Ardını oxu...
Bu ölkədə hakimiyyət, məmurlar da xalqı başıqapazlı edir, iş adamları da. Nə istəyirlər, nə verib ala bilmədikləri var axı bu yazıq xalqdan!

Cənub bölgəsinin “böyük bəla”sı – iqtisadiyyat düşməni olan pambıq “baronu” Bahəddin Leysanov.

Leysanov 30 ilə yaxındır cənub bölgəsinin qeyri-rəsmi “qubernator”u olaraq çıxış edir.

Cənub bölgəsinin “Don Karleone”si və toxunulmaz xaç atası. Cənub rayonlarının icra başçıları, prokurorları və polis rəisləri Leysanovdan niyə çəkinirlər, onunla razılaşır, onun tovsiyyələriylə işləyirlər???

Bu müasir qolçomaq kimə güvənir və arxasında hansı məmur var?!

Bahəddin Leysanov İlham Əliyevim söz etdiyi “böyük bəla”nı yaradanlardan biridir…
Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.

İlham Əliyev Nazirlər Kabinetinin hər ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kölgə iqtisadiyyatının ölkə iqtisadiyyatına vurduğu ziyandan danışıb. Ölkə iqtisadiyyatını xərçəng kimi saran kölgə iqtisadiyyatı “böyük bəla” adlandırıb. Lakin, çox təəssüf ki, hər kəsin gözü qarşısında özünü məğlubedilməz sayan Leysanovdan xəbər tutmur.

İlham Əliyev vurğulayıb ki, aparılan iqtisadi islahatların əsas vəzifələrindən biri və birincisi kölgə iqtisadiyyatına ziyan vurmaqdır: “Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”, deyə İlham Əliyev Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində bildirib.

Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda kölgə iqtisadiyyat ölkə iqtisadiyyatının 60-70 faizini təşkil edir. Elə bu üzdən də adam başına düşən gəlir sitatistikasında Azərbaycan artıq Gürcüstandan geridə qalıb, Ermənistanla isə demək olar ki, bərabərdir. Əslində isə Azərbaycanda adambaşına düşən gəlirin əsas hissəsi məhz kölgə iqtisadiyyatda gizlənib və bu üzdəndə biz qonşularımzdan geridə qalırıq, xüsusən də bədnam qonşumuzdan geridə qalmaq üzrəyik.

Heç kimə sirr deyil ki, kölgə iqtisadiyyatı əsasən məmurların dəstəyi ilə və birbaşa iştirakı ilə çiçəklənməkdədir. Bir çox yerlərdə isə sovet dönəmində varlamış idarə müdirləri kölgə iqtisadiyyatının başında durur və genişləndirirlər. Belələrindən biri də artıq 30 ilə yaxındır ki, cənub bölgəsinin qeyri-rəsmi “qubernator”u olaraq çıxış edən Bahəddin Leysanovdur.

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir?

Leysanov Bahəddin Dəyyan oğlu Masallı rayonunda doğulub. O zamankı İnşaat institutunu bitirib və Neftçalaya təyinat alıb. Həmin vaxt Neftçala rayonunun Aşağı Qaramanlı kəndində inşa olunan Pambıq zavodunda “prorab” olaraq əmək fəaliyyətinə başlayıb. Həddindən artıq xoşqılıqlı adam olan Leysanov həmin dönəmdə təkcə Neftçalada deyil, bütün Azərbaycanda nüfuzlu şəxs kimi tanınan, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin qılığına girib və bir müddət sonra məhz Nuruş Əliyevin köməyi ilə Neftçala Pambıq Zavodunun müdiri təyin olunub. Və gənc Leysanovun əvvəl Neftçalaya, sonra isə bütün cənub bölgəsinə sirayət edən hakimiyyəti başlayıb. 80-ci illərin əvvəlindən başlayaraq o, Neftçalada artıq qeyri-rəsmi milyoner olaraq tanınrdı.

Xalq Cəbhəsi dönəmində Leysanov (cənub bölgəsində onu hamı soyadı ilə tanıyır) yeni hakimiyyətə gələn gənc cəbhəçilərlə dil tapmağa cəhd edir. 1993-cü ildə isə Leysanov yeni azərbaycanlıların düşərgəsində yer alır.

Kolxozların ləğvindən sonra pambıqçılığın tam iflas etməsi ilə hamı düşünür ki, Leysanovun erası bitir. Lakin bu heç də olmadı. Leysanov kolxozların ləğvindən sonra Neftçalada torpaqları ələ keçirməyə başladı. Bir ildən sonra bəlli oldu ki, Neftçalada əkinə yararlı bütün bələdiyyə dövlət torpaqları, həmçinin geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Həmin torpaqlar hələ də Leysanovun mülkiyyəti altındadır.

Lakin Leysanov təkcə Neftçala ilə kifayətlənmir. Bu gün Salyan rayonunun bələdiyyə və dövlət torpaqlarının yarısından çoxu Q.Məmmədovun verdiyi şəhadətnaməyə əsasən 99 illik müddətdə onun mülkiyyətindədir. Düşünməyin ki, Leysanov Salyan və Neftçala rayonları ilə kifayətlənib. Xeyr,bu belə deyil. Leysanov Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da minlərlə hektar torpağı özünüküləşdirib. Daha əvvəl Neftçalada dostluq münasibətləri qurduğu Taleh Qaraşov həmçinin Lənkəranda da ona ayrıcalıq saxlayır. Bundan başqa Leysanovun əli Sabirabada və İmişliyə qədər də uzanıb.

Eyni zamanda Bahəddin Leysanov Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50 faizdən çoxuna sahibdir.

Əslində bu pambıq zavodları bütövlükdə Leysanova məxsusdur. Çünki bu günə qədər Leysanov pambıq zavodlarının keçmiş işçilərinə məxsus olan səhmlərə görə bir qəpikdə olsun dividend ödəməyib. Zavodlar yenidən qurulsa da, son 20 il müddətində ziyanla işləyir. Hər halda Bahəddin Leysanov belə iddia edir.

O özünü “Don Karleone” kimi aparır

Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.

Cənub bölgəsində Leysanovla bağlı aparılan araşdırmada onu gördük ki, bu rayonların əhalisi Bahəddin Leysanovu özlərinin bir nömrəli istismarçısı olaraq görürlər. Lakin buna baxmayaraq heç kim ona qarşı çıxmağa cəsarət eləmir. Bunu heç düşünmür də. Çünki Leysanovun Cənub bölgəsindəki əlaqələrini və gücünü hər kəs bilir. İstənilən adamı istənilən anda həbs etdirmək gücünə sahib olduğunu da hər kəs bilir.

Bahəddin Leysanovun yerlərdə gücü və şəbəkəsi o qədər böyükdür ki, cənub rayonlarına təyinat alan icra başçıları, polis rəisləri, prokurorlar onunla razılaşmağa, hətta onun tövsiyyələri ilə işləməyə məcburdurlar. Əks təqdirdə həmin vəzifəli şəxs təxribatla üzləşər və vəzifəsini itirər. Yəni Bahəddin Leysanov həm də cənub bölgəsinin bildiyimiz “Don Karleone”sidir və bölgənin xaç atası olaraq toxunulmazdır.

Biləsuvardan, Neftçaladan və Salyandan toplanan məlumatlara görə Leysanov təkcə bu rayonlarda minlərlə hektar torpağı “işğal” etməyib. Eyni zamanda Leysanov bütün cənub bölgəsində kölgə iqtisadiyyatın “baron”udur. Əldə edilən məlumata görə Bahəddin Leysanova çalışanların çox böyük əksəriyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq çalışmırlar. Buna baxmayaraq həmin adamlar bölgənin ən varlı və nüfuzlu ailələri olaraq bilinirlər. Ardı var…

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

1-ci hissə. Əfqan Sadıqov
Turantv.az
Ardını oxu...
Qaradağın Lökbatan qəsəbəsində, Lökbatan gölünün bir addımlığında yerləşən göl ərazisinin torpaqla doldurularaq vətəndaşlara tikinti üçün satılması ilə bağlı görüntülər yayımlanıb.

Baku TV mövzu ilə bağlı rayonun icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla əlaqə saxlayıb.

İcra başçısı ona ünvanlanan sualı eşitdikdə dərhal telefonu söndürüb.
Qeyd edək ki, sözügedən ərazidə tikilən evlərin sayı çoxdur.

Daha ətraflı süjetdə:

 

