Ardını oxu...
DogruXeber.az: - "Samuxun Sərkar kəndində bələdiyyə sədri Şəmistan Yusifov özünü oliqarx kimi aparır.
Təsəvvür edin ki, kənddə hər şey ona məxsusdur. Əkin sahələri, iaşə obyektləri, fermalar - bir sözlə, gözlə görüləsi nə varsa, Şəmistan bəyin "mülkiyyətində"dir. Bütün mülklərini hələ bələdiyyə sədri olmamışdan çox əvvəl, bizneslə məşğul olan vaxtlarda əldə etdiyini iddi edən bu cənab, indi də "estafeti oğluna ötürüb". Dədəsindən qalanları da oğlu qamarlamaqla məşğuldur.

Bundan başqa, Şəmistan Yusifovun ailə üzvlərindən, qohum əqrəbasından başqa kimsə dövlətin verdiyi imtiyazlardan yararlana bilmir. Sanki, hər şey bunlar üçünmüş.

Bütün kənd sakinləri, eləcə də mən ondan çox narazıyıq. Əlacı şikayət etməkdə gördük, üz tutmadığımız adam, döymədiyimiz qapı qalmayıb. Heyhat... kimdir bizim dərdimizə yanıb, gün ağlayan?

Bütün bunları "DogruXeber.az"a Sərkar kəndinin narazı sakinlərindən biri olan Anar Məmmədov danışıb.

Anar bəy əlavə olaraq, bildirir ki, "Aztəminatlı ailə olduğuma görə iki il bundan əvvəl mənə işləyib, ailəmi dolandırmaq üçün bələdiyyə torpaqlarından 1.09 ha torpaq ayrılıb. Həmin torpaqda yonca əkmişəm. Torpaqdan daha yaxşı və səmərəli istifadə etməyim üçün dövlətin ayırdığı subsidiyadan və güzəştlərdən istifadə etmək istəyirəm. Fəqət... div suyun qabağını kəsən kimi, Şəmistan bəy də güzəştlərin qarşısında Çin səddinə dönüb. Verilən torpağın sənədlərini qəti şəkildə mənə vermir ki, vermir. Bu səddi aşmaqda zorluq çəkdiyim üçün də üz tutdum Bakıya. Bir neçə qapı döydükdən, dərdimi danışdıqdan sonra Prezident Aparatının qəbul şöbəsində Müşfiq adlı əməkdaş məni əmin etdi ki, "sən narahat olma, qayıt rayona. Rayon İcrahakmiyyətinin başçısı Alı Qocayev bütün problemləri yoluna qoyacaq". Rayona qayıdandan sonra Alı Qocayev məni qəbul etdi və elə ordaca Şəmistan Yusifova göstəriş verdi ki, "Get, məsələni həll elə və vətəndaşın əkin-biçinlə məşğul olması, güzəranını yaxşılaşdırması üçün nəzərdə tutulan güzəştlərdən yararlanmasına imkan yarat".
Lakin, bunun da xeyri olmadı.



Anlaşılan odur ki, mən torpaqdan istifadəyə görə sənədi ala bilməyəcəm. Çünki, bütün torpaqlar, örüş sahələri sənədlə ona və yaxınlarına mənsubdur. Həm də bu məsələnin başında da elə Alı Qocayevin özü dayanıbmış. Sən demə bizlərin taleyini Alılar, Nizamilər, Şəmistanlar, Tahirlər həll edirmiş. Əstəğfirullah, Allahın bizlərdən xəbəri yoxmuş. İndiyə qədər yazdığım şikayət məktublarının çəkisi beş kilodan artıqdır. Getmədiyim, üz tutmadığım qapı qalmayıb. Bu həftənin əvvəlində isə Alı Qocayevin qəbulunda olanda məni polislə hədəyərək, bildirdilər ki “Səsin çıxsa səni polis lazımi yerə aparacaqdır”. Mən də mat qalmışam ki nəyə görə? Cəmi 1 ha torpaq əkib becərirəm, onun da sənədini ala bilmirəm. Halbuki, Şəmistan Yusifov 300 (üç yüz) ha yerə yiyələnib, hər hektara 700 (yeddi yüz) manat alıb, kənar adamlara qeyri-qanuni icarəyə verib. Dinəndə də deyir ki, “Əcəb eləyirəm. Mənim Prezident Aparatında adamım var. Yeyirəm də, yedizdirirəm də. Get hara şikayət eləyirsən, elə”.

Bu adamın işi söküb-dağıtmaqdan ibarətdir. Kənddə olan adam elə bilər ki, xarabalıqdadır. Şəmistan yiyələnə bildiyinə yiyələnib, yiyələnə bilmədiyini də xaraba qoyub. Kənddə işıq yanmır, kitabxana, tibb məntəqəsi - bir sözlə, bir dənə də olsun sosial obyekt qalmayıb. Xaricdə mülkləri, arvadlarının maşınları ilə öyünən Şəmistan və onun kimiləri xalqı hakimiyyətdən narazı salmaqla məşğuldur. 44 günlük müharibə dövründə, millət cəbhə ilə birlikdə nəfəs aldığı müddətdə Şəmistan pandemiyaya baxmayaraq, hansısa yolla xaricdə dincəlməyə getmişdi. Hələ bir fakt göstərilə bilməz ki, hansısa şəhid ailəsinə, qaziyə Şəmistan tərəfindən nəysə bir yardım edilib. Bəs bu insanın arxasında kim durur ki, Ölkə başçısı bu qədər böyük işlər gördüyü, çoxşaxəli siyasi fəaliyyəti ilə dünyanı heyrətə gətirdiyi bir zamanda Şəmistan və onun kimilər də milləti öz çirkin əməlləri ilə mat vəziyyətinə salır?!".

Anar Məmmədov artıq, çarəsiz “Kanal14” youtube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında Prezidentə, Birinci vitse-prezidentə, DTX sədrinə üz tutaraq, müraciətində bu özbaşınalığa son qoyulmasını xahiş edir.
Yəqin ki, övladlarının böyüyüb insan kimi yetişməsi, vətəndaş kimi formalaşması üçün mücadilə edən zəhmətkeş insanın də səsini eşidib, çarə qılan tapılar.

Qeyd edək ki, bu Samux rayon Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifov barəsindəki nə ilk, nə də yeganə narazılıq deyil. Əvvəllər də bu şəxs barəsində "DogruXeber.az"a üz tutan kənd sakinləri olub, gördüyünüz kimi indi də var, qarşısı alınmasa, sabah da olacaq...

P.S: Düşünürük ki, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bu işin həllini öz diqqətinə götürməlidir. Bir halda ki, Prezident Aparatında bunun üçün ona tapşırıq da verilib.

Şəmistan Yusifovun əməllərinə görə ona hüquqi qiymət verilsə, həm Anarın, həm də bütövlükdə Sərkar kənd camaatının problemləri həllini tapar.

Hə... "Bələdiyyənin İcra Hakimiyyətinə aidiyyatı yoxdur" deyib, cəmiyyətin iradlarından və qınaqlarından yayınmaq istəyən İcra Hakimiyyətinin diqqətinə bəri başdan Anar Mammadovun yuxarıda qeyd etdiyi - "Prezident Aparatının qəbul şöbəsində Müşfiq adlı əməkdaş məni əmin etdi ki, "sən narahat olma, qayıt rayona. Rayon İcrahakmiyyətinin başçısı Alı Qocayev bütün problemləri yoluna qoyacaq". Rayona qayıdandan sonra Alı Qocayev məni qəbul etdi və elə ordaca Şəmistan Yusifova göstəriş verdi ki, "get, məsələni həll elə və vətəndaşın əkin-biçinlə məşğul olması, güzəranını yaxşılaşdırması üçün nəzərdə tutulan güzəştlərdən yararlanmasına imkan yarat" cümlələrini təkrar çatdırmaq istədik.

P.S.S: Yeri gəlmişkən, onu da qeyd edək ki, Anar Məmmədovun iddiaları ilə bağlı qarşı tərəflərin də mövqeyini dinləmək məqsədilə əvvəlcə rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrəsi vasitəsilə Samux rayon İcra Hakimiyyətinə zəng etdik. Lakin, bir neçə dəfə zəng etdiyimizə baxmayaraq, dəstəyi qaldıran olmadı.

Ardından, Sərkar kənd bələdiyyəsinə zəng etdik. Dəstəyi bir xanım qaldırdı və Şəmistan müəllimin idarədə olmadığını, iş üçün rayona getdiyini bildirdi. Şəmistan Yusifov mobil nömrəsini istədik, sağolsun verdi. Lakin, həmin nömrəyə zəng çatmırdı. Telefon sönülü idi.
Aradan beş dəqiqə keçməmişdi ki, özünü Şəmistan müəllimin müavini kimi təqdim edən Əfqan adlı şəxs özü bizə zəng etdi. O Şəmistan müəllimin xəstə olduğu üçün işə çıxmadığını dedi və suallarımızı onun cavablandıracağını bildirdi.

Elə ağzımızı yenicə açıb, Sərkar kənd sakini Anar Mammadovun adını çəkmişdik ki, Əfqan bəy, sanki əvvəldən yazıb, hazır əlində tutduğu mətni oxumağa başladı.

"Ay xanım, siz heç bilirsiniz o kimdir? Onun yoldaşı da, özü də o qədər şikayətlər yazırlar ki, axırda onlara "DOST" iş mərkəzindən iş verdilər ki, sakit dursun. Ona bələdiyyə bir hektar neçə sot torpaq da verib ki, özünü dolandırsın. Özü də əkirdi, icarəyə də verirdi. Bu il də özü əkib. İndi də deyir mənə sənəd verin. Onu başa sala bilmirik ki, bu elə o dəqiqə olmur. Hərrac yolu ilə olur, özü də biraz vaxt aparır. O sadəcə səbrsizlik edir.
Neçə ildir əkib -becərir də, onun əlindən torpaq alan var?"
Bizim "neçə ildir o torpaq Anar Mammadova verilib?" sualımıza isə, Əfqan bəy "il yarım " cavabını verdi.

Anar Məmmədovun döyüldüyü barəsindəki iddiasına isə belə cavab verdi ki, "Mənim elə şeydən xəbərim yoxdur. Döymüşdülər, verərdi polisə də, indi hansı zəmanədir " cavabını verdi.

Hərçənd ki, hansı zəmanədə yaşadığımızın biz də fərqindəyik. Bilirik ki, hazırkı durumda ölkədə "başlı başını saxlayır". "Məmurdan dayağı" olmayan sadə vətəndaşlar isə vəzifə kürsüsündə yerini isidən ən kiçik səlahiyyət sahibləri tərəfindən belə döyülür, əzilir, haqqı yeyilir.
Qaldı ki, müavin müəllimin Anar Məmmədov barəsində dediyi, "Elə hər yerə şikayət etdiyinə görə axırı"DOST " iş mərkəzində onun yoldaşının da, özünün də adını işə yazdılar" ifadəsinə, elə öz tərəfimizdən bu sözlərin absurd və gülünc göründüyünü onun diqqətinə çatdırmaq istəyirik.

Hörmətli Əfqan bəy, məgər bu ölkədə hər şikayət edənə iş verilir?
O zaman bu qədər narazı vətəndaşlar varkən, bu qədər işsizlik niyə var?
Siz deyən məsələnin hansı hallarda baş tuta biləcəyini hamımız bilirik. Hər halda biz də sizin və sizin kimi düşünən bir çoxlarının səlahiyyət sahibi olduğu ölkədə yaşayırıq, hansı səlahiyyət sahiblərinin vəzifəsini icra etməkdən başqa nələrə qadir olduğunu da bilirik.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
Bir neçə gün bundan öncə gundemxeber.az saytında Ağcabədi rayonu, “Haramı düzü” adı ilə tanınan ərazidə fəaliyyət göstərən “Yaşar-84” MMC kəndli fermer təsərrüfatının sahibi, hüquqi şəxs Bəxşeyiş Xasay oğlu Səfiyevin üz-üzə qaldığı bir çox problemlərin mahiyyətini ictimailəşdirib, ölkə ictimaiyyətini baş verən qanunsuzluqlarla bağlı məlumatlandırmışdıq. Yəni, yazıb qeyd etmişdik ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəxşeyiş Səfiyev 1995-ci ildən indiyə kimi rəhbərlik etdiyi “Yaşar-84” MMC kəndli fermer təsərrüfatına aid 50 ha torpaq sahəsində həm əkinçiliklə, həm qoyunçuluq təsərrüfatı ilə məşğul olub. O, dövlət fond torpağına aid olan və icarə müqaviləsi əsasında istifadə etdiyi torpaq sahələrində suvarma işlərini 3 (üç) ədəd trosfarmatordan istifadə etməklə həyata keçirsə də, bir müddət bundan öncə Ağcabədi RİH-nin başçısı cənab Rafil Hüseynovun verdiyi tapşırıqlar əsasında, RİH-nin və “Azərişıq” ASC-nin əməkdaşları polisin təsir imkanlarından istifadə edirlər və onlar trosfarmatorları ərazidən söküb aparırlar. Belə bir səbəbdən də, Bəxşeyiş Səfiyev payız mövsümü ilə əlaqədar əkin sahələrində suvarma işlərini həyata keçirə bilmir və gəmiricilər taxıl sahələrini yarasız hala salırlar. Ərazidən trosfarmatorlar götürlərkən müəyyən qarşıdurmalar da baş verir və polis əməkdaşları həm Xasay Səfiyevi, həm də onun yaşlı həyat yoldaşını itələyib yıxırlar. Söz yox ki, bu yöndə atılan addımların kökündə 2019-cu ildən Ağcabədi rayonuna rəhbərlik edən Rafil Hüseynovun verdiyi tapşırıqlar əsas rol oynayır. Yəni, guya ki, Bəxşeyiş Səfiyevin rəhbərlik etdiyi “Yaşar-84” MMC kəndli fermer təsərrüfatı “Azərşəkər” MMC-nin Ağcabədi təsərrüfatına məxsus 18 ha əraziyə daxil olub deyə, ortaya belə bir əsassız bəhanə atılır.

Qeyd edək ki, Bəxşeyiş Səfiyevin gundemxeber.az saytına etdiyi müraciət əsasında yazıb onu da qeyd etmişdik ki, əgər bu cür qeyri-qanuni addmlarla bağlı tapşırıq verən İcra Başçısıdırsa, hərtərəfli aranı qarışdıran, vətəndaşların dövlət orqanlarından narazı düşmələrinə şərait yaradan, bir sözlə əsas baiskarlardan biri Ağcabədi RİH Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Muxtar Bağırov adlı şəxs olur. Müraciət müəllifinin iddiasına görə, icra başçısı Rafil Hüseynov bu gün də Muxtar Bağırovun məsləhəti ilə oturub durur və bu şəxslər zaman-zaman elə bir saxtakarlıqlara qol qoyurlar ki, baş verənləri görüb-eşidən hər kəs, sanki öz özlüyündə şaxsey-vaxsey deməli olur. Məsələn, Bəxşeyiş Səfiyev qeyd edir ki, “1995-ci ildə Ağcabədi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 72 saylı qərarı ilə fermer təsərrüfatı yaratdım və mənə 30 ha torpaq sahəsini müddətsiz verdilər.

2003-cü ildə sənədlərim dəyişdirildi və istifadə etdiyim torpaq sahəsi 50 ha oldu ki, bu da rəsmi qaydada sənədləşdirildi. 2011-ci ildən bugünə kimi dəfələrlə icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı RİH-nə müraciətlər etmişəm. Yüz dəfə sənədlərimi onlara təqdim etmişəm, xeyri olmayıb. İstifadə etdiyim torpaq sahəsi ilə bağlı qərar 1995-ci ildə verilsə də, istifadəmdə olan torpaq sahəsinə aid şəhadətnamə isə 2003-cü ildə verilib. Buna baxmayaraq, RİH tərəfindən 2005-ci ildə qeyri-qanunu olaraq, yəni heç bir məhkəmə qərarı olmadan, mənə verilmiş şəhadətnamə ləğv edilmədən, şəhadətnaməmin üstündən başqa bir şəxsə 20 ha torpaq sahəsinin guya ki, başqa bir şəxsə aid olması ilə bağlı şəhadətnamə verirlər. Qeyd olunan torpaq sahəsinə aid başqa bir şəxsə şəhadətnamə versələr də, bu gün də həmin sahə istifadəmizdədir.

Onlar məni indiyə kimi hüquq-mühafizə orqanlarına veriblər, yoxlama zamanı sənədlərimin qaydasında olduğu bəlli olub. Xeyli müddət bundan öncə RİH-də çalışan vəzifə sahibləri bir şirkəti aldadırlar və onlar istifadə etdiyimiz torpaq sahəsinin içindəki tikilini, üç artezianı və torpaq sahəsinin müəyyən hissəsini şirkət əməkdaşlarına göstərirlər. Az sonra Mehdiyev Şöhrət Əsəd oğlu adlı şəxsin adına sənədləşmə işləri həyata keçirilir və onlar belə bir fırıldaq əməllərinə qol qoyaraq həmin şirkətdən külli miqdarda pul əldə edirlər”.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, qeyd olunan faktlarla bağlı gundemxeber.az saytında məqalə yayımlandıqdan sonra, Ağcabədi RİH Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Muxtar Bağırov redaksiyamızla əlaqə saxladı və o, problemlərlə bağlı fikirlərini belə bir formada ifadə etdi. Odur ki, bu şəxsin söylədiklərini hər kəsin diqqətinə çatdırırıq. Muxtar Bağırov telefon danışığı zamanı bildirdi ki, “Əvvəla bilmədiyiniz şeyi çox səhf edib yazırsınız, qarşı tərəfin mövqeyini öyrənmədən. 1995-ci ildə Ağcabədi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Bəxşeyiş Səfiyevə 30 ha torpaq sahəsi verilir, sonra sənədləri dəyişdirilib olub 50 ha. Axırıncı dəfə 2003-cü ildə beş il müddətinə ona 50 ha torpaq sahəsinəsərəncam verilib. 2003-cü ilin aprelində sənədlər dəyişdirilib və 20 ha sahə onun razılığı ilə həmkəndlisi Mehdiyev Şöhrət Ərşad oğluna verilib. Müqavilənin vaxtı 2011-ci ildə bitib. 2011-ci ildən indiyə kimi onun müraciəti varmı ki, mən harasa müraciət etmişəm ki, müqaviləm uzadılsın, amma uzadılmayıb. Ona verilən torpaq dövlətin torpağıdır. Heyvandarlığın inkişafı üçün verilən torpağı o, qeyri-qanuni ağdamlılarla əlbir olub, alver edib, taxıl əkib, soğan əkilib. Bəxşeyşin orada torpağı yoxdur.

Transformator “Paşa Holdin”qə icarəyə verildiyindən və müasir suvarma sistemləri qurulduğundan, orada olan artezianlar götürülüb. Təsərrüfatın ərazisidir, müasir yağış yağdırıcı qurğular yaradılır. Əgər Bəxşeyiş sənədini göstərib desə ki, bu mənim sənədli-sübutlu torpağımdır, al bunu oxuyun, onda dərc etməyə haqqınız var. Mən 28 noyabrdan məzuniyyətdə olduğumdan, sizin məktublara cavab veriləcək. Reallıqda o torpaq Bəxşeyiş Səfiyevin pay torpağıdırsa, ya ona ömürlük verilmiş olardısa, onun deməyə haqqı olardı. O, dövlət fonduna aid torpaq sahəsidir, təyinatı qış otlağıdır. Bəxşeyiş Səfiyevin bu il 20-dən artıq müraciəti olub, hər biri cavablandırılıb. O torpaq ona icarəyə verilə bilməz. Onun barəsində rayon polis şöbəsinə, prokurorluğa, əmlak məsələləri dövlət xidmətinin rəis müavini Elçin Usubova barəsində məlumat göndərilib. O, adamın müraciət etməsinə heç bir hüquqi əsas yoxdur. Siz də belələrinin dalınca düşürsünüzsə, demək siz jurnalist işləmirsiniz.

Prezidentin Özbəkistan səfərindən sonra 3 (üç) min hektara yaxın sahə var, orada müasir suvarma var, bütün şəbəkələr təmin olunub ona. Yeni təsərrüfat yaradılacaq, oradan bütün icarədarlar çıxarılacaq. Dövlət torpağı 67 nəfərin dolanışığı üçün deyil, dövlət torpağında orada geniş təsərrüfat yaradılacaq. Odur ki, belələrinin dəyirmanına su tökməyə ehtiyac yoxdur”.

Bəli, Ağcabədi RİH Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Muxtar Bağırov danışdıqlarına, ifadə etdiyi belə bir fikirlərinə diqqət yetirdikdə bəlli olur ki, bu şəxs “qaş düzəltdiyi yerdə, sanki göz çıxartmaqla” məşğul olur. Yəni, Muxtar Bağırovun danışıq ritorikasından bəlli olur ki, bu şəxs yazılanların hər birinin səhv olması və yersiz yazılması qənaətindədir. O halda sual oluna bilər ki, əgər Muxtar Bağırovun özünün dediyinə görə, bu şəxs 28 noyabrdan məzuniyyətdədirsə, ona belə bir ritorika ilə danışmağa hansı qanun ixtiyar verir? RİH-nin rəsmisi qeyd edir ki, “20 ha sahə Bəxşeyiş Səfiyevin razılığı ilə onun həmkəndlisi Mehdiyev Şöhrət Ərşad oğluna verilib”. Bəxşeyiş Səfiyev isə “Mənim bu məsələ ilə bağlı heç bir razılığım olmayıb” deyir. O halda müdir müavini Muxtar Bağırovun bu cür açıqlamasına nə ad vermək olar? Bu şəxs onu da bildirir ki, “Bəxşeyiş Səfiyevlə bağlanmış müqavilənin vaxtı 2011-ci ildə bitib”. Sual oluna bilər ki, əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəxşeyiş Səfiyevlə RİH arasında sonuncu dəfə 2003-cü ildə icarə müqaviləsi bağlanıbsa və müqavilənin müddəti 2011-ci ildə başa çatdıbsa, nə üçün bu şəxsin istifadə etdiyi torpaq sahələri ötən illər ərzində ondan geri alınmır?

Digər tərəfdən, indiyə kimi bu şəxs icarə müqaviləsi sənədinin uzadılması ilə bağlı dəfələrlə RİH Aparatına müraciətlər edib. Sual oluna bilər ki, Bəxşeyiş Səfiyevə verilmiş torpaq sahələri heyvandarlığın inkişafı üçün verilibsə və bu şəxs həmin sahələrdən qeyri-qanuni olaraq kənd təsərrüfatı məqsədilə istifadə edibsə, nə üçün RİH öz səlahiyyəti çərçivəsində indiyə kimi bu şəxslə bağlı lazımi tədbirlərini görməyib?
Müdir müavini Muxtar Bağırov onu da bildirir ki, “Transformatorlar “PAŞA Holding”ə icarəyə verilmiş və orada müasir suvarma sistemləri qurulmuşdur”. Bu fikirin özündə də böyük şübhələr var. Çünki, heç cür inandırıcı deyil ki, “PAŞA Holding” kimi böyük bir şirkət, hansısa kiçik bir sahibkarın indiyə kimi istifadə etdiyi və kifayət qədər köhnəlmiş transformatorları icarəyə götürsün? Əslində bu şəxs “PAŞA Holding”in adından sperkulyasiya etsə də, ərazi “Azərşəkər” MMC tərəfindən ələ keçirilir. Muxtar Bağırov açıqladığı fikirlərin birində də qeyd edir ki, “Bəxşeyiş Səfiyevin 2011-ci ildən indiyə kimi müraciəti varmı ki, “müqaviləm uzadılsın deyə müraciət etmişəm” amma uzadılmayıb” desə də, bu şəxs sonrakı fikirlərində isə “Bəxşeyiş Səfiyevin təkcə bu il 20-dən artıq müraciəti olub, hər biri də cavablandırılıb” deməsi, bir daha onu sübut edir ki, RİH-nin rəsmisi başdan-ayağa yalan danışır. Muxtar Bağırovun “Siz də belələrinin dalınca düşürsünüzsə, demək siz jurnalist işləmirsiniz” deməsi, məhz onu söyləməyə əsas verir ki, bu şəxsin düşüncəsinə görə vətəndaşın üz-üzə qaldığı problemi media qurumlarında ictimailəşdirmək olmaz. Əgər, hansısa media nümayəndəsi vətəndaşa aid problemi ictimailəşdirirsə, demək Muxtar Bağırovun qənaətinə görə həmin şəxs jurnalist deyil. Yəni, bu şəxsin yanaşmasından belə qənaətə gəlmək olar. Müdir müavini Muxtar Bağırovun “Belələrinin dəyirmanına su tökməyə ehtiyac yoxdur” açıqlaması da, məhz bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.

Unutmaq olmaz ki, 20 iyul 2017-ci il tarixdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması tədbirində iştirak edərkən qeyd etmişdi ki, “Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”. Bəli, bu ölkə rəhbərinin Azərbaycan jurnalistikasına verdiyi dəyərdir, ortaya qoyduğu yanaşmasıdır. O halda sual olunur ki, Muxtar Bağırovun “Siz də belələrinin dalınca düşürsünüzsə, demək siz jurnalist işləmirsiniz” açıqlaması, görəsən hansı məqsədə, hansı niyyətə hesablanmış addımdır? Qarşı tərəfin mövqeyini bir daha dinləyə bilərik.
Bəxşeyiş Səfiyevin rəhbərlik etdiyi “Yaşar-84” MMC kəndli fermer təsərrüfatına aid olan sənədləri yazıya əlavə edirik.
Gundemxeber.az
Ardını oxu...
Sumqayıt şəhərin abadlaşmasında yenidən qalmaqal yaranıb. Şəhərin bulvarının və müxtəlif yerində abadlaşma aparan 15 – dən artıq iş adamı ölkə başçısına müraciət edərək halal əmək haqqlarını ala bilmədiklərin bildiriblər. Abadlaşma üçün dəyəri millyonlarla manat olan inşaat materiallarının pulunu bu günə kimi almayıblar. Əmək haqqların istəyəndə isə muxtəlif cür təhdid və təziqlərlə üzləşirlər. Onlar “Azərbaycan Reallığı”na göndərdikləri şikayət mətnində rayonun icra başçısı Zakir Fərəcovu və şəhərin memarı Adil Xudadatovu ittiham edərək şikayətlənirlər.

Qeyd edək ki, sözü gedən şikayətlər rəsmi olaraq ölkə başçısı cənab İlham Əliyevə Prezdent Administrasıyanının rəhbəri cənab Samir Nuriyevə Prezdentin köməkçisi Prezdent administirasıyasının dövlət nəzarət məsələləri şöbəsinin müdürü cənab Kərəm Həsənova Prezdent Administrasıyanının ərazi-təşkilat məsələlər üzrə şöbə müdürü cənab Zeynal Nağdəliyevə, Prezdent Administrasıyanının regional idarəetmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi cənab Vəfadar Bağırova və digər güc strukturlarına şikayət məktubları ünvanlayıblar.

MÜRACİƏT

Bildiririk ki, 2016-cı ilin mart ayının əvvəllərində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun dəvəti ilə qəbulunda olduq. Bizə bildirdi ki, Sumqayıt şəhərində yeni bulvar kompleksinin salınması gərəkdir. Söhbət əsnasında onu da qeyd etdi ki, yeni bulvar kompleksi cari ilin sentyabr ayında təhvil verilərsə, ona yüksək vəzifə veriləcəyi nəzərdə tutulur. Hətta, Zakir Fərəcov onu da bildirdi ki, bizdən əvvəl 6 (altı) nəfər bacarıqlı iş adamı ilə söhbəti olsa da onlar bu işi boyunlarına götürməkdən imtina ediblər. Nəhayət, arayıb-axtarıb bizi tapıb, ona deyiblər ki, bu işlərin öhdəsindən ancaq biz gələ bilərik.
Ardını oxu...
Zakir Fərəcov

Xahiş etdi; onu da bildirdi ki, bulvarın tikilməsi onun üçün çöx önəmli və vacib məsələdir. Çünki, Sumqayıt bulvarını yüksək səviyyədə qurub ortaya çıxarmağı cənab Prezident İlham Əliyevə söz verib! Zakir Fərəcovun təkidlərindən sonra biz razılaşdıq. Hətta, bunu da bildirdi ki, bulvar kompleksi prezidentin gözlədiyi səviyyədə salınıb ərsəyə gələrsə, o, bizə bundan sonra da işləmək üçün yeni imkanlar və şanslar yaradacaq. Biz birlikdə yeni bulvar kompleksinin salınacağı əraziyə gedib baxış keçirtdik.

Bu, 105 hektar torpaq sahəsini əhatə edirdi. Biz, 2016-cı il mart ayının 10-da 624 nəfər canlı işçi qüvvəsini və texnikalarımızı işə saldıq, fəaliyyətə başladıq. Yeni bulvar kompleksini 2016-cı ilin sentyabr ayında razılaşdığımız tarixdə təhvil verdik. Bununla yanaşı onu da nəzərinizə çatdırmaq istərdik ki, yeni bulvar kompleksindən sonra Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, Sumqayıt şəhərinin girişində olan yolun sağ və sol (8 kilometr) hissəsi, Səməd Vurğun, Nizami Gəncəvi, Cəfər Cabbarlı küçələrinin yolları, Sumqayıt şəhərində Muğanbankın qarşısındakı istirahət parkını tam şəkildə abadlaşdıraraq təhvil verdik. Nəticəsi isə biz gözlədiyimizin tam əksi oldu. Şəhərin icra başçısı Zakir Fərəcov gördüyümüz işlərin əvəzində bizə 2900000 (iki milyon doqquz yüz min) manat borclu qaldı…

Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında icra başçılarına insanlarla, iş adamları ilə vicdanla davranmağı tövsiyyə və tələb edir. O, özü ifadə etdiyi kimi: “Mən sizi bu vəzifəyə öz mənafeyinizi güdmək üçün deyil, insanlara, xalqa vicdanla xidmət göstərmək üçün təyin etmişəm, əks təqdirdə cəzalandıracaqsınız” söyləyir. Biz də Zakir Fərəcovu bu vəzifədə cənab Prezidentin etibar etdiyi insan kimi qəbul edərək məsuliyyətli, ağır, çətin işlərin altına girmişdik. Etibar ləyaqətin ölçüsüdür. Zakir Fərəcov isə bu etibardan sui-istifadə edərək illərdir bizi süründürür, incidir, hədələyir, təhqir edir, qorxudur, yalan vədlərlə başımızı qatır.

Biz iş adamı olaraq onu sözündə, əməlində ciddi vəzifə məmuru olaraq qəbul etmişdik. Zakir Fərəcovun yalan vədlərinə inandıq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan tikinti materiallarını tanıdığımız, bizə etibarı olan iş adamlarından götürdük. Aramızda olan inam böyüklüyünə söykənərək onların dəstəyi ilə tapşırılan işləri, verdiyimiz sözü yüksək səviyyədə yerinə yetirdik…

Onu da qeyd edək ki, işə başladığımız ilk aylarda bizə veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Sonra A.Xudadatov öz dili ilə etiraf etdi ki, tikinti üçün ödədiyi pulları şəhərdə fəaliyyət göstərən iş adamlarından, idarə, müəssisə və təşkilatlardan yığaraq ödəyir.
Ardını oxu...
Adil Xudadatov

Çünki, biz materiallar üçün maliyyə vəsaiti tələb etdikdə, o pulların hələ yığılmadığını bildirirdi. Biz başladığımız işin fasilələrə dayanmaması üçün tanış iş adamlarından nisyə tikinti materialları götürürdük, həmişə etibarımızı saxladığımıza görə inanırdılar və etiraz etmirdilər. Kompleksdə çalışan işçi qüvvəsinin məvacibi isə güc-bəla ilə daxili imkanlar, imkanlı dost-tanışların köməkliyi sayəsində ödənilirdi. Çünki, şəhadətin və kişiliyin rəmzi olan Hz. Əli deyir:

“İşçinin pulu alnının təri qurumamış verilməlidi, bu Allaha xoş gedir”. Bütün bu əziyyətlərə ona görə dözürdük ki, Z.Fərəcov və A.Xudadatov təkidlə işlərin dayandırılmamasını xahiş edir, yaxın zamanlarda bütün borcların ödənəcəyini vəd edirdilər. Bu gün Sumqayıt şəhərində hər kəsin söylədiyi kimi göz oxşayan, gözəllik məkanı, müasir standartlara uyğun zövqlü bulvar kompleksi, vətən, torpaq, qeyrət, namus uğrunda canından keçən şəhidlərin əbədiyaşarlıq abidəsi olan Şəhidlər Xiyabanı, adlarını sadaladığımız küçələr, parklar hansı əziyyət hesabına ərsəyə gəlib; Həm mənəvi, həm fiziki, həm maddi…

Onu isə yaşayanlar-biz bilirik! Kənardan görünən o gözəlliyin arxasında isə hansı qaranlıq məqamların yatdığı cəmiyyət üçün qapalıdır! Biz, iş adamı olaraq hələ də çəkdiyimiz əməyin, zəhmətin, əziyyətlərin maddi qarşılığını Zakir Fərəcovdan ala bilmirik. Hətta müəyyən şəxslərdən götürdüyümüz materialların dəyərini, borc götürdüyümüz şəxslərin borcunu hələ də ödəyə bilməmişik.

Qeyd: Sumqayıtda yeni bulvar kompleksinin açılışında görülən işlərdən riqqətə gələn cənab Prezident İlham Əliyev: “Qısa bir zaman kəsiyində bu cür gözəl nəticə… Bu əsl möcüzədir” söyləmişdi. Cənab Prezidentə bildirmək istəyirik ki, istəyirik ki, bu möcüzəni yaradan insanlar (MMC) 6 (altı) ildir ki, öz halal haqqını Zakir Fərəcovdan ala bilmir. Haqqımızı tələb etdikdə müxtəlif hədə-qorxu, təpkilərlə üzləşirik. Belə yerdə dahi Nəsiminin bir beyti lap yerinə düşür:

“Zahidin bir barmağın kəssən dönüb həqqdən qaçar, gər bu miskin aşiqi sərpa soyarlar ağlamaz”. Zakir Fərəcov ədalət prinsiplərini lap arxa plana keçirərək, verdiyi sözün etdiyi əməllərlə üst-üstə düşmədiyini fərqinə varırmı?! Z.Fərəcov qeyd edir ki, kompleksin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamışdı. Bunu öz hesabına etmişdir. Bu da bir absurt, bir yalan. Hamıya bəllidir ki, cənab Prezident abadlıq-quruculuq işlərinə dövlət büdcəsindən, hətta öz xəzinəsindən milyonlarla vəsait ayırır. Bir də ola mənəvi irsimizi, tariximizi yaşadan şəhidlərlə bağlı abidələrin, parkların salınması, tikintisinə. O, bizə görülən işlərin dəyərinin 30 %-i notarial qaydada təsdiq etməklə ona bağışlamağımızı tələb edir.

Ardını oxu...
Hümbət Məmmədxanov

Yerdə qalan hissəsinin əvəzinə isə bu borcu bağlamaq üçün torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər belə təklif etmişdir. Bu, bizi qane etməsə də məcburən razılaşdıq. Lakin, həmin təkliflər də başçı tərəfindən verilən növbəti vəd olaraq qaldı. Z.Fərəcov ödəniş etmək əvəzinə qanunsuz hərəkətlərə əl atır, hətta bir neçə iş adamını polisdə günlərlə qeyri-qanuni saxlatdırmışdı.

Qeyd: Görüşlərimizin birində Zakir Fərəcov qeyd edir ki, ona yuxarıdan 6000000 (altı milyon) manat dəyərində bir uşaq bağçası və bir məktəb binası tikdirməsi tapşırığı verilmişdir. Onların tikilməsi üçün vəsait tapa bilmir. Buna görə də bizə borcunu ödəmək imkanı yoxdur. Əldə etdiyimiz faktlara əsasən onu da qeyd etmək istərdik ki, Zakir Fərəcovun borcunu ödəməsi üçün vəsaitin olmaması ağ yalandır.

Sumqayıtın 18-ci məhəlləsi adlanan yerində, Sumqayıtlılar tərəfindən “MER-in liftli villaları” adlanan ərazidə olan bir villanın satılması bizim kimi haqqı verilməyən iş adamlarının haqqını ödəməyə yetər. Hətta, başçının Sumqayıt stansiyasında şəxsi ferma kompleksini hansı vəsaitlərlə tikdirməsini onun özünə sormaq gərəkdir. Hələ bu faktlar bilinənlərin, görünənlərin içində bir faizdir. Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən “Uventa” estetik mərkəzi Zakir Fərəcovun qızına hədiyyəsidir.

Üç mərtəbədən və böyük ərazidən ibarət olan bu kompleksinin çox acı tarixçəsi var. Bu estetik kompleks mikrorayon sakinlərinin öz vəsaitləri hesabına ərsəyə gətirdikləri 27 illik 40-a yaxın iydə ağacının kəsilərək, (soyqırımı), may ayında çiçəkləri üstündə olan iydələri buldozerlərin qabağına qoyaraq məhv etməsi heç kəsin yadından çıxamayıb. Onda da bu ədalətsizliyə qarşı çıxan 180 sakini Zakir Fərəcovun qoçuları hədə-qorxu ilə susdurmuşdular. Qeyd: Əldə etdiyimiz məlumatlara əsasən Sumqayıt şəhərində gördüyümüz yenidənqurma və abadlıq işlərinin hamısı başçı tərəfindən tamamilə başqa müəssisələrin adına sənədləşdirilmişdir.

Zakir Fərəcovun borclu olduğu pullar yüzlərlə fəhlənin alın tərininin, ağır zəhmətinin, iş adamlarının min bir əziyyətlə əldə etdiyi və satdığı tikinti materiallarının puludur. Bunun hər birində hər kəsin ahı-naləsi dayanır. Bu pulları mənimsəmək olmaz. Allahın bir adı ədalətdir. İlahi ədalətin məhkəməsindən, məşərindən heç kəs qurtara, qurtula bilməyib. Zakir Fərəcov bizi aldatsa da İlahi ədaləti aldada bilməz. Sizdən xahiş edirik ki, bu ədalətsizliyə son qoyasınız. Əziyyətimiz hesabına qazandığımız haqqımızın geri qaytarılmasında bizə yardımçı olasınız.

Qeyd: Cənab Prezident İlham Əliyev qeyd edir ki: “Azərbaycan dövlətçiliyinin əsasını Azərbaycan vətəndaşı, insan resursu təşkil edir.” Heç bir məmur bu ifadəyə öz ədalətsiz əməlləri ilə kölgə sala bilməz… Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
İmzalar:

1.Mansurov Çingiz Əfram oğlu

2.Məmmədov Miribrahim Qamət oğlu

3.Əliyev İslam Allahverdi oğlu

4.Abbaszadə Pərviz Xaləddin oğlu

5.Abbaszadə Vüqar Saqi oğlu

6.Şəmiyev Ağaməmməd

7.Abbasov Əkbər

8.Həmidov Saatxan Calal oğlu

9.Mirzəyev Şükür Eldar oğlu

10.Məmmədov İlham Musa oğlu

11.Məmmədov Nəvəgül Musa oğlu

12.Cəfərov Şahin Adil oğlu

13.Qacarov Vilayət Hidayət oğlu

14. Süleymanov Azad Mustafa oğlu

15.Seyidov Taleh Ariq oğlu

Yazıda adı çəkilən şəslərin və qurumlarında mövqeyini tanıyır və cavab haqqları olarsa dərc etməyə hazırıq (“Azərbaycan Reallığı” )
 
Ardını oxu...
Tədqiqatçı, tarixçi Səbuhi Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya Açıq məktubla müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

"Çox hörmətli, cənab Prezident və çox hörmətli, xanım Birinci vitse-prezident.

Mən və həyat yoldaşım Gülüstan İsayeva 10 ildən çox idi ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışırdıq. Uzun müddət idi ki, institutumuzda baş alıb gedən korrupsiya faktları bizi narahat edirdi. Bunu hər kəs bilirdi, lakin hər zaman biz danışır və etiraz edirdik. Biz 2021-ci il 13 iyul tarixində AMEA-nın sabiq rəhbərinə bununla bağlı müraciət etdik. AMEA-nın sabiq prezidentinin sərəncamı ilə institumuza yoxlama gəldi və bəlli oldu ki, böyük yeyinti faktları mövcuddur. Lakin tərtib olunan arayış heç bir yerə göndərilmədi. Nəticədə, institutun direktoru öz ərizəsi ilə işdən azad edildi. Lakin olduqca maraqlı bir hadisə baş verdi. AMEA RH-nin qərarı ilə şikayətçinin də işdən azad edilməsi yeni rəhbərliyə tapşırıldı. Əslində bu qanunvericiliyə zidd idi. Lakin AMEA RH-i belə bir səlahiyyəti olmadığını sonradan anladığı üçün qərarı yoxa çıxarmağa çalışdı.
Bu tarixdən, o zamankı AMEA rəhbərliyi və institutun yeni rəhbərliyi bizimlə mübarizəyə başladı.
Həyat yoldaşım Gülüstan İsayeva şər və böhtanlarla, tamamilə əlaqəsiz məsələlərlə ittiham olunaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad edildi. Çox keçmədən, AMEA-nın sabiq prezidenti bu instituta öz adamı olan Abbas Seyidovu təyin etdi.

Bu dövrdən, mənə qarşı da hücumlar başlandı. Tədqiqatlarıma maneələr törədildi. Qarabağda işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən məhv edilmiş arxeoloji abidələrimizin müəyyən edilməsində XX əsrin 80-90-cı illərinin peyk görüntülərinin müasir peyk görüntüləri ilə müqayisəli təhlili əsasında dağıntının miqyası və dəymiş ziyanın müəyyən edilməsinə həsr edilmiş araşdırma tamamilə dayandırıldı. Buna qədər Şuşa şəhərinin abidələrinin müəyyən edilməsində bu metodologiyadan istifadə etmişdim.
Həmin dövdə, Qərbi Azərbaycanla (indiki Ermənistan) bağlı araşdırma işimin dayandırılması istənildi. Bu məqsədlə, Türkiyə Cümhuriyyətinin Osmanlı arxivinə ezam olunmağım ilə bağlı məsələdə əngəllər törədildi. Yalnız, müəyyən qurumlar işə qarışandan sonra icazə verməli oldular. Bunun nəticəsində, Osmanlı arxivində də araşdırma apara bildim və ölkəmizə lazımı sənədləri gətirməyi bacardım. Lakin yeni institut rəhbərinin və onun adamlarının mənə qarşı apardığı şər böhtan fonunda araşdırma aparmağın mümkün olmadığını anladım. Bunun üçün öz ərizəmlə illər öncə araşdırma aparmaq üçün gəldiyim doğma institutu tərk etməli oldum. Bununla da kifayətlənməyən rəhbərlik mənim bir daha AMEA binasına buraxılmamağımla bağlı tapşırıq verdi.
Sonradan, Tarix İnstitutunun baş direktoru araşdırmalarıma dəstək oldu və məni institutda işə götürdü. Hal-hazırda, olduqca güclü elmi mühit formalaşmış Tarix institutunda çalışıram.
Həyat yoldaşım Gülüstan İsayeva isə Yasamal rayon məhkəməsinə müraciət edərək qanunsuz işdən azad edilməsinin mübahisələndirilməsini istədi. Məhkəmə qərarı ilə ona qarşı atılan şər böhtanların yalan olması aydın oldu və onun işə bərpa olunması barəsində qətnamə verildi.
Bu, qarşı tərəfi daha da özündən çıxardı və bizə bu yoldan geri çəkilməyi bildirdilər. Əgər, Gülüstan İsayeva instituta geri dönərsə, hər ikimizi həbs etdirəcəkləri ilə hədələdilər. Lakin biz haqlı olduğumuzu bildiyimiz üçün geri çəkilmədik.
Bir müddət sonra, hər ikimiz haqqında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və yeni baş direktoru Abbas Seyidov, onun elmi katibi Akif Quliyev hər ikimizdən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə guya mənim "yeyintilər" etməyimlə bağlı şikayət etdilər. Özü də, bunu istər maliyyəyə və istərsə də istənilən işə cavabdeh sabiq direktor edirdi. Mən isə sadəcə elmdə ən aşağı iki pillədən ikincisi olan elmi işçi idim. Yoxlama vaxtı ilə bu insanların neçə illər institutu dağıtmasını sübut etmişdi.
Bir müddət sonra, biz də korrupsiya idarəsinə çağırıldıq. Bizə bildirildi ki, artıq nəinki mən, hətta həyat yoldaşım haqqında "fakta görə, cinayət işi" açılmışdır.
Həmin dövrdə, apardığım araşdırmaya da başım qarışmışdı. Müstəntiq isə tez-tez sorğuya çağırırdı. Lakin araşdırmamı başa çatdırmalı idim. Bu "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi üzrə araşdırma" idi. Bu araşdırma, mənə qarşı aparılan şər böhtan fonunda hazırlansa da, olduqca uğurlu alındı.
Özü də, AMEA rəhbərliyi də daxil olmaqla, Arxeologiya , Etnoqrafiya və Antropologiya institutunun baş direktoru da mənim bu araşdırmanı apardığımı bilə-bilə, mənimlə bu mübarizəni aparırdılar.
Araşdırma uğurlu alındı. Gülüstan sarayında 2022-ci ilin iyul ayının 5-da bütün mətbuat nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdim edildi. Ssenari müəllifi olduğum eyni adlı sənədli film də ictimaiyyətə təqdim edildi. Araşdırma sübut etdi ki, İrəvanda hələ də Azərbaycan xalqına məxsus böyük abidələr kompleksi qalır. Araşdırma sübut etdi ki, İranın İrəvanda özününküləşdirməyə cəhd etdiyi Göy məscidimizə istər hüquqi, istərsə də tarixi baxımdan heç bir ixtiyarı yoxdur. Bütün araşdırma Türkiyə, Rusiya, ABŞ-ı, Ermənistan və Gürcüstan arxivlərində saxlanılan sənədlərə istinadla hazırlanmışdı.
Bu tədqiqatdan sonra məndən kütləvi şəkildə şikayətlər edənlərə də yuxarıda adlarını çəkdiyim qüvvələr rəhbərlik edirdi.
Hal-hazırda, Qərbi Azərbaycanla bağlı böyük tədqiqat işi üzərində çalışmaqdayam. Bu ermənilər tərəfindən Qərbi Azərbaycanda XXI əsrdə dağıdılmış yüzlərlə qəbiristanlıqların müasir texnoloji metodlarla müəyyən edilməsidir. Tədqiqata 450-dən çox sovet dövrünün xəritələri və arxivlərdə olan 700-dən çox peyk görüntüləri də cəlb olunmuşdur. Bu xəritələrin böyük əksəriyyəti ABŞ arxivlərində yerləşir və ilk dəfə tədqiqata cəlb edilir. Apardığım tədqiqat metodları Azərbaycan Arxeologiyasında bir ilk olsa da, bunu qəbul etmək istəməyən, elə həmin institutun rəhbərliyidir. Belə başa düşürəm ki, bu araşdırmama mane olmağa müəssər olacaqlar.
Hələ də mənə aydın deyil ki, gördüyüm işlərin dövlətimiz və xalqımız üçün önəmli olduğunu bilə bilə bu "alimlər" nə üçün mənə maneələr törədir.

Haqqımızda şikayətçi olanların özləri haqqında tutarlı faktları Baş prokurorluğa təqdim etsək də, biz özümüz də həmin insanlardan şikayət versək də, heç bir cinayət işi başlanmadı. Onlar haqqında heç bir ölçü götürülmədi.
Artıq, mənə və həyat yoldaşım Gülüstan İsayevaya qarşı qaldırılan "fakta görə cinayət işi" də yekunlaşmaq üzrədir. Görünən odur ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun həm sabiq direktoru Maisə Rəhimova, həm də indiki baş direktoru Abbas Seyidovun şikayəti ilə başlanan bu iş mənim həbsimlə yekunlaşacaq.
Yoldaşımla bağlı məhkəmə qətnaməsini də artıq Bakı Şəhəri Appelyasiya Məhkəməsinə verərək hansısa yollarla ləğv edilməsinə nail olmuşdular. Maraqlısı bu idi ki, məhkəmə mənə aid olmasa da, hakim mənim haqqımda qarşı tərəfin şər böhtanlarını əsas götürmüşdü. Hər yerdə bu adamları dəstəkləyən insanlar mövcuddur. Hal-hazırda, Gülüstan İsayeva tərəfindən Kassasiya şikayəti də verilmişdir.
Açıq məktubla Sizə müraciət etməyimin səbəbi Sizin həlledici söz sahibi olduğunuza bəslədiyim böyük inamdır. Elə bu inam da Sizə, bir başa bu məktubu yazmağa təkan verdi.
Xahiş edirəm ki, bizə qarşı aparılan bu işi nəzarətə götürəsiniz, ciddi və ədalətli araşdırma aparılmasına göstəriş verəsiniz. Xahiş edirəm ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunda korrupsiya maşınına, sisteminə rəhbərlik etmiş və edən hər kəs məsuliyyətə cəlb edilsin".

Müraciətdə iddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Uzun müddət Naxçıvanda yüksək vəzifələrdə çalışmış Məmməd Abbasov Muxtar Respublikada dövlət qulluqcusu olan təqaüdçülərin başına açılan oyunlarla bağlı maraqlı yazı ilə çıxış edib. TEREF.AZ Azinforum.az-a istinadla Məmməd Abbasov şəxsən özünün də rastlaşdığı bu vəziyyətlə bağlı qeydlərini təqdim edir:

“DOSTLAR! Bu yazını yazmaga mən çox tərəddüd edirdim. Sonunda qərara aldım ki, yazmaq lazımdır, gənc dövlət məmurlarının tərbiyəsi baxımdan bunu məqbul saydım.
Dövlətimizin büdcəsi sosial yönümlüdür. Yəni insan amili dövlətin prioritet vəzifələrindən biridir. Bu mühüm dövlət siyasətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən analoji dövlət qurumları vardır. Bəs onlar qocalara, əlillərə, ailə başçılarənı itirənlərə, şəhid ailələrinə, qazilərə necə xidmət edirlər? Bir faktı qeyd etməklə onların fəaliyyətinə qiymət vermək kifayətdir.

Keçən ilin iyul ayından qeyd olunan qurumlar və Maliyyə Nazirliyi xüsusi əməliyyat aparmışlar. Muxtar Respublika üzrə xüsisi təyinatlı pensiyaçıların ( dövlət qulluqçularının, hüquq mühafizə orqanları işçilərinin) pensiyalarını dayandırıb , qanunsuz olaraq yenidən hesablama aparıblar. Nəticədə təqaüdləri yendiriblər. Bu azmış kimi, bütün qeyd olunan təqaüdçülərə borc hesablayıb, hər ay azaldılmış pensiyalarının 50 faizini tutmaga başlayıblar. Ümumi söz olmasın deyə konkret fakt göstərmək istəyirəm.

Mənə 2012-ci ilin avqust ayında qocalıga görə pensiya təyin etdilər. Fevral 2013-cü ildə tutdugum vəzifədən azad olunduqdan sonra, dövlət qulluqçusu kimi pensiya təyinatı ilə əvəzləndi. Keçən ilin iyul ayına qədər, yəni 9 il müavinətimi alırdım, düzdür o müddət ərzində dövlət qulluqçularının zəhmət haqqıları artdıqça mənim də müavinətim 4 dəfə yenidən hesablanmışdı. Günlərin birində, heç bir məlumat vermədən, pensiya kartını bagladılar. Bir müddətdən sonra 25 faiz müavinəti azaldaraq, karta pul köçürtdülər. Əlavə olaraq bildirdilər ki, güya mənim pensiyam səhv hesanlanıb və 40 min manat artıq pul almışam. Fondun şəhər şöbəsinin müdürü Anar( ona nə müəllim , nə də bəy demək olar) bildirdi ki, təcili mən o pulu ödəməliyəm əks təqdirdə mənimlə hüquq mühafizə orqanları məşqul olacaq. Mən rəsmi sürətdə ona bildirdim ki (məktubla) siz qanunsuz hərəkət edirsiniz və sizin bu əməliniz insanları dövlətə qarşı inamını itirir, sizin vəzifəniz qocalara xidmət etməkdir, hədələmək deyil.

Yuxarıda qeyd olunan dövlət qurumlarınından ibarət güya komissiya bu qərara gəlib. Muxtar Respublika Nazirlər Kabineti də bir qərar qəbul edib. Heç bir əsas gətirmədən , Anar bildirdi ki, pensiyam 25 faiz azaldılmalıdır.
Mən məcbur olub MR Baş nazirinə müraciət etdim, ancaq heç bir cavab almadım. MR Ali Məclisinin Sədrinə müraciət etdim, keçmiş bir iş yoldaşı kimi, də mənə heç bir cavab verilmədi. Etika xatirinə heç olmasa telefonla bildirə bilərdilər ki, müraciyətinizə baxılacaq. Məcbur olub, sentyabr ayında Bakı şəhərinə yaşayış uçotuna düşdüm və Sosial Müdafiə Fondunun vasitəsi ilə pensiya işimin Bakı şəhərinə göndərilməsini xahiş etdim. 3 ay ərzində sogruya cavab vermədilər. Dekabr ayında Anar mənə bildirdi ki , “borcumun” 20 mini silindi, heç olmasa gəlin 20-sini ödəyin. Sanki atasının mülkü kimi, mənimlə alver edirdi. Cavabında dedim ki, əgər qanunudursa, hamısını ödəməliyəm, qanunsuzdursa heç nə ödəməyəcəm. Bir aydan sonra bildirdi ki , 20 min də silindi, onda dedim pensiya sənədlərini göndərin. Dedi ki, göndərə bilməz. “Borcların” silinməsini də hesab edirəm ki, Ali Məclisdən ona deyiblər. Sizi yorsam da bu idarələrin dərəbəyliyini, məmurların qocalara münasibətini bilməlisiniz. Onu da biləsiniz ki, Anar bütün qeyd olunan pensiyaçıları məcbur edib belə məzminda ərizələr alıb: “Xahiş edirik, artıq aldıgımız təqaüdün hər ay 50 faizini tutasınız”. Mən ona bildirdim ki, heç ayıb deyil. Deyir, özləri ərizəni veriblər. Təəssüf ki, mənim həmkarlarım qorxudan o cür məzmunda ərizə vermişlər. Anara İdarənin işçilərinə bidirdim ki , Səlim Müslümov Ülu Öndəmizin qızıldan olan imzasını yaxasına vurdu, fondun vəsaitinini dagıtdı, indi həbsdədi , sizi də o aqibət gözləyir.

Bir sözlə, 8 aydan sonra mənim pensiya sənədlərim Bakı şəhərinə aidiyyatı idarəyə daxil oldu. Ərizə ilə müraciət etdim yenidən hesablanma aparıldı, məlum oldu ki , Anar sənədlərdə saxtakarlıq edib, mənim zəhməthaqqımı səhv göstərib. Hər ehtimala qarşı , mən dövlət arxivindən çıxarış almışdım , onu təqdim etdim , pensiyam bərpa olundu. Məndən qanunsuz olaraq 8 min manatdan artıq pul tutmuşdular. Onun da geri qaytarılması təmin ediləcək. Fürsətdən istifadə edib Bakıda DOST mərkəzinin , Sosial Müsfafiə Fondunun işçilərinə dərin minnətdarlıgımı bildirirəm.
İndi məlum olur ki, Anar pensiyaçılara zəng edib deyir bunları deyir: “Pesiyalarınızı bərpa edəcəyik, tutquları da qaytaracagıq” . Yəni səs küy salmayın. Axı bununla iş bitmir. Sizin onlara verdiyiniz mənəvi əzabı, sarsıntını kim ödəyəcək?

Dostlar, mən təqaüdə çıxdıqdan sonra söz vermişdim istirahətimlə, müalicəmlə ailə qaygılarımla yaşayacagam. Ona da əsasən bu 10 il ərzində əməl etmişəm. Amma görürsünüz ki, mərdi qova – qova namərd edirlər. Əgər mənə belə münasibət göstərirlərsə, indi görün mübariz olmayan insanların başı nələr çəkir. Düzdür, əsil günahkar olanlar məlumdur amma icraçı məmurların da bir vicdanı olmalıdır. Rasim Bagırov, Anar Eynalov, Nicat Babayev siz bundan sonra yaddan çıxarmayın ki , QOCLARA HÖRMƏT ALLAHA HÖRMƏTDİR . Peygəmbərimizin bu məsləhəti qulagınızda sırga olsun. Siz də qocalacaqsınız.
Tanrı hər şeyi görür, və hər şeyi yerbəyer edir. Mənim xeyli məmur dostlarım olub. Onların inkişafına da köməkliyim dəyib , çox təəssüf ki, əksəriyyəti dönük çıxdı. Amma dostlar, mən sizi tapdım , siz təmənnasiz dostlarsınız, ətrafım o çirkablardan təmizləndi. Allah amanında. Bagışlayın yordum Sizi, amma buna da ehtiyac var idi”.
 
Ardını oxu...
"O boyda Naxçıvanın bir polis general-mayoru var – Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri Səlim Niftəliyev. Vəzifəcə Naxçıvan MR Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılovun müavini sayılır". DİA.AZ xatırladır ki, bu barədə bir müddət əvvə məlumat sosial şəbəkələrdə paylaşılmışdı.

Paylaşımda daha sonra qeyd olunurdu: "Məntiqlə üz-üzə gələndə Səlim Niftəliyev dərhal Rəşad İsmayılovun qarşısında fərağat dayanıb ona polis salamı verir. Təsəvvür edirsinizmi, general müavin polkovnik nazirin qarşısında fərağat dayanır.

Təqdim etdiyim bu şəkil, sözügedən anormal durumun təsadüfi olmadığını təsdiqləyir. Səlim Niftəliyev hətta qoluna vurduğu şevronu da kəllə-mayallaq yapşdırıb. Bayrağımızın göy rəngi aşağıda, yaşıl rəngi isə yuxarıda. General-mayor Səlim Niftəliyev deyəsən ya bayrağımızdakı rənglərin düzülüşünü bilmir, ya da elə özü tərs-mərs adamdır. Tərs-mərs adama kəllə-mayallaq da vəzifə nəsib olar".

DİA.AZ bildirir ki, indi Naxçıvanın yeganə polis general-mayoru olan Səlim Niftəliyevlə bağlı yeni faktlar açıqlanıb.

Bu barədə göndərilən məlumatı redaktəsiz şəkildə oxucuların diqqətinə çatdırırıq (hər halda söhbətin nədən getdiyi anlaşılır):

"DİN Daxili Qosunlarin kamandiri General Mayor Selim Nifteliyev cox eziyyet edirler işçilere tehqir şer bohtan atirlar işden atirlar incidirler siran qabagina cixib tehqir edirler hersoz danisirlar sadece 1 ce defe turnikde az çekinen işçileri işden atib herbi bilete leke vururlar sadece telfon üste işden atirlar hecbir xeberdarliq etmeden işden atirlar cox özbaşınaliq baş alib gedir heckimde maraqlanmir heckim baxmir hara getsek nece cavan usaqlari bele edibler herbi bileti yararsiz vurub işden atirlar kucelerde qaliriq hecyanda işleye bilmirik sahab yiye yoxdu heckim baxmir komeklik edilmir deyirler gedib hara şikayet edirsiz edin kime deyirsiz deyin bizim sözümüzu deyecekler hede qorxu gelirler hele herbi hisse kamandiri Selim Nifteliyevin öz tanislari oz qohumlari öz etrafi nece ildi forma geyinmir sira nedi bilmirler her oyundan cixirlar cixir siran qabagina işçileri tehqir edir hecneden cuzi seflikden yana işden atir herbi biletderi yararsiz edir mavini Gulmmedov xaliq herbi hissede cox at oynadir ne geldi danisir şexsi heyetle soyusle danışır tehqir edir serleyir işçileri ağzına geleni danışır Xasayev Sedreddin Qerargah Reisi herbi hissede her oyundan cixir esgerleri maxeleri cox incidir soyur tehqir edir ancaq herbi hissede camahati güdur işverenlik edir camahatin 13.14 cu masini kesirler mezuniyetde ola ola çağırırlar işe sozde deyende deyirler beledi xosuza gelmir işlemeyin kimide işden atirlar cixardirlar şexsi işini pis hala salirlar bileti yararsiz edirler ne geldi yazilir Palkovnik Xasayev Sedreddin palkovnik gulmmedov xaliq kamandir Selim Nifteliyev edir herşeyi cox cetinlik çekir daxili qosunlar iş saati qutar ureyleri ne vaxd istese otururler sozde deyen olsa ceza verib işden atmaqla hede qorxu gelirler daxili qosunlarda cox özbaşınaliq baş alib gedir Xususi vasitelerin Deste kamandiri Seferov Mahir herbi hisse kamandiri Selim Nifteliyeve 3 soot torpaq verdi onu deste kamandiri qoydu selim nifteliyev rüşvetxor adamlardi camahati serleyib şexsi işine pis sözler yazib işden atirlar"

İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Teref.az yazır ki, Ucar rayonu Koroğlu küçəsi ev 24 sakini Ələkbərov Oktay Qüddəsər oğlu bu gün Ucar rayon Mərkəzi Xəstəxanasında intihara cəhd etdi.Ancaq qarşısı ora gələn polislər tərəfindən alındı.
Belə ki, Ələkbərov Oktay Qüddəsər oğlu bir nəçə gün əvvəl video müraciət edərək Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlı oğlunu operator vəzifəsinə qoymaq adı ilə 3500 manat pulunu alıb onu aldatması barədə şikayət etmişdi.Oktay Ələkbərov bildirmişdi ki, oğlum Ceyhunu Ucar rayon xəstəxanasına operator vəzifəsinə qoymaq üçün Zeynal Bayramlıya 3500 manat pul verdim.Bir neçə aydan sonra oğlumun vəzifəsini dəyişdi həmdə dərəcəsini aşağı saldı.
Buna görə mən dəfələrlə Zeynal Bayramlının qəbulunda oldum axırda məni otağından qovdu.
Oktay Ələkbərov Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlıdan oğlunu əvvəlki işinə qaytarmağı dərcəsini bərpa etməyi əks təqdirdə isə rüşvət kimi alınmış 3500 manat pulu geri qaytarmağı tələb etmişdi.
Buna baxmayaraq baş həkim onun tələbini yerinə yetirmədiyi üçün bu gün xəstəxananın qarşısnda intihara cəh etmişdir.
Zeynal Bayramlının qanunsuz fəaliyyətindən Ucar rayon əhalisi çox əziyyət çəkirlər, ciddi narazılıqlar yaranıb.
Teref.az

 
Ardını oxu...
DİA.AZ: - Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Xatırladım ki, Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün - 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.
Bildirim ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-ci, ümumidə isə 40-cı olmuşdur. Amma nə olsun. 11 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Amma bu siyahıda olanların əksəriyyəti evlə təmin edilmişdir. Cənab Prezident! Sizin 2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları bunu görmürük.
Bir daha xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik şəhid oğlum Faiq idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə pandemiya dövründə 1 kq un maddi yardımı, nə haradasa sanatoriyaya getmək, nə övladlarımdan hər hansı biri işlə təmin edilməmişdir. Bütün övladlarımın hamısı bu gün də işsizlikdən əziyyət çəkir, kirayədə əziyyət çəkirlər. Maraqlanan bir vicdanlı məmur da yoxdur.
2001-ci ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm. Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu 1 otaqlı fındıq çübuğu çəpərindən və palçıqla hörülmüş daxmadan yola salmışam.( foto əlavə edilir.) Zəngilan və Füzuli istiqamətlərində “Şəkili Faiq” kimi ad çıxarmış əfsanəvi döyüşçü olan şəhid oğluma qarşı Sosial dövlət orqanlarının məsuliyyətsizliyi başa düşülən deyil.
Hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə 28 kv m sahəsi olan təmirsiz, divarları çatlayan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum 35 yaşlı Həziyə mənzili olmadğından toy edə bilmirdim. Onu da 2021-ci ilin iyunun 19-da əbədi olaraq itirdik. Digər oğullarım Natiq və Namiq Bakıda kirayədə yaşayırlar. Kürəkənlərim Əhməd və Elmir də Abşeron və Binəqədi rayonlarında kirayədə yaşayırlar. Özləri də iş tapa bilmirlər.
Mən 24 dekabr 2019-cu ildə də mənzil məsələsilə bağlı müraciət etdim. ƏƏSMN-dən formal rəsmi cavab aldım ki, 2024-cü ilədək sizi evlə təmin ediləcəksiniz. Sonra isə 2021-ci ildə Şəki İH-dən verilən digər rəsmi cavab məktubunda isə bildirilir." Siz 2028-ci ilədək mənzillə təmin olunacaqsınız" Sanki bu bürokratlar açıq aşkar demək istəyirlər ki, bizdən evə görə şikayət yazdığına görə 2028-ci ili gözlə, Yəni, mənzil yox son mənzil qismətin olacaq" Bu bürokrat cavabına qarşı bir söz demək istəyirəm. Cənab Prezident Sizin təyin etdiyiniz məmurlar unudurlar ki, Siz şəhid ailələrinin mənzillə təminatının uzağı 2025-ci ildə yekunlaşacağı barədə ictimaiyyətə məlumat vermisiniz. Amma yerli bürokrat məmurlar Prezidentin bu göztərişindən xəbərsizdirlər. Yəni məsuliyyətsizdirlər. Halbuki. Cənab prezident Sizin göstərişinizdən sonra 2020-ci ildə 1500 nəfər, 2021-ci ildə 3000 nəfər, bu il isə yenə 3000 nəfər şəhid və qazi ailəsinin mənzillə təmin olunmuşdur. Son illərin mənzilləri 44 günlük Vətən Müharibəsi şəhidlərinə və qazilərinə verilmişdir. Amma nədənsə sanki biz yenə də yaddan çıxmışıq. Yaxşı deyək ki, yerli məmurlar məsuliyyətsidirlər. Axı iki ay əvvəl ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin xanım şöbə rəisi ilə danışanda o da bildirdi ki, araşdırıb məlumat verəcəyik. Amma hələ də məlumat vermirlər.
Son müraciətimdən sonra Hesablama Palatasının məsul şəxsi Firsəng müəllimin AR Sosial Təminat nazirinin müavini cənab Anar Kərimova mənim qaldırdığım məsləilə bağlı göndərdiyi 15 sentyabr 2020-ci il tarixli məktuba 2 ildir ki, cavab verilmir. Lakin. Şəki İH-dən, ƏƏSM-in Şəki Şöbəsindən, yerli Bələdiyyədən dəstə dəstə əməkdaşlar gəlib indiki 7 nəfər ailəmlə birlikdə yaşadığımız 28 kv.m darısqal təmirsiz evimizə günaşırı gəlib fotosessiya edib getməklə məşğul oldular 2021-ci ilədək. Bu gün oğlumun qanı hesabına vəzifədə oturan rayon və respublika səviyyəsindəki bürokrat məmurlar bu günə kimi müraciətimi yekə qulaqlarının ardına vurur, xəcalət hissi çəkmirlər. Sanki oğlum Faiq bunların rüşvət yığıb evdə haramzada arvad-uşaqlarını bəsləmələri üçün qanını bu torpağa töküb.
Əgər ƏSSMN mənə Sizin tapşırığınız əsasında pulsuz fərdi ev tikmək istəyirsə, kənd xəstəxanasının yanındakı torpaqda tikintiyə başlaya bilər. Və yaxud istəkləri olsa Bakı və ya Sumqayıt şəhərlərində bu təyinat üçün tikilmiş mənzillərdən ailə vəziyyətimi nəzərə alaraq verə bilərlər.
Çoxhörmətli, Prezident. Sizin 3 gün əvvəl, 7 dekabrda verdiyiniz sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.
Yəni, biz 2011-ci ildə ev uçotuna alındığımza görə belə aydın olur ki, bizim kimi növbəyə duranların hamısı ev və ya mənzillə təmin olunmuşdur. O zaman ƏƏSMN-nin rəhbərliyi və Sosial Xidmət Agentliyin rəhbəri mənim 8 nəfərlik ailəmi niyə mənzil və ya fərdi evlə təmin etmir? Niyə ƏƏSMN-nin son 2022-ci il tarixli məktubunda mənə rəsmən bildirlir ki, "Siz növbəlilik əsasında 2028-ci ilədək mənzillə təmin olunacaqsınız."
Cənab Prezident Doğrudanmı bu rəsmi adamların Sizin Fərman və Sərəncamlarınızdan xəbərləri yoxdur, yoxsa məni ələ salırlar, yoxsa tikilən mənzilləri alver predmetinə çeviriblər? Məsələn, 44 günlük müharibə iştirakçısına ( qazi olmayan adi iştiraçkı) bu ilin sentyabr-oktyabr ayında Bakıda ƏƏSTN-nin SXA tərəfindən 20000 manata üç otaqlı mənzil təşkil edilmişdir. Faktı yoxlayıb aşkar edə bilərsiniz.
Bu, Prezident İlham Əliyevin 7 dekabr 2022-ci ildə imzaladığı sərəncamla "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına edilən dəyişiklikdə əksini tapıb.
Ona görə Cənab Prezident son dəfə xahiş edirəm göstəriş verin qoy mənim mənzil problemimlə ən çox inandığınız və etibar etdiyiniz rəsmi adamlar məşğul olub nəticəni Sizə məruzə etsinlər. Allah amanında".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Qazax psixiatriya xəstəxanasında iki xəstə əkiz bacı Kifayət və Mətanət Salmanovalar (1964-cü ildə anadan oublar) döyülüblər. Bu barədə Turan-a xəstələrin qohumu, siyasi məhbusun xanımı Gülmiəa Aslanova bildirib. Qohumları xəstə bacıların döyülməsindən dekabrın 6-da xəstələrin qapalı tibb müəssisəsindən buraxılmasına nail olduqları zaman xəbər tutublar. Bacıları evə, Tovuz rayonunun Əlimərdanlı kəndinə gətiriblər, orada bacıların üzündə və bədənində qançır izləri aşkarlanıb. Kifayət və Mətanət anadangəlmə xəstədir. Aslanovanın sözlərinə görə, bacıların qarmaqarışıq söhbətindən belə başa düşüblər ki, onları Aygün və Məlahət adlı tibb işçiləri döyüblər. Döyülmə tarixi barədə məlumat yoxdur.

“Bacılar o qədər qorxublar ki, onları Tovuz məhkəmə-tibbi ekspertizasına apararkən ağ xalatlı adamları görəndə qorxudan maşından düşmək istəməyiblər”, – Aslanova deyib.

Bacılarını evə qaytaran kiçik bacı Mənzərə polisə, Qazax Rayon Prokurorluğuna və insan hüquqları üzrə ombudsmana müraciət edib. Prokurorluq xəstə qadınları məhkəmə-tibbi ekspertizasına göndərib. Aslanovanın sözlərinə görə, orada zorakılıq hərəkətlərinin izləri qeydə alınıb.

Amma Salmanovlar ailəsinə məhkəmə -tibbi ekspertizaya dair arayış verilməyib. Yerli polis işlə məşğul olmayıb, belə ki, qohumların şikayəti əsasında işi prokurorluğun istintaq şöbəsi götürüb.

Turan Qazax prokurorluğunda Anar adlı müstəntiqə zəng edib. O, soyadını söyləməkdən imtina edib. Anar deyib ki, istintaq hərəkətləri aparılır, məhkəmə-tibbi ekspertizasının nəticələri və digər hərəkətləri barədə öz rəhbərliyinə məlumat verəcək. Anarın sözlərinə görə, mətbuata məlumat verə bilmir. Döyülmə faktının olub-olmaması barədə suala isə Anar yayınaraq cavab verib, klinikada zorakılıq hərəkətlərini inkar etməyib.

Salmanova bacılarını müalicə edən həkim Şayəstə Osmanova Turan ilə söhbətində xəstələrə, əsasən Salmanovalara qarşı hər hansı zorakılığı qətiyyətlə rədd edib.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:19

“Bu bacılar ağır xəstədirlər, öz gigiyenik ehtiyaclarını sərbəst qarşılaya bilmirlər, aydın izahat verə bilmirlər, ona görə də onların dedikləri her şeyi nəzərə almaq olmaz”, – həkim deyib.

“Bacılar doğulandan bir yerdədir. Eyni çarpayıda yatmağa can atırlar, bir-birini itələyirlər, qalmaqal yaradırlar. Onların üzərində aşkar edilən izlər bacıların bir-birinə qarşı hərəkətlərinin nəticəsidir. Klinikamızda tibb işçiləri xəstələrə ehtiyatla yanaşır, qaydalara əməl edirlər. Mən günorta saat üçdən sonra evə gedirəm, axşam klinikada nə baş verdiyindən xəbərim olmaya bilər, amma personalın xəstələrə qarşı zorakılığına yol vermərəm”, – Qazax psixiatriya xəstəxanasının həkimi deyib.

Osmanova xəstələrin kiçik bacısı Mənzərəni tamahkar məqsədlərdə ittiham edib. “O, bacıların üzərində qəyyumluğu rəsmiləşdirmək, birinci qrup əlil olan bacıların evinə və bank kartlarına sahiblənmək üçün Salmanovları klinikadan çıxarıb”.

Xəstə bacıların ailəsində Osmanovanın sözlərindən hiddətləniblər. Aslanovanın dediyi kimi, fərz etsək ki, bacılar özləri-özlərini döyüblər, bəs xəstələrin təhlükəsizliyini təmin etməyə borclu olan tibb işçiləri həmin vaxt harada və nəylə məşğul idilər?


Ardını oxu...
 
 

 
Qazax rayonu Ağköynək kənd sakini Murad Mustafayev 2022-ci ildə torpaq sahəsi almaq qərarına gəlib.

 

Murad Mustafayev deyir ki, Ona təklif etdiyi torpaq sahəsi qarşılığında Ağköynək-Qarapapaq kəndinin bələdiyyə sədri Nəzakət Mənsurovaya ümumilikdə 3700 manat məbləğində pul ödəyib.

Murad Mustafayev Nəzakət Mənsurovaya pul verərkən lentə aldığını dediyi səs yazılarını Toplum TV-yə təqdim edib.

Murad Mustafayev aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edib. Nəzakət Mənsurova ifadə verərkən deyib ki, çilingər sözügedən məbləği qızı Ləman Musazadəyə borc kimi verib.

Bundan sonra polis müstəntiqi işə xitam verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov işə xitam verildiyini təsdiqləyib.

«Araşdırmalar zamanı N. Mansurova izahatında bildirib ki, 2021-i ilin sentyabr ayında övladının müalicə və əməliyyatı üçün həmkəndlisindən 3700 manat borc aldığını borcu qaytara bilmədiyi üçün Ağköynək kənd bələdiyyəsinə məxsus 0.6 ha torpaq sahəsini həmin borcun əvəzində Murad Mustafayevə vermək istəmişdir. Araşdırmaların nəticəsi olaraq cinayət işinin başlanması Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir»

Nəzakət Mənsurova Toplum TV-yə açıqlamasında ondan şikayətçi olan Murad Mustafayev haqqında sərt ifadələr işlədərək, aldığı məbləğin borc olduğunu, borcu da qaytardığını deyib.

Bələdiyyə sədri şikayətçini məhkəməyə də verdiyini deyir.

Murad Mustafayevin polisə də təqdim etdiyi səs yazılarında söhbətin borcdan getmədiyi aydın olur.

Polis bələdiyyə sədrini cinayət məsuliyyətindən niyə qoruyur, bəlli deyil.

Toplum TV

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti