Dəliliyə qalib gələn dahi: “oyun kralı”nın acı aqibəti
Şizofreniyadan sağalan və Nobel mükafatı qazanan alimin inanılmaz ölümü

Con Neş oyun nəzəriyyəsinə verdiyi böyük töhfələrlə istedadlı riyaziyyatçı kimi şöhrət qazandı. Lakin onun taleyinə qorxunc psixiatrik diaqnoz — paranoid şizofreniya — müdaxilə etdi və bu xəstəlik az qala onun karyerasının sonu olacaqdı. Xəstəlik Neşin həyatını ciddi şəkildə dəyişsə də, o, buna qalib gəlməyi bacardı.

1959-cu ildə bu diaqnoz qoyulduqdan sonra Neş Massaçusets Texnologiya İnstitutundakı vəzifəsini tərk etməli və bir müddət "qürub etməli" oldu. Qeyri-sabit davranışlar, dəfələrlə xəstəxanaya yerləşdirilməsi və sayıqlamalar — bütün bunlar az qalmışdı ki, dünyanı dahi riyaziyyatçıdan məhrum etsin. Belə ağır bir diaqnoz zamanı dərman terapiyası adətən effektli olmur, lakin Con Neş istisnaya çevrildi və 1980-ci illərə doğru aydın düşüncə ilə elmi aləmə geri döndü.

Con Neş: hər şeylə maraqlanan uşaqdan riyaziyyat dahisinə

Gələcək riyaziyyat dahisi 1928-ci il iyunun 13-də ABŞ-ın Qərbi Virciniya ştatında elektrik mühəndisi atanın və ailə qurana qədər 10 il müəllim işləmiş ananın ailəsində anadan olmuşdu. Uşaqlıqdan qeyri-adi intellektual bacarıqları ilə seçilən Neş çox oxuyan və çox maraqlanan idi. Valideynləri onun elmə olan marağını dəstəkləyirdilər, eyni zamanda, digər uşaqlarla çətin sosiallaşmasından narahat idilər.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-06_1750007236_1.jpg
O, 16 yaşında Karnegi Texnologiya İnstitutuna daxil olaraq kimyəvi maşınqayırma sahəsində təhsil almağa başladı. Lakin professorlar onun qeyri-adi riyaziyyat qabiliyyətini görərək, Neşi ixtisasını dəyişməyə razı saldılar.

1948-ci ildə o, riyaziyyat üzrə həm bakalavr, həm də magistr dərəcələrini qazandı və Prinston Universitetinin aspiranturasına daxil olmağı qərara aldı. Bu yeni təhsil ocağında Neş cəbr həndəsəsi sahəsində əsl elmi sıçrayış edərək, özünü istedadlı riyaziyyatçı kimi tanıtdı.

Prinston Universitetində təhsil və elmdə ilk uğurlar

Prinston Universitetindəki təhsil sayəsində gənc alim 27 səhifəlik dissertasiya yazdı. Bu işdə o, daha sonra "Neş tarazlığı" kimi tanınacaq ideyanı təqdim etdi və oyun nəzəriyyəsini dəyişdi.

Neş öz teoremini 1951-ci ilin oktyabrında “Annals of Mathematics” jurnalında nəşr edənə qədər oyun nəzəriyyəsində əsasən Con fon Neymanın minimaks teoremi dominant idi. Bu yanaşmada diqqət sıfır cəmlə oyunlara yönəlmişdi — bir oyunçunun qazancı digərinin uduzması ilə nəticələnirdi. Neş isə sübut etdi ki, hətta rəqabətli şəraitdə də belə bir tarazlıq mövcuddur ki, heç bir oyunçu öz strategiyasını birtərəfli qaydada dəyişməklə uda bilməz.

İlk baxışda bu fikir sadə səslənsə də, Neşin teoremi çox universal idi, elm və həyatın, praktiki, bütün sahələrinə tətbiq oluna bilərdi.

Həmin 1951-ci ildə Neş Massaçusets Texnologiya İnstitutunda dərs deməyə başladı və paralel olaraq, yüksək səviyyəli riyazi problemlərlə məşğul oldu. Geniş kütlələr Neşin nailiyyətlərini layiqincə qiymətləndirməyi həmişə bacarmasalar da, elmi dairələrdə o, "tündməcaz və eqosentrik, lakin çox istedadlı alim" kimi tanınırdı. 1950-ci illər ərzində o, diferensial həndəsə və diferensial tənliklər sahəsinə mühüm töhfələr verdi.

1958-ci ilə qədər Neş uğurlu karyerası, sevimli hamilə arvadı vardı və “Fortune” jurnalı onu dünyanın ən parlaq riyaziyyat zəkalarından biri adlandırmışdı. Neş özü isə arzuladığı riyaziyyat mükafatlarından heç birini hələ də qazana bilmədiyindən narahat idi.

Amma onun həyatındakı ən böyük problem bu deyildi. 1959-cu ildə, cəmi 30 yaşında ona məşum paranoid şizofreniya diaqnozu qoyuldu.

Diaqnozla yaşamaq: Con Neşin şizofreniya ilə mübarizəsi

Ağır xəstəliyin simptomları Neşdə özünü aydın göstərdi. O, qırmızı qalstuk taxan hər kəsi ona qarşı qurulmuş kommunist sui-qəsdin iştirakçısı sayır, yadplanetlilərin ona şifrəli mesajlar göndərdiyinə inanırdı. 1959-cu ilin əvvəlində Kolumbiya Universitetində anlaşılmaz mühazirə oxuduqdan sonra həmkarları ona həkimə müraciət etməyi tövsiyə etdilər.

Psixiatrlar Neşi bir ay xəstəxanada saxladılar. Bu müddət ərzində onun sayıqlamaları və paranoyaları daha da gücləndi. Ona qoyulmuş diaqnoz antipsixotik preparatlarla və insulin terapiyası ilə müalicə edilirdi.

Alimin vəziyyəti, müalicəyə baxmayaraq, pisləşməkdə davam etdi. Nəticədə o, həyat yoldaşından ayrıldı və riyaziyyat karyerasını müvəqqəti dayandırdı.

Neş sonralar etiraf edirdi ki, dərmanları yalnız yaxınlarının təzyiqi ilə qəbul edirdi. Lakin görünür, elmi məşhurluq arzusu xəstəlikdən güclü idi və Neşi yavaş-yavaş sağalmağa aparırdı. 1970-ci illərdə terapiya tamamilə dayandırıldı. 1980-ci illərdə isə Neş ağıl sağlamlığını bərpa edərək, şizofreniyadan sağaldı — halbuki o dövrdə bu xəstəlik müalicəolunmaz sayılırdı.

Sağalma, son illər və alimə vida

Neşin sağalması həmin dövr psixiatriyası üçün həqiqətən də heyrətamiz bir hadisə idi. Mütəxəssisləri daha da təəccübləndirən o idi ki, sağalandan sonra elmi fəaliyyətə qayıtdı, 1994-cü ildə isə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Con Neş sağalmasını keçmiş həyat yoldaşının dəstəyilə izah edirdi. Boşansalar da, qadın onun üçün hər zaman ən yaxın dost və dayağa çevrilmişdi (1970-ci ildə xəstəxanadan çıxan Neş keçmiş arvadının evində və himayəsində yaşayırdı, onlar 1990-cı illərdə münasibətlərini bərpa etdilər - Press klub).

2015-ci ildə “Scientific American” jurnalında dərc olunan bir tədqiqatda Neşin sağalmasına təsir edən amillər araşdırıldı. Alimlər əsas səbəblər kimi simptomların gec başlamasını, onun yaşını, yüksək intellekt səviyyəsini və əlverişli sosial mühiti qeyd edirdilər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-06_1750007236_2.jpg
Sağalmış Neş yalnız Nobel mükafatı ilə kifayətlənmədi. 2015-ci ildə ona riyaziyyat üzrə ən nüfuzlu mükafatlardan biri — norveçli riyaziyyatçı Nils Henrik Abelin şərəfinə verilən Abel mükafatı təqdim olundu. Uzun illər arzuladığı bu uğuru qazandıqdan bir neçə gün sonra Neş və həyat yoldaşı taksidə avtomobil qəzasına düşdülər və təhlükəsizlik kəməri taxmamaları üzündən həlak oldular. Vəfatı zamanı Con Neşin 86 yaşı var idi.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: BURDA

P.S. 2001-ci ildə Con Neş haqqında “Möhtəşəm zəka” (“A Beautiful Mind”) bioqrafik filmi çəkildi. Neş rolunda Rassel Krounun çəkildiyi film 8 nominasiyada “Oskar” kinomükafatına namizəd oldu və onların yarısında (ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı adaptasiya olunmuş ssenari və ən yaxşı ikinci plan qadın rolu) qalib gəldi - Press klub.
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Keçmişimizi unudmamalıyıq...
16 İyun 2025 Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib
16 İyun 2025 Qəbələdə DƏHŞƏTLİ QƏTL
16 İyun 2025 Sibir meşələrində 42 il insan üzü görmədən yaşadılar
16 İyun 2025 Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət
15 İyun 2025 Sevdiyi qızın boğulduğunu görən gənc onu xilas etməyə çalışdı - Hər ikisi həyatını itirdi
15 İyun 2025 İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
14 İyun 2025 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
14 İyun 2025 Bu gün məzun olan şəhid övladları - SİYAHI
14 İyun 2025 Bu gün məktəblərdə “Son zəng” çalınacaq
14 İyun 2025 Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
14 İyun 2025 Jurnalist Əhməd Vəliyevin bankından narazıdır: Bunu sələmçilər belə etmirlər
14 İyun 2025 Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
14 İyun 2025 Bakının mərkəzində yol çökdü — FOTO
14 İyun 2025 Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb
14 İyun 2025 Müharibələr nəticəsində məcburi köçkünlərin sayı rekord həddə çatıb
13 İyun 2025 DİQQƏT: yeni cəzalar gəlir!
13 İyun 2025 Bank kartlarından talamanın qarşısını alacaq qanun təsdiqləndi – PUL OĞRULARINI BELƏ TUTACAQLAR
13 İyun 2025 "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - AÇIQLAMA
12 İyun 2025 İmtahanda tədris proqramından kənar suallar verilir? – Məleykə Abbaszadə onları “meydan”a çağırdı/ VİDEO

Dünyapress TV

Xəbər lenti