Azərbaycanda ən çox yağıntı düşən rayonlarlardan biri olan Masallıda da su qıtlığı yaranıb. Səbəb isə bu sahəyə nəzarət edən məmurların merkantil maraqlar güdməsidir.
AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, Masallının Xirmandali, Hacıtəpə, Siğincaq, Stansiya Masallı Əhmədli, Alvadı və Tatyan oba kəndləri sudan eziyət çəkir. Yerli sakinlərin saxladığı mal-qara ilə yanaşı əkin sahələri də məhv olur.
Xüsusi ilə də rayon əhalisinin əkdiyi hektarlarla kartof sahəsi suvarılmadığı üçün məhv olmaqdadır.
Sakinlər icra başçısı Araz Əhmədovdan kömək istəyirlər. Ümid edirlər ki, Araz Əhmədov Viləşçay Su Anbarı İstismar İdarəsinin rəhbərliyinin özbaşınalığına “dur” deyə biləcək.
Qeyd edək ki, Viləşçay Su Anbarında rayonun əhalinin problemlərini həll etmək üçün kifayət qədər su ehtiyatı var. Nədənsə, idarə müdiri Rusif Kərimov sadə kəndlilərin problemini həll etmir…
Masallının kəndlərindəki susuzluğun yaratdığı fəsadların görüntülərini təqdim edirik:
Bu pullar hara gedir...? Bu boyda bazarda TUALET yoxdur... Öncə ondan başlayaq ki, 70 il sovet dövründə planlı iqtisadiyyat deyilən mühitdə yaşadıq. Və Allah qoymasa keçən əsrin sonunda bazar iqtisadiyyatına qədəm qoyduq. Bizim insanlar bazar iqtisadiyyatı ilə BAZARI səhv salır. Bazar iqtisadiyyatı, iqtisadi qanunlara, sağlam rəqabətə, dövlətin qanunlarına əsaslanaraq fəaliyyət göstərməkdir. Daha bizim bildiyimiz zığın-palçığın, löhmənin içindəki bazar demək deyil. İndicə İmişli “Mal bazarı”ndan hazırlanmış video-reportaja baxanda dəhşətə gəldik. Bu məgər bazar iqtisadiyyatıdır..? Heç orta əsrlər, feodalizm, quldarlıq dövründə də belə bazar olmayıb. XXI əsrdə insanların belə bir şəraitdə mal-qarasını nəzərdə tutulmuş satış nöqtəsində satması, kənd təsərrüfatı məhsulları, balıq və s zığın-palçığın içində dövriyyə edilməsi heç bir qanun-qaydaya sığmır. Bu dərəcədə anti-sanitariya, pinti, xəstəlik üçün şərait yaradan məkanda qida məhsulları, toyuq-quş, qoyun-quzu satmaq harada görünüb..? "Müasir bazar"ın həkimsiz, laboratoriyasız şıdırğı alveri... Axı, müasir bazarın həkimi olar, Allah qoymasa laboratoriyası olar, mühasibatlığı olar, nə bilim sanitariya-gigiyena qaydalarına nəzarət edəni olar və daha nələr... Yoxsa kimsə geniş bir sahəni çəpərləyib və özü üçün Mal bazarı elan edib. Videodan göründüyü kimi Mal bazarı, əslində Əziz Quliyev adlı birisinin çəpərlədiyi geniş ərazidir. Təsəvvür edirsiniz, kəndli öz yanı balalı inəyini Allah qoymasa İmişli bazarında satmağa gətirib ... Və inəyə görə 5 manat, balasına görə 3 manat ondan pul alırlar və çek verimirlər. Əgər axşama kimi inək satılmasa, kəndli inəyini və balasını evinə aparır, ancaq ondan alınan 3+5=8 manat geri qaytarılmır. Əziz Quliyev iki bazarı öz qanunları ilə necə idarə edir?... Bir sözlə, rayonda bu bazarın sahibi sakinlərdə sosial narazılıq yaradır. Və bu narazılığın arxasında rayonun iki bazarına, “mal bazarı” və “kənd təsərüfatı məhsulları bazarı”na sahiblik edən Əziz Quliyev dayanır. İddiaya görə, əhalidə dövlətə qarşı narazılığın yaradılmasının səbəbi bu şəxsin sahib olduğu bazarlarda antisanitariya ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin bir neçə dəfə ciddi addımlar ataraq bazarları bağlaması olub. Baxdığımız videoda Qarabağ veteranı, hətta əlil deyir ki, satmaq istədiyimiz mallara görə, bazarın