Bakıda 124 nömrəli məktəbdə keçirilən Novruz şənliyi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, məktəbin direktoru Adil Əliyev qırmızı xalat və tac geyinərək özünü məşhur Türkiyə serialındakı Ərtoğrula bənzədib. O, zala daxil olarkən müavinləri "Qalxın, sultan gəlir" deyiblər. Direktor tədbiri də Ərtoğrulsayaq açıq elan edib. Sadəcə "Allahın 99 adı ilə.." sözləri əvəzinə "99 Allahın adı ilə.." deyib ki, bu da gülüşə səbəb olub. Amma insafən, Adil Əliyev inkişafdan da danışıb. Deyib ki, elə sürətlə inkişaf edirik, tezliklə Yaponiya, İsrail, hətta ABŞ-ı geridə qoyacağıq. Direktorun özünü sultana bənzətdiyi tədbirdən yayılan görüntülər sosial şəbəkədə ciddi tənqid və qınaqlara səbəb olub. 124 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Eminova isə Bakupost.az -a açıqlamasında Novruz şənliyinin məhz bu cür səhnələşdirildiyini, direktorun Ərtoğrul obrazini canlandırdığını etiraf edib: "Burada qəbahət bir şey yoxdur. Təhsil İdarəsinə bu tədbir haqqında məlumat vermişik. Tabe olduğumuz idarədən xəbərsiz tədbir keçirməmişik. Görüntülərdə Novruz tədbiri olub. Sadəcə bunu sosial şəbəkədə başqa cür təqdim ediblər. Burda yanlış bir şey yoxdur. Ssenari üzrə çıxış olub. Ssenaridə Xanlıqlar dövrü təsvir olunub. Obraz olaraq Şəki xanı, Qarabağ xanı və s. canlandırılıb. Görüntülərdə direktor da var, şagirdlər də".
Sabirabadın Məmişlər kəndində tövlə tikdirən Səxavət Əhməd oğlu Bədəlov 8 ildir ərazini sənədləşdirə bilmədiyini deyib.
Xalqxeber.az bildirir ki, o, bu barədə Meydan TV-yə müraciətində bildirib.
“2015-ci ildə bələdiyyəyə 35 min manat ödəyərək ərazi almışam və 3500 kvadrat ərazidə 900 baş heyvan üçün tövlə tikdirmişəm. Həmin vaxtdan indiyədək ərazinin sənədlərini ala bilmirəm. Nə vaxt sənəd tələb etsəm, tövlənin sökdürüləcəyi ilə hədələnirəm”, – kənd sakini deyib.
S.Bədəlovun sözlərinə görə, Məmişlər kəndində 70 iribuynuzlu heyvanı, 200 qoyunu var. Ərazini keçmiş bələdiyyə sədri Nazirağa Quliyev işlədiyi dövrdə alıb, tövlənin tikintisinə 200 min manat xərləyib:
“Sonradan bildim ki, sənədləri öz oğlu Rövşən Quliyevin adına rəsmiləşdirib. İndi deyirlər ki, guya ərazini mənə icarəyə veriblər. Kim icarəyə götürdüyü yerə 200 min manat xərcləyər? Əlaqədar qurumlardan köməklik göstərilməsini istəyirəm”.
Şikayətçi söyləyib ki, sənədləşdirmə məqsədilə bir il ərzində 35 min manat ödəyib, bundan başqa, 7 min manat da əlavə xərclər üçün verib. Ərazidə tikinti işləri aparıb, amma sənədlər hazır olmadığından yarımçıq saxlayıb və heyvanları tövlədən çıxarıb.
“Ot doğrayan avadanlığım, traktorlarım, əkin üçün avadanlıqlarım vardı. Ukraynada işləyirdim, pandemiya başladı, get-gəl çətinləşdi. Kəndə geri dönəndə 40 min manatlıq avadanlığımn satıldığını bildim. Qoyunlarımı aparmışdılar, polisə şikayətdən sonra 3 qoyun əskik olmaqla qaytardılar”, – S.Bədəlov bildirib.
Şikayətçi deyib ki, hüquq-mühafizə orqanlarına müraciət edib:
“Kəndin stadionunu, köhnə tikililəri də satılıb. Şikayətimizə baxılmır, məhkəməyə də müraciət edəcəm”. Digər kənd sakinləri də örüş torpaqlarının satıldığını deyiblər:
“Kanal qazıblar, amma mühasirəyə alıblar, kəndlilər istifadə edə bilmirlər. Kənd sakinləri adama 2-3 manatdan yığdıq, yol saldırdıq, onu da gəlib qazıblar ki, heyvanlar keçib gedə bilməsin. Örüş sahələrindən istifadə edə bilmirik”.
Kəndlilər deyiblər ki, məhkəməyə verərək həmin ərazilərin örüş sahələri olduğunu sübut ediblər:
“Mal-qaranı otlaq sahəsinə buraxmırlar, çətinliklə üzləşirik. 50 hektar örüş sahəsi zəbt olunub. 28 hektar ərazi birinə verilib, 13 hektar yer vardı, onun da 3 hektar yarımını götürüblər. Kənddəki örüş sahələri onsuz da kənd əhalisinin tələbatını ödəmir, üstəlik onu da tutub əlimizdən alıblar”.
Məmişlər Qaralar Kənd Bələdiyyəsinin inzibati ərazisinə daxildir. Kənd bələdiyyəsinin sədri Niyaməddin Məmmədov deyib ki, Səxavət Bələdov həmin kəndin sakini deyil, ərazi üzrə mübahisə isə iki nəfər arasındadır, bunun bələdiyyəyə aidiyyəti yoxdur:
“Həmin ərazi bələdiyyənin mülkiyyətindədir, hərrac vasitəsilə 15 illik icarəyə verilib. Sənədlər R.Quliyevin adına illər əvvəl sənədləşdirilib. Tərəflərin mübahisəsinə bələdiyyə müdaxilə edə bilməz, bizə təqdim edilən sənəd əsasında danışa bilərik”.
Bələdiyyə sədri digər kənd sakinlərinin örüş yerləri ilə bağlı narazılıqları ilə razılaşmayıb. Bildirib ki, örüş yerləri satılmayıb, yalnız həyətyanı sahələr satışa çıxarılır:
“Örüş yerləri satıla bilməz, deyilənlər yalandır”.
N.Quliyevə məxsus olduğu deyilən telefonlara isə zəng çatmayıb.
Teref.az yazır ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı içtimaiyyətə müraciət edərək vətəndaşın müraciətini içtimailəşdirib. Mirvari xanım yazır: "Azəriqaz İstehsalat Birliyi diqqətinə .Xudu Kərimov yazdı; Salam hər kəsə. Baxın hörmətli izləyiciləri bu cür faktları işıqlandırdığımız və bu qanunsuzluqlara yol verən vəzifəli şəxsləri üzə çıxartmaq niyə kimlərəsə acığ gəlir. Burda hər şey açıq görünür inanmayan faktı yerində yoxlaya bilər. Bu sayğacda Xalid Həsənov Masallı XS nin kommersiya şöbəsinin rəisi 44 kub yükləmə edib." Teref.az olaraq fotoları təqdim edirik:
"Azəriqazın Göyçay şəhərində keçirtdiyi"Açıq mikrafon" görüşündə iştirak edənlər xahiş etdilər ki, bu viedoları səhifəmdə paylaşım. Onlar düşünürlər ki, görüş zamanı qaldırılan problemlər,və bu problemləri özündə əks etdirən video çəkilişlər Azəriqaz İB Baş direktoru Ruslan Əliyevə çatdırılmayıb." Teref.az yazır ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı öz feysbuk səhifəsində yazıb. Mirvari xanım videolarıda paylaşıb. Videoları təqdim edirik:
Daha sonra Mirvari xanım ona ünvanlanan məktubuda səhifəsində paylaşıb:
DİA.AZ: - Yerlərdə məmurların özbaşına buraxılması, nəzarətsiz qoyulması təbii ki, problemlərə səbəb olmalıdır. DİA.AZ bildirir ki, eynən Xaçmaz da olduğu kimi. Xaçmazın gənc başçısı da deyəsən, qocaman əyalət məmurlarının yolu ilə gedir.
DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Cəmil Məmmədli paylaşım edib.
Jurnalist yazır: "Xaçmaz-Xudat yolunun kənarı... Babəkin heykəlinin ətrafı... Bir hamının gördüyü tərəfə baxın, bir də heç kəsin görmədiyi, yəni heykəlin arxasına..."
Daha sonra jurnalist fotoları təqdim edib:
Məsələ ilə bağlı DİA.AZ aidiyyatı qurumlarl dinləməyə hazırdır.
Gədəbəy rayon Novosaratovka kəndində yaşıllaşdırma məqsədi ilə əkdiyim 48 ədəd ağacı icra hakimiyyətinin əməkdaşı məhv etdi.
DİA.AZ Sarkazm.az-a istinadla xəbər verir ki, bu barədə sahibkar Nazim Əliyev saytımızın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildirir.
N.Əliyev sözlərinə görə, bununla Gədəbəy rayon icra hakimiyyəti onun rayonda həyata keçirdiyi biznes və digər işlərinə mane olur.
“24 mart 2023-cü il tarixində Gədəbəy rayon Novosaratovka kəndində mənə məxsus torpaq sahəsinin ətrafında yaşıllaşdırma işləri apararaq 48 ədəd ağac əkməyə başladım. Ağacları əkib yekunlaşdırdıqdan sonra həmin kəndin icra nümayəndəsi Elvin Məmmədov yaxınlaşaraq mənim bu addımımı qanunsuz hesab etdiyini və əkilmiş ağacların yerindən çıxarılacağını bildirdi. Mən icra nümayəndəsinə həmin ərazinin mənə məxsus və bələdiyyənin balansında olduğunu bildirdim. Bələdiyyələrin isə seçkili, eyni zamanda müstəqil orqan olduğunu və icra nümayəndəliyinə aid olmadığını bildirsəm də, E.Məmmədov buna məhəl qoymadı. Rayon icra hakimiyyətinin göstərişi və bunu icra etməyə məcbur olduğunu qeyd edərək öz ilə gətirdiyi işçiləri ilə birlikdə ağacları yerindən çıxartdılar. Elvin Məmmədov da həmçinin bildirir ki, bu ərazi bələdiyyə torpaqlarıdır və torpağa dair mənim adıma sənədlər olmadığına görə ağac əkinini qanunsuz hesab edir. Maraqlıdır ki, bələdiyyə torpağında qanunsuz işlərə icra nümayəndəsi niyə qarışır? Eyni zamanda sənədsiz torpaqlarda müəyyən işlər icra etmək qadağandırsa, Novosaratovka kəndini məmurlar öz aralarında bölüblər və yüzlərlə qanunsuz tikililər aparıblar. İcra hakimiyyətində “Memarlıq və Tikinti Şöbəsi”nin müdiri Əlövsət Bayramovun və İnəkboğan kənd icra nümayəndəsi Şahin Kazımovun Novosaratovka kəndində bir neçə qanunsuz tikililəri və biznesi var. Nə əcəb onlara mane olan yoxdur ya icra hakimiyyətinin rəhbərliyinin xəbəri yoxdur?” – deyə Nazim Əliyev bildirir.
O, həmçinin bildirir ki, bunu rayon icra hakimiyyəti qərəzli şəkildə edir və torpağa dair sərəncam imzalamayaraq mənim fəaliyyətimi qaanunsuz adlandırırlar.
“Bir neçə il bundan öncə Gədəbəy rayon Novosaratovka kənd sakini Qulu adlı vətəndaşdan onun evini və geniş ərazini əhatə edən torpaq sahəsini almışam. Həmin ərazi çaykənarı olduğundan balıqçılıq üçün əlverişli yerdir. Mən də şəraitə uyğun olaraq bir neçə balıq gölü yaratmağı qərara aldım. Həmin vaxt icra hakimiyyətindən bildirdilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə almalısan və Quludan aldığın mülkiyyəti sənədləşdirməlisən. ETSN-ə müraciət etdim. Nazirliyin əməkdaşları əraziyə baxış keçirdilər və balıqçiliq təsərrüfatı üçün müsbət rəy verdilər. Növbəti prosedur olaraq torpağın sənədləşməsi üçün Novosaratovka kənd bələdiyyəsinə müraciət etdim və lazım olan sənədləri topladım. Bələdiyyə ilə alqı-satqı müqaviləsi imzaladıq və dövlət rüsumunu ödədim. Torpağın şəxsi mülkiyyətə keçməsi üçün icra hakimiyyəti sərəncam imzalamalı idi. Sərəncam üçün Gədəbəy rayon icra hakimiyyətinə dəvət edildim. Məni icra başçısının müavini Vüsal Musayev qəbul etdi. Sərəncamın imzalanması və eynilə həmin ərazidə balıqçılıq təsərrüfatının olmasına görə məndən 40 min manat rüşvət istədi. Bundan imtina etdiyimə görə hələ də mənə məxsus torpağın sənədləşməsi üçün sərəncam imzalanmayıb. Bununla da aldığım torpağın sənədləşməsinə mane olurlar və digər tərəfdən də bildirirlər ki, torpağın sənədi olmadığına görə gördüyün işlər qanunsuzdur. Sənədi verməyən də, işlərimi qanunsuz adlandıran da icra hakimiyyətidir.” – deyə Əliyev qeyd edir.
