Ardını oxu...
 
 

 
Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzinin işçiləri arasında kütləvi dava olub

 
Bu haqda Dünyanınsəsi.Az saytına özəl mənbədən məlumat daxil olub.
Mənbə qeyd edir ki, 09 dekabr 20222-c il tarixdə GEMİN direktor əvəzi İsmayılova Hürrüyyət Mayıl qızı mərkəzə gələrək kollektivə bildirib ki, təcili qəzəetlərə abunə pulu yığılmalıdır.Məhz bundan sonra kollektivdə çaxnaşma başlayıb.Sonda yeganə Xanımla Zahirə xanım arasında baş verən qalmaqal sonda saçyolduya çevirilib.Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci şöbəsində bu tibbi personalının dava-dalaş faktları araşdırılır.Məlumat üçün onu da qeyd edək ki, direktor əvəzi hadisə baş verən zaman məzuniyyətdə olub.
Qaldı ki, baş verən olaydan və pulyığımı hadisəsindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru Sara Həsənovanın da yəqin ki, xəbəri var.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Dünyanınsəsi.Az

 

XalqXeber.Az
 
Ardını oxu...
…Bəli, bu hadisə məhkəmə yox, biabırçılıqdır və eyni zamanda əsl məzhəkədir. Doğrudan da hakim Marif Kazımov “şap elə bilir şupdadır, şup elə bilir şapdadır” prinsipi ilə işləyir. Dövlətin adından qərar verən hakim söhbətin nədən və boşaldılası evin hansı ünvanda olmasının fərqinə varmadan, eləcə də şikayətin əsaslılığını öyrənmədən, yəni məhkəmədə araşdırdığı işin predmetini dəqiq bilmədən hansısa maraq naminə belə bir qərar çıxarıb? Elə ona görə də indi haradasa baş verən bir haqsızlıqdan yazmaqla heç kəsi təəccübləndirmək olmur. Çünki hər bir vətəndaş Marif Kazımov kimi hakimlərin və işini öhdəsindən gələ bilməyən bəzi məmurların sayəsində istənilən qədər haqsızlıqla üzləşir. Bəzən adi bir problem məhz hansısa məmurun məsuliyyətsizliyindən şişib respublika səviyyəsinə çatır. Belə vətəndaşlardan biri də bu günlərdə redaksiyamızın qapısını döydü. Elə Gədəbəy rayon sakini Niyazi Yumux oğlu Məmmədov da başına gələn problemlə əlaqədar bizdən imdad istəyir. N.Məmmədovun özünü dinləyib, təqdim etdiyi sənədlərlə tanış olandan sonra adam dəhşətə gəlir ki, daha bu qədər də haqsızlıq olmaz axı. Bu haqsızlığa ədalət mücəssəməsi olan hakim də qoşulanda, adamın əli üzündə qalır. Baxmayaraq ki, yuxarıda qeyd etdiyim kimi, hər gün hansısa haqsızlıqlarla rastlaşırıq. Bununla belə, yenə də təəccübümüzü gizlədə bilmirik. Ona görə ki, bu haqsızlıqlara yol verən məmurlardan və hakimlərdən fərqli olaraq bizim sinəmizdə daş yox, ürək var. Bu səbəbdən də Niyazi Məmmədovu ürək ağrısı ilə dinlədik.

***

Problemin həllini aidiyyəti qurumların diqqətinə çatdırmaq üçün N.Məmmədovla “Təzadlar”ın efirində də söhbət etdik. Amma istəyirəm saytımızda bu barədə daha ətraflı məlumat verim. Söhbətin mahiyyəti ondan ibarətdir ki, N.Məmmədovu 28 il yaşadığı mənzildən iş adamı Oktay Əıliyevin tələbi və Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımovun qanunsuz qərarı ilə çıxarmaq istəyirlər. N.Məmmədovun verdiyi məlumata görə O.Əliyev iş adamıdır. O, N.Məmmədovun yaşadığı Gədəbəy rayonunun Əlinağılar kəndindəki 28 il yaşadığı evinin yaxınlığında restoran tikib. Həmin restorana tikməyə hazırlaşdığı otelə ən yaxın və rahat yol N.Məmmədovun yaşadığı evin ərazisinə düşür. Ona görə də O.Əliyev həmin evi sökdürüb restoranı üçün yol açmaq istəyir. Onu da diqqətə çatdıraq ki, O.Əliyevin meşə zolağının ərazisində, Şəmkir çayının kənarında tikdirdiyi restoranın sökülməsi üçün Gədəbəy Rayon İcra Hakimiyyəti və Meşə Mühafizəsi və Bərpası Müəsisəsinin rəhbərliyi tərəfindən Gədəbəy Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmənin 02.03.2015-ci il tarixdə qəbul etdiyi qərarda göstərilir ki, restoran sökülməlidir. Bu qərarla razılaşmayan O.Əliyev Gədəbəy Rayon Məhkəməsinin qərarından Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına kassasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Rüstəmov, İ.Mehdiyev, R.Muradov) 07.05.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh Əliyev Oktay İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməyib. O.Əliyev bu qərardan da Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.09.2015-ci il tarixdə çıxardığı qərarda O.Əliyevin şikayəti yenə də təmin edilməmiş və qeyri-qanunin tikdirdiyi restoranın sökülməsi haqqında Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərarı qüvvədə saxlanılmışdır.

