil olması nəticəsində dövlət investisiya xərclərinin artması ilə bağlı olub. Ondan əvvəlki illərdə büdcədən investisiya xərclərinə elə də böyük vəsait ayrılmadığından, 2002-2005-ci illərdə büdcədən idmanın inkişafı istiqamətində ayrılan vəsaitin də həcmi 100 milyon dolları ötməyib.

Maraqlıdır ki, L.Məmmədovun bilavasitə rəhbərlik etdiyi olimpiya idman komplekslərinin tikintisi ayrı-ayrı rayonlarda fərqli məbləğlərə başa gəlib. Məsələn, Sumqayıtda OİK-in tikintisinə 16 milyon manat, İmişlidə OİK-in tikintisinə təxminən 13 milyon manat, Tovuzda, Göyçayda və Qəbələdə OİK-lərin tikintisinə təxminən 12 milyon manat, İsmayıllıdakı OİK-ə 11,5 milyon, Ağdaş, Şağan və Hövsandakı OİK-lərə 10, 5 milyon, Şəmkir və Balakəndəki OİK-lərə 10 milyon, Biləsuvar və Kürdəmirdəki OİK-lərə 9,2 milyon, Füzuli və Oğuzdakı OİK-lərə 8,5 milyon, Ağdamdakı OİK-ə 3,6 milyon, Sabirabaddakı OİK-ə isə 837 min manat vəsait xərclənib.

Dövlət büdcəsindən maliyyələşsə də, komplekslərin tikintisinə xərclənən vəsait arasındakı bu qədər böyük fərqin məntiqi izahını tapmaq mümkün deyil. Məsələn, Sabirabadın Qalağayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında cüzi fərq olmasına baxmayaraq, xərclənən vəsait arasında 12 dəfə fərq var. Bu o deməkdir ki, həmin OİK-lərin tikintisinə ayrılan vəsaitlərin ən azı 70-80 faizi mənimsənilib.

Qeyd edək ki, L.Məmmədov Avropa oyunları üçün obyektlərin tikintisinə rəhbərlik etməsini fəxrlə öz tərcümeyi-halına daxil edib. Avropa Oyunlarının keçirildiyi Su İdmanı Sarayının tikintisi 200 milyon manatdan çox, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi 110 milyon manat, Avropa Oyunları Parkı 100 milyon manatdan bir qədər az məbləğə başa gəlib. Bu məbləğləri mərhum nazir Azad Rəhimov açıqlasa da, nazirliyin internet saytında bu məlumatlar yerləşdirilməyib.

Bu haqda məlumatlar Hesablama Palatasının dövlət büdcəsinin icrası haqqında rəylərində əksini tapır. Məsələn, Palatanın 2014-cü ildə dövlət büdcəsinin icrasına dair rəyində qeyd olunur ki, 2014-cü ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan idman obyektlərinin tikintisinə 925 milyon manat vəsait istifadə olunub. Bu vəsait hesabına digər idman obyektləri ilə yanaşı, Avropa Oyunları Parkı, Su İdmanı Sarayı, BMX Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparklarının tikintisi, Stend Atıcılığı üzrə İdman Kompleksinin yenidən qurulması işləri də maliyyələşdirilib. Palata bu obyektlər üzrə 2014-cü ildəki xərcləri açıqlamır.

Palatanın 2015-ci il büdcəsinin icrası haqda rəyi daha şəffafdır. Rəydə qeyd olunur ki, həmin il idman obyektlərinin tikintisinə aşağıdakı həcmdə pul xərclənib:

• Su İdmanı Sarayının tikintisi - 20 milyon 499,7 min manat;

• Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması - 39 milyon 984,9 min manat;

• Avropa Oyunları Parkının tikintisi- 8 milyon manat;

• BMX Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparkların tikintisi -7 milyon 648,0 min manat;

• Abşeron rayonunda Olimpiya İdman Kompleksinin tikintisi - 597,9 min manat;

• Yardımlı rayonunda İdman Kompleksinin tikintisi - 196,7 min manat.

Hesablama Palatası 2015-ci ildə I Avropa oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlərlə bağlı investisiya xərclərinin 1 milyard 329 milyon 184,5 min manat olduğunu açıqlayıb.

Hökumət 2017-ci ildə idman obyektlərinin tikintisinə dövlət əsaslı vəsait qoyuluşundan 330 milyon 300 min manat vəsait ayırıb. Bunu da Hesablama Palatası dövlət büdcəsinə dair rəyində açıqlayıb.

2018-ci ildə isə yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsait ayrılıb.

2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsi üzrə idman obyektlərinin tikintisinə 202 milyon manat xərclənib.

L.Məmmədovuyn rəhbərliyi ilə idman obyektlərinin tikintisində daha hansı qanunsuzluqlara, artıq və əsassız xərcləmələrə yol verilib;

Onun Gənclər və İdman Nazirliyindən Minaların Təmizlənməsi Agentliyinə keçidi necə baş verib, niyə orada möhkəmlənə bilməyib;

Leysan Məmmədov Binəqədi İcra Hakimiyyətində hansı “sahəyə” və necə nəzarət edir…

Musavat.com
 
Ardını oxu...
“Hakimin fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib”

“Kimlərsə bu işlə bağlı tapşırıqlar verir, işimizə baxılmır”

Gəncə şəhər sakini Rəhimov Asif İsa oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi şəhid olan qardaşının 10 il sonra şəhidlik statusunun ləğv olunduğunu bildirir. Onun məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

“Mən, Rəhimov Asif İsa oğlu, qardaşım Rəhimov Yusif Asif oğlunun 10 ildən sonra şəhidlik statusunun ləğv olunmasına görə sizə müraciət edirəm. Qardaşım Rəhimov Yusif Asif oğlu 1994-cu ildə Fizuli rayonu, Yuxarı Veysəlli kəndinin ərazisində döyüş vaxtı 4 güllə yarası alır və ağır yaralanaraq, Bakı şəhərindəki 5 saylı xəstəxanaya gətirilir. Orada böyrəyi amputasiya olunur, bağırsaqları çölə çıxardılır.

Beləliklə, əməliyyatdan 28 gün sonra qardaşıma II qrup əlillik dərəcəsi verilir. Vəziyyəti ağır olaraq dəyərləndirilir. Hətta beyin pozuntusu da yaşayır. Özünə xəsarətlr yetirir, olmayan ifadələr səsləndirir. Nəticədə, Gəncə şəhərində yerləşən psixiatriya xəstəxanasına köçürülür və az müddət sonra elə orada da vəfat edir.

Qardaşım rəhmətə gedəndən sonra Gəncənin icra başçısı Rasim Daşdəmirov və digər rəsmi nümayəndələr dəfn mərasimində iştirak etdilər, qardaşımın şəhidlik statusunu atama təqdim etdilər.

2009-cu ilə qədər dövlət qardaşım Rəhimov Yusif Asif oğlunu şəhid kimi tanıyıb. 2009-cu ildən sonra Gəncənin Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Mursəl Mürşüdov Gəncə Apellyasiya Məhkəməsinə şikayt ərizəsi göndərib ki, şəhidin sənədində şizofreniya xəstəliyi yazılıb. Yəni, onun fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib. Mənim sizlərə sualım var, hansı dəli öz canına qıymadığı halda ölə bilər?

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Əliyev təsdiq edib ki, bu şəhid deyil, “dəlilik”dən ölüb. Həmin hakim Fikrət Əliyev atamdan o vaxt 2000 dollar pul istəyib ki, şəhidliyi təsdiq etsin. Biz kasıb ailənin övladlarıyıq, boş-boşuna kimlərəsə verməyə pulumuz yoxdur. Atam həmin hakimin sözlərindən 6 ay sonra rəhmətə getdi. Heç özünə gələ bilmirdi ki, oğlum şəhid olduğu halda məndən pul istənilir.

Bir çox orqanlara müraciət etmişik, kimlərsə bu işlə bağlı tapşırıqlar verir, yekunda işimizə baxılmır. Hətta o vaxt dövlət telekanallarının birindən də gəlib çəkliş etdilər, amma efirə vermədilər. Səbəbini soruşduqda isə mənə dedilər ki, tapşırıq var, efirə verə bilmərik.

10 ildir məhkəmələrdəyik. YAP-ın Gəncə şəhər şöbəsindən deputat seçilən Muşviq Cəfərova mürda aciət etmişik. O da söz verib ki, əlindən gələni edəcək. Cavab gözləyirik.

Sizin redaksiyanız vasitəsilə cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanıma müraciət edirik, xahiş edirəm, tapşırıq verin, bu iş araşdırılsın. Qoca anam var, öz dərdi özünə bəsdir, xahiş edirəm nəzərə alın”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
TEREF.AZ xəbər verir ki, Yenicag.az-a daxil olan məlumatda xəstəxana direktoru Rauf Yahyayevin vətəndaşı vurması və təhqir etməsi iddia edilir.

Bu ilin fevral ayında Goranboy Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru təyin edilən Rauf Yahyayev bir çox qalmaqalları ilə gündəmə gəlməkdədir.

Yahyayevin ilk qalmaqalı isə təyin edildikdən iki ay sonra, aprel ayında Mərkəzi xəstəxananın həyətində kütləvi şəkildə ağacları kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnməsi olub.

İddiaya görə, bu ilin 20 avqust tarixində Rauf Yahyayev Goranboy rayon Bolsulu kənd sakini Əliyeva Laləzəri direktor otağının qarşısında yumruqla vuraraq sağlamlığına xəsarət yetirib. Hadisəyə səbəb isə Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmova xəstəliyi ilə bağlı Respublika Kliniki Xəstəxanasına göndəriş verilməsi üçün dəfələrlə etdiyi müarciətlərə Rauf Yahyayev tərəfindən imtina edilməsinə etiraz etməsi olub. Məlumata görə, Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmov 6-20 avqust – 14 gün müddətində Goranboy Mərkəzi Xəstəxanasında xəstəliyi ilə bağlı müalicə alıb və 3 dəfə də xəstə kimi yatıb. Bütün bunlara baxmayaraq baş direktor R. Yahyayev Seymur Məhərrəmova Bakı şəhərində müalicə almaq üçün göndəriş verilməsinə əngəl yaradıb.

Laləzər Əliyeva Rauf Yahyayev tərəfindən yumruqla vurulduğunu DİN-in 102-xidmətinə şikayət etdikdən sonra həyat yoldaşı xəsətxana tərəfindən göndərişlə təmin edilib. Həmçinin xəstə Seymur Məhərrəmovun Goranboy xəstəxanasında müalicə olunduğu vaxt həkimlərin səhv müalicə etmələri və bununla onun xəstəliyinin ağırlaşmasına səbəb olması da ekspertiza rəyində öz təsdiqini tapıb.

İddia olunur ki, Rauf Yahyayevin həkim kimi vətəndaşı vurması ilk hal deyil. Belə ki, 2019-cu ildə Gəncə şəhər 2 saylı xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri və eyni zamanda Goranboy rayon Dəliməmmədli şəhər xəstəxanasında həkim işləyən Rauf Yahyayev iyun ayında Dəliməmmədli xəstəxanasının gözətçisi Teymur Həsənovu vuraraq çənəsini qırıb və ona az ağır xəsrət yetirib. Həmin hadisənin baş vermə səbəbi isə gözətçi Teymur Həsənovun Rauf Yayahayevə gecə vaxtı işçisi olan bir tibb bacısının evinə getməsinin yaxşı hal olmadığını deyərək, həkimin bu hərəkətinə etiraz etməsi olub.

Həmin vaxt hadisə Goranboy polisi tərəfindən araşdırılıb, Rauf Yahyayevə 127.1 maddəsi ilə cinayət işi açılıb və günahı sübuta yetirilib. Ancaq gözətçi Teymur Həsənov R.Yahyayevi bağışladığı və onunla barışdığı üçün işə xitam verilib. Bundan başqa Rauf Yahyayevin dəfələrlə Gəncə şəhər 2 saylı xəstəxanasında vətəndaşlarla dava etdiyi də deyilir.

Ancaq bütün bunlara baxmayaraq, 2022-ci ilin fevral ayında TƏBİB rəhbərliyi Rauf Yahyayevi direktor təyin edəndə nədənsə onun şəxsi işini araşdırmayıb.

Saytımıza Goranboydan daxil olan məlumatlarda həmçinin qeyd edilir ki, Baş direktor Rauf Yahyayevin müxtəlif səbəblərə görə onun qəbuluna gələn vətəndaşları təhqir edərək, onlarla kobud davranmağı artıq adi hala çevrilib.

Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

Rauf Yahyayevin vətəndaşı vurmasının video görüntüsünü sizə təqdim edirik:

 
Ardını oxu...
"Azərbaycan Reallığı" məlumat verən mənbə bildirir ki, keçmiş Dəmir Yolları Qapalı səhmdar cəmiyyətinin rəisi Cavid Qurbanova yaxınlığı ilə seçilən və onun təmtəraqlı şəkildə 60 illik yubileynin təşkilatçılarından olan Vəsilə Abdulava ölkəni tərk edib, səbəbi isə son dövrlər Cavid Qurbanovun vurulan kadrlarının barəsində hüquq-mühafizə orqanlarında araşdırma getdiyi üçün Vəsilə Abdulovaya muəyən güclər ölkəni tərk etməyi məsləhət görüb.
Ardını oxu...
Vəsilə Abdulova

"Azərbaycan Reallığı" xəbər verir ki, googlede axtarış verərkən Vəsilə xanım haqqında xeyli qaranlıq məqamlara rast gəlmək olur. O, Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olmaqla yanaşı Voleybol Federasiyasının maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsində də olub. “Azərreyl” voleybol klubuna da baş mühasib gətirilib, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan V.Abdulovanın hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri olduğu iddia olnur.

Saytımıza danışan mənbə onun ölkədən kənardada mülklərin olduğun bildirir. Türkiyədə isə 4 otaqlı evi, Gürcüstanda isə şərikli biznesi olduğu deyilir.

Dəmiryolçu xanımın qarajında “022 Range Rover”, “022 Lexus”, “011 Hyundai”, “BMW 5” və “Pajero Jeep” markalı avtomobil kolleksiyası var. Bütün bu daşınar və daşınmaz sərvəti Vəsilə xanım Cavid Qurbanovun dönəmində əldə etdiyi bildirilir.

"Azərbaycan Reallığı" məsələ ilə bağlı Vəsilə Abudalovla əlaqə saxlayıb, O hal-hazırda ölkədə olmadığını, xaricdə hansısa beynəlxalq tədbirdə olduğunu qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM
 
 
 
Ardını oxu...
Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində baş verən qalmaqal bitmək bilmir. Valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya illərdir yaratdığı problem, təzyiq və təhdidlərin ardınca əlbir olduğu Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və özünü “jurnalist”kimi qələmə verən Etibar Bəşirovla məktəbə basqını məsələsinə iki aydır aidiyyəti qurumlar tərəfindən laqeydlik hökm sürür.

Nə Elm və Təhsil Nazirliyi, nə Mərkəzi Aran Regional Təhsil İdarəsi məsələnin həlli yollarına çözüm tapıb, nə də baş verən biabırçı olaya səbəbkar olan E..Zülfüqarov adına Şilyan kənd orta məkəbinin direktoru vəzifəsini icra edən Ülkər Quliyevaya rəsmi qaydada xəbərdarlıq olunub.

Məsələ ictimailəşəndən və prokuroluğa qədər gedib çıxandan sonra isə məktəbdə durum daha kritik hal alıb.

Xatirə Əhmədovanın iddiasına görə hələ də məktəbin direktor əvəzi Ülkər Quliyeva və həyat yoldaşı, eks direktor Anar Quiyevin basqılarına məruz qalır. Ülkər Quliyeva məsələni media müstəvisinə çıxardıqları üçün Xatirə Əhmədovanı və digər müəllim yoldaşı Səkinə Hüseynovanı sözün əsl mənasında “gözüm çıxdıya”salıb.

Bütün bunlar azmış kimi Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov da hər iki müəllimi qəbuluna çağıraraq, məsələni çözmək əvəzinə onları işdən çıxarmaqla hədələyib.

Bu barədə açıqlamanı Bizim.Media-ya Xatirə Əhmədova və Səkinə Hüseynova verib.

Dediklərinə görə Elçin Kərimov onların şikayət və tələblərini dinləməyib, əksinə işdən çxarılacaqları ilə qorxudub:

“Bilirsiz ki, sözügedən olayla bağlı oktyabrın 22-də Elm və Təhsil Nazirliyinə müraciət etmişdik. Yəqin həmin müraciətlə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov bizi qəbula çağırmışdı. Ilk sözü belə oldu ki, istənilən məktəbin direktorunu və müəllimini işdən atmaq səlahiyyəti var. Çox əsəbi və qərəzli şəkildə danışdı. Ümumiyyətlə bizi dinləmədi. Halbuki ora sevinə-sevinə getmişdik ki, nəhayət məsələmizə baxılacaq. Hər şeyi bir kənara qoyub, məsələni mediada niyə ictimailəşdirmişik deyə sorğuya çəkdi. Açıq təhdid etdi ki, media mənə heç nə edə bilməz və istənilən vaxt bizi işdən ata bilər.

Yanındakı Emil adlı şəxs isə qərəzli şəkildə mediaya çıxmağın cinayət işi olduğunu bildiridi. Bizə olan bu münasibətdən hiss etdik ki, Elçin Kərimov elə qarşı tərəfi müdafiə edir. Çünki bizdən əvvəl Ülkər Quliyeva və həyat yoldaşını qəbul etmişdi. “Gedin, direktorla barışın, başınızı aşağı salın və işinizi görün” deyə bildirdi. Heç nə deyə bilmədik. Sadəcə çıxanda onu dedim ki, “o zaman Ülkər Quliyeva və həyat yoldaşı Anar Quliyevə deyin, məndən əl çəksinlər. Söz atmasınlar və təxribat yaratmasınlar. Yəni Ülkər Quliyeva işləyə bilirsə işləsin, yoxsa həyat yoldaşı orada bizə idarəçilik etməsin”.

Xatirə Əhmədovanın sözlərinə görə Elçin Kərimovun davranışından belə çıxıb ki, guya biz qərəzliyik və direktoru eqomuz götürmür:

“Halbuki həmin məktəbin 16 ilik müəllimiyəm. Üçüncü direktordur ki, dəyişib. Niyə mənim başqa direktorlarla problemim olmayıb? Demək ki, bu adam idarə edə bilmir və valideyni üstümüzə hucuma göndərən də odur. Bir qızım və oğlum var. Qızımı Elşən Abdulovun qorxusundan Bakıya oxumağa göndərmişəm. O, məni qızımla hədələyirdi. Ona görə uzaqlaşdırdım ki, nə olursa, özümə olsun. Deyirlər ki, barış. Qolumdan tutub katibənin otağına sürüyən Göyçay sakinini, başıma bu işləri gətirən direktoru, həyatımı zindana çevirən Elşən Abdulovu necə bağışlayım? Bəs uşaqlarımın gözü qarşısında alçalmağım? Mənə dəyən maddi və mənəvi ziyan, itirdiyim sağlamlığım?”

Xatirə Əhmədovanın iddiası ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə yarada bilmədik.

Qeyd edək ki, məktəbə basqında Xatirə Əhmədovanın sinifdən çıxarılmasından sonra müəllim yoldaşı Səkinə Hüseynova qorxub ağlayan ibtidailərin görüntülərini çəkdiyinə görə məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən töhmət alıb. Səkinə Hüseynova isə töhmətin saxta imzalardan ibarət olduğunu iddia edir.

Elçin Kərimov sadəcə müəllimlərə həmin töhmət məsələsinin araşdırılacağını bildirib. Xatirə Əhmədova onu da əlavə edib ki, məsələ ilə bağlı oktyabrın 18-də Kürdəmir Rayon prokurorluğuna müraciət edib. Rayon prokurorluğundan şikayətnin müraciətinə hər hansı cavab gəlməyib.

Bildirilib ki, iş Kürdəmir Rayon Polis İdarəsinə göndərilib.

Xatırladaq ki, oktyabrın 14-də Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində ibtidai siniflərdən birində qorxulu anların yaşandığını və həmin məqamı əks etdirən videogörüntüləri ictimailəşdirmişdik. Yazıda adı keçən qurum və rəsmilərin mövqeyini dərc etməyə hazırıq.
Bizim.Media

Ardını oxu...
Penitensiar Xidmətin 1- saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mütəllimzadə Məhəmməd Yusif oğlunu ziyarət etməyə gedən həyat yoldaşı Əliyeva Cəbərut Marif qızı 08.12.2022-ci il tarixdə yoldaşı ilə görüş ala bilmir

"Azərbaycan Reallığı"na muraciət edən Cəbərut Əliyeva iddia edir ki, görüşə gələn digər şəxslərin asanlıqla görüşə keçdiyini görür.

Baş verənlərlə bağlı, C.Əliyeva yaxınlaşır məlumat otağına, otaqda xidmət aparan Ədliyyə əməkdaşına bildirir ki, siz məni bununla neçə dəfədir ki, süründürürsünüz. Ədliyyə əməkdaşı qadına bildirir ki, biz görüşünüz üçün lazımı sənədləri hazırlayıb icazəsini ala bilmirik. Buna səbəb Karol rəisi icazəni vermir. Deyə bildirir.

Qadın Karol rəisinə yaxınlaşır hansı səbəbdən həyat yoldaşı ilə görüş ala bilmədiyini soruşur. Karol rəisi qadına təəccüblə baxaraq mən sizi ilk dəfədir görürəm bu məsələdən heç xəbərim yoxdur. Elə bu zaman Görüşə nəzarət edən Bəhram adlı əməkdaş təsadüfən gözə görünür.

"KAROL" rəisi Bəhramı yanına çağırır, mənim niyə adımdan istifadə olunur sualına Bəhram cavab vermək əvəzinə qadının qolundan yapışaraq güc tətbiq etməklə bayıra zorla çıxarır. Baş verənləri özünə təhqir kimi bilən C.Əliyeva rəislə görüş istəyir. Ancaq qadının bu istəyinə reaksiya verən olmur. Çarəsizlikdən Qadın özünə qəsd etmək qərarına gəlir.Yaxınlıqdakı mağazadan lambıçqa alaraq geri görüş yerinə dönür. Ədliyyə əməkdaşlarının gözü önündə lambıçqanı sındıraraq özünə xəsarət yetirəcəyini dilə gətirir.

Dəfələrlə bildirir ki, məni Penitensiar Xidmətin 1 -saylı Cəza Çəkmə Müəssəsinin rəis Emin Həsənovla görüşdürün. Əks halda özümü burada öldürəcəm. Xidmət əməldaşları tərəfindən Nə bilirsən onuda elə cavabı alanda qadın sağ qolunu əlindəki şüşə parçası ilə doğrayır. Bu zaman xidmət aparan əməkdaşlardan bir nəfər qadına yaxınlaşır. C. Əliyevanı sakitləşdirərək söz verir ki, görüş alınmasada həyat yoldaşınız sizə zəng edəcək.

Ancaq deyilənlərə əməl olunmur. Əksinə məhkumu ağır cəza növü ilə cəzalandıraraq günahı olmadan karsa salıblar. C.Əliyeva onuda bildirir ki, bucür öz başınalıqa dəfələrlə rastlaşıb.

Hətta onuda qeyd edir ki, 12.10.2022-ci il tarixdə məhkumun yanına görüşə gələn zaman Çingiz adlı Nəzarətçi tərəfindən mobil telefon nömrəmin istəməsi yalan olmadı ki, mətbuata çıxan zaman Ədliyyə Nazirliyindən reaksiya verilərək sözü gedən şəxsin işdən azad edildiyi bildirildi.

Bu gündə bizim ailəyə bu haqsızlıq təkrarlanaraq davam edir. Gənc ailə olaraq Ədliyyə Naziri Fikrət Məmmədov canablarından xahiş edirik ki, müraciətimizi nəzərə alaraq tapdalanmış hüquqlarımızın bərpası üçün göstəriş versin. deyə sonda Cəbərut Əliyeva bildirir.

"Azərbaycan Reallığı"


 

Dünyapress TV

Xəbər lenti