Nazim Əliyev hesab edir ki, icra hakimiyyətinin bu addımı ölkə rəhbərinin siyasətinə sabotajdır.
“Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “hərəyə bir ağac əkək” layihəsi davam edir. Ölkə üzrə əksər dövlət qurumları, özəl sektor, gənclər bu layihəyə qoşularaq ağac əkirlər. Lakin Gədəbəy icra hakimiyyəti əkilən ağacları məhv etdirir. Eyni zaman regionların inkişafı üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır, ölkə rəhbəri hər dəfə çıxışında rayonlara investorları cəlb etmək üçün icra başçılarına xüsusi göstəriş verir. Lakin Gədəbəydə yaratdığım biznes layihəsinə icra hakimiyyəti mane olur. Bu, birbaşa ölkə rəhbərinin siyasətinə ziddir.” – deyə sahibkar vurğulayır.
Nazim Əliyev ona qarşı olan haqsızlıqları ölkə rəhbərindən və müvafiq qurumlardan araşdırmağı və onun biznesinə yaradılan problemləri aradan qaldırmağı xahiş edir.
Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyətinin “Memarlıq və Tikinti Şöbə”sinin müdiri Əlövsət Bayramov ilə əlaqə saxladıq. Ə.Bayramov Nazim Əliyevin ağacəkmə kampaniyasını qanunsuz hesab edir. “Həmin ərazilər bələdiyyənin balansındadır. Orda ağac əkmək üçün bələdiyyədən icazə almalıdır yaxud şəxsi mülkiyyətə keçməsi üçün sənədləşdirməlidir. Nazim Əliyev bunların heç birini etmədən ağac əkib. Buna görə də onun bu addımının qarşı alınıb.” – deyə Əlövsət Bayramov bildirdi.
Həmçinin Əlövsət Bayramov Nazim Əliyevin onun biznesi və rayon icra hakimiyyətinin əməkdaşının Nazim Əliyevdən 40 min manat rüşvət istəməsi barədə dedikləri fikirlərə də cavab olaraq bildirdi ki, həmin məsələlərin vəzifəmə aidiyyatı yoxdur. “Gədəbəy rayon icra hakimiyyətində “Memarlıq və Tikinti şöbə”sinin müdiri vəzifəsinə iki aya yaxındır təyin olunmuşam. Ondan öncə bizneslə məşğul olmuşam. Hazırda isə biznesimlə övladım məşğuldur və Novosaratovka kəndində tikilən ev mənə yox, bacıma məxsusdur. Eyni zamanda Nazim Əliyevdən icra hakimiyyətindən 40 min manat rüşvət istənilməsindən xəbərim yoxdur. Həmin vaxt mən icra hakimiyyətində vəzifə daşımırdım.” – deyə Bayramov Əlavə etdi.
“200 min xərclədiyim örüş sahəmi bələdiyyə sədri öz oğlunun adına rəsmiləşdirib” Sabirabadın Məmişlər kəndində tövlə tikdirən Səxavət Əhməd oğlu Bədəlov 8 ildir ərazini sənədləşdirə bilmədiyini deyib.
Teref.az xəbər verir ki, o, bu barədə Meydan TV-yə müraciətində bildirib.
“2015-ci ildə bələdiyyəyə 35 min manat ödəyərək ərazi almışam və 3500 kvadrat ərazidə 900 baş heyvan üçün tövlə tikdirmişəm. Həmin vaxtdan indiyədək ərazinin sənədlərini ala bilmirəm. Nə vaxt sənəd tələb etsəm, tövlənin sökdürüləcəyi ilə hədələnirəm”, – kənd sakini deyib.
S.Bədəlovun sözlərinə görə, Məmişlər kəndində 70 iribuynuzlu heyvanı, 200 qoyunu var.
Ərazini keçmiş bələdiyyə sədri Nazirağa Quliyev işlədiyi dövrdə alıb, tövlənin tikintisinə 200 min manat xərləyib:
“Sonradan bildim ki, sənədləri öz oğlu Rövşən Quliyevin adına rəsmiləşdirib. İndi deyirlər ki, guya ərazini mənə icarəyə veriblər. Kim icarəyə götürdüyü yerə 200 min manat xərcləyər? Əlaqədar qurumlardan köməklik göstərilməsini istəyirəm”.
Şikayətçi söyləyib ki, sənədləşdirmə məqsədilə bir il ərzində 35 min manat ödəyib, bundan başqa, 7 min manat da əlavə xərclər üçün verib. Ərazidə tikinti işləri aparıb, amma sənədlər hazır olmadığından yarımçıq saxlayıb və heyvanları tövlədən çıxarıb.
“Ot doğrayan avadanlığım, traktorlarım, əkin üçün avadanlıqlarım vardı. Ukraynada işləyirdim, pandemiya başladı, get-gəl çətinləşdi. Kəndə geri dönəndə 40 min manatlıq avadanlığımn satıldığını bildim. Qoyunlarımı aparmışdılar, polisə şikayətdən sonra 3 qoyun əskik olmaqla qaytardılar”, – S.Bədəlov bildirib.
Şikayətçi deyib ki, hüquq-mühafizə orqanlarına müraciət edib:
“Kəndin stadionunu, köhnə tikililəri də satılıb. Şikayətimizə baxılmır, məhkəməyə də müraciət edəcəm”.
Digər kənd sakinləri də örüş torpaqlarının satıldığını deyiblər:
“Kanal qazıblar, amma mühasirəyə alıblar, kəndlilər istifadə edə bilmirlər. Kənd sakinləri adama 2-3 manatdan yığdıq, yol saldırdıq, onu da gəlib qazıblar ki, heyvanlar keçib gedə bilməsin. Örüş sahələrindən istifadə edə bilmirik”.
Kəndlilər deyiblər ki, məhkəməyə verərək həmin ərazilərin örüş sahələri olduğunu sübut ediblər:
“Mal-qaranı otlaq sahəsinə buraxmırlar, çətinliklə üzləşirik. 50 hektar örüş sahəsi zəbt olunub. 28 hektar ərazi birinə verilib, 13 hektar yer vardı, onun da 3 hektar yarımını götürüblər. Kənddəki örüş sahələri onsuz da kənd əhalisinin tələbatını ödəmir, üstəlik onu da tutub əlimizdən alıblar”.
Məmişlər Qaralar Kənd Bələdiyyəsinin inzibati ərazisinə daxildir. Kənd bələdiyyəsinin sədri Niyaməddin Məmmədov deyib ki, Səxavət Bələdov həmin kəndin sakini deyil, ərazi üzrə mübahisə isə iki nəfər arasındadır, bunun bələdiyyəyə aidiyyəti yoxdur:
“Həmin ərazi bələdiyyənin mülkiyyətindədir, hərrac vasitəsilə 15 illik icarəyə verilib. Sənədlər R.Quliyevin adına illər əvvəl sənədləşdirilib. Tərəflərin mübahisəsinə bələdiyyə müdaxilə edə bilməz, bizə təqdim edilən sənəd əsasında danışa bilərik”.
Bələdiyyə sədri digər kənd sakinlərinin örüş yerləri ilə bağlı narazılıqları ilə razılaşmayıb.
Bildirib ki, örüş yerləri satılmayıb, yalnız həyətyanı sahələr satışa çıxarılır:
“Örüş yerləri satıla bilməz, deyilənlər yalandır”.
