Ardını oxu...
Teref.az yazır ki, keçmiş nazir Ziya Məmmədovun xaricdə otel biznesi, tikinti və daşınmaz əmlak serktoruna investsiya qoyduğu barədə məlumatlar çoxdan mediada dolaşır. Lakin aldığımız məlumata görə Ziya Məmmədov özü üçün yeni biznesə başlayıb. Buda neft sektorudur. Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli bu barədə yazır:
Bilmirəm Ziya müəllim Türkiyədə petrol tapa bildimi. Tapsa özümü potensial neftxudaya potensial şərik görürəm.
EUROASİA İNVESTMENT İNŞAAT SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ 2021-ci ilin avqustunda Türkiyədə neft axtarışı ilə məşğul olmaq üçün bu ölkənin Enerji və Təbii Qaynaqlar Nazirliyinin Mədən və Petrol İşləri Genel Müdirliyinə müraciət edib. Müvafiq məlumat Türkiyənin "Resmi Gazete"sinin 2021 -ci il 15 avqust tarixli sayında yer alıb.
Teref.az yazır ki, fikirlərini davam etdirən jurnalist oxucularla aşağıdakı məlumatlada bölüşür:
EUROASİA İNVESTMENT İNŞAAT SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ 2008-ci ildə İstanbul Beşiktaşda 100 milyon lirə (o zamankı kursla 87 milyon dollar) nizamnamə kapitalı ilə təsis olunub, 2019-cu ilin fevralından Anar Məmmədov şirkətin yeganə pay sahibidir.
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Goranboy rayonunun 4 kəndi illərdir ki, susuzluqdan, xüsusən də suvarma suyu çatışmazlığından əziyyət çəkir.

DİA.AZ bildirir ki, bu şikayətlə Bizim.Media-ya rayonun Tatarlı kənd sakinləri adından Sahib Məmmədov müraciət edib.

Onun sözlərinə görə Goranboyun Səfikürd, Qızılhacılı, Tatarlı və Balakürd kəndlərinin suvarma suyu kəsilib. Buna səbəb isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığıdır:

“Qaraçay çayından kəndimizə su gəlirdi. İndi o suyu qurudublar. Qarqucaq kəndindən bu tərəfə o suyu keçməyə imkan vermirlər. Su məsələsi qaldıran kimi də deyirlər ki, “keçmiş baş prokuror Zakir Qaralovun oğlanları kəsib suyunuzu. Bizlik bir şey yoxdur” Belə çıxır ki, Zakir Qaralovun oğlanları Qaraçaya yiyələnib və 4 kəndin suyuna qənim kəsiliblər. Həyətyanı, pay və əkin torpaqlarımızı suvarmağa su tapa bilmirik, məhəllələrdə meyvə ağaclarımız quruyub, əkinlərimiz də batıb.

Hərəmizə məxsus 14-15 hektar meyvə bağlarımızda ağaclar susuzluqdan quruyur. Tək bizdə, deyil eyni problemlə digər kənd sakinləri də üz-üzədir. Artezian quyusu isə yoxdur. İcra başçısı iki aydan bir kənddə yığıncaq keçirir, müəyyən vədlər verir, amma problem yenə də eyni... Goranboy Suvarma Sistemləri İdarəsi isə istədiyini edir. Elə ki, şikayət edirik, suyu buraxırlar. Səssiz qalanda, yenə su yoxdur. Mən anlamıram təbiətin suyuna necə yiyələnmək olar? ”

Şikayətçi əlavə edib ki, Goranboyun torpaqları çox məhsuldardır, hətta sitrus meyvələrinin yetişdirilməsi üçün də yararlıdır. Amma suyun olmaması çəkilən zəhməti də hədər edir.

Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov Bizim.Media-ya açıqlamasında suvarma suyu ilə bağlı problemin olduunu təsdiqləsə də, cavabı maraqlı və absurd olub:

“Suvarma suyu ilə bağlı problem Goranboyun hər bir kəndində var. Tatarlı kəndinə su Qaraçaydan gəlir. Çayda isə su yoxdur, quruyub və azalıb. Tatarlıya qədər isə 14 kənd var, gəlib çatmır. Sakinlər də, mən də heç nə edə bilmərik. Bu, təbiətin şıltaqlığıdır, heç nə mümkün deyil”.

Artezian quyusunun qazılmasına gəlincə İlqar Məhərrəmov yalan-doğru bu istiqamətdə işlər görüləcəyini deyib. O, deyib ki, bu il Tatarlı kəndində bir artezian quyusunun qazılması nəzərdə tutulub.
Ardını oxu...
Yazıya giriş vermədən , birbaşa faktlara keçək. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olanlara (12.11.2022 tarixli 1878 saylı fərmanla “müdafiəsində əlilliyi müəyyən edilmiş şəxslərə”) 130 min manat ( 05.01.2021 tarixli 1244 saylı fərmanla 26 manat ) aylıq müavinət ayrılması qərara alınıb. Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun – Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə görə, prezident fərmanlarının icrası məcburi olduğu halda, hələ də ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı dövlətin ayırdığı vəsaiti təyinatı üzrə verməkdən imtina edir. Fərmanın hələ də qüvvədə olduğunu Ədliyyə Nazirliyinin hüquqi aktların vahid elektron bazası , yuxarıda mötərizədə göstərdiyimiz “kosmetik” dəyişikliklər tarixi doğrulasa da, icrasından imtina edilməsi , hətta məhkəmə hakimiyyətinin sosial təminat hüququnu rüşvətlə mümkün saymaması ölkədə hüquq , məhkəmə sisteminin hansı aşağı qatda olmasını ortaya qoyur. Nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası , nə də hüquq mühafizə orqanları bu açıq-aşkar hüquq dələduzluğuna hüquqi qiymət verilməsini təmin edir. Əksinə, “sosial yönümlü” büdcədən hərə öz yem(ək) payını yeməklə büdcə gəlirlərinin bölünməsinə “nəzarət edir”. (?)
Prezidentin 29 dekabr 2000-ci il tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə 1-ci dərəcəli Qarabağ əlillərinə ayrılan 70 min manat, 2-ci dərəcəlilərə 60 min manat, 3-cü dərəcəlilərə 50 min manatın verilməsi də təmin olunmur . Bunu da maliyyə qurumları məhkəmə hakimiyyəti ilə ortaq yeyir. Bu ortaqlığın pay bölgüsü “sosial -kommersiya sirri” olduğundan hələ də nə onlarla min manatların nə indeksasiyası yada düşür, nə də təyinatı üzrə verilməsi. Ünlü milli filmdə deyildiyi kimi, buna da “bir quş”!
“Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinə görə, 1-ci dərəcəli Qarabağ əlillərin pensiyalarına 110 manat, 2-ci dərəcəlilərə 77 manat, 3-cü dərəcəlilərə 55 manat əlavə nəzərdə tutulsa da, maddənin qüvvədə olduğu 2019-cu ilə kimi nəinki verildi, heç yada düşmədi; maliyyə qurumları öz aralarında necə böldüsə, adı Qarabağ əlillərinin oldu, dadı dövlət məmurlarının. Onu da vurğulayaq ki, sözügedən maddədə Böyük (?) Vətən (??) Müharibəsi (???) əlillərinə Qarabağ əlillərinə nisbətdə 40 -100 faiz artıq ayrılan uyğun olaraq 154, 121 və 110 manatlıq əlavənin verilməsinin kəsilməsindən söhbət belə getmədi. Həmin maddənin 19.1.4 maddəsinə əsasən, 1-ci dərəcəli əlillərə qulluğa görə nəzərdə tutulan 11 manatlıq aylıq müavinət də 2006-cı ildən 2019-cu ilin aprelinə kimi verilməyib. 2019-cu ilin aprelindən həmin müavinət 50 manatlıq Prezident təqaüdü kimi 1-ci dərəcəli əlilə qulluq edən şəxsə təyin edilib və 2023-cü ilin yanvarın 1-dən 100 manata qaldırılıb. İndicə Prezident bu barədə fərman imzalayıb. Di gəl, yenə də 13 il 3 ay qüvvədə olan normativ hüquqi aktın 1-ci dərəcəli əlillərə tətbiq edilməsi barədə müraciətlərə “quş qoyulur”.
Prezidentin 23.12.2021 tarixli fərmanı ilə vəzifə maaşına müəyyən edilmiş 20 faizlik əlavənin də “Əmək pensiyaları haqqında” qanunun , artıq birdəfəlik ləğv edilərək “quş qoyulmuş” 29.2 maddəsinə əsasən , Qarabağ qazilərinin, şəhid ailələrinin pensiyalarına hesablanması gerçəkləşməyib . Yenə də fərman prezidentin, büdcə dövlətin, yem(ək) dövlət məmurlarının.
NK-nın 08.01.2013 tarixli 2 saylı qərarı ilə hərbçilərin ərzaq payı norması ikiqat artırılsa da, 10 ildir bu artım hərbi pensiyalarda görsənmir. Hökumət “quşlaya- quşlaya” gedir . Konstitusiyaya “quş qoymaq”la isə sosial təminat, pensiya təminatı yox, məmurların yem(ək) təminatı gerçəkləşər.
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...
Şəkildəkilərdən biri ərəb şeyxinin şahinidir, digəri isə Naxçıvan “şeyxi" Seymurun qırğısı.
Ərəb şeyxinin şahini kəklik ovlayır, Seymurun qırğısı isə pul.
Təkcə pulmu? Əlbəttə, yox. Naxçıvanın elmi şüurunu, yetişdirdiyi mütəxəssisləri ilə əhalinin sağlamlığını, uşaqların savadını, məmləkətin gələcəyini və s. ovlayır.
Məşhur bir aforizmdə deyildiyi kimi, həkimin səhvini torpaq gizlədər, müəllimin səhvi isə bütün məmləlkəti məhv edər.
Seymurun qırğısını daha üstün qılan başqa xüsusiyyətləri də var. Məsələn, o, ərəb şahinlərindən fərqli olaraq adam kimi dil bilir. Yəqin buna görə də 2023-cü ildə bəzi jurnalist dostlarımızın keçirdiyi müsabiqənin “ümummilli dahi ziyalı” nominasiyası üzrə qalibi elan olunub.
Bu gedişlə bir gün sığıyıb Pəncov İsanın kreslosuna da qonacaq, olacaq AMEA-nin baş akademiki.
Heyder Oguz
Teref.az
 
Ardını oxu...
Bakının mərkəzində 20 - dən çox vətəndaşdan mənzillərin təmiri adı altında külli miqdarda pul alındığı iddia olunur.

Şikayətçilərin bildirdiyinə görə sosial şəbəkələrdə ev təmiri ilə məşğul olan şirkətlərdən biri diqqətlərini cəlb edib.

Beləliklə "protemir inşaat" adlı səhifəyə abunə olub, mənzillərinin təmirini sözügedən şirkətə həvalə ediblər.

Daha ətraflı Xəzər televiziyasının videosujetində izləyə bilərsiniz:

 
Ardını oxu...
Naxçıvandan gələn bir şikayət məktubu
Nəqşicahan Holdinqə məxsus " Koton" geyim magazası haçandan dövlət ehtiyaclı bina olub ?
Mən Novruzov Əli Əsgər oğlu yazaraq sizə bildirirəm ki, məni,Naxçıvan şəhər 1 saylı Dövlət notariat kontorunun 31 may 2004-cü il tarixli 4Ə-324 nömrəli qeydiyyatı ilə satın aldığım Naxçıvan şəhəri Atatürk küçəsi 12 ünvanda ümumi sahəsi 19.6 kv.m olan qeyri yaşayış sahəsini məndən hədə-qorxu ilə əlimdən alınana kimi bərbərxana kimi istifadə etmişəm.Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 09 iyun 2004-cü ildə 161 nömrəli sərəncamla mənə “mülkiyyət hüququ haqqında” şəhadətnamə verilib(qoşmada əlavə olunub).Həmçinin 26.08.2004-cü ildə Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən Bərbərxana obyekti ( Kodu-0200023092-02001 VöEN -0200023092) qeydiyyata alınmışam.Amma 2013-cü ildə mənə məxsus bərbərxananın sökülməsi zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri mənə bildirdilər ki sökülən binanın yerində inşa ediləcək binanın birinci mərtəbəsində sizə məxsus eyni ölçüdə bərbərxananız veriləcəkdir.Lakin bir müddət keçdikdən sonra mənə məxsus obyektin yerində “KOTON” geyim mağazası (həmin mağazanın bir hissəsi mənim bərbərxanamın tam sahəsinə düşür) açılmışdır. “KOTON” geyim mağazasının açılışı zamanı məni səhər Naxçıvan şəhər polis bölməsinə ac və susuz qalaraq şəkərli diabet xəstəsi kimi mənəvi işgəncə verərək axşam ötürdülər.
11 mart 2014-cü il və 30 aprel 2014-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimyyətinə , 18 fevral 2015-ci ildə ərizə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə şikayət ərizəmə baxılmayıb.Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və müavini Sərdar Salahov dəfələrlə şikayətlərimə görə məni qorxu hədələmişdilər.
İnzibati-iqtisad məhkəməsində müraciətlərimdən (17 oktyabr 2016-ci il və 07 dekabr 2016 –ci il (qoşmalarda əlavə olunub)) sonra məhkəmələr keçirilmiş və Vüqar Səfərov tərəfindən təhdid edildiyimə məhkəməyə təhdid-qorxu içində getmişəm. 10 yanvar 2017-ci ildə məhkəmə keçirilmişdir. Məhkəmələr nəticəsiz qalıb.Daha sonra Vüqar Səfərov tərəfindən guya dövlət ehtiyacı üçün sökülmüş (halbuki Koton magazsı tikilmiş) bərbərxananın yerində mənə 06 oktyabr 2017-ci il tarixli İcra Hakimiyyətinin sərəncamına uyğun zirzəmi qatında yararsız obyekt verilməsi bildirilmişdir.İstiqlal küçəsi bina 79-da yerləşən zirzəmi qatında bərbərxana kimi fəaliyyət göstərə bilməyəcək istifadəyə yararsız yer mənə zorla qol çəkdirilərək verildi.Vüqar Səfərovun sərəncamda dövlət ehtiyacı üçün bildirilməsi Azərbaycan qanunvericiliyə ziddir.Hal hazırda müqayisə üçün bildirim ki mənə verilən obyektin qiyməti 40 000 manat, məndən zorla alınan obyektin normal bazar qiyməti 130 000 min manata bərabərdir.
Həyat yoldaşım Qərbi Azərbaycandan didərgin salınmış II qrup əlildir.Mülkiyyətimdə olan bərbərxananın gəliri ilə həyat yoldaşımın müalicəsinə xərcləyirdim.5 il müddətində məndən alınan obyektin əvəzində 1 qəpikdə təzminat ödənilməmiş dəfələrlə əvəzində Vüqar Səfərov tərəfindən çağrılaraq ölümlə təhdid edilmişəm.
Hal-hazırda “Koton” mağazası Nəqşicahan Holdinqin internet səhifəsində onun məxsus olduğu bildirir.
Sizdən xahiş edirəm ki , mənə məxsus Atatürk 12-də yerləşən bərbərxana kimi fəaliyyət göstərən obyektimin mənə geri qaytarılmasına köməklik göstərəsiniz. Mənə 10 il yaxın müddət üçün təzminatın verilməsinə köməklik edəsiniz.Allah köməyiniz olsun.
Novruzov Əli Əsgər oğlu
 
 
 
Ardını oxu...
Azərbaycanda inzibati vəzifələrin dördüncü və beşinci təsnifatının əhatə dairəsi genişlənib.Bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri inzibati vəzifələrin dördüncü, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri vəzifələr inzibati vəzifələrin beşinci təsnifatına daxil edilib.
 
Ardını oxu...
Naxçıvanın musiqi məktəblərində rüşvətxorluq baş alıb gedir. Belə ki, Fortepiano üzrə 3-cü sinif not oxunuşu, 4- cü sinif ansambl dərsləri, 5-ci sinif müşayiət dərsləri, 5-ci sinif müşayiətli konsertmestr dərsləri,6 ve 7-ci siniflər müşayiət və konsertmestr dərsləri, skripka ixtisası üzrə, xalq çalğı alətləri üzrə 2-ci sinif ümumi fortepiano dərsləri, 3,4,5-ci siniflər ümumi fortepiano dərsləri heç bir müəllimə verilmir. Öz yaxın bildikləri müəllimlərə verilir və ay sonunda həmin məktəbin direktorları tərəfindən pulları toplanılıb nazirliyə verilir.
4 nömrəli uşaq musiqi məktəbinin direktoru İradə Qədimova yoxlamalar gələndə müəllimləri çağırıb bildirdi ki,üstünüzə yazılan əlavə pulları bizə verməyin, sizdə qalsın, 2 aydan sonra bizə qaytaracaqsınız. Amma istədiyi kimi olmadi. İndi gəlib yenə müəllimlərə deyir ki, pulları yanvar ayından bizə qaytaracaqsınız. Sizə bildiriləndən sonra bunu efirdə işıqlandırdınız. Amma səhər İradə müəllimə heç ne olmamiş kimi hamı ilə deyib gülməyə başladı. Yəni mənim xəbərim yoxdur. Bütün məktəblərin direktorları ay sonunda tabellərə bu müəlliməyə təhvil verirlər. İradə Qədimovada öz qohumu yəni əmisi oğlunun yoldaşı Natəvan Qədimovaya verir. İradə Qədimova arxasını Naxçıvan MR Mədəniyyət naziri Natəvan Qədimovaya dayayaraq 8 Mart,Yeni il,Novruz bayramında rüşvət toplayaraq müəllimləri incidir. İradə Qədimova dərs bölgüsündə dərs saatını 200 manata müəllimlərə satır. Bütün müəllimlərə dərs verilmir. Deyirlər məktəblərə qebul olan uşaqlar azalıb. Hətta uşaqlara yaxşı dərs keçilmədiyi üçün valideynlər tərəfindən məktəbdən çıxarılıblar. Əslində isə belə deyil. Bu uşaqları məktəbdən azad etməyiblər. Öz yaxın müəllimlərinin üzərinə yazıb pulları mənimsəyirlər. Naxçıvan MR Mədəniyyət Naziri 2020-ci ildə müəllimləri attestasiya edib. 35 manat 40 qəpik Naxçıvan banka pul keçirdərək müəllimləri imtahan ediblər. Hətta imtahandan kəsilən müəllimlər yenidən 35 manat 40 qəpik Naxçıvan banka keçirdib çekləri məktəbin direktorlarına təhvil verməklə yenidən imtahan olunublar. Himayəsində xəstə uşaqlar olan müəllimələr də imtahana göndəriliblər. İşə qəbul 4000-5000 manatdir. İmtahanlarda qeyri-ixtisas suallar salınır. Məsələn, XÇA-nə müəllimlərinə xalçaçılıqdan sual salınır. Hər dəfə müəllimləri boğaza yığıb saxta pullar yığılıb festivallar keçirilir. Hər gün götürüb tedbirlərə aparırlar. Müəllimələr qeyd edir ki, ailələrində buna görə problemlər olur. Dərslər xüsusilə saat 14:15-dən sonraya salınır ki, heç kəs artıq dərs deyə bilməsin. Tətillərdə icaze vermirlər ki, müəllimələr evdə qalsınlar.Hətta bu yaxınlarda Mədəniyyət Naziri və yoldaşının əmisi qizi İradə Qədimovayla birlikdə Şahbuz ve başqa rayonlarda imtahandan keçmiş müəllimlərin qarşısına not qoyub çalmalarını tələb ediblər. Onlar da qorxudan özlərini itirdikləri üçün dərs yükləri azaldılıb. Ölü canların üzərinə yazılaraq pullar dövlətdən pullar saxta yolla mənimsənilir.Naxçıvan MR Mədəniyyət Naziri övladlarına xarici ölkələrdə ad günü keçirdir. Müəllimlərə gündəlik dərs saati 5 saatdan artıq verilmir. Saxtakarlıq vasitesilə tədris ilinin sonunda müsabiqələr keçirilib, 1-ci yerə çıxmaq istəyən uşaqlardan pullar alınıb və yerlər satılıb. Bununla bir çox istedadlı uşaqlar həvəsdən düşerek musiqidən uzaqlaşıblar. Yay tətillərində məzuniyyətə çıxarkən hansı bayram düşürsə, (məsələn Qurban bayramı), həmin bayram gününün pulunu kəsirlər.
3 nömrəli musiqi məktəbində 60 müəllim isləyir. Hər müəllimdən 24 manat pul yığıb pərdə aldılar, hamı bir nəfər kimi pulu verdi. Halbuki pərdə məktəblərə hökumət tərəfindən verilir, bir sözlə bunlar bizə verdikləri pulu canımızı ala-ala tutub əlimizdən alırlar. Gah pianonu kəklədirlər gah pərdə alırlar, qalmışıq bunların əlində.
Gələn il tədris ili hələ başlamayıb, ötən ilin sentyabrında mudirlər dərs bölürlər. Hələ 2022-2023 tədris ili üçün deyirlər ki, gələn il bundan da pis olacaq sən demə Natəvan müdirləri öyrədir ki müəllimlərin indidən beyninə yeridin ki, gələn ildən dərslər 2-3 saat olacaq, qoy alışsınlar. Elə ki, DTX-nın yoxlamaları başladı, müdirlər düşdülər əl-ayaga. Natəvan bunlara tapşırıq verdi ki kimin adina nə qədər dərs yazılıb hamısının pulunu verin özlərinə. Özləri də gəlsinlər dərsə. Əvvəl adına dərs yazılan müəllim ancaq 5 saat gedirdi dərsə. Bunlar həmin müəllimnin adına 24 saat dərs yazırdılar. Bes bu dərs yox idisə 24 saatlar hardan çıxdı? O Natəvan bütün müəllimələri yaman günə qoydu, biz cörək pulu tapmayanda o öz qızına İsveçrədə ad günü edirdi.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirliyinin tabeliyində olan flarmoniyada isləyən 30 ilin, 20 ilin, 10 ilin, 5 ilin musiqiçilərini səbəbsiz yerə işdən azad ediblər. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindəki baş veren haqsızlıqlar bununla bitmir. Sadəcə bununla kifayətlənib və bunları işıqlandirmağınızı xahiş edirəm .
Heydər Oğuz
Teref.az
 
 
 

Ardını oxu...
Naxçıvanda Rusiya istehsalı olan spirti içkilərin qiyməti kəskin bahalşıb. Məsələn, bir neçə gün öncə 13 manata satılan "Stoliçnaya" arağı indi 19 manat 50 qəpik olub. Bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Naxçıvan şəhər sakini deyir ki, Rusiya istehsalı olan digər araqlar da eyni qaydada bahalaşıb:
"Naxçıvanda Rusiya arağı həmişə Bakıdan ucuz olub. Çeşidindən və tutumundan asılı olaraq, bu marka aralar Bakıya nisbətən 5, bəzən isə 10 manat ucuz satılırdı. Məsələn yarım litrlik “Nemiroff” arağı Naxçıvanda 12 manata satılanda Bakıda 18 manat olub. İndi həmin araq 20 manata satılır".
Naxçıvanda spirtli içkilərin satışı ilə məşğul olan Kərim Quliyev deyir ki, bahalanmaya səbəb, topdan satış qiymətlərinin qalxması olub. O deyir ki, məqsəd, Bakı istehsalı olan məhsulların yaxşı satışını təmin etməkdir:
“Talıbovların vaxtında Naxçıvana Bakı istehsalı olan araqlar buraxılmırdı. Yalnız, yerli və Rusiya istehsalı olan spirtli içkilər satılırdı. Hakimiyyət dəyişən kimi Bakı araqlarını Naxçıvana daşıdılar. Rusiya araqlarının qiymətini qaldırdılar ki, gətirdikləri Bakı arağı yaxşı satılsın. İndi Rusiya arağı bahalanıb deyə, hamı Bakı arağı alır".
Məlumata görə, Naxçıvandakı spirtli içki istehsal edən zavodların bağlanılması gözlənilir.

"Gündəlik Naxçıvan"
Ardını oxu...
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun “vurulması” onun özünün və yaxın ətrafının fəaliyyətindəki qaranlıq məqamların gün işığına çıxmasına səbəb oldu. Talıbovların xanədanı çökəndən sonra məlum oldu ki, onlar Naxçıvanda hakimi-mütləq olduqları təxminən 27 il ərzində ağlasığmaz qanunsuzluqlara, hətta ağır cinayətlərə yol veriblər.

TEREF.AZ Yenisabah.az-a istinadla xəbər verir ki, Vasif Talıbovun könüllü istefaya getməsindən sonra onun ən yaxın adamlarından biri - qudası Fazil Ələkbərovun da başının üstünü qara buludlar alıb. Qızını Seymur Talıbova verəndən sonra bu ailə ilə qohum olan Fazil Ələkbərov qısa müddət ərzində Naxçıvanda əsas söz sahiblərindən birinə çevrilmişdi.

1992-ci ildə sıravi polis çavuşu olan F.Ələkbərov Talıbovlarla qohumluğu sayəsində general-leytenant rütbəsinə yüksələ bilib.

Maraqlıdır ki, F.Ələkbərov V.Talıbovun xalası oğlu olsa da, karyerasındakı irəliləyiş ikinci dəfə qohum olandan sonra baş verib. O, Vasif Talıbovun sərəncamı ilə 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub. 5 il bu vəzifədə çalışan F.Ələkbərov qudasının “mübarək imza”sı ilə 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

Perspektivli qudanın karyera nərdivanlarında sıçrayışı bununla da yekunlaşmayıb. V.Talıbov 25 avqust 2017-ci ildə 80 - VFR nömrəli fərmanı ilə F.Ələkbərovu Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edib.

Vasif Talıbovun himayəsi ilə 2016-cı ildə general-mayor rütbəsinə yiyələnən qudası 2018-ci ildən etibarən general-leytenant ali-hərbi rütbəsi ilə təltif edilib.

TEREF.AZ bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, general F.Ələkbərovun fəaliyyəti həmişə Naxçıvanda ciddi narazılıq doğurub. Onunla bağlı Bakıya yüzlərlə şikayət məktubu, teleqram göndərilib. Narazılığın pik həddə çatması Ali Məclis Sədrini öz qudası ilə bağlı ciddi tədbir görmək məcburiyyəti qarşısında qoyub. Nazirin fəaliyyətindən narazı qalanların sırasının genişləndiyini görən V.Talıbov 2021-ci il noyabr ayının 4-də onu istefaya göndərib.

Qeyd edək ki, Talıbovların zərərsizləşdirilməsi vaxtilə bu ailənin özbaşınalıqlarından əziyyət çəkən insanların öz hüquqları uğrunda mübarizəyə başlamasına səbəb olub. Sahibkarlardan tutmuş, ən müxtəlif peşə sahiblərinə kimi hüquqları pozulan naxçıvanlılar qanuni yollarla öz haqlarını geri almağa çalışırlar. Bu sırada vaxtilə F.Ələkbərov tərəfindən haqsızlığa düçar olmuş, incidilmiş, qeyri-qanuni işdən çıxarılmış, əmlakı əlindən alınmış adamlar da var.

Naxçıvan sakinlərindən birinin saytımıza bildirdiyinə görə, bu günə kimi 100-dən çox insan F.Ələkbərovun qanunsuz əməllərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Hazırda Bakıda yaşayan generalın bir neçə dəfə ifadəsinin alındığı bildirilir. Hüquqi müstəvidə aparılan araşdırma nəticəsində onun həm Bakıda, həm də Naxçıvanda dindirildiyinə dair məlumatlar var. Naxçıvanda baş verən qanunsuzluqlarla bağlı aparılan istintaq tədbirlərinin F.Ələkbərovu həbs təhlükəsi ilə üz-üzə qoyduğu vurğulanıb.

Hazırda təqaüddə olan general-leytnant F.Ələkbərovun gələcək taleyi daha çox qudası V.Talıbovun aqibətindən asılı olacaq. V.Talıbovun aqibətinin necə olacağı isə indi ən çox maraq doğuran məsələlərdən biridir...

Dünyapress TV

Xəbər lenti