Ardını oxu...
Bank icra məmurunun göstərişi ilə Qarabağ qazisinin pensiyasını kəsə bilər?
Qarabağ qazisi Koroğlu Cəfərov illərdir doğma Vətəni müdafiə edərkən aldığı xəsarətlərdən yatağa məhkum edilib. Son bir ildə isə Ədliyyə Nazirliyinin icra məmurları “sms”lərlə qazini məhkum etmək yolunu tutub, intihar həddinə çatdırıblar. Naməlum nömrələrdən qazinin telefonuna “icra işi üzrə” şöbəyə gəlmək tapşırılır, polislə gətiriləcəyi xəbərdarlığı edilir. Bir ildir aldığı yaralardan yataqdan qalxa bilməyən qazi, barəsində olan qərarın verilməsini tələb edir, hələ də qanuni tələbinə əməl edilmir. Vətəndaş bilmir ki, kimin qərarı ilə, kimə borclu edilib, niyə barəsində qərar qəbul ediləndə ona deməyiblər, niyə dövlət hesabına vəkillə təmin etməyiblər niyə qərar hələ də verilmir , qərardan şikayət vermək hüququna niyə qadağa qoyulub. Ancaq hədə - qorxu gəlinir, “ultimatum” verilir : gəlməsən, məcburi gətiriləcəksən , həbs olunacaqsan və s. və i. a. Yəni ənənəvi icra özbaşınalığı, zor dili.
Hətta yeni il qabağı Qarabağ əlilinin pensiya kartının icra məmurlarının sifarişi ilə boşaldılması məlum olub. DSMF-dən pensiyanın tam həcmdə köçürülməsini öyrənən savaş əlili , “Kapitalbank”a müraciət edəndə, pensiyasının icra məmurunun göstərişi ilə icra şöbəsinin hesabına köçürüldüyü deyilib. Bəyəm bankın belə hüququ var ki, ona dövlətin Qarabağ əlilinə verməyə ayırdığı vəsaiti başqasına versin? Bank pensiya ödəyən dövlət qurumu ilə pensiyaçı arasında vasitəçi rolunu oynayır. Bankın nə ixtiyarı var dövlətin əlilə ayırdığı pula yiyəlik edib, sərəncam versin? ! Konkret şəxsin adına gələn pul onun bank kartına yox, başqasına ödənilməsi, yaxud verilməsinə qadağa qoyulması ciddi qanun pozuntusudur və inzibati, cinayət məsuliyyəti (də) yaradır. Şəxs müharibə əlili olduqda isə məsuliyyət daha da ağırlaşır. Deyə bilərsiniz ki, bəs konkret şəxsin adına gələn vəsaitlərə həbs qoyulması faktları var. Belə halların yalnız məhkəmə qərarı ilə baş verdiyini diqqətə çatdıraq. Həmin hallarda da müharibə əlilliyinə görə pensiya məbləğindən söhbət belə gedə bilməz və istənilən halda bankdakı vəsaitdən borc adına pul tutulması, həbs qoyulması yalnız və yalnız təqdimat əsasında məhkəmə qərarı ilə ola bilər. Beləliklə, Qarabağ qazisinin pensiyasından bankın hansısa icra məmurunun göstərişi ilə pul tutması qanuna ziddir. Buna əmanətə xəyanət deyilir.
Müharibə ilə, xidmətlə bağlı məbləğlərdən borc adına vəsait tutulmasının yolverilməzliyini isə “İcra haqqında” qanunun 68.1.2 maddəsi doğrulayır :” TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”!
Vətənin müdafiəsindəki xidmət zamanı yaralanan, əlil olan şəxslərin pensiyasını, müavinətini, təqaüdünü hansısa icra məmuru hansısa bank, dövlət orqanı və s. vasitəsilə borc adına tələb edirsə, onda bu qanun niyə qəbul edilib?
“İcra haqqında” qanundan əlil-qazinin xəbəri olmaya bilər, qaz canının hayındadır, bəs icra məmurlarının özlərinin masaüstü qanunlarından niyə xəbərləri yoxdur? Banklar, sosial təminat orqanları bilmir ki, onlar dövlətin pensiyasını pensiyaçıya çatdırmaq funksiyasını yerinə yetirirlər? Niyə qazilərin qanpulusu borc adına yeyilməlidir?
Biz icra məmurlarının adını çəkmədik. Hələlik. Özbaşınalığa, qanunsuzluğa son qoyulmasa, etiraz tədbirlərinə start veriləcək. Qarabağ qazisi K. Cəfərovu icra məmurlarının özbaşınalığı səbəbindən əl atmaq istədiyi intihardan daşındırmağın başqa yolu var?
Qarabağ qaziləri :
Məmməd Əliyev, Xaliq Abbaszadə,Rövşən Soltanoğlu, Güloğlan Süleymanov, Eldar Rəsulov,
Müşfiq İsmayılov , Faiq Qurbanov və b.
 
Ardını oxu...
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun işdən çıxarılması 3 saylı Uşaq Evi ilə bağlı qalmaqalın daha da böyüməsinə səbəb olub.

Qaynarinfo xatırladır ki, 3 saylı Uşaq Evində qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Bundan sonra o, 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə Məhəmməd Hacıyevin ruhi xəstə olmadığını deyib. Bu açıqlamadan bir gün sonra isə işdən çıxarılıb.

Ağahəsən Rəsulovun işdən çıxarılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bu hadisə Məhbubə Hüseynovanın hansısa qüvvələr tərəfindən himayə olunduğu barədə mülahizələrə səbəb olub.

Qeyd edək ki, bu hadisə 3 saylı Uşaq Evi ilə bağlı birinci qalmaqal deyil.

Ötən il mediada sözügedən müəssisə və onun direktoru Məhbubə Hüseynova barəsində daha dəhşətli faktlar tirajlanıb. Faktları həmin vaxt 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva ictimailəşdirib.

O bildirib ki, uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir.

Həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaq uşaqlara verilmir. Hətta Qurban bayramında Uşaq Evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıqlar Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.

Gülcan Nağıyeva iddiaları ilə bağlı görüntülər təqdim edib.

Həmin görüntülərdən birində 6 yaşlı bir uşağın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə, gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb. Növbəti gün işə gələndə uşağın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq Evində nə həkim, nə də tibb bacısı tapa bilib.

Gülcan Nağıyeva daha sonra Məhbubə Hüseynovanı ittiham edib: "Məhbubə Hüseynova dəfələrlə tənbeh olunub, hətta bir dəfə 1500 manat məbləğində cərimələnib. Amma özünə gəlmir. 72 yaşı var, hələ də öz maraqlarına xidmət edir”.


3 saylı Uşaq Evi ilə bağlı daha bir qalmaqa 2021-ci ildə baş verib. Həmin ilin oktyabrında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sözgedən müəssisədə araşdırma aparıb. Uşaq Evində bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.
Ardını oxu...
Naxçıvan şəhəri, Küznüt kəndinin adlarının açıqlanmasını istəməyən bir qrup sakini tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Naxçıvan şəhər 10 saylı tam orta məktəbin direktoru Fərqanə Əliyeva və müavini Vüsalə Qənbərovadan şikayətçidirlər. Onlar iddia edirlər ki, adlarını çəkdiyimiz hər iki şəxs AMEA prezidenti İsa Həbibbəylinin qardaşı Əli Həbibbəylinin kadrlarıdır. Həmçinin, Vüsalə Qənbərovanın Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Əlizadənin qohumu olduğu deyilir:

“Yazaraq sizdən xahiş edirik ki, bizim problemimizi işıqlandırıb, səsimizi lazımi qurumlara çatdırasınız. Deməli, nəzərinizə çatdırırıq ki, yeni təyin olunan direktor Fərqanə Əliyeva və onun sifarişi əsasında qeyri-qanuni şəkildə Küznüt məktəbindən birbaşa həm müəllim, həm də təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunan Vüsalə Qənbərovanın məktəbdə etdikləri qanunsuzluqların, həddi-hesabı yoxdur. Bu iki qadın haqqında Təhsil Nazirliyinə şikayət gedəndə isə, şikayətimiz əsassız sayılır.

Məktəbdə V-Xl siniflər üzrə 16 sinif var. Onların sinif rəhbərlərinin demək olar ki, əksəriyyəti məktəbin vəzifəli müəllimləridir. Deməli, “5 a” sinfinin rəhbəri - kitabxana müdiri, “6 a” sinfinin rəhbəri - təlim-tərbiyə işləri üzrə direktor müavini, “6 b”, “8 a” sinfinin rəhbəri-psixoloq, “8 b” sinfinin rəhbəri -7-ci uşaq birliyinin direktoru, “11 b” sinfini rəhbəriyini isə hərbi rəhbər icra edirlər. Sənədlərdə isə adi dərs müəllimlərinin adı qeyd edilir. Maaş vaxtı isə alınan pullar sahiblərinə verilir.

Bu məktəbdə problem, haqsızlıq o qədər çoxdur ki, yazmaqla bitirmək olmur.

Uşaq birliyinin rəhbəri Məmmədova İlahə iki dəfə sertfikasiya imtahanından kəsildiyi halda, ona 12 saat və məktəbə hazırlıq qrupunda daha 12 saat dərs verilib və 7-ci sinfin rəhbəridir.

Məktəb üzrə Naxçıvan, Ortaq türk və Zəfər tarixi, dərsdənkənar məşğələ saatlarını isə direktor mənimsəyib, amma tədris etmir.

Məktəb üzrə şahmat dərslərinin bir qismi ibtidai sinif müəllimi Leyla Əliyevanın adına yazılır, amma psixoloq Pərvanə Vəliyeva nəzarət edir. Sənədləşməni aparır, jurnalı işləyir, onun da pulu direktora çatır.

Bu arada qeyd edim ki, Pərvanə müəllimə İsa Həbibbəylinin gəlininin qohumudur. Məktəbdə olan 4 “ölü can” yanvar ayından “dirilib”, işə çıxırlar.

Deməli, Küznüt məktəbindən bizim məktəbə gətirilən direktor muavini düzgün yazı yaza bilmir. Belə ki, Azərbaycan dili müəllimi olan bu xanım jurnalların arxasında aparılan qeyd bölməsində yazdığı yazılarda çox sayda hərf səhvləri edir.

Müəllimlər həmin hərf səhvlərini oxuyub gülürlər. Bunu bildikdə isə həmin səhifə cırılır, yox edilir. Dəfələrlə nazirliyin əməkdaşlarına onların savadsızlıqlarını çatdırsaq da, heç bir tədbir görülmür.

Məktəbin bufetində direktor özünə ad günü edir. Baxan, maraqlanan yoxdur.

Dərs vaxtı direktor aylıq pul qarşılığında hazırlıq keçir, uşaqları dərsdən yayındırır. Bundan əlavə, direktor həftənin 6-ci günləri məktəbdə kurikulumdan, tarixdən müəllimlərin sertfikasiyası üçün hazırlıqlar keçir”.

P.S. Qeyd edək ki, yazıda adları çəkilən direktor və müavinlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq rektoru İbrahim Cəfərovun oğlu təlbəyə qarşı dələduzluq edib?
Bu haqda Dünyanınsəsi.Az saytının e-mail ünvanına Baytarlıq fakültəsinin tələbəsi olmuş Ürfət Quluyev tərəfindən göndərilmiş olan şikayətdə qeyd edilir.

Şikayətçi bildirir ki, sabiq rektorun oğlu Cavid Cəfərov ondan 2020-ci il tarixdə 3 min dollar civarında ondan pul alıb ki, smestr imtahanlarında həm qiymətlərin yazılacaq həm də diplom işin həll ediləcək.
Bu günə kimi rektorun oğlu üzərinə götürmüş olduğu nə öhdəliyi həll edə bilib nə də ki, təlbədən almış olduğu pulları geri qaytarıb.Məhz buna görə çarəsiz qalan vətəndaş məcburiyyət qarşısında qalaraq mətbuat vasitəsilə hüquq-mühavizə orqanlarına mürüciət etməyə qərar verib.
Onu da qeyd edək ki, Cavid İbrahimovun tələb etdiyi miqdarda vəsait ona məxsus olan kart hesabına köçürülüb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Sonda Gəncə sakini mətbuat vasitəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyindən ona qarşı “dələduzluq” etmiş şəxs barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş verməsini xahiş edir.
Məlumat üçün qeyd edək ki, İbrahim Cəfərovun oğlu Cavid bu cür hərəkətlərə görə AMEA-da yeni düzəldiyi Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsindən də çıxarıldığı bildirilir.
Səsləndirilən ittihamla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Cavid İbrahimovun göndərmiş olduğu AUDİOFAKTI təqdim edirik:
 Dünyanınsəsi.Az
Ardını oxu...
Heç kimə sirr deyil ki, bütün sferalarda rüşvət və korrupsiya halları var. Amma bir məsələni bilməliyik. Korrupsiyanın səviyyəsi və miqdarı bütün nazirliklərdə eyni miqyasda deyil.
Məsələn dəfələrlə qeyd etmişik ki, “Qaçqınkom”da korrupsiyanın “razmeri” loru dildə desək 7-8 rəqəmilidirsə, başqa bir dövlət qurumunda 3-4 rəqəmli olur.
Bunun da səbəbi neçə illərdir ki, milyonlarla qaçqın və məcburi köçkünlərə verilən müavinət, mənzillərin, binaların, şəhərciklərin salınması və s məsələlərdir. Əbəs yerə deyil ki, son illər Müdafiə Nazirliyinin yüksək rütbəli xeyli sayda məmuru həbs olunub.
Niyə, səbəb nədir..?
Hamıya bəllidir ki, bütün dünyada müdafiə sahəsinin xərcləri daha böyükdür, yəni maxinasiyanın ölçüsü çox böyükdür.
Vaxtilə, MN-nin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev qətlə yetiriləndə onun kabinetindən külli miqdarda pul tapılmışdır. Bu hələ cəmiyyətə bəlli olan hissə idi.
İndi haqqında bəhs edəcəyimiz zavod da vaxtilə Rail Rzayevin kurasiyasında olub. Söhbət Gəncə şəhərindəki Gəncə Aviasiya Təmiri Zavodundan gedir. Daha doğrusu, zavodun milyonlara sahib olan direktoru Hacı Etibar Həsənovdan. Bu günədək bu zavodda külli miqdarda yeyintiyə yol verilsə də, hətta bu məsələnin üstü açılsa da Hacı Etibarın barəsində heç bir tədbir görülməyib. Hətta mediada yayılan məlumatlardan bəlli olur ki, Hacı Etibar Həsənov dövlətin 5 milyardını mənimsəyib.
Təsəvvür edirsiniz, Etibar Həsənov eks rabitə naziri Əli Abbasovla əlaqəyə girərək Gəncədəki ATS-i alıb və yerində «Məşədi İbad» hamamı, otel tikdirib. Adından bəlli olduğu kimi, zavodun əsas fəaliyyəti vertolyotların mühərriklərinin təmiri ilə bağlıdır. Zavod ən bahalı ehtiyat hissələrini, avadanlıqları alır, amma kağız üzərindəki qiymətlə real qiymət arasındakı fərq dəfələrlə şişirdilir və dövlətin hər ay milyonları mənimsənilir.
Bəli, dövlət hər vertolyatların təmiri üçün 10 milyonlarla vəsaiti zavoda ayırır. Ancaq özünü Hacı hesab edən zavod direktoru işçilərə qarşı çox pis davranır, onların haqqını yeyir. Özünü Hacı hesab edən, işçilərin haqqını yeyən Hacı dəbdəbəli həyat tərzi sürür. Oğlu Orxan da atası ilə bərabər gecələr onlara məxsus “Park İNN”də olur. Zavod direktorunun Çexiyada Marinskdə kazinoyla üz-üzə dəyəri milyonlarla ölçülən əzəmətli evi var. Hacının özünün və övladlarının sürdüyü ən ucuz avtomobillərin dəyəri 150-200 min manatdır. Hələ bu harasıdır...?
Hacı özünə məxsus hamamdan otelə “xod” açdırıb. Və hələ üstəlik yaxınlıqda yerləşən muzeyi də özəlləşdirib. Bütün bunlar ortada olduğu halda görəsən, Müdafiə Nazirliyinin rəhbərliyi hara baxır, niyə tədbir görmür..?
Bu artıq bizim səlahiyyətimizdə olan məsələ deyil. Bizi izləyin. Yaxın zamanda Hacı Etibarın başqa əməlləri barədə də yazacağıq. //gundelik-baku.com//
 
Ardını oxu...
Azərbaycanda büdcədən maliyyələşən qurumların sifarişçi olduqları dövlət satınalmalarının keçirilməsi proseslərində qanun pozuntularının olması barədə kifayət qədər yazılıb.

Zaman-zaman yerli mətbuatda araşdırmaçı jurnalistlərin və iqtisadçı ekspertlərin təqdim etdiyi xəbərlərdə dövlətdən maliyyələşən əksər qurumların sifarişçi olduqları satınalmalarda öncədən sövdələşmə, "otkad" və digər neqativ halların olması barədə faktlar yer alıb.

Qlobal.az xəbər verir ki, keçirdiyi satınalmaları şübhə doğurduğu iddia edilən dövlət təşkilatlarından biri də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyidir.

Agentlik 29.03.2023-cü il tarixində "Mətbuatda elan, bildiriş və reklamların verilməsi; Reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması; məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub.

Tenderin məbləği 193.300 manat təşkil edir.

Agentliyin sifarişçi olduğu tenderdə "Tag Consultangy" (2005409031) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"Tag Consultangy" - Agentliyi bəzər, özü "lüt gəzər"

Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçi olduğu 193 min manatlıq tenderinin qalibi elan edilən "Tag Consultangy" MMC 2019-cu ilin yanvar ayının 15-də dövlət qeydiyyatına alınıb.
Ardını oxu...
On beş manat nizamnamə kapitalı olan "Tag Consultangy" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Vinqtau ev 11 A, mənzil 89 ünvanı, şirkəıtin qanuni təmsilçisi isə Quliyev Həsən Camal oğludur.

"Tag Consultangy" MMC-nin fəaliyyət profili, lisenziyaları, faktini ünvanı, əlaqə telefonları və texniki imkanları barədə açıq internet resurlarında məlumat yoxdur.

2019-cu ilin yanvar ayında yaradılan "Tag Consultangy" MMC-nin feysbuk sosial şəbəkəsində 127 nəfər izləyicisi olan "Tag Consultangy" adlı səhifəsində isə ən son paylaşım 2019-cu ilin mart ayının 20-də olub.

Şirkət bu paylaışmında Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

"Tag Consultangy" MMC satınalma müqaviləsinə görə Aqrar Kredit və İnkişaf Agentliyinə 150 sayda təbliğat xarakterli video materiallar, 30 sayda maarifləndirici foto xidməti, 150 sayda sosial media marketinq fəaliyyəti, 80 sayda tv verilişin hazırlanması və yayımı, 24 sayda bölgələrdə fermerlərlə görüşlərin təşkili və mediada işıqlandırılması xidmətini göstərəcək.
Ardını oxu...
Texniki bazası barədə açıq internet resurslarında heç bir məlumat verilməyən, feysbuk səhifəsində son paylaşımı 4 il əvvəl olan "Tag Consultangy" MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinə tender müqaviləsi üzrə hansı keyfiyyətdə xidmət göstərəcəyi xeyli suallar və şübhələr yaradır.

Qalib şirkətin rəhbəri kimdir?

Aqrar Kredit və İnkişaf Agentliyinin 130 min manatlıq tenderinin qalibi olan "Tag Consultangy" MMC-nin Kənd Təsərrüfatı nazirliyinə heç də yad olmayan təşkilat olduğu deyilir.

"Qlobal.az"ın əldə etdiyi məlumata görə "Tag Consultangy" MMC-nin qanuni təmsilçisi Quliyev Həsən Camal oğlunun Kənd Təsərrüfatı nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri ilə dostluq münasibəti var.

İddialara görə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevin Həsən Quliyevlə xüsusi münasibətlərinin olduğu bildirilir. "Tag Consultangy" MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinin mart ayının 29-da yekun vurduğu satınalmada qalib elan edilməsində də bu münasibətlərin mühüm rolunun olduğu vurğulanır.

Daha bir məlumatda isə "Tag Consultangy" MMC-nin qanuni təmsilçisi Həsən Quliyevin də Kənd Təsərrüfatı naziri İnam Kərimovun müşaviri olduğu iddia edilir.

"Qlobal.az" məsələ ilə bağlı "Tag Consultangy" MMC-dən mövqe öyrənib.

Şirkətin qanuni təmsilçisi Anar Quliyev uzun illərdir iqtisadi və təhsil sahəsində çalışdığını, tagrom.az adlı layihələrinin olduğunu bildirdi. AKİA-nın sədri Seymur Mövlayevlə heç bir əlaqələrinin olmadığını vurğulayan A.Quliyev tagrom.com, tagrom.ru, tagrom.az layihələrinin Azərbaycan iqtisadiyyatına ciddi dəstək verdiklərini bildirdi.
Ardını oxu...
Atasının Azərbaycanın Milli Qəhrəmanı olduğunu bildirən MMC rəhbəri çoxsaylı startap layihələrinin olduğunu deyir.

Aqrar Kredit və İnkişaf Agentliyi isə sözügedən 193 min manatlıq satınalma üzrə xidmətləri "Tag Consultangy" MMC-nin hansı texniki baza ilə yerinə yetirəcəyinə aydınlıq gətirmədi.

Agentlik tenderdə iddiaçı qismində daha hansı şirkətlərin iştirak etdiyi barədə olan sualımızı da cavablandırmayıb.
Ardını oxu...
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevdir.
 
Ardını oxu...
Abdin Fərzəliyev Abşerona icra başçısı təyin olunanda rayon sakinlərinin ümüdü çox böyük idi.İnsanlar fikirləşirlərdi ki, Abdin Fərzəliyev rüşvətin, korrupsiyanın qarşısını birbaşa alacaq. Amma təəssüf olsun ki,özbaşınalıq olacağı təbii ki, real görünür – mütləq və təkzibolunmazdır ki, bu şəbəkənin arxasında daha böyük fiqurlar var və onlar ölkə qanunlarına hörmətsizlik hesabına varlanmaqdadırlar. İlk günlər Abşeron icra hakimiyyəti rayon ərazisində aparılan tikinti işlərinin müəyyən vaxta qədər dayandırılmasını tikintilərin təftişi ilə əlaqəli olduğu bildirilirdi. Amma cumhuriyyet.az-a daxil olan məlumatlardan belə anlaşılır ki, İcra Hakimiyyətinin bu qadağasının arxasında qiymət artımı dayanırmış.
Nurlan Həsənov faktoru
Abşeron rayonunda tikinti işləri bərpa olunub. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” almaq məsələləri icra başçısı Abdin Fərzəliyevin “qara kassası” kimi tanınan Nurlan Həsənova həvalə edilib. Tikintiyə “icazə” qiymətinin qalxdığı və inşaat işləri ilə məşğul olan şəxslərin buna görə narazılıq etdiyi deyilir. Onu da bildirək ki, Nərimanov İcra Hakimiyyətinin “kilid adamı” olan İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri Nurlan Həsənov bu ilin fevral ayında Abşeron İH-də vəzifə ilə təmin olunub. N.Həsənov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsini daşıyır. Məlumata görə şöbə müdiri vəzifəsindən çıxaraq Abşeron icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin olunan Nurlan Həsənovun bu vəzifəsi sadəcə formal xarakter daşıyır. Onun əsas işi bundan sonra Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir.
Onu da bildirək ki, N.Həsənov haqda ölkə mediasında ilginc iddialar səslənib. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rast gəlinən məlumatlara görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin şikayətinə görə, Əhməd Rəcəbli küçəsi, 46 ünvanında yerləşən “Əlillər evi”innin ərazisini zəbt edən Nurlan Həsənov burda atası Həsən Həsənova və bacısı Südabə Həsənovaya villalar tikib. Digər bir məlumata görə isə Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov paytaxtda sahib olduğu mülkləri Abdin Fərzəliyevin yaxın adamı kimi Nurlan Həsənov idarə edib.
Mediada yer alan digər bir iddia isə xüsusilə diqqət çəkir. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılaraq oğurlanması, daha sonra yoxa çıxması ilə bağlı Elşad Abdullayevin ictimaiyyətlə paylaşdığı məlumatların birində göstərilir ki, ondan qardaşının azadlığa buraxılması üçün 500 000 ABŞ dolları tələb edilib. Bu tələblə bağlı danışığın həyata keçirilməsi üçün Arzu Kazımovskinin tövsiyyəsi ilə İçəri Şəhərdə ofisdə görüş baş tutub. Həmin görüşdə özünü idmançı kimi təqdim edən Nurlan Həsənov pulun tələb edilməsi ilə yanaşı Mahir Abdullayev haqqında etik olmayan ifadələr də işlədib. Nurlan Həsənov Arzu Kazımovskiyə bildirib ki, “Mahir Abdullayev qorxudan şalvarını doldursa da hələ dözür”. Elşad Abdullayevin dediyinə görə bunu deyən Nurlan Həsənov Mahir Abdullayevin oğurlanması və qarşılığında pul tələb olunması ilə bağlı rolunu etiraf etmiş olub. Elşad Abdullayevin bildirdiyinə görə O özü bu danışığa şahidlik edib. Cumhuriyyet.az bu məlumatlara istinadən bildirir ki, o zaman Baş Prokurorluq Nurlan Həsənovla bağlı axtarış elan etsə də məsələ ört basdır edilib.
Bakıda məşhur tamada Natiq Dağlaroğlunun bıçaqlandığı “Altun” şadlıq sarayı ilə bəzi faktlar üzə çıxıb. Beləkimediada yayılan məlumata görə, sözügedən şadlıq sarayı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsusdur. Abdin Fərzəliyev hələ Nərimanovun icra başçısı olanda “Altun”u inşa edib. Onu da bildirək ki, “Altun” şadlıq sarayı həm də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru, hazırda məhkumluq həyatı yaşayan Vüqar Səfərlinin sevimli məkanı olub. KİVDF-nin əksər tədbirləri məhz bu şadlıq sarayında keçirilib. Vüqar Səfərlinin “qara işləri” üçün “Altun” şadlıq evini seçməsi də təsadüfi deyil. Yuxarıda şadlıq evinin Abdin Fərzəliyevə məxsus olması haqda iddianı qeyd etdik. O isə Ramiz Mehdiyev-Əli Həsənov tandeminin kadrlarından hesab edilir. Cumhuriyyet.az olaraq xatırladaq ki, Abin Fərzəliyev vaxtilə hakim Yeni Azərbaycan Partiyasında Əli Həsənovun müavini vəzifəsində çalışıb. Abdin Fərzəliyev 2014-cü ildən YAP-da Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavini təyin edilib. Həmin komissiyanın sədri isə Əli Həsənov olub. Vüqar Səfərli də bu qruplaşmaya daxil olan şəxslərdəndir. Maraqlıdır ki, Ramiz Mehdiyevlə Əli Həsənov hakimiyyət komandasından çıxdaş edilsə də, Abdin Fərzəliyev özünü qoruya bilib. Heçdə uzaq olmayan keçmişdə böyük qalmaqalla yadda qalan Abidin Fərzəliyevlə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ilginc məlumatlarla rastlaşdıq.
Abdin Fərzəliyev-Əli Həsənov dostluğu
Abşeron icra hakimiyyəti başçısının adı hallanan qalmaqallardan biri də Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovla bağlıdır. Belə ki, Bakıda çoxsaylı mülklərə sahib olan məhkəmə sədrinin Abdin Fərzəliyevlə ciddi biznes əlaqələrində olması haqda yerli mediada iddialar səslənib. Həmin iddialara görə, A.Qafarov paytaxtda sahib olduğu mülkləri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı olarkən Abdin Fərzəliyevin yaxın adamı olan Nurlan adlı şəxsin vasitəsilə idarə edib. Nurlan Həsənovla bağlı məqamlara ayrıca olaraq toxunacayıq. İndi isə bildirək ki, A.Qafarovun Ə.Həsənovla əlaqələri haqda iddialar səslənib. Deyilənə görə, məhkəmə sədri vaxtilə Həsənova “haqq” verərək istədiyini edirmiş. Onu da bildirək ki, prezidentin sabiq köməkçisi, Əli Həsənov A.Fərzəliyevdən xeyli hədiyyə alıb. Bununla bağlı ölkə mediasında yer alan məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
– Mediada yayılan iddialara görə, keçmiş Montin parkında 20 sot ərazidə 4 mərtəbəli villa A.Fərzəliyev tərəfindən tikilərək tam təmirli şəkildə Ə.Həsənova bağışlanıb. İcra başçısının prezidentin keçmiç köməkçisinə etdiyi bu yaxşılığın səbəbi aydın deyil. Lakin bu, Fərzəliyevin Həsənova ilk belə hədiyyəsi sayılmaz.
– Əhməd Rəcəbli 29 ünvanında 4 min kvadratmetr sahəni əhatə edən 5 mərtəbəli bina Fərzəliyev tərəfindən Həsənova hədiyyə edilib. Binanın iki mərtəbəsi “Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib, qalan 3 mərtəbəsində isə “Kaspi kids”, “Kaspi poliqlot” və “Kaspi abituriyent” yerləşir. Amma məsələ bununla məhdudlaşmır. Məlum olur ki, icra başçısı Heydər Əliyev mərkəzinin yaxınlığında ümumi sahəsi 400 kvadratmetrdən artıq olan 3 mənzili də alaraq sabiq köməkçiyə hədiyyə edib. Maraqlıdır ki, həmin bina prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilib.
“Quska” və Sevinc Babayeva sindromu
Abşeron icra başçısının keçmişi ilə bağlı yaşadığı ciddi problemlərdən biri onun keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayevlə isti münasibətlərinin olmasıdır. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, Abdin Fərzəliyevin hakimiyyətdəki rəqibləri bu məsələ barədə vaxtaşırı mediaya faktlar ötürürlər. Eyni zamanda bu barədə Prezident Administrasiyasına dosye göndərilib. Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma Hüseyn Abdullayevlə Rövnəq Abdullayev arasında münasibətlərin kəskin olduğu bəllidir. Digər tərəfdən 2005-ci ilin parlament seçkilərində Abdin Fərzəliyev Hüseyn Abdullayevə və hakimiyyətin hədəfində olan başqa bir keçmiş deputata – Rza İbadova dəstək verib. Abdin Fərzəliyev həmin vaxt Nizami rayonunun icra başçısı olub. Rza İbadov isə seçkidə Rövnəq Abdullayevin rəqibi idi.
Abdin Fərzəliyev karyerasında ən böyük narahatlığı Gülər Əhmədova olayında keçirib. Bunun səbəbi isə icra başçısının bu hadisələrdə əsas fiqurlardan olan mərhum Sevinc Babayeva amili idi. İcra başçısı və Sevinc Babayeva münasibətləri ilə bağlı mediada ciddi iddialar səsləndirilib. Lakin o zaman hansı səbəbdən bu fakt diqqətdən kənarda qalıb. Məlumatlara görə, Abdin Fərzəliyevin rəqibləri bu məsələni də yenidən gündəmə gətirmək niyyətindədirlər.
“Altun” şadlıq evinin dərin kökləri
Nərimanov icra hakimiyyəti başçısıAbdin Fərzəliyevin karyerasına son verəcək səbəblərdən biri də illər əvvəl onun inşa etdirib bağışladığı “Altun” şadlq sarayıdır. Belə ki, bu sarayın adı və bağışlanma ünvanı ilə bağlı məqamlar A.Fərzəliyev üçün hər zaman sirr kimi saxlanması vacib olan məsələdir.
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik!
Teref.az
Ardını oxu...
Hər il ötən ilə nisbətdə yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Buna səbəb olaraq insanların və nəqliyyatın sıxlığının artması, sürücülərin və piyadaların diqqətsizliyi kimi amilləri göstərə bilərik. Belə cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir.

Təsirli tədbir dedikdə, bu sırada həm də qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinin düzgün müəyyən edilməsi başa düşülür. Cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər”ə ayrıca fəsil həsr olunub. Bu fəsildə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının hansı halda cinayət tərkibinin yaratması, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması, sürücülərin yol nəqliyyat hadisəsi yerindən qaçması, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma və başqa cinayətlər və həmin cinayət əməllərinə görə təyin oluna biləcək cəzalar qeyd olunub.

Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Təbiidir ki, zərər yetirən tərəf özünün törətdiyi əməlin cinayət deyil, inzibatti məsuliyyət yaratmasında maraqlıdır və bundan ötrü istər hadisənin səbəbini müəyyənləşdirən vəzifəli şəxslərlə (tibb ekspertizası), istərsə hadisəyə hüquqi qiymət verən vəzifəli şəxslərlə (hüquq-mühafizə orqanları əməkdaşları), istərsə də zərərçəkmişin (on un qanuni təmsilçisinin) özü ilə sövdələşməyə (bəzən korruptiv əlaqəyə girməyə) meylli olur.

İndi çəkəcəyimiz misalda belə korruptiv sövdələşmədən şübhələnməyə əsaslar vardır:

Dəryaza verilən məlumata əsasən Avqustun 21-də Şəmkir-Tovuz şossesində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat – 1 qəsəbəsi, Yeni Məhəllə ünvanda yaşayan Elçin Xaliqi adlı gənc bir neçə gün sonra dünyasını dəyişmişdir. Maşında onunla birgə olan anası da kəllə-beyin travması alaraq koma vəziyyətinə düşmüş, hazırda Bakıdakı Neyrocərrahiyə xəstəxanasındadır. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin isə çəkdiyi ziyan barədə məlumat yoxdur.

Redaksiyamızın əməkdaşı Zabratda, mərhumun hüzn mərasimində iştirak etmiş və orada öyrənmişdir ki, Elçin də qəzadan sonra bir gün koma vəziyyətində qalıb, sonra ayılıb özünə gəlib, lakin həyata qayıda bilməyib. Bildirilir ki, mərhumun ölümünü Tovuz rayon mərkəzi xəstəxanasında birbaşa qəza ilə deyil, xeyli vaxtdır ki, müalicə aldığı hepatitlə (böyrək və qaraciyər çatışmazlığı) əlaqələndiriblər. Söz gəzir ki, hətta guya həkimin rəyinə görə, qəza baş verməsəymiş belə mərhumun ölümünə onsuz da üç ay vaxt qalıbmış.

Bundan başqa, öyrənmişik ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin adamları mərhumun yaxınlarına hüzn xərclərini yola vermək üçün yüksək məbləğdə “əza pulu” da təklif ediblər. Amma mərhimun qohumları onları qovaraq təklifdən imtina ediblər.

Məsələ ilə bağlı araşdırma apararkən ilk növbədə mərhumun qəzadan sonra dərhal götürüldüyu Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovla əlaqə saxladıq. Paşa həkim baş redaktorumuzla fikir mübadiləsi aparanda bildirib ki, heç bir həkim insan sağlamlığına vurulmuş zərərin, xüsusilə ölümün səbəbini gizlətməyə kömək etməməli, hətta öz səhlənkarlığını, məsuliyyətsizliyini gizlətmək üçün də haqqı nahaqqa qurban verməməlidir.

Sonra isə Paşa Muradov baş redaktorumuzu mərhuma qəzaya uğradıqdan sonra ilkin diaqnoz qoymuş Mahirə həkimlə əlaqələndirib. Mahirə həkim isə Elçinin ölümünün avtoqəza nəticəsində deyil, məhz xəstəlik səbəbindən baş verdiyini deyib-durub.

Onsuz da gec-tez hamı öləcək. Belə çıxır ki, Elçin Xaliqinin xəstəliyi üç aydan sonra onun ölümünə səbəb olacaqdıysa, o halda onun məhz indi ölümünün səbəbi, yaxud, ölümünü sürətləndirən səbəb ciddi araşdırılmamalıdır? Axı burada insan həyatından söhbət gedir! Bir qarışqanı belə yarada bilməyən Mahirə həkimin məntiqindən belə çıxır ki, adam üç ay sonra öldü, ya indi öldü – heç bir fərqi yoxdur. Xeyr, adam ömrünün sonuna vur-tut üç ay qaldığını bilsə, həmin üç ayı səmərəli keçirməyə çalışar, ömrünü daha da gödəldəcək risklər etməz, yaxud, kimlərəsə yaxşılıq eləyə bilər ki, savab işlərinin sayını artırsın. Bizi qınamayın, şübhələnməyə əsas tapırıq ki, burada niyyət ya ağır nəticəyə səbəb olmuş sürücü ehtiyatsızlığını, ya da həkim səhlənkarlığını gizlətməkdir. Bir nüansa da diqqət yetirməyə dəyər: Əgər həkimlərin sözünə inansaq, yəni, mərhumun məhz xəstəlik səbəbi ilə dünyasını dəyiuşdiyini qəbul etsək, onda belə çıxır ki, Elçin Xaliqi paytaxt Bakıda müalicə olunmağa tibb müəssisəsi tapmayıb, üzünü tutub Tovuz əyalət xəstəxanasına – inandırıcı deyil. Fakt ortadadır ki, mərhumun ölümündən əvvəl Tovuz xəstəxanasına düşməsinin səbəbi məhz qəzada aldığı xəsarətdir.

İndi söz Səhiyyə Nazirliyinin, TƏBİB-in və əlbəttə ki, sözügedən yol-nəqliyyat hadisəsini araşdıran hüquq-mühafizə və cinayət təqibi orqanlarınındır. Nəzərə alınmalıdır ki, hətta ekspertiza rəyinin belə digər sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur.Yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. (Deryaz.az)

Turantv.az

          
Ardını oxu...
Azərbaycan futbol ictimaiyyəti bir müddətdir Sumqayıtda tikilən Mehdi Hüseynzadə adına stadionun istifadəyə verilməsini gözləyir. Prezident İlham Əliyevin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə yenidən qurulan arenanın açılışı 5 aydır baş tutmur. Stadiondakı işlər ötən ilin dekabrında başa çatsa da, açılış reallaşmır. Səbəb(lər) nədir?

Bu vəziyyət müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Aut.az xəbər verir ki, Publika.az mötəbər mənbələrdən stadionun açılışını yubadan səbəblərlə bağlı məlumatlar alıb. Stadionun yenidən qurulması zamanı layihədə nəzərdə tutulan əksər məsələlər reallaşdırılmayıb. Əsas problem arenanın tutumu ilə bağlıdır. İlkin layihədə stadionun 16 min tamaşaçı qəbul edəcəyi deyilsə də, yekunda bu rəqəm 9502-ə qədər enib. Bunun 545 yeri VIP, qonaqlar, rəsmi şəxslər və media üçün nəzərdə tutulub. Bu o deməkdir ki, stadiondan oyunları heç 9 min azarkeş izləyə bilməyəcək. Başqa bir vacib məsələ ehtiyat meydançalarla bağlıdır. Stadionun yanında 2 köməkçi məşq sahəsinin salınması planlaşdırılırdı. Ancaq həmin meydançalardan, ümumiyyətlə əsər-əlamət yoxdur.

Ardını oxu...

Bundan başqa, ilkin layihədə komandaların və qonaqların qalacağı otel nəzər tutulub. Ancaq həmin binanı da gördüm deyən olmayıb. Stadionun qarşısında musiqili fəvvarə də olmalıydı ki, o da ortada yoxdur. Stadionun fasadı da yarımçıqdır. Ön hissə göy-ağlı mansar, yan və arxa hissənin isə adi beton-daşdan olması da diqqətdən yayınmır. “Dünyada bu arenanın analoqu yoxdur” desək, yanılmarıq. Çünki bütün hissə əvvəlcədən planlaşdırıldığı kimi göy-ağ rəngli olmalı idi.

Ardını oxu...

Stadionun işıqlandırılmasında da ciddi problem var. Futbol qurumlarının yoxlaması zamanı məlum olub ki, sistem düzgün qurulmadığı üçün burada oyunlar keçirilə bilməz. Problemlər bununla bitmir. Stadionun adının daşıdığı Mehdi Hüseynzadə ilə bağlı da ciddi səhvə yol verilib. Normalda arena kimin adınadırsa, həmin şəxsin büstü stadionun qarşısına qoyulur. Sumqayıtda isə vəziyyət tərsinədir. Sovet İttifaqı Qəhrəmanın büstü girişə deyil, stadionun arxasına – dənizə tərəf qoyulub. Ən dəhşətlisi odur ki, büstün üz hissəsində ciddi problem var. Onun dəyişdiriləcəyi bildirilsə də, 5 aydır bu da reallaşmır.
Ardını oxu...
Qeyd etdiyimiz bütün məlumatlar yoxlamalar zamanı aşkarlanıb. Bu da stadionun istifadəyə verilməsinə imkan vermir. Sadaladığımız faktlar kifayət qədər ciddi məsələlərdir. Arenanın inşasına cavabdeh olan qurum isə Sumqayıt Şəhər İcra Hakimiyyətidir. Məhz qurumun yol verdiyi səhvlər böyük bir şəhərin yeni stadiona qovuşmasına mane olur. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ilkin olaraq 5 milyon manat ayrılmışdı. Təbii olaraq, stadionun daha yüksək məbləğə tikildiyi məlumdur. Çünki təqdim edilən layihə əvvəlcədən araşdırılmış və müsbət cavablandırılmışdı. Ancaq planlaşdırılanların böyük bir hissəsinin reallaşmaması haqlı şübhələrə və yoxlamalara səbəb olub. Görünür ki, stadionun gözlənilən formada təqdim edilməməsi Sumqayıt Şəhər İcra Hakimiyyətinə ciddi problem yaradacaq. Stadionun tikintisində ciddi maliyyə yeyintisinə yol verildiyi bildirilir. Necə deyərlər, Sumqayıt İcra Hakimiyyəti bir stadionu ərsəyə gətirmək üçün az qala bir stadionu da “yeyib”. Arenanın tutumunun iki dəfə azaldılması, yardımçı meydançaların salınmaması, digər çatışmazlıqlar bunu deməyə əsas verir. Qurum isə 5 aydır tikintisi başa çatan arenanın nə vaxt istifadəyə verəcəyini açıqlanmır.

Ardını oxu...

Şəhərin yeganə komandası “Sumqayıt” isə Azərbaycan Premyer Liqasındakı oyunlarını birtribunalı stadionda keçirir. Komandanın əvvəlcə bu mövsümün əvvəlindən, daha sonra isə fevralda Mehdi Hüseynzadə adına stadionda oynayacağı deyilsə də, bu reallaşmayıb. Bundan başqa, futbol üzrə ölkə kubokunun finalının yeni arenada keçirilməsi planlaşdırılırdı. Ancaq Şəhər İcra Hakimiyyətinin yaratdığı problemlər buna imkan verməyib. Nəticədə Peşəkar Futbol Liqası oyunun Bakıda keçirilməsinə qərar verib.

Ardını oxu...

Məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini öyrəndik. Öncə ev oyunlarını bu stadionda keçirəcək “Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi Publika.az-a açıqlmasında məsələyə belə münasibət bildirdi:

“Stadionun hazırda bizə aidiyyəti yoxdur. Buna görə gedən proseslərdən məlumatsızıq. Bildiyimiz odur ki, işlər yekunlaşıb, açılışa hazırlıq gedir”.

Ardını oxu...

Rəşad Məmmədovun Sumqayıt şəhər İcra Hakimiyyətindəki həmkarı Eyvaz Qocayevin açıqlaması isə başqa cür oldu. O, yeyinti ilə bağlı iddiaları əsassız adlandırmaqla yanaşı, Məmmədovun açılışla bağlı açıqlamasını təkzib edib:

“İşlər yekunlaşıb. Açılışla bağlı hələ heç bir məlumat yoxdur. Stadionun tikintisi zamanı yeyinti olması ilə bağlı iddialara gəlincə, hamısı əsassızdır”.

Ardını oxu...

Sumqayıtlılar və futbol ictimaiyyəti isə səbrsizliklə Mehdi Hüseynzadə adına stadionun istifadəyə veriləcəyi günü gözləyir. Biz də məsələni diqqətdə saxlamağa davam edəcəyik.

Dünyapress TV

Xəbər lenti