Təxminən 30 ildən artıqdır ki, Azərbaycanda şərti olaraq metal mafiyası deyilən bir şəbəkə var. Bizim bu yazını yazmaqda məqsədimiz kimisə ittiham etmək deyil. Amma bu günədək cavabı tapılmayan xeyli suallar var. Hələ heç kim bu günədək demir ki, Bakı kimi böyük bir şəhərdə trolleybus xətləri niyə sıradan çıxarıldı..?
Heç kim demir ki, sabiq spiker Rəsul Quliyevlə keçmiş nazir Ziya Məmmədov dəmir yolu relslərini kimə və neçəyə satdı..? Sovetdən qalma zavodlardakı milyon, bəlkə də milyard tonlarla “metallom” necə satıldı..?
Sözün qısası, “metallom” məsələsi sadə məsələ deyil. Təsəvvür edirsiniz, Azərbaycanın rayonlarında az qala tonlarla metallom-hərbi sursat qalıqları tapılır. Amma bir nəfər demir ki, bu rayonlar döyüş bölgəsi filan deyil axı, hətta cəbhə zonası da deyil. Bu qədər hərbi sursat qalığı-mettallom bu rayonlarda necə tapıla bilər..?
Biz əbəs yerə demədik ki, metal mafiyasının gəliri milyardlarla ölçülür. Bəli, müəyyən vaxtadək bu sahədə müxtəlif şirkətlər faəliyyət göstərirdi. Amma illər öncə Prezident Aparatının o zamankı rəhbəri Ramiz Mehdiyev bu şirkətləri qara günə qoyaraq Azərbaycvandakı qara metallurgiyanı ələ aldı, bu sahədə monopoliya yaratdı və “metal” məsələsini Rasim Məmmədova verdi. Biz sıradan çıxarılan şirkətlər, hətta Ramiz Mehdiyevin həbs etdirdiyi adamlar barədə danışmaq istəmirik. Təkcə onu qeyd edək ki, Ramiz Mehdiyevin himayədarı olduğu “Baku Steel Company”nin sahibi Rasim Məmmədov bu sahədə geniş bir cinayətkar şəbəkə yaratmışdı. Hətta müxtəlif sahələrdən ayrı-ayrı şəxslərin oğurladığı metal əşyalar Rasim Məmmədovun zavoduna verilirdi. Bir nəfər soruşmurdu ki, bu metal əşyalar haradandır..?
Hətta Ramiz Mehdiyevin qorxusundan bir sahə müvəkkili, polis işçisi bu məsələyə qarışmırdı. Hələ bu harasıdır..?
Qoy İqtisadiyyat Nazirliyi, Vergi Dövlət Xidməti açıb ortaya qoysun ki, Rasim Məmmədovun zavoduna minlərlə saxta VÖEN-lə nə qədər metal satılıb..
Biz hələ Ramiz Mehdiyevin tapşırığı ilə neft sahəsindəki “metallom”un su qiymətinə Rasim Məmmədova satılmasını demirik.
Təsəvvür edirsiniz, Rasim Məmmədova görə, ölkəyə gətirilən qara metal tullantıları gömrük rüsumundan azad edilib. Ki, Rasim Məmmədov milyonlar qazansın. Yəni az qala hamı Ramiz Mühdiyevin qorxusundan bu illər ərzində “Baku Steel Company”nin, yəni Rasimin marağını qoruyub. Rasimin təzyiqlərinə davam gətirməyən xeyli sayda iş adamı Azərbaycanı tərk elədi. Sözün qısası, ölkə metallurgiyasını qara günə qoyan Rasim Məmmədov hazırda həbsxana həyatı yaşayır. Amma onun məhkəmədə dedikləri ciddi təhlil mövzusudur.
Belə ki, Rasim Məmmədov məhkəmədə açıq şəkildə deyir ki, filankəsə 10 milyon verdik, başqa birinə 5 milyon verdik... Bir soruşan yoxdur ki, bu pulları sən haradan almışdın...? Bir deyən yoxdur ki, 70 milyon dəyərində əmlakı necə əldə etmisən, ay Rasim..? Rasim Məmmədov məhkəmədə açıq şəkildə deyir ki, Dövlət Əmlak Komitəsinə 10 milyon vermişəm... Bu adamın məhkəmədə özünü təkəbbürlə aparması başqa bir yazının mövzusudur.
Amma daxil oaln məlumatlara görə, Rasim Məmmədovun özünü məhkəmədə belə arxayın aparmasının səbəbləri var. Belə ki, Rasimin xeyli sayda qohumu hazırda da yüksək vəzifələrdə çalışırlar. Hətta Rasimin qohumları arasında generallar da var. Onlar təqaüd yaşını keçsələr də hələ də nazir olmaq həvəsi ilə yaşayırlar.
Yaxın zamanda Rasim Məmmədovun özündən razı olmasının səbəbini və yaxın qohumlarının çevrəsini açıqlayacağıq.
P.S. Biz hörmət xatirinə həmin generalın adını çəkmirik. Amma Ramiz Mehdiyevin bütün qohum-əqrabasını dövlətçiliyimizə zərər vuran şəxslər kimi tanıyıram. Deyirəm ay Ramiz Mehdiyev Gəncədəki klinikanın bəzi işçilərini kürəkənin Türkiyəyə ezam etmişdir. Bilmirsən nə işdir? Birdən Kılıçdaroğlunun qonağı olarlar bilmərsən.