Maraqlıdır ki, hər iki məhkəmə instansiyasında O.Əliyevin iddiası təmin edilməyib və restoranın sökülməsi qərara alınıb. Amma restoran hələ də nəinki sökülməyib, hətta ətrafında və Şəmkir çayının kənarında divarları daşlardan, üstü isə taxtalardan “besetka” lar tikilib. Bundan əlavə, həmin yerə istirahətə gələnlərin gecələməsi üçün otel də tikməyə hazırlaşır. Elə N.Məmmədovun 28 il yaşadığı evini sökdürmək istəyi də, həmin otelin yolunu asnlaşdırmaq üçündür.

***

Bizimlə söhbətində şikayətçi Niyazi Məmmədov onu da qeyd etdi ki, evinin yanında vaxtılə balıq vətəgəsi olub. İndi həmin yeri də O.Əliyev qeyri-qanuni olaraq zəbt edib və həmin yerdə otel tikmək niyyətindədir. «…Həmin otelə isə qısa yolu təmin etmək üçün O.Əliyev mənim evimi sökdürmək istəyir. Ona görə də O.Əliyev mənim 28 il yaşadığım «kupçalı» evimi əlimdən almaq üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət edib. Dövlət Reyestr Xidmətindən mənzil sahibi kimi çıxarışım olsa da, Gədəbəy Rayon Məhkəməsi 20.09.2022-ci il tarixdə hakim Marif Kazımovun sədrliyi ilə keçirilən iclasda 28 il yaşadığım mənzilin boşaldılması üçün çox gülməli bir qərar çıxarılıb… Bütün hüquqi sənədlər əlimdə ola-ola Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımov qanunsuzluq və özbaşınalıq edərək, şəxsi mənafeyini təmin etmək müqabilində mənim əleyhimə qərar çıxarıb. Bu qərarla mən 28 il yaşadığım evi tərk etməliyəm. Yaşadığım evə isə 04 sentyabr 2001-ci il tarixdə Dövlət Reyestr Xidmətindən qeydiyyat vəsiqəsi («kupça») verilib. Bütün bu sənədlər də hakim M.Kazımova təqdim edilib. Maraqlı bilirsinizmi nədir? Məhkəmədə iddiaçı Oktay Əliyev tez-tez hakimin üstünə qışqıraraq belə deyirdi: ”İşi nə uzadırsan? Tez ol, qərar qəbul elə, mən tələsirəm, işim-gücüm var”. Bu məhkəməyə və qanunlara hörmətsizlik deyilsə, bəs nədir? Hakimin isə O.Əliyevin bu tələbləri qarşısında müticəsinə durması onu göstərirdi ki, o, iddiaçı qarşısında gözü kölgəlidir. Mənə başqa adamlar vasitəsilə çatıb ki, hakim M.Kazımov bu işi həll etmək üçün qanunsuz yola gedib və… ona görə də O.Əliyevin qarşısında qul kimi dayanır. Bununla da O.Əliyevin qarşısında qul kimi dayanan hakim Marif Kazımov yox, Azərbaycanın qanunları olur. Çünki hamımızın bildiyi kimi, məhkəmədə qərarlar hakimlərin adından yox, Azərbaycan dövlətinin adından çıxarılır. Görün maddi maraq Marif Kazımova nə qədər güc gəlib ki, Azərbaycan dövlətinin adına zərbə vurmağı bir yana, evin boşaldılması haqqında qərarda mənim evim olan, yaşadığım Əlinağılar kəndi yox, Plan kəndi göstərilib. Bu həm gülməli, həm də ağlamalıdır. Məhkəmə icraçıları 22 aprel 2022-ci ildə mənim evimə gələndə mat qaldılar və məlum oldu ki, qərar Plan kəndindəki hansısa yarımçıq tikili üçün verilib. Mənim evim isə Əlinağılar kəndində 28 il yaşadığım hazır evdir. Qərarın ünvanının səhv olduğunu görən icraçılar, tez hakim Marif Kazımovun yanına qaçıblar. M.Kazımov da aprelin 25-də, tam qanunsuz olaraq, aprelin 20-sində qəbul etdiyi əvvəlki qərarı dəyişdi. Bu dəfə isə ünvan Qala kəndi göstərilmişdi. Yenə də hədəf mənim evimdir, amma ünvan başqa kənddir… Axı bu boyda savadsızlıq olmaz. Deməli, hakim işin predmetindən tam xəbərsizdir. Bu isə, Azərbaycan qanunlarını ayaqlar altına atıb tapdalamaq deməkdir. Məhkəmə bir gündə çıxardığı qərarı bir neçə gündən sonra dəyişdirə bilməz. Dünyanın heç yerində belə biabırçıığa rast gəlmək mümkün deyil. Yəqin ki, ədliyyə naziri və Məhkəmə Hüqüq Şurasının sədri cənab Fikrət Məmmədov Azərbaycan qanunlarını tapdayaraq, gözdən salan hakim Marif Kazımov haqqında çox ciddi tədbirlər görəcək…».

Şikayətçi Niyazi Məmmədov bizimlə söhbətində bir çox sənədlər göstərdi. Onların içərisində N.Məmmədovun Azərbaycan Republikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general -polkovnik cənab Əli Nağıyevə və surəti “Təzadlar” qəzetinin redaksiyasına ünvanladığı şikayət ərizəsi diqqətimi çəkdi. N.Məmmədov ərizəsində böyük bir haqsızlıqla üz-üzə qaldığını yazır. «…Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımovun qanunsuz əməllərinin nəticəsi olaraq 28 il yaşadığım “kupça”lı evimdən çıxarılma təhlükəsi var…» və s.

Şikayətçi sonda yazır: «Hörmətli Əli müəllim. Sizdən xahiş edirəm: Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilikdə nəzərdə tutulmuş hüqüqlarımın pozulması hallarının bərpa edilməsi, növbəti məhkəmə çəkişmələrində ədalətin pozulmasının qarşısını almaq məqsədilə aidiyyəti dövlət qurumlarına, eləcə də saxtakarlıqda əli olan məhkəmə hakimləri ilə yanaşı Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə təqdim edilmiş saxta sənədlərə görə onların cəzalandırılmasını təmin edəsiniz! 28 ildir xüsusi mülkiyyətdə olan və 2001-ci ildən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsində qeydə alınaraq, qeydiyyat vəsiqəsi verilmiş, binalardan biri 106.2 kv.m sahəsi olan və digər sənədlər üzrə 95,09 kv.metr sahəsi olan, hal-hazırda isə yerində 213 kv.metr sahəsi olan, tam təmirli yeganə yaşayış evinin əlimizdən zorla alınmasının qarşısını almağınızı və pozulmuş hüquqlarımızın bərpa olunmasında bizlərə kömək etməyinizi bir daha Sizdən xahiş edirəm!”

Göründüyü kimi, Gədəbəy sakini Niyazi Məmmədov, necə deyərlər, durduğu yerdə işə düşüb. Daha doğrusu, Gədəbəy Rayon Məhkəməsinin hakimi Marif Kazımov onu işə salıb. Axı necə ola bilər ki, hakim Azərbaycan dövlətinin adından qərar çıxararkən məsuliyyət hiss etmir, inanılmaz qanunsuzluğa yol verir???

İnanmaq istərdik ki Məhkəmə Hüquq Şurasında hakim Marif Kazımovun barəsində ciddi tədbir görüləcək. Hansısa pulun və tamahın gücünə vətəndaşı dövlətdən belə narazı salmaq olmaz. Prezident cənab İlham Əliyev dəfələrlə bildirib ki, ”…Hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi isə mən özüməm”.

Görəsən, Prezidentin bu tövsiyyəsinə əməl etməməkdə hakim Marif Kazımovun məramı və məqsədi nədir? O, vətəndaşı dövlətdən və qanunlardan niyə narazı salır?

Araşdırmamız davam edir… İnanırıq ki, bu və ya digər suallara tezliklə Ədliyyə Nazirliyindən, eləcə də İqtisadiyyat Nazirliyi tabeliyində olan Əmlak Komitəsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsindəki özbaşınalıqlarla əlaqədar cavab gələcək, günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar...
 //tezadlar.az//
Ardını oxu...
Tanış olun: Naxçıvanın "maşın qəssabı" Məhəmməd Nizami oğlu İmanov
Naxçıvan Doğum Mərkəzinin Baş həkimi Kəmalə Qurbanovanın (rəhbərlik etdiyi tibb müəssisəsində baş verən uşaq və ana ölümlərinə görə ona "Qəssab Kəmalə" də deyirlər) oğlu Məhəmməd İmanov da anasına çəkib.
Naxçıvan sürücüləri bildirirlər ki, polis baş leytenantı Məhəmməd İmanov onlara göz verir, işıq vermir. Ona da el arasında "maşın qəssabı" deyirmişlər.
Ardını oxu...
Teref.az yazır ki, bunu jurnalist Heydər Oğuz deyir. Fikirlərini şərh edən Heydər Oğuz daha sonra deyir:
Maraqlıdır ki, hazırda Naxçıvan Yol Polisində ən qəddar "maşın qəssabı" işləyən Məhəmməd İmanov 4 ildə 4 vəzifə dəyişib. Əvvəl Naxçıvan polis orqanlarında sahə inspektoru kimi əmək fəaliyyətinə başlayan Məhəmməd İmanov qısa müddətdən sonra cinayət axtarışı idarəsində əməliyyat müvəkkili vəzifəsinə keçib. Ardınca da daha yağlı idarədə - Naxçıvan MR DİN-in DYP idarəsində baş inspektor vəzifəsində işləyib. Nəhayət DYP-nin ən yağlı şöbəsinə - inzibati cərimələr üzrə baş inspektor vəzifəsinə hoppanıb. Hazırda Naxçıvanın əksər sürücüləri cərimələrini Məhəmməd İmanova ödəyir. Məhəmməd İmanov isə Vasif xanın "0 cinayət" siyasətini əsas götürüb dövlətə yox, öz cibinə qulluq edir.
 
Ardını oxu...
Sahil Babayev qazilərin problemlərinə biganə yanaşır

Hüquq müdafiəçisi, Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Məlikova Qarabağ qazisi Bahadur Səftərovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.

Bu barədə "Aqrument.az"a Lətafət Məlikova danışıb.

Ardını oxu...
Lətafət Məlikova

O deyir ki, Qarabağ qazisi səhhətində ciddi problemlər olsa da, sürüdürməçiliyə məruz qalıb, o üzdən də əlillik ala bilmir: "Cənab İlham Əliyev, mən bir müharibə veteranının səsini sizə çatdırıram. Ona görə də əmək və əhalinin müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyətini nəzərdən keçirməyinizi xahiş edirəm. Bahadur Əliqənbər oğlu Səftərov dəfələrlə müraciət etsə də, ona ömürlük təyin edilmiş təqaüd may ayından kəsilib, müayinələrə göndərilib, sənədlər agentliyin elektron sisteminə vurulub, lakin agentliyin Vüsal adlı həkimi (lor) tərəfindən onun işi bilərəkdən ləngidilib və əlilliyi təyin olunmayıb".
Ardını oxu...
Bahadur Səftərov Şamaxı şəhəri, N. Nərimanova keçəsi, ev 110 ünvanında yaşayır.

Lətafət Məlikova məsələ ilə maraqlandıqdan sonra özü də həkimlə görüşdüyünü deyir: "Oktyabrın 4-də Bahadur Səftərovla birlikdə şikayətlə əlaqədar Vüsal həkimlə görüşdük. Sənədlər ona təqdim edildi. Həkim dedi ki, bu sənədlər boş bir şeydir. İstəsəm, əllik təyin etmərəm. Ona izah etdim ki, əlillik təyinatı istəklə deyil, xəstəliyinin dərəcələri ilə müəyyən olunur. Təyin olunmasa məhkəməyə müraciət ediləcək. Bizi 306 saylı otağa dəvət etdi. Bahadur bəy tam eşitmədiyi üçün onu müşayət edirdim. Həkim orada calışan işçini harasa göndərdi. Xanım gəlib məlumat verdi ki, əlilik 15 avqustdan təyin olunub, Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsi ilə əlaqə saxlayın. Tezliklə təqaüd veriləcək. Amma təəssüf ki, təqaüd verilmədi. Vüsal həkim bizə yalan məlumat verdi. Bununla da, özünün dediyi kimi "istəmədiyi" sənədləri - dövlət müəsisəsinin qanuni analizlərini heçə saydı".
Ardını oxu...
"Noyabrın əvvəlində əlillik təqüdünün gecikməsi ilə əlaqədar nazirliyin nəzdindəki İctmai Şuraya müraciət olundu. Təəssüf ki, bunun da heç bir nəticəsi olmadı. Sənədlər ekspertə göstərilib. Yekun rəy odur ki, Səftərov Bahadur Əliqənbər oğluna 100% əlilik təyin olunmalıdır. Hətta təyin olunmaması bir cinayətdir. Təəssüf ki, üstündən 10 ay keçməsinə baxmayaraq, sənədlər tam qaydasında olsa da, bilərəkdən iş yubadılır. Halbuki mövcüd xəstəliklə müraciət edənlərə 3-cü dərəcəli təqaüd təyin olunub", - deyə Lətafət Məlikova bildirib.
Ardını oxu...
Hüquq müdafiəçisi ölkə başçısından xahiş edir ki, müharibə veteranının haqlı şikayətini əlaqədar qurumlara müvafiq göstəriş verilsin və bu işə məsuliyyətsiz yanaşanlar cəzalandırılsın: "Anlamıram ki, 10 ay müddətində nəyi araşdırırlar? Adam eşitmir. Ekspertlər də təsdiq ediblər".

Məsələ bir neçə gündür ki, ictimailəşib, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər hansı bir rəsmi münasibət bildirməyib.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Goranboyun icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin içkili vəziyyətdə qəza törətməsi və piyadanı vurması faktı ilə bağlı yeni – yeni detallar üzə çıxmaqdadır. Hadisəni ört-basdır etməyə çalışan icra başçısı zərər çəkən ailəni susdurmağa və şikayət etməməsinə nail olub. Reportyor.info-nun Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuda xəsarət alan şəxsin tibbi ekspertizadan keçib-keçməməsini aydınlaşdırmaq istəyərkən, nazirlikdən verilən cavabda bildirilib ki, ailəsi uşağın tibbi ekspertizadan keçməsindən imtina edib. Bunu saytımıza
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov sorğumuza cavabda qeyd edib.
Qanun da buna icazə verdiyi üçün polis əlavə addım ata bilməyib. Bildirək ki, hadisə zamanı azyaşlı uşaq xəsarət alıb. Ü.Əliyevin vurduğu piyada uşaq olub və ayaqlarından ciddi zədə aldığı üçün əməliyyat edilib. Lakin əməliyyat xərclərini üzərinə götürən, ailəni razı salan icra başçısı M. Quliyev işin tibbi ekspertizadan keçirilməsinə əngəl olub. Bildirilir ki, piyada vurulması faktı varsa dərhal tibbi ekspertiza təyin olunmalı idi. Ancaq ailə şikayətçi olmadığı üçün tibbi ekspertizadan keçirməyiblər. DİN də bunu açıqlamasında təsdiqləyir. Əslində qəza törədən şəxs sürücülükdən məhrum edilməli, barəsində cinayət işi açılıb araşdırma aparılmalı, zərər çəkən uşaq tibbi ekspertizadan keçirilməli, nəhayət işə məhkəmə baxmalı idi. Amma icra başçısının “fövqəlgücü” sayəsində məsələni bağlaya biliblər. Nəticədə icra başçısı sərxoş halda qəza törədən köməkçisini xilas edib. Amma məsələnin mediada yayılması, Goranboyda əhali arasında müzakirələrə səbəb olması hadisənin araşdırılmasını hələ də açıq saxlamaqdadır. İcra başçısı isə bu işin mediada yayılmasından möhkəm narahat olub və hətta qəzəblənib ki, niyə üzə çıxıb. Ortada isə törədilən bir cinayət var…
Göründüyü kimi, sadə insanlarla məmurların “fərqi” var. Onlar “seçilmiş” bəndələrdir, hətta içkili vəziyyətdə uşağı da vursalar, hansısa formada işi ört-basdır etmək “qüdrətinə” malikdirlər.