N.Quliyevə məxsus olduğu deyilən telefonlara isə zəng çatmayıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, İmaməliyeva Fidan Rəsul qızı Azərbaycan ictimaiyyətinə və əlaqədar qurumlara muraciət edərək azyaşlı övladının Şəhrizad adlı baxçada qeyri insafi rəftar olunmasından şikayətlənib, belə ki, ananın sözlərinə görə 2 yaşlı övladı İmaməli Onuru Xətai rayon Bakıxanov qəsəbəsində yerləşən Şəhrizad uşaq baxçasına hər ayı 350 manat olmaqla 2 aylıqın ödənişin edib, lakin baxçanın vəziyyəti normal olmadığı üçün uşağın oradan çıxarmaq məcburiyyətində qalıb. Baxçanın normal olmaması haqqında dəfələrlə də baxça müdiriyyətinə şikayət edib, amma faydası olmayıb, əksinə rəhbərlik ananı təhqir edib, daha sonra uşağını baxçaya buraxmayıblar. Ana qeyd edir ki, məcbur qalıb uşağı baxçadan çıxardım, uşağı təhvil alanda onun üzündə xəsarətlər gördüm, səbəbin soruşanda isə baxça müdüriyyəti uşağı mənim üzərimə kobud şekildə tulladı, uşağın xəsarət alma səbəbin soruşanda isə bildirdilər ki, uşaq yuxulu olub və yıxılıb. Məsələ ilə bağlı Sabumçu rayon polisinə muraciət etdik, bizə isə oradan da cavab olaraq cinayət işinin başlanmaması haqqında məktub göndərildi, hansısa səbəblərdən iş obyektiv aparılmadı, məsələni sosial şəbəkələrdə ictmayiləşdirdim, ondan sonra Şəhrizad baxçasının müdüriyyəti məni məhkəməyə verdi, indi təzminat tələb edir, məsuliyyəti baxça rəhbərliyi daşımalı olduğu halda bunlar məni niyə məhkəməyə verir, başa düşü bilmirəm? Daha sonra ana məhkəmə hüquq şurasından, Daxili İşlər Nazirliyindən əlaqədar təşkilatlardan, hüquqlarının qorunmasına köməklik göstərmələrin xahış edib.
Teref.az video müraciəti təqdim edir:
Teref.az yazıda və videoda adı çekilən istənilən şəxsin mövqeyin tanıyır.
DİA.AZ: - "Mən 20 ilə yaxındır 28 May Neft-Qaz Çıxartma İdarəsində işləyirəm. 20 ildə bir dəfə görmədim ki, rəhbərlik bizi düşünsün. Paylaşımlarda yazırsınız ki, işcilərin daşınmasında böyük problemlər var. Amma bilmirsiz ki, sənədlə bu problemlərin olmaması üçün nə qədər pullar yazılıb silinib. Neftçilərin Platformaya göndərilməsi hava səraitinə görə (dumanlı) Helekopterlə mümkün olmadıqda gəmi ilə həyata keçirilir". DİA.AZ bildirir ki, bu açıqlama ilə çıxış edən neftçi müraciətini Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya ünvanlayıb.
İndi isə həmin məsələni neftçilərdən biri detallı formada izahat edir. Həmin açıqlamanın davamını olduğu kimi təqdim edirik: "Gəmi ilə Platformaya sərnişin aparılma aşağıdakı kimi həyata keçirilir: 1.Gəmi yan alma meydançası vasitəsi ilə heyata keçirir ,əgər hava seraiti mümkün deyilsə (dalğanın hündürlüyü və küləyin surəti). 2. Gəminin xüsusi trapı olur. onunla heyata keçirilir.Gəminin hidravlik avtomatik və mexaniki idarə olunan piləkəni olur 3. Əgər yuxarıda qeyd olunan 2 variant mümükün deyilsə Platformanın avtomatik idarə olunan Kran və yaxud mexaniki yük qaldırma mexanizimi ilə xüsusi sərnişin səbəti ilə həyata keçirir. Yuxarıda qeyd etdiyimiz variantlar sənədlə varsa Güneşlı yataqında calişan fehlələr niye növbəni dəyişə bilmir ? 1. Deyirlər hava dumanlıdı hava məkanı bağlıdı helokopter uçuş həyata kecirə bilmir . Platformaya sərnişin daşıyan Helokopterlərin pilotları da maraqlı deyil.Çünkü daşıyıcı şirkət ona görə maraqlı deyil ki, bu gün olmasın sabah olsun say yerindədi adam yerindədi aparacaq ona rəqabət aparan alternativ digər şirkət yoxdur .Pilot isə uçuş heyata keçirdi kecirmədi eyni əmək haqqı alır. İşcisi əziyyət çəkən qalan təşkilata ona görə maraqlı deyil ki: Tutaqki bir işçi dənizdə 1 günlük əmək haqqısı 10 Azn-sə onun 8 Azn dənizdə qalana, 2 Azn sahildə qalana verir təşkilat hecne itirmir. Əgər Helokopter daşıyıcı şirkət görsə ki getməsə növbə dəyişmə gəmi ilə həyata keciriləcək onda kommersiya maraqına görə növbəni dəyişəcək. Yuxarıda göstərilən variantlar növbəni dəyişməsi mümkündü sadece onu düşünən rəhbər yoxdu. Cünkü Rəhbər işcilər dənizə getdi getmədi sabit əmək haqqısını alır, hecne itirmir rəhbər işcilər hava şeraitinə görə fırtına yazılmır. pul itirmir . Rəhbərlik bahanə gətirir ki , Xəzərdə suyun səviyyəsi 2m aşaqı düşüb, sərnişinin gəmi yanalma meydançasına minib düşmək təhlükəlidi .mümkün deyil. Carəsi var. Sərnişin daşıyan gəminin trapına (sərnişinlərin minib düşməsi üçün nəzərdə tutulub ) götülüb qoyula bilən xüsusi artırma pilləkən yığılsın, Həmin bu pilləkən Cilov adasına yerləşdirilsin və növbə dəyişmə zamanı gəmiyə yerləşdirilsin. Əgər priçallar bu qeder aşağıdırsa , əgər mümkün deyilsə istehsalat zəruriyyəti ilə hava sakit olanda Günəşli , Neft Daşları və sair NQCİ- də platformalar arası işcilərin yer dəyişməsi və digər proseslər necə heyata keçirilir ?"
DAVAMI MÜTLƏQ OLACAQ...
Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...
Gədəbəy rayon Novosaratovka kəndində yaşıllaşdırma məqsədi ilə əkdiyim 48 ədəd ağacı icra hakimiyyətinin əməkdaşı məhv etdi.
Sarkazm.az xəbər verir ki, bu barədə sahibkar Nazim Əliyev saytımızın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildirir.
N.Əliyev sözlərinə görə, bu Gədəbəy rayon icra hakimiyyəti onun rayonda həyata keçirdiyi biznes və digər işlərinə mane olur.
“24 mart 2023-cü il tarixində Gədəbəy rayon Novosaratovka kəndində mənə məxsus torpaq sahəsinin ətrafında yaşıllaşdırma işləri apararaq 48 ədəd ağac əkməyə başladım. Ağacları əkib yekunlaşdırdıqdan sonra həmin kəndin icra nümayəndəsi Elvin Məmmədov yaxınlaşaraq mənim bu addımımı qanunsuz hesab etdiyini və əkilmiş ağacların yerindən çıxarılacağını bildirdi. Mən icra nümayəndəsinə həmin ərazinin mənə məxsus və bələdiyyənin balansında olduğunu bildirdim. Bələdiyyələrin isə seçkili, eyni zamanda müstəqil orqan olduğunu və icra nümayəndəliyinə aid olmadığını bildirsəm də, E.Məmmədov buna məhəl qoymadı. Rayon icra hakimiyyətinin göstərişi və bunu icra etməyə məcbur olduğunu qeyd edərək öz ilə gətirdiyi işçiləri ilə birlikdə ağacları yerindən çıxartdılar. Elvin Məmmədov da həmçinin bildirir ki, bu ərazi bələdiyyə torpaqlarıdır və torpağa dair mənim adıma sənədlər olmadığına görə ağac əkinini qanunsuz hesab edir. Maraqlıdır ki, bələdiyyə torpağında qanunsuz işlərə icra nümayəndəsi niyə qarışır? Eyni zamanda sənədsiz torpaqlarda müəyyən işlər icra etmək qadağandırsa, Novosaratovka kəndini məmurlar öz aralarında bölüblər və yüzlərlə qanunsuz tikililər aparıblar. İcra hakimiyyətində “Memarlıq və Tikinti Şöbəsi”nin müdiri Əlövsət Bayramovun və İnəkboğan kənd icra nümayəndəsi Şahin Kazımovun Novosaratovka kəndində bir neçə qanunsuz tikililəri və biznesi var. Nə əcəb onlara mane olan yoxdur ya icra hakimiyyətinin rəhbərliyinin xəbəri yoxdur?” – deyə Nazim Əliyev bildirir.
O, həmçinin bildirir ki, bunu rayon icra hakimiyyəti qərəzli şəkildə edir və torpağa dair sərəncam imzalamayaraq mənim fəaliyyətimi qaanunsuz adlandırırlar.
“Bir neçə il bundan öncə Gədəbəy rayon Novosaratovka kənd sakini Qulu adlı vətəndaşdan onun evini və geniş ərazini əhatə edən torpaq sahəsini almışam. Həmin ərazi çaykənarı olduğundan balıqçılıq üçün əlverişli yerdir. Mən də şəraitə uyğun olaraq bir neçə balıq gölü yaratmağı qərara aldım. Həmin vaxt icra hakimiyyətindən bildirdilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə almalısan və Quludan aldığın mülkiyyəti sənədləşdirməlisən. ETSN-ə müraciət etdim. Nazirliyin əməkdaşları əraziyə baxış keçirdilər və balıqçiliq təsərrüfatı üçün müsbət rəy verdilər. Növbəti prosedur olaraq torpağın sənədləşməsi üçün Novosaratovka kənd bələdiyyəsinə müraciət etdim və lazım olan sənədləri topladım. Bələdiyyə ilə alqı-satqı müqaviləsi imzaladıq və dövlət rüsumunu ödədim. Torpağın şəxsi mülkiyyətə keçməsi üçün icra hakimiyyəti sərəncam imzalamalı idi. Sərəncam üçün Gədəbəy rayon icra hakimiyyətinə dəvət edildim. Məni icra başçısının müavini Vüsal Musayev qəbul etdi. Sərəncamın imzalanması və eynilə həmin ərazidə balıqçılıq təsərrüfatının olmasına görə məndən 40 min manat rüşvət istədi. Bundan imtina etdiyimə görə hələ də mənə məxsus torpağın sənədləşməsi üçün sərəncam imzalanmayıb. Bununla da aldığım torpağın sənədləşməsinə mane olurlar və digər tərəfdən də bildirirlər ki, torpağın sənədi olmadığına görə gördüyün işlər qanunsuzdur. Sənədi verməyən də, işlərimi qanunsuz adlandıran da icra hakimiyyətidir.” – deyə Əliyev qeyd edir.
Nazim Əliyev hesab edir ki, icra hakimiyyətinin bu addımı ölkə rəhbərinin siyasətinə sabotajdır.
“Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “hərəyə bir ağac əkək” layihəsi davam edir. Ölkə üzrə əksər dövlət qurumları, özəl sektor, gənclər bu layihəyə qoşularaq ağac əkirlər. Lakin Gədəbəy icra hakimiyyəti əkilən ağacları məhv etdirir. Eyni zaman regionların inkişafı üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır, ölkə rəhbəri hər dəfə çıxışında rayonlara investorları cəlb etmək üçün icra başçılarına xüsusi göstəriş verir. Lakin Gədəbəydə yaratdığım biznes layihəsinə icra hakimiyyəti mane olur. Bu, birbaşa ölkə rəhbərinin siyasətinə ziddir.” – deyə sahibkar vurğulayır.
Nazim Əliyev ona qarşı olan haqsızlıqları ölkə rəhbərindən və müvafiq qurumlardan araşdırmağı və onun biznesinə yaradılan problemləri aradan qaldırmağı xahiş edir.
Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyətinin “Memarlıq və Tikinti Şöbə”sinin müdiri Əlövsət Bayramov ilə əlaqə saxladıq. Ə.Bayramov Nazim Əliyevin ağacəkmə kampaniyasını qanunsuz hesab edir. “Həmin ərazilər bələdiyyənin balansındadır. Orda ağac əkmək üçün bələdiyyədən icazə almalıdır yaxud şəxsi mülkiyyətə keçməsi üçün sənədləşdirməlidir. Nazim Əliyev bunların heç birini etmədən ağac əkib. Buna görə də onun bu addımının qarşı alınıb.” – deyə Əlövsət Bayramov bildirdi.
Həmçinin Əlövsət Bayramov Nazim Əliyevin onun biznesi və rayon icra hakimiyyətinin əməkdaşının Nazim Əliyevdən 40 min manat rüşvət istəməsi barədə dedikləri fikirlərə də cavab olaraq bildirdi ki, həmin məsələlərin vəzifəmə aidiyyatı yoxdur. “Gədəbəy rayon icra hakimiyyətində “Memarlıq və Tikinti şöbə”sinin müdiri vəzifəsinə iki aya yaxındır təyin olunmuşam. Ondan öncə bizneslə məşğul olmuşam. Hazırda isə biznesimlə övladım məşğuldur və Novosaratovka kəndində tikilən ev mənə yox, bacıma məxsusdur. Eyni zamanda Nazim Əliyevdən icra hakimiyyətindən 40 min manat rüşvət istənilməsindən xəbərim yoxdur. Həmin vaxt mən icra hakimiyyətində vəzifə daşımırdım.” – deyə Bayramov Əlavə etdi.
Sahibkar Nazim Əliyevin Gədəbəy rayon Novosaratovka kəndində əkdiyi ağacların məhv edilməsinə dair video: