Bakının mərkəzində magistral yol acınacaqlı durumdadır. Vaxtilə əl zəhməti ilə salınmış, qədimliyi, füsunkarlığı və gözəlliyi ilə yola fərqlilik qatan daş örtüklər dağılıb uçulur və yerindən qopur. Qopmuş daş örtüklərinin yerini isə yamaq asfalt hissələr əvəzləyir…
Söhbət Nəsimi rayonunun Füzuli küçəsindən gedir. Həmin küçədən üzü yuxarı başlayaraq xeyli hissədə daş örtüklər qopub, dağılıb və ətrafa səpələnib.
Qopmuş daş döşəmələrinin yerinə isə yamaq asfalt döşənib. Aidiyyəti qurumun sözdə təmir etdiyi bu yolun tarixiliyi və qədimiliy də məhv edilib. Dağılan daş döşəmələrinin yerinə hissə-hissə asfalt örtük vurulması hərəkət iştirakçları, həmçiniin əcnəbilər tərəfindən xoş qarşılanmır.
Şəhərin ən sıx və işlək ərazisi sayılan bu yolda hər gün yüzlərlə avtomobil və piyada hərəkət edir. Yerindən qopan, dağılan və uçan daş örtükləri də getdikcə sıradan çıxır. Əslində damlı və uzunömürlülüyünə görə daş döşəmələrin daha çox piyadaların hərəkət etdiyi küçələrdə salınması məqsədəuyğun hesab edilir. Mütəxəssislərin dediyinə görə daş döşəmələrin hamarlanması avtomobillərin hərəkəti üçün müvafiq deyil.
Qeyd edək ki, sözügedən ərazidəki yol vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən daşla döşənib. Qopmuş hissələrin asfaltlanması işlərini isə Azərbaycan Avtomobil Yolları Dövlt Agentliyi həyata keçirir.
Bəs, bundan sonra acınacaqlı yolun taleyi nə olacaq?
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən ərazinin əsaslı şəkildə təmiri nəzərdə tutulur:
“Amma yolun daşla, yoxsa asfaltla təmir olunacağı çıxarılacaq qərardan asılı olacaq. Məsələ ilə bağlı necə qərar veriləcəksə işlər də o şəkildə icra olunacaq”, – deyə qurum rəsmisi əlavə edib.bizim media/
“Mənim ilk nömrəm “Azercell” nömrəsi olub. O zamanlar “Azercell”lə münaqişəmiz yaranmışdı. Çünki istifadə etmədiyim halda, balansımdan 10 manat məbləğində vəsait mənimsənilmişdi. Mən bununla bağlı onlara iradımı bildirdim. Onlar isə məni hədələdilər və məhkəməyə verəcəklərini bildirdilər. O zaman dedim ki, məhkəməyə verin, orada görüşək və sübut edim ki, oğurluq etmisiniz”.
Bu fikirləri demokrat.az-a açıqlamasında tanınmış jurnalist Azər Həsrət deyib. Daha sonra bunları əlavə edib:
“Mən ilk fürsətdə “Azercell”dən imtina edəcəyimi də dedim. Belə ki, nömrə daşınma xidməti aktivləşdi və aktivləşən kimi də ilk işim “Azercell”dən nömrəmi daşımaq oldu. Mən odur-budur “Azercell”dən uzaqlaşmışam. Hətta, mənə dəfələrlə “Azercell” operatorları zəng vurublar və maraqlı təkliflərlə çıxış ediblər ki, nömrənizi qaytarsanız hansısa xidmətlərimiz faydalı ola bilər, yaxud da bizdən nömrə alsanız sizin üçün əlverişli xidmət təklif edərik. Mən də həmişə onlara cavab vermişəm ki, “Azercell” bir dəfə mənim pulumu oğurlayıb, ona görə də heç vaxtı o xidmətdən istifadə etmək fikrində deyiləm.
Əlbəttə ki, pulumu qaytarsınlar, ondan sonra danışa bilərik. Düzdür, eşitmişəm ki, “Azercell” daha keyfiyyətlidir, özəlliklə də əhatə dairəsi çox genişdir. İndi o problem də artıq arxa planda qalıb. Bu saat internet var, kəndlərdə belə faktiki olaraq mobil operatorların xidmətinə o qədər ehtiyac qalmır. Artıq illərdir ki, “Azercell”dən imtina etmişəm. Əgər nəsə dəyişibsə, buyursunlar. Göstərsinlər ki, artıq pulun əsassız yerə silinməsinə və s. kimi hallara yol verilmir. Onda biz nəsə düşünə bilərik”.
Naxçıvanda "xan" rejiminin qəzəbinə gələn Sədrəddin Qəhrəmanlı MR-in sabiq İqtisadiyyat naziri Famil Seyidovun yaxın qohumu imiş. İddialara görə, Sədrədddin bəy Naxçıvan iş adamlarının qəniminə çevrilən Famil Seyidovun xalasının əridir. Qaynağımızın bildirdiyinə görə, Famil Seyidov öz qohumuna "düzəltdiyi" kredit üçün külli miqdarda "şapka" alıb, sonra isə ondan ümumi istehsaldan gələn gəlirin 20%-ni də istəyib. İş adamının qazancı də elə ümumi gəlirin 20%-i imiş. Yəni faktiki olaraq Famil Seyidov ondan müftə işləməyi tələb edirmiş. İş adamı da bu tələblə razılaşmadığına görə, məhkəmənin hökmü ilə onun müəssisələri bağlanıb. Öz qohumuna belə acımayan bu leşyeyən hələ də azadlıqdadır və Naxçıvanın ən gəlirli sahəsinə - "Taxıl Fondu"na rəhbərlik edir. Naxçıvan leşyeyənləri öz dağıdıcı fəaliyyətlərinin bədəli ödəməyənədək Muxtar Respublikada aparılan islahatlar həqiqi möhtəvasına qovuşa bilməyəcək. Naxçıvanı ağlar günə qoyan hər kəs layiqli cəzasını almalıdır. ""Xan" buyurdu, mən də etdim" bəhanəsi bu cinayətlərə bəraət qazandıra bilməz. Heydər OĞUZ //ovqat.com//
"Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa rayon bölməsinin bağlanmış müqaviləsinə xitam verilmiş mütəxəssisi İsgəndərov Qədir İsgəndər oğlu Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevə müraciət edib. Bir nüsxəsi də Faktinfo.az saytına göndərilən və ictimailəşdirilməsi istənilən müraciətdə deyilir:
Hörmətli cənab Prezident!
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mexanizasiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Rayonun Nəriman Nərimanov sovxozunda maşın və mexanizmlər qarajında çilingər, birqadir, mexanik və mühəndis vəzifəsində çalışmışam. Sovxozda bir neçə rəhbər vəzifələrə irəli çəkilmişəm.2017-ci il fevral ayının 17-dən "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsinə işə qəbul olmuşam.Həmin ilin oktyabr ayından Ağstafa bölməsinin müdiri vəzifəsini icra etmişəm. 2021-ci ilin dekabr ayında "Aqroservis" ASC-nin sədri kənd təsərrüfatı mütəxəssisi olmağıma baxmayaraq, məni tutduğum vəzifədən azad etdi.2022-ci ilin fevral ayından təkrar mühəndis-mexannik vəzifəsinə keçdim.
İşlədiyim,bölmədə ən ağır iş mənim sahəmə aid olub. İşimdə heç bir nöqsan, geriləmə və s. hallar olmadığı təqdirdə, gözlənilmədən 21 dekabr 2022-ci il tarixindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildi. 41 ilə yaxın kənd təsərrüfatı sahəsində çalışmış mütəxəssisi təqaüd yaşına 3 il qalmış işdən çıxardılar. Mən razıyam, bu günün özündə belə "Aqroservis" ASC-nin əməkdaşları ilə fikir mübadiləmiz olsun.Əlimi vicdanımın üzərinə qoyub söz verirəm ki,ixtisasımı onlardan az bilərəmsə, bütün ölkə mətbuatından, narahat etdiyim şəxslərdən üzr istəyib,vəziyyətlə barışacam.
Hörmətli cənab Prezident!
Məruz qaldığım haqsızlıqla bağlı məlumat və araşdırılma aparılması məqsədilə 22.12.2022-ci il tarixində kənd təsərrüfatı naziri İnam Kərimova teleqram vurdum. Heç bir nəticəsi olmadı. 27.12.2022-ci ildə Sizə, (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəzərdə tutulur) 10.01.2023-cü ildə Azərbaycan Respublikasının vitse prezidenti Mehriban xanım Əliyevaya teleqram vurmaq məcburiyyəti yarandı.
Əminəm şikayətim aidiyyatı qurumlar tərəfindən araşdırılacaq, nə səbəbdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verildiyinə aydınlıq gətiriləcəkdir.
Hörmətlə,İsgəndərov Qədir İsgəndər oğlu
Qeyd: Şikayətçinin saytlara ünvanladığı digər müraciətdə "Aqroservis" ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsinin anbardarı Elmin Əliyev,işə gecikmə halları,idarədə baş vermiş hadisə və bir sıra məsələlərdən bəhs olunur. Bu barədə hazırlanacaq növbəti yazıda məlumat veriləcək.
Yanvarın 12-dən başlayan külək, media və sosial şəbəkələrdən hamının bildiyi kimi Xaçmaz rayonunun onsuz da qənaətbəxş olmayan işıq sisteminə xeyli zərbə vurub. Beləki, güclü küləyin nəticəsi olaraq bu sahədə ard-arda, zəncirvari formada baş verən qəzalar rayonun böyük bir hissəsini, 100-dən artıq yaşayış məntəqəsini işıqsız qoyub. İnsafən desək, Azərişığın yerli qurumunun əməkdaşları durmadan çalışsalar da, təbii ki, həm fiziki baxımdan, həm də zaman baxımından bu problemləri yoluna qoymağı çatdıra bilməyiblər və bizdə olan məlumata görə, hələ də rayonda işıqsız qalan kəndlər var, hətta Xaçmaz şəhərinin özündə də bəzi küçələr elektrik enerjisindən məhrum olduğunu söyləyirlər. Dövrümüzdə bütün sosial həyatın bir növ əsasını təşkil edən elektrik enerjisinin verilməsində yaranan məhdudiyyətlər isə camaata olduqca ağır başa gəlib. Çünki, işığın sönməsi bir çox yerlərdə istiliyin və suyun da olmamasına gətirib çıxarıb. Bu gün Xaçmazda baş verən qəzaların birini, qeyd etdiyim kimi, Xaçmaz şəhəri, Atatürk küçəsindəki transformatorunda baş verən yanğını müzakirə edəcəyik. Təbii ki, yanğından sonra Azərişığın əməkdaşları da olay yerinə gəlib, gecə ilə hadisənin nəticələrini aradan qaldırmağa çalışıblar. İnsafən onu da qeyd etmək vacibdir ki, 3-4 gün silsilə qəzalarla 24 saat işləyən bu azsaylı qrupun belə davranışları təqdirəlayiqdir. Amma... Bu məsələnin amması ondan ibarətdir ki, Atatürk küçəsindəki transformator, həm də Nazim Qəniyevinn həyətində, bəli, evinin 5 metrliyində yerləşir. Transformator digər evlərə də olduqca yaxın məsafədədir, ancaq Qəniyevlər ailəsi isə demək olar ki, birbaşa odun-alovun, təhlükənin içində yaşayırlar. Ailə uzun illərdir ki, bir çox səlahiyyətli orqanlara müraciət etsə də, aldıqları ən son və qəti cavab bu olub ki, transformatorun yerini yalnız öz hesabına dəyişə bilərsən. Xaçmazda Azərişığın yerli idarəsinin əməkdaşları bütün günü qəzalarla məşğul olduqlarından, həm də biz onlara mane olmamaq üçün suallarımıza qeyri-rəsmi cavablar almağa çalışdıq. Maraqlı bir situasiya yaranıb. Hökümət, yəni Azərişıq iddia edir ki, bu ərazidə əvvəl transformator olub, sonra isə ev tikilib. Qəniyevlər ailəsi isə deyir ki, hələ uzun illər bundan öncə, o dövrün şəhər sovetinin təkidi ilə, özlərinə məxsus həyətdə transformator qoyulub. Burda kimin haqlı olub olmamasını birbaşa deyə bilmirik. Əlbəttə ki, məntiqlə Azərişıq yəqin ki, bir yerə transformator qurarşdırırsa, əlbəttə ki, bu quraşdırmanın özünəməxsus, təlimata uyğun qaydaları və şərtləri olmamış deyil. Ancaq sakinlərin şikayəti də əsasıs və ya boşuna deyil. Adi bir yanğın hadisəsində bütün ətrafdakı qonşuların hansı əsəb və stressi yaşadıqlarını təsəvvür etmək çətin deyil. Yəqin ki, obyektiv şəkildə işıqlandırdığımız bu geniş reportaj Azərişığın əmədaşlarının çəkdikləri əziyyətə kölgə salmamaqla həm də bu qurumun rəhbərliyinin məsələyə həssas yanaşmasına çağırış kimi nəticəsiz qalmayacaq. Necə deyərlər, daha gözəl nəticələr üçün, daha dürüst addımlar atmağa, məsələn biri elə bu transformatoru burdan başqa yerə köçürməklə həm küçənin sakinlərinin, həm də özlərinin qayğı və stressindən qurtula bilərlər. Nəticəni DÖVLƏTin yanaşması göstərəcək, biz də bu yanaşmanı çəkib göstərəcəyik... C'mil Məmmədli Teref.az
“Azərlotereya” ASC və “Misli” layihəsinin fırıldaq və “küçə qumarı” olduğunu bilməyən yoxdur, hətta bunu dilə gətirənlərin də sayı az deyil. Bu şirkəti idarə edənlər və mərc yarışının təşkilinin başında dayananlar az qala böyük bir fırıldaq şəbəkəsini xatırladırlar. Çünki cəmiyyət fəaliyyəti kifayət qədər şübhələr doğuran, maliyyə hesabatları bəlli olmayan, kuponların hazırlanması zamanı hansı saxtakarlıqlara yol verildiyi hələ də suallar doğuran bir şirkətlə üz-üzə qalıb. Cəmiyyət isə getdikcə ona inamı itirməyə başlasa da, hələ də tora düşənlər var. Amma görünən budur ki, “Misli” artıq çökmüş olan “Topaz” bukmeykerinin aqibətini yaşamağa doğru gedir. Amma, sadəcə, hələ özünü piar edərək etimad qazanmağa cəhdlər edir. Artıq “Azərlotereya” və “Misli” üçün açılmış sosial şəbəkə səhifələrində həqiqətlər dilə gətirilir. Bu haqda bir dəfə mediada yazılar yazmışdıq, indi təkrar bu problemə toxunmağa gərək var. Çünki artıq sosial şəbəkədə paytaxtdan və əsasən rayonlardan olan sakinlər deyirlər ki, küçə qumarından hər kəs aldadılır, kasıb təbəqənin qara qəpiyi də əlindən çıxır. Əslində, qumar da buna hesablanıb – hamı son qəpiyini də verir, amma heç nə əldə etmir, nəticədə şirkət milyonlar qazanır. Sosial media istifadəçiləri şirkərin sosial şəbəkə hesablarında da etirazlarını açıq dilə gətirirlər. Onlar qeyd edirlər ki, əksər bölgələrdə kuponlardan uduş çıxmır. Üzeyir Məmmədzadə adlı Quba sakini yazır ki, artıq əhali lotoreya almır, çünki heç kəsdə inam qalmayıb. Səbəb isə uduşların azalması və ya ümumiyyətlə olmaması ilə bağlıdır. O hesab edir ki, əslində, bu yaxşıdır, çünki getdikcə “Misli” və “Azərlotereya” gözdən düşür, onlara inam sarsılır: “Şirkət insanlara müəyyən qədər uduş şansı versəydi, insanları təşviq edə bilərdi”. Bir müddət öncə mediada gedən yazılarda da deputatlar, sosial şəbəkə istifadəçiləri, rayonlardan ola “Misli” və “Azərlotereya” qurbanları da bu küçə qurmarının yığışdırılmasını tələb edirdilər. Onlar hesab edirdilər ki, proses əhalini soymağa hesablanıb. 2021-ci il yanvarın 16-da ölkə başçısı İlham Əliyev “Azərlotereya” dövlət lotereya şirkətinin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” (Türkiyə) şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinin idarəetməsinə verilməsinə dair sərəncam imzalayıb. Bu şirkətin indiyə qədər Azərbaycan iqtisadiyyatına hansısa uğurlu bir töhvə verdiyi isə ortada deyil, əksinə, şəffaflıqla bağlı ciddi problemlər var. İndi paytaxtda tez-tez rastlaşdığımız Azərbaycanda qumar biznesini monopoliyaya alan Zəfər Rəisoğlu ölkənin küçələrində kiçik qumar masası qoyub, xalqı soymasıdır. Bunu başqa cür təsvir etmək olmur, bəli, küçədə insanları soymaq… “Dəmir Qrup” və “Misli.com” Azərbaycanda “küçə qumarı”nın inkişafı etdirir. Bir müddət öncə deputat Fazil Mustafa da çağırış edərək “küçə qumarı”nın yaratdığı təhlükələrdən danışmışdı. O hesab edirdi ki, bu proses ciddi nəzarətə götürülməlidir: “Yaş həddi, ailəsində problemi olan, burada müəyyən dərəcədə çox vəsait götürən insanlarla bağlı bunu ən azı nəzarətə götürüb, qarşısını almağa çalışmaq lazımdır. Bunun indi qarşısını almağın yolunu da tapmaq da, açığı çətindir. Çünki interneti necə saxlaya bilməzsənsə, bu cür oyunları da saxlaya bilməzsən. Qumar oyunları yüzlərlə imkanlı adamın evini yıxır. İndi də bu pis vərdiş idman oyunları üzərindən gerçəkləşir və bundan da milyonlar qazanılır. Biraz anlayışı zəif olan insanlar da bu tora düşürlər. Bunun qarşısını almaq üçün ancaq təbliğat aparılmalıdır. İnsanlar bilməlidir ki, bu yolla qazanılan hər hansı bir çörəyin bərəkəti olmaz. Başqa cür onun qabağını almaq çətindir”. Yeri gəlmişkən, Fazil Mustafa bu narahatlığı dilə gətirən ilk deputat deyildi, bir neçə deputat və ictimai xadim də “küçə qumarı”nın təhdid olduğunu qeyd edib. Bu Azərbaycanda “Azərlotereya” ASC və “Misli” layihəsinin yaratdığı mənzərədir. “Küçə qumarı”nın isə məqsədi çox sadədir: yolla keçən hər kəsin cibinə girmək, insanları qoymaq, daha obrazlı desək, mədəni oğurluq… Arqument.az
"Təhsildə islahatların aparılmasına ehtiyac var". Zaman-zaman bu fikri eşidirik. Nazirlər dəyişir, nazirlərə uyğun nazirlik əməkdaşları, direktorlar dəyişdirilir. Hansısa yeni qaydalar tədbiq edilir, məhdudiyyətlər qoyulur və yaxud yeniliklər edilir. Amma kənardan müşahidələr zamanı ciddi dəyişikliklərin olmadığına şahid oluruq. Bəzən sosial şəbəkələrdə nazirin müəllimlərdə tutduğu iradların müzakirəsinə qədər, təhsildə olan problemlərin müzakirəsinə belə rast gəlirik. Mövzular çox zaman məişət zəminli olur. Məktəbdə süpürgə pulu yığıldı, ayaqyolu yoxdur, director rüşvətxorluqla məşğuldur...
Amma kimsə demir ki, Azərbaycan məktəblərindəki təhsildə hansı nöqsanlar var. Kimsə bu nöqsanların aradan qaldırılması üçün şəffaf təkliflər irəli sürmür. Nə zamana qədər bu davam edəcək?
Ümumiyyətlə, təhsildə islahalar aparılırmı, islahat adı altında nə baş verir?
DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində təhsildə islahatlar 1999-cı ildən başlayıb.
“Təhsil elə bir sistemdir ki, burada daim islahatlara ehtiyac var. Təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində, o cümlədən də təhsili inkişaf etmiş ölkələrdə də bu vacibdir",- deyə ekspert bildirib. Onun sözlərinə görə, hal-hazırki vəziyyətdə Azərbaycanda təhsil islahatlarının lazım olan effekti verməməsi və yaxud lazımi nəticələr əldə edilməməsinin əsas səbəbi islahatların istiqamətləri üzrə araşdırma, monitorinq, diaqnostika aparmadan həyata keçirilməsidir.
Yəni islahatlar sadəcə, hansısa xarici bir ölkədə müsbət nəticə vermiş tendensiyaların eyni formada Azərbaycana tədbiqi deyil. Yerli xüsusiyyətlər öyrənilməklə diaqnostik qiymətləndirmələr, araşdırmalar aparmaqla islahatlar olunmalıdır.
“Bu islahatları aparan şəxslər təhsil sisteminin içindən çıxmış insanlar olmalıdır. Çünki təhsil sistemi çox həssas bir stratejik sahədir və bu sahədə buraxılan səhvlər həmin dəqiqə öz ağır fəsadlarını göstərməyib, illər sonra biruzə verə bilir”,- deyən ekspert bildirib ki, təhsil sahəsi elə bir sahədir ki, bu sahədə səhvlər buraxmaq olmaz.
P.S. Ekspert deyir ki, islahatları aparan şəxslər təhsil sisteminin içindən çıxmış insanlar olmalıdır. Yəni bu o deməkdir ki, təhsil sistemində olan islahatlar da bu sahədə ixtisaslaşmamış şəxslər tərəfindən aparılır.
Yaxşı olardı ki, elə cənab nazir də, vətəndaşlar da, müəllimlər də təhsilin özünə daha çox diqqət yetirəydi. Bəli, tualet, süpürgə pulu və ya rüşvət də vacib məsələdir, eyni zamanda təhsilin, təlim-tərbiyənin göründüyü kimi səviyyəsini aşağı salır.
Amma təhsil güclü olarsa, bu məsələlər zatən həllini tapacaq!
DİA.AZ: - Ölkənin ən qədim və həm də ən böyük banklarından olan "Kapital Bank" deyəsən, vətəndaşların xırda pullarına belə tamah salmaqdadır. DİA.AZ bildirir ki, artıq bununla neçə faktı ictimaiyyətin diqqətinə təqdim etmişik. Elə bu günlərdə DİA.AZ əməkdaşlarından birinin də 100 manatı köçürmə zamanı "qurban getdi".
Bu dəfə isə növbəti vətəndaş şikayətini təqdim edəcəyik.
"Müştərinin Səsi" sosial qrupunda Kəmalə Orucova adlı istifadəçi başına gələn oyundan danışır. Hər halda buna oyun da deyə bilərik. DİA.AZ narazı vətəndaşın gileyini olduğu kimi təqdim edir (hər halda vətəndaşın nə demək istədiyi anlaşılır -dia.az):
"Şikayətim Kapital Bank və Aile TV. Deməli 11.01.23 internet ödənilib birbankdan. Kapital bank deyir əməliyyat uğurla keçib. Ailənet deyir pul gəlməyib. İki gündü bu iki qurum arasında avara qalmışıq. Ailənet bizdən pulun hansı hesaba köçdüyü haqqında kapital bankdan məlumat istəyir. Kapital bank deyir elə məlumat verə bilmirik. İndi biz nə etməliyik. Əyər pul BİZİM kartdan çıxıbsa, hara gedib bilmək bizim haqqımız deyilmi?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Qaz sayğacları öz məmurları kimi oğruluğa başlayıb! "Azəriqaz" haqqında narazlıq bitib tükənmək bilmir. Abunentlər yüklədiyi pulların müəmalı şəkildə yoxa çıxmasından şikayətlənirlər. İş o həddə çatıb ki, artıq jurnalistlər, siyasətçilər, bloggerlər, sənət adamları, ziyalılar "Azəriqaz"ın bu əməlinə sosial şəbəkələrdə öz etirazların bildirirlər.
Fəlsəfə doktoru dossent Fəxri Müslüm də özünün facebook hesabında etirazını ifadə edib. Narazı elm adamı yazır:
"Qaz sayğacları öz məmurları kimi oğruluğa başlayıb. Əvvəllər fikir vermirdim, indi yüklənməyə görə fikir verəsi oldum, keçən yükləmədə, yüklənən kimi 3 manat, bu dəfə isə 5 manat yoxa çıxdı, bu da deyəsən yüklədiyin puldan asılı olaraq göydə qapır. Əfəndilər, siz də, nəzarət edin ki, hamıdamı belədir?"
İsrayıl İsmayılov oğlu Rüfət İsmayılovun fəhlə kimi taxta daşımaqla, taxta təmir etməklə məşğul olduğunu deyir. Rüfət İsmayılov 2021-ci il ildə bir müştərinin evinə taxta daşıdıqdan sonra müdürü ilə bərabər yük maşınında evə qayıdarkən qəza keçirib.
İ.İsmayılovun sözlərinə görə, İmdad İbişov qəzadan sonra Rüfət İsmayılovun müalicə xərclərini ödəyəcəyini desə də, vədinə əməml etmir. Şikayətçi bu barədə danışarkən göz yaşlarını saxlaya bilmir.
İ.İsmayılov bildirir ki, dörd aydan sonra İ.İbişov onlara deyir ki, müalicə üçün daha ödəniş etməyəcəyəm, istədiyiniz quruma şikayət edə bilərsiniz. İ.İbişov isə, iddiaları qəbul etmir.
İ.İbişov zərərçəkənin müalicə xərclərini də ödədiyini deyir.
Ayağı elə oldu, müalicə xərcini çəkdim mən. Üç min əməliyyatına xərc çəkdik, altı dənə qan aldım ona. Bütün nə xərci vardı, yola saldım, getdi.
Oradan qayıdandan sonra, gedib haradasa ayağına zərər yetirib özü.
İ.İsmayılovun sözlərinə görə, oğlu Rüfət İsmayılov əməliyyatdan sonra sağlamlığına qovuşmayıb. Binəqədi rayon məhkəməsində verilən qərar da leyhinə olan şikayətçi, oğlu üçün hüquqi heç bir kömək yolunun qalmadığını deyir.