Ardını oxu...
DİA.AZ: - Ucar şəhəri D.Qorqud küçəsi bina 10 mənzil 1 sakini Həşimov Vasif Maarif oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Ucar rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq qanunsuzluq baş alıb gedir.Nəticədədə mənim kimi çoxlu sayda vətəndaşlar əziyyət çəkir qanunsuzluqla üzləşir.
Mənim uşağım 28.01.2022-ci il taridə anadan olmuş Həşimov Cahid xəstələndi deyə 12 mart 2023-cü il tarixdə Ucar rayon xəstəxanasına apardım.Orada həkim Fəzayıl Əliyev düzgün müalicə apara bilmədi.Beləki qızdırması yüksək olan xəstə uşağıma iynə vurdular deyə o komaya düşdü. Bundan sonra uşağa işlənmiş tibbi ləvazimat vasitəsi ilə sistem qoşdular.Mən buna irad bildirəndə mənimlə kobud rəftar edib özlərinə haqq qazandımağa çalışdılar.
Ucar rayon xəstəxanasının həkimlərinin savadsız olmasını görüb xəstə uşağımı tez Yevlax rayon xəstəxanasına aparmalı oldum.Orada xəstə uşağıma tibbi yardım göstərib sağaltdılar.Ucar rayon xəstəxanasında özbaşınalıqlar qanunsuzluqlar hökm sürür.
Mənim kimi çoxlu sayda insanlar buna görə qonşu rayonların xəstəxanalarına üz tuturlar.İnsanlar arasında kütləvi narazılıqlar var.
Hazırda körpə uaşağımın səhəti normal deyil. Çünki həmin günü hepatitli xəstəyə qoşulmuş iynəni mənim u.ağıma istfadə ediblər.Buna görə uşağım hepatitə yoluxub.Bu isə həkim səhlənkarlığı cinayəti hesab olunur.
Üzləşdiyim qanun pozuntusu barədə Ucar rayon prokurorluğunda araşdırma aparılasada hələ qərar qəbul edilməyib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdan və sədri Zaur Əliyevdən xahiş edirəm şikayətimi yerində mənim iştirakımla araşdırıb səhlənkarlğa yol verib cinayət əməli törətmiş tibb işçilərinin barəsində qanunu və ciddi tədbirlər görəsiniz..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - "Ağsu Regional Qaz İstismar İdarəsi Buniyatov Ruslan Əhməd oğlunu Göyçay Qaz İstismar Sahəsinə rəis olaraq göndərilib. Bu adam vəzifəyə təyin olunan vaxtdan sahədə qanunsuz tətbiq edilən cərimələr 2 dəfə artırılıb, borcu yaranan istehlakçılar ödənişlərlə bağlı ciddi şəkildə narahat edilirlər". DİA.AZ bildirir ki, bu barədə müraciətində Göyçaydan olan tanınmış hüquq-müdafiəçisi Taleh Xasməmmədov qeyd edib.

T.Xasməmmədovun müraciətində daha sonra deyilir: "R. Buniyatov "mənim arxam güclüdür" deyib, hətta şəhid ailələrinə, qazilərə və digər həssas təbəqədən olan şəxslərə də güzəştə getmək istəmir. Odur ki, əhali hər gün haqsızlığa üsyan edir. Bununla yanaşı qeyd etmək istəyirəm ki, bir neçə gün əvvəl Sahənin işçiləri də rəisləri Ruslan Buniyatova etiraz olaraq tətil etmişdilər, onlar kütləvi şəkildə istefa verməyi də qarşıya məqsəd qoyublar.

Əldə etdiyim məlumata görə, yaxın günlərdə Sahənin bütün işçiləri ciddi şəkildə tətil keçirməyə hazırlaşırlar.

***

2013-cü ildə 100 min manat rüşvət aldığı ifşa olunan Ruslan Buniyatov tutduğu vəzifədən qovulsa da, onun özünə tay adaşı "Azəriqaz" İB-nin sədri Ruslan Əliyev vəzifəyə təyinat aldıqdan sonra, adaşını dəyərləndirməyə qərar verib.

Yəqin ki, məhz bu səbəbdən Ruslan şikayətçilərə "arxası"ndakı "güclü" Ruslanı eyham vurur.

R. Buniyatov Qobustan rayonu ərazisində yerləşən "Qobulənd" istirahət mərkəzinə qaz çəkilməsi məqsədi ilə 100 min manat pul alan vəzifəli şəxsdir. Həmin vaxt araşdırmalarda məlum olubmuş ki, başqa məqsədlə rüşvət alan məmur daha çox qazanmaq üçün sifarişi idarənin hesabına qaz çəkdirməklə niyyətini həyata keçirir".

Səslənən ittihamlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Binəqədi rayonunda ərazi zibil poliqonuna çevrilib.

Belə ki, rayonun Binəqədi qəsəbəsi, 1-ci mədən, 8-ci korpus deyilən ərazidə məişət tullantıları qalaqlanıb.

Sakinlər zibili yol kənarına, su arxına atırlar. Bu isə ərazinin zibillənməsinə və ətrafı üfunət qoxusunun bürüməsinə səbəb olur.

PhotoStock.az ərazidən görüntülər lentə alıb.

TEREF.AZ həmin fotoları təqdim edir:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ulu Önderimiz Heydər Əliyevin bir gözəl kəlamı yadıma düşdü . Dövlət iki şeydən sarsıla bilər , cinayətkar cəzasız qalanda , günahsızsa cəza aldıqda. Söz açdığımız Əlikram Cavadov isə çox təəssüfler ki, 30 ildən artıqdır ki, qanunsuz əməllərlə məşğul olaraq dövlət büdcəsini talamaqda davam edir. Cənab Prezident Ali baş komandan İlham Əliyev gece - gündüz çalışaraq Respublikamızda iş yerlərinin açılması və vətəndaşlarımızın yeni iş yerləri ilə təmin olunması üçün çalışmağına baxmayaraq Əlikram Cavadov isə 2019 cu ildə 7-saylı Yİ –rı MMC ilə Şamaxı rayonunda yerləşən 19-saylı Yİ -rı MMC nin birləşməsindən sui istifadə edərək dərhal 50 nəfərə yaxın Şamaxı sakinlərini işdən heç bir əsaslı səbəb olmadan qanunsuz olaraq işdən çıxardaraq öz yaxın qohum əqrəbalarını onların yerinə təyin etmişdir. Əlikram Cavadov barəsində AAYDA -nın Sədri Saleh Məmmədova çoxsaylı şikayətlərdən sonra 7-saylı Yİ-rı MMC-ni ayıraraq həmin münaqişənin qarşısı xestexanasının adının çəkilməsini istəməyən yol idarəsinin işçisi olan vətəndaşın söylədiklərinə əsasən Əlikram Cavadov 7-Saylı Yİ-rı MMC-nin işçilərini növbəli şəkildə dövlətimizin, xalqımızın, yol strukturumuzun inkişaf etdirilməsinə deyil Əlikram Cavadovun öz şəxsi Fermer biznesinə, şəxsi ailə mənafeyinin gücləndirilməsinə sərf edir. İmtina eden içşiləri isə işdən qovulacaqları ilə təhdid edərək sözün əsl mənasında hegomonluq etməkdə davam edir. Nəzərinizə çatdırırıq ki, Cavadov məlum idarəyə rəis təyinatından sonra çox milyonluq biznes imperiyasına və bahalı mülklərə sahib olub. Dövlət büdcəsindən taladığı dövlətin və xalqın pulları hesabına. Əlikram Cavadov Qobustan rayonundan Paytaxt Bakıya gələrkən Cəngi perevalına enməmiş yolun sağ tərəfində yüz hektarlarla əraziyə sahib çıxaraq böyük fermer imperiyasına sahib olub. Bilmək olmur Cavadov fermerdir yoxsa 7-saylı Yİ-rı MMC-nin direktoru . Onuda nəzərinizə çatdırırıq ki, həmin fermalarda 300 baş iribuynuzlu , 5000 min baş xırda buynuzlu qoyun sürülərinə sahib olan Əlikram Cavadov hansı pullar hesabına malik olduğunu özünüz təsəvvür edin. Yəqin ki, qısa bir müddət ərzində hüquq mühafizə orqanları və qara maskalı qardaşlar Cavadov barəsində layiqli ölçü götürəcəklər. Onda isə Əlikram Cavadovu oğlu Ədliyə nazirliyində çalışan Nicat Cavadovda qurtara bilməyəcək. Dövlət büdcəsindən yol idarəsinin işçilərinə maaş ödənilir ki, işçilər yol infrastrukturunda çalışsınlar, Cavadov isə işçiləri pulsuz - parasız öz fermasında işlədir. Əhsən Cavadovda fərasətə bax.

Hər bir insan övladı dünyaya göz açdığı anlardan, öz arzuları, öz ideyaları , öz düşüncələri , qarşısına qoyduğu məqsədləri və yaşadığı dünyaya öz baxışları olur. Bələlərindən biridə Əlikram Cavadovdur. Əmma, əmması var. Çünki Əlikram Cavadov və onun kimi xislətləri olan bir çox dövlət qulluqçuları , nəzarətsizlikdən, məsuliyyətsizlikdən, kimlərəsə arxalandıqdan öz çirkin əməllərini , öz çirkin xislətlərini davam etdirərək, dövlətçiliyimizin inkişafına, imicinə, güclənməsinə zərbə vuraraq, öz şəxsi mənafeyini dövlətimizin və xalqımızın mənafeyindən üstün tutaraq Dövlət büdcəmizi talayaraq oğurluqla meşğul olmaqda davam edirlər. Yalnız Əlikram Cavadov və onun kimilər unudurlar ki, hər bir şeyin bir başlanğıcı olduğu kimi, bir sonluğu da olur. Bu anda Mövlanənin bir kəlamı yadıma düşdü ədaləti görərək, həqiqəti bilərək, nahaqqı dəstəkləmək iblisin xarakteri şeytanın əməlidir. Çox təəssüf hissi ilə qeyd edirəm ki, Cavadova himayədarlıq edərək onun 30 il müddətindəki talançılıq idialogiyasına göz yumaraq hansısa şəxsi mənfəət sayəsində dövlətimizin inkişafını zəiflədərək şeytanın əməlinə və iblisin xarakterinə xidmət etmekdə davam edirlər. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi Cavadovun talancılıq xüsusiyyətləri sərhəd tanımamaqda davam edir. Belə ki, uzun müddətdir AAYDA -nın maliyə rəisi Müseyib ilə iş birliyinə girən Əlikram Cavadov 7-saylı Yİ-rı MMC-e hər ay dövlət büdcəsindən ayrılan küllü miqdarda vəsaitı, yanacagı və idarənin nəzdində olan texnikalara ayrılan ehtiyat hissələrini saxta sənədlər üzərində silərək öz şəxsi mənafeyləri naminə talancılıq əməllərini davam etdirirlər. Apardığımız uzun müddət araşdırma zamanı məlum oldu ki, məlum yol idarəsinin dövlət büdcəsindən müavinət alan 80 nəfərə yaxın işçilərinin heç biri və texnikaların biri də olsun belə heç biri iş başında deyil, heç biri fəaliyyət göstərmir. Belə olduğu halda çox müəmmalıdır ki, Əlikram və Müseyib cütlüyü dövlətin vəsaitini nə haqqla talayırlar. 70 yaşlı Cavadov səhhəti ilə uzun müddətdir ki, evdən belə çölə çıxmır lazım gəldikdə öz nəhəng fermer təsərrüfatını inkişaf etdirmək üçün canfəşanlıq göstərir. Əlikram Cavadova belə bir sual ünvanlayaq Cavadov əgər işçilər və texnikalar heç bir ərazidə çalışmırlarsa onda nə haqqla dövlətin ayırdığı yanacagı, texnikaların ehtiyat hissələrini , və küllü miqdarda vəsaiti saxta ünvanlar və ağıla sığmayan oyunlarla necə talan edirsən ?
Idarənin texnikalarını kimlərə və aylıq neçəyə arendaya vermisən ?
Bakıda bəzi deputatların yaşadığı Tusi adına xəstəxanaya yaxın hündürmərtəbəli binadan aldığın mülkləri hansı vəsaitlə eldə etmisən?

Dövlətimizdə vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Prezidentin etimadını yüksək səviyyədə doğrulda bilməyən məmur problemi tarixən olmuş, bu günkü günümüzdədə Qobustan rayonunda yerləşən 7 - saylı Yol istismarı MMC – də direktor vəzifəsində 30 il müddətdən artıq zaman ərzində çalışan Əlikram Cavadovun talançılıq problemi olmaqda davam edir . Belə ki, Cavadov AAYDA - nın sədri Saleh Məmmədovnan yaxın dostluq münasibətinin olduğu əvvəllər polis sistemində çalışmış qardaşının etibarından məharətlə istifadə edərək 65 yaşını keçməsinə, yəni pensiya yaşını neçə illərdir keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin yaş həddi ilə vermiş olduğu göstəriş və tapşırıqlarına məhəl vermədən Cavadov öz şəxsi ailə mənafeyini, dövlətimizin, xalqımızın və gənclərimizin mənafeyindən üstün tutub AAYDA - nın maliyə rəisi Müseyib müəllimlə qarşılıqlı anlaşma sayəsində dövlət büdcəmizi talamaqda davam edirlər. Hansı ki, 7-saylı Yİ-ı MMC-yə ayrılan vəsait ilə Qobustan rayonunda yerləşən bütün kəndlərə bir kərə yox, üç dəfə asfalt yol çəkmək olardı. Qobustan rayon İH-nin müavini Məharət müəllimlə əlaqə saxladıqda Əlikram Cavadovun işgüzar bir məmur olduğunu, birbaşa olaraq AAYDA-nın tabeliyində olduğunu söyləsədə, Qobustan rayonunun yollarına ayrılmış vəsaitlərin təinatı üzrə düzgün olaraq xərclənməməsi Cavadovun çirkli yollarla əldə etdiyi daşınan və daşınmaz əmlaklarının siyahısından açıq aşkar bəllidir. Ümüdvarıq ki, bizimlə yanaşı Qobustan rayon icra başçısı Adil Məcnun oğlu Məmmədov Əlikram Cavadovun talançılıq xislətləri barədə Ali Baş Komandan Cenab İlham Əliyevi məlumatlandıraraq zəruri tədbirlər görəcəkdir. Onuda qeyd edirik ki, Cavadov dövlətdən taladığı çirkli pullarla Bakıda Tusi xestexanasının yaxınlığında yerləşən yeni tikilmiş hündürmərtəbəli binadan 3 yerdə ev alaraq əldə etmişdir. İnanırıq ki, yaxın günlərdə Dövlətimizin Prezidenti Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə hüquq mühafizə orqanları Əlikram Cavadov barəsində layiqli tədbir görəcəkdir.

Arasdirmamiz davam edir .

Qarsi terefinde movqeyini derc etmeye haziriq .
azerbaycaninsesi.com.az/
Ardını oxu...
Məlum olduğu kimi ötən il dekabrın ayının 22-də Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon ABŞ dolları (85 milyon AZN) dəyərində kredit müqaviləsi imzalanıb. Sözügedən kredit müqaviləsini “Aztelekom” MMC-nin baş direktoru Klaus Müller və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patron imzalayıblar.

Dövrü mətbuatın yanvarın 25-də yaydığı məlumata görə, “Aztelekom” MMC-nin baş direktoru Klaus Mueller şəxsi səbəbləri ilə əlaqədar olaraq işdən ayrılmağa qərar verib. Hazırda “Aztelekom” MMC-in baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Elçin Niyazova həvalə edilib. Biznesin inkişafı sahəsində geniş təcrübəyə sahib Elçin Niyazov uzun illər müxtəlif dövlət və özəl şirkətlərdə rəhbər vəzifələri icra edib. Amma rabitəçi deyil.

Qeyd edək ki, “Aztelekom” cəlb olunan maliyyə vəsaitini regionlarda həyata keçiriləcək infrastrukturun yenidən qurulması üçün istifadə edəcək. Bu maliyyə dəstəyi ilə şirkət planlaşdırdığı şəbəkə genişləndirilməsinin sürət, tutum və ötürmə qabiliyyətini yaxşılaşdıraraq, şəhər və kənd yerləri arasında rəqəmsal bərabərsizliyi azaltmağa nail olacaq. Bu, “Aztelekom”a yüksək keyfiyyətli, fasiləsiz interneti təmin etməyə və bütün ölkə üzrə internetin orta sürətini artırmağa imkan verəcək.

Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən və əsas operatoru “Aztelekom” MMC olan “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər sürətli internetlə ölkənin bütün ərazisini əhatə edən genişzolaqlı şəbəkənin qurulması planlaşdırılır. Layihənin icrasına başlanıldığı 2017-ci ildən bu günədək artıq ölkə üzrə 766 minə yaxın ev təsərrüfatı optik internetə çıxış imkanı əldə edib ki, bunun da 539 mini 2021-2022-ci illərdə icra olunub. Bu, yeni infrastrukturun quraşdırılma tempinin dəfələrlə artdığını nümayiş etdirir. Ümumilikdə layihənin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə sürətli internetlə təmin olunması planlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən ötən ilin noyabrında mətbuata verilən məlumatda isə ölkə ərazisində 649 min ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunduğu bildirlib.

Qeyd edək ki, telekommunikasiya infrastrukturunun yenilənməsi, müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri layihənin əsas operatoru olan “Aztelekom” MMC həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

Bəs “Aztelekom” MMC layihəni necə həyata keçirir?

Qeyd etdiyimiz kimi, “Aztelekom” MMC layihə üzrə işləri Abşeron rayonunun mərkəzi və yeni yaşayış massivlərində bitirib, bir çox rayonlarda isə işlər davam etdirilir. Açıq mənbələr üzərindən apardığımız araşdırmalarda yeni rabitə xəttlərinin hansı şirkət tərəfindən həyata keçirilməsi barədə heç bir məlumat əldə edə bilmədik. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada da “Aztelekom” MMC tərəfindən yeni rabitə xəttinin çəkilməsi ilə heç bir tenderin elan olunmadığını müəyyən etdik. Bəs dövlət müəssisəsi bu işləri hansı üsullarla həyata keçirir?

Redaksiyamıza verilən məlumatlara görə telekommunikasiya infrastrukturunun yenilənməsi ilə əlaqədar respublikamızın qərb zonasında da, Şəmkir, Tovuz, Qazax, Gədəbəy rayonlarının kəndlərində də yeni fiber-optik kabellərin çəkilişinə başlanılıb. Əldə etdiyimiz məlumata görə Şəmkir rayonunun ən böyük kəndlərindən olan Çənlibeldə yeni rabitə xəttinin çəkilişini “Caspian Road” MMC aparır. MMC barəsində açıq internet resursları üzərindən əldə etdiyimiz məlumatlar bunlardır.

MMC-nin rəsmi veb-saytı /www.caspianroad.az. kimi göstərilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında CASPIAN adı ilə başlayan, dövlət qeydiyyatına alınmış 193 MMC arasında sözügedən şirkət barəsində heç bir məlimat yoxdu.

MMC-nin rəsmi veb-saytında qeyd olunur ki, şirkətimiz peşəkar ustalardan ibarət, yüksək tələblərə cavab verən, operativ və keyfiyyətli iş bacarığına malik, müasir texnologiyalarla iş təcrübəsi olan kadr potensialı ilə istənilən şəraitdə yol bərkitmə, üst açma, torpaq qatının çıxarılıb daşınması, asfalt qatının təmiri və yenidən qurulması işlərini həyata keçiririr. Şirkət həmçinin yolların yenidən qurulması, yarımstansiya daxili bütün yol infrastrukturunun hazırlanması, Dəmir Yol stansiyasına gedən yol və stansiya ətrafı asfalt və bərpa işləri, inzibati bina ətrafı asfalt örtüyü hazırlanması işlərini həyata keçirib. “Caspian Road” MMC istənilən formada beton işlərini və beton qəliblərin hazırlanmasını yerinə yetirir. MMC-nin “Facebook” səhifəsində də daha çox beton və dəmir-beton konstruksiyaların, bina və qurğuların tikintisi və istismarı ilə bağlı paylaşımlar var. Bu isə o deməkdir ki, MMC daha çox tikinti sahəsi üzrə ixtisaslaşıb.

Bəs necə olub ki, yol, tikinti sahəsi üzrə ixtisaslaşmış bir şirkət GPON və digər genişzolaqlı rabitə xəttlərinin çəkilişinə cəlb edilib?

Qeyd edək ki, MMC -də işi heç də rəsmi veb-saytında göstərildiyi kimi peşəkar mütəxəssislər aparmır. Burada işlərin görülməsinə yerli kənd sakinləri cəlb edilib. Əldə etdiyimiz məlumatlara görə MMC kənd ərazisində rabitə xəttinin çəkilməsi üçün mindən çox dəmir dirək basdırıb. Hər dirəyin qazılaraq dibinə beton tökülməsi üçün kənddən işə cəlb olunanlara 8 manat pul verib. Bir dirəyin betonlanmasında azı 4-5 nəfər çalışır. Bu isə o deməkdir ki, bir dirəyin betonlanmasına adambaşına 1,5 manat pul düşür. Kənd sakinlərindən ibarət 4-5 nəfərlik bir dəstə isə bir iş günü ərzində uzağı 10 dəmir dirək betonlaya bilir. Bu da kənd sakinlərinin gün ərzində 10 manata çalışdığını göstərir. Amma əldə etdiyimiz məlumata görə “Caspian Road” MMC bir dəmir dirəyin qazılaraq betonlanmasına 58 manat yazır. Onun cəmi 8 manatını isə kənddən tutduğu ucuz işçi qüvvəsinə verir. Burada MMC-nin rəsmi fəhlələrinin adına 600-700 manat maaş yazaraq, kənddən tutulan fəhlələrə gündəlik, yaxud da həftəlik əməkhaqqı ödəmələri də istisna deyil.

Görsənən odur ki, “Caspian Road” MMC işləri fəhlələrlə heç bir əmək müqaviləsi bağlamadan ucuz işçi quvvəsi cəlb etməklə həyata keçirir. Bununla yanaşı şirkət hər rabitə dirəyinin qazılaraq dibinin betonlanmasını 58 manata rəsmiləşdirib, cəmi 8 manat xərcləyir. İndi təsəvvür edin Şəmkir, Tovuz, Qazax, Gədəbəy rayonlarının kəndlərində nə qədər yeni rabitə dirəkləri basdırılıb və hər dirəkdən 50 manat silinirsə bu nə qədər vəsait edir.

Belə çıxmırmı ki, “Aztelekom” MMC -nin rəsmiləri keçmiş baş direktor Klaus Müllerin Avropa Yenidənqurma və İnkişaf Bankından aldığı 50 milyon ABŞ dolları dəyərində kreditin böyük hissəsini “Caspian Road” MMC vasitəsi ilə silirlər?

Aktualinfo.org
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən kommesiya banklarının filiallarında vətəndaşlara məxsus əmanətlərin mənimslənilməsi halları hələ də qalmaqdadır.

Qeyd edək ki, bankarın müxtəlif filiallarına rəhbərlik edən şəxslər oradakı əmanətləri talan edir.

Təbii ki, sonu həbslərlə yekunlaşsa da nəticədə vətəndaş illərlə əziyyət çəkməli olur.

TEREF.AZ bildirir ki, Gununsesi.info-ya daxil olan bir xəbərdə eyni halın “Unibank”da baş verdiyi deyilir.

Məlumata görə, bankın Yasamal və bir neçə rayondakı filialında belə hallar baş verib. Bildirilir ki, bank rəhbərliyi olayın ictimailəşməməsi üçün əmanətləri mənimsənilən vətəndaşlardan möhlət istəyib.

Məsələ ilə bağlı adıçəkilən bankdan münasibət öyrənmək cəhdlərimiz baş tutmayıb.

Xatırladaq ki, buna bənzər olay bir neçə il əvvəl “Texnikabank”ın Binəqədi filialında Zal Yusifovun rəhbərliyi ilə baş vermişdi. Banka əmanət qoyan onlarla müştərinin milyonlarla vəsaiti Zal Yusifov və onun oğlu tərəfindən talan edilmişdi.

Hər iki ata-oğul buna görə uzun illər həbsə məhkum edilib.
Ardını oxu...
Xeyli müddətdir ki, Tərtər Mərkəzi Rayon Xəstəxanasında yaşanan ab-hava, yəni bu səhiyyə müəssisəsində baş alıb gedən qanunsuzluqlar, süründürməçilik halları, həddi-hüdudu bilinməyən biabırçılıqlar, sakinlərin etdikləri giley-güzarlar və s., əksər media qurumlarının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. TEREF.AZ yazır ki, pressdent.az saytının vcerdiyi xəbərə görə bugünlərdə isə redaksiyamıza daxil olan sensasion məlumatlar sırasında Tərtər MRX-da şöbə müdiri vəzifəsini daşıyan Gülarə Əhmədovanın adı daha çox hallanmaqdadır. Belə ki, daxil olan məlumatlarda vurğulanır ki, xanım şöbə müdiri bu gün də bir kimsəni “priznavat” etmir və o, çalışdığı səhiyyə müəssisəsini, sanki “kolxoz bazarı”na çevirib. Bir sözlə, MRX-da gəlirli sahələrdən birinə rəhbərlik edən bu xanım, hələ ki, bir kimsədən ehtiyat etmir və daşıdığı vəzifəsinin imkanlarından yararlanaraq hər işdən pul çıxarır. Belə bir səbəbdəndir ki, Gülarə Əhmədovanın adı yerli sakinlər arasında “rüşvətxor şöbə müdiri” deyə hallanır.

Bütün bunlar haqda hər kəsi yaxın günlərdə məlumatlandırmağa çalışacağıq. Bizi izləyin.
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Milli Məclisin daha bir deputatının saxta diplomlu olması ilə bağlı şübhəli məqamlar üzə çıxıb.

Demokrat.az xəbər verir ki, sözügedən şəxs Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olan Əliabbas Salahzadədir (Milli Məclisin sabiq deputatı hacı Qalib Salahzadənin oğlu).

Belə ki, Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil aldığını qeyd edib. Ancaq özü də unudub ki, ABU-nun əsası 1995-də deyil, 1997-ci ildə qoyulub.
Ardını oxu...
Bəs əsası 1997-ci ildə qoyulmuş universitetə Əliabbas Salahzadə 1995-ci ildə necə qəbul olunub?

Buradan aydın olur ki, Əliabbas Salahzadə ya 2 illik ali təhsil alıb, yaxud da hansısa yollarla ABU-nun saxta diplomunu əldə edib.

Daha sonra Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində qeyd edir ki, o, 2002-ci ildə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsində ikinci ali təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.

Həmçinin, Əliabbas Salahzadə ABU-dan aldığı saxta diplomun hesabına 2002–2003-cü illərdə cəmi 12 aylıq hərbi xidmət çəkib.

Bildirək ki, 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı Cavid Osmanovun orta məktəbi bitirdikdən sonra saxta diplom və hərbi bilet alması barədə Demokrat.az-da araşdırma yazı dərc olunub.

P.S Məsələ ilə bağlı deputat Əliabbas Salahzadə İnformasiya Sorğumuza cavab verməyib.
 

Dünyapress TV

Xəbər lenti