İmişli “Mal bazarı”nda quldarlıq qaydaları... - Satılan inəyə 5, balasına 3 manat “vergi”....
 
 

Və heç kimə çek verilmir... 

 
Bu pullar hara gedir...?
Bu boyda bazarda TUALET  yoxdur... 
Öncə ondan başlayaq ki, 70 il sovet dövründə planlı iqtisadiyyat deyilən mühitdə yaşadıq. Və Allah qoymasa  keçən əsrin sonunda bazar iqtisadiyyatına qədəm qoyduq. Bizim insanlar bazar iqtisadiyyatı ilə BAZARI səhv salır. Bazar iqtisadiyyatı, iqtisadi qanunlara, sağlam rəqabətə, dövlətin qanunlarına əsaslanaraq fəaliyyət göstərməkdir. Daha bizim bildiyimiz zığın-palçığın, löhmənin içindəki bazar demək deyil. 
İndicə İmişli “Mal bazarı”ndan hazırlanmış video-reportaja baxanda dəhşətə gəldik. Bu məgər bazar iqtisadiyyatıdır..? 
Heç orta əsrlər, feodalizm, quldarlıq dövründə də belə bazar olmayıb. XXI əsrdə insanların belə bir şəraitdə mal-qarasını nəzərdə tutulmuş satış nöqtəsində satması, kənd təsərrüfatı məhsulları, balıq və s zığın-palçığın içində dövriyyə edilməsi heç bir qanun-qaydaya sığmır. Bu dərəcədə anti-sanitariya, pinti, xəstəlik üçün şərait yaradan məkanda qida məhsulları, toyuq-quş, qoyun-quzu satmaq harada görünüb..? 
"Müasir bazar"ın həkimsiz, laboratoriyasız şıdırğı alveri...
Axı, müasir bazarın həkimi olar, Allah qoymasa laboratoriyası olar, mühasibatlığı olar, nə bilim sanitariya-gigiyena qaydalarına nəzarət edəni olar və daha nələr... Yoxsa kimsə geniş bir sahəni çəpərləyib və özü üçün Mal bazarı elan edib. 
Videodan göründüyü kimi Mal bazarı, əslində Əziz Quliyev adlı birisinin çəpərlədiyi geniş ərazidir. 
Təsəvvür edirsiniz, kəndli öz yanı balalı inəyini Allah qoymasa  İmişli bazarında satmağa gətirib ... Və inəyə görə 5 manat, balasına görə 3 manat ondan pul alırlar və çek verimirlər. Əgər axşama kimi inək satılmasa, kəndli inəyini və balasını evinə aparır, ancaq ondan alınan 3+5=8 manat geri qaytarılmır. 
Əziz Quliyev iki bazarı öz qanunları ilə necə idarə edir?...
Bir sözlə, rayonda bu bazarın sahibi sakinlərdə sosial narazılıq yaradır. Və bu narazılığın  arxasında rayonun iki bazarına, “mal bazarı” və “kənd təsərüfatı məhsulları bazarı”na sahiblik edən Əziz Quliyev dayanır. İddiaya görə, əhalidə dövlətə qarşı narazılığın yaradılmasının səbəbi bu şəxsin sahib olduğu bazarlarda antisanitariya ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin bir neçə dəfə ciddi addımlar ataraq bazarları bağlaması olub. 
Baxdığımız videoda Qarabağ veteranı, hətta əlil deyir ki, satmaq istədiyimiz mallara  görə, bazarın sahibi bizdən artıqlaması ilə pul alır, ancaq  çek vermir. Yəni bu bazarın hesabına külli miqdarda pul qazanan bazarın sahibi dövlətin yaratdığı imkanlardan istifadə edir, amma dövlətə qarşı narazılıq yaradır. 
Ayaqyolu olmayan bazarda üfunət iyi birmənalı şəkildə olmalıdır...
Təsəvvür edirisniz, yüzlərlə insanın hər gün gəlib-getdiyi mal-qara bazarında tualet yoxdur. Sakinlər soruşur ki, bizim hər gün ödədiyimiz pullar hara gedir..? Bəziləri deyə bilər ki, bu mal bazarıdır, mallar harada gəldi özlərini rahatlaya bilərlər. Burada hər inəyə tualet tikməyin əhəmiyyəti yoxdur. Biz bazar rəhbərliyinə bildirmək istəyirik ki, camaatın sizdən tələb etdiyi tualet bəzilərindən fərqli olaraq, şüursuz malların, qoyunun, keçinin, eşşəyin, atın rahatlanması üçün deyil, bazar rəhbərliyinin də özü ilə bərabər ora gələn insanların rahatlanmasını nəzərdə tuturlar. Amma və lakin camaatın qoyduğu tələblərin hər biri ən azından insanların heyvanlara qarşı yanaşma tərzidir. Buyurun, sakinlərin bildirdiyi iradlarla tanış olun.
Sakinlər soruşur ki, bu boyda zığ-palçıq, löhməyə bir maşın qum tökməyə bazarın sahibinin imkanı yoxdur..? Bəs biz verən pullar hara gedir..? 
Hər gün neçə yüz insan, ayda neçə min insan bu bazara gəlib mal-qarasını satmaq istəyir. Hər inəkdən 5, balasından 3, hər qoyundan 2, hər quzudan 1 manat, balıqdan, toyuqdan və daha nələrdən pul qazanan bazarın sahibi bir maşın qumun, çınqılın alınmasına niyə xəsislik edir. 
Bax bu sualın cavabı bizdə maraq doğurduğu üçün balaca bir araşdırma apardıq.
İmişlidə camaatın əzab-əziyyəti hesabına toplanan milyonlar Bakıda böyük biznesə yönəlib. Bu haqda növbəti yazımızda bəhs edəcəyik.
Bəli, bazarın sahibi Əziz Quliyev tez-tez xarici ölkələrdə olur, İrana, İraqa və Əfqanıstana səfərlər edir. Niyə hüquq-mühafizə orqanları bununla maraqlanmır..? 
Niyə Vergilər Dövlət Xidməti İmişli “Mal bazarı” ilə maraqlanmır..? Suallar çoxdur. Bizi izləyin.
P.S. Növbəti yazımızda bazarda dünyasını dəyişənlər və "İstanbul" klinikası yazısı dərc olunacaq. Gundelik-baku.com

 

XalqXeber.Az

Bölmənin digər xəbərləri

16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Dünyapress TV

Xəbər lenti