"Nə vaxt sənəd tələb etsəm, tövlənin sökdürüləcəyi ilə hədələnirəm" - GİLEY
 
 

Sabirabadın Məmişlər kəndində tövlə tikdirən Səxavət Əhməd oğlu Bədəlov 8 ildir ərazini sənədləşdirə bilmədiyini deyib.

 

Xalqxeber.az bildirir ki, o, bu barədə Meydan TV-yə müraciətində bildirib.

“2015-ci ildə bələdiyyəyə 35 min manat ödəyərək ərazi almışam və 3500 kvadrat ərazidə 900 baş heyvan üçün tövlə tikdirmişəm. Həmin vaxtdan indiyədək ərazinin sənədlərini ala bilmirəm. Nə vaxt sənəd tələb etsəm, tövlənin sökdürüləcəyi ilə hədələnirəm”, – kənd sakini deyib.

S.Bədəlovun sözlərinə görə, Məmişlər kəndində 70 iribuynuzlu heyvanı, 200 qoyunu var. Ərazini keçmiş bələdiyyə sədri Nazirağa Quliyev işlədiyi dövrdə alıb, tövlənin tikintisinə 200 min manat xərləyib:

“Sonradan bildim ki, sənədləri öz oğlu Rövşən Quliyevin adına rəsmiləşdirib. İndi deyirlər ki, guya ərazini mənə icarəyə veriblər. Kim icarəyə götürdüyü yerə 200 min manat xərcləyər? Əlaqədar qurumlardan köməklik göstərilməsini istəyirəm”.

Şikayətçi söyləyib ki, sənədləşdirmə məqsədilə bir il ərzində 35 min manat ödəyib, bundan başqa, 7 min manat da əlavə xərclər üçün verib. Ərazidə tikinti işləri aparıb, amma sənədlər hazır olmadığından yarımçıq saxlayıb və heyvanları tövlədən çıxarıb.

“Ot doğrayan avadanlığım, traktorlarım, əkin üçün avadanlıqlarım vardı. Ukraynada işləyirdim, pandemiya başladı, get-gəl çətinləşdi. Kəndə geri dönəndə 40 min manatlıq avadanlığımn satıldığını bildim. Qoyunlarımı aparmışdılar, polisə şikayətdən sonra 3 qoyun əskik olmaqla qaytardılar”, – S.Bədəlov bildirib.

Şikayətçi deyib ki, hüquq-mühafizə orqanlarına müraciət edib:

“Kəndin stadionunu, köhnə tikililəri də satılıb. Şikayətimizə baxılmır, məhkəməyə də müraciət edəcəm”.
Digər kənd sakinləri də örüş torpaqlarının satıldığını deyiblər:

“Kanal qazıblar, amma mühasirəyə alıblar, kəndlilər istifadə edə bilmirlər. Kənd sakinləri adama 2-3 manatdan yığdıq, yol saldırdıq, onu da gəlib qazıblar ki, heyvanlar keçib gedə bilməsin. Örüş sahələrindən istifadə edə bilmirik”.

Kəndlilər deyiblər ki, məhkəməyə verərək həmin ərazilərin örüş sahələri olduğunu sübut ediblər:

“Mal-qaranı otlaq sahəsinə buraxmırlar, çətinliklə üzləşirik. 50 hektar örüş sahəsi zəbt olunub. 28 hektar ərazi birinə verilib, 13 hektar yer vardı, onun da 3 hektar yarımını götürüblər. Kənddəki örüş sahələri onsuz da kənd əhalisinin tələbatını ödəmir, üstəlik onu da tutub əlimizdən alıblar”.

Məmişlər Qaralar Kənd Bələdiyyəsinin inzibati ərazisinə daxildir. Kənd bələdiyyəsinin sədri Niyaməddin Məmmədov deyib ki, Səxavət Bələdov həmin kəndin sakini deyil, ərazi üzrə mübahisə isə iki nəfər arasındadır, bunun bələdiyyəyə aidiyyəti yoxdur:

“Həmin ərazi bələdiyyənin mülkiyyətindədir, hərrac vasitəsilə 15 illik icarəyə verilib. Sənədlər R.Quliyevin adına illər əvvəl sənədləşdirilib. Tərəflərin mübahisəsinə bələdiyyə müdaxilə edə bilməz, bizə təqdim edilən sənəd əsasında danışa bilərik”.

Bələdiyyə sədri digər kənd sakinlərinin örüş yerləri ilə bağlı narazılıqları ilə razılaşmayıb. Bildirib ki, örüş yerləri satılmayıb, yalnız həyətyanı sahələr satışa çıxarılır:

“Örüş yerləri satıla bilməz, deyilənlər yalandır”.

N.Quliyevə məxsus olduğu deyilən telefonlara isə zəng çatmayıb.

 

XalqXeber.Az

Bölmənin digər xəbərləri

16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Dünyapress TV

Xəbər lenti