İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək rütbəli komandiri Eyal Zamir gərgin regionda vəziyyətlə bağlı sərt açıqlama verib.
O bildirib:
“İran ordusunun bütün komandirlərini öldürdük. İsrail vətəndaşları, sizi əmin edirəm ki, sizə zərər verməyə çalışan hər kəs bunun əvəzini ödəyəcək. Biz plana uyğun hərəkət edirik. Pilotlarımız hazırda İran üzərində uçur və terrorçuların infrastrukturunu məhv edirlər.”
KONKRET.az xəbər verir ki, bu açıqlama, İsrailin İran ərazisinə ardıcıl zərbələr endirdiyi bir zamanda verilib və regionda müharibə ehtimalının daha da artdığına işarə edir.