Ardını oxu...
 
 

Son günlər Mədəniyyət Nazirliyində ciddi şəkildə islahatlara start verilib. Nazirin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli keçmiş nazir Anar Kərimovun kadrlarını tutduqları vəzifədən uzaqlaşdırmaqla məşğuldur. Nazirlik içində aparılan islahatlar artıq Regional Mədəniyyət İdarələrinə də çatıb. Buna misal olaraq Adil Kərimlinin son 1 ayda 3 idarə rəisini işdən çıxartmasını deyə bilərik. İşdən çıxarılan idarə rəisləri sabiq nazir Anar Kərimov tərəfindən vəzifəyə təyin edilən şəxslərdir. 

 
Məlumata görə  Adil Kərimlinin Mədəniyyət Nazirliyində apardığı islahatlar davam edəcək və digər regional idarə rəisləridə vəzifələri ilə vidalaşacaqlar. 
Xalqxəbər.az-a daxil olan məlumata görə işdən çıxarılacaq idarə rəislərindən biri də Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevdir. Haqqında müəyyən müsbət xəbərlər dolaşmasına baxmayaraq Rəşad Əliyevin sabiq nazir Anar Kərimovun əsas kadrlarından biri olduğu deyilir.
Məlumata görə Rəşad Əliyev nazir əvəzi Adil Kərimlinin apardığı islahatlardan ciddi şəkildə təşvişə düşüb. Bu barədə bir neçə gün öncə ölkə mətbuatında dərc edilən məlumatlarda qeyd edilmişdi. Həmin məlumatlarda vurğulanırdı ki, "Rəşad Əliyev Mədəniyyət Nazirliyindəki havadarları sayəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət fikir formalaşdırmaq və bununlada nazir əvəzi Adil Kərimlinin hədəfindən yayınmaq istəyir. Bunun üçün Rəşad Əliyev və müavini İlham Əhmədov internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında daha çox müsbət xəbərlərin dərc olunmasına start verib. Hətta idarə rəisi işçilərinə tapşırıq verərək, "Facebook" və "Instagram" sosial şəbəkələrinində Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəbərlərini davamlı paylaşılmasını və bütün işçilərin həmin xəbərləri yaxşı mənada bəyənmələri göstərişini verib". 
Bildirək ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində audit yoxlamalar aparılıb. Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar qanuna uyğun olaraq Milli Məclisə göndərildikdən sonra açıqlanacaq.
Daha bir məlumatda bildirilir ki, Rəşad Əliyevin yerinə Sumqayıt Regional Mədəniyyət İdarəsinin yüksək vəzifəli işçilərindən biri rəis keçmək niyyətindədir. 
Mövzuya qayıdacağıq. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

XalqXeber.Az

Ardını oxu...
 
 

Son vaxtlar mediada Qusar rayonu, İmamqulular kəndində fəaliyyət göstərən Məmmədov Məmməd Vladimir oğluna məxsus Tara Sexi barəsində əsassız və "qaralama konpaniyasına” xidmət edən xəbərlər dərc olunmaqdadır. Yalnızca Tara Sexinin qanuni və nümunəvi fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan bu xəbərlər kimlərinsə sifarişi əsasında yayılmaqdadır. Ölkə mətbuatında dərc olunan yazılarla bağlı araşdırmalar apardıq. Araşdırma zamanı məlum oldu ki, “Aztvnews.az” saytında yazılanlar həqiqəti əks elətdirmir. Adı qeyd olunan sayt qeyd edir ki, guya kənd ərazisində ağaclar kütləvi şəkildə qırılır və tara sexində doğranılır həmçinin yeşiklər hazırlanır. Xüsusilə qeyd edək ki, şərəf və ləyaqətə ləkə vuran xəbər tipli yazını dərc edən internet portalı və baş redaktorlarla bağlı dövlət tərəfindən sərt addımlar atılır. Bundan başqa bildirək ki, əlbətki Tara Sexində ağac olmalıdırda. Bu yeşiklər bəs nədən hazırlanmalıdır ay “savadlı” jurnalist? Həmin neqativ xəbəri dərc edən sayt baş redaktoru görəsən bunları nəyə görə düşünməyib. Bəlkə düşünmək üçün savadı çatmayıb. 

 
Tara Sexi barəsində saxta və guya etibarlı mənbələrdən əldə etdiyi məlumatları öz saytlarında dərc etməyə başlayan baş redaktorlardan biri Seymur Məmmədovdur. Aztvnews.az saytında heç bir jurnalist araşdırması aparılmadan ağacların doğranılmış vəziyyətini video kadrlarını yayımlayan “jurnalist” nəyə görə, sex sahibinin mövqeyini öyrənməyə çalışmayıb. Yoxsa gözləyib ki, görüm-baxım daha yüksək səviyyədə olsa mövqe dərc edərəm. Xüsusilə qeyd edək ki, heç bir əsas olmadan yayılan həmin xəbərlə bağlı redaksiya tərəfindən sex sahinin mövqeyi öyrənilməyib. Onu da vurğulayaq ki, istənilən Tara Sexlərinin həyətində kəsilmiş və doğranılmış ağaclara rəst gəlmək olar. Çünki bu təbii haldır. Ona görə ki, yeşiyin hazırlanmasında xammal kimi ağaclardan istifadə olunur. Qaldı sexə təşrif buyuran “jurnalistin” rəsmi sənədlər tələb etməsinə bu bir başa qanunsuzluqdur. Əgər əlində hər hansısa bir fakt varsa rəsmi şəkildə aidiyyatı qrumlara sorğu ver və cavabını al. Məlumdur ki, yalnızca sifariş əsasında fəaliyyət göstərən sözügedən "media” işçiləri sexdə çalışanların və rəhbərliyin xeyriyyəçilik işlərindən və dövlətçiliyimizə hər zaman verdiyi dəstəkdən söz açmaq niyyətində olmamışlar.
Ən əsas məsələ isə sexlə bağlı "qara piar” işlərini aparan Seymur Məmmədovun görülən işləri görməzdən nəyə görə gəlməsidir. Günümüzdə Tara Sexinə qarşı bu formada saxta ittiham və yalan məlumatlarla "qaralama konpaniya”sı həyata keçirməzdilər. Bir neçə baş redaktoru başlarına yığaraq sanki bir komanda kimi hər istədikləri nüfuzlu şəxsi və sahibkarı qaralamaqdadırlar. Qanunun həmin şəxslərə həddindən artıq humanist və qeyri-adekvat yanaşması onların hazırki hüquqa zidd fəaliyyətlərinə şərait yaratmışdır.

 

XalqXeber.Az
Ardını oxu...
Mədəniyyət və İncəsənət Universiteti “Xidməti minik nəqliyyat vasitəsinin satın alınması” üzrə 15.02.2023-cü ildə elan etdiyi tenderə yekun vurub. Tenderin şərtlərinə görə iddiaçı şəxs satınalan təşkilata ban növü sedan ,biznes klass, rəng qara, mühərrik benzin və ya hybrid , mühərrik həcmi 2000- 2500 sm3 ,mühərrik gücü 190-210 a/g, eni güzgülərlə birlikdə ən azı 1865 mm, uzunluğu ən azı 4975 mm, təkər bazasının eni 2870 mm, hündürlük ən azı 1445 mm, oturacaqların sayı 5, dəri salon, salon tünd rəng, yanacaq çəninin həcmi minimum 60-65 l, mühərrik: maksimum dönmə (Nm@rpm) 243, sürət yığma 0-100 km/s maksimum 9.1 san, qarışıq yanacaq sərfiyyatı 8.4 l/100 km, arxa və ön əyləclər ventilyasiya olunan disk, mərkəzi multimedia ekranını idarəetmə üçün kompüter mausu kimi sensor, naviqasiya 3D qrafika, LDA sistemi, arxa görüntü kamerası, oturacaqların isidilməsi və ventilyasiyası, ön və arxa park radar, yağış sensoru, mərkəzi qapanma, lyuk, aktiv təhlükəsizlik paketi, inteqrasiya edilmiş 3 rejim eco-normal-sport, kruiz kontrol tam sürət diapazonu, sükan qızdırıcı, təkər R18 və ya R19, istehsal ili minimum 2022-2023-cü il, yürüş 0 km olan avtomobil almalıdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə tender müsabiqəsi 29.03.2023-cü il tarixdə tamamlanmış və “DREAM AUTO” Məhdud Məsuliyyətli Cəmiyyəti 60 bank günü ərzində Mədəniyyət və İncəsənət Universitetinə 101.299 manat dəyərində avtomobil alacaq.

Qeyd edək ki, “DREAM AUTO” 2019 cu ildən Azərbaycanda “Audi” markalı avtomobillərin rəsmi idxalçısı kimi fəaliyyət göstərir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DREAM AUTO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.11.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BABƏK PR, ev 43A, qanuni təmsilçisinin isə Məmmədov Vüqar İmaməli oğlu olduğu göstərilir.

MMC-nin rəsmi veb-saytında “Audi” markalı avtomobillərin bütün növlərini tapmaq mümkündür. Məsələn şirkət “Audi” A6 55 S-line markalı avtomobili 148 877 manata, A6 40 Design markalı avtomobili 96 274, A6 40 Sport markalı avtomobili 113 147 manata, RS 3 Sedan markalı avtomobili 115 132 manata, TT Roadster markalı avtomobili 77 416 manata, satışa şıxarıb. Amma veb-saytda bir çox avtomobillərin qiymətləri göstərilmir ki, bu da çox güman razılaşma yolu ilə satışa çıxarılanlardır.

Şirkətin Mədəniyyət və İncəsənət Universitetinə satmaq istədiyi avtomobilin hansı marka olduğunu müəyyən edə bilmədik. Tenderin şərtlər toplusunda alınacaq avtomobilin ümumi vəziyyəti haqqında ətraflı məlumat verilməsinə baxmayaraq markası göstərilməyib. Bu isə müəyyən suallar yaradır.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Lakin görünən budur ki, nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanları, eləcə də ali təhsil müəssisələri xidməti avtomobillərlə bağlı qoyulan tapşırıqlara əməl etmirlər.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsini 30 iyul 2018-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova daşıyır. Görsənən odur ki, Universitet, daha doğrusu rektor xidməti avtomobili də özü üçün alır.

Aktualinfo.org

Ardını oxu...
DİA.AZ: - “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsi rəhbərliyinin özbaşınalığından DİA.AZ olaraq dəfələrlə yazmışıq. Amma görünəni odur ki, özlərini cəzasız hiss edən sözügedən qurumun başbilənləri nəinki qanunsuz əməllərini durdurmaq barədə düşünmədilər, əksinə daha da irəli getdilər. Bu barədə olduqca ilginc faktlarımız var və açıqlayacağıq. Hələliksə...

DİA.AZ-ın əldə etdiyi informasiyalardan belə aydın olur ki, "Azəriqaz"ın sözügedən idarəsində böyük mənimsəmələr olduğundan (qaz itkisi kimi rəsmiləşdirilirdi), artıq başları ağrımağa başlayan yerli məmurlar bu işi sıravi vətəndaşların hesabına həll etməyi düşünüblər və bu da rəhbərliyin gözündən yayınmayıb.

Əslində yayına da bilməzdi. Çünki işlətmədiyi təbii qazın pulunu ödəmək zorunda qalan vətəndaşlar da nəhayətdə etiraza qalxacaqdılar ki, qalxıblar da...

Məlumatı veən mənbə dia.az-a daha sonra bildirir: "Məhz bundan sonra narahat olub əl-ayağa düşən "Azəriqaz" rəhbərliyi yükləmələrlə bağlı materialların toplanmasına göstəriş verib. Dünən gün ərzində narazı abonentlələ bir yerdə "pakpoint"lərdə kodları yığıb arşdırmalar da aparılıb. Yəni aydın olur ki, "Azəriqaz" rəhbərliyi deyəsən, özü tədbir görməyə çalışır ki, hüquq-mühafizə orqanları işə qarışmasın..."

Məsələı diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

XÜSUSİ QEYD: Sözügedən idarə ilə bağlı bir məlumatımız da yayınlanacaq... Bizi izləməyə davam edin...
 
Ardını oxu...
Cəlilabadda məmur özbaşınalıqları davam edir. Bu barədə DOSYE.ORG-a rayon sakinləri məlumat verib. Xatırladaq ki, bir müddət öncə məlumat vermişdik ki, dövlətin balansında olan örüş sahələri artıq satışa çıxarılıb. Rayonun Qarağac kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara şikayət ünvanlasalarda, necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”.

Ötən yazılarımnızda bildirmişdik ki, Hamarqışlaq kənd icra nümayindəsi Mədət Nəzərov örüş sahəsini kənd sakinlərin birinə satıb. DOSYE.ORG-a məlumat verən kənd sakinlərinin sözlərinə görə mətbuatda tənqidi məqalə yayımlandıqdan sonra İqtisadiyyat Nazirliyinin məsül şəxsləri əraziyə baxış keçirərək faktın tam şahidi olmuşdurlar.

Məsələ burasındadır ki, Cəlilabad RİH başçısı Rafiq Cəlilov icra nümayindəsinın qanunsuz əməlləri barədə rayon prokurorluğuna məlumat vermək əvəzinə, onu müdafiə etməkdən belə çəkinmir. Məhz bu səbəbdən rayon sakinlərinin narazılıqları pik həddə çatmışdır.

Ölkə başçısı cənab İlham Əliyev Cəlilabad rayonuna R. Cəlilovu icra başçısı təyin edəndə ona öz tövsüyələrini verməklə yanaşı, həm də rayon sakinlərinin problemləri istiqamətində işlər körməyini tapşırmışdır. Lakin “kupça kralı” ləqəbini qazanan R. Cəlilov, prezidentin tapşırıqlarını arxa plana ataraq, öz şəxsi mənafeyini güdməklə kifayət qədər narazılıqlar yaradıb. Əlbətdə ki, bu cür narazılıqlar heç də bir mənalı qarşılanmır. Rayon sakinləri ölkə başçısından və digər dövlət qurumlardan kömək istəyir…

Məsələ diqqətimizdədir və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.OEG
Ardını oxu...
Azərbaycanda məktəbli qızlar arasında dava olub.
Teref.az lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb.Rayon ərazisində yerləşən internat məktəbin qız şagirdləri arasında düşən davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Dava edən qızlar 8 və 9-cu siniflərin şagirdləri olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bir neçə şagird arasında mübahisə düşüb:
“Polis əməkdaşları həmin yeniyetmələrlə profilaktik söhbət aparıb”.
Ardını oxu...
Bir müddət əvvəl Şəki rayonun Baş Göynük kəndinə gedən körpünün dağılma təhlükəsi ilə üzbəüz qalması barədə araşdırma yazısı vermişdik. Burada əsas diqqət 2019-cu ildən tam qəzalı vəziyyətə düşən Şəki rayonun Baş Göynük kəndinə gedən körpünün dağılma təhlükəsinin aradan qaldırılması vurğulanmışdır. Çox təəssüflər olsun ki, 143 nəfər kənd sakinlərinin imzaladığı və yuxarı orqanlara problemin təcili həll edilməsi ilə bağlı müraciəti bu günədək aidiyyatı orqanlar tərəfindən qulaqardına vurulur. Məsələ tərəfimizdən kəskin olaraq yenidən qaldırıldıqdan sonar isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Yol İstismar İdarəsi körpünün çuxurlar və çatlar əmələ gələn hissəsinin 2.5 kub m həcmdə asphalt material göndərməklə səpilməsini təşkil etmişdir. Kənardan baxdıqda körpü yolunun yamaqlı olsa da, kosmetik təmir edilməsi təsəvvürü yaranır. Amma reallıqda bu “maskirovka” əslində ləng partlayacaq minaya bənzətmək olar.

Qeyd edək ki, Şəki ilə müqayisədə ölkənin bütün regionlarında respublikanın yol infrastrukturu tamaimlə yeni, nisbətən göz oxşayan görkəm almasını vurğulamaq olar. Əsasən də turizm zonası hesab edilən Şamaxı, Qax, Zaqatala, Quba, Qusar, Xaçmazda da belədir, Lənkəran, Astara, Masallıda da, Balakəndə də. Respublikanın həmin və digər rayonlarındakı kəndlərarası və kənddaxili yollar adamın ruhunu oxşayır, qəlbə rahatlıq, zövq verir, xoş əhval duyursan. Ancaq Şəki şəhərdaxili yolları barədə (şəhərin özünə aparan magistral yoldan başqa) bunu demək mümkün deyil. Şəkinin özündə də, kəndlərarası və kəndlərdaxili yollar da çox az istisnalarla qətiyyən xoşagələn deyildir, narahatlıq, ikrah doğurur. Bəli, “Yol mədəniyyətdir” kəlamı yalnız Şəkidə keçərli deyil. Baxmayaraq ki, şəhərin yolları su və kanalizasiya xəttlərinin çəkilməsindən sonra əsaslı təmirlərə məruz qalmışdır.

Son vaxtlar bir-neçə foto-fraqmentdə Şəkinin özünün şəhərarası bəzi yollarının da yamaq-salxaq, çala-çuxur olduğunu gördükdə bir daha inanmalı olursan ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi üçün qədim tarixə malik, Azərbaycanın tarixi mədədniyyətini az çox özündə bu günümüzədək saxlayan, turizmin əsas marşrut xəttinin üstündə yerləşən Şəki şəhəri yol infrastrukturu məsələləri onun “siyahısında” ya heç yoxdur, ya da ki ən son plandadır.

“Şin çayı” üzərindəki körpünün bir hissəsi. Fevral 2023-cü il çəkilmiş bu şəkil özlüyündə çox qaranlıq məsələlərin üstünə işıq sala bilər. Belə ki, körpü istismara 2005-ci ildə verilib. Amma şəkillərdən və videolardan da göründüyü kimi artıq dağılmaq üzrədir və hər an uça bilər. Məlum olduğu kimi Şin daşqınların tez-tez baş verdiyi bir çaydır. Xüsusən də yaz aylarında dağlardan gələn sel suları Şin çayının daşmasına, sakinlərin təsərrüfatına ziyan vurur. Belə olan halda sözügedən körpünün tikintisi zamanı nə üçün bu kimi təhlükələr nəzərə alınmayıb? Şəki rayonunun 6 böyük kəndinə yol aparan, 20 mindən çox sakinin istifadə etdiyi bu körpü niyə birtərəfli inşa olunub? Əldə etdiyimiz məlumatlara görə körpünün tikintintisinə heç də az pul ayrılmayıb. “Körpü-Bina-Tikinti” MMC-nin tikdiyi bu körpüyə ayrılan pulların böyük hissəsinin vaxtı ilə “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutmuş, hazırda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov və uzun müddət Baş nazirin müavini olmuş Abid Şərifov arasında bölüşdürülmüşdür.

Bəs görəsən digər rayonlardan fərqli olaraq tarixi Şəkinin yollarının, körpülərinin get-gedə yaxşılaşması əvəzinə, sürətlə yararsız vəziyyətə düşməsinin səbəbinin 12 saylı “Şəki Yol İstismar İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə bir ildir ki, rəhbər təyin edilən tarix müəllimi cənab Rəhman Qədirzadə bu yöndə nə kimi işlər görməyi planlaşdırır. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Rəhman Qədirzadə 2009-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin Şəki, Oğuz və Qəbələ rayonlarında xidmət göstərdiyi 20 saylı zona şöbəsi müdiri olub. Onu yaxından tanıyanların sözlərinə görə burada əlilərə dövlət tərəfindən olunan yardımların çoxunu şəxsi məqsədləri üçün istifadə edib. Daha sonra Rəhman Qədirzadə 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri olub. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilmiş Rəhman Hümmətovun vasitəçiliyi ilə Şəki şəhəri Nəqliyyat Departamentinə rəis təyin edilib. Bu təyinat qısa zaman içində Şəkidə narazılıqlara səbəb olub. Buna görə də Rəhman Hümmətov onu təcili Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsinə gətirib. Məlumatlara görə onlar həm qohum, həm də sinif yoldaşı olublar. Şəki sakinlərinin verdiyi məlumata görə artıq Rəhman Qədirzadənin AAYDA sədrinin müavini vəzifəsinə çəkilməsi gözlənilir. Yol infrastrukturundan xəbəri olmayan, ixtisasca tarix müəllimi olan bir şəxsin bu kimi vəzifələrin başına yüksəlməsi heç də təsadüf olmadığını göstərir. Yəni nazir müavini Rəhman Hümmətovun sağ əlinin daim sinif yoldaşı Rəhman Qədirzadənin çiynində olduğunu təsdiqləyir.

Dövrü mətbuatın yazdığına görə Rəhman Qədirzadə Oğuz şəhərinin ən perspektivli, qaynar yerində, mərkəzində – Heydər Əliyev prospektində ticarət mərkəzi inşa etdirmişdir. Keçmiş DSK sədrinin tikdirdiyi ticarət mərkəzi 2 mərtəbəlidir. Ticarət mərkəzinin ümumi sahəsi min kvadrat metrə yaxın, qiymətinin isə yarım milyon manat civarında olduğu deyilir.

Qeyd etdiyimiz kimi 2022-ci ildə Rəhman müəllim sinif yoldaşı və qohumu olan Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun AAYDA –nin İdarə heyətinin sədri Saleh Məmmədova birbaşa göstərişi nəticəsində Rəhman Qədirzadə 12 saylı “Şəki Yol İstismar” MMC-yə rəis təyin edilmişdir. Təbii ki, S.Məmmədov da birbaşa nəqliyyat sahəsinə kurasiyalıq edən nazir müavinin göstərişini müzakirə belə etmədən həyata keçirmişdir. Sonradan əldə etdiyimiz məlumatlardan aydın olur ki, Şəkinin yol və körpü dərdi təkcə Rəhman müəllimlik deyil. Buraya Saleh Məmmədova yaxın bir şəxs təyin edilmiş olsaydı, onda Şəkinin kəndarası yollarının təmir tikintisinə pullar ayrılardı. O pulların da müəyyən hissəsi yolların yamanmasına sərf olunar, qalanı isə AAYDA rəhbərliyinə qaytarılardı. Yaxud da inanmaq olmaz ki, yeni yolların salınması məqsədilə də təsdiq edilmiş layihələrə pul ayrılmasında AAYDA rəhbərliyi süründürməçiliyə yol versin və yaxud bürokratiyaya cürət etsin. Axı Rəhman müəllimin arxasında duran məmur onun sinif yoldaşı və qohumu olan Dursunun nazir müavini olan oğludur. Bəs o zaman nə baş verir ki, Rəhman Qədirzadə səlahiyyətindən qanuni formada istifadə edərək idarəsinin balansında olan yolların və körpülərin saxlanması və əsaslı təmirində maraqlı olmasın? Hələlik bu sirrin səbəbi bizlərə aydın olmasa da, orası bəllidir ki, hörmətli Rəhman müəllim sıradan elə də aciz bir dövlət məmuru, ya da qanundan qorxan bir vətəndaş deyildir. Amma hər nə olursa, olan qədim tarixə malik Şəkiyə və onun sakinlərinə olur.

Aktualinfo.org
Ardını oxu...
Son günlər Sumqayıtın icra başçısı Zakir Fərəcovun yarıtmaz idarəçiliyi, bir sıra qanunsuz hərəkətləri barədə çesidli yazılara dərc edilir. Təbii ki, bu yazılardan sonra redaksiyaya yeni şikayət dolu informasiyalar və bununla yanaşı, cənab başçının “adamlarının” xahişləri də daxil olur. Bunlara başa salamaq olmur ki, bu xalqı və milləti heç vaxt aldatmaq olmur. Amma zaman-zaman bu xalqı və milləti aldadanlar olub və onların da axırı heç də yaxşı qurtarmayıb. Bəzi nazirlər, icra başçıları və digər vəzifəli şəxslər prezidentin onlara göstərdiyi etimadı doğrultmayıblar. Onlar həm cənab prezidentə, həm də bu millətə və xalqa xəyanət ediblər. Hansısa vəzifəli məmur isə bu işdən əl çəkmirsə, yolunu çaşıbsa, onlar düz yola qayıtmalıdılar.
Çünki cənab prezident İlham Əliyev də dəfələrlə çıxaşlarında bəyan edib ki, kimliyindən və hansı xidmətləri olmasından asılı olmayaraq, xalqa xidmət etmirsə, xalqın malına göz dikirsə, onlar gec-tez məsuliyyətə cəlb olunacaqlar. Cənab prezident bu mesajı dəfələrlə vəzifəli şəxslərə çatdırıb. Ondan nəticə çıxaranlar da var, çıxarmayanlar da. Amma görünən odur ki, dövlətin və millətin qanını soran məmurlar hələ də var və onlar çirkin əməlləri ilə məşğuldur. Z.Fərəcov və onun ətrafında formaşan komanda Sumqayıtı çalxalayır – dövlətin milyonlarını mənimsənilir və bu şəxslər hesab edir ki, hər şey cəzasəz qalacaq.
Ortada iş adamlarının konkret ittihamı var: “Zakir Fərəcov 16 nəfər iş adamının 2 milyon 100 min manat pulunu da qaytarmır. Həmin iş adamlarının bəziləri bu borc üzündən işlərini və evlərini, mülklərini itiriblər, dost-tanış arasına çıxa bilmirlər. Əlləri hər yerdən üzülən bəzi iş adamları isə tələblərinin yerinə yetirilməsi üçün canlarına qəsd edərək aclıq aksiyası keçirirlər. Dövlət büdcəsindən və prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhərinin abadlaşması üçün ayrılan pullar isə naməlum istiqamətə xərclənir, mənimsənilir. Zakir Fərəcovun ailə üzvlərinin evlərinin, mülklərinin tikilməsinə və təmir olunmasına xərclənir. Bu mənimsəmələrin bədəli isə Sumqayıtın abadlaşdırılmasını həyata keçirən bizim – iş adamlarının hesabına ödənilir”. bütün problemlər Zakir Fərəcovun birbaşa rəhbərliyi altında Adil Xudadatov-Hümbət Məmmədov cütlüyünün iştirakı ilə aparılıb. Məsələn Sumqayıt şəhərinin girişində, Yeni Bulvar kompleksinin tikintisində, Şəhidlər Xiyabanının abadlaşdırılmasında iştirak etmiş və üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirǝrǝk təhvil vermiş MMC-yə 2022-ci ilin avqust ayında fiziki şəxs kimi fəaliyyət göstərən “iş adamı” Məmmədov Hümbət Əlcavan oğlu Sumqayıt şəhərində yenidənqurma və abadlıq işləri ilə əlaqədar tenderi qazandığını bildirərək subpodrat müqaviləsi əsasənda işlərin böyük əksəriyyətini cəmiyyətə həvalə etməyi təklif edir. Ancaq müqavilə əsasında verilməli olan vəsait də artıq H.Məmmədovun hesabında yoxdur. Həmin vəsaiti hara, kimə, nə üçün ödənilməsi məlum deyildir. Digər bir halda isə Yeni Bulvar kompleksinin tikintisində baş verən qanunsuzluq yer alır. Belə ki, iş adamı Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığı iş adamlarına sifariş edir. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirir. Bu dəfə dövriyyəyə o vaxtkı şəhərin memarı Adil Xudadatov salınır və yenə də sahibkarların pulu verilmir.
Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda milyonlarla manatlıq borcu qaytarmaq istəməyən Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb.
Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği yüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.
cumhuriyyet.net
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olmuş Göyçay rayonu Cəyirli kənd sakinlərinin şikayət məktubunu təqdim edirik:
Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən

ŞİKAYƏT

Göyçay rayonu Cəyirli, Kürdəmiş və Qızılağac kəndlərinin əhalisinin istifadə etdiyi bir su arxı var.Ancaq həmin arxın üzərində yaxınlığnda çoxlu sayda ticarət və iaşə obyektləri inşa edilib əksər yerlərdə üzəri örtülüb.Buna görə suyun bol verilməsinə maneə yaranıb hər gün suya çirkab axıdılır.Su artan kimi daşıb həmin obyektlərə dolur deyə suyu az ölçüdə buraxırlar.Su azca artan kimi daşıb obyektləri basdığı üçün sahibləri şikayət edir deyə suyun verilməsini dayandırırlar.Nəticədə də 3 kəndin əhalisi zülm çəkir.

Həmçinin suya yaxın inşa edilmiş avtomobil yuma, təmiri sexlərinin və yeməkxanaların çirkabı 3 kəndin əhalisinin istifadə etdiyi su bərəsinə axıdılır.Buna görə 3 kəndin əhalisinin həyat və sağlamlığı təhlükədədir.3 kəndə gedən su arxının bu günə salınması əhaliyə təhqqirdir, cinayət əməlidir.Bir neçə işbaza görə 3 kənd əhalisi susuzluğa məhkum olunub həyatı ciddi təhlükədədir.Göyçay rayon rəhbərilinə bu barədə məlumat verilib hələki tədbir görülmür.

Prezident cənab İlham Əliyevdən xahiş edirik bu barədə təcili tədbir görülməsinə tapşırıq verəsiniz.

Feyzullayev Rahim Zülfü oğlu və digər 32 nəfər

 
 
 
Ardını oxu...

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

 

Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

O qeyd edib ki, direktor ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb. 

 
İlhamə Əbülfət

Dünyapress TV

Xəbər lenti