Xatırladaq ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov da faktı təsdiqləyib. Onun sözlərinə görə, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.
“Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.
 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yoxlamalara qərar verilib.
Ovqat.com-un məlumatına görə, ilkin yoxlamalar zamanı milyonlarla vəsaitin dövlət büdcəsindən yayınması faktı aşkarlanıb.
Qeyd olunur ki, MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə “Pəncov” İsanın kəşfidir. Onun da ustadı kimi, el arasında əməlinə layiq ləqəbi var - “Kupça” Müslüm.
 
Ardını oxu...
Gəncə şəhər sakini Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən,Gəncə şəhər 2 nömrəli şəhər xəstəxanasından eləcə digər dövlət qurumları tərəfindən süründürməçiliyə məruz qalmasından şikayətlənir.
Bu haqda Dünyanınsəsi.Az saytına Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisii Həsənova Cənnət Niyaz qızı tərəfindən şok video-şikayətlər daxil olub.
Belə ki, ağır xəstəliklərdən əziyyət çəkməklə respubilkanın mötəbər xəstəxanalarında müayinə və müalicə olunan şikayətçinin hər yerdə hüquqları pozulmaqla süründürülür.Hətta şikayətçi qeyd edir ki, xəstəliyi ilə bağlı Gəncə şəhər 2 nömrəli şəhər xəstəxanasının Nevroloqu Düristkarı Vaqif ondan tələb etdiyi rüşvəti imkanı olub verə bilmədiyindən xəstəxnadan xaric edib.Hazırda Düristkarı Vaqif Gəncə şəhəri İstanbul Genetics Klinikasında çalışır.Həm də şikayətçi Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən incidildiyinidə qeyd edib.

Belə ki, şikayətçinin xəstəlik bületeyini ola-ola onu Gəncə MKTİN-nin baş mühasibi qəbul etmir.Bildirir ki, get kimə şikayət edirsən et.Yənu bu dövlət qurumunda qanunlar ayaqlar altına atılmaqla hər kəs özünü bir “ağa” kimi aparır.
İcra Hakimiyyəti başçılarının əsas gəlir mənbələrindən birinin də rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinin olduğu, son vaxtlar bir neçə vəzifəli şəxs həbs olunduqdan sonra üzə çıxdı.Bu hadisələrdən sonra sözügedən təsərrüfat idarələrində mənzil fonduna ayrılmış dövlət vəsaitlərinin demək olar çox böyük hissəsinin vəzifəli şəxslər tərəfindən mənimsənilməsi faktı sanki, rəsmi şəkildə təsdiqini tapdı.Məlum olduğu kimi,son illər sözügedən qurum icra başçısının yeganə qazanc mənbəyi olduğundan bu idarədən olan şikayətlərə baxılmır.Məhz buna görədə vətəndaşlarımız son ümid yeri kimi mətbuat orqqanlarına üz tutmlı olurlar.Medianın nə topu var nə də ki, topxanası.Media orqanın bir imkanı var ki,o da vətəndaşın şikayətini işıqlandırmaq.
Şikayətçi mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya eləcə də Baş Prokuror Kamran Əliyev cənablarına üz tutuaraq müraciət edir ki, onun bir vətəndaş kimi şikayətinə baxılmasına aidiyyatı üzrə göstəriş versinlər.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Gəncə sakinin video-şikayətini təqdim edirik:

 
Ardını oxu...
Mərhum prezident Heydər Əliyevin anım günü Ordubad şəhərində qeyri-adi hadisə ilə yadda qalıb.
Şəhərdəki mənbələrdən aldığımız məlumata görə, 12 dekabr 2022-ci il tarixində rayon prokuroru Kənan Seyidovun qaynanası “peraşki” bişirdiyi çörək zavodunda xadiməni bıçaqlayıb. Hadisədən sonra xadiməçi ilə valideynləri dərhal rayon prokurorluğuna aparılıb və onlardan bu xuliqanlıq hadisəsinin açılıb-ağardılmaması tələb olunub. Əks halda xadimənin valideynlərinin həbs olunacağı, özünün isə işdən atılacağı onların nəzərinə çatdırılıb.
“Xadimənin kürək nayihəsi göyərib, qolunda isə bıcaq kəsiyi var. Müvafiq dairələr hadisənin izi itmədən iddialarımızı yoxlaya bilərlər”, - mənbəmiz bildirir.
Bildirildiyinə görə, xadimə çörək sexinə yenicə işə giribmiş və mübahisə kiçik bir hadisə üstündə çıxıb. Prokurorun qaynanası isə görünür, rayon qolçomağı ilə qohumuluğu səbəbindən özünü toxunulmaz şəxs hesab edir və onunla söz güləşdirməyə cəhd göstərən xadiməni bıçaqlayıb.
Xadimə artıq 3 gündür işə gəlmir.
Heyder Oguz
Teref.az
 
Ardını oxu...
Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Xəlilov fermerlərə qənim kəsilib….

ASC-nin sədri Zaur Mikayılov hara baxır..?

İki il öncə prezident İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş müşavirə zamanı bu sahədə hökm sürən problemlər barədə çox sərt danışdı.

Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirdi. Prezident onu da əlavə etdi ki, itkilərin əsas mənbəyi bərbad vəziyyətdə olan SU KANALLARIDIR, amma təkcə kanallar deyil: “Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. 40-50 faiz itki dözülməz səviyyədir”.

Təsəvvür edirsiniz, XXI əsrdə, elm və texnologiyanın inkişaf etdiyi müasir dövrdə SU İTKİSİ 40-50 FAİZ.

Heç orta əsrlərdə belə itki ola bilməzdi. Əslində bu 40-50 faiz su itkisinin arxasında kimlərinsə mənimsədiyi 100 milyonlardan, milyardlardan söhbət gedir. Bu su kimlərəsə satılıb və pulu mənimsənilib, su göyə buxarlanmayıb. Prezidentimizin dediyi kimi bəzi hallarda heç itki olmur, sadəcə, şişirdilir.

Ən dəhşətlisi odur ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mikayılıov, onun müavini Rafiq Aslanov və digər rəhbər şəxslər heç bir tədbir görmürlər.

ASC-nin rəhbərliyi dəyişəndən sonra yerlərdəki qurumların, Suvarma sistemləri idarələrinin rəsiləri də dəyişdi. Və Şəmkir rayon Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olundu – Tahir Xəlilov.

Bu gün Şəmkirdə çalışan fermerlər, sahibkarlar, kəndlilər, iş adamları Tahir Xəlilovun əlindən qan ağlayır. Təsəvvür edirsiniz, kəndli, fermer minbir əziyyətlə taxıl, buğda, qarğıdalı, yonca əkir, becərir, pul xərcləyir, amma Tahir Xəlilov su vermədiyi üçün bütün məhsul məhv olur. Tahir Xəlilov hər dəfə yalandan deyir ki, anbarda su yoxdur.

Fermerlər deyir ki, qoyun-quzuya su vermək üçün maşınla su almağa məcburuq. Təsəvvür etdinizmi, kəndli, yaxud fermer mal-qarasını sulamaq üçün maşınla su alır.

Tahir Xəlilov kimilərin səbəbindən min hektarlarla əkin sahəsi, buğda, qarğıdalı sahələri quruyur, heyvanlar susuzluqdan tələf olur. Şəmkir sakinləri deyir ki, Tahir Xəlilov heç kimi qəbul etmir, heç kimi saymır, özünü ASC-nin yeni sədri Zaur Mikayılovun dostu kimi qələmə verir və heç kimdən çəkinmir.

Prezidentimiz ərzaq təhlükəsizliyi üçün fermerlərə, iş adamlarına, kəndli təsərrüfatlarına hər cür dəstək olmağı dəfələrlə bildirb. Amma Tahir Xəlilov kimi məmurlar bunu nəzərə almır.

Sözün qısası, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində vəziyyət dözülməz həddə çatıb. Fermerlər, Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və digər dövlət rəsmlərinə müraciət edərək kömək istəyirlər. /Nuh.az/

 
Ardını oxu...
Müalicəyə ehtiyacı olan əlilləri ələ salan qanunlardır, yoxsa məmurlar...

Azərbaycan hökumətinin 2018-ci ildən sonra apardığı struktur və kadr islahatları bir çox sahələrdə olan korrupsiya və digər qanun pozuntularını nəinki aradan qaldırdı, əksinə bu sahədə vəziyyəti daha da qəlizləşdirdi.

Dövlət strukturlarının hüquqi bazalarının təkmilləşdirilməsi və bir sıra qanunlara edilən dəyişikliklər 2-3 il əvvəl ardıcıl baş verən devalvasiyaların məngənəsində boğulan hökumətin "kəmərbərkitmə" siyasətinə xidmət etdi.

Hökumətin həyata keçiridyi bu siyasət faktiki olaraq bir çox dövlət orqanlarını, yerli icra hakimiyyətlərinin fəaliyyətini iflic edərək, strukturlararası əlaqələrin pozulmasına gətirib çıxardı.

Azərbaycanda hökumətin apardığı struktur və kadr islahatları fonunda vətəndaşların ən çox narazı qaldığı, daha doğrusu vətəndaşlar ilə arasında böyük uçurum yaranan nazirliklərdən biri də heç şübhəsiz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Sahil Babayevin nazir təyinatından sonra apardığı əndrabadi kadr dəyişiklikləri və nazirliyin əsasnaməsinə edilən bəzi dəyişikliklər vətəndaşların həssas, xüsusi qayğıya ehtiyacı olan təbəqəsini - əlillərin, qazilərin və şəhid ailələrinin böyük əksəriyyətində ciddi narazılıqlar yaratdı.

Nazirliyin indiki rəhbərliyi Səlim Müslümovu "təkrarlayır"

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2021-ci ilin fevral ayında həbs edilməsi uzun illərdir əhalinin kasıb və imtiyazlı təbəqəsinə dövlət büdcəsindən ayrılan yüz milyon manatlarla vəsaitin nazirliyin yüksək vəzifəli şəxsləri tərəfindən mənimsənildiyi faktını aşkara çıxardı.

DTX-nin həmin dövrdə sabiq nazirin həbsi ilə bağlı açıqladığı məlumatda Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktların aşkarlandığı, aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi bildirilirdi.

Səlim Müslümovun sonralar davam etdirilən məhkəmələrində şəhid ailələrinə və qazilərə dövlət tərəfindən inşa edilən evlərin həmin şəxlsərə növbədənkənar verilməsi üçün rüşvət alındığı da şahid ifadələrində öz əksini tapıb.

Şikayətlərdən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində baş verən qanun pozuntuları və digər maxinasiyalar əvvəlki dövrlərdən daha geniş vüsət alıb.

Nə baş verir? - Nazirlə Agentlik sədrinin "işbirliyi"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi qurumlardandır. Bu nazirlikdən sosial şəbəkələrdə, mediada hər gün yüzlərlə şikayətlər dərc edilir.

Pensiyaların təyini və əlillik dərəcələrinin təyin olunması istiqamətində olan qanunsuzluqlardan şikayətçi olan vətəndaşların sayı minlərlədir.

Qarabağ qaziləri və şəhid ailələrinin ən çox şikayət etdiyi qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyidir.

Sosial Xidmətlər Agentliyinə 2020-ci ildə sədr təyin edilən Vüqar Behdudovun fəaliyyəti bütövlükdə hökumətin sosial siyasətini biabırçı duruma salıb. Zaman-zaman mediada Qarabağ qazilərinin, şəhid ailələrinin Sosial Xidmətlər Agentliyinin yarıtmaz siyasəti barədə tirajlanan şikayətlərinə maraqlıdır ki, nə nazirlik, nə də Nazirlər Kabineti heç bir reaksiya vermir.

Bu isə şikayətçi vətəndaşlarda Sosial Xidmətlər Agentliyinin sədrinin atdığı narazılıq yaradan fəaliyyətinin yuxarı instansiyalarla razılaşdırılmış ehtimalını yaradır.

"Arqument.az"ın əldə etdiyi məlumata görə, Nazirlər Kabineti cari ildə sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) və sağlamlıq imkanları məhdud şəxslərə ərzaq alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə dövlət büdcəsindən 20 milyon manat ayırıb.

Hökumətin qərarına əsasən Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən mərkəzlərə ərzaqlar "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilməsi göstərilməyinə baxmayaraq, ərzaqların satın alınması Vüqar Behbudova və onun yaxın ətrafına məxsus şirkətlər tərəfindən həyata keçirilir.

2021 və 2022-ci illərdə bu məqsədlə ayrılan 20 milyon manat tamamilə Agentlik sədrinə və ona yaxın ətrafına məxsus şirkətlər tərəfindən sənədlər üzərində xərclənib. Acınacaqlı məqam isə budur ki, sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) ərzaq alınması üçün ayrılan 20 milyon manat vəsaitin təxminən 5-6 milyon manatı bu işlərə sərf edilib.

Yerdə qalan vəsait isə Vüqar Behbudovla Sahil Babayev tərəfindən mənimsənilib. Təbii ki, ərzaqların alınması üçün ayrılan vəsaitlərin böyük həcminin mənimsənilməsi sağlamlıq imkanları məhdud insanlara verilən qidaların keyfiyyətinə də birbaşa təsir edir.

Məhz buna görədir ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) verilən qidaların keyfiyyəti əvvəlki illərlə müqayisədə xeyli dərəcədə aşağıdır.

Vüqar Behdudov nazirlik içində nazirlik yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səlim Müslümovun rəhbərlik etdiyi dönəmdən çalışan, korrupsiyanın, maxinasiyanın A-dan Z-yə əlifbasını mənimsəyən Vüqar Behbudovun Sosial Xidmətlər Agentliyində "fəaliyyəti" tərəfindən sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) qidaların alınması üçün ayrılan 20 milyon manat vəsaiti öz şirkətlərinə ötürməsi ilə yekunlaşmır.

V.Behbudov demək olar ki, Agentliyin həyata keçiridyi bütün layihələrə "nəzarət" altına almağı bacarıb. Belə ki, Nazirliyin sifarişi ilə həyata keçirilən tikinti və təmirlər (fərdi yaşayış evləri və təmirlər) Vüqar Behbudovun nəzarətində olan şirkətlər tərəfindən həyata keçirilir.

Maraqlıdır ki, nazirlik tərəfindən təmir və yaxud inşa edilən tikililərin smeta dəyəri də şişirdilir. İlginc məqam isə budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən bu maxinasiya hallarına heç bir hüquq mühafizə orqanları və digər nəzarətedici rəsmi qurumlar reaksiya vermirlər.

Sağlamlıq imkanları məhdud insanların psixoloji və sosioloji reabilitasiyaları üçün ayrılan vəsaitlər də Vüqar Behdudova yaxın olan və Sahil Babayevin mediada PR kampaniyasını aparan QHT-lərə verilir.

Vüqar Behbudovun "putyovka" biznesi

Sosial Xidmətlər Agentliyi Azərbaycan qanunlarına görə sosial xidmətə ehtiyacı olan şəxslərin reabilitasiyası, sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə məşğul olur. Agentlik Qanunda nəzərdə tutulmuş xidmətlərlə yanaşı vətəndaşların sanatoriya-kurort göndərişləri (putyovkaları) ilə təmin edilməsini də təşkil edir.

Bu məqsədlə hər il dövlət büdcəsindən şəhid ailələrinə, qazilərə və digər imtiyazlı şəxslərə dövlət hesabına ölkədaxili sanatoriyalara göndəriş verilir.

Vüqar Behbudov Sosial Xidmətlər Agentliyinə sədr gətirildikdən sonra bu putyovkalara ayrılan vəsaitlər də mənimsənilir. Belə ki, əlil və şəhid ailələrinə ayrılan putyovkaların smetası şişirdilərək Vüqar Behdudova məxsus olan olan istirahət mərkəzlərinə, daha doğrusu, "kafelərə" yönləndirilir.

Məsələn, fizioterapiyaların və digər tibbi xidmətlərin olduğu sanatoriyalara 500-550 manata verilən göndərişlər (putyovkalar) Vüqar Behbudova məxsus olan (heç bir tibbi xidmət göstərilməyən) istirahət mərkəzlərinə 800-900 manata verilir.

Aydın məsələdir ki, başqa sanatoriyalara 500-550 manata verilən göndərişlərin Vüqar Behbudova aid olan istirahət mərkəzlərinə 800-900 manata rəsmiləşdirilməsində əsas amillərdən biri də "otkad" əməliyyatlarının olmasıdır.

"Arqument.az"a sağlamlığını itirən bir qrup Qarabağ qazilərinin adından göndərilən məktubda deyilir: "Vüqar Behbudov Agentliyə sədr təyin edildikdən bir müddət sonra Quba rayonunda sanatoriya adı altında istirahət mərkəzi tikdirib.

Bu gün sanatoriya adı ilə qazilərimiz müalicə və digər tibbi prosedurlardan yararlanmadan həmin məkana sanki gəzintiyə aparılır. Əvvəllər nazirlik tibbi xidmətin olduğu sanatoriyalara putyovkalar verirdilər. Bizim kimi sağlamlığı məhdud olan insanlara mənzərəli yerlərdə olan restoranlarda bir qarın yemək yox, ağrımızı azaldan, səhhətimizə müəyyən qədər müsbət təsir edən sanatoriyalar lazımdır. Sosial Xidmətlər Agentliyi isə bizi heç bir tibbi xidmətin olmadığı restorana göndərir. Vüqar Behbudovla Sahil Babayev bu əməlinə görə Səlim Müslümovun atasına rəhmət oxutdurur. Hər il dövlət büdcəsindən qazilərə, əlillərə şəhid ailələrinə sanatoriyalara getmək üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Lakin Vüqar Behbudovla Sahil Babayev bu vəsaitlərin mühüm hissəsini tikintilərə ayırıb öz şirkətlərinə verir. Sağlamlığımız üçün ayrılan pullar bu gün Sosial Müdafiə nazirliyinin şişirdilmiş tikinti tenderlərinə xərclənir".

Agentlik sədri vitse-prezidenti də eşitmir?

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun adı dəfələrlə bir sıra korrupsiya və qalmaqallarda hallanıb. Qarabağ qazilərinin və şəhid ailələrinin, imtiyazlı vətəndaşların mütəmadi şikayətçi olduqları Agentlik sədri bəzən yuxarı instansiyalardan - Nazirlər Kabinetindən və Prezident Administrasiyasından gələn müvafiq tapşırıqlara da məhəl qoymur.

Bir müddət öncə Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik ev 1, mənzil 2 ünvanında qeydiyyatda olan 2-ci qrup Qarabağ müharibəsi əlili və veteranı, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunmuş e.o gizir Əzizzadə Rəhman Həsən oğlu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovdan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə şikayət edirdi.

Qazi şikayətində kirayədə yaşadığını, gözdən əlil olduğunu qeyd edir, Birinci Vitse-prezident Mehriban Əliyevanın ona dərhal ev verilməsi üçün müvafiq tapşırıq verdiyini bildirirdi.

Qazi Mehriban Əliyeva və köməkçisi Anar Ələkbərov ilə görüşdən sonra məsələ ilə əlaqədar olaraq onu qəbul edən Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun ona etinasız yanaşdığını, vitse-prezidentin tapşırığını yerinə yetirmədiyini vurğulayırdı.

Mənbə: Arqument.az
 
 
 

Dünyapress TV

Xəbər lenti