sahibi bizdən artıqlaması ilə pul alır, ancaq çek vermir. Yəni bu bazarın hesabına külli miqdarda pul qazanan bazarın sahibi dövlətin yaratdığı imkanlardan istifadə edir, amma dövlətə qarşı narazılıq yaradır. Ayaqyolu olmayan bazarda üfunət iyi birmənalı şəkildə olmalıdır... Təsəvvür edirisniz, yüzlərlə insanın hər gün gəlib-getdiyi mal-qara bazarında tualet yoxdur. Sakinlər soruşur ki, bizim hər gün ödədiyimiz pullar hara gedir..? Bəziləri deyə bilər ki, bu mal bazarıdır, mallar harada gəldi özlərini rahatlaya bilərlər. Burada hər inəyə tualet tikməyin əhəmiyyəti yoxdur. Biz bazar rəhbərliyinə bildirmək istəyirik ki, camaatın sizdən tələb etdiyi tualet bəzilərindən fərqli olaraq, şüursuz malların, qoyunun, keçinin, eşşəyin, atın rahatlanması üçün deyil, bazar rəhbərliyinin də özü ilə bərabər ora gələn insanların rahatlanmasını nəzərdə tuturlar. Amma və lakin camaatın qoyduğu tələblərin hər biri ən azından insanların heyvanlara qarşı yanaşma tərzidir. Buyurun, sakinlərin bildirdiyi iradlarla tanış olun. Sakinlər soruşur ki, bu boyda zığ-palçıq, löhməyə bir maşın qum tökməyə bazarın sahibinin imkanı yoxdur..? Bəs biz verən pullar hara gedir..? Hər gün neçə yüz insan, ayda neçə min insan bu bazara gəlib mal-qarasını satmaq istəyir. Hər inəkdən 5, balasından 3, hər qoyundan 2, hər quzudan 1 manat, balıqdan, toyuqdan və daha nələrdən pul qazanan bazarın sahibi bir maşın qumun, çınqılın alınmasına niyə xəsislik edir. Bax bu sualın cavabı bizdə maraq doğurduğu üçün balaca bir araşdırma apardıq. İmişlidə camaatın əzab-əziyyəti hesabına toplanan milyonlar Bakıda böyük biznesə yönəlib. Bu haqda növbəti yazımızda bəhs edəcəyik. Bəli, bazarın sahibi Əziz Quliyev tez-tez xarici ölkələrdə olur, İrana, İraqa və Əfqanıstana səfərlər edir. Niyə hüquq-mühafizə orqanları bununla maraqlanmır..? Niyə Vergilər Dövlət Xidməti İmişli “Mal bazarı” ilə maraqlanmır..? Suallar çoxdur. Bizi izləyin. P.S. Növbəti yazımızda bazarda dünyasını dəyişənlər və "İstanbul" klinikası yazısı dərc olunacaq. Gundelik-baku.com
Milli Məclisin deputatı Cavid Osmanov haqda sensasiyalı hesab edilə biləcək və onun qanunverici orqanda fəaliyyət göstərməsini sual altına salacaq məlumatlar ortaya çıxıb.
Demokrat.az-ın redaksiyasına daxil olan məlumatlar onu deməyə əsas verir ki, Cavid Osmanovun təhsili saxta, özü isə fəraridir.
06.02.1975-ci ildə anadan olmuş Cavid Həmid oğlu Osmanovun orta məktəbi 1992-ci ildə bitirdiyi, universitetə isə 5 il sonra 1997-ci ildə qəbul edildiyi onun tərcümeyi-halında qeyd olunur. Lakin redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Cavid Osmanov orta məktəbi bitirdikdən 5 il sonra – 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına heç bir imtahan vermədən qeyri-qanuni yolla daxil olub. Həmin universiteti isə 2000-ci ildə, yəni cəmi 3 il ərzində bitirib.
Azərbaycanda bakalavr pilləsi 4 ildir, necə olur ki, Cavid Osmanov bu təhsil pilləsini 3 il ərzində bitirir və diplom ala bilir?!
Ortaya başqa bir sual da çıxır ki, bəlkə Cavid Osmanovun bundan əvvəl hansısa təhsil müəssisəsinin saxta diplomunu əldə etmiş, Dövlət İdarəçilik Akademiyasına ikinci təhsil almaq adı ilə daxil olubdur?!
Əgər belədirsə, Cavid Osmanov özünün niyə Wikipediya səhifəsində və Milli Məclisin elektron səhifəsində birinci təhsili haqqında məlumat vermir?
Bizi də maraqlandıran elə budur. Çünki redaksiyamıza daxil olan məlumatlarda qeyd edilir ki, Cavid Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra ərəb ölkələrinin birinə dini təhsil almaq adı ilə getmiş, 1 ildən sonra oradan qovulmuş və geri qayıtmışdır.
1993-cü ildə hərbi xidmətə çağırılmış Cavid Osmanov saxta arayışlar əldə etməklə hərbi xidmətdən yayınıb. Bu həmin dövr idi ki, ermənilər torpaqlarımızın işğalına davam edirdi və xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Vətən oğullarını Qarabağın müdafiəsi üçün orduya yazılmağa çağırışlar edirdi. Qarabağda erməni işğalçılarına qarşı ölüm-dirim savaşı gedən vaxt Cavid Osmanov saxta sənədlərlə Vətənin müdafiəsindən yayınmış, Ordudan fərarilik etmişdi.
Diplomu saxta, keçmiş fərarinin qanunverici orqanda fəaliyyət göstərməsi, deputat kimi xalqın və dövlətin maraqlarından danışması gülünc, həm də ziyanlıdır. Məhz bu baxımdan, Azərbaycan Respublikası Milli Məclisinin spikeri, hörmətli Sahiba xanım Qafarovaya müraciət edir və ondan bəzi qaranlıq məqamlara aydınlıq gətirilməsinə köməklik etməsini xahiş edirik.
1. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1992-ci ildə orta məktəbi bitirdikdən sonra hansı xarici ölkəyə dini təhsil almaq adı ilə getmişdir?
2. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov 1993-cü ilin aprel ayından hərbi mükəlləfiyyətçi olduğu halda hansı əsaslarla Vətənin müdafiəsində iştirak etməmiş və Ordudan yayınmaq üçün hansı saxta arayışlar əldə etmişdir?
3. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanov orta məktəbi bitirdikdən 5 il sonra 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına necə və hansı əsaslarla qəbul olunmuşdur? Bu əsaslar Azərbaycan Respublikası qanunları ilə ziddiyət təşkil edirmi?
4. Niyə həmin Akademiyadakı təhsil müddəti 3 il olmuşdur? (1997-ci ildə daxil olub 2000-ci ildə bitirdiyini özü rəsmi sənədlərdə qeyd edir )
5. Milli Məclisin deputatı Cavid Həmid oğlu Osmanovun 1-ci Ali təhsili varmı? Harada və qanuni əsaslarla təhsil almışdırmı? Əgər həqiqətən o 1-ci təhsilini qanuni şəkildə almışsa, nə üçün bütün rəsmi sənədlərdə 1-ci təhsilini gizlətməyə üstünlük vermiş və heç bir yerdə bunu qeyd etmək istəməmişdir?
Ümid edirik ki, hörmətli spiker Sahibə xanım Qafarova bu məsələlərin araşdırılması üçün təcili göstəriş verəcək və nəticəsi barədə də Milli Məclis tərəfindən bizə məlumat veriləcəkdir. Çünki Milli Məclisin hər bir üzvü Vətəni canından çox sevən, pak və təmiz, savadlı və əqidəli şəxslərdən ibarət olmalıdır. Xalq namizədi haqqında həqiqəti bilməlidir ki, seçdiyi namizədin kimliyini dəqiq bilsin.
Eyni müraciəti Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqova da ünvanlayır və bu məsələlərin araşdırılmasını xahiş edirik. Çünki YAP təkcə ölkəmiz və regionumuzun yox, dünyanın ən böyük və nüfuzlu partiyalarından biridir. Ulu Öndərin qurduğu, Prezident İlam Əliyevin sədrlik etdiyi bir partiyada təhsili və hərbi xidməti haqqında şübhəli məqamlar olan bir şəxsin təmsil olunması və bu partiyanın üzvü kimi qanunverici orqanda da təmsil olunması qəbuledilməzdir.
P.S. Bu yazıda adıçəkilən deputat Cavid Osmanov əvvəlcədən ona ünvanladığımız İnformasiya Sorğumuzu cavabsız qoyub.
Bu qardaşlara qarşı niyə tədbir görülmür..? Paytaxt Bakı şəhərində fəaliyyət göstərən kafe-restoranlar, şadlıq evləri son illər ciddi problemə çevrilib. Problem bu ictimai iaşə müəssisələrinin ətraf mühit üçün yaratdığı ekoloji problemlərlə yekunlaşmır. Hətta yaşıllıqların qırılması, müştərilərə keyfiyyətsiz xidmət, vergidən yayınma və s kimi problemlərlə də məsələ bitmir. Bəzən bu kafe və restoranlar qanunsuz olaraq ətrafdakı əraziləri zəbt edir, qanunsuz inşaat işləri aparırlar. Bütün bu problemlər azmış kimi müştərilərə verilən ərzaq və qida məhsulları da keyfiyyətsiz və vaxtı keçmiş olur. İnternet üzərindən xırda bir araşdırma zamanı məlum oldu ki, belə kafe və restoranlar, ictimai iaşə müəssisələri Nəsimi rayonu ərazisində daha çoxdur. Məsələn bir müddət öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) tərəfindən qanunvericiliyin tələblərinə nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilib. Təsəvvür edirsiniz, nəzarət tədbirləri çərçivəsində ölkə üzrə 300-dən artıq ictimai iaşə obyektində 614 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ən dəhşətlisi odur ki, qanunvericiliyi pozan kafelərin xeyli hissəsi Nəsimi rayonu ərazisindədir. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələrindən biri də Bakı şəhəri, Nəsimi rayonunda Rövşən adlı fiziki şəxsə məxsus kafe-yeməkxanadır. Ən maraqlısı odur ki, digər kafelər barəsində ciddi və ən sərt tədbirlər görülsə də Rövşənə və qardaşına məxsus kafeyə qarşı ciddi tədbir görülməyib. İstər-istəməz ortaya sual çıxır ki, görəsən, Rövşənin və qardaşının arxasında kim durur ki, bu qardaşlara gözün üstə qaşın var deyən yoxdur. Görəsən, bu qardaşların vergidən yayınması, qara mühasibatlığı və digər neqativ hallar İqtisadiyyat Nazirliyi tərəfindən niyə yoxlanılmır..? Bütün bunlar azmış kimi Rövşən və qardaşına məxsus yeməkxana-kafe ətrafdakı əraziləri, hətta məktəbin ərazisini də zəbt edə-edə gedir. Sakinlər deyir ki, bu qardaşların qarşısını alan olmasa, bunlar Nəsimi rayonunu zəbt edəcəklər. Biz yazdıq, ictimailəşdirdik. İndi növbə müvafiq dövlət qurumlarınındır. Xatırladaq ki, Rövşən və qardaşı bir müddət öncə, İrandan Azərbaycana gəliblər. gundelik baki.com
DİA.AZ: - "Kənd Təsərrüfatı Naziri İnam Kərimovun qohumluq əlaqələri ilə kadr islahatı aparması aqrar sahənini tamamilə çökdürdü. Aqrar təhsil ocağını - Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) də rektor əvəzi Zəfər Qurbanovu təyin etməklə məhv etdi". DİA.AZ bildirir ki, bu ittiham redaksiyamıza göndərilən məqalədə yer alıb.
Daha sonra ittiham dolu yazıda bildirilir: "Zəfər Qurbanov həmyerlisi dekan Famil Nəsibovun korrupsiya ilə tutulmasından sonra tələbələrin əli ilə müəllimlərə səs yazılar və tələbə müəllim arasında ola bilməyəcək böhtanla hücum etməyə başlayıb.
Hücumçu səlahiyyətini isə Daxili Nəzarət və audit şöbəsinin müdürü Bəşir Bağırzadədir.
Zəfər Qurbanovun aqrar təhsildən bixəbər olması və universitetdə apardığı islahatların yanlış olmasını bildirən professor və müəllim heyətini cürbəcür yollarla hədə-qorxu gələrək işindən məcbur edərək azad etmə kampaniyası aparır. Zəfər Qurbanovun məqsədi İnam Kərimov kimi aqrar sahədən anlayışı olan ziyalıları azaldaraq meydanı aqrar təhsildən bixəbər olan öz yaxınlarına həvalə etməkdir.
Bu məsələni isə Daxili nəzarət və audit şöbəsinin müdürü Bəşir Bağırzadəyə həvalə edib. Bəşir Bağırzadə tələbələrdən ibarət qurup yaradaraq Zəfər Qurbanovun hədəfində olan müəllimlərin səsini yazdıraraq şantaj edərək məcburi şəkildə işdən azad olunma ilə bağlı ərizə yazmağa məcbur edirlər..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
DAVAMI VAR...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ: - Zərdab rayon Çallı kənd sakini Əkbər Əhmədov dünən səhər 11 radələrində susuzluğa görə özünü yandırıb.
DİA.AZ bildirir ki, zərərçəkmişin qardaşı Süleyman Əhmədov günahkarların cəzalandırılmasını tələb edir.
Daha sonra o bildirir: "İki hektar taxıl sahəsi var, onu sulamaq üçün dəfələrlə gedib su idarəsinin müdirinin yanına, su verməyib. İndi gedib deyib ki, özümə qəsd edəcəm, o da deyib ki, get neynirsən elə. Özünün maşını varıydı, benzini çəkib, elə müdirin qarşısında özünə od vurub".
Daha ətraflı aşağıdakı videosüjetdə:
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Uşaq bağçaları, körpələri evi ilə bağlı hər dəfə nəsə yazmaq istəyəndə yadıma bu müəssisələrin əldən ələ keçməsi, ötür-ötür oyunu düşür. Məlumdur ki, illər öncə məktəbəqədər tədris müəssisələri, uşaq bağçaları, körpələr evi təyinatına uyğun olaraq Təhsil Nazirliyinin tabeçiliyində idi. Əslində belə də olmalıdır. Çünki adından göründüyü kimi bu müəssisələr MƏKTƏBƏQƏDƏR TƏDRİS müəssisəsidirlər. Amma zəlzələdən, ya vəlvələdən uşaq bağçaları, körpələr evi Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyəti orqanlarına verildi. Və bir neçə il uşaq bağçaları icra başçıları üçün əsl biznesə, bağçalar isə bazara çevrildi. Təsəvvür edirsiniz, körpələrin üzərində eksperiment aparırlar. Bundan dəhşətli nə ola bilərdi... Məktəbəqədər tədris müəssissələri adından da göründüyü kimi körpə uşaqları tədrisə, təlimə hazırlayır, yəni bu uşaqların gələcəyinin bünövrəsi bağçalarda qoyulur. Bəs görək, uşaqlar bağçalarda nə görürlər..? Uşaqların qidası, ərzağı oğurlanır, körpələr normal qidalana bilmirlər... Bu mühitdə böyüyən uşaq əlbəttə, gələcəkdə pis halda oğru, ən yaxşı halda rüşvətxor olacaq. Çünki həmin bağçada oğurluqları görə-görə, həmin mühitdə tərbiyə alıb. Bunlar hələ problemin 10 faizi deyil. Bağça müdirələri dövlətin müxtəlif məqsədlə ayırdığı vəsaiti mənimsəyir. Uşaqların təlim-tərbiyəsinə məsul olan müəllimlərin adı işdə getsə də uşaqlar onların üzünü görmür. 3-4 dayənin yerinə 1 dayə uşaqlara guya qulluq edir, o biri dayələrin maaşını bağçanın müdirəsi oğurlayır. Və daha nələr. Uşaqlar 1-ci sinifə gedəndə demək olar ki, tədrisə hazır olmurlar. Bəs onda buranın adı niyə məktəbəqədər TƏDRİS-dir..? Sözün qısası, Bakının mərkəzində, daha dəqiq desək Nəsimi rayonu əraisində də xeyli sayda, haradasa 50-dən çox uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. ( Nəsimi Rayon İcra Hakimiyyətinin saytında belə göstərilib ). Bu uşaq bağçalarından biri də rayonun Mirəsədulla Mirqasımov küçəsi, 2 ünvanda yerləşən 123 saylı uşaq bağçasıdır. Bağçanın müdiri Ramazanova Mərziyyə Bahəddin qızıdır. Bağçanın fb səhifəsində yazılır: Bağçada məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır. Mərziyyə Ramazanovanın əməllərindən xəbəri olmayanlar düşünər ki, nə gözəl, nə əla...istedad üzə çıxır...müasir və beynəlxalq metodlar-zad, filan... Bağçada olanlar bilir ki, Mərziyyə Ramazanova Azərbaycan qanunlarına məhəl qoymadan öz qohum-əqrəbasını, dost-tanışını doldurub 123 saylı uşaq bağçasına. Birini müəllim, o birini dayə, bir başqasını texniki işçi kimi v.s. Bu xanımdan soruşan yoxdur ki, bura sənin şəxsi-özəl bağçan deyil e, dövlətin bağçasıdır. Hələ bu harasıdır..? Qohum-əqrəba da uşaqlara aid olan nə varsa, həzm-rabedən keçirib mənimsəyirlər. Bu hələ harasıdır... Mərziyyə Ramazanova həm də yaşlı xanımdır, başqa bağça müdirələrini başına yığıb yeyib-içirlər, uşaqların təlim-tərbiyyəsi isə başlı başına buraxılıb. Görəsən, Bakı Şəhər Təhsil İdarəsi bu boyda özbaşınalığı görmür..? //gundelik-baku.com//
Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son həftələr ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir.
Adətən belə xronologiya həmin məmurun president tərəfindən işdən azad edilməklə cəzalandırılması ilə müşayiət olunur. Bu dəfə də nəticənin eyni olacağı gözlənilir. “Sumqayıtın Elmar Vəliyevi” adlandırılan Z.Fərəcov haqda cumhuriyyet.az olaraq apardığımız araşdırmanın bəzi ilginc məqamlarını diqqətinizə çatdırırıq:
Prezidentə söylənilən yalan
Fərəcovun iş prinsipi belədir ki, malın-mülkün əlindən alınsa da susmalısan, əks halda, malınla, pulunla bərabər azadlığını, həyatını da itirə
bilərsən. Necə ki, belə hadisə iş adamı Ruslan Allahverdiyevlə baş verib. Bir neçə il bundan əvvəl Sumqayıt şəhərinin girişinin, dəniz bulvarının abadlaşdırılmasında iştirak edən, lakin halal pulunu ala bilməyən iş adamları Prezident aparatının qarşısına gedərək Z.Fərəcovdan şikayət ediblər. Daha sonra iş adamları Sumqayıta çağrılaraq pullarının veriləcəyi vəd edilir. İş adamları da sevincək Sumqayıt şəhər icra hakimiyyətinə özlərini çatdırıblar və pul əvəzinə… borcunu istəyən Ruslan Allahverdiyev polis tərəfindən həbs edilir. Eyni üsullar bu gün də dövriyyədədir. Belə ki, icra başçısı borclu olduğu sahibkarlara yalan vədlər verib onlara ölkə rəhbərinin adına məktublar yazdırır.
Sahibkarlara gəlinən kələk
Sumqayıt şəhərində Z.Fərəcov tərəfindən haqqı tapdalanan, müflisləşən iş adamlarının sayı hesabi yoxdur. Onlardan şəhərin abadlaşmasına vəsait xərcləyən təkcə 11 nəfər zərərçəkmişə Z.Fərəcovun verməli olduğu borc—iki milyon manatdan artıqdır.Sumqayıtda abadlıq işləri düz 2 il bundan qabaq başa çatıb, iş adamlarının pulu isə hələ də verilib qurtarmır. Z.Fərəcovun verəcəyi isə 8 milyon manatdır, onun öz sərvətlərinin dəyərinin milyonda biri qədər…
Tenderlə talanan milyonlar
Gələn məlumatlar sırasında Fərəcovun Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina etməsi xüsusi diqqət çəkir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.
Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb.
Gömrüyə və Paşabanka olan borclar
Gələn məlumatlar arasınd maraq doğuran məlumatlardan biri də Sumqayıt şəhər icra hakimiyyətinin Dövlət Gömrük Komitəsinə 3 mln, Paşabanka 4 mln.800min manat borclu olmasıdır. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin məlumatına görə bu pulların Z.Fərəcovun yaxın qohumu olan mərhum Xannı Rəsulava verildiyi bildirilir. Məsələ ilə bağlı o dövrdə ölkə mediasında yer alan xəbərdə deyilir: “dövrü mətbuatda “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xannı Rüstəmovun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərlərdə Xannı Rüstəmovun külli miqdarda pul götürərək güya ölkəni tərk etməsi önə çəkilib. Əslində onun ölkədən qaçması barədə yayılan məlumatlar şayiədən başqa bir şey deyil və Zakir Fərəcovun nəzarətindən heç Yalamaya qədər də gedə bilməz”.
Müəmmalı qətllər
Z. Fərəcovla bağlı mediada yayılan iddialard ölüm olayları xüsusi yer alır. Belə ki, 3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a belə bir məlumat daxil olmuşdur ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və Məmmədhəsən Ağayev Azərbaycan Resğublikası Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmişlər.
İstintaq müəyyən etmişdir ki, Arif Aslanov Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləmişdir.
Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır. İstintağın yazdığına əsasən, 2005-ci ilin noyabr ayının sonları- dekabr ayının əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A.Aslanov tanışı M.Ağayevə bu barədə sifariş etmiş və 60 min ABŞ dolları vəd edərək avans kimi 40 min ABŞ dolları vermişdir.
Müəyyən hazırlıq işləri görən M.Ağayev əlavə daha 40 min ABŞ dolları tələb etmişdir. A.Aslanovun əlavə məbləğdə pul verməkdən imtina etməsi səbəbindən Z.Fərəcova qarşı terror aktı baş tutmamışdır.
Bu quldur dəstənin rəhbərliyi ilə Z.Fərəcovun əlaqələri ən yüksək səviyyədə olduğundan istintaq tərəfi ona müsbət münasibətini bir daha nümayiş etdirmişdir.
Məhz dağıdılmış nazirliyin rəhbəri , hüdudsuz cinayətlər törətmiş, bu gün də məsuliyyətdən kənarda qalmış E.Mahmudovun tapşırığı ilə A.Aslanova heç bir güzəşt edilməmiş, əksinə , əlavə maddələr də yükləməklə ona 11 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir.
Bu zaman onun ilk dəfə cinayət törətməyə cəhd etməsi, ailə vəziyyəti, eləcə də xəstəliyi nəzərə alınmamış, ömürlük gedər gəlməzə göndərilmişdir.
A.Aslanovun səhhəti ağır olduğu halda, məhkəmə onun barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçir, faktiki onu işgəncəyə məruz qoyur , bununla da göz görə-görə ölümə məhkum edir. Beləliklə də vaxtında zəruri tibbi yardım ala bilməyən A.Aslanov çox keçmir ki, xəstəxanada dünyasını dəyişir. Bu gün tam toxunulmaz hesab edilən Z.Fərəcovun saysız hesabsız qanunsuz əməllərindən birini də Bayram Şərifovla bağlıdır. Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifov torpaq alınması məqsədi ilə vətəndaşlardan 200 min manat pul alaraq aidiyyatı ünvana çatdırır.
Müəyyən müddət keçsə də torpaq məsələsi həllini tapmır. Belə olduqda B.Şərifov bir neçə dəfə Z.Fərəcovun qəbulunda olur, məsələnin həll olunmasına cəhd edir. Sonradan dəfələrlə cəhd etsə də, başçı ilə görüşə nail ola bilmir. Növbəti dəfə də başçı ilə görüşməyinə imkan verilmədikdə, o, əlacsız qalıb İcra hakimiyyətinin inzibati binasi ilə üzbəüz tərəfə keçərək özünə “ Vinçester “dən atəş açır, qarın nahiyyəsindən ağır yaralanır. Tam sağalmasa da, borcluların əlindən baş götürüb Almaniyaya qaçır.
“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov Z.Fərəcovla bağlı açıqlaması: İlk olaraq, bizim evləri dayandırdı, iki ay sonra icazə verdiyi evləri sökdürməyə başladı. Polis rəisi məni tutmaqla hədələyib, şöbədə xeyli saxladı. İdmançı olmağım meni xilas etdi həmin vaxt.
Prezidentə müraciət yazdım, surətini başçıya verdim. Açığı, prezidentə göndərməyi özümə sığışdırmadım. Qorxutmaq üçün belə etdim. 300 000 manat ziyana düşdüm. Ən çətini sakinlərə çıxarış verə bilməməyim oldu.
“AAAF Park” layihəsinə başlayanda fikirləşdim ki, bu, kiçik evlər deyil. Obyekti əlimdən almaq istəyəcəklər. Bilirdim çox çətin olacaq, ona görə bu Quran ayəsini reklam kimi böyük ölçüdə parkın hər yerinə vurdum və niyyət etdim ki, burada hər şey Allah rızası və ağır atletikanın inkişafı üçün olacaq.
Sərəncam almağa gedəndə, Zakir müəllim əsəbiləşmişdi ki, mən oranı cənab prezidentə demişdim, bankdan alacaqdım və 200 milyon pul qazanacaqdım. Aramız yaxşı idi, dedim müəllim başqası almayıb ki, mən almışam, narahat olmayın.
Əslində gec bildim ki , Beynəlxalq Bankın əlindən almaq istəyirmiş bu obyekti. Yoxsa həqiqətən bu işə girişməzdim. Bir də baxdım ki, bu adam bu qədər bunun üçün iş gördüyüm halda “Sevil Massivi” ilə birgə mənim də “torbamı tikib”. Məni ləkələmək üçün hər yola əl atdılar. Özləri problem yaradıb, “moşennik” kimi bizləri qələmə verməyə çalışırlar. Şərəfsizlərin dərsini tək verən insanam.
Çox istəyiblər ki, qaçam Azərbaycandan, amma bunu görməyəcəklər. Və bu gün bilirəm ki, respublikanı biz düzəltməsək, gələcək nəsillər bizi bağışlamayacaq”.
“Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlaması insan hüquqlarının pozuntusudur. Vətəndaşın Konstitusiya ilə sərbəst hərəkət etmək hüququ, maneəsiz ölkədən getmək, ölkəyə gəlmək hüquq var. Amma Nazirlər Kabineti quru sərhədləri bağlı saxlamaqla artıq bu hüquqları məhdudlaşdırır”.
TEREF.AZ bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında vəkil Bəhruz Bayramov ABŞ Dövlət Departamentinin Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlaması illik hesabatında əks etdirməsinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti hesabatında quru sərhədləri bağlı saxladığına görə hökuməti tənqid edib.
Bəhruz Bayramovun sözlərinə görə, pandemiyanın geniş yayıldığı dönəm ərzində bu qərar başadüşülən idi: “Lakin pandemiyadan sui-istifadə edilərək, insan haqlarının pozulmasına yönəlik qərarlar yolverilməzdir. Artıq bütün dünya postpandemiya dövründədir. Qonşu ölkələrimiz öz sərhədlərini digər dövlətlərə açıb”.
Uşaq bağçaları, körpələri evi ilə bağlı hər dəfə nəsə yazmaq istəyəndə yadıma bu müəssisələrin əldən ələ keçməsi, ötür-ötür oyunu düşür. Məlumdur ki, illər öncə məktəbəqədər tədris müəssisələri, uşaq bağçaları, körpələr evi təyinatına uyğun olaraq Təhsil Nazirliyinin tabeçiliyində idi. Əslində belə də olmalıdır. Çünki adından göründüyü kimi bu müəssisələr MƏKTƏBƏQƏDƏR TƏDRİS müəssisəsidirlər. Amma zəlzələdən, ya vəlvələdən uşaq bağçaları, körpələr evi Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyəti orqanlarına verildi. Və bir neçə il uşaq bağçaları icra başçıları üçün əsl biznesə, bağçalar isə bazara çevrildi. Təsəvvür edirsiniz, körpələrin üzərində eksperiment aparırlar. Bundan dəhşətli nə ola bilərdi... Məktəbəqədər tədris müəssissələri adından da göründüyü kimi körpə uşaqları tədrisə, təlimə hazırlayır, yəni bu uşaqların gələcəyinin bünövrəsi bağçalarda qoyulur. Bəs görək, uşaqlar bağçalarda nə görürlər..? Uşaqların qidası, ərzağı oğurlanır, körpələr normal qidalana bilmirlər... Bu mühitdə böyüyən uşaq əlbəttə, gələcəkdə pis halda oğru, ən yaxşı halda rüşvətxor olacaq. Çünki həmin bağçada oğurluqları görə-görə, həmin mühitdə tərbiyə alıb. Bunlar hələ problemin 10 faizi deyil. Bağça müdirələri dövlətin müxtəlif məqsədlə ayırdığı vəsaiti mənimsəyir. Uşaqların təlim-tərbiyəsinə məsul olan müəllimlərin adı işdə getsə də uşaqlar onların üzünü görmür. 3-4 dayənin yerinə 1 dayə uşaqlara guya qulluq edir, o biri dayələrin maaşını bağçanın müdirəsi oğurlayır. Və daha nələr. Uşaqlar 1-ci sinifə gedəndə demək olar ki, tədrisə hazır olmurlar. Bəs onda buranın adı niyə məktəbəqədər TƏDRİS-dir..? Sözün qısası, Bakının mərkəzində, daha dəqiq desək Nəsimi rayonu əraisində də xeyli sayda, haradasa 50-dən çox uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. ( Nəsimi Rayon İcra Hakimiyyətinin saytında belə göstərilib ). Bu uşaq bağçalarından biri də rayonun Mirəsədulla Mirqasımov küçəsi, 2 ünvanda yerləşən 123 saylı uşaq bağçasıdır. Bağçanın müdiri Ramazanova Mərziyyə Bahəddin qızıdır. Bağçanın fb səhifəsində yazılır: Bağçada məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır. Mərziyyə Ramazanovanın əməllərindən xəbəri olmayanlar düşünər ki, nə gözəl, nə əla...istedad üzə çıxır...müasir və beynəlxalq metodlar-zad, filan... Bağçada olanlar bilir ki, Mərziyyə Ramazanova Azərbaycan qanunlarına məhəl qoymadan öz qohum-əqrəbasını, dost-tanışını doldurub 123 saylı uşaq bağçasına. Birini müəllim, o birini dayə, bir başqasını texniki işçi kimi v.s. Bu xanımdan soruşan yoxdur ki, bura sənin şəxsi-özəl bağçan deyil e, dövlətin bağçasıdır. Hələ bu harasıdır..? Qohum-əqrəba da uşaqlara aid olan nə varsa, həzm-rabedən keçirib mənimsəyirlər. Bu hələ harasıdır... Mərziyyə Ramazanova həm də yaşlı xanımdır, başqa bağça müdirələrini başına yığıb yeyib-içirlər, uşaqların təlim-tərbiyyəsi isə başlı başına buraxılıb. Görəsən, Bakı Şəhər Təhsil İdarəsi bu boyda özbaşınalığı